Перейти к содержимому

Фотография

Təbərrük

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 207

#31 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 03 ноября 2010 - 01:29

agar azarbaycanca bilirsansa oxu va yadinda saxla bir koynaya bu mocuzani veran ALLAHU tala seyyidlarada pirlarada bu mocuzani verar subhan var

Biz Allahın qüdrətindən danışmırıq, əksinə biz bilirik ki, Allah hər şeyə qadirdr. Mən bilirəm ki, Allah təalə peyğəmbərlərə möcüzə veri və Yusuf a.s.-ma bu möcüzəni vermişdir. Lakin belə əqidə məsələlərində qiyas olmur, qiyas fiqh məsələlərdə olur. Yəni hansısa peyğəmbərə möcüzə verilibsə o demək deyil ki, həmən möcüzə başqa insana və ya yerə də aiddir. Aşağıdakı postlarıvızda yazdıqlarıvıza isə cavab vermirəm, çünki elmsiz və acizlər cavab tapmayanda bu cür təhqirlərə keçirlər.

İndi sən mənə bu barədə bir dənə dəlil gətir ki, pirlərdə bu möcüzə var və bunlardan istəmək olar. Və sənin bu əməlinlə əvvəlki muşiklərin əməli arasında nə fərq var? Əgər desən ki, sənin pirlərin salehlərdir, onda mən sənə deyirəm ki, onlar da öz ibadət etdikləri barəsində bunu etiqad edirdilər.Əgər desən ki, sən günahkarsan, ona görə də duan qəbul olunmur, buna görə də belə edirsən, onda mən də sənə deyirəm ki, 1-cisi buna dəlil gətir ki, belə halda ölüdən, pirdən, ağacdan və air istəmək olar. 2-cisi isə onlar da belə etiqad edirdilər günahkardırlar və buna görə də belə edirlər. "Onlar biim Allah yanında şəfaətçilərimizdir." Cavab yazanda ya əxlaqlı yaz ya da belə yazmağı bacarmırsansa sən çəkil başqa bir əxlaqlısı gəlsin. belələri burada var.

#32 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 04 ноября 2010 - 07:12

Aşağıdakı postlarıvızda yazdıqlarıvıza isə cavab vermirəm, çünki elmsiz və acizlər cavab tapmayanda bu cür təhqirlərə keçirlər.

hardadi tahqir zahmat cak gostar.agar cahannama tahqir deyirsansa onda quran va peyqambar saas nauzubillah camaati basdan ayaqa tahqir elayir?bir asibka buraxdin zahmat cak dalinda dur.dedin ki mocuza koynaya yox YUSIF as verilib,man da deyiram koynak vasitadir ki san vasitani inkar elayirsan zahmar cak sozu firladma cavab ver.

İndi sən mənə bu barədə bir dənə dəlil gətir ki, pirlərdə bu möcüzə var və bunlardan istəmək olar.

yena movzunu basqa yera firladirsan.avvala pirlar mutlaq guca sahib deyillar,ikincisi pirlardan yox ALLAHU taladan istayirlar,o yerlari ki karamatli bilirik buna quranda da dalillar var.masalan niya gora baqara 125 da ALLAHU tala islam peyqambarina saas IBRAHIM maqamini ozunuza namazgah edin dedi,yani o yer ila o birilarinin na farqi var idi ki, bir farqi o idi ki orda IBRAHIM as durmusdi,nasa basa sala bildim?gorursan da qurani karimda bunlar qeyd olunub lakin siz basa dusmazsiz.
ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#33 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 ноября 2010 - 00:23

Salam Aleykum hər kəsə !

Mövzudakı hədislər təbərrük haqdadır. Bir şeyi də bir daha xatırladım ki təbərrük də təvəssülün bir növü sayıla bilər

Omarın qılıncı,

Sənin verdiyin sualı çox veriblər cavablarını da alıblar amma deyəsən həmişə bu çürümüş söhbətlərdən əl çəkmirsiniz də

Fərqi bilmək istəyirsən ?? Problem yoxdur izah edərəm

1-si müşrik öz şəfaətçisini tanrı saymaqla rübubiyyətdə şirkə batıb , müsəlmanlar isə öz şəfaətçisini tanrı bilmir
2-si müşrik öz şəfaətçisinə ibadət edirdi , müsəlmanlar isə belə etmir
3-sü müşrikin bütləri şəfaətçi hesab etmələri barədə qeybdən dəlilləri yoxdur , amma müsəlmanların şəfaətçi hesab etdiklərinə isə Quran və hədislərlə dəlillər var

Zillət bizdən uzaqdır !

#34 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 06 ноября 2010 - 23:36

1-si müşrik öz şəfaətçisini tanrı saymaqla rübubiyyətdə şirkə batıb , müsəlmanlar isə öz şəfaətçisini tanrı bilmir

Bu sənin iddiandır. Əvvəlki muşriklər də bu günkilər kimi etiqad edirdilər ki, yerləri-göyləri yaradan, ruziləndirən yalnız Allahdır: De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs belə olduğu halda Allahdan qorxmursunuz?" Yunus 30. və həmçinin Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?"– deyə soruşsan, onlar hökmən: "Allah!"– deyəcəklər.Loğman 25. Bu ayələri oxuduqdan sonra gətirdiyin bu əsassız iddianı birdəfəlik yadından çıxart.
Əksinə onlar ərəb dilini, quranı və LƏ İLƏHƏ İLLAHLAH kəlməsini bu günkilardan çox yaxşı bilirdilər. Buna görə də peyğəmbər sallallahu aleyhi və səlləm onlara dedikdə ki, deyin LƏ İLƏHƏ İLLAHLAH NİCAT TAPIN! Onlar dedilər: O, bütün ilahları bir İlahmı etdi? Həqiqətən, bu, əcaib bir şeydir. Sad 5. Deməli problem ribubiyyətdə yox, əksinə uluhiyyətdə idi. Buna görə də Allah təalə xəbər verir ki, bütün peyğəmbərləri yalnız uluhiyyət üçün göndərib. Və buyurur ki, Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. Nəhl 36.

#35 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 06 ноября 2010 - 23:54

Öz yazdığınıza heç özünüz inanırsınız ? Necə yəni bütlərini tanrı saymırdılar ?! Əzizim , sən gətirdiyin ayələr onu göstərir ki müşrik xaliqiyyətdə şirkə batmayıb amma rübubiyyətdə şirkə batıb . Quranda yüzlərlə ayədə ,eləcə də çoxlu səhih rəvayətlərdən belə məlum olur ki müşriklər bütləri tanrı sayıblar sadəcə hər şeyi Allah yaratdığını nəzərə almaqla .

Sad surəsi 5-ci ayə

Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir.

Zillət bizdən uzaqdır !

#36 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 06 ноября 2010 - 23:59

Əhli Sünnət alimlərindən birinin Əba Əbdillah Hüseynin (ə) qəbrinin torpağı ilə şəfa tapması.

Bu barədə İbn Covzi Həmbəli və ibn Ədim Hənəfi kitablarında yazmışlar.
Şəfa tapmış alim Cəfər ibn Mühəmməd ibn Nəsir ibn Qasim Əbu Mühəmməd Xəvas Xuldidir (Hicri 348-ci il təvəllüdlü)

montathem_jawzy_gelaf.jpg montathem_jawzy_5_346.jpg montathem_jawzy_5_347.jpg

İbn Covzi özünün əl-Muntəzəm adlı əsərinin 5-ci cildinin 346-347-ci səhifələrində yazır:

“Həsən ibn Əbdan Seyrəfi deyir ki, Cəfər Xuldidən eşitdim: “Bədənimdə böyük bir yara vardı. Həmin nahiyəni Hüseynin qəbrinin torpağına sürtdüm və yatdım, ayıldığımda həmin yerdə heç bir yaranın izinin qalmadığını gördüm. Qalxıb Hüseynin qəbrin ziyarət etdim və biraz da qəbrin yanında yuxuladım. Yuxuda gördüm ki, sanki qəbr aralandı, “Hara gedirsən ey Peyğəmbər övladı?” deyə soruşdum, cavab verdi ki, onların (böyük ehtimalla həzrətin məqsədi Əhli-Beyt düşmənləridir. Müt.) əlindən gedirəm””

İbn Nədim də özünün hələbin tarixi haqqında bəhs etdiyi “Buğyətut Talib” əsərinin 6-cı cildinin 2657-ci səhifəsində Cəfər Xuldidən yuxarıda nəql etdiyimiz hekayəti yazmışdır.

tarikh_halab_gelaf_6.jpg tarikh_halab_6_2657.jpg

Qeyd edək ki, mötəbər rical kitabları Cəfər Xuldini etibarlı, dindar, doğrudabışan və fəzilətli şəxs kimi xarakterizə etmişlər

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#37 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 06 ноября 2010 - 23:59

Müşriklərin bütləri tanrı saymaları barəsində ayələr çoxdur sadəcə biri yadıma düşdü ,inşAllah bu barədə daha çox dəlilləri sabah gətirəcəm mütləq

Zillət bizdən uzaqdır !

#38 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 07 ноября 2010 - 00:20

taimiah.jpg

Uqudud-durriyyə, səhifə 162
Mühəmməd ibn Əhməd ibn Əbdul-Hadi
Şeyxin (ibn Teymiyyə) Dəməşq qalasında vəfat etməsi

Şeyx qalada həbsə atıldıqdan, kitab-dəftəri əlindən alındıqdan sonra orada ibadət, tilavət və zikrə məşğul oldu, orada olduğu müddətdə 80 – dən çox Quran xətm etdi. Hər gün üç cüz Quran oxuyurdu. Quran oxuduğu halda, hicrətin 728-ci ili zil-qəədə ayının 22-si vəfat etdi. Iyirmi neçə gün xəstə yatdı. Çox adam onun xəstə oldugunu bilmirdi. Buna görə də çox təəssüfləndilər.
Qalaya xeyli insan toplaşdı. Onlara daxil olmaq izni verildi. Cənazəyə qüsl verilməmişdən əvvəl insanlar əyləşib Quran oxudular, cənazəni öpməklə, onu görməklə təbərrükləndilər. Qadınlar da gəlib bu işi gördülər.
Cənazə namazı ilk öncə qalada qılındı, daha sonra Dəməşq məscidində zöhr namazından sonra yeni bir cənazə namazı qılındı. Şeyxin nəşi Bureyd qapısından çıxarıldı. Böyük bir izdiham vardı. Insanlar təbərrük məqsədilə öz dəsmallarını, əmmamələrini cənazənin üzərinə atırdılar.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#39 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 07 ноября 2010 - 14:41

Söz verdiyim kimi müşriklərin bütləri tanrı saymaqları haqda dəlillər :

(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu). (Ənam 14)

O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?! (Ənam 22)

Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” (Nəhl 51)

O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər! (Hicr 96)

..Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!) (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” (Nəhl 1-2)

(Ya Rəsulum!) De: “Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar”. (İsra 42)

(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam 74)

De: “(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” (İsra 56)

Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! (Hud 53-54)

Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik. Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?! (Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: ) “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)”.(Kəhf 14-16)

(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir! Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!

Müşriklərin bütləri tanrı saymaları haqda Qurani Kərimdə ayələr yüzlərlədir mən onlardan kiçik bir qismini təqdim etdim , hesab edirəm düşünən ağıl sahibləri üçün bu dəlillər kifayətdir

Сообщение отредактировал reservoir engineer: 07 ноября 2010 - 14:45

Zillət bizdən uzaqdır !

#40 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 07 ноября 2010 - 14:43

Səhih rəvayətlərdən dəlillər

Müşriklərin bütləri tanrı saymalarına aid başqa dəlillər də mövcuddur. Məsələn , ilk müsəlmanlardan olan Zinnirə Ömərin ailəsinə mənsub bir cariyə idi. Ömər müşrik olduğu zamanlarda ona da işgəncə edirdi . Bir dəfə Əbu Cəhl Zinnirəni döyərək bir gözünü kor etmişdi. Əbu Cəhl ona Lat və Uzzanın qəzəbinə gəldin, gözün kor oldu dediyi zaman , O, onları kim tanıyır , cavabını vermişdi

Yaxud , ilk müsəlmanlardan olan əslən adı Əhlah olan Əbu Fükeyhə Safvan ibn Üməyyənin köləsi idi. Safvan ona çox əzb verərdi. Fükeyhənin ayağına bir ip bağlayıb onu çınqılların, qızmar qumların üstündə sürütdürərdi. Belə bir halda bütlərdən birini göstərərək : “ Sənin Allahın bu deyilmi ?“ – deyə soruşardılar . O da : “Mənim də, sizin də tanrınız bir olan Allahdır” , cavabını verərdi .

Yaxud Hz Muhəmməd (s) ilə Əbu Cəhl arasında baş vermiş dialoqa fikir verin :

Hz Muhəmməd (s) dedi :
-Sizdən bir tək söz istəyirəm. Əgər o sözü versəniz, ərəblər sizə tabe olacaq, farslar dininizə bağlanacaqlar .
Əbu Cəhl hərarətlə səsləndi :
-Bir deyil, on söz veririk.
Hz Muhəmməd dedi :
-Allahdab başqa tanrı yoxdur , deyin və Allahdan başqa səcdə etdiklərinizi söküb atın
Müşriklərdən biri, “ ya Muhəmməd, bütün tanrıları birləşdirmək istəyirsən” deyərək soruşdu . Sonra bir-birlərinə dönərək belə danışdılar :
- Bu adam bizə, istədiyimiz şeyi verməyəcək

Zillət bizdən uzaqdır !

#41 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 07 ноября 2010 - 22:26

Başqa ayələri də nəql etməyi özümə borc bildim :

(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.(Furqan 3)

Yoxsa (Məkkə müşrikləri)yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!) Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb ) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! (Ənbiya 21-22)

(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınıza tənə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər. (Ənbiya 36)

(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” (bu bütləri sən sındırdın?) - deyə soruşdular. (Ənbiya 62)

(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar. (Ənbiya 98-99)

Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun 23)

Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun 32)

Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar! (Muminun 117)

Və sonda :

(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz! (Həcc 71)

Сообщение отредактировал reservoir engineer: 07 ноября 2010 - 22:27

Zillət bizdən uzaqdır !

#42 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 07 ноября 2010 - 23:59

Söz verdiyim kimi müşriklərin bütləri tanrı saymaqları haqda dəlillər :

(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu). (Ənam 14)

O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?! (Ənam 22)

Allah belə buyurdu: “İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!” (Nəhl 51)

O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər! (Hicr 96)

..Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!) (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” (Nəhl 1-2)

(Ya Rəsulum!) De: “Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar”. (İsra 42)

(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam 74)

De: “(Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə (sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər!” (İsra 56)

Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışırsan)”. (Hud) belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! (Hud 53-54)

Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!” – dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik. Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub düzəldəndən daha zalım (özünə zülm edən) kim ola bilər?! (Gənclərin başçısı, yaşca böyüyü Təmlixa yoldaşlarına belə demişdi: ) “Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın (sizə kafirlərdən nicat versin, düşmənlərdən qoruyub saxlasın)”.(Kəhf 14-16)

(Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir! Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!

Müşriklərin bütləri tanrı saymaları haqda Qurani Kərimdə ayələr yüzlərlədir mən onlardan kiçik bir qismini təqdim etdim , hesab edirəm düşünən ağıl sahibləri üçün bu dəlillər kifayətdir

Gətirdiyiniz bütün ayələr uluhiyyəyə aiddir. Rəbb sifəti keçən ayələrdə isə peyğəmbər sallallahu aleyhi və səlləm muşriklərə onların iqrar etdiyi şeylə - yəni rububiyyətlə onlara uluhiyyəti isbat edirdi. Onların isbat etdikləri şey Allahın hər şeyin RFəbbi, Xaliqi, Məliki, Qayyumu olması idi. Keçən ayələr uluhiyyətə aiddir.

Sual: Sənə görə LƏ İLƏHƏ İLLƏLLAH kəliməsi ilə LƏ RABBƏ İLLƏLLAH arasında nə fərq var? Bunların arasında fərqi görürsənmi?

#43 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 08 ноября 2010 - 00:09

Başqa ayələri də nəql etməyi özümə borc bildim :

(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.(Furqan 3)

Yoxsa (Məkkə müşrikləri)yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!) Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb ) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! (Ənbiya 21-22)

(Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınıza tənə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər. (Ənbiya 36)

(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” (bu bütləri sən sındırdın?) - deyə soruşdular. (Ənbiya 62)

(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar. (Ənbiya 98-99)

Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun 23)

Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi: ) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun 32)

Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar! (Muminun 117)

Və sonda :

(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz! (Həcc 71)

Bu ayələr də əvvəlki kimi uluhiyyətə aiddir. Çox guman ki, sən tanrı sözünü axtarmısan, bütün bu ayələr çıxıb, oxumamış da yazmısan. Tutarlı dəlil gətirə bilmədin.

#44 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 08 ноября 2010 - 00:16

Tutarlı dəlil gətirə bilmədin.

Tutarlı dəlillərə cavab verirsiz bəyəm? Mövzu təbərrük haqdadır və mən Sizə bu haqda Sizin kitablardan dəlillər gətirmişəm, görməməzliyə vurmayın özünüzü və cavab verin.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#45 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 08 ноября 2010 - 01:26

Bu ayələr də əvvəlki kimi uluhiyyətə aiddir. Çox guman ki, sən tanrı sözünü axtarmısan, bütün bu ayələr çıxıb, oxumamış da yazmısan. Tutarlı dəlil gətirə bilmədin.

Üluhiyyatda şirkə batanları misal olaraq xristianları göstərmək olar .Rübubiyyətlə üluhiyyət ayrı şeylərdir . Gedin ayələri diqqətlə oxuyun , sonra baxın nədə şirkə batıblar ,ayələrdən başqa səhih rəvayətlər də sözlərimi təsdiq edir

2-si dəxli yoxdur nədə şirkə batıblar , fakt budur ki bütləri tanrı biliblər . Yunan müşrikləri də Zevsi baş tanrı sayır hər şeyi onun yaratdığını deyirdilər , amma özlərindən başqa tanrılar da uydurmuşdular ,dəniz Allahı ,müharibə Allahı və s. Romalılar da ,misirlilər də həmçinin . Məkkə müşrikləri də elə idilər

3-sü ayələrdən güclü dəlil ? Sən Allah kəlamını dəlil saymırsan ?!

Zillət bizdən uzaqdır !

#46 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 08 ноября 2010 - 01:30

Omarın qılıncı,

Sən müşriklə müsəlmanın əməlindəki fərqləri soruşurdun izah etdim , 4-cü fərq də var müşrik öz şəfaətçisinin müstəqil qüvvəyə malik olmasına etiqad bəsləyirdi ,müsəlmanlar yox

Bu fərqlərdən sonra müsəlmanları müşriklə bərabər tutanları Allaha tapşırıram !

Zillət bizdən uzaqdır !

#47 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 08 ноября 2010 - 10:57

İbn Teymiyyənin qəbrinin torpağının şəfalı olması haqda
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#48 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 08 ноября 2010 - 11:46

Omarın qılıncı,

Sən müşriklə müsəlmanın əməlindəki fərqləri soruşurdun izah etdim , 4-cü fərq də var müşrik öz şəfaətçisinin müstəqil qüvvəyə malik olmasına etiqad bəsləyirdi ,müsəlmanlar yox

Bu fərqlərdən sonra müsəlmanları müşriklə bərabər tutanları Allaha tapşırıram !

Xeyr.Onlardan soruşanda deyirdilər yalnız Allah göyləri və yeri yaradıb,yalnız Allah ruzi verir,yalnız Allah yağış endirir,yalnız Allah şəfa verir,yalnız Allah öldürür və dirildir.Bu şeylər onların xilqətində ola-ola Allahdan qeyrisini məhz Allaha yaxınlaşdırmaq,şəfaətçilik etmək üçün ortaq etmişdirlər.Peyğəmbər onlara deyəndə nə zərər nə də xeyir verə bilməyən kəsləri niyə çağırırsınız, deyirdilər onlar bizi Allaha yaxınlaşdırır və ya onlar bizim Allah yanında şəfaətçilərimizdir.Fikir verin, demirdilər ki, yox sən bilmirsən onlar müstəqil şekildə ruzi,şəfa və s. verirlər,deyirdilər: "Allaha yaxınlaşdırır",çünki onların müstəqil olmasını etiqad etmirdilər. Roma,Misir,Yunan ilahları isə onların etiqadına görə müstəqil vilayətlərə malik idilər.Yəni yeri göyü bir vahid ilah deyil, müxtəlif ilahlar yaradıblar və hətta bu ilahlar arasında müharibələr də olurdu.

257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#49 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 08 ноября 2010 - 11:50

İbn Teymiyyənin qəbrinin torpağının şəfalı olması haqda

İbn Teymiyyənin qəbri, Peyğəmbərin qəbrindən üstün deyil.Şəfalı olsaydı Peyğəmbərin qəbri olardı, lakin Allah Təalə heç kəsin qəbrini şəfaətli etməyib,buna heç bir əsas da yoxdur.

257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#50 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 08 ноября 2010 - 11:59

İbn Teymiyyənin qəbrinin torpağının şəfalı olması haqda

İbn Teymiyyənin qəbri, Peyğəmbərin qəbrindən üstün deyil.Şəfalı olsaydı Peyğəmbərin qəbri olardı, lakin Allah Təalə heç kəsin qəbrini şəfaətli etməyib,buna heç bir əsas da yoxdur.

Sizin bu sözlərinizin əsası yoxdur, çünki havadan yazırsız! Mənim gətirdiklərim isə Sizin alimlərinizin yazdıqlarıdır.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#51 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 08 ноября 2010 - 23:49

Tutarlı dəlil gətirə bilmədin.

Tutarlı dəlillərə cavab verirsiz bəyəm? Mövzu təbərrük haqdadır və mən Sizə bu haqda Sizin kitablardan dəlillər gətirmişəm, görməməzliyə vurmayın özünüzü və cavab verin.

Bəyəm siz heç dəlil gətirmisiniz ki? Dəlil Allah və rasulunun sözləridir.

Sən mənə dəlil gətir ki,
1. salehlərin qəbirlərinin üstündə türbələr tikərək,
2. onlara səcdə edərək,
3. onlara qurbanlar kəsərək,
4. onlara nəzirlər verərək,
5. oralara sürtünərək,
6. torpağından yeyərək və suyundan içərək,
7. qəbirlərin ətrafında təvaf edərək,
8. onların qarşısında mütiliklə, xuşu içərisində, zəlil vəziyyətdə yalvararaq, dua edərək,
9. onların qəbirlərinin qarşısında namaz qılaraq
10. həmin yerlərlə və həmin kəslərlə təbərrük etmək caizdir və Allahın əmr etdiyi bir şeydir, elə peyğəmbər sallallahu aleyhi və səlləm də bu cür edib?

Ancaq sualım dəlillə cavab yaza bilən kəsədir. Və əxlaq çərçivəsi daxilində.

#52 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 08 ноября 2010 - 23:59

Tutarlı dəlil gətirə bilmədin.

Tutarlı dəlillərə cavab verirsiz bəyəm? Mövzu təbərrük haqdadır və mən Sizə bu haqda Sizin kitablardan dəlillər gətirmişəm, görməməzliyə vurmayın özünüzü və cavab verin.

Bəyəm siz heç dəlil gətirmisiniz ki? Dəlil Allah və rasulunun sözləridir.

Gətirdiyim alimlərinizin yazdıqlarıdır. Dəlildir, nağıldır ya cəfəngiyatdır - Sizin alimlər yazıb!
Deməli dəlil yalnız Allahın və rəsuləllahın sözləridir! Onda boynunuza alın ki, alimləriniz boş-boğazlıq edib söhbəti bağlayaq.
Almaq istəməsəz mənə sual verməyin, əvvəl mənim yazdıqlarıma cavab verin.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#53 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 09 ноября 2010 - 00:13

İbn Teymiyyənin qəbrinin torpağının şəfalı olması haqda

Yox, qardaş, bunu artıq mən də qəbul eliyə bilmərəm :whistling:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#54 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 09 ноября 2010 - 00:23

حدثنا ‏ ‏مالك بن إسماعيل ‏ ‏حدثنا ‏ ‏إسرائيل ‏ ‏عن ‏ ‏عثمان بن عبد الله بن موهب ‏ ‏قال ‏ ‏أرسلني أهلي إلى ‏ ‏أم سلمة ‏ ‏زوج النبي ‏ ‏صلى الله عليه وسلم
‏بقدح من ماء وقبض ‏ ‏إسرائيل ‏ ‏ثلاث أصابع من ‏ ‏قصة ‏ ‏فيه شعر من شعر النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏وكان إذا أصاب الإنسان عين أو شيء بعث إليها ‏ ‏مخضبه ‏ ‏فاطلعت في ‏ ‏الجلجل ‏ ‏فرأيت شعرات حمرا

Malik ibn İsmail bizə nəql etdi: Bizə İsrail, Osman ibn Abdullah ibn Məuhəbdən nəql etdi: Dedi: "Mənim tayfam məni bir kasa su ilə peyğəmbərin, səllallahu aleyhi va səlləm, xanımı Umm Sələmənin yanına göndərdilər. İsrail təxminən üç barmaqlıq bir qabın içində peyğəmbərin, səllallahu aleyhi va səlləm, tüklərini gördü." (Osman əlavə etdi) "Əgər bir kəs şər gözlərdən və ya başqa şeydən əziyyət çəkəndə, bir qab ilə onun (Umm Sələmə) yanına göndərərdi. Mən qabın içinə baxdım və orda bir neçə qırmızı tük gördüm."
"Səhih əl-Buxari", cüz: 7, bab: 72, hədis: 784, (5446)

Hafiz İbn Hacər, rahiməhullah, yuxarıdakı səhih hədisin şərhində bunu qeyd edir:

"... وقد تقدم بيانه في كتاب الطهارة، والمراد أنه كان من اشتكى أرسل إناء إلى أم سلمة فتجعل فيه تلك الشعرات وتغسلها فيه وتعيده فيشربه صاحب الإناء أو يغتسل به استشفاء بها فتحصل له بركتها‏.‏ "

"...bunun izahı Təharat kitabında verilmişdi, anlaşılan budur ki, kim əziyyət çəkərsə, bir qabı Umm Sələməyə göndərərdi və ora bu tükləri su ilə yuyardı və qabın sahibi şəfa tapmaq üçün bundan içər və ya bununla yuyunardı və onun bərəkətini əldə edərdi."
"Fəth əl-Bari Şərh Səhih əl-Buxari", 10/364
Kitəb əl-Libəs,
باب مَا يُذْكَرُ فِي الشَّيْبِ

Hafiz Əl-Ayni, rahiməhullah, Buxarinin şərhində deyir:

"Umm Sələmədə gümüş bir qabda peyğəmbərdən, səllallahu aleyhi va səlləm, bir az saç tükü var idi. İnsanlar xəstələndikdə gedib bu tüklərlə təbərrük edərdilər və bunun bərəkəti ilə şəfa tapardılar. Əgər kimsə şər gözdən və yaxud başqa xəstəliklərdən əziyyət çəkərdisə, öz zövcəsini Umm Sələmənin yanına bir "mixdəbə" ilə (su daşımaq üçün kiçik bir qab) göndərərdi. O, (Umm Sələmə) tükləri suda yuyardı, bu sudan içib şəfa tapardılar, daha sonra isə tükləri "cilcələ" geri qoyardılar."
"Umdət əl-Qari fi Şərh Səhih əl-Buxari", 18/79

Hafiz İbn Hacər, rahiməhullah, eyni hədisin şərhində "cilcəl" haqqında deyir:

كان جلجلا من فضة صيغ صوانا لشعرات كانت عند أم سلمة من شعر النبي صلى الله عليه وسلم

"Cilcəl saç saxlamaq üçün gümüş bir qabdır və Umm Sələmədə peyğəmbərimizin, səllallahu aleyhi va səlləm, saçı var idi."
"Əl-Fəth", 10/364

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#55 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 09 ноября 2010 - 00:31

İbn Teymiyyənin qəbrinin torpağının şəfalı olması haqda

Yox, qardaş, bunu artıq mən də qəbul eliyə bilmərəm :whistling:

:loool: Əqidə başdan ayağa ziddiyətdi e. Amma indi bilirsən nə fikirləşirəm? Əgər belə bir hadisə həqiqətən olubsa, bunu mən Allah Təalanın insanlara xəbərdarlığı kimi başa düşərəm. Yəni, ey insanoğlu, həmin bu adam təbərrükü inkar edirdi, indi elə həmin adamın qəbri təbərrük mənbəyi olub.

Bir az ağır söhbət oldu deyəsən :) Hər halda bu da bir variantdı. Həqiqət olması şərt deyil.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#56 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 ноября 2010 - 01:31

Buxari Səhihində yazır ki, Peyğəmbərin(s) Xanımı Ümmü Sələmə bir gün Peyğəmbər(s) yatarkən onun tərini bir şüşə qaba yığır. Ənəs ibn Malik öləndə vəsiyyət edir ki, onun hənutuna o tərdən də qatsınlar.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#57 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 ноября 2010 - 02:04

Müslüm öz Səhihində Əsmadan rəvayət edir ki, Əsma Peyğəmbərin(s) cübbəsini göstərərk dedi: Bu cübbə Aişə dünyasını dəyişənədək onun yanında idi. Öldükdən sonra mən götürdüm. Biz bunu xəstələr müraciət etdikdə yuyuruq və suyu ilə şəfa istəyirik.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#58 Omarin qilinci

Omarin qilinci

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 09 ноября 2010 - 23:31

Bəyəm siz heç dəlil gətirmisiniz ki? Dəlil Allah və rasulunun sözləridir.

Sən mənə dəlil gətir ki,
1. salehlərin qəbirlərinin üstündə türbələr tikərək,
2. onlara səcdə edərək,
3. onlara qurbanlar kəsərək,
4. onlara nəzirlər verərək,
5. oralara sürtünərək,
6. torpağından yeyərək və suyundan içərək,
7. qəbirlərin ətrafında təvaf edərək,
8. onların qarşısında mütiliklə, xuşu içərisində, zəlil vəziyyətdə yalvararaq, dua edərək,
9. onların qəbirlərinin qarşısında namaz qılaraq
10. həmin yerlərlə və həmin kəslərlə təbərrük etmək caizdir və Allahın əmr etdiyi bir şeydir, elə peyğəmbər sallallahu aleyhi və səlləm də bu cür edib?

Ancaq sualım dəlillə cavab yaza bilən kəsədir. Və əxlaq çərçivəsi daxilində.

Bu suallara cavab verə bilən varmı?

#59 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 10 ноября 2010 - 00:15

Omarın qılıncı,

Sən müşriklə müsəlmanın əməlindəki fərqləri soruşurdun izah etdim , 4-cü fərq də var müşrik öz şəfaətçisinin müstəqil qüvvəyə malik olmasına etiqad bəsləyirdi ,müsəlmanlar yox

Bu fərqlərdən sonra müsəlmanları müşriklə bərabər tutanları Allaha tapşırıram !

Xeyr.Onlardan soruşanda deyirdilər yalnız Allah göyləri və yeri yaradıb,yalnız Allah ruzi verir,yalnız Allah yağış endirir,yalnız Allah şəfa verir,yalnız Allah öldürür və dirildir.Bu şeylər onların xilqətində ola-ola Allahdan qeyrisini məhz Allaha yaxınlaşdırmaq,şəfaətçilik etmək üçün ortaq etmişdirlər.Peyğəmbər onlara deyəndə nə zərər nə də xeyir verə bilməyən kəsləri niyə çağırırsınız, deyirdilər onlar bizi Allaha yaxınlaşdırır və ya onlar bizim Allah yanında şəfaətçilərimizdir.Fikir verin, demirdilər ki, yox sən bilmirsən onlar müstəqil şekildə ruzi,şəfa və s. verirlər,deyirdilər: "Allaha yaxınlaşdırır",çünki onların müstəqil olmasını etiqad etmirdilər. Roma,Misir,Yunan ilahları isə onların etiqadına görə müstəqil vilayətlərə malik idilər.Yəni yeri göyü bir vahid ilah deyil, müxtəlif ilahlar yaradıblar və hətta bu ilahlar arasında müharibələr də olurdu.

Bəs o zaman onlar niyə bütlərinə tanrı deyirdilər ?

Bəli müşrik inanırdı ki, xaliqiyyətdə Allah təkdir . Bunu ayələr də sübut edir .Amma bəzi məqamlarda Allaha aid olan xüsusiyyətləri büt tanrılara da aid edirdilər . Məsələn , yuxarıdakı postlarımdan birində müşriklərin ilk müsəlmanlara verdikləri işgəncələrdə onlara deyirdilər ki Uzzanın qəzəbinə gəldin , filan bütün qəzəbinə gəldin , Hübel mənim tanrım de və s.

Zillət bizdən uzaqdır !

#60 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 10 ноября 2010 - 00:32

Rübubiyyətdə şirk məsələsinə gələk

Rübububiyyətdə tövhid odur ki, aləmin idarə olunmasında Allah təkdir ,şərik(lər)i yoxdur !

Leksik baxımdan "rəbb" , ixtiyarında bir şey olan və həmin şeyin işlərini qaydaya salan və idarə edən şəxsə deyilir .İdarətetmə bu mənadadır . Misal üçün , ixtiyarında tarla olan və bu tarlanını bütün işlərini yerinə yetirən şəxs - bağban . Bağban tarlanın leksik baxımından (!) rəbbi sayılır və idarə edənidir. Bağban tarlanın xaliqi deyil.

Aləmi yaradan və onun yaranışına şəriki olmayan Allah özü tək idarə edir . Ərəb müşrikləri də zatda və xaliqiyyətdə olan tövhidi qəbul etmişlər, lakin idarəetmədə büt tanrıları Allahın şərikləri bilmişlər .Ərəb müşrikləri başqa ölkələrin müşrikləri kimi düşünürdülər ki, Allah aləmin idarəsini görünməyən qüvvələrin , məsələn ,mələklərin , cinlərin ,insan allahının , heyvan allahının ,dəniz və səhra allahının ,bitki allahının ,habelə insanın ,müqəddəs ruhların və şər ruhların öhdəsinə qoyub və onlar müstəqil formada təbiət aləmini idarə edirlər .

(Ya Rəsulum de) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar. Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!) Siz tanrınız bir olan Allahdır. (Nəhl 20-22)

Buna inandıqları üçün böhrab və sıxıntı ,təhlükə zamanı çətinliklərin həll olunmasında öz problemləri ilə əlaqədar olan qeybi qüvvəyə pənah aparırdılar. Onların diqqətini cəlb etmək üçün ibadətlə və nəzir-niyazla məşğul olurdular . Bu mətləb Quran ayələrində var . Xurafat və uydurmadan başqa bir şey olmayan bu "qeybi qüvvələr" onların gözü qarşısında olmadığı üçün ağacdan ,daşdan ,metaldan büt heykəllər düzəldir və ibadət vaxtı diqqətlərini onlara tərəf yönəldirdilər ,onların qarşısında təzim-səcdə edirdilər . Lakin həqiqətdə isə hədəfləri qeybi olan qüvvələrə və tanrılara ibadət etmək idi.

De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (bütlərə deyil, Ona tərəf və ya qibləyə) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız! (Əraf 29)

Zillət bizdən uzaqdır !

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru