Перейти к содержимому


Фотография

Müfaddal bin Ömər


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 08 марта 2010 - 11:37

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında "Ər-Rical" kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: "Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil" (ən-Nəcaşi,"Ər-Rical", 2/359-360).

Əl-Kahbai "Məcmuə ər-Rical" kitabında onun barəsində yazır: "O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz" (Əl-Kahbai, "Məcmuə ər-Rical", 6/131).

Əl-Ərdəbili "Cami ər-Ruvat", əl-Hulyi "ər-Rical" və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, "Cami ər-Ruvat", 2/258-259; əl-Hulyi, "ər-Rical", səh. 258).



İmam Cəfər Sadiqin (ə) ən yaxşı tələbələrindən biri olan, eyni zamanda İmam Musa (ə) dövründə də yaşamış və ondan hədislər nəql etmiş, dövrünün sayılıb-seçilən alimlərindən olmuş bir şəxs haqqında yuxarıda deyilənlər mənim üçün çox qaranlıq qaldı.

Mən bu yazılanların ümumiyyətlə mənbədə olub olmadığının yoxlanmasını qardaşlardan xahiş edirəm. Çünki, Mufaddal haqqında İmam Cəfər (ə), İmam Musa (ə) və İmam Rzadan (ə) nəql olunan rəvayətlərdə çox müsbət fikirlər var. Necə ola bilər ki, şiə alimi onun haqqında neqativ fikirdə olur?

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 10 марта 2010 - 03:29

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında "Ər-Rical" kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: "Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil" (ən-Nəcaşi,"Ər-Rical", 2/359-360).

Əl-Kahbai "Məcmuə ər-Rical" kitabında onun barəsində yazır: "O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz" (Əl-Kahbai, "Məcmuə ər-Rical", 6/131).

Əl-Ərdəbili "Cami ər-Ruvat", əl-Hulyi "ər-Rical" və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, "Cami ər-Ruvat", 2/258-259; əl-Hulyi, "ər-Rical", səh. 258).



İmam Cəfər Sadiqin (ə) ən yaxşı tələbələrindən biri olan, eyni zamanda İmam Musa (ə) dövründə də yaşamış və ondan hədislər nəql etmiş, dövrünün sayılıb-seçilən alimlərindən olmuş bir şəxs haqqında yuxarıda deyilənlər mənim üçün çox qaranlıq qaldı.

Mən bu yazılanların ümumiyyətlə mənbədə olub olmadığının yoxlanmasını qardaşlardan xahiş edirəm. Çünki, Mufaddal haqqında İmam Cəfər (ə), İmam Musa (ə) və İmam Rzadan (ə) nəql olunan rəvayətlərdə çox müsbət fikirlər var. Necə ola bilər ki, şiə alimi onun haqqında neqativ fikirdə olur?

Müfəzzəl ibn Ömər (ra) kimi imam (a) səhabəsinin eləyhinə gələn rəvayətlərin hamısı zəifdir, işkallıdır və çoxlu sayda digər rəvayətlərə ziddir. Bu barədə geniş tədqiqadı mərhum Seyyid Əbul-Qasim Xoyi (ra) özünün Möcəm ər-Rical" kitabında aparıb. Rus dilli forumda bu barədə geniş yazmışdım.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 июня 2012 - 18:57

moderdən xahiş edirəm bu mövzunu "ravilərin halı" mövzusuna köçürsün.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru