Перейти к содержимому

Фотография

Peşənizdən razısınızmı?

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 18

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 14 июня 2010 - 22:47

Salam olsun hamiya!
İxtisasınızdan- peşənizdən razısınızmı? Hansı peşənin arzusunda olmusuz? Peşəniz indiki dövr üçün aktualdırmı?
Bir də belə bir sual- sizcə ali təhsil insana vacibdirmi?
  • Şair это нравится
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 июня 2010 - 01:36

Peşəmdən razıyam?....Peşəm məndən razı olsun-amma bir daha mənə secim verilsəydi-bu peşəni secməzdim-axmaq peşədir-cavabsiz,zülm,qiymətsiz,tale sındıran,ağrılı,acılı,sevincsiz,fərəhsiz,səhhətə ziyan,təhlükəli,itirimli !Amma mənə bir daha secim verilmədiyinə görə- razıyam!
Elə bu zibil peşənin də arzusunda olmuşam- zəmanə başqa idi-zaman başqa idi.Nə vaxtsa hörmət vardı bu peşəyə,indi sapyorların avcarkasının da məni görən gözü yoxdur!
Aktual deyil- imkanı olan hec zaman əsgər olmaq istəməz,imkanı olmayanın balasından isə nə cıxardasan? Biraz sıxırsan- deyir: Komandir,sən ALLAH bərkə cəkmə- onsuz da ALLAH məni cəzalandırıb ki,buradayam!Qalırsan baxa-baxa!
TƏHSİL- vacibdir,istər alisi-istər qeyrisi.Kamil insan cəmiyyətə yararlıdir-cahil yox!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#3 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 15 июня 2010 - 08:53

Salam olsun hamiya!

Aleykum salam baci. Mövzu üçün təşəkkürlər.

İxtisasınızdan- peşənizdən razısınızmı? Hansı peşənin arzusunda olmusuz? Peşəniz indiki dövr üçün aktualdırmı?

Bəli, razıyam. Sevirəm gördüyüm işi. Keyfiyyətindən də şəxsən özüm çox razıyam! :loool:
Təhsilimi bitirənə qədər peşman idim seçdiyim sahəyə. Dini görüşlərimlə əlaqədar olaraq. Fikirləşirdim ki,əqidəmə və dinimə xidmət etmək üçün ən azı ya şərqşünaslığı, ya da ilahiyyat fakültəsini seçərdim gərək. Amma indi fikirləşirəm ki, hər kəs öz sahəsində xidmət edə bilər İslama. İmkanlar bir az məhdud olsa da.
Peşəm hər dövr üçün aktualdır.

Bir də belə bir sual- sizcə ali təhsil insana vacibdirmi?

O asılıdı insan cəmiyyətdə hansı mövqedə olmaq istəyir.
Ali təhsil vacibdir deməzdim, amma savadlı olmaq vacibdir. Təhsilli olmadan da çox şey etmək olar həm özün üçün, həm cəmiyyət üçün.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#4 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 15 июня 2010 - 14:14

Peshamdan razi deyildim amma indi artig ela bil oyreshmishem)))
Imkan olsaydi indide gedib dini tahsil alardim))

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 июня 2010 - 17:47

Bacı, aleyki salam, mövzuya görə də təşəkkür, yaralı yerimdir.
Peşəmdən razı deyiləm. Düz 2 dəfə ərizə yazmışam, amma rəis qəbul eləmiyib.
Allah axrını xeyir eləsin!

#6 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 16 июня 2010 - 08:42

Əlhəmdülillah mənim peşəm kimi peşə yoxdu.........

:flowers1: :masya: :) _MOLLA_ :gizildish: :gizildish: :gizildish:

bundan gözəl peşə hardadı???????
  • Gunahkar это нравится
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#7 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 16 июня 2010 - 09:24

Assalamun Aleykum!

Maraqlı temadır.

Az adam tapılar peşəsindən tam razı olsun. Amma razı olan şəxs həqiqətən bu dünyada çox rahatdır.

Mən şəxsən həmişə özümə sevdirmişəm calışdığım yerdə məşğul olduğum işi. Amma vaxt keçdikdən sonra daxilimdə boşluqlar yer alıb, daha azad, daha sərbəst bir iş arzusu məndə yaranıb. Təssüf ki, biz də çox yerdə işcilərinə yuxarıdan aşağı baxan rəhbərlər az deyil və bu hisslərin məndə yaranmasında onların əməyi az olmayıb.
9 ildən sonra bu hisslər məni öz işimi açmağa gətirib çixartı.
Şükürlər olsun Allaha, o bütün səyy və əziyyətləri əvəzsiz qoymur.
İndi mən deyə bilərəm istədiyim işlə məşğulam.
  • fidan это нравится
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#8 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 16 июля 2010 - 15:50

Aleykum Salam. MaşAllah qardaş. Əlhəmdülillah. Dogrudan da çox az adam var ki, peşəsi həm maraqlı olsun, həm də maddi tərəfdən qane etsin.

Məndə əvvəllər boşluq var idi, amma vaxt keçdikcə həm peçəmi sevdim, həm də öyrəşdim. Amma maaşına öyrəşə bilmirəm))) Sadəcə sakit iş, yaxçı kollektiv tapmaq çətindir
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#9 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 16 июля 2010 - 20:33

Öz üzərində daim çalışan insan sözsüz ki maaşı ilə hec vaxt razılaşmamalıdır, amma gərək maşın artması imkan və biliklə mütənasib olmalıdrıd. Əks halda həmən şəxs sadəcə maaşını yüksək olmasını istəməklə hörmətini itirməklə yanaşı işinidə itirə bilər.
Az rəhbər kiməsə bacardıqdan artıq məvacib verər.
Mən bir şeyi dəqiq bilirəm ki maaşından artıq işləməyin hələ hec kimə ziyanı olmayıb. Ona görə ki o artıq (əlavə) görülən işin haqqı Rəbbimiz verir.

Allah işivizi avand eləsin inşallah! Amin!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#10 Jasmine

Jasmine

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 18 сообщений

Отправлено 16 июля 2010 - 20:45

Salam olsun hamiya!
İxtisasınızdan- peşənizdən razısınızmı? Hansı peşənin arzusunda olmusuz? Peşəniz indiki dövr üçün aktualdırmı?
Bir də belə bir sual- sizcə ali təhsil insana vacibdirmi?

Aleykum salam!
Ixtisasimdan da, peshemden de raziyam, shukrler olsun! Ushaqliqda hekim olmaq istemishem, ancaq yaxshi ki, olmamisham. Qan gorende pis oluram :dancep6:
'Modni' peshe deyil, no lazimlidir.
Ali tehsil lazimdir, ancaq insan oz uzerinde daimi chalishmalidir, tek ali tehsille kifayetlenmek duz deyil mence.

#11 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 17 июля 2010 - 15:13

Salam olsun hamiya!
İxtisasınızdan- peşənizdən razısınızmı?

Ələykis Salam.
İşə başlamadan qabag çox götür qoy etdimki həm xasiyyətimə həmdə istəklərimə muvafiq olsun.
Çox işlərdən vaz keçməyə səbəb kompiuterimdən uzag qalmamag istyim oldu.Buna görə sonda internet kafe açasi oldum.
Bu iş tam mənə muvafiqdir.Göndə 1-2 saatliga gəlirəm işə.Qalan vaxti evdə gül-çiçək,bag-baxça və yaxud yatmagla məşgulam.
Amma son dövrlərdə ruhumda baş verən təlatümlər səbəb olurki bu gedişatdanda yorulum,həvəsdən düşüm.
Deyəsən indi kənd həyatina meyl edirəm.İstəyirəm gedəm fermerliklə məşgul olam.Səhər-səhər quzularin mələşməsini eşidib yuxudan dururam,1-yandanda cucələrin cikkiltisi :shades:
heç kəsin üzünü görmürəm,nə maşin nədəki hündür bina....bəh-bəh.

Ama əmin deyiləmki elə həyatdanda bezməyəm.

Hansı peşənin arzusunda olmusuz?

Saymagla bitməz :blushL:

Peşəniz indiki dövr üçün aktualdırmı?

Məncə hə.

Bir də belə bir sual- sizcə ali təhsil insana vacibdirmi?

Ali təhsili vacib bilmirəm.
Ama bilənlə bilməyəni eyni görmürəm.

Baxiram yollara.....

#12 Zeyneb

Zeyneb

    Jundi – Soldier

  • Murid
  • 6 сообщений

Отправлено 19 июля 2010 - 14:44

Salam olsun hamiya!
İxtisasınızdan- peşənizdən razısınızmı? Hansı peşənin arzusunda olmusuz? Peşəniz indiki dövr üçün aktualdırmı?
Bir də belə bir sual- sizcə ali təhsil insana vacibdirmi?

aleykum salam :rolleyes:
ilk ixtisasımdan heç razı olmamışam, ona sərf etdiyim 4 ilimə çox heyfislənirəm.bəlkə də o sahədə iş problemi olmasaydı belə olmazdı. amma hal-hazırda təhsil aldığım və çalışdığım sahəni çox sevirəm.bircə, sən demiş, maaşımla barışa bilmirəm mən də))

#13 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 19 июля 2010 - 23:06

Bəs maaşından razı olan var?
Baxıram hər kəs şikayətçidi içi mən qarışıq :gizildish:)

Сообщение отредактировал Shemsi: 19 июля 2010 - 23:06

  • fidan это нравится

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#14 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 июля 2010 - 23:15

Əlhəmdülillah mənim peşəm kimi peşə yoxdu.........

:gizildish: :gizildish: :gizildish: _MOLLA_ :gizildish: :gizildish: :gizildish:

bundan gözəl peşə hardadı???????

Heş yerdə Molla qardaş))). Bir çatışmamazlığı var bu peşənin - məzuniyyətsiz işləmək lazimdir :)
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#15 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 20 июля 2010 - 08:08

Bəs maaşından razı olan var?
Baxıram hər kəs şikayətçidi içi mən qarışıq :))

Öyrəşmək lazımdır bacı bu fikrə. Nə qədər işçilər var həmişədə maaşdan narazı olan olacaq. Hec bilmirsən hansı duanı edərsən- Allah bizim gözümüzü doydursun yoxsa Allaha iş verənə insaf versin!
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#16 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 20 июля 2010 - 12:47

Peşəmdən razıyam- nə deyim ki? Görəsən peşəm məndən razıdırmı? Amma ALLAHIN altında insan öldürmək peşısini hec kimə arzulamıram. Peşə gərəkdir insana sevinc gətirsin,stimul gətirsin,fərəh gətirsin.Yoxsa nişangahın arxasından kimisə nişanlayıb atanda- onun yıxıldığını gorüb ani bir sevinc. Sonra isə- cəhənnəm.Bu barmaq hərəkəti ilə kimi isə evladsız,kimi isə atasız,kimi isə ailə başcısız qoyduğunu düşündükcə..... Zibil peşədir. Bir daha secim hüququm olsaydi isə yenədə bu peşəni secərdim amma. Cünki hələ də dünyamız müharibələrsiz yaşamağa öyrəşməyib !!!
  • Shemsi это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#17 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 21 июля 2010 - 00:00

Bəs maaşından razı olan var?
Baxıram hər kəs şikayətçidi içi mən qarışıq :))

Öyrəşmək lazımdır bacı bu fikrə. Nə qədər işçilər var həmişədə maaşdan narazı olan olacaq. Hec bilmirsən hansı duanı edərsən- Allah bizim gözümüzü doydursun yoxsa Allaha iş verənə insaf versin!

Dua edək ki, Allah Təala nə xeyrilidir onu versin.

Bəzən az maaşın da elə bərəkəti olur ki, MaşAllah. Çox qısa müddət müəllimə işləmişəm. Sonra iki işdə çox yorulduğuma görə müəllimliyi ixtisara saldım. Müəllimlik əvvəl çətin gəldi mənə, amma sonra uşaqlara öyrəşdikcə, dil tapdiqca maraqlı oldu. Ümumiyyətlə uşaqlarla işləmək çox maraqlıdır, düzdür bir az səbr və məsuliyyət lazimdir. Bəzən dərsin sonuna 5-10 dəqiqə qalmış hansısa bir elmi kəşflərdən söhbət açib, dinin buna münasibətin, Quran möcüzələrin uşaqlara açiqlayanda onlarda böyüklərdən daha çox dinə meyl görürdüm. Yavaş-yavaş özləri dini suallar verirdilər.
Nə isə uzun sözün qısası)) ya müəllimə kimi aldığım maaş çox bərəkətli idi, ya da mən aza qane olurdum. Bəlkə nə vaxtsa İnşAllah müəllimliyə qayıtdım.

Maaş çoxaldıqca problemlər də çoxalır, elə həmişə az gəlir :loool: Allah köməyimiz olsun!
  • Shemsi это нравится
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#18 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 21 июля 2010 - 10:20

MƏN MAAŞIMDAN RAZIYAM
  • Shemsi это нравится
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#19 Emil

Emil

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 31 июля 2010 - 06:13

As-Salamu Aleykum Va Rahmatullahi Va Barakatuh.

Peşəmdən razıyam, Əlhəmdulillah, amma düşünürəm ki, ixtisas dərəcəmi daha da təkmilləşdirməliyəm. Bunun üçün zaman və səbr lazımdır. İxtisasım Şərqşünaslıq olduğundan, peşəmi dar çərçivədə deyil, daha geniş prizmada mənimsəyib tətbiq etmək istərdim. Məsələn, indiki halda Uzaq Şərqi tədqiq edib, ona dair analizlər apara bilirəmsə, gələcəkdə Yaxın Şərqə dair də analizlər aparıb, o sahədə analitik mövqeyindən çıxış etmək istərdim, inşa`Allah. Şübhəsiz ki, bunun üçün mənə ərəb dilində mükəmməl bilmək gərəklidir.

İnşa`Allah, səbr edib, qoyduğumuz məqsədlərə yavaş-yavaş Allahın lütfü və köməkliyi ilə nail olarıq.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru