Перейти к содержимому


Фотография

Hərbi xəbərlər. Военные вести.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 94

#31 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 24 августа 2010 - 21:38

İranın Qiyam roketlərini radarlar təsbit edə bilmir

İran Müdafiə Nazirliyinin hava-kosmos sənaye təşkilatı başçısı general Fərrahi, Qiyam ballistik roketlətinin ən əhəmiyyətli iki xüsusiyyətinin, dəyişən mənzili və radarlara tutulmaması olduğunu ifadə etdi.

313news.net saytının İran mətbuatına istinadlı xəbərinə görə, General Fərrahi, bu roketin İranlı mütəxəssislərin ballistik roket emalında yeni bir mərhələyə gəldiklərini əks etdirdiyini qeyd etdi.

General Fərrahi, Qiyam ballistik roketinin ən əhəmiyyətli xüsusiyyətinin, roketin qanadsız olması olduğunu, bu xüsusiyyətin, roketin müxtəlif enişlərdən atılmasına və sürətinin artmasına imkan verdiyini ifadə etdi.

http://az.313news.net/news/a-1634.html
  • MIROTVORES70 это нравится

#32 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 августа 2010 - 22:12

http://www.news.am/rus/news/28678.html

Очередной инцидент с летальным исходом произошел в одной из воинских частей Армении.

Как сообщили Новости Армении – NEWS.am в пресс-службе министерства обороны Армении, 17 августа в одной из воинских частей Минобороны Армении военнослужащий-контрактник, младший сержант Арутюн Варданян 1984-го года рождения произвел два выстрела в область грудной клетки из огнестрельного оружия 44-летнего Арсена Чобаняна, младшего сержанта, тоже контрактника. От полученных ранений Чобанян скончался на месте.

По данному факту в шестом гарнизонном следственном отделе Следственной службы министерства обороны Армении возбуждено уголовное дел по ч.1 ст. 104 УК Армении (преднамеренное убийство). Ведется следствие.

Варданян уже задержан. 21 августа ему было предъявлено обвинение. В качестве меры пресечения применен арест.

Напомним, что это уже третий инцидент в армянской армии за последний короткий промежуток времени. 27 июля был убит лейтенант Артак Назарян, а через день после этого, 28 июля, вследствие возникшего по причине грубого нарушения правил боевого дежурства инцидента, погибли 5 военнослужащих и один офицер.

После произошедшего по приказу министра обороны Армении Сейрана Оганяна 8 офицеров были освобождены от занимаемых должностей, из который 7 были уволены в запас. Ряд военнослужащих был понижен в должности, некоторых лишили звания. В отношении некоторых были применены административные штрафы.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#33 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 25 августа 2010 - 13:26

İran "Fateh-110" raketini uğurla sınaqdan keçirib

Raketin 150-200 kilometr məsafədə hədəfi vurmaq qabiliyyətinə malik olduğu bildirilir

ANS-in verdiyi xəbərə görə, İran bu gün yerli istehsal olan "Fateh-110" raketini uğurla sınaqdan keçirib. Bu barədə İranın müdafiə naziri, general Əhməd Vahidi məlumat verib.

Ə. Vahidi "Fateh" raketlərinin yeni, üçüncü nəsli hesab edilən "Fateh-110" raketinin orta-diapazonlu ballistik raket olduğunu və hədəfə almada dəhə dəqiq olduğunu bildirib. Raketin uzunluğunun 9 metr, ağırlığının 3500 kiloqram olduğu, həmçinin 150-200 kilometr məsafədə hədəfi vurmaq qabiliyyətinə malik olduğu bildirilir.

  • _MOLLA_ это нравится

#34 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 25 августа 2010 - 20:42

ABŞ-a daha bir hərbi zərbə

Pentaqon: "Bütün hərbi sirlərimiz oğurlandı"

FaktXeber.com-un verdiyi məlumata görə, "Vaşinqton Post" qəzetinin internet saytında yer alan xəbərdə, ABŞ ordusu sistemlərinə 2008-ci ildə Orta Şərqdəki bir bazadakı kompüterə qoşulan kənar HDD (kompüterin yaddaş qurğusu - red.) ilə hücum təşkil edildiyi və gizli sənədlərin xarici kəşfiyyat təşkilatlarının əlinə keçdiyi barədə rəsmi şəxslər tərəfindən söylənilən açıqlamaya yer verilib.

"Foreign Affairs" jurnalında dünən dərc olunan və Pentaqonun virtual strategiyasını müzakirə edən bir məqalədə, ABŞ müdafiə nazirinin köməkçisi William J.Lynn, xarici kəşfiyyat agentliyi tərəfindən daşına bilən yaddaşa yüklənən viruslu proqramın ABŞ ordusunun Orta Şərqdəki Mərkəzi Komandanlığına bağlı setə yükləndiyini bildirib.

Lynn məqalədə, "Bu virus proqramı hiss edilmədən həm gizli, həm də gizli olmayan sənədlərin yerləşdiyi sistemlərə yoluxub. Beləcə, ABŞ ordusunun məlumatlarının xaricilərin əlinə keçməsini təmin edən virtual bir körpü meydana gəlib" - deyə vurğulanır.

Lynn, "Bu bir şəbəkə idarəçisinin ən böyük qorxusudur: səssizcə işləyən və əməliyyat planlarının kim olduğu bilinməyən düşmənlərin əllərinə ötürən pis bir proqramdır" - deyə söyləyib.

Mütəxəssislər, nazir köməkçisinin müdafiə səlahiyyətlilərinin bu günə qədər gizli saxladığı bu hadisəni ortaya çıxarma qərarının, Pentaqonun ABŞın kompüter sistemlərinin qarşı-qarşıya olduğu təhdidlər mövzusunda Konqresin və ictimaiyyətin diqqətini çəkməyi məqsəd güddüyünə işarə ediblər.

Lynnin "Foreign Affairs" jurnalında yazdıqlarının bəziləri əvvəllər də deyilmişdi: Pentaqonun 15 min şəbəkəsi və 7 milyon kompüteri hər gün minlərlə hücuma məruz qalır; baş verən virtual müharibə qeyri-bərabər olduğu üçün Soyuq Müharibədə etibarlı olan qarşılıqlı qorxutma modelləri burada tətbiq oluna bilmir, çünki təcavüzkarın kim olduğu müəyyən deyil.

Ancaq Lynnin yazdıqlarında Müdafiə Nazirliyinin virtual strategiyasıyla əlaqədar yeni detallar da var. Bunlar arasında sistemə icazəsiz daxil olanların şəxsiyyətinin təyin olunmasına icazə verəcək yolların hazırlanması da var. Bu sistem, "aktiv müdafiə" strategiyasının bir parçasıdır.


#35 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 25 августа 2010 - 20:44

"Hizbullah dünyanın ən güclü əks kəşfiyyatına malikdir"

Livanın Hizbullah təşkilatının rəhbəri, bu təşkilatın ən güclü əks kəşfiyyata malik olduğunu bildirib

Faktxeber.com-un Livanın “Əl-Mənar” telekanalına istinadən verdiyi məlumata görə, Livanın Hizbullah təşkilatı rəhbəri Seyyid Həsən Nəsrullah maraqlı açıqlamalarla çıxış edib. O, çıxışı zamanı adı gedən təşkilatın iki hissədən, yəni “əhali” və “təşkilati sistem”-dən ibarət olduğunu bildirib. Qeyd edək ki Seyyid Nəsrullah, birinci bölümə hər hansı bir sızmanın ehtimal olmasına baxmayaraq, ikinci bölümdə heç bir vəchlə sızmanın mümkün olmadığnı vurğulayıb.

Məlumat üçün bildirək ki, təşkilt lideri həmçinin ötən çıxışında Livanın keçmiş baş naziri Rəfiq Həririnin ölümü ilə bağlı verdiyi açıqlamalara aydınlıq gətirərək deyib ki: “Ötən çıxışımda Rəfiq Həririnin İsrail tərəfindən terror edilməsi barədə gətirdiyim sənəd və video lentlər, sadəcə ehtimalların sübutu üçün gətirilən dəlillər idi. Amma bizdə İsrail tərəfindən bu hadisənin törədilməsi barədə tam şəffaf fakt və sübutlar mövcuddur. Biz onları məntəqədə yeni bir gərginliyin məhz bizim tərəfimizdən yaranmaması üçün hələ ortaya çıxarmamışıq. Bizim narahatçılığımız ondadır ki, Həririnin terroru ilə bağlı beynəlxalq HAAQA məhkəməsi ehtimalların çox ciddi şəkildə özündə ehtiva edən bizim sənədlərimizə etinasız yanaşır və bu da məhkəmənin qərəzli və siyasi olmasından xəbər verir.”


#36 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 25 августа 2010 - 20:48

İran Livana silah satmağa hazırlaşır

Əhməd Vahidi: "Livan ordusunun ehtiyaclarını tamamilə qarşılamağa hazırıq"

ANS-in verdiyi xəbərə görə, İranın müdafiə naziri Əhməd Vahidi Livandan tələb gələcəyi təqdirdə, bu ölkənin ordusunun təchizatı ilə bağlı yardım edə biləcəklərini bildirib. “Livan bizə dost olan ölkələrdən biridir. Livan ordusunun ehtiyaclarını tamamilə qarşılamağa hazırıq”,-deyə Əhməd Vahidi bildirib.

İranın müdafiə naziri ölkəsində yaradılan müdafiə sənayesinin dünyanın 50-yə yaxın ölkəsinə silah ixrac etmək gücündə olduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə Livan rəsmi dairələrində də ordunun silahla təchizatı üçün İrandan silah alınması ilə bağlı açıqlamalar verilmişdi.

  • MIROTVORES70 это нравится

#37 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 25 августа 2010 - 21:05

Davudoğlu: “Sərhədlərin açılması gündəmdə deyil”

16:33 25-08-2010
Türkiyənin xarici işlər naziri ANS-ə müsahibəsində belə deyib


Изображение Изображение
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkəyə ezam olunmuş ANS TV-nin xüsusi müxbiri Sevil Nuriyevaya müsahibə verib. Əhməd Davudoğlu NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədinin açılması barədə məlumatları şərh edib:

“Bu məsələdə narahatlıq yaradanlar doğru etmirlər. Narahatlığa heç bir əsas yoxdur. Hər şeydən əvvəl bu təlimlər döyüş təlimi deyil, zəlzələ zamanı hansı işlər görülməsi və hansı hərəkətlərin edilməsilə bağlıdır. Mənim bildiyimə görə, Azərbaycan da bu məsələyə qoşulur. Bizim ora qoşulmağımız səhra xəstəxanaları ilə bağlıdır. NATO-ya üzv olduğumuza görədir. Bildiyinizə görə, bu səhra xəstəxanalarından Pakistana da göndərmişik. Ora bir şəkildə insanlıq mövqeyindən yanaşmışıq. Amma sərhədlərin açılması ilə bağlı deyilən bir məsələ gündəmdə deyil, bu məsələ müzakirə mövzusu deyil”.

Türikiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə müsahibyə daha ətrafli "Xəbərçi"nin sabahkı buraxılışlarında baxa, müsahibənin tam mətnini isə ANS PRESS saytında oxuya bilərsiniz.

Qeyd edək ki, Əhməd Davudoğlu Türkiyə-Azərbaycan münasibətləri, Rusiya-Ermənistan hərbi razılaşmaları baxımından regiondakı qüvvələr balansı, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri kimi mövzularda sualları cavablandırıb.
MILAZ
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#38 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 25 августа 2010 - 21:07

ƏHMƏDİNEJAD SAVAŞLA HƏDƏLƏDİ: “İRAN BASILMAZ QALADIR”

23:05 24-08-2010

Изображение Изображение
İran prezidenti Mahmud Əhmədinejad Qətər jurnalistlərinə müsahibədə əcnəbi qüvvələrin bölgəyə müdaxiləsi, İrana hərbi hücumu ehtimalından danışıb.

“Media forum” saytının məlumatına görə, Əhmədinejad xarici qüvvələrin İranın ərəb qonşuları ilə əlaqələrini zəiflətməyə çalışdığını deyib: “Düşmənlərin əxlaqı müstəmləkəçilik prinsiplərinə söykənir. Onlar bölgəyə müdaxilə üçün hər fürsətdən yararlanırlar. Lakin hesab edirəm ki, İran körfəzindəki ölkə başçılarının ayıq-sayıqlığı bu müdaxiləyə imkan verməyəcək.

Düşmən bizə hərbi hücuma keçsə, İranın reaksiyasının necə olacağını yaxşı bilir. Elə buna görə də onların İrana qarşı hərbi hücumu gerçəkləşdirməsini güman etmirəm. Yaxşı başa düşürlər ki, İran basılmaz qaladır. Sionist rejimin Amerikadakı ərbabları da onlara belə bir hücumu gerçəkləşdirmək icazəsi verməyəcək. Başa düşürlər ki, İranın şilləsi çox kəskin olacaq.

Bizə hərbi hücuma keçsələr, İranın cavab seçimləri bütün yer kürəsini əhatə edəcək”.

"Media forum"
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#39 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 25 августа 2010 - 21:08

Dağıstanda partlayış nəticəsində 2 polis yaralanıb


Изображение
Dağıstanda baş vermiş partlayış nəticəsində iki polis yaralanıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu Qızılyurt şəhərinin girişində yolun kənarında
gizlədilmişdir. Partlayış polis patrulunun növbə çəkdiyi zaman baş verib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#40 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 25 августа 2010 - 21:12

QARABAĞDA LOKAL MÜHARİBƏ SSENARİSİ

07:52 23-08-2010
Kreml bölgədə “ildırım əməliyyatları”na razılıq verə bilər
Rusiya-Ermənistan sövdələşməsindən sonra ərazi bütövlüyümüzün hərbi yolla tam bərpası planı aktuallığını itirir


Изображение Изображение
Ötən həftə Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətini uzadan və statusunu dəyişdirən razılaşma müxtəlif yönlərdən geniş müzakirə olunmaqdadır. Xatırladaq ki, Ermənistandakı Gümrü bazasının dislokasiya müddəti 2044-cü ilədək uzadılıb, həmçinin orada yerləşən Rusiya qüvvələrinin üzərinə Ermənistan silahlı qüvvələri ilə birlikdə bu ölkənin təhlükəsizliyini təmin etmək öhdəliyi qoyulub.

Rusiya tərəfindən Ermənistana müasir silahların və texnikanın verilməsi də razılaşmada əksini tapıb. Açıq-aşkar görünür ki, Moskva ilə İrəvan bu müqaviləni məhz Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla təmin etmək imkanlarını məhdudlaşdırmaq məqsədilə imzalayıblar. Prezident Dmitri Medvedevin İrəvana səfəri ərəfəsində Kremldən verilən mesajlar da bunu təsdiqləyirdi. Rusiya bölgədə hərbi balansın sürətlə Azərbaycanın xeyrinə dəyişməsini görürdü və Ermənistanın öz hesabına bununla ayaqlaşmaq iqtidarında olmadığını yaxşı bilirdi. Belə bir vaxtda Rusiya Gümrü bazası üzərindən gediş edərək Ermənistanda Azərbaycanın hərbi potensialının güclənməsi ilə bağlı son vaxtlar açıq-aydın müşahidə edilən narahatlıqları aradan qaldırmış olur. Təsadüfi deyil ki, müqavilənin imzalanması mərasimində prezident Serj Sərkisyan rusiyalı həmkarının hüzurunda tez-tez müti təbəssümlə gülümsəyib öz sahibinə təşəkkürünü ifadə edirdi.
Lakin rəsmi Bakının da bu sövdələşməyə reaksiyası maraqlıdır. Medvedevin səfəri ərəfəsində Bakıda Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığı yeniləyən və qarşılıqlı yardımı nəzərdə tutan müqavilə imzalandı. Ancaq bu sənəd ictimaiyyətə açıqlanmadı. Eyni zamanda Azərbaycan tərəfi Rusiya-Ermənistan hərbi müqaviləsinə olduqca ehtiyatlı və formallıqdan uzağa getməyən reaksiya verdi. Hakimiyyət düşərgəsindən verilən şərhlərdə isə qeyd olundu ki, bu müqavilə Azərbaycana qarşı yönələ bilməz. Çünki Azərbaycan işğal olunmuş əraziləri qaytarmaq üçün hərbi əməliyyatları özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparmağı nəzərdə tutur və Ermənistana hücum etməyi planlaşdırmır. Nəzəri baxımdan məsələyə belə yanaşmaq mümkündür. Lakin reallıq başqadır və belə görünür, İrəvanda imzalanmış müqavilə Azərbaycanın Qarabağı geri qaytarmaq və ərazi bütövlüyünü bərpa etmək üçün hazırladığı hərbi planı qüvvədən salır.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi əməliyyatların planlaşdırılması idarəsi tərəfindən Qarabağda mümkün hərbi əməliyyatların bir neçə ssenarisi hazırlanıb və bu ssenarilərdən ən çox üstünlük veriləni irimiqyaslı hücum əməliyyatlarını nəzərdə tutan plandır. Həmin plana əsasən bir neçə ay əvvəl Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlər də keçirib. Bu, bütün qoşun növlərinin cəlb olunacağı əməliyyat planıdır. Prezident İlham Əliyev həmin təlimlərə cəlb olunmuş hərbçilər qarşısında çıxışı zamanı silahlı qüvvələrin bütün qoşun növlərini cəlb etməklə vətən müharibəsinə hazırlıq getdiyi haqda danışıb. Plana əsasən, Azərbaycan ordusu cəbhə xəttində bütün istiqamətlərdən işğalçı qüvvələrin mövqelərinə hücuma keçməli və hərbi əməliyyatları məntiqi sonluqla - ölkənin ərazi bütövlüyünün tam bərpası ilə, yəni Dağlıq Qarabağ bölgəsi də daxil, erməni işğalı altındakı bütün əraziləri qaytarmaqla yekunlaşdırmalıdır. Ancaq müdafiə naziri Səfər Əbiyev bu planı indi masasının üzərindən götürüb rəfə qoya bilər. Çünki onun tətbiqi Rusiya ilə müharibəyə girməyə bərabər olacaq.
Heç bir şübhə yoxdur ki, Azərbaycan sözügedən plan əsasında hərbi əməliyyatlara başlasa, Ermənistan həm öz ərazisindən cavab həmlələrinə cəhd edəcək, həm də Qarabağdakı işğalçı qüvvələrini dəstəkləmək üçün bölgəyə əlavə qüvvə və texnika yeridəcək. Hərb qanunları tələb edir ki, Azərbaycan bu variantda düşmən ölkənin ərazisinə istər preventiv, istərsə də cavab zərbələri endirsin. Bu zaman aviasiya və uzaq mənzilli artilleriya sistemlərinin tətbiqi qaçılmazdır. Hərbi əməliyyatların bu cür inkişafı dərhal Rusiyanın Ermənistandakı bazası vasitəsilə müharibəyə qoşulmasına əsas verəcək. Gümrüdəki rus qoşunları və texnikası Qarabağa yeridilməsə belə, onun Ermənistan-Azərbaycan sərhədləri boyu tətbiqi tamamilə real görünür. Rusiyaya münasibətdə olduqca ehtiyatlı və praqmatik siyasət yeridən Azərbaycan rəhbərliyi proseslərin bu cür inkişafına yol verməzdi. Ona görə də Rusiya-Ermənistan müqaviləsinin bölgədə irimiqyaslı hərbi əməliyyatları istisna etdiyi barədə Moskvadan verilən şərhlər ciddi arqumentlərə söykənir. Xarici işlər naziri Sergey Lavrov isə açıq deyib ki, Azərbaycan tərəfindən səslənən müharibə bəyanatları ancaq daxili ictimai rəyə hesablanıb və Rusiya bölgədə yeni genişmiqyaslı müharibənin baş verməyəcəyinə arxayındır.
Bəs bütün bunlar Qarabağda yeni savaşı tam istisna edirmi? Bölgədə cərəyan edən prosesləri yaxından izləyən ekspertlər qeyd edir ki, Gümrü bazasına dair yeni müqavilə Azərbaycanın manevr imkanlarını məhdudlaşdırır, ancaq tam aradan qaldırmır. Belə görünür ki, Azərbaycan Müdafiə Nazirliyinin hərbi planlaşdırıcıları Qarabağda hərbi əməliyyatların digər variantına - lokal müharibə ssenarisinə diqqəti cəmləməlidir. Lokal hərbi əməliyyatların mümkünlüyü haqda söz-söhbətlər yeni deyil. Nəzəri olaraq söhbət elə hərbi əməliyyatlardan gedə bilər ki, Azərbaycan böyük sayda qüvvə və texnika cəlb etmədən işğalçı qüvvələrə qəfil həmlələr edib cəbhə xəttinin müəyyən qədər dəyişməsinə nail ola bilər. Məsələn, belə əməliyyat zamanı Azərbaycanın Türkiyə, İsrail və ABŞ təlimatçıları tərəfindən hazırlanmış elit xüsusi təyinatlı qüvvələri aviasiyanın dəstəyi ilə düşmən mövqelərinə sərrast zərbələr endirməklə onu bir neçə istiqamətdən geri oturdur. Bu cür qəfil zərbələr ərazisinin bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdam və Füzuli rayonlarından, eləcə də Tərtər istiqamətindən edilə bilər.
Kremlin keçmiş siyasi texnoloqu, prezident administrasiyasının keçmiş məsul işçisi Modest Kolerov da Gümrü bazasına dair müqavilənin imzalanmasından sonra yaranan situasiyanı “Vesti.az”a şərh edərkən deyib ki, əgər Azərbaycan danışıqların tükəndiyini görüb hərbi əməliyyatlara əl atsa, Qarabağda yeni müharibə 3-5 gündən çox çəkməyəcək. Onun fikrincə, belə müharibə nəticəsində cəbhə xətti də əhəmiyyətli şəkildə dəyişməyəcək. Kolerova görə, başqa variant mümkün deyil. Əvvəllər Rusiya çevrələrində belə məlumatlar ötürülürdü ki, Kreml Azərbaycanın Qarabağda lokal müharibə aparmasına yaşıl işıq yandıra bilər. Gümrü bazasına dair razılaşmaya Bakının olduqca sakit reaksiyası belə deməyə əsas verir ki, Rusiya ilə belə müzakirələr həqiqətən aparılıb və ola bilsin anlaşma da əldə edilib. Lakin bir məsələyə diqqət yetirmək vacibdir: Rusiya heç vaxt imkan verməzdi ki, Azərbaycan lokal xarakterli hərbi əməliyyatlarla çox irəli getsin və nəticədə onun müttəfiqi Ermənistanın danışıqlar prosesində mövqeyi əhəmiyyətli dərəcədə zəifləsin. Əgər bu ssenari işə düşsə, gözləmək olar ki, Rusiya əvvəlcədən qurulmuş plan üzrə dərhal situasiyaya müdaxilə edəcək, hərbi əməliyyatların genişlənməsinə imkan verməyəcək və Kolerovun dediyi kimi, ən çoxu 3-5 günə lokal müharibəni dayandıracaq. Ardınca istər Moskvanın, istərsə də Qərbin təzyiqləri altında tərəflər yenidən danışıqlar masası arxasına keçərək hazırda müzakirə edilən planı - yenilənmiş Madrid prinsiplərini qəbul edəcəklər. Rusiya isə bölgəyə sülhməramlı qüvvələrini yerləşdirəcək. Başqa sözlə, 3-5 günlük lokal müharibə Azərbaycana çox şey qazandırmayacaq və ancaq ona kömək edəcək ki, Ermənistan indiki şərtlərdə belə ona xeyli məqbul görünən planı imzalasın.

Siyasət şöbəsi,
www.musavat.com
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#41 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 августа 2010 - 21:07

Azərbaycan Ordusunun əsgəri ermənilərin qumbaraatandan açdığı atəş nəticəsində yaralanıb - YENİLƏNİB



milazdata/ara.gif
Azərbaycan Ordusunun əsgəri ermənilərin atəşkəsi pozması nəticəsində yaralanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında Ağdam istiqamətində qeydə alınıb.

Ermənilərin AQS tipli qumbaraatan silahdan atdıqları mərmi əsgər Orxan Mirzəyevin yanında partlayıb və o, çoxsaylı qəlpə yarası alıb. Əsgər hərbi hospitala yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Mətbuat xidmətindən əsgərin ermənilərin açdığı atəş nəticəsində yaralandığı bildirilib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü O. Mirzəyev 2009-cu ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#42 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 августа 2010 - 21:08

Milli Ordumuzun əsgəri minaya düşüb

12:12 26-08-2010
Hadisə Ağdamın işğal altında olan Yusifcanlı kəndi yaxınlığında baş verib


Изображение milazdata/ara.gif
Ötən gün Azərbaycan Ordusunun bir əsgəri minaya düşərək yaralanıb. ANS PRESS-in Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Ağdamın işğal altında olan Yusifcanlı kəndi yaxınlığında baş verib.

Yaralı əsgər hərbi hospitala çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

1991-ci il təvəllüdlü O. Mirzəyev 2009-cu ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
MİLAZ
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#43 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 августа 2010 - 21:12

Ermənistanın müdafiə naziri Azərbaycanı hədələdi

08:08 26-08-2010
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana S-300 raketdən müdafiə sistemləri satması haqda xəbərlərə münasibət bildirərkən deyib ki, bu xəbər doğru olsa belə,


Изображение milazdata/ara.gif
Həmin sistemlər Azərbaycana Dağlıq Qarabağ münaqişəsində “strateji üstünlük vermir”

Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində nazir onu da deyib ki, Dağlıq Qarabağda yeni müharibə başlayarsa, bu günlərdə Yerevanla Moskva arasında bağlanan yeni hərbi sazişin nəticəsi olaraq Rusiya qoşunları açıq şəkildə Ermənistanı dəstəkləyə biləcəklər.

“Azərbaycan tərəfindən Dağlıq Qarabağa yaradılacaq təhlükə Ermənistan üçün yaranan təhlükəyə çevrilərsə şübhəsiz ki, Rusiya Federasiyası özünün müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərini yerinə yetirəcək”.

Yeni sazişə görə, Rusiya qoşunlarının Gümri bazasında qalma müddəti 2044-cü ilə qədər uzadılır, Rusiya öz üzərinə Ermənistan ordusunu müasir silahlarla təchiz etmək öhdəliyi götürür və Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Rusiya qoşunlarına daha geniş səlahiyyət verilir.

Ermənistanda bir çox siyasətçilər və ekspertlər düşünürlər ki, bu saziş

Azərbaycanı Qarabağı hərbi yolla qaytarmaq istəyindən çəkindirəcək

Ohanyan da bildirib: “Saziş Ermənistan və Rusiya arasında strateji müttəfiqliyin uzunmüddətli xarakterini - regionda hərbi-siyasi vəziyyət və təhlükəsizlik atmosferinə uyğun olaraq - bir daha təsdiqləyir”.

Rusiyanın Azərbaycana S-300 raketdən müdafiə sistemləri satmaq planları haqda xəbərlər Ermənistanda və tanınmamış Dağlıq Qarabağ rejimində narahatlıq yaradıb. Orada bəziləri düşünür ki, həmin raketdən müdafiə sistemləri Ermənistan ordusunun Azərbaycanın strateji obyektləri vurmaq imkanlarını xeyli məhdudlaşdıracaq və Azərbaycanı yeni müharibəyə başlamağa həvəsləndirəcək.

Amma özü Qarabağdan olan və 1991-94-cü illərdə Azərbacanla müharibədə komandirlik etmiş Ohanyan bu narahatlıqları bölüşmür.

“Bu, Azərbaycanla Ermənistan arasında qüvvələr balansını ciddi şəkildə dəyişməyəcək. Ona görə ki, biz həmin sistemlərlə çox yaxından tanışıq. Xeyli vaxtdır ki, onları işlədirik. Və biz belə sistemlərin effektivliyini azaltmağın yollarını bilirik”.

Məlumatlara görə, Rusiyanın Ermənistanda – Gümri bazasında iki S-300 raketdən müdafiə sistemi batareyası var. 2007-ci ildən etibarən

Rusiya erməni heyətinə S-300 sistemlərinin idarə edilməsi ilə bağlı treninqlər də keçir

Ohanyan deyib: “Mən onu da qeyd etməliyəm ki, Azərbaycan hətta həmin sistemləri əldə etsə belə, onlara xidmət göstərmək üçün əlaqələndirilmiş radio-texniki sistemin qurulması xeyli vaxt aparacaq.

Mən düşünmürəm ki, S-300 alması Azərbaycana Ermənistan üzərində strateji üstünlük verəcək”.


Ohanyan Azərbaycanın öz hərbi gücünü artırmasına münasibət bildirərkən deyib ki, onlar buna qarşı addımlar atırlar, təkcə silah almırlar, həm də şəxsi heyətə təlimlər keçir, “yeni müttəfiqliklərə girirlər”

Ohanyan Moskvanın yeni sazişlə Ermənistana hansı müasir silahlar satacağını açıqlamayıb, deyib ki, müəyyən səbəblərə görə, bu, məxfi qalmalıdır.

Ohanyan bir daha bildirib ki, uzaq mənzilli, dəqiq vuran raketlər almaq niyyətindədirlər və bu, “Ermənistana düşmən ölkələrin strateji obyektlərinə yönəldiləcək”.

Azərbaycanda isə iqtisadi cəhətdən daha zəif Ermənistanın belə bəyanatlarının daha çox daxili auditoriyanın sakitləşdirilməsinə yönəldiyini düşünənlər az deyil.

www.azadliq.org
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#44 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 августа 2010 - 19:37

Ukrayna Azərbaycana satdığı silahların siyahısını açıqlayıb
Ukrayna 2009-cu ildə silah və hərbi texnika ixracına dair məlumatlarını açıqlayıb


Hesabatda göstərilib ki, Ukrayna ötən il Azərbaycana 29 ədəd BTR-70, 29 ədəd 122 mm çaplı 2S1 «Qvozdika» özüyeriyən artilleriya qurğusu, 6 ədəd 152 mm-lik 2S3 «Akatsiya» özüyeriyən artilleriya qurğusu, 1 ədəd MiQ-29UB təlim-döyüş təyyarəsi və 11 ədəd Mi-24 vertolyotu satıb.

Ötən il Ukrayna Cənubi Qafqaz dövlətlərindən Azərbaycandan savayı Gürcüstana da hərbi texnika (5 ədəd BTR-70) ixrac edib.

Qeyd edək ki, Ukrayna 2008-ci ildə Azərbaycana 32 ədəd BTR-70, 18 ədəd «Qvozdika», 21 ədəd R-27 aviasiya raketi, 3 ədəd «Toçka-U» kompleksi üçün 9P129-1M buraxıcı qurğusu və 10 ədəd «Strela-3» daşınar zenit-raket kompleksinin buraxıcı qurğusunu satmışdı.
APA
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#45 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 31 августа 2010 - 21:08

AZƏRBAYCAN ÖZ QƏHRƏMANININ MEYİTİNİN VERİLMƏSİNƏ NAİL OLMAQ ÜÇÜN NƏ ETMƏLİDİR?


2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrini böyük itkilərə məruz qoyub şəhid olan Milli Qəhrəman Mübariz İbrahimovun meyiti, bəzi cəhdlərə baxmayaraq, Azərbaycana qaytarılmır. “Media forum” saytı Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, “Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli və Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya bir sualla müraciət edib: Azərbaycan Mübariz İbrahimovun meyitinin verilməsinə nail olmaq üçün nə etməlidir?

Akif Nağı məsələnin həllində ATƏT-in böyük rol oynaya biləcəyini vurğulayıb: “Azərbaycan ATƏT-in Minsk qrupu qarşısında tələb qoymalıdır ki, Mübarizin meyiti geri qaytarılmasa, Ermənistanla danışıqlardan imtina edəcək. Eyni zamanda Azərbaycan hakimiyyətinin bütün beynəlxalq təşkilatlara müraciəti ola bilər ki, məsələ öz həllini tapmayana qədər Ermənistanın təmsil olunduğu hər hansı beynəlxalq tədbirdə iştirak etməyəcək. Bu tipli addımlar meyitin qaytarılmasında yardımçı ola bilər.

Belə məsələlərdə əsir götürmək, hərbi təzyiq göstərmək hallarından da istifadə olunur. Məndə olan məlumata görə, Azərbaycan tərəfi ermənilərə müəyyən istiqamətdə zərbələr vurub, hətta əsir də götürüb, onu Mübarizin meyiti ilə dəyişməyi təklif ediblər. Ancaq ermənilər razılaşmayıb”.

Cəsur Sümərinlinin fikrincə, məsələni həll etmək üçün Azərbaycan pressinq tətbiq etməlidir: “Azərbaycan meyiti qaytarmaq üçün yeni addımlar atmalı, əsir götürüb dəyişdirmə metodundan istifadə etməlidir. Hər hansı xəbərdarlıq əməliyyatının keçirilməsindən faydalanmaq olar. Lokal əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinə böyük zərbələr vurula bilər. Belə bir pressinq olarsa, erməni tərəfi anlayacaq ki, Mübariz İbrahimovun meyiti qaytarılmayınca bu təzyiq davam edəcək. Erməniləri nədənsə çəkindirməli, asılı hala salmaq lazımdır”.

Ərəstun Oruclu sərt addımlar atılmasını vacib sayır: “Azərbaycan bəyan etməlidir ki, Ermənistan meyiti qaytarmasa, onunla bütün danışıqlar dondurulacaq. Beynəlxalq Qırmızı Xaç Komitəsinə bildirilməlidir ki, Mübariz İbrahimovla bağlı ciddi mövqe ortaya qoyulsun. O zaman bütün beynəlxalq aləm hərəkətə gələcək. Ermənilər də meyiti qaytarmağa məcbur olacaq”.

"Media forum"
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#46 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 31 августа 2010 - 21:15


“UKRAYNADAN ALINAN SİLAHLAR GÜCLÜ VƏ MÜASİRDİR”

13:54 30-08-2010
Hərbi ekspertə görə, daha müasir avadanlıqlar da almaq olar


Изображение milazdata/ara.gif
Hərbi ekspertlər ölkəmizin xaricdən silah-sursat, hərbi texnika alışını müsbət qarşılayırlar. Azərbaycan ordusunun ehtiyatda olan zabiti, müstəqil ekspert Üzeyir Cəfərovun sözlərinə görə, xarici ölkələrdən silah alınmasının ordunun sursat və avadanlıq baxımından gücünün atırılmasında mühüm əhəmiyyəti var.

Xatırladaq ki, Ukrayna 2009-cu ildə silah və hərbi texnika ixracına dair məlumatlarını açıqlayıb. Rəsmi Kiyevin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda ötən il 14 ölkəyə silah satdığı, bu ölkələr arasında Azərbaycanın da olduğu qeyd edilib. Hesabatda Ukraynanın ötən il Azərbaycana 29 ədəd BTR-70, 29 ədəd 122 mm çaplı 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 6 ədəd 152 mm-lik 2S3 “Akatsiya” özüyeriyən artilleriya qurğusu, 1 ədəd “MiQ-29UB” təlim-döyüş təyyarəsi və 11 ədəd “Mi-24" vertolyotu satdığı göstərilib.
Ukrayna bu müddətdə Cənubi Qafqaz dövlətlərindən Azərbaycandan savayı Gürcüstana da hərbi texnika (5 ədəd BTR-70) ixrac edib. Qeyd edək ki, Ukrayna 2008-ci ildə Azərbaycana 32 ədəd BTR-70, 18 ədəd “Qvozdika”, 21 ədəd R-27 aviasiya raketi, “Toçka-U” kompleksi üçün 3 ədəd 9P129-1M buraxıcı qurğusu və 10 ədəd “Strela-3" daşınar zenit-raket kompleksinin buraxıcı qurğusu satıb.
Hərbi ekspert Üzeyir Cəfərov öncə Müdafiə Nazirliyinə irad bildirərək, bu xəbəri xarici ölkə mətbuatından öyrəndiklərinə təəssüfləndiyini bildirdi: “Alınan avadanlıqlar güclü və müasir silahlardır. Daha müasir silahlar da almaq olar. Azərbaycan Ukraynadan silah-sursat alan müttəfiq dövlətlərdəndir.
Gürcüstan 5 ədəd BTR-70 alıb. Amma Gürcüstanın bu istiqamətdə addımları siyasi xarakterlidir. Gürcüstan və keçmiş Ukrayna prezidenti arasında sıx dostluq əlaqələri var. Gürcüstan NATO-ya inteqrasiya yolunu tutub. Yaxın zamanlarda Gürcüstanın bu quruma daxil olması rəsmiləşəcək. Gürcüstanın aldığı 5 ədəd BTR-70 ola bilsin ki, bir müddətdən sonra eksponata çevrildi. Gürcüstan rəsmi şəkildə NATO-ya dəvət alandan sonra silahlarını yeniləyir. Gürcüstan silahlı qüvvələrində faktiki olaraq bir dənə də olsun, “Kalaşnikov” avtomatı yoxdur. Azərbaycan isə NATO-dan yox, daha çox MDB məkanından yapışıb".
Ekspertə görə, Azərbaycan yaxın beş ildə NATO ilə əlaqələrində konkret addım atmaq fikrində deyil: “Ölkəmizin nə Kollektiv Təhlükəsizlik Müqaviləsinə, nə də NATO-ya üzv olmaq niyyəti yoxdur. Silahlı qüvvələrə yardım edən Türkiyə ordusu ilə təmasdayıq. Türkiyə ordusunun istifadə etdiyi texnika, artilleriya qurğuları müasir tələblərə cavab verir. 2008-2009-cu illərdə toplam 61 BTR-70 alınıb. Amma 30 BTR-70, 31 BTR-80 almaq olardı.
Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər güc strukturlarına silah- sursat alındığına dair məlumat əldə edə bilmirik. Ən müasir tələblərə cavab verən İsrail istehsalı olan avadanlıqlar istifadə olunur. Amma bu haqda mətbuata məlumat verilməsə də həmin avadanlıqlar silahlı qüvvələrə xeyli yardım edir. Döyüş bölgəsində gizir və zabitlərimizə düşməni müşahidə etmək, addımbaddım izləmək imkanı verir".

Leyla İLQAR ,
www.musavat.com

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#47 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 сентября 2010 - 23:37

Son günlər Ermənistanın xüsusi xidmət orqanlarına məxsus olan kəşfiyyat qrupları təmas xəttində təxribat məqsədilə əməliyyatlar keçirməyə cəhd etsələr də, qarşıları qətiyyətlə alınıb.

Bu barədə məlumat Milli.Az xəbər portalına Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, sentyabrın 11-də təxminən saat 17.00 radələrində cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun növbəti hiyləsi də dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaıçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.

Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.

Milli.Az
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#48 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 сентября 2010 - 23:41

Erməniləri şoka salan kadrlar

16:27 13-09-2010
Burada Ermənistan ordusunun indiki durumu əks olunub


Изображение Изображение

Ermənistan ordusunun indiki durumunu əks etdirən və “YouTube” portalında sentyabrın 11-də yerləşdirilmiş dəhşətli faktlar internet istifadəçilərini şoka salıb. Videoçarxda erməni zabitinin 2 gənc əsgəri təhqir etdiyi aydın görünür. Rütbəcə böyük olan hərbçilər əsgərlərin əvvəlcə qulaqlarını dartır, daha sonra sillələyir və boyun nahiyəsinə su tökür.

Erməni internet istifadəçiləri bildirirlər ki, bu alçaldıcı hadisə məhz Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda baş verib. Maraqlısı odur ki, Ermənistan ordusunun bu gülünc və faciəvi durumunu əks etdirən videoçarx bir neçə saatdan sonra dəqiq məlum olmayan səbəbdən “YouTube”dan silinib.

Milaz

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#49 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 сентября 2010 - 23:56

KEÇMİŞ DÖYÜŞÇÜLƏR CƏBHƏDƏKİ SON VƏZİYYƏTDƏN DANIŞDI

00:31 13-09-2010
Əzizağa Süleymanov: “Ermənilər Mübariz İbrahimovun qəhrəmanlığından bərk qəzəblənib qisas almaq istəyir”
Arif Paşa: “Biz məsələni müharibə ilə yoluna qoymalıyıq, siyasi oyunlarla yox”


Изображение Изображение

Rusiya Ermənistanla yenidən hərbi müqavilə imzaladıqdan sonra erməni ordusu cəbhədə vəziyyəti gərginləşdirməkdə, atəşkəsi pozmaqda davam edir. Ermənilərin qəfil hücumları nəticəsində Azərbaycan ordusu son 10 gündə bir neçə şəhid verib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə, düşmən ordusu xüsusilə Tərtər istiqamətində fəallaşıb. Ağrılısı odur ki, ermənilərin diversiya hücumları itkisiz ötüşmür. Hətta avqustun 4-də baş verən qanlı döyüş zamanı həlak olan iki zabitdən birinin - 1976-cı il təvəllüdlü Abdullayev Əhməd Hüseynağa oğlunun cəsədi erməni tərəfdə qalıb. Şəhid olan digər zabitimiz Əhmədov Fərid Gülağa oğludur. O, aldığı yaralardan bir neçə saat sonra dünyasını dəyişib.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün sentyabrın 4-də gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib...
Politoloq və hərbi ekspertlər məsələni şərh edərkən bildirirlər ki, ermənilər həm Rusiya ilə müqavilə imzaladıqdan sonra ruhlanıblar, həm də Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından sonra ermənilər arasında yaranan təşvişi aradan qaldırmaq üçün belə təxribatlara əl atırlar. Bəs keçmiş döyüşçülər cəbhədə baş verənlərlə bağlı nə düşünür? Birinci Qarabağ müharibəsinin fəal döyüşçülərindən olan polkovnik Əzizağa Süleymanova görə, bu, döyüş əməliyyatından daha çox siyasi məsələdir: “Çünki hadisələr Rusiya prezidenti Dmitri Medvedyevin səfəri ərəfəsində yaşandı. Ermənilər bir növ mesaj verirdilər ki, Rusiyaya arxalanıb hər şey edə bilərik. Həmçinin, bununla Medvedyevin hər hansı bir yumşaq, Azərbaycanın xeyrinə bəyanat verməsinin boş şey olduğunu diqqətə çatdırmaq istəyirdilər. İkinci bir səbəb də odur ki, ermənilər Mübariz İbrahimovun məlum qəhrəmanlığından və ona Milli Qəhrəman adı verilməsindən möhkəm pərt olublar. Bu səbəbdən bütün imkanları ilə təxribatlar törətməyə, Azərbaycan ordusundan qisas almağa çalışırlar”.
Polkovnik eyni zamanda qeyd etdi ki, hadisələrin məhz Tərtər istiqamətində baş verməsi təsadüfi deyil: “Mən oralara yaxşı bələdəm, həmin istiqamət ermənilərin ən çox ehtiyat etdiyi yerdir. Sadəcə, burada qaranlıq olan bir məsələ var ki, ermənilər hücum etdiyi halda bizim ordu niyə daha çox itki verir. Adətən, müdafiə olunan tərəf az itki verməlidir. Ola bilsin ermənilər verdikləri itkiləri utandıqlarından açıqlamırlar. Yox, əgər onlar itki verməyibsə, onda cəbhə xəttində postda dayanan qulluqçuların ayıq-sayıqlığı məsələsinə ciddi yanaşılmalıdır. Nəzərə almaq lazımdır ki, düşmən heç zaman xəbərdarlıq edib hücuma keçmir. Bütün hücumlar qəfil olur. Mənim ehtimalıma görə, ermənilər daha çox qüvvə ilə hücuma keçiblər, bizim ordu qüvvələri onları dəf edərkən ya minaya düşüblər, ya da yarımmühasirədə həlak olublar”.
Keçmiş döyüşçü Arif Paşa isə hesab edir ki, cəbhə bölgəsində baş verənlər barədə konkret bir söz demək çətindir: “Elə proseslər var ki, onlar yalnız müharibədə həll olunur. Cəmiyyəti müharibəsiz nəyinsə həll olunacağına inandırmağı düzgün saymıram. Əgər müharibə etməsək, bu qanlı, itkilərlə müşahidə olunan proses 100 il də davam edə bilər. Erməni hücum edir, yaxud biz hücum edirik, sadəcə, şəhid, itki veririk, nəticə olmur. Mənasız, nəticəsi olmayan itkilər bizə nə verəcək? Bu çox ağrılıdır. Hesab edirəm ki, Azərbaycan ordusu öz gücünə güvənərək məsələni həll etməlidir. Əks halda cəbhədə bu cür şəhidlər verməkdə davam edəcəyik. İndi baş verənlər siyasi oyunlardır. Biz məsələni müharibə ilə həll etməliyik, siyasi oyunlarla yox”.

Elşad MƏMMƏDLİ,
www.musavat.com
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#50 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 сентября 2010 - 23:58

Ermənistan ordusunda bir əsgər digərini güllələyib

13:27 11-09-2010


Изображение
Ermənistanın Ararat rayonu ərazisindəki hərbi hissədə silahlı insident baş verib.

APA-nın Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, sentyabrın 9-da 19 yaşlı əsgər Vardan Nersisyan gecə növbəsi zamanı əsgər yoldaşı Ovanes Baqdasaryanı güllələyib.

Belə ki, növbədə olan V. Nersisyan qəfildən addım səsləri eşidib. O, bir neçə dəfə gələnin kim olduğunu soruşsa da, cavab almayıb və atəş açıb. Bir qədər sonra onun öz əsgər yoldaşı Ovanesi vurduğu məlum olub. Qarnından yaralanan O. Baqdasaryan xəstəxanaya aparılıb. Cərrahiyyə əməliyyatına məruz qalan əsgərin durumu ağırdır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#51 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 сентября 2010 - 23:59

Ermənistan ordusunda qiyam baş verib

09:57 11-09-2010

Изображение Изображение
Ermənistan ordusunda qiyam olub. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ararat vilayətində yerləşən N saylı hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbçilər sentyabrın 10-da silahlarını ataraq, komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər.

Hadisə ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 10-da döyüş növbəsinə gedən hərbçilər yemək hazırlamaq üçün özləri ilə qaz plitəsi götürmək istəyiblər. Lakin döyüş xidmətini yerinə yetirmə və yanğın təhlükəsizliyi qaydalarına zidd olduğu üçün tabor komandiri buna icazə verməyib. Bu qərar hərbçilərin narazılığına və rəhbərliklə fikir ayrılığına səbəb olub.

İnsidentlə əlaqədar ordu birləşmələri komandanlığının nümayəndələri hərbi hissədə olublar. Şəxsi heyətlə söhbətdən sonra problem həllini tapıb. “N saylı hissənin müqaviləli hərbçiləri xidmətlərini davam etdirirlər”, - deyə məlumatda bildirilir.
Milaz
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#52 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 сентября 2010 - 00:00

“YANLIŞ MƏLUMATLAR ORDUMUZU PİS VƏZİYYƏTƏ QOYUR”

08:26 13-09-2010
Üzeyir Cəfərov: “Əsgərlərimiz döyüş tapşırığını həyata keçirmək məqsədilə düşmən tərəfə keçirlərsə, bu, bizim uğurumuzdur”


Изображение Изображение
Ermənistanla təmas xəttində baş verən son hadisələr ölkə ictimaiyyəti tərəfindən birmənalı qaşılanmır. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ermənilərin diversiya hücumları nəticəsində ordumuz itki verib. Mübahisə doğuran məqam da elə bu açıqlamadadır. “Yeni Müsavat”ın ötən sayında baş verən hadisələri şərh edən keçmiş döyüşçü, polkovnik Əzizağa Suleymanov ortada qaranlıq nüansların olduğunu bildirib. Polkovnik bir məqama da diqqət çəkərək deyib ki, niyə ermənilər hücum etdiyi halda bizim ordu itki verir?

Hərbi ekspert Üzeyir Cəfərov bu suala aydınlıq gətirərkən həmkarının arqumentləri ilə razı olduğunu bildirdi: “Müdafiə olunan tərəf həmişə hücum edən tərəfə nisbətən az itki verir. Bu hərbin qaydasıdır. Müdafiə olunan tərəf səngərdə oturub özünü qoruyur. Ona görə də itki az olur. Təəssüf ki, bizim bəzi dildən pərgar məmurlar, güya ordunun nüfuzunu qaldırmaq üçün bu cümlələrdən istifadə edirlər: ”Düşmən tərəf hücuma keçib. Əsgərlərimiz düşmənin hücumunu qəhrəmanlıqla dəf ediblər. Düşmən tərəf əsgərlərinin cəsədlərini döyüş meydanında qoyub geri çəkilib". Həmin o məmurlara sual olunur: erməni tərəf yaralılarını döyüş meydanında qoyub qaçıbsa, düşmənin hücumunu dəf edən qüdrətli ordumuzun əsgərləri niyə erməni tərəfin meyitlərini, ya da yaralı əsgərlərini ələ keçirməyiblər? Necə olur ki, hücuma keçən və geri çəkilən düşmən bizim səngərdən əsgərlərimizin, ya da zabitlərimizin meyitini aparırlar? Açığı mən də narahatam. Bu necə yanaşmadır? Zabitimizin cəsədi düşmən əlinə keçirsə, o tək mübarizə aparır? Onun ətrafındakı şəxsi heyət hanı? İstəməzdim ki, buna görə nə qəzet olaraq sizi, nə də məni günahlandırsınlar. İncə məqamlara dair həqiqəti desələr, daha yaxşı olar".
Müsahibimizin fikrincə, həqiqətə uyğun olmayan açıqlamalar ordumuzu da pis vəziyyətdə qoyur: “Son açıqlamalar məni qətiyyən qane etmir. Əsgər və zabitlərimiz verilən tapşırığı yerinə yetirərkən həlak olublarsa, bu, tamam başqa mənzərə yaradır. Ancaq düşmən hücum edir və geri çəkilərkən əsgər və zabitlərimizin də cəsədlərini özləri ilə aparırlarsa, bu artıq tamam başqa mənzərə yaradır. Əsl həqiqət ondan ibarətdir ki, həm Mübariz İbrahimov, həm də Fərid Əhmədovla bağlı Azərbaycan ictimaiyyətinə doğru məlumat çatdırılmadı. Erməni saytları Azərbaycan ordusunu rişxəndlə təhqir edir. Düşmən düşmən olaraq qalır. Amma bu imkanı onlara yaradanlardan bəziləri özümüzünkülərdir. Əsgərlərimiz döyüş tapşırığını həyata keçirmək məqsədilə düşmən tərəfə keçirlərsə də, bu bizim uğurumuzdur. ATƏT-in hansısa həmsədrlərinin və beynəlxalq qurumların buna nə deyəçəkləri bizi utandırmamalıdır. Onlar ağızlarını açanda ”indiyə qədər siz nə etmisiniz" deyə ağızlarına vurmalıyıq. Bizim əsgərlərimiz kəşfiyyat xarakterli tapşırığı yerinə yetirirlər.

Xəbər xidməti
www.musavat.com
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#53 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 14 сентября 2010 - 00:04

Ermənistan ordusunda özbaşnalıq
/http://www.youtube.com/watch?v=mJD5OL2VKsw/
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#54 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 15 сентября 2010 - 00:28

Azərbaycanın istehsal etdiyi silah və sursatlar Polşada keçirilən beynəlxalq müdafiə sərgisində xüsusi maraq doğurub

16:09 14-09-2010

Изображение Изображение

Azərbaycanın istehsalı olan silah və sursatlar Polşanın Kelç şəhərində ötən həftə keçirilən “MSPO-2010” beynəlxalq müdafiə sərgisində xüsusi maraq doğurub.

APA-nın bildirdiyinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabrın 6-dan 9-dək keçirilmiş sərgidə MSN Polşanın hərbi sənaye kompleksinə daxil olan “Jakusz” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində iştirak edib. Dünyanın inkişaf etmiş ölkələrindən 100-dən artıq şirkətin qatıldığı sərgidə iştirakçılara Azərbaycanın MSN-in müəssisələrində istehsal edilən 60-dan artıq müdafiə təyinatlı məmulatlar (atıcı silahlar, raket-artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri, müxtəlif növ döyüş sursatları və s.) haqqında buklet, broşür və CD-lər paylanıb: “Sərgidə Azərbaycanın müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlar böyük marağa səbəb olub. “İstiqlal” snayper tüfəngi və döyüş sursatları xüsusi maraq doğurub”.

Nazirliyin məlumatında, həmçinin qeyd edilib ki, sərgiyə qatılan bir sıra inkişaf etmiş ölkələrin şirkətləri MSN-lə əməkdaşlıq etmək istəyini bildirib. MSN-in stendini ziyarət edən Polşanın yüksək rütbəli hərbçiləri nazirliyin “Jakusz” şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndiriblər.

Sərgi zamanı Avropanın KİV-də Müdafiə Sənayesi Nazirliyi haqqında məlumatlar verilib, o cümlədən Polşada nəşr edilən ”Raport” hərbi jurnalında geniş məlumat dərc edilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#55 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 17 сентября 2010 - 01:46

Azərbaycanın cənubunda irimiqyaslı təlim keçirilib

20:28 16-09-2010
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində irimiqyaslı şərti təlimlər keçirilib.


Изображение Изображение
APA-nın cənub bürosunun məlumatına görə, təlim bu gün Lənkəran rayonunun Liman şəhəri ərazisindəki neft anbarında reallaşıb. Mərkəzin əməkdaşlarına şərti olaraq Lənkəran şəhərindən 75 kilometr aralıda 7,5 bal gücündə baş verən zəlzələnin fəsadlarını dəf etmək tapşırığı verilib. Zəlzələ nəticəsində Liman şəhərində yerləşən neft anbarındakı çənin deformasiyaya uğraması səbəbindən yanğın baş verib, inzibati bina uçub, işçilərdən xəsarət alanlar olub. Hadisə yerinə təcili olaraq FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları gəlib.

Anbarda baş verən yanğının qarşısı alınıb, xəsarət alan 2 nəfər Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

FHN-nin əməkdaşı İzzət İbişov jurnalistlərə açıqlamasında şərti təlimin keçirilməsində məqsədin baş verə biləcək hər hansı hadisəyə çevik reaksiya vermək, FHN-lə aidiyyəti qurumlar arasında qarşılıqlı əlaqəni gücləndirmək, operativ qərarların qəbul edilməsi, qəza xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili olduğunu deyib, belə tədbirlərin davam etdiriləcəyini bildirib.

Təlimə şəxsi heyətin 74 üzvü, o cümlədən 9 texnika cəlb edilib.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#56 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 17 сентября 2010 - 01:53

Ermənistanın müdafiə naziri Azərbaycanın «C-300» kompleksləri alması haqda danışdı

15:16 16-09-2010
Ermənistan bir neçə «C-300» zenit-raket kompleksinə malikdir.
Milli.Az xəbər portalının «Armenia Today»a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Azərbaycanın Rusiyadan bu kompleksləri almağa hazırlaşması haqda xəbərlərə münasibət bildirən nazir hesab edir ki, Bakı Moskvadan «C-300» komplekslərini alacaq: «Bizdə olan məlumata görə, bu xəbərlər təkzib olunmayıb və Azərbaycan guman ki, «C-300» zenit-raket komplekslərini alacaq. Amma bu, bizi narahat etmir. Ermənistanın belə kompleksləri var və onları idarə etməyi yaxşı bacarırıq».
Milaz
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#57 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 17 сентября 2010 - 01:54

Cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulan erməni kəşfiyyatçının ailəsi BQXK-ya müraciət edib

16:27 15-09-2010

Изображение Изображение
Sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət erməni təxribat qrupunun növbəti hiyləsi dəf edilərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən erməni kəşfiyyatçının ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edib.

Bu barədə APA-ya açıqlamasında BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, hərbçinin ailəsi qurumun Ermənistan nümayəndəliyinə müraciət edərək, onun taleyinə aydınlıq gətirilməsini xahiş edib. İ. Hüseynova həmin müraciət əsasında Azərbaycanın aidiyyəti qurumlarına sorğu göndəriləcəyini qeyd edib.

Qeyd edək ki, sentyabrın 11-də saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət erməni təxribat qrupunun növbəti hiyləsi dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.

Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#58 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 19 сентября 2010 - 14:03

İran casus təyyarəsini təsbit edə bilən texnologiya əldə etdi

"Xatəmul Ənbiya" Qərargahı Komandir Köməkçisi General Həsən Mənsuryan, İranın, radara düşməyən və casus təyyarələrini təsbit ədəbilən texnologiyanı əldə etdiyinin məlumatını verdi.

Həsən Mənsuryan jurnalistlərə verdiyi reportajda qərbin İran əleyhinə sanksiyalarını qiymətləndirərək, "İran, bu gün əldə etdiyi imkanları adi seyrindən əldə etmək istəsəydi uzun sürəcəkdi. Amma rəhmətlik İmam Xomeyni İran millətinə hədiyyə etdiyi cihad və özünə inanma duyğusu bu günki nöqtəyə gəlməmizə səbəb olmuşdur" - dedi.

  • MIROTVORES70 это нравится

#59 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 19 сентября 2010 - 14:34

İsrail Müdafiə Naziri ABŞ-a səfər edir

İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, Müdafiə Naziri Ehud Barakın, ABŞ Müdafiə Naziri Robert Qeyts və ABŞ Xarici işlər naziri Hillari Klinton ilə görüşməsinin planlandığı ifadə edildi.

İsrail Baş Naziri Benyamin Netanyahunu, fələstinlilərlə sərhədlərin çəkilməsi mövzusunda bir razılığa gələnə qədər yəhudi məskunlaşma vahidi inşaatının dayandırılması üçün razı salmada müvəffəqiyyətli ola bilməyən Barakın, bu gün yola çıxmasının gözlənildiyi ifadə edilir.

  • MIROTVORES70 это нравится

#60 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 20 сентября 2010 - 00:50

Mübariz İbrahimovla bağlı kitabın təqdimatı oldu

09:08 19-09-2010
“Mübariz” kitabının pulsuz paylanması nəzərdə tutulub


Изображение Изображение
Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin “Mübariz” povestinin təqdimatı olub. Mərasimdə igid Azərbaycan övladının doğmaları, kənd ziyalıları, müəllif, kitaba ön söz yazmış yazıçı-dramaturq Əli Əmirli iştirak ediblər.

“Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çox yüksək keyfiyyətlə, nəfis şəkildə çap olunmuş povestdə 22 yaşlı Milli Qəhrəmanın nəsillərə örnək olan həyatı, döyüş yolu öz əksini tapıb. Kitab Prezident İlham Əliyevin Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında Sərəncamı ilə açılır. Nəşrdə Mübarizin qısa, lakin şərəfli ömür yolundan bəhs edilir, igid döyüşçünün daxili aləmi, həyəcanları, mənəvi dünyasında baş verən oyanış, onu daim narahat edən və intiqama səsləyən hiss və həyəcanlar bədii boyalarla verilib.

Tədbirdə çıxış edən Mustafa Çəmənli kitabın ərsəyə gəlməsini qəhrəmanın ruhuna bir tohfə kimi qiymətləndirib.

Beş yüz nüsxədə çap olunmuş kitabın pulsuz paylanması nəzərdə tutulub.
ALLAH RƏHMƏT ELƏSİN!
Milaz
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru