Перейти к содержимому


Фотография

Nəchül-Bəlağə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 33

#1 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 15 июля 2011 - 19:46

Nəchül bəlağa


Bismillah,Allahın izni ilə bir zəhmət savadlılarımız buna cavab versinlər.Çooox xahiş edirəm.Mənə ən çox lazım olan budur ki,Əli(ə) kiminsə hakimiyyətindən danışır,axırda da dünyanın çirkabına bulaşmadan köçüb.İki iddia var:Ya Əbu bəkr,ya Ömər...Mənə maraqlıdır,bu necə olur ki,İmam(ə) elələri haqda elə söz deyir kiii,sanki onlar məsum olub.Əslində elə bunu izah eləsəz mənə bəsdir."NO" hamısı olsa lap yaxşı,imkan daxilində...

Сообщение отредактировал Kanan_313N: 15 июля 2011 - 19:50


#2 azerbaycanli

azerbaycanli

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 15 сообщений

Отправлено 15 июля 2011 - 20:34

Kənan bunun cavabı çox asandır. Burda nə var ki? Təqiyyə eləyib də. Amma nədənsə Məkkədə islamı qəbul edəndə təqiyyə etmədi, hətta qətldən qorxmayaraq Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yatağında yatdı. Çox maraqlıdır.
забанен!

#3 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 15 июля 2011 - 22:16

Bismillah,sən sakit dur,sənə söz verən olmadı,orda savadlı yazmışam,yəni səndən qətiyən söhbət gedə bilməz...

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 июля 2011 - 22:45

Kənan bunun cavabı çox asandır. Burda nə var ki? Təqiyyə eləyib də. Amma nədənsə Məkkədə islamı qəbul edəndə təqiyyə etmədi, hətta qətldən qorxmayaraq Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yatağında yatdı. Çox maraqlıdır.

hə Öməri deyrsən? bu ki, bilinən bir şeydir o hər zaman qorxağın zırı olub. Uhud günü qaçıb, rəcm ayəsi haqqında camaatdan qorxduğu üçün yazmayıb və s. amma bax haa Ömər camaatdan qorxur Allah c.c-dan yox.

Kənan biraz səbirli ol, inşaAllah cavab gələcək.


#5 Rufat_S

Rufat_S

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 15 июля 2011 - 23:04

Salam aleykum.
Mən Abu Zeydin özüylə bəhs edəndə, onun yalan danışdığını bildirdim. Amma Abu Zeyd yalandan and içib dedi ki, "fulan" deyəndə Ömər, ya da Əbu Bəkr nəzərdə tutulub və şiələr bunda ittifaq ediblər. Mən də Abu Zeydə bildirdim ki, yalan danışırsan və yalandan and içirsən. Abu Zeyd cəmi bir şərhə nəzər edib, o da Meysəm Bəhraninin şərhidir. Meysəm Bəhranidən qabağ Nəhcül-Bəlağəyə bir çox şərhlər yazılmışdır. Misal üçün, Əllamə ər-Ravəndinin şərhi. "Fulan"-nın Ömər olduğunu bildirən ilk şərh İbn Əbil-Hədid əl-Mötəzili olmuşdur. Abu Zeyd mənə söz verdi ki foruma girəcək, amma hələ də sözünün üstündə durmayıb. Mən bu gülünc iddialara cavab olaraq Abu Zeydın e-mailinə yazmışam, bir dəfə də bura yazıram...

Subhi Salehi (seh. 309s), misal uchun, qeyd edir ki, “fulan” deyende eshabindan bezi shexleri (ve yaxud eshabindan mueyyen bir shexsi) nezerde tuturdu, chunki Hz. Eli (a) oz sadiq sehabelerini hemishe terif etmishdir. Nece ki, er-Ravendi de sherhinde(2/402) de bunu qeyd etmishdir. Omerden sohbet bele getmir. Sheyx Hebibullah al-Xoi ise Nehcul-Belageye yazdigi sherhinde (14/374) sozugeden shexsin Malik el-Eshter oldugunu demisdir. İndi ki zemanede “Nehcul-Belageye” sherh kimi yazilmish en guclu eserlerden biri Sheyx Nasir Mekarim Shirazinin yazdigi choxcildi “Peyame-İmam” kitabidir. Sheyx Shirazinin sherhine de baxdim, qeyd edilib ki, “fulan” deyilende Hezreti Eli (a) oz eshabindan bir kesi, konkret ise desek Malik al-Eshteri nezerde tutmushdu. (bax. “Peyame-imam”, 8-ci cild) Sheyx Qezvini ve Ellame Amili ise bunun Omer olmasin bir chox tutarli delillerle redd edibler. Bu birinci mesele!



Abu Zeydi 4-cü dəfədir ki, foruma dəvət edib bəhsimizi davam etməyinə təkid edirəm. Ən azı ona görə ki, söz verib!

  • Elmeddin и N_ن_N это нравится

#6 azerbaycanli

azerbaycanli

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 15 сообщений

Отправлено 15 июля 2011 - 23:13

Sən Abu Zeydlə forumda bəhs etmisən?
забанен!

#7 Rufat_S

Rufat_S

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 15 июля 2011 - 23:14

Abu Zeydə 4 hissədən ibarət olan məktub yazıb cavab verəndən sonra, mən 2-3 cümlədən ibarət olan məktub yazıb öz gülünc və bəsit təəsübkeşliyində qalıb sonra ki, məktubuma cavab verməmişdir. Nə məktuba cavab verdi, nə foruma gəldi...

Sonra yazdım:
Dushundum ki, yazdigim mektuba bir tutarli cavab yazacaqsan, amma sen deme zennimde yanilmisham. Sen mene bunun Omerin olmasina dair sehih senedli bir dene hedis ver ki, harda qeyd olunub ki, Eli a.s. mehz Omeri bu cur terif edib! Ikincisi, bunu ilk defe yazan motezilenin mehshur alimi Ibn Ebil-Hedid olub ve buna dair de bir dene tutarli ve moteber delil getire bilmeyib. Indi deyirsen ki, sen getireceksen?! Hz. Eli a.s. bu xutbede xilafate dair bir cumle bele demeyib. Verdiyin suallar ise esassizdir. Ilk novbede ona gore ki, eger bu barede Eliden a.s. her hansi bir hedis varid olsaydil Seyyid ar-Razi bunu hech Nehcul-Belagaye salmazdi. Nehcul-Belagenin bir yerinde Eli a.s. qesbkar xelifeleri yixib-suruyur, bir yerde ise terifleyir?! Bu gulunc bir ferziyyeden bashqa bir shey deyil. Fakt budur ki, Seyyid ar-Razi "fulan"-in kim oldugu qeyd etmeyib. Fakt budur ki, alimlerimiz bunun Hz. Elinin a.s. her hansisa bir sehabesi olmasini qeyd edibler. Fakt budur ki, bunun hetta Malik Eshter olmasina dair reyler var ve menbelerini de qeyd etdim! Hemchinin Sheyx Nasir Mekarim Shirazi qeyd edir ki, shie alimleri ittifaq edibler ki, "fulan" deyende Hz. Eli a.s. oz sehabelerinden birini nezerde tutub ve en boyuk terifleri de esasen Malik Eshtere (re) deyib. ("Peyame-imam", 8/469-470) En esasi da fakt budur ki, senin "shieler icma edibler" demeyin sirf yalandir! Niye teesubkeshlik edirseni? Teesubkeshlik kime bu gune geder xeyir getirib? Meysemden qabag da, Meysemden de sonra da Nehcul-Belagaye genish sherhler yazilib. Sen indi bir sherhe nezer etmisense, demek ki bu shienin icmasidir?! Yalandan and neye lazimdir?! Ayibdir.

Çağırın Şahini gəlib yazdığlarına yiyə dursun, cavab versin...


#8 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 15 июля 2011 - 23:15

Bismillah,əxi,Allah sizdən razı olsun(Elməddin qardaş da hazırlaşırdı ondan da).Məndə şübhə yaranmır haa.Sadəcə bu abuzeyd deyəndə elə deyir ki,elə bil bütün kitabları hər nöqtəsinə qədər oxuyub.Özü demişkən Ömər ya əbu bəkr olması(fulanın) bir "iddiadır".Nə isə...sadəcə maraqlı idi,eləcə də biri bunu deyəndə qoy cavabım olsun...)

#9 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 15 июля 2011 - 23:19

Bismillah,orda bir idia da var ki,GUYA Əli(ə) görə hakim zalım da olsa olar.Bildiyiniz kimi,bunların əqidəsində hakimə qarşı çıxmaq HƏTTA zalım olsa belə xəvariclikdir...
İkinci iddiası da budur ki,Osmandan sonra camaat onu seçməyə gələndə niyə deyirdi ki,əl çəkin məndən???Bunlara da cvb verilsə yaxşı olar

#10 azerbaycanli

azerbaycanli

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 15 сообщений

Отправлено 15 июля 2011 - 23:22

Malikin dövləti olub?
забанен!

#11 Rufat_S

Rufat_S

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 15 июля 2011 - 23:23

Gəlsin əvvəl bunlara cavab versin. Digərlər yalanlarını bir-bir göstərəcəyəm... Hələ adi muğalətələrini bildirmişəm. Sırf yalanlarını saxlamışam desertə...

#12 Rufat_S

Rufat_S

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 15 июля 2011 - 23:31

Malikin dövləti olub?

Gülünc sualdır. Malik (re) ayrı planetdən gəlib? Yoxsa doğulduğu yer yoxdur? Əgər bunu xilafətə şamil etmək istəyirsizsə, bu batildir. İlk həmin növbədə ona görə ki, Hz. Əli (ə) xütbədə xilafətə dair bir cümlə belə deməyib. Xütbədə Həzrət (ə) öz səhabələrindən birini tərif edir və şiə bunda ittifaq edib. İndi bu Abu Zeyd deyir ki, şiələr ittifaq ediblər ki, bu ya Ömərdi, ya Əbu Bəkr. Bu yalandir.
P.S. Söhbətimiz Şahinlə olub, Şahini də gözləyirəm... Bütün digər sualları zəhmət olmasa forum əhlinə verin.


#13 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 июля 2011 - 14:40

Təxmin edirəm ki, söhbət bu sözlərdən gedir:


1. Şiələrin mötəbər mənbələrindən hesab olunan “Nəhcül-bəlağə” də Həzrəti Əlinin (Allah ondan razı olsun!) belə bir kəlamı var: “Necə də yaxşıdır o kəs ki, vəziyyəti düzəltdi, xəstələrə əlac oldu, Sünnəni yaşatdı, bidəti yatırdı. Paltarı da təmiz idi (günahsız idi), eybi isə az. Dünyanın xeyrini qazandı, şərinə isə bulaşmadı. Allaha itaətkarlıq göstərək, Ondan lazımınca qorxdu və insanları yolunuazmışın baş açmadığı, doğru yoldakının isə agah olduğu yollarda buraxaraq dünyadan köçüb getdi”.
Kəlamdakı “o kəs” sözü ilə, əksər şərhçi alimlərə, o cümlədən əl-Bəhraniyə görə Əbubəkr əs-Siddiq, bəzilərinə görə isə Ömər əl-Faruq (Allah onlardan razı olsun!) nəzərdə tutulur. Göründüyü kimi, Həzrəti Əli Əbubəkrin və ya Ömərin (Allah onlardan razı olsun!) sahib olduqları on keyfiyyəti sadalayır. Şübhəsiz, bu məziyyətlərin mövcudluğu labüddür. Əgər vəfatından sonra Əbubəkrin bu keyfiyyətləri Həzrəti Əli (Allah ondan razı olsun!) tərəfindən qəbul edilmişsə, onda, onun xəlifəliyinin qanuniliyini heç bir şübhə qalmır.



http://azerimuslims....ws.php?id=18850



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#14 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 июля 2011 - 14:48

Sheyx Hebibullah al-Xoi ise Nehcul-Belageye yazdigi sherhinde (14/374) sozugeden shexsin Malik el-Eshter oldugunu demisdir.


Filankəs dedikdə Malik əl-Əştərin nəzərdə tutulduğuna dəlil nədir?



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#15 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 июля 2011 - 22:27

Filankəs dedikdə Malik əl-Əştərin nəzərdə tutulduğuna dəlil nədir?


Məkarim Şirazinin "Payame İmam" kitabının 8-cicildində bu məsələ ətraflı araşdırılıb. İntahası bir nəfər fars dilini bilən tapammadım ki tərcümə eləsin. Xütbədə işlədilən sözlərin izahatı ətraflı şəkildə verilib. İmkan olsa nəzər yetir xahiş edirəm.

"Fulan" məsələsinə bir çox izahlar verilmişdir, bir neçə link qeyd edirəm.


http://www.alhadi.or...a/oukzoubat.htm
http://www.alkafi.ne...hread.php?t=434
http://www.valiasr-a...maghalat&id=139

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#16 Fajr

Fajr

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 29 августа 2011 - 00:50

Abu Zeyd, xütbəsində bir işkal da gətirmişdi ki, bəs Hz. Əli (ə) həqiqətdə xilafətdən boyun qaçırmışdı. Bu olduqca bəsit bir işkaldır ki, cavabı müxtəlif kitablarda geniş şəkildə verilmişdir.
Xülasə...

Əli (ə) xilafətdən boyun qaçırıdı mı?

Əvvəla, Hz. Əli (ə) heç bir zamanda xilafətdən boyun qaçırmamışdı. Hz. Əli (ə)-ın dediyi sözlər, əslində birinci xəlifələrin “xilafət üslubunun” inkarıydı. Hz. Əli (ə), əslində, birinci üç xəlifə kimi davranmaq üslubunu qəbul etmirdi, nəinki öz həqiqi ilahi xilafətini. Hz. Əli (ə) onsuz da Allah Təalanın təyin etdiyi xəlifə idi və heç kəs ilahi xilafəti Əli (ə)-dan ala bilməzdi. Allahın təyin etdiyi xəlifənin məqsədi heç vaxt “taxta oturmaq” kimi dünyapərəstlik ola bilməz. Hz. Əli (ə)-nın ümmət üzərində həqiqi vəzifəsi haqqın bərqərarı, ədalətin icra olunması olmuşdur. Hz. Əli (ə) çox gözəl bilirdi ki, ona beyət üçün gələnlərin bir çox dünyapərəst və vəzifəpərəst şəxslər idilər ki, başlarında Təlhə və Zübeyr dururdu. İnsanların bir qismi Əliyə (ə) məhz dünyalarına görə beyət etmişdilər. Əli (ə) məhz bu cür “xilafət üslubunu” qəbul etməkdən boyun qaçırırdı. Həzrətin (ə) xilafət üslubunu, ədalətin bərqərar olmasını, Osmanın qohum-əqrəbasına payladığı beytul-malı geri qaytarılması və s. kimi əmrləri qəbul etməyə bir çoxlarının Allah qarşısında ləyaqətləri yox idi. Lakin kütlə israr etdi, xəlifə seçdi, axırda da bir çoxları beyəti qırıb Əliynən (ə) qanlı mühariblərə başladılar.

İkincisi, sual verilə bilər ki, əgər Əli (ə) bir çoxlarının beyətinin şübhəli olduğunu bilirdisə, nəyə görə xilafətə razı oldu? Bunun ən birinci səbəbi, insanları kütləvi şəkildə Həzrətin (ə) evinə axışması idi.

Imamın (ə) özü camaatın onun evinə daxil olmasını belə vəsf etmişdir:

“Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (beyət etmək üçün) izdiham yaratdılar. (Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların beyətlərini qəbul etdim, bundan sonra Təlhə və Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Məhəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı. (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri (məşəqqət və çətinlikləri) mənə qiyamət ölümlərindən (əzablarından) daha asandır.” (Nəhcül-Bəlağə, 53-cü xütbə)

Həzrət (ə) "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir:

(Osmanın öldürülməsindən) sonra kaftarın boynunun tükü tək camaatın məni dövrəyə almasından başqa heç nə məni bu çətin və böyük işə vadar etmədi. Hər tərəfdən üstümə elə hücum çəkdilər ki, izdihamdan, camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım və əbam hər iki tərəfdən cırıldı, (beyət etmək üçün) qoyun sürüsü kimi məni dövrəyə aldılar. Beyətlərini qəbul edib xəlifəliyə başladıqda isə bir hissəsi (Təlhə, Zübeyr və başqaları) mənimlə olan beyətlərini pozdu, bir dəstə (Nəhrəvan Xəvarici və başqaları) beyətdən çıxdı, bəziləri isə (Müaviyə və sair şəxslər) Allah-təalanın itaətindən çıxdılar. Sanki, müxaliflər pak olan Allahın (Qəsəs surəsinin 83-cü ayəsində) «əbədi sarayı məqsədləri yer üzündə ucalıq və fitnə-fəsad törətmək olmayanlar üçün yaratdıq. Gözəl mükafat pərhizkarlar üçündür»-deyə buyurduğunu eşitməyiblər. Bəli, Allaha and olsun, bu ayəni eşidib və əzbərləyiblər. Lakin dünya onların gözlərini qamaşdırıb və dünyanın zinəti isə onları aldatmışdır. (Haqqdan əl çəkərək itaətsizlik etmiş, yer üzündə fitnə-fəsad törətmişlər.) (Nəhcül-Bəlağə, 3-cü xütbə)

Əli (ə) iki yol arasında idi: ya onların istədikləri şəkildə “xilafət üslubundan” əl götürüb, kənara çəkilməliydi; ya da ki, beyətə razı olub, çətinliklərə məruz qalmasına baxmayaraq həqiqi ilahi xilafətin icrasına rəsmi şəkildə başlamalıydı. Əgər xilafətdən əl götürsəydi, o dövrün və gələcək müsəlmanları çətinlik qarşasında qoymuş olacaqdı, belə ki, müxaliflər deyəcəkdilər ki, Əli (ə) ilahi xəlif olmamışdır, çünki ona beyət etmək istəyən kütlənin beyətinə belə razı olmamışdı. Odur ki İmam Əli (ə), ən üstün şəkildə davranıb həm xilafəti qəbul etdi, həm də bildirdi ki, niyyəti əsla “taxta oturmaq” olmamışdır və heç vaxt onların istədikləri şəkildə “xilafət üslubuna” razı olmayacaq. Əksinə, əməldə göstərdi ki, ilahi vəzifəsi insanlara həqiqəti aşılamaq, ayrı-seçkiliyi aradan qaldırmaq və ədaləti bərqərar etmək idi. Beləliklə, Əli (ə) məcbur olub müharibələr apardı (və bu müharibələrdə Təlhə, Zübeyr, Müaviyə, Əmr ibn As və s. dünyapərəstlərin iç üzü zahir oldu), həm də imamlıq vəzifəsini ən uca və dolğun şəkildə icra edib, Muhəmmədin (s) gətirdiyi dinin aradan gətməsinin qarşısını aldı.
  • master_ier это нравится
Maalim.Net - Особенности школы Ахл аль-Бейт (а) и ответы на критику

Передал Хаким в "Мустадрак" (10/382):

... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم

Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»

Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.
ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)


#17 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 14 сентября 2011 - 14:00

Xütbə 219
Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.
(Şərhçi: Əliyyənnəqi Feyzul-İslam İsfahani)


Lap tutaqki İmam Əli (ə) bu sözləri Ömər və ya Əbu Bəkr barəsində deyib amma xütbənin sonunda dediyi cümlə filankəsin yaxşı insan olmadığını sübut edir və bu cümlə əvvəl deyilmiş sözlərin təqiyyə olduğunu sübut edir. Amma maraqlı burasıdır ki, əgər filankəs deyəndə Malik Əştər nəzərdə tutulubsa onda sonda deyilən cümlə Malik Əştərə uyğun gəlmir.
Xaiş edirəm buna mənə izah edin.


#18 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 14 сентября 2011 - 18:03

Ay qardaşlar noldu yuxarıda yazdığımı izah edən olmadı???

#19 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 15 сентября 2011 - 00:15

Ay qardaşlar noldu yuxarıda yazdığımı izah edən olmadı???

Yuxarıda yazdığınıza mənbə göstərə bilərsinizmi?

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#20 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 сентября 2011 - 05:22


Yuxarıda yazdığınıza mənbə göstərə bilərsinizmi?

Nəhcül-Bəlağə, üçüncü nəşr, 2009 çapı. İndi dükanlarda satılan Nəhcül-Bəlağə kitabı.

Сообщение отредактировал Leon: 15 сентября 2011 - 05:26


#21 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 15 сентября 2011 - 07:29

219- cu xütbə
İmam Əli əleyhis-salamın (Ömər barəsində tövriyə yolu ilə buyurduğu, yəni, zahirdə onu tərifləməsi kimi görünən, amma batində onu məzəmmət etdiyi və buna görə də üçüncü xütbədə buyurduqları ilə heç bir ziddiyyət təşkil etməyən) kəlamlarındandır.
Allah filankəsin (Ömər ibn Xəttabın) .........

http://www.haqqyolu....=20090111045644
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#22 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 15 сентября 2011 - 22:37

Qardaşlar cavabınızı gözləyirəm və inanıram ki, bunun məntiqli izahı olacaq.

#23 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 15 сентября 2011 - 23:33

Xütbə 219
Allah filankəsin (Ömər ibn Xəttabın) şəhərlərinə bərəkət versin və qorusun ki, o, (Bəzilərinin fikrincə) əyriliyi düzəltdi (azğınları yola gətirdi), xəstəliyi müalicə etdi (bir sıra şəhərlərin əhalisini İslam dininə qovuşdurdu), sünnəni bərqərar etdi (Peyğəmbərin hökmlərini icra etdi) və fitnə-fəsadı arxaya atdı (onun zamanında bir fitnə baş vermədi). Dünyadan pak paltar və az eyblə getdi (Osman kimi özünü çirkinliklərə bulaşdırmadı). Xilafətin xeyrini əldə etdi və onun şərini qabaqladı (nə qədər ki, var idi xilafət işi nizam-intizamda idi və onda heç bir pozğunluq yaranmadı). Allahın itaətini yerinə yetirərək itaətsizlikdən çəkinib Onun haqqını əda etdi. O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.
(Şərhçi: Əliyyənnəqi Feyzul-İslam İsfahani)


Lap tutaqki İmam Əli (ə) bu sözləri Ömər və ya Əbu Bəkr barəsində deyib amma xütbənin sonunda dediyi cümlə filankəsin yaxşı insan olmadığını sübut edir və bu cümlə əvvəl deyilmiş sözlərin təqiyyə olduğunu sübut edir. Amma maraqlı burasıdır ki, əgər filankəs deyəndə Malik Əştər nəzərdə tutulubsa onda sonda deyilən cümlə Malik Əştərə uyğun gəlmir.
Xaiş edirəm buna mənə izah edin.


Salam, Ieon Qardaş!

Adətən, belə dərin kitabların şərhindən ötəri biz dahi şiyə alımlərinə müraciət etməliyik. Amma siz sualınızla adamı həvəsləndirirsiniz.
Məncə burda M. Əştər nəzərdə tutulmur.
Burda Ömər kimilər nəzərdə tutula bilər.

O (dünyadan) köçdü, (lakin) onları (müsəlmanları) elə haçalanmış yollarda qoyub getdi ki, o yollarda yolunu azan hidayət, hidayət edilmiş isə yəqinlik tapmaz.


Bu cümlələr "Fatihə" surəsinin son ayələrinə bənzəyir. Ömər azdı, onun yolu azmışların yoludur. Əslində İslamı o, parçaladı, şiyələr deyil. Şiyələr məcbur qalıb, haqq dalınca getdilər və bu azğınlardan ayrılmalı oldular.
Onlar isə (azanlar) yəqin ki, Ömərin, Osmanın dövründə dunyagərliyi dadan, sonra Əli (ə.s) dövründə xəvaric olanlar idilər. Onlar bu yollarda, yolunu azıb hidayət tapmadılar, hidayət edilmişləri isə yəqinlik tapmadılar. Nəticədə İmam Əliylə (ə.s) vuruşdular. İslam parçalandı...
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#24 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 16 сентября 2011 - 06:57

Vey-sal qardaş təşəkkür edirəm sualıma vacab verdiyin üçün. Amma Sheyx Hebibullah al-Xoi məgər bu xütbənin axırını oxumayıb? Yalançı Əbu Zeyd də (Allah hidayət etsin) xütbənin axırın demir özünə sərf edən tərəfi deyir. Amma yenədə mənə çatmır ki, xütbənin sonundakı cümlə ola-ola şiə alimləri niyə burda Malik Əştərdən də söhbət gedə biləcəyi iddiasını ediblər? Çünki filan sözün Ömərə və ya Əbu Bəkrə aid etsək məsələ həll olur. :rolleyes:

#25 Vey-sal

Vey-sal

    Шиит-джафарит

  • Murid
  • 1 154 сообщений

Отправлено 16 сентября 2011 - 10:00

Yalançı Əbu Zeyd də (Allah hidayət etsin) xütbənin axırın demir özünə sərf edən tərəfi deyir. :rolleyes:


Əbu Zeydlərə çox da əhəmiyyət verməyin. Belə nağılbazlar hələ çox peyda olub, sonra da yox olacaqdır.

Leon, 219-cu xütbənin orijinalında Ömərin və Osmanın və başqa birisinin adı çəkilməyibdir. Yəni filankəslər yazılıb. Elə deyilmi?
İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir. "İmam Əli əleyhis-salam. Nəhcül-Bəlağə"

http://quran.az/17/15[/b][/font][/size][/color]

#26 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 16 сентября 2011 - 11:11

Əbu Zeydlərə çox da əhəmiyyət verməyin. Belə nağılbazlar hələ çox peyda olub, sonra da yox olacaqdır.

Leon, 219-cu xütbənin orijinalında Ömərin və Osmanın və başqa birisinin adı çəkilməyibdir. Yəni filankəslər yazılıb. Elə deyilmi?

Elədir. Hər halda ola bilər ki, ümumiyyətlə burda adı çəkilənlərin heç birindən söhbət getmir.

Сообщение отредактировал Leon: 16 сентября 2011 - 11:18


#27 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 16 сентября 2011 - 11:44

Qardaşlar cavabınızı gözləyirəm və inanıram ki, bunun məntiqli izahı olacaq.


Hə qardaşım, salam aleykum! :rolleyes:
Həmin Xutbəni tapıb oxudum.Bu Xutbə Ömər haqqında tovriyyə yoluyla deyilmiş sözlərdir ki, şərhçinin də buyurduğu kimi 3-cü xutbə ( şiqşiqiyyə xutbəsi) ilə ziddiyyət təşkil etmir.Bu Şərhçinin izahatıdır.
Təkcə axırıncı cümlə yox, elə mətnin özündəki cümlələrə də baxdıqda tovriyyə açıq-aşkar hiss olunur.Vallahu Ələm! :rolleyes:

Сообщение отредактировал 3_Rengli_HeyaT: 16 сентября 2011 - 11:45

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#28 Leon

Leon

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 16 сентября 2011 - 11:55

Allah köməyiniz olsun...
  • N_ن_N это нравится

#29 SELEFI

SELEFI

    Arif – Corporal

  • Murid
  • 82 сообщений

Отправлено 19 сентября 2011 - 23:30

Cavab: Həmd Allaha məxsusdur.
Nəhc əl-Bələğə kitabı Əmirəl Möminin Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət edilən kitablardan biridir. Lakin bu kitabda bir çox şeylər var ki, özlərini islama mənsub edənlər bu barədə ixtilaf etmişdirlər. Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə müraciət etməkdən başqa seçimimiz yoxdur. Çünki səhabələrdən rəvayət olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu tutmağa müvəffəq etmişdir.



Bu kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək və içindəkiləri Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə müqayisə etsək aydın olur ki, bu kitabda elə materiallar var ki, Əlidən sabit olan məsələlər ilə ziddiyyət təşkil edir. Bu məqsədlə ağıl və elm sahiblərinin bu barədə söylədiklərinə nəzər salaq:

İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur. Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir faydası olmayan elmdən Allaha pənah aparırıq.
Siyar A`lam əl-Nubala 17/589

Şeyxul İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir: “Nəhc əl-Bələğə sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı yalanlardır. Əli Allah ondan razı olsun bu cür sözləri dilinə gətirməkdən çox uca və çox dəyərlidir. Lakin bu insanlar yalanlar uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir, lakin onlar nə doğru, nə də mədhdir. Hər kim Əli və yaxud hər hansı bir məxluqun kəliməsinin hər hansı bəşər kəliməsindən uca olduğunu söylərsə xəta etmişdir, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri onun sözlərindən üstündür və onların hər ikisi məxluqdur... Həmçinin, Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək mümkündür, lakin Nəhc əl-Bələğə sahibi və onun bənzərləri insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayət olunan bəzi kəlimələr var. Bəzi doğru sözlər də var ki, Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib olardı (yaraşardı), lakin faktiki olaraq bunlar başqalarının sözləridir. Belə ki, Əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhc əl-Bələğənin sahibi bunları Əliyə nisbət etmişdir. Nəhc əl-Bələğədə nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və digər şəkildə rəvayət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu-əslində əksəriyyəti-bundan əvvəl məlum olmamışdır, ona görə də belə nəticəyə gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayətçi onların hansı kitablarda qeyd olunduğunu bildirməlidir, bunları Əlidən kim rəvayət etmişdir və isnadları nədir. Əks halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil). Hədis əhlinin (elm) sahəsindən məlumatı olanlar, isnadları ilə rəvayət və nəqlləri bilənlər və səhihi qeyri-səhihdən (doğru olanı yalandan) ayırmağı bacaranlar, bu cür şeyləri Əlidən rəvayət edənlərin rəvayətləri nəql etməkdə və doğrunu yalan olandan fərqləndirməkdə insanların ən uzaq olduqlarını bilmiş olarlar.

Mənhəc əl-Sünnə əl-Nəbəviyyə, 8/55
  • bbab это нравится
Tərbiyyəsiz və əxlaqsizlara cavab vermirem.
Şərinizdən Allaha siginiram.

#30 SELEFI

SELEFI

    Arif – Corporal

  • Murid
  • 82 сообщений

Отправлено 19 сентября 2011 - 23:31

Bu kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi, Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn Kalkan; Əl-Səfədi və digərləridir. Bu kitabın əleyhinə söylənilənləri aşağıdakı məqamlara görə ümumiləşdirmək olar:

1. Əli (Allah ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun sözlərini “isnadsız” qəbul edilə bilməz.

2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.

3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.

4. Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan biri olmuşdur.

5. Səhabələrin öndə gedənləri, başçılarına qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi üçün kifayət edir.

6. Kitabda olan təhqirlər və iftiralar möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.

7. Kitabda ziddiyyətlər və yersiz ifadələr keçir. Bundan da yəqinliklə bilmək olar ki, bu kitab bəlağət və dildə məşhur olan biri tərəfindən yazıla bilməz.

8. Qeyd olunan bütün bu etirazlara baxmayaraq, rafizilərin bu kitabı qəbul etməsi və bunun Quran kimi ən səhih olduğuna əmin olmaları həqiqəti göstərir ki, onlar dini “məsələlərin mənbələrini” sübuta yetirmək və dini işlərinin doğru olub-olmamasına fikir vermirlər.

Yuxarıdakılara əsaslanaraq, aydın olur ki, bu kitab Əliyə (Allah ondan razı olsun )nisbət edilə bilməz. Ona görə də, nə olursa olsun şəriət məsələlərində bu kitabda olanların heç birini dəlil olaraq istifadə edilməsinə ehtiyac yoxdur. Lakin, kim kitabın içində olan bəlağətli kəlimələri mütaliə məqsədilə oxumaq istəyirsə bunun hökmü digər Ərəb dili kitablarında olduğu kimidir. Bir şərtlə ki, kitabın içindəkilər Əliyə (Allah ondan razı olsun) nisbət edilməməlidir.

Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250



Muhammad Saleh əlMunəccid
  • bbab это нравится
Tərbiyyəsiz və əxlaqsizlara cavab vermirem.
Şərinizdən Allaha siginiram.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru