Перейти к содержимому


Фотография

"əl-Faruq" ləqəbi nə vaxt və kimə verilib?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 12

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 08 ноября 2010 - 00:21

Bismillahir-rəhmanir-rəhim.

Salam Aleykum əziz forum əhli. Yəqin çoxlarınıza məlumdur ki, əhli-sünnə xəlifə Ömərin "əl-Faruq" ləqəbi ilə fəxr edirlər, ona toz qondurmurlar.

Bəs görəsən bu ləqəb hardan gəldi Ömərə?

Əhli-sünnənin iddia etdiyi məsələ güman ki, bu hədisə əsaslanır. Başqası varsa, eşitməyə hazırıq. Bu hədisi (çox güman ki, sahibi sünni olan) saytdan copy-paste etdim.


Bir münafiq ilə bir yəhudi, bir xüsusda razılaşa bilmədi. Yəhudi iddianı həll etmək üçün, Sultan-ı Ənbiya həzrətlərinin məclis-i şəriflərinə gəlmək istədi. Münafiq də yəhudilərin rəisi Ka'b bin Əşrəfə getmək istədi. Sonunda, Rəsulullahın 's.ə.v.' yanına gəldilər. İddianı yəhudiyə hökm buyurdular. Münafiq o hökmə razı olmayıb, həzrət-i Ömərin 'r.ə.' dincliyinə iddianı həll etməsi üçün gəldilər.


Yəhudi, macəra və iddianı həzrət-i Rəsulullahın dincliyinə çatıb, Rəsulullah həzrətlərinin özünə hökm etdiyini, münafiqin isə buna razı olmadığını izah etdi. Həzrət-i Ömər 'r.ə.' o münafiqdən, anlaşılmazlığı sual buyurdular ki,

- Bu yəhudinin izah etdiyi kimidirmi?

Münafiq,

- Bəli, elədir. Amma mən Peyğəmbərin hökmünə razı olmayıb, gəldim ki, sən hökm edəsən, dedi.

Həzrət-i Ömər 'radıyallahu təala ənh' buyurdu:

- Siz yerinizdə durunuz. Gəlib, sizin üçün hökm edəcəyəm.




Çatıb, evlərindən qılıncını gətirdi. Gəldi və münafiqin boyunu vurdu. Buyurdu ki:

- Allahu təalanın və Rəsulunun hökmünə razı olmayan kimsəyə mən belə hökm edərəm.

O vaxt, Cəbrayıl əleyhissalatu vəssalam ayət ilə gəlib, həzrət-i Ömərə 'r.ə.' haqq ilə batil arasını ayırt etdi demək olan Faruk ləqəbi verildi.

Ayət-i kərimə budur:

(Bu kəsləri görməzsənmi, sənə və səndən əvvəlkilərə endirilən kitablara inandıqlarını zənn edərlər. Mühakimə olunmaq üçün taguta getmək istəyərlər)





  • Shemsi это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 08 ноября 2010 - 00:29

Ümumiyyətlə, "əl-Faruq" kəlməsi "haqq ilə batili bir-birindən ayıran" deməkdir. Mən başa düşə bilmirəm, elementar dini hökmlərdən xəbərsiz birisi, haqq ilə batili necə ayıra bilər? Dəfələrlə əhli-sünnə mənbələrindən səhih isnadlar gətirmişik ki, Ömər yanlış fətvalar vermiş, hətta nəss qarşısında öz rəyinə əsasən əks fətvalar vermişdir (p.s. Nəss bir şey haqqında bir hökmü bildirən açıq ayə və hədisə deyilir.)

Bununla da əslində "əl-Faruq" ləqəbinin Ömərə aid edilməsinin mümkünsüzlüyü aydın olmalıdır. Sadəcə bəzi hədis aşiqləri və inadkarla üçün mövzunu davam edirik...

  • al-Islam это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 08 ноября 2010 - 01:10

İbn Səd yazır:

أخبرنا يعقوب بن إبراهيم بن سعد عن أبيه عن صالح بن كيسان قال قال بن شهاب بلغنا أن أهل الكتاب كانوا أول من قال لعمر الفاروق وكان المسلمون يأثرون ذلك من قولهم ولم يبلغنا أن رسول الله صلى الله عليه وسلم ذكر من ذلك شيئا

Yaqub b. İbrahim b. Səd – atasından – Salih b. Xeysan – İbn Şihab isnadı ilə nəql edilmişdir: Bizə gəlib çatmışdır ki, Öməri ilk dəfə əhli-kitab “əl-Faruq” adlandırıb. Müsəlmanlar da bundan təsirlənib Öməri Faruq çağırmağa başladılar. Və bizə bu barədə Allahın Rəsulu (s) tərəfindən bir söz deyilməsi gəlib çatmamışdır.

Təbəqat əl-Kübra, 3/270

.

.

1. Yaqub b. İbrahim b. Səd

Yəhya b. Muin deyib: İcli onu “siqə siqə” sayıb. Əbu Hatim deyib: Səduqdur. İbn Hibban onu öz “əs-Siqət” kitabında zikr edib.

2. İbrahim b. Səd əl-Qureyşi əl-Zuheyri

Əhməd b. Hənbəl, Əbu Hatim, əl-İcli, Nəsai, Zəhəbi və digərləri onu “siqə” sayıblar. İbn Xərraş deyib: Səduqdur.

3. Salih b. Xeysan

Əhməd b. Hənbəl, Yəhya b. Muin, Nəsai, ibn Xərraş, ibn Əbdülbirr və İbn Həcər Əsqəlani onu “siqə” sayıblar.

4. İbn Şihab

Yəqin ki, onun əlavə təqdimata ehtiyacı yoxdur. Əhli-sünnə imamıdır. Məhəmməd b. Müslim b. Şihab əl-Zühridir.


  • al-Fath это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#4 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 08 ноября 2010 - 01:11

قال بن شهاب بلغنا أن أهل الكتاب كانوا أول من قال لعمر الفاروق وكان المسلمون يأثرون ذلك من قولهم ولم يبلغنا أن رسول الله صلى الله عليه وسلم ذكر من ذلك شيئا .


الطبقات الكبرى - محمد بن سعد - ج 3 - ص 270 و تاريخ مدينة دمشق - ابن عساكر - ج 44 - ص 51 و تاريخ الطبري - الطبري - ج 3 - ص 267 و أسد الغابة - ابن الأثير - ج

4 - ص 57


İbn Şihab deyir ki, o cür ki, bizə gəlib yetişib, əhli-kitab ilk adamlardır ki, Ömərə Faruq ləqəbi vermişlər. Müsəlmanlar da bundan təsirlənib Öməri Faruq çağırmağa başladılar. Və Peyğəmbərdən(s) bizə bu barədə(Ömərin Faruq olması) heç nə varid olmayıb.

عمر بن الخطاب بن نفيل بن عبد العزى ... أبو حفص العدوي ، الملقب بالفاروق قيل لقبه بذلك أهل الكتاب

البداية والنهاية - ابن كثير - ج 7 - ص 150 .


İbn Kəsir əl-Bidayə vən-Nihayədə Ömərin haqqında yazır:

Deyirlər ki, Ömərə Faruq ləqəbini əhli-kitab vermişdir.

  • al-Fath , Şair и Shemsi это нравится

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#5 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 08 ноября 2010 - 01:31

Həmçinin bu barədə Tarixi Təbəridə oxumaq olar.

حدثنا : الحارث قال : ، حدثنا : إبن سعد قال : ، أخبرنا : يعقوب بن إبراهيم بن سعد ، عن أبيه ، عن صالح بن كيسان قال : قال إبن شهاب : بلغنا أن أهل الكتاب كانوا أول من قال : لعمر الفاروق وكان المسلمون يأثرون ذلك من قولهم ولم يبلغنا أن رسول الله (ص) ذكر من ذلك شيئاًً ذكر صفته.

Tarix Təbəri, 3/267


أنا : إبن سعد ، أنا : يعقوب بن إبراهيم بن سعد ، عن أبيه ، عن صالح بن كيسان قال : قال إبن شهاب : بلغنا أن أهل الكتاب كانوا أول من قال : لعمر الفاروق وكان المسلمون يأثرون ذلك من قولهم ولم يبلغنا أن رسول الله (ص) ذكر من ذلك شيئاًً



Tarixi Diməqş, 44/51, №9441




Ərəb dilini bilənlərdən xahiş olunur aşağıdakı linkdən faydalı tərcümələr etsinlər...

BUYURUN
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#6 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 17 ноября 2010 - 00:55

Bəzi vəhhabi "dostlarımız" (özü yəqin oxuyur bu postumuzu) ingilisdilli saytlarda yazırlar ki, guya "İbn Şihab Ömərə faruq ləqəbinin əhli-kitab tərəfindən verilməsi barədə rəvayətləri sənədsiz deyir. Yəni, bəlağət formasında - "Bizə gəlib çatmışdır ki" "

Sonra "Müxtəsər Tarixi Diməşq" kitabından (1/2515) 2 hədis gətirir ki, guya Ömərə "Faruq" ləqəbini Peyğəmbər (s) verib. Sonra da yazır ki, "Mən iddia etmirəm ki, bu 2 hədis səhihdir. Ancaq onlardan birinin isnadı ən azı Peyğəmbərə (s) gedib çatır.

Bu da bizim "dostumuzun" cavabı.

Heç dərinə getmədən, təsəvvür edək ki, "dostumuz" düz deyir. Amma İbn Kəsirin gətirdiyi hədisi oxuyan görür ki, hədisin sonunda İbn Şihab öz sözlərini deyir: "bizə bu barədə (Ömərin faruq olması barədə) Allahın Rəsulu (s) tərəfindən bir söz deyilməsi gəlib çatmamışdır."

Və "dostumuzun" gətirdiyi hədislərin özünün də dediyi kimi səhih olmaması bir daha bu sözləri təsdiq edir. Əgər Peyğəmbərin (s) Ömərə faruq ləqəbini verməsi barədə səhih hədisləri varsa, buyursunlar. Həftədə 7 gün, gündə 24 saat forum inşaAllah açıqdır.

  • al-Islam и Fajr это нравится
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 17 ноября 2010 - 01:16

Yəqin səhih hədis deyəndə Peyğəmbərin(s) dilindən bu hədisləri nəzərdə tuturmuş:

«ما فی الجنّة شجرة إلاّ مکتوب على کلّ ورقة منها : لا إله إلاّ الله ، محمّد رسول الله ، أبو بکر الصدّیق ، عمر الفاروق ، عثمان ذو النورین

»

المعجم الکبیر 11/63 ، ح 11093


Tərcüməsi: "Cənnətdə bir dənə də ağac yoxdur ki, üzərində belə yazılmamış olsun - La ilahə illəllah, Muhammədən Rəsulullah, Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq, Osman zun-Nureyn. :umora:

عن أبى الدرداء عن النبي صلى الله عليه وسلم قال : رأيت ليلة أسرى بى في العرش فرندة خضراء فيها مكتوب بنور أبيض : لا إله إلا الله محمد

رسول الله أبو بكر الصديق عمر الفاروق


الموضوعات ، ابن جوزي ، ج1 ، ص 327



... Merac vaxtı asimanda yaşıl lövhədə ağ nur ilə La ilahə illəllah, Muhammədən Rəsulullah, Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq yazıldığını gördüm. :loool:
  • al-Islam это нравится

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#8 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 17 ноября 2010 - 17:35

Bismillah,diqqetle oxuyun haaa.Kim verib bilmirem,amma duz deyibler:haqq ile batili ayirir.Omere ve yanindakilara baxiram bilirem ki,batildi,yerde qalanlar da-Ehli-beyt(e) ve mektebinin numayendeleridir ki,onlar da haqdir!
Omerin bu sozunu yer-goy bilir."Eli olmasaydi,Omer helak olardi".O bu sozu,ekser hallarda,qezavet zamani deyib.Daha dogrusu,sehv qezavet edib,Eli(e)duzeldenden sonra deyib.Guclu haqqi batilden ayirir eee.
P.S:Menbesini isteyen olsa yazar.

Сообщение отредактировал Kanan_313N: 17 ноября 2010 - 17:36


#9 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 17 ноября 2010 - 17:37

Yəqin səhih hədis deyəndə Peyğəmbərin(s) dilindən bu hədisləri nəzərdə tuturmuş:

«ما فی الجنّة شجرة إلاّ مکتوب على کلّ ورقة منها : لا إله إلاّ الله ، محمّد رسول الله ، أبو بکر الصدّیق ، عمر الفاروق ، عثمان ذو النورین

»

المعجم الکبیر 11/63 ، ح 11093


Tərcüməsi: "Cənnətdə bir dənə də ağac yoxdur ki, üzərində belə yazılmamış olsun - La ilahə illəllah, Muhammədən Rəsulullah, Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq, Osman zun-Nureyn. :umora:

عن أبى الدرداء عن النبي صلى الله عليه وسلم قال : رأيت ليلة أسرى بى في العرش فرندة خضراء فيها مكتوب بنور أبيض : لا إله إلا الله محمد

رسول الله أبو بكر الصديق عمر الفاروق


الموضوعات ، ابن جوزي ، ج1 ، ص 327



... Merac vaxtı asimanda yaşıl lövhədə ağ nur ilə La ilahə illəllah, Muhammədən Rəsulullah, Əbu Bəkr əs-Siddiq, Ömər əl-Faruq yazıldığını gördüm. :loool:

Bismillah,onlar,guya,cennetde yox eee,ershde Allahin,Peygemberinin(s),velisinin(Eli(e))adi yazilan yerlerden xebersizdirler..

#10 xmikail

xmikail

    Raqib – Seargeant

  • Murid
  • 118 сообщений

Отправлено 17 ноября 2010 - 20:40

el-Hasâis Tercüme ve Şerhi kitabından:

Hz. Âişe hadisi: Rivâyete göre Ebû Amr Zekvân Hz. Âişe’ye gelerek Ömer’e “fârûq” adını kimin verdiğini sorar. Hz. Âişe ise:“Peygamber (s.a.a)!” der.(İbn Sa’d, III, 270; et-Taberî, II, 562)
Birincisi, rivâyetin başında Hz. Âişe annemiz var. Onun böyle bir rivâyetin başında bulunması şaibeleri artırır. Çünkü onun İmam Ali’ye karşı düşmanca tutumlar sergilediği malum!İkincisi, senedde Muhammed b. İbrâhîm et-Teymî ile Ebû Hazra Ya’qûb b. Mücâhid var. Muhammed, her ne kadar çoğunluk siqa saysa da Ahmed b. Hanbel tarafından ağır bir dille eleştiriliyor. Ahmed diyor ki: “Hadisinde gariplikler var! Münker (gerçeklere aykırı) hadisler rivâyet ediyor!”(ez-Zehebî, III, 445; İbn Hacer, et-Tehzîb: V, 7, et-Taqrîb: II, 149) Bizce bu rivâyet Muhammed’in münkerlerinden sadece birisi. Ebû Hazra ise sadûq birisi; ancak hâfızası sağlam değil.(ez-Zehebî, IV, 453; İbn Hacer, et-Tehzîb: VI, 242, et-Taqrîb: II, 386) Üçüncüsü, rivâyet son derece tartışmalı birisi olan el-Vâqıdî kanalıyla geliyor.
Eyyûb b. Mûsâ hadisi: Rivâyete göre Allah’ın Rasûlü (s.a.a)şöyle buyurmuş: “Allah hakkı / gerçeği Ömer’in diline ve kalbine koymuş! O fârûqtur; Allah hak ile batılın arasını onunla ayırır!” (İbn Sa’d, III, 270)
Bunu Allah’ın Rasûlü’nden nakleden Eyyûb b. Mûsâ b. Amr el-Eşdaq el-Emevî, tâbiînden de sonra yaşamış birisi. Ehlisünnet hadisçileri bu kişiye olumlu rapor verseler de, onun Ehl-i Beyt düşmanı olan ve kan dökücü Emevî zorbalarıyla işbirliği içerisinde bulunan bir aileden olması ona yeter de artar bile! Bu bir. İkincisi, Eyyûb ile Allah’ın Rasûlü (s.a.a) arasında büyük bir
râvî kopukluğu var! Üçüncüsü, Eyyûb’dan rivâyette bulunan Abdurrahmân b.Hasen meçhul bir râvî!
İşte konuyla ilgili rivâyetler ve içler acısı halleri! Her biri diğerinden daha çürük. Dolayısıyla bunlara dayanmak mümkün değil. Kaldı ki Ömer b. Hattâb’ın hayatını ve icraatlarını iyi bilenler, onun bu lakapla yakından uzaktan ilgisinin olmadığını da bilirler.


...A кoгдa oни coбpaлиcь вce
тaм, тo дpyгoй cкaзaл o пepвoм:
"Гocпoди! Эти cбили нac, пoшли жe им
нaкaзaниe двoйнoe из oгня". Oн cкaзaл:
"Kaждoмy - двoйнoe, тoлькo вы нe
знaeтe!"(7:38)

#11 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 17 ноября 2010 - 22:28

Hz. Aişə hədisi: Rəvayətə görə Əbu Əmr Zekvan Hz. Aişəyə gələrək Ömərə "faruq" adını kimin verdiyini soruşar. Hz. Aişə isə: "Peygamber (saas)!" deyər. (İbn Sad, III, 270; ət-Taberi, II, 562)
Birincisi, rəvayətin başında Hz. Aişə anamız var. Onun belə bir rəvayətin başında olması şubheleri artırir. Çünki onun İmam Əli as qarşı düşmənciliyi məlum!
İkincisi, sənəddə Məhəmməd b. İbrahim ət-Teymi ilə Əbu Hazra Ya'qub b. Mücahid var. Məhəmməd, hər nə qədər əksəriyyət siqa saysa da Əhməd b. Hənbəl tərəfindən ağır bir dillə tənqid olunur. Əhməd deyir ki: "Hədisində qəribəliklər var! Münkər (gerçəklərə zidd) hədislər rəvayət edir! "(ez-Zehebi, III, 445; İbn Həcər, ət-Tehzib: V, 7, ət-Taqrib: II, 149) Biz tərəfindən bu rəvayət Məhəmmədin münkərlərindən yalnız biri. Əbu Hazra isə saduq biri; ancaq yaddaşı möhkəm deyil. (ez-Zehebi, IV, 453; İbn Həcər,ət-Tehzib: VI, 242, ət-Taqrib: II, 386) Üçüncüsü, rəvayət son dərəcə müzakirəli biri olan əl-Vaqıdi kanalıyla gəlir.
Eyyub b. Musa hədisi: Rəvayətə görə Allahın Rəsulu (saas)belə buyurmuş: "Allah haqqı gerçəyi Ömərin dilinə və ürəyinə qoymuş! O faruqtur; Allah haqq ilə qərblin arasını onunla ayırar!" (İbn Sad, III, 270)
Bunu Allahın Rəsulundan nəql edən Eyyub b. Musa b. Əmr əl-Eşdaq əl-Əməvi, təbiindən də sonra yaşamış biri. Ehlisünnat hədisçiləri bu adama müsbət hesabat versələr də, onun Əhli Beyt düşməni olan və qan tökücü Əməvi zorbalarıyla əməkdaşlıq içərisində olan bir ailədən olması ona yetər də artar belə! Bu bir. İkincisi, Eyyub ilə Allahın Rəsulu (saas) arasında böyük bir
ravi qopuqluğu var! Üçüncüsü, Eyyubdan rəvayətdə olan Əbdürrəhman b. Hasen məchul bir ravi!
İşdə mövzuyla əlaqədar rəvayətlər və ürək ağrıdan halları! Hər biri digərindən daha çürük. Bu səbəbdən bunlara söykənmək mümkün deyil. Qaldı ki Ömər b. Hattabın həyatını və işlərini yaxşı bilənlər, onun bu ləqəblə yaxından uzaqdan əlaqəsinin olmadığını da bilərlər.


qardas azarbaycanca tarcuma elasaz yaxsi olar basa dusmak olmur.
bir masal yadima dusdu...bir muharibada topcuya amr verilir ki topu atsin o da atmir,komandan galib onun sababini sorusanda 1001 dana sababinin olduqunu deyir.sorusulduqda sabablardan 1 cisi baritin olmamasidir deyir. bu da topun atmamaqina an boyuk dalildi.indi qardas imamati inkar elamak,ahlibeyta aziyyat vermak haqqini tapdalamaqdan boyuk dalil yoxdu.oz aralarinda isdayirlar adini ajdaha qoysunlar haqq ballidir.

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#12 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 19 ноября 2010 - 19:20

Bismillah,diqqetle oxuyun haaa.Kim verib bilmirem,amma duz deyibler:haqq ile batili ayirir.Omere ve yanindakilara baxiram bilirem ki,batildi,yerde qalanlar da-Ehli-beyt(e) ve mektebinin numayendeleridir ki,onlar da haqdir!
Omerin bu sozunu yer-goy bilir."Eli olmasaydi,Omer helak olardi".O bu sozu,ekser hallarda,qezavet zamani deyib.Daha dogrusu,sehv qezavet edib,Eli(e)duzeldenden sonra deyib.Guclu haqqi batilden ayirir eee.
P.S:Menbesini isteyen olsa yazar.

Qoy menbelerini de yazim problem olmasin.Duz 30dene!
1. Mütəəssib Qazi Fəzlullah ibn Ruzbəhan: «İbtalul-batil»; 2. İbn Həcər Əsqalani (ö: 852): «Təhzibut-təhzib»,səh: 337, (Çap: Heydərabad Dekn); 3. İbn Həcər «İsabə», c: 2, səh: 509; 4. İbn Qutəybə Diynəvəri (ö: 276): «Tə vilu müxtəlifil-hədis», səh: 201, 202; 5. İbn Həcər Məkki (ö: 973): «Səvaiqul-muhriqə», səh: 78; 6. Hacı Əhməd Əfəndi: «Hidayətul-murtab», səh: 146-152; 7. İbn Əsir Cəzri (ö: 630): «Usdul-ğabbə», c: 4, səh: 22; 8. Cəlaləddin Siyuti: «Tarixul-xuləfa». səh: 66: 9. İbn Əbdul-birr Qirtəbi (ö: 463): «İstiab». ç: 2. səh: 474; 10. Seyid Mömin Şəblənci: «Nurul-əbsar», səh: 73: 11. Şəvabuddin Əhməd ibn Əbdül-qadir Əciyli: «Zəxirətul-mal»: 12. Məhəmməd ibn Əli Səbban: «İsafur-rağibin», səh: 152: 13. Nurəddin ibn Sabbağ Maliki (ö: 855): «Füsulul-mühimmə». səh: 618: 14. Nurəddin Əli ibn Əbdullah Səmiudi (ö:911): «Cəvahirul-əqdəyn»; 15. İbn Əbil-hədid Mötəzili (e: 655): «Nəhcül-bəlağənin şərhi». ç: 1, səh: 6; 16. Əllamə Quşçi: «Şərhi təcrid». səh: 407: 17. Xətib Xarəzmi: «Mənaqib», səh: 48, 60; 18. Məhəmməd ibn Talvə Şafei: «Mətalibus-süul», fəsil: 6, səh: 29: 19. İmam Əhməd ibn Hənbəl: «Fəzail» və «Müsnəd»; 20. Səbt ibn Çövzi: «Təzkirə», səh: 85, 87; 21. İmam Sələbi: «Təfsirül Kəşfil-bəyan»; 22.Əllamə İbn Qəyyim Cövzi: «Turuqul-hökmiyyə». səh: 41-53 (O həzrətdən (ə) bir çox hadisələri nəql etməklə): 23. Məhəmməd ibn Yusif Gənci Şafei (ö:658): «Kifayəut-talib». bab: 57; 24. İbn Maccə Qəzvini: «Sünən»; 25. İbn Məğazəli Şafei: «Mənaqib; 26. İbrahim ibn Məhəmməd Həmuyini: «Fəraid»; 27. Məhəmməd ibn Əli ibn Həsənil-Həkim Tirmizi: «Şərhul-fəthil-mubin»; 28. Deyləmi: «Firdovs»; 29. Şeyx Süleyman Bəlxi Hənəfi: «Yənabiul-məvədlə». bab: 14; 30. Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya» və «Ma nəzələl-Quranu fi Əliyyin».
Bildiz faruq kimdir?? :shades:

#13 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 18 ноября 2015 - 20:33

Süleym ibn Qeys deyir ki, Ömər ibn Xəttabın höküməti zamanı idi.Salman,Əbu Zərr və Miqdadla (r.a) birlikdə oturmuşduq.Kufəli bir nəfər gəlib ona doğru yol göstərmələrini istədi.(Üç səhabə) dedilər:"Sənə Allahın kitabını tövsiyə edirik,ona sarıl.Həmçinin də Əli ibn Əbu Talibi (ə.s) tövsiyə edirik.O, Quranladır və ondan ayrılmaz.Biz Peyğəmbərdən (saav) belə eşitdiyimizə şahidlik edirik:"Əli (ə.s) Quranla və haqladır.Əli (ə.s) hara üz tutsa, haqq da ora üz tutar.O, Allaha ilk iman gətirən və qiyamət günü ümmətimdən mənimlə görüşəcək ilk şəxsdir.O,ən böyük Siddiq və Faruqdur.O, mənim vəsim,vəzirim,ümmətim arasında xəlifəm və sünnətimə görə savaşandır".Kufəli kişi onlara dedi:"Bəs niyə görə camaat Əbu Bəkrə siddiq və Ömərə isə faruq deyirlər?".(Üç səhabə) Dedilər:"Camaat Peyğəmbər (saav) xəlifəliyini və Möminlərin əmiri olmağı o ikisinə rəva bildikləri kimi onlardan başqasına aid olan adları onlara verdilər.Hakbu ki bu adlar (siddiq və faruq) onların (Əbu Bəkr və Ömərin) deyil, başqasının (İmam Əlinin) adlarıdır.Şübhəsiz Əli (ə.s) Peyğəmbərin (saav) xəlifəsi və Möminlərin əmiridir.Peyğəmbər (saav) bizə və bizimlə birlikdə o ikisinə də (Əbu Bəkr və Ömərə də) əmr vermişdir ki, Əliyə (ə.s) Möminlərin əmiri ünvanı ilə salam verək.
Mənbə:"Kitab Süleym ibn Qeys", hədis 52.

http://www.aqaed.com/book/358/




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru