Перейти к содержимому

Фотография

Fatimə Fatimədir...

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 225

#31 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 декабря 2009 - 16:26

7-ci əsrdə "dəb" hicab idi, libassızlığa pis baxılırdı, 21-ci əsrdə isə dəb çılpaqlıq sayılır və çadraya pis baxırlar. (çox təəssüf)

Problem aydındır...əxlaqsız qruplaşmaların həyata baxış tərzi dəb deyil. Dəb tamam başqa anlayışdır. Maraqlıdır ki, çadranın 7-ci əsr dəbi olduğunu etiraf edir, həmçinin də onu 21-ci əsrdə dünyəvi qanunlarla idarə olunan cəmiyyətə tətbiq etmək istəyirsiniz. Niyə özünüz 14 əsr əvvəlki dəbi geyinmir, amma qadınlara uyğun görürsünüz?!

Allahın buyurduğu üzrə xanımların geyinməyini uyğun görürəm (mənim fikrim). İstər hicab olsun, istər niqab, istər çadra və s. Mənim fikrim xanımlara çadra diktatorluğu etmək deyil, çadraya geridə qalmışlıq deyənlərin puç fikirdə olduğunu söyləməkdir.

Vaxtı ilə çadranı atdılar və qəhrəmanlıq hesab olundu və ...

21 ci əsrin dəbini həmən qruplaşmalar deyilmi? İlk öncə dedilər ki dəb belədir, misal üçün bir qrup imansız çıxdı hicabdan keçdi o dediyinə, gördülər ki imanlıları çıxarda bilmirlər, nə edək? Həmən müasir, lakin şəriətə uyğun olmayan hicab dəblərini atdılar ortaya. Və bu cür "hicab"ları da imanlılar lakin savadsızlar qəbul elədi. Amma imanı və ağlı başında olan xanımları heç kəs yoldan çıxara bilmədi. Salam olsun onlara :rolleyes:  

#32 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 08 декабря 2009 - 17:25

bəzi uzerlərin hesabına mövzu baglı elan edildi.).Fikirimcə mövzunu burda davam etdirə bilərəm

Ustad Murtəza Mutəhhəri

1968-ci ilin “İttilааt” qәzеtindә
yеyinti mәhsullаrı, içki vә kоsmеtikа mаddәlәri bаrәsindә vеrilәn rаpоrtdа dеyilir:
Yаlnız bir il әrzindә iki yüz оn min kilо kоsmеtik mаddәlәr, о cümlәdәn, krеm, pоdrа, rәng vә sаir kimi bәzәk әşyаlаrı qаdınlаrın istifаdәsi üçün хаricdәn gәtirilmişdir. Bunun 181 min kilоqrаmı әsаs е’tibаrı ilә krеmdәn ibаrәt оlmuşdur. Bu müddәt әrzindә min аltı yüz әlli qutu, оtuz min әdәd üz pоdrаsı, dörd min аltı yüz dörd әdәd rоjlеb, iki min iki yüz sәksәn әdәd аrıqlаmаq sаbunu, iki min iki yüz sәksәn әdәd bәzәnmәk üçün аmpulаlаr ölkәyә dахil еdilmişdir. Әlbәttә, üç min yüz әdәd göz kölkәsi vә iki min dörd yüz göz хәtti dә оnа әlаvә еdilmәlidir.”
Bәli, müsәlmаn qаdını “yеnilik” vә “inkişаf”, “zаmаnın tәlәbi” аdlаrı ilә hәr gün, hәr sааt kаpitаlizm dünyаsındа hаzırlаnаn vаsitәlәrlә özünü bәzәyib bаşqаlаrınа göstәrmәlidir ki, qәrb sаnаyеsi üçün lаyiqli istеhlаkçıyа çеvrilә bilsin.
http://313news.net/f...?showtopic=1899

1979-cu ildə ölkədə 850 telefon nömrəsi vardı. 2008-də isə 24 milyon.

73 milyon iranlının 60 faizi, yəni 41 milyonu cib telefonuna malikdir. Cəmi 3 il əvvəl isə 7 milyonun belə telefonu var idi.

İranda 2006-cı ildə 100 min blogger vardı. İndi bundan ən azı 3 dəfə çoxdur.

Yaşı 30-a çatmayanlar İran əhalisinin 70 faizini təşkil edir.

İranın əsas şəhərlərində məşhur qərb dizayner mağazalarının filialları var. "Manqo" burada özünün ilk dükanını mart ayında açıb və daha 9-nu açmağı planlaşdırır.

Lakin "Benetton"un bəxti gətirməyib. 2007-ci ildə parlament üzvləri Benettonun açıq-saçıq paltarlarının mənəviyyata zidd olduğunu bəyan etdilər.

Ötən il isə nümayişçilər "Benetton" mağazası qarşısında aksiya keçirərək, binaya ziyan vurdular.

İran dünyanın burun plastik cərrahiyyəsinin paytaxtı adlanır. Hər il təxminən 35 min iranlı burunlarına düzəliş edir.

İranda kosmetika məhsulları bazarı 2005-ci ildə 800 milyon dollar idisə, hazırda bundan 150 milyon dollar çoxdur.

http://news.qaynar.i...d=view&id=28115
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#33 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 08 декабря 2009 - 17:32

İndi özünüz müqayisə edin..

Yаlnız bir il әrzindә iki yüz оn min kilо kоsmеtik mаddәlәr, о cümlәdәn, krеm, pоdrа, rәng vә sаir kimi bәzәk әşyаlаrı qаdınlаrın istifаdәsi üçün хаricdәn gәtirilmişdir. Bunun 181 min kilоqrаmı әsаs е’tibаrı ilә krеmdәn ibаrәt оlmuşdur

Ustad Murtəza Mutəhhərinin “İttilааt” qәzеtinə əsasən verdiy verdiyi stastistik rəqəmlər İran islam inqiliabından qabaqkı dövrü əhatə edirdisə...( 1968-ci il)

İnqilabindan sonra bu rəqəm xeyli çoxlamışdir

İranda kosmetika məhsulları bazarı 2005-ci ildə 800 milyon dollar idisə, hazırda bundan 150 milyon dollar çoxdur

Bu ixrac artimını inqilabin nəticəsi kimi dəyərləndirmək qətiyyən olmaz!!!!!

Bəs bunun səbəbini harda və nədə axtaraq???
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#34 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 08 декабря 2009 - 22:37

7-ci əsrdə "dəb" hicab idi, libassızlığa pis baxılırdı, 21-ci əsrdə isə dəb çılpaqlıq sayılır və çadraya pis baxırlar. (çox təəssüf)

Problem aydındır...əxlaqsız qruplaşmaların həyata baxış tərzi dəb deyil. Dəb tamam başqa anlayışdır. Maraqlıdır ki, çadranın 7-ci əsr dəbi olduğunu etiraf edir, həmçinin də onu 21-ci əsrdə dünyəvi qanunlarla idarə olunan cəmiyyətə tətbiq etmək istəyirsiniz. Niyə özünüz 14 əsr əvvəlki dəbi geyinmir, amma qadınlara uyğun görürsünüz?!

Allahın buyurduğu üzrə xanımların geyinməyini uyğun görürəm (mənim fikrim). İstər hicab olsun, istər niqab, istər çadra və s. Mənim fikrim xanımlara çadra diktatorluğu etmək deyil, çadraya geridə qalmışlıq deyənlərin puç fikirdə olduğunu söyləməkdir.

Vaxtı ilə çadranı atdılar və qəhrəmanlıq hesab olundu və ...

21 ci əsrin dəbini həmən qruplaşmalar deyilmi? İlk öncə dedilər ki dəb belədir, misal üçün bir qrup imansız çıxdı hicabdan keçdi o dediyinə, gördülər ki imanlıları çıxarda bilmirlər, nə edək? Həmən müasir, lakin şəriətə uyğun olmayan hicab dəblərini atdılar ortaya. Və bu cür "hicab"ları da imanlılar lakin savadsızlar qəbul elədi. Amma imanı və ağlı başında olan xanımları heç kəs yoldan çıxara bilmədi. Salam olsun onlara :gizildish:  

:rolleyes: :) :)
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#35 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 09 декабря 2009 - 18:01

Dr.Əli Şəriəti..
Vallah, mən nə fəqihəm, nə də parçasatan. Mən sosioloqam..
Məlum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.
Hicabın məfhumu aydınlaşdırılmalıdır

Ustad Mürtəza Mütəhhəri..
Bә’zi sоsiоlоqlаrın әqidәsi budur ki, bu cür ifrаtçılıq vә аçıq-sаçıqlığın әsil sәbәbi cәmiyyәtin hicаb bаrәsindә оlаn yаnlış düşüncәlәridir. Әsil sәbәb hәqiqәtlәrin dеyilmәmәsidir. Әgәr İslаmın bәyаn еtdiyi şеylәr vахtındа dеyilsәydi, iş burаlаrа gәtirib çıхаrmаzdı...
................................................................................
Mümkündür, mәn bu mәsәlәlәrdә sәhv еdim vә düzgün fikirlәşmәyim. Lаkin tәkrаr еdirәm ki, bu işlәr füruiddinә аid оlduğu üçün hәr kәs öz mәrcәyi-tәqlidinә mürаciәt еdib оnа әsаsәn әmәl еtmәlidir. Аmmа mәn “mәslәhәt bеlәdir”, “burаdа hәqiqәt аşkаr şәkildә dеyilmәmәlidir”-sözlәri ilә müхаlifәm vә mәslәhәti yаlnız hәqiqәtin dеyilmәsindә görürәm. Mәslәhәt budur ki, bә’zi puç хәyаllаrı müаsir qаdınlаrın bаşlаrındаn çıхаrаq. Оnlаr dеyirlәr ki, hаl-hаzırkı dövrdә hicаb әmәli оlаrаq mümkün оlаn bir iş dеyildir. Biz оnlаrа isbаt еtmәliyik ki, hicаb tаmаmilә mәntiqi vә әmәli bir vәzifәdir

http://www.haqqyolu....=20081013092617

Сообщение отредактировал palchiq: 09 декабря 2009 - 18:04

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#36 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 09 декабря 2009 - 19:21

Allahın buyurduğu üzrə xanımların geyinməyini uyğun görürəm (mənim fikrim). İstər hicab olsun, istər niqab, istər çadra və s. Mənim fikrim xanımlara çadra diktatorluğu etmək deyil, çadraya geridə qalmışlıq deyənlərin puç fikirdə olduğunu söyləməkdir.

Vaxtı ilə çadranı atdılar və qəhrəmanlıq hesab olundu və ...

21 ci əsrin dəbini həmən qruplaşmalar deyilmi? İlk öncə dedilər ki dəb belədir, misal üçün bir qrup imansız çıxdı hicabdan keçdi o dediyinə, gördülər ki imanlıları çıxarda bilmirlər, nə edək? Həmən müasir, lakin şəriətə uyğun olmayan hicab dəblərini atdılar ortaya. Və bu cür "hicab"ları da imanlılar lakin savadsızlar qəbul elədi. Amma imanı və ağlı başında olan xanımları heç kəs yoldan çıxara bilmədi. Salam olsun onlara :unsure:  

Əslində, bu dedikləriniz təəssüf ki, müsəlmanların müəyyən hissəsinin fikridir. Mən heç də öz bədəninin şəriətdə buyurulduğu qaydada örtənlərə savadda və ya imanda aşağı baxmıram, onlar dünyəvi cəmiyyəti İslamdan iyrəndirmirlər. İnsan yaşadığı cəmiyyətin fikrini nəzərə almalıdır. Sizin fikrinizi götürsək Azərbaycanda örtünənlərin 99%-i savadsızdır.
Mən yenə də qeyd edirəm, hər kəsin öz fikri var. Elə qadın var o özü min il əvvəlki geyimləri geyinməyi istəyir və o heç də məcbur edilmir. Bu cür hallar da olur. Həmçinin kim istəsə gedib Əfqanıstanda da yaşaya bilər :shades:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#37 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 10 декабря 2009 - 10:19

Utsad Mürtəza Mütəhhəri

Mümkündür, mәn bu mәsәlәlәrdә sәhv еdim vә düzgün fikirlәşmәyim.Lаkin tәkrаr еdirәm ki, bu işlәr füruiddinә аid оlduğu üçün hәr kәs öz mәrcәyi-tәqlidinә mürаciәt еdib оnа әsаsәn әmәl еtmәlidir.Аmmа mәn “mәslәhәt bеlәdir”, “burаdа hәqiqәt аşkаr şәkildә dеyilmәmәlidir”-sözlәri ilә müхаlifәm vә mәslәhәti yаlnız hәqiqәtin dеyilmәsindә görürәm.

Ustad Mürtəza Mütəhhəri

Әgәr siz müctеhidlәrdәn qаdının еvdәn çıхmаsının hаrаm оlub-оlmаmаsını sоruşsаnız, оnlаr yеkdilliklә cаvаb vеrәrlәr ki, bu iş şәriәt qаnunlаrınа uyğun dеyildir. Әgәr qаdının, hәttа sаtıcı kişi оlduğu hаldа аl-vеr еtmәsinin hаrаm оlub-оlmаmаsını sоruşsаnız dа, sаdәcә bu әmәlin özünün hаrаm оlmаdığını dеyәcәklәr. Qаdının ümumi yеrlәrdә vә müәyyәn mәclislәrdә iştirаk еtmәsinin qаdаğаn оlub-оlmаmаsını sоruşduqdа, yеnә dә cаvаb mәnfi оlаcаqdır.

http://www.haqqyolu....=20081013092617
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#38 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 16 декабря 2009 - 19:31

Allahın buyurduğu üzrə xanımların geyinməyini uyğun görürəm (mənim fikrim). İstər hicab olsun, istər niqab, istər çadra və s. Mənim fikrim xanımlara çadra diktatorluğu etmək deyil, çadraya geridə qalmışlıq deyənlərin puç fikirdə olduğunu söyləməkdir.

Vaxtı ilə çadranı atdılar və qəhrəmanlıq hesab olundu və ...

21 ci əsrin dəbini həmən qruplaşmalar deyilmi? İlk öncə dedilər ki dəb belədir, misal üçün bir qrup imansız çıxdı hicabdan keçdi o dediyinə, gördülər ki imanlıları çıxarda bilmirlər, nə edək? Həmən müasir, lakin şəriətə uyğun olmayan hicab dəblərini atdılar ortaya. Və bu cür "hicab"ları da imanlılar lakin savadsızlar qəbul elədi. Amma imanı və ağlı başında olan xanımları heç kəs yoldan çıxara bilmədi. Salam olsun onlara :shades:  

Əslində, bu dedikləriniz təəssüf ki, müsəlmanların müəyyən hissəsinin fikridir. Mən heç də öz bədəninin şəriətdə buyurulduğu qaydada örtənlərə savadda və ya imanda aşağı baxmıram, onlar dünyəvi cəmiyyəti İslamdan iyrəndirmirlər. İnsan yaşadığı cəmiyyətin fikrini nəzərə almalıdır. Sizin fikrinizi götürsək Azərbaycanda örtünənlərin 99%-i savadsızdır.
Mən yenə də qeyd edirəm, hər kəsin öz fikri var. Elə qadın var o özü min il əvvəlki geyimləri geyinməyi istəyir və o heç də məcbur edilmir. Bu cür hallar da olur. Həmçinin kim istəsə gedib Əfqanıstanda da yaşaya bilər :)

Deyəsən siz statistika komitəsində işləyirsiz, özü də ümümislami. Mən təsəvvür etməzdim ki, Azərbaycanda 99 % ibadət əhli olan xanımlar şəri qaydalara uyğun geyinmirlər. 

Mən gedərəm Əfqanıstana, qərdeşdilər, yaxşı siz Hollandiyaya gedərsizmi?  :shades:

#39 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 17 декабря 2009 - 21:44

Deyəsən siz statistika komitəsində işləyirsiz, özü də ümümislami. Mən təsəvvür etməzdim ki, Azərbaycanda 99 % ibadət əhli olan xanımlar şəri qaydalara uyğun geyinmirlər. 

Mən gedərəm Əfqanıstana, qərdeşdilər, yaxşı siz Hollandiyaya gedərsizmi?  :)

Xeyr, sadəcə örtünənlərin böyük əksəriyyəti çadra geyinmir, "savadsız formada" ortunurler.

Mən, əlhəmdulillah, hollandları özümə qardaş bilmirəm. Amma Əfqanıstandakı taliblər sizə qardaş olar. Tezliklə qovuşarsınız, arzunuza çatarsınız. Hələ bir az da çalışsanız, axirətdə bir yerdə olarsınız! :)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#40 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 18 декабря 2009 - 20:25

Deyəsən siz statistika komitəsində işləyirsiz, özü də ümümislami. Mən təsəvvür etməzdim ki, Azərbaycanda 99 % ibadət əhli olan xanımlar şəri qaydalara uyğun geyinmirlər. 

Mən gedərəm Əfqanıstana, qərdeşdilər, yaxşı siz Hollandiyaya gedərsizmi?   :flowers1:

Xeyr, sadəcə örtünənlərin böyük əksəriyyəti çadra geyinmir, "savadsız formada" ortunurler.

Mən, əlhəmdulillah, hollandları özümə qardaş bilmirəm. Amma Əfqanıstandakı taliblər sizə qardaş olar. Tezliklə qovuşarsınız, arzunuza çatarsınız. Hələ bir az da çalışsanız, axirətdə bir yerdə olarsınız! :rolleyes:

Allah mənə səbr versin. Heç qısabalağlılarla danışanda bu qədər yorulmamışdım. - bir sözün 100 izahatını verirəm

Mən nə vaxt axı qeyri-çadralı hicablılara savadsiz formalı örtünüblər dedim? Siz diqqətlə oxuyun yazılar.

Əfqanıstandakı qısabalağlı müsəlman qatilləri mənim qardaşım deyil, bizim burda rahatca həyat sürdüyümüz vaxt zülm görən şəxslərdir dediklərim. Hansını ki, geridə qalmış adlandırırsız

Amma deyəsən mən həmən uzunsaqqallılarla daha tez dil tapacam ssizə nəzərən, gedirəm Əfqanıstana, birbaşa Ladenin oğlunun yanına.

#41 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 декабря 2009 - 20:40

Problem ondadır ki, siz hələ söhbətdən xəbəri olmaya-olmaya danishmaqla məşğulsunuz. Burada heç kim hicabın, örtünmənin əleyhinə deyil. Axı hansı dindar Qurana, şəriətə qarşı çıxar?! Söhbət çadra məsələsindən getdi...Həm də mən buna bizim cəmiyyətimizin baxışını nəzərə almaqla fikir bildirdim...

P.S. Hollandiya söhbətlərini də öz oturub-durduqlarınıza saxlayın. Burada uşaq yoxdu. Təəssüf eliyirəm ki, sizin kimi dindarlar da az deyil. Heç yaraşmaz. Məhərrəm ayı Yezidə qarşı Hüseyn (ə) yoluyla mübarizə ayıdır. Bu haqda düşünün. Sağ-salamat...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#42 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 18 декабря 2009 - 20:51

Nəysə, "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı"
qısaca, məhərrəm ayı barədə yazdığınıza deyim ki, düzdür Yezidə qarşı mübarizə ayıdır MƏHƏRRƏM. Zamanımızın yezidləri çoxdur ki, onlar da müsəlmanların əxlaqını, mədəniyyətini, mənəviyyatını və bütün madiyyatını əlindən almaq istəyirlər. Əgər kimsə özünə İmam Hüseyn (ə) şiəsi deyirsə həmin yezidlərlə mübarizə aparmalıdır. Vəs-səlam

#43 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 18 декабря 2009 - 21:18

al-Islam qardaş,sizdən bir suala cavabı istərdim,əgər cavab vermək istəsəz təbii ki,sadəcə olaraq mənə çox maraqlıdır,siz hansı isə müctehidə təqlid edirsiniz mi? :flowers1:
Və əgər edirsinizsə,o zaman onun əlvan hicablar geyinməyə dair fətvasından xəbərdarsınız mı? və əgər xəbərdarsınızsa o zaman sizə bi zahmet,bizi də xəbərdar edə bilərsiniz mi? :rolleyes:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#44 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 19 декабря 2009 - 19:23

al-Islam qardaş,sizdən bir suala cavabı istərdim,əgər cavab vermək istəsəz təbii ki,sadəcə olaraq mənə çox maraqlıdır,siz hansı isə müctehidə təqlid edirsiniz mi? :)
Və əgər edirsinizsə,o zaman onun əlvan hicablar geyinməyə dair fətvasından xəbərdarsınız mı? və əgər xəbərdarsınızsa o zaman sizə bi zahmet,bizi də xəbərdar edə bilərsiniz mi? :rolleyes:

Mən mərhum Lənkəraninin(r.ə.) təqlidindəyəm. Onun fətvasına əsasən açıq və əlvan rəngdə hicab geyinmək (əgər ətrafdakıların diqqətini özünə yönəltməyə səbəb olmasa) caizdir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#45 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 20 декабря 2009 - 17:40

al-Islam qardaş,sizdən bir suala cavabı istərdim,əgər cavab vermək istəsəz təbii ki,sadəcə olaraq mənə çox maraqlıdır,siz hansı isə müctehidə təqlid edirsiniz mi? :gizildish:
Və əgər edirsinizsə,o zaman onun əlvan hicablar geyinməyə dair fətvasından xəbərdarsınız mı? və əgər xəbərdarsınızsa o zaman sizə bi zahmet,bizi də xəbərdar edə bilərsiniz mi? :rolleyes:

Mən mərhum Lənkəraninin(r.ə.) təqlidindəyəm. Onun fətvasına əsasən açıq və əlvan rəngdə hicab geyinmək (əgər ətrafdakıların diqqətini özünə yönəltməyə səbəb olmasa) caizdir.

Məsələ 111: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?
Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəl və 3-cü məsələdən istifadə etməklə.
İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#46 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 20 декабря 2009 - 21:41

al-Islam qardaş,sizdən bir suala cavabı istərdim,əgər cavab vermək istəsəz təbii ki,sadəcə olaraq mənə çox maraqlıdır,siz hansı isə müctehidə təqlid edirsiniz mi? :rolleyes:
Və əgər edirsinizsə,o zaman onun əlvan hicablar geyinməyə dair fətvasından xəbərdarsınız mı? və əgər xəbərdarsınızsa o zaman sizə bi zahmet,bizi də xəbərdar edə bilərsiniz mi? :rolleyes:

Mən mərhum Lənkəraninin(r.ə.) təqlidindəyəm. Onun fətvasına əsasən açıq və əlvan rəngdə hicab geyinmək (əgər ətrafdakıların diqqətini özünə yönəltməyə səbəb olmasa) caizdir.

Məsələ 111: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?
Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəl və 3-cü məsələdən istifadə etməklə.
İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.

Səhv eləmirəmsə, siz bunu "Cəmiyyətdə kişi-qadın münasibətləri" kitabından götürmüsünüz. Eybi yox, amma mən burada dediklərimə xilaf olan nəsə görmədim. Həmçinin də istiftaatdan mənə gələn cavaba əsasən örtünmə dedikdə təkcə çadra nəzərdə tutulmur.
Mən deyərdim ki, Bakıda çadra geyən qadın diqqəti daha çox cəlb edir, nəinki adi hicab geyinən.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#47 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 22 декабря 2009 - 00:51

al-Islam qardaş,sizdən bir suala cavabı istərdim,əgər cavab vermək istəsəz təbii ki,sadəcə olaraq mənə çox maraqlıdır,siz hansı isə müctehidə təqlid edirsiniz mi? :goodL:
Və əgər edirsinizsə,o zaman onun əlvan hicablar geyinməyə dair fətvasından xəbərdarsınız mı? və əgər xəbərdarsınızsa o zaman sizə bi zahmet,bizi də xəbərdar edə bilərsiniz mi? :rolleyes:

Mən mərhum Lənkəraninin(r.ə.) təqlidindəyəm. Onun fətvasına əsasən açıq və əlvan rəngdə hicab geyinmək (əgər ətrafdakıların diqqətini özünə yönəltməyə səbəb olmasa) caizdir.

Məsələ 111: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?
Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.
İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəl və 3-cü məsələdən istifadə etməklə.
İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.

Səhv eləmirəmsə, siz bunu "Cəmiyyətdə kişi-qadın münasibətləri" kitabından götürmüsünüz. Eybi yox, amma mən burada dediklərimə xilaf olan nəsə görmədim. Həmçinin də istiftaatdan mənə gələn cavaba əsasən örtünmə dedikdə təkcə çadra nəzərdə tutulmur.
Mən deyərdim ki, Bakıda çadra geyən qadın diqqəti daha çox cəlb edir, nəinki adi hicab geyinən.

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır :goodL:
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#48 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 22 декабря 2009 - 07:59

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.

mənim bidiyimə görə tam qara rəngdə olan geyim məkruh sayilir..
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#49 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 22 декабря 2009 - 09:22

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.

mənim bidiyimə görə tam qara rəngdə olan geyim məkruh sayilir..

Xanım Zəhra (s.a) ikrah hissi yaradıbmış? Heç kimin fikri qadına maraqli olmamalıdır. Əgər Allahin emri esasdirsa onun ucun.

Qara cadra bize xanim Fatimeyi-Zehradan(s.a) emanetdir. Hele Azerbaycanda lap vacibdir. Ona gore ki, her cur dinsiz kafir var burda. Tolerantiq bu o demek deyil ki kafir ve kitab ehline gore emanetlerimize xeyanet etmeliyik. onsuzda o qeder tesir ede bilibler ki,valideynlerimiz umumiyyetle dinden uzaqdir coxusu. Sovetin tesirindedirler hele. Ovladlar da behane edir ki, evden icaze yoxdur ve s..Allah esasdir yoxsa ata-ana?

Hec olmasa Xanım Fatimenin (s.a) geyimine mekruh, ne bilim beyenilmeyen deme. Bu seni dinden cixarar.

#50 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 декабря 2009 - 11:09

Hamının fikrinə hörmətim var,və hərənin səbəbləri var. Amma qara çadra peyğəmbərin (s.a.a.s.) dövründən indiyə qədər, nə zamandan nə məkandan asılı olmayaraq örtünmənin, təsəttürün ən kamil forması olaraq qalıb. Cəmiyyət bunu qəbul etsədə budur, etməsə də. Cəmiyyətin nəyi qəbul etdiyi göz qabağındadır. Dini məsələlərdə cəmiyyətin fikrinə və ya "Palaza bürün el ilə sürün" məsəlinə qalsaq axırımız cəhənnəmdir. :goodL: Allah köməyimiz olsun!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#51 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 22 декабря 2009 - 11:18

Hamının fikrinə hörmətim var,və hərənin səbəbləri var. Amma qara çadra peyğəmbərin (s.a.a.s.) dövründən indiyə qədər, nə zamandan nə məkandan asılı olmayaraq örtünmənin, təsəttürün ən kamil forması olaraq qalıb. Cəmiyyət bunu qəbul etsədə budur, etməsə də. Cəmiyyətin nəyi qəbul etdiyi göz qabağındadır. Dini məsələlərdə cəmiyyətin fikrinə və ya "Palaza bürün el ilə sürün" məsəlinə qalsaq axırımız cəhənnəmdir. :goodL: Allah köməyimiz olsun!

Əhsən sizə Fidan xanım!

#52 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 22 декабря 2009 - 11:39

Çadra indi ikrah hissi ilə nəzəri çəkir,amma əlvan geyimlər isə şəhvət hissi ilə,bunlar tam başqa-başqa anlamlardır
Sənin geyimin Allah üçün, onun rizası üçün olmalıdır,day başqaları üçün yox.

mənim bidiyimə görə tam qara rəngdə olan geyim məkruh sayilir..

Xanım Zəhra (s.a) ikrah hissi yaradıbmış? Heç kimin fikri qadına maraqli olmamalıdır. Əgər Allahin emri esasdirsa onun ucun.

Qara cadra bize xanim Fatimeyi-Zehradan(s.a) emanetdir. Hele Azerbaycanda lap vacibdir. Ona gore ki, her cur dinsiz kafir var burda. Tolerantiq bu o demek deyil ki kafir ve kitab ehline gore emanetlerimize xeyanet etmeliyik. onsuzda o qeder tesir ede bilibler ki,valideynlerimiz umumiyyetle dinden uzaqdir coxusu. Sovetin tesirindedirler hele. Ovladlar da behane edir ki, evden icaze yoxdur ve s..Allah esasdir yoxsa ata-ana?

Hec olmasa Xanım Fatimenin (s.a) geyimine mekruh, ne bilim beyenilmeyen deme. Bu seni dinden cixarar.

elə sözlər danışırsınız ki, bu sözlər heç bir məntiqə sıgmır..
Fatimeyi-Zəhra (sa) öz sözlərinə bu şəkildə nümunə gətiməyin..
bir daha təkrar edirəm
...ona qalmış olsa Hz Ali (as) əyninə yamaqlı paltar geyinib...amma bu o demək deyil ki, indiki cavanlar da əyinlərinə yamaqlı paltar geysinlər..
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#53 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 22 декабря 2009 - 11:50

Senin dediyin sozler ise hec mentiqe sigmir. Hz.Ali(e.s) yamaqli geyinirdi ona gore ki, onun dunya malinda zerrece gozu yox idi. Sende ele olsan, sende hec ne geyindiyine fikir vermezsen. ele geyinersen.Qadinin geyimini kisinin geyimine qatma. Kisiler hetta hansi veziyyetde namaz qila bilerler.amma qadin ortunmelidir.hemde namehremlerin ve hetta kafirlerin yaninda tamam ortunmelidir.celb olunmamalidir.Yeni zemaneye gore insan deyismelidir geyimini?duz basa dusdum? Zemaneye gore deyisecek olsa gerek hec qadin evden cixmasin cunki etraf exlaqdan uzaqlarla doludur.
Qara cadra en gozel hicabdir.Emanetdir. Qara cadraya mekruh deyenler ...

#54 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 22 декабря 2009 - 12:13

Senin dediyin sozler ise hec mentiqe sigmir. Hz.Ali(e.s) yamaqli geyinirdi ona gore ki, onun dunya malinda zerrece gozu yox idi. . Kisiler hetta hansi veziyyetde namaz qila bilerler.amma qadin ortunmelidir.hemde namehremlerin ve hetta kafirlerin yaninda tamam ortunmelidir.celb olunmamalidir.Yeni zemaneye gore insan deyismelidir geyimini?duz basa dusdum? Zemaneye gore deyisecek olsa gerek hec qadin evden cixmasin cunki etraf exlaqdan uzaqlarla doludur.
Qara cadra en gozel hicabdir.Emanetdir. Qara cadraya mekruh deyenler ...

əvvəla mən qara çadraya məkruh deməmişəm...yazmışam ki, tam şəkildə qara geyinmək məkruhdur.
İkincisi, əgər qadınlar üçün nümunə Fatimə (as) xanimdirsa, kişilər üçün gərək Hz Ali (as) geyim tərzi nümunə olsun

Sende ele olsan, sende hec ne geyindiyine fikir vermezsen. ele geyinersen.Qadinin geyimini kisinin geyimine qatma

bizim başqa İmamlarımız var ki. onla çox gözəl libaslar geyiniblər..
hətta sənin kimi insanlar onlar tənə edəndə...İmamlar (as) onlara çox gözəl məntiqli cavab veriblər..

...
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#55 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 22 декабря 2009 - 12:29

Senin dediyin sozler ise hec mentiqe sigmir. Hz.Ali(e.s) yamaqli geyinirdi ona gore ki, onun dunya malinda zerrece gozu yox idi. . Kisiler hetta hansi veziyyetde namaz qila bilerler.amma qadin ortunmelidir.hemde namehremlerin ve hetta kafirlerin yaninda tamam ortunmelidir.celb olunmamalidir.Yeni zemaneye gore insan deyismelidir geyimini?duz basa dusdum? Zemaneye gore deyisecek olsa gerek hec qadin evden cixmasin cunki etraf exlaqdan uzaqlarla doludur.
Qara cadra en gozel hicabdir.Emanetdir. Qara cadraya mekruh deyenler ...

əvvəla mən qara çadraya məkruh deməmişəm...yazmışam ki, tam şəkildə qara geyinmək məkruhdur.
İkincisi, əgər qadınlar üçün nümunə Fatimə (as) xanimdirsa, kişilər üçün gərək Hz Ali (as) geyim tərzi nümunə olsun

Sende ele olsan, sende hec ne geyindiyine fikir vermezsen. ele geyinersen.Qadinin geyimini kisinin geyimine qatma

...

Mən gözəl geyinən kişilərə heç nə demədim. Demək fikrim də yoxdur. Kişilərin geyimi ilə işim nədir? Burda kişilerin geyiminden sohbet getmir. Burda qadinlarin geyiminden sohbet gedir ki, bunu da Allah emr edib Nur suresi 31-ci ayede. Kisilerin geyimi barede aye nazil olub? Yox! Amma qadinlarin geyimi barede nazil olub ve numune de peygemberin (s) ciyerparesi Fatimeyi-Zehra(s.a)-dır. İnsanlari azdirma ve camaatin basina yeni fikirler salma. Butun qadinlar ucun numune Əhli-Beytin xanimlaridir. Zaman hansi zaman olursa olsun. Kisiler ucun ise Əhli-Beytin kisileri.

"bizim başqa İmamlarımız var ki. onla çox gözəl libaslar geyiniblər..
hətta sənin kimi insanlar onlar tənə edəndə...İmamlar (as) onlara çox gözəl məntiqli cavab veriblər.."

Bunu əhli-beytin (ə.s) qadinlari haqqinda da deye bilersen?

Ümumiyyətlə Quran oxumusansa, kişiler üçün geyim terzi nazil olmayib ve burda sohbet kisi geyiminden getmir.

Beli, teqvali insan ucun geyimin ferqi olmaz. yamaqli olsun ya ne olsun. gozel geyinsede ne gozel.

Nahaq yere sohbeti bura getirdin. Burda qara geyimden sohbet gedir. Numunevi cadra qara olmalidir.İndi onu geyinen mekruh is gorur? sehv etmiremse bu qara mekruhdur meselesi de kisilere aiddir. Amma qadina hec vaxt mekruh ola bilmez. bunu qadin geyimine aid etmeniz mentiqsizlikdir.

#56 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 22 декабря 2009 - 12:49

İnsanlari azdirma ve camaatin basina yeni fikirler salma.

sən buna azgınlig deyirsən?
ikincisi,Nur surəsini mənə niyə misal çəkirsən? bəyəm mən dedim ki, hicab geyinmək olmaz?

Nahaq yere sohbeti bura getirdin. Burda qara geyimden sohbet gedir. Numunevi cadra qara olmalidir

daha nə deyim..
nümunəvidirsə qoy geyinsinlər..
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#57 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 22 декабря 2009 - 12:55

İnsanlari azdirma ve camaatin basina yeni fikirler salma.

sən buna azgınlig deyirsən?
ikincisi,Nur surəsini mənə niyə misal çəkirsən? bəyəm mən dedim ki, hicab geyinmək olmaz?

Nahaq yere sohbeti bura getirdin. Burda qara geyimden sohbet gedir. Numunevi cadra qara olmalidir

daha nə deyim..
nümunəvidirsə qoy geyinsinlər..

İnsanları azdırma deyirəm ona görə ki, qara geyimi məhz "Fatimə Fatimədir"mövzusunda məkruh olduğunu deyirsən!

Nur surəsi də misaldir ona görə ki, Allahın hicab əmrini bilə bilə - qadın üçün - Hz. Əli(ə.s)-ın geyimini də bu mövzuya qatırsan.

Deməli zamana görə geyim tərzi də dəyişməlidir? Allahın əmri olsa belə?

Bəli, nümunəvidir. Zaman dəyişsə də, Allahın örtü haqqında əmri dəyişməzdir. Nümunə isə Əhli-Beyt (ə.s) xanımları.

Сообщение отредактировал Şəbüstari: 22 декабря 2009 - 12:55

#58 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 22 декабря 2009 - 13:28

İnsanları azdırma deyirəm ona görə ki, qara geyimi məhz "Fatimə Fatimədir"mövzusunda məkruh olduğunu deyirsən!

mövzunun əvəllini oxu! Post #1

Əli Şəriəti, "Fatimə Fatimədir".

Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir

http://www.haqqyolu....=20081203041857
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#59 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 22 декабря 2009 - 14:31

Assalam aleykum.

Mene ele gelir ki,siz heddinden artig cox derine gedirsiz.Indiki zamanada goy hele bir hicab ortsunler sonra galdi cadra.Cadranin meger imana bir adiyyati var?O ki,galdi geyime Allah teala Gurani kerimde buyurur gadin nece geyinmelidir.O biri meseleler ise musteheb olan islerdir,vacibatlar galib siz ise musteheb emellerden behs edirsiz.Fatimeyi Zehra (a.s.) benzemek ucun ise tek cadra ortmek lazim deyil ,emelde ona benzemek lazimdir.Geyimde ise gara mekruhdur,Hz.Peygamber buyurub ki,mustehebdir ag rengli paltar geyinesiniz.Ozu ise Hz.Peygamberin gara geyindiyi haggda esitmemisem.Gara geyinmek meherrem ayinda lazimdir.

Eger bu movzu Fatimeyi Zehra (a.s.)hagginda acilibsa onun feziletlerinden sohbet etmek daha yaxsi olardi, neinki bele zahiri oxsarligdan.Gorun bir xanim hagginda ne geder hedisler,revayetler movcuddur.

Islamda beyenilen rengler.

Yasil,ag,sari,mavi,ve s.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#60 Haydar-i Kerrar

Haydar-i Kerrar

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 222 сообщений

Отправлено 22 декабря 2009 - 14:49

İnsanları azdırma deyirəm ona görə ki, qara geyimi məhz "Fatimə Fatimədir"mövzusunda məkruh olduğunu deyirsən!

mövzunun əvəllini oxu! Post #1

Əli Şəriəti, "Fatimə Fatimədir".

Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir

http://www.haqqyolu....=20081203041857

Qardaşım, sən nədən danışırsan e? Bəli! Qadın bilməlidir ki o niyə örtünür! Örtü ilə adət-ənənəni qarışdırmaq olmaz! O ki qaldı zəmanəyə görə dəyişməyə , örtü haqqında Allahın əmri dəyişməzdir. Nümunə isə Əhli-beyt(s.a)

Vəssalam!

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru