Перейти к содержимому


Фотография

Imam Əli ibn Abu Talib (a) fəzilətləri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 130

#1 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 20 апреля 2009 - 01:21

əssəlamu aleykə ya Əli ibni Əbi Talib!

forumçulardan xahiş edirəm, Peyğəmbərdən sonra İslamın ən böyük şəxsiyyəti barəsində bildiyiniz fəzilətləri burada yerləşdirəsiz. ayə, hədis, alimlərin sitatları, tarixi faktlar və...
əgər sənədi ilə təqdim etsəniz, gələcəkdə adres və ssılka kimi istifadə etmək olar. minnətdaram

biri ilə başlayım.

Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır"

hədis coxlu sənədlərlə bütün məzhəblərlə
nəql olunub, "mütəvatir"-dir


اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#2 Rufat 200

Rufat 200

    Mulazzim – lieutenant

  • Murid
  • 415 сообщений

Отправлено 20 апреля 2009 - 10:30

Gurani Kərimdə sərf eləmirəmsə belə ayə var (hansı surə və ayədir dəgig bilmirəm, bilən varsa zəhmet olmasa yəzsın) "Evlərivizə gapılardan girin"
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!
10."Yunus" surəsi, 44 ayə, Məkkədə nazil olub.

#3 hizbollah

hizbollah

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 207 сообщений

Отправлено 20 апреля 2009 - 10:37

Ali (a.s) :«Uşaqlığımda Peyğəmbər (s.a.s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».

Ali (a.s) :««Peyğəmbər hər il Hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. Islamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər ilə həyat yoldaşı Xədicə müsəlman olmuşdular. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.»

Muhammadi (s.a.s) : «Әlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür».

IMAMDAN QISA KӘLAMLAR


1.Mö᾽min sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.

2. Allaha and olsun ki, məni mö᾽mindən başqa heç kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.

3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.

4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.

5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin.

Həzrət Peyğəmbər (s) ətrafındakı əshabı ilə gəlib minbərə çıxdı və belə buyurdu:

«Ey camaat! Mən peyğəmbərlik vəzifəmi yerinə yetirib var qüvvəmlə çalışdım. Bilin ki, özümdən sonrakılar üçün iki dəyərli şeyi (əmanəti) qoyub gedirəm. Bu ikisi bir-birindən heç vaxt ayrılmazlar:

Allahın kitabı.

Әhli-beytim.

Daha sonra hamının görə bilməsi üçün həzrət Әli əleyhissalamın əlini uca bir bayraq kimi qaldırıb buyurdu:

«Mən hər kəsin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır. Allahım! Әli ilə dost olanla dost, düşmən olanla isə düşmən ol. Ona yardım edənə yardım et. Onunla müharibə edənlə düşmən ol. Ey burada olan müsəlmanlar, burada olmayanlara sözlərimi yetirin. Inşaallah ki, eşidib qəbul edərlər».

ӘLI ӘLEYHISSALAM
IMAMIN ŞӘXSIYYӘTI
Adı: Әli

Ləqəbi: Әmirəl-mö᾽minin

Künyəsi: Әbül-Həsən

Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl

Xəlifəliyi: Hicrətdən 35 il sonra

Xəlifəlik müddəti: 5 il

Ömrü: 63

Şəhadəti: Hicri 40-cı ildə xaricilərdən olan Ibni Mülcəm (lə᾽) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.

Məzarı: Iraq, Nəcəf şəhəri.

LA FATA ILLA ALI, LA SEYFA ILLA ZULFAQAR!

#4 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 20 апреля 2009 - 13:32

Peyğəmbər (s.a.v.v.) belə buyurub: Əgər yer və göy əhlinin imanı tərəzinin bir tərəfinə qoyulsa, Əlinin imanı da tərəzinin o biri tərəfinə şübhəsiz Əlinin imani agır gələr. Kənzül-ummal, c.6, səh.156.

Peyğəmbər (s.a.v.v.) belə buyurub: Ey Əli məndən sonra mənim ümmətimə ixtilafa düşdükləri mövzuları sən izah edəcəksən. Kənzül-ummal, c.6, səh.392.

Peyğəmbər (s.a.v.v.) buyurub: Mələklər 7 il mənə və Əliyə (ə.) salavat göndərdilər, ona görə ki, camaat arasında Əlidən başqa mənimlə həmrəy olan yox idi.

Zeyd ibn Erdem deyir: peygemberin (s.a.v.v.) sahabelerinin bir qrupunun evleri mescide achilirdi. Bir gun peygember (s.a.v.v) Elinin (e.) evinin qapisindan bashqa butun qapilari baglatdirdi. Buna gore bezi sehabelerin etirazlari peygemberin (s.a.v.v) qulagina chatdi. Peygember (s.a.v.v.) cavab olaraq dedi: M'n' "linin evinden bashqa butun evlerin qapilarinini baglanmasi tapshirildi. Men oz isteyimle ne qapi baglamisham, ne de qapi achmisham, mene bele tapshirilip, itaet etmek vacibdir.


Hezreti Eli eleyhisselamin Kebede dunyaya gelmesi de onun feziletlerinden biridir
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#5 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 20 апреля 2009 - 13:43

Ömər ibn Xəttab deyir:
Ey kaş! O fəzilətlər ki, Allah təala Əliyə verib ondan birini mənə verərdi. Bu yer üzündə olan bütün sərvətlərdən üsütndi.


لولا على لهلك عمر


"Əli olmasaydı Ömər həlak olardı"
Bax: Kafi c 7 səh 424/ Təfsiri Ruhul məani Fəxrirazi c 21 səh 22

«لبيــــــــك خــــــــامنئي »


#6 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 20 апреля 2009 - 14:28

Bu hədis mütavatir olan islam hədislərindəndir və onu həm şiə,həm də Əhli-Sünnəalimləri öz hədis kitablarında nəql etmişlər.

Səqəleyn hədisi
Peyğəmbər(s.a.a.v) İslam ümmətinə xitab edərək buyurur:"Sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm,onlardan biri Allahın kitabı,digəri isə pak itrətim Əhli-Beytimdir.Onlara sarıldığınız zamanadək əsla yolunuzu azmassinız.Bu ikisi cənnətdə Kövsər hovuzunun kənarinda mənə təkrar olaraq qovuşana qədər əsla bir-birindən ayrılmazlar!"


İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür.

Kafi /1/187.

Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.

#7 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 20 апреля 2009 - 23:40

tewekkur edirem, ecriniz Allah yaninda!

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ


Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. (əl-Maidə, 55)

butun tarixcilerin ve mufessirlerin muttefiq reylerine gore, Ali ibn Abu Talib namaz qilarken, ruku halinda zekat (sedeqe) verdi.

Сообщение отредактировал geogrd: 20 апреля 2009 - 23:41

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 21 апреля 2009 - 17:12

Alini (as) yalnız mömin sever ve yalniz münafiq olan kin besler.

Ravi: Ənəs İbn Malik 

"Rəsulullah (səv) bazar ertəsi günü göndərildi. Hz. Əli (rə) də çərşənbə axşamı günü namaz qıldı. "

Mənbə: Tirmizi, Mənaqib


Muselman olmayan mudriklerin gozunde hz Eli (e)
Cubran Xelil Cubran( xachperest yazichi)
"Insanlarin boyuk tarixi shexsiyyetler arasinda hz Ali kimi eyni gorub xeyirle andiqlari simalar azdir."
Shibli SHemil ( materialist ereb alimi)
"Imam Eli bin Abu Talib dunyadaki butun simalarin en boyuyu ve bizim yegane tekrarsiz adamimizdir ki, sherq ve qerb dunyasi ne kechmishde ,ne de indi bu tekrarsiz insan kimi ikinici bir shexsiyyet gormemishdir"
Tomas Charl( ingilis yazici ve mutefekkiri)
"Eli ise ,... bize onu sevmekden bashqa bir sey qalmir,cunki o cox uca ve boyuk bir shexsiyyet idi,Onun vicdan bulagindan yaxshiliq ve gozellik caglayirdi.Konlunden coshqunluq ve qehremanliq alovu sachilirdi.O , kukreyen aslandan daha cesur idi.Amma onun cesareti mulayimlik ve shefqet ruhu ile ich iche ,zerif insanliq duygulari ile dolu idi."
Georg Geordal (xachpesrest yazichi)
''EY Dunya!Butun var gucunu ishletseydin,her dovre o agli,o qelbi ve o zulfuqari ile daha bir Eli bagishlasaydin,ne olardi?!"

***

«Xendek döyüşünde Ali ibn Abutalibin Amr ibn Abdevedle mübarizesi menim ümmetimin Qiyametedek edecekleri emellerin hamısından üstündür.»(El-Mustedreku eles-sehiheyn, c.3, səh.32.)

Ravi: İbni Ömər

Rəsulullah (səv) səhabələrini qardaş etmişdi. Hz. Əli (rə) yanına gəldi və: "Səhabələrimizin arasını bir-birləriylə qardaş etdiniz, amma məni kimsəylə qardaş etmədiz!" dedi. Bunun cavabında (səv): "Sən dünyada da, axirətdə də mənim qardaşımsan"- buyurdu.

Mənbə: Tirmizi, Mənaqib (3722)

Bir gün səhabələr Peyğəmbərimiz (s.ə.v)-dən Hz. Əlini nə üçün çox sevdiyini soruşdular. Hz Peyğəmbər o anda məclisdə olmayan Hz. Əlini çağırmağa adam göndərdi və orada olanlardan soruşdu: - Birinə yaxşılıq etsəniz, o da sizə pislik etsə nə edərdiniz? Cavab verdilər: - Yenə yaxşılıq edərik. - Yenə pislik etsə? - Biz yenə yaxşılıq edərik? - Yenə pislik etsə? Səhabələr cavab vermədi, başlarını önə əydilər. Bunun mənası pisliyə pisliklə qarşılıq verməsək belə yaxşılıq etməyə davam etmərik, demək idi. Bu anda Hz. Əli o məclisə gəldi. Rəsulullah Hz. Əlidən soruşdu: - Ya Əli, yaxşılıq etdiyin biri sənə pislik etsə nə edərdin? - Yenə yaxşılıq edərdim. - Yenə pislik etsə? - Yenə yaxşılıq edərdim. Hz. Peyğəmbər sualı tam yeddi dəfə təkrarladı. Hz. Əli yeddi dəfə də "yenə yaxşılıq edərdim" deyə cavab verdi. Səhabələr, - Ya Rəsulullah, Əlini çox sevmənizin səbəbini indi anladıq,- dedilər.



***

Ravi: Səd İbi Əbu Vəqqas

Rəsulullah (səv) Təbuk səfərinə çıxanda Hz. Əlini geridə (Mədinədə) qoymuşdu. "Ey Allahın Elçisi, siz məni uşaqların və qadınların arasındamı qoyursunuz?" dedi (qalmaq istəmədi). Bunun cavabında Rəsulullah (səv): "Sən Hz. Harunun Hz. Musa yanında aldığı yeri, mənim yanımda almaqdan razı deyilsənmi? Bu fərqlə ki məndən sonra peyğəmbər yoxdur!" buyurdu.

Mənbə: Buxari, Məğazi 78, Fəzailul Əhzab 9; Müslüm, Fəzailul Əhzab 31 (2404), Tirmizi, Mənaqib (3731)

Rəsulullah sallallahu əleyhi və alihi və səlləm buyurdu: "Ey Ümmü Sələmə! Bu adamı tanıyırsanmı?" Dedi ki : "Bəli bu Əli ibn Əbu Talibdir." Buyurdu ki : "Bəli bu Əli ibn Əbu Talibdir. Əti ətimlə qanı da qanımla qarışmışdır. Onun mənə olan nisbəti eynilə Harunun Musaya olan nisbəti kimidir. Yalnız məndən sonra peyğəmbər yoxdur. Ey Ümmü Sələmə! Bu Əli uca bir öndərdir, müsəlmanların arzusudur, möminlərin əmiridir, sirrimin və elmimin xəzinəsidir, özünə sığınılan bu adama atam fəda olsun, ümmətimin xeyirlilərinə Əhli Beytimdəki vəsim budur və o mənim dünya və axirətdəki qardaşımdır."

Əl Mahasin vəl Məsavi (Beyhaki) c 1 s 31, Kifayət ut Talib (Kenci i Şafii)s 69, Kənzul-Ummal c.6 s 154, Menaqibi Xarəzmi .

#9 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 22 апреля 2009 - 22:39

Bir gün səhabələr Peyğəmbərimiz (s.ə.v)-dən Hz. Əlini nə üçün çox sevdiyini soruşdular. Hz Peyğəmbər o anda məclisdə olmayan Hz. Əlini çağırmağa adam göndərdi və orada olanlardan soruşdu: - Birinə yaxşılıq etsəniz, o da sizə pislik etsə nə edərdiniz? Cavab verdilər: - Yenə yaxşılıq edərik. - Yenə pislik etsə? - Biz yenə yaxşılıq edərik? - Yenə pislik etsə? Səhabələr cavab vermədi, başlarını önə əydilər. Bunun mənası pisliyə pisliklə qarşılıq verməsək belə yaxşılıq etməyə davam etmərik, demək idi. Bu anda Hz. Əli o məclisə gəldi. Rəsulullah Hz. Əlidən soruşdu: - Ya Əli, yaxşılıq etdiyin biri sənə pislik etsə nə edərdin? - Yenə yaxşılıq edərdim. - Yenə pislik etsə? - Yenə yaxşılıq edərdim. Hz. Peyğəmbər sualı tam yeddi dəfə təkrarladı. Hz. Əli yeddi dəfə də "yenə yaxşılıq edərdim" deyə cavab verdi. Səhabələr, - Ya Rəsulullah, Əlini çox sevmənizin səbəbini indi anladıq,- dedilər.


:( :appl: :appl: :appl: :appl: :appl: :appl: :appl:

emirel-momininden bir kelam yadima duwdu, yuxaridaki hadise doqrudanda Hz. Ali (a) bawina geldi. ereblerden biri ondan sual etdi: "Ya Ali! sen nece sene daim pislik edene yaxwiliqindan elcekmirsen?!" moula bir cavab verdi ki, yalniz o bu cavabi vere biler: "Eger o kiwilik edib oz sozunden ve emelinden el cekmirse, men niye oz kiwiliyimden el cekim, ve yaxwiliqimdan yayinim?!"


عن ‏ ‏البراء بن عازب ‏ ‏قال ‏
‏كنا مع رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏في سفر فنزلنا بغدير خم فصلى الظهر وأخذ بيد ‏ ‏علي ‏ ‏رضي الله تعالى عنه ‏ ‏فقال ألستم تعلمون أني أولى بالمؤمنين من أنفسهم قالوا بلى قال ألستم تعلمون أني أولى بكل مؤمن من نفسه قالوا بلى قال فأخذ بيد ‏ ‏علي ‏ ‏فقال‏ مَنْ كُنْتُ مَوْلَاهُ ‏ ‏فَعَلِيٌّ ‏ ‏مَوْلَاهُ اللهم وال من والاه وعاد من عاداه
‏قال ‏ ‏فلقيه ‏ ‏عمر ‏ ‏بعد ذلك فقال ‏هنيئا يا ‏ابن أبي طالب ‏أَصْبَحْتَ وَأَمْسَيْتَ مَوْلَى كُلِّ مُؤْمِنٍ وَمُؤْمِنَةٍ



barra ibn `azib deyir: biz Resulullahla birlikde seferde idik. gadir xuma catanda, peyqember zohr namazini qilandan sonra, Ali raziyallahu anhu-nun elinden tutdu, ve dedi: siz bilmirsizmi men mominlere onlarin ozunden daha da yaxinam? dediler: beli. peyqember buyurdu: siz bilmirsininzmi men her bir momine onun ozunden daha yaxinam. dediler: beli. sonra Alinin elini qaldirdi ve dedi: men her kimin movlasiyam Ali onun movlasidir. Allahim onu seveni sev, ve ona duwmen olanla duwmen ol.
Omar bundan sonra Aliye yaxinlawdi ve dedi: mubarek olsun! ey Abu Talibin oqlu, sen butun momin kiwi ve qadinin movlasi oldun!


hedis mutavatirdi, hec kim onun sehihliginde wubhe etmir, yalniz "movla" ne menasinda olmasinda ixtilaf olunub. Ehli sunnet nezeri yalniz "dost" menasindadir. Ehli beyt mektebinin nezeri ise, movla veliyy, yeni vilayet ve hakimiyyet sahibi demekdir. qedir xum hadisesinden qabaq nazil olan ayenin mezmunu, ve elece de hedisin oz siyaqi, Imamiyye nezerine daha yaxindi. bunu bawqa bir postda inwaAllah....


:قال عمر بن الخطاب
:سمعت رسول الله يقول

لو ان السموات السبع،و الارضين السبع وضعتا فى كفة و وضع ايمان على فى كفة لرجح ايمان على

ترجمه الامام على بن ابى طالب ج 2 ص 364،
رياض طبرى ج 1 ص 244،
مناقب خوارزمى ص 78،
بحار الانوار ج 40 ص 119 ح 5،
الغدير ج 2 ص 299
...و كتب

Omar ibn Xattab:
ewitdim resulallah dedi:
"eger yetdi asiman ve yetdi yer terezinin bir terefine qoyula ve Alinin imani terezinin o biri terefine qoyula, Alinin imani aqir geler."

menbeler:
1. tercume al-imam Ali ibn Abu Talib c. 2, s. 364
2. Riyaz Teberi c. 1, s 244,
3. Manaqib Xarezmi s. 78
4. Bihar al-Anvar c. 40, s. 119, h. 5
5. al-Gadir c. 2, s. 299
6. ve bawqa...


اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#10 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 24 апреля 2009 - 19:07

Ali imran suresi 61-ci aye.butun tefsirlerde enfusena enfusekumdan mena Allahin resulullahin dili ile Ali(e)-i resulun ozu adlandirdigi qeyd olub.
Baxiram yollara.....

#11 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 24 апреля 2009 - 19:11

Edebiyyatimizda hz Eli (es)


Qılınc çaldı, dil açdı, şahi merdan Əli görklü. (Kitabi Dədə Qorquddan)


Əlidən öyrən əməldə ixlası,
Tanrı aslanını hər türlü fəsaddan pak və uzaq bil. (Mövlana Cəlaləddin Rumi)


Alimsən alim, doğrudur yolun.
Ağzımda dilim hu demək istər.
Əli sirrində tövhid nurunda,
Məhşər yerində hu demək istər. (Yunus Əmrə)


Çün ayinəyi tutdum yüzümə,
Əli göründü gözümə (Nəsimi)


Ta xəyalinlə könül mülkündə seyran eylərəm,
Bən səni ol şahimin mədhində heyran eylərəm.
Bən Nəsimiyəm, şahim, vəsfini dəstan eylərəm,
La fəta illa Əli, la seyfə illa Zülfiqar. (Nəsimi)

Xətayiyəm al atlıyam,
Sözü şəkərdən tatlıyam.
Mürtəza Əli zatlıyam,
Qazilər deyən şah mənəm. (Xətayi)

Hay verin Allaha, seytani qoyun tek qalsin
Tovlanib, tovlanmagin da, bala, endazesi var
Allahin shehri Nebidir, qapisi Sah Veli,
Deshik axtarma, bu shehrin bele dervazesi var.

M. Sehriyar


Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub namaz qılır.
Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: "Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?"
Həzrəti Mühəmməd Peyğəmbərimiz "Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başınmı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu.
O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın."
O saat Hz.Cəbrayıl Həbibullahın hüzuruna gəlib, xəbər verdi ki, "Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rkudan qalxsın. MƏnim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət."

Hedisin menbeyini yaza bilmeyecem. Cunki bu hedisi vehabi dukanindan aldigim teqvimden oxumusam :tease:

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#12 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 28 апреля 2009 - 19:17

Ali (a) təvəllüdü

شيخ مفيد :
ولد بمكة في البيت الحرام يوم الجمعة الثالث عشر من رجب سنة ثلاثين من عام الفيل ، ولم يولد قبله ولا بعده مولود في بيت الله تعالى سواه إكراما من الله تعالى له بذلك وإجلالا لمحله في التعظيم .

الشيخ المفيد ، أبي عبد الله محمد بن محمد بن النعمان العكبري البغدادي (متوفاي413هـ) ، الإرشاد في معرفة حجج الله علي العباد ، ج 1 ، ص 5 ، تحقيق : مؤسسة آل البيت عليهم السلام لتحقيق التراث ، ناشر : دار المفيد للطباعة والنشر والتوزيع - بيروت ، الطبعة : الثانية ، 1414هـ - 1993 م


Sheyx Mufid:
Fil ilinden 30 il sonra, recebin 13-u, cume gunu, Mekke weherinde, Allah evinde dunyaya geldi. Allah Taala terefinden ona ikram olaraq ve onun meqamini ezemetlendirmek ucun, hec kim, ne ondan qabaq, ne de sonra, Allahin evinde dunyaya gelmeyib.


Sheyx Mufid, abi Abdillah Muhammad ibn Muhammad ibn an-No`man al-Akbari al-Bagdadi (defni 413 h.q).
Kitab: al-Irshad fi ma`rifati hujajillahi alal-`ibad, 1-ci cild, s.5
Nashir: darul-mufid, Beyrut
Cap: 2-ci
Cap tarixi: 1414 h.sh. 1993 miladi


Ali (a) təvəllüdü


مسعودي

وكان مولده في الكَعبة


السعودي ، أبو الحسن على بن الحسين بن على (متوفاي346هـ) ، مروج الذهب ، ج 1 ، ص313


Masudi

Onun (Alinin) tevelludu Kaabada olubdur


Al-Mas`udi, Abul-Hasan Ali ibn al-Huseyn ibn Ali (defni 346 h.q.)
Muravvijuz-Zahab, 1 c, 313 s (inetrnet versiyasinda 312 s.)


حلبي:
لأنه ولد في الكعبة وعمره (يعني النبي) (ص) ثلاثون سنة



الحلبي ، علي بن برهان الدين (متوفاي1044هـ) ، السيرة الحلبية في سيرة الأمين المأمون ، ج 1 ، ص 226 ، ناشر : دار المعرفة - بيروت – 1400هـ



Halabi:
…cun ki, Kaabada dunyaya geldi ve o (peyqember) 30 yashinda idi

Halabi Ali ibn Burhanaddin (defni 1044 h.q.)
As-Siratul-Halabiyye fi siratil Amin val-Mamun, c 1, s. 226.
Nashir: Darul-Maarifa, Beyrut 1400 h.q.


إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ
وَ هُمْ رَاكِعُون‏ . المائده
/ 55 .


5. əl-Maidə 55
Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.


وأجمع أئمّة التفسير أنّ المراد علي
قاضي عضد الدين الإيجي ، متوفاي 756 هـ
المواقف في علم الكلام ، ص 405


"Bütün Təfsir imamlari (böyük alimləri) icma` ediblər ki, ayənin murad və məqsədi Alidir"
Qazi Əzudəddin Əl-Layici, 756 h.q:
Əl-Məvaqif fi elmil-Kəlam s. 405

Сообщение отредактировал geogrd: 29 июля 2013 - 15:16

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#13 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 04 мая 2009 - 00:53

«Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namazqılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55

Rəsulullah (s) Əli (ə) haqqında buyurub:

Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır. Yəni bir kəsin mömi olmasının sübutu Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o mömin ola bilməz əsla. Baxmayaraq ki, bütün gecələrini namaza dura və gündüzləri oruc tuta, bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)

Əlini sevmək imanın, Əliyə qarşı nifrət nifaqın (münafiqliyin) əlamətidir. Hər kəsdə Əliyə məhəbbət olsa onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )

Əli dünya və axirətdə mənim bayrağımın sahibidir. Əli Peyğəmbər hər iki dünyada ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)

Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659 hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)





http://islamiyyet.uc...s/2008-07-16-62

Сообщение отредактировал İravani: 04 мая 2009 - 00:57

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#14 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 04 мая 2009 - 13:20

لولا على لهلك عمر


"Əli olmasaydı Ömər həlak olardı"
Bax: Kafi c 7 səh 424/ Təfsiri Ruhul məani Fəxrirazi c 21 səh 22






Rəsulullah (s) buyurur:"Mən elmin şəhəriyəm və Əli bu şəhərin qapısıdır"

Əli ümmətin bütün müşkül işlərində elmi sığınacaq idi. xəlifələrin bəziləri Allaha yalvarırdılar ki, Əli olmayan yerdə onları çətinliklərlə üzləşdirməsin və Əlini onlar üçün xilaskar göndərsin:

Ömər həmişə deyərdi: Allaha pənah aparıram o muşküllərdən ki, Əbul Həsən orda olmasın. (yəni Əli olmayan yerdə Allah məni muşküllə üzləşdirməsin)

رِوَايَة سَعِيد بْن الْمُسَيِّب قَالَ : كَانَ عُمَر يَتَعَوَّذ بِاَللَّهِ مِنْ مُعْضِلَة لَيْسَ لَهَا أَبُو الْحَسَن - يَعْنِي عَلِيّ بْن أَبِي طَالِب (Fəthul-Bari fi şərhi səhih Buxari 20/435, Şərhe nəhcul-bəlağə İbn Əbil-hədid 4/7)

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#15 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 04 мая 2009 - 14:51

Yeri, döy Əli qapısın, odur, ey gədayi miskin,
Kərəmiylə padşahlıq üzüyü verən gədaya.

Şəhriyar


Сообщение отредактировал Shemsi: 04 мая 2009 - 14:52

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#16 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 06 мая 2009 - 18:18

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ ءَامَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ
وَ هُمْ رَاكِعُون‏ . المائده
/ 55 .


5. əl-Maidə 55
Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.


سعد الدين تفتازاني:

نزلت باتّفاق المفسّرين في علي بن أبي طالب ، رضي اللّه عنه ، حين أعطى خاتمه وهو راكع في صلاته .

شرح المقاصد في علم الكلام ، ج 5 ، ص270 .



Sə`dəd-din Təftazani:

Bütün müfəssirlərin (təfsir alimlərin), müttəfiq rəylərinə əsasən, bu ayə, Əli ibn Əbu Talib rəziyəllahu ənh, namaz qılarkən, ruku halında üzüyünü əta etdiyi zaman nazil olub.
Şərhul Məqasid c. 5, s. 270

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#17 tatar

tatar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 06 мая 2009 - 19:49

ZEYYINU MACLISAKUM BI ZIKRI ALI
Ali hagginda maclislerinizde sohbet edin,maclisiniz ziynetlener
Я пёс у дверей Имама Али (А).

#18 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 07 мая 2009 - 13:19

Peyğəmbərdən (s.a.a.s.) belə buyurub: “Ya Əmmar ! Əgər gorsən ki, butun insanlar bir yolla, Əli (ə.) isə başqa bir yol ilə gedir, onda sən camaatı burax və Əlinin (ə.) getdiyi yol ilə get ! Həqiqətən, O səni həlakətə aparmaz və hidayətdən uzaqlaşdırmaz ! Ey Əmmar! Əliyə (ə.) tabe olmaq Mənə tabe olmaqdır. Mənə tabe olmaq isə ALLAHA tabe olmaqdır.”


“(Ey Peyğəmbər!). Sən ancaq (xalqı cəhənnəm əzabından) qorxudansan və hər qövm ucun bir hidayətci vardır”. Rəd, 7.
Bu ayə nazil olandan sonra Peyğəmbər (s.a.a.s.) əlini sinəsinə qoyub, buyurdu: “Mənim vəzifəm xəbərdarlıq etmək və qorxutmaqdır: Hər xalqın bir yol göstərəni vardır”. O Həzrət (s.a.a.s.) əli ilə Əli ( ə )-a işarə edib buyurdu: “Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət axtaranlar sənin vasitənlə hidayət olacaqlar!”

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#19 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 мая 2009 - 19:11

Rəsuli Əkrəm(s): "Allah hər bir peyğəmbərin nəslini onun öz belində, mənim nəslimi və zürriyətimi isə Əlinin belində bərqərar etmişdir".

Ya Əli, əgər bir kəsin Nuhun ömrü qədər ömrü ola və bu müddət ərzində yaşayıb bütün gündüzlərini oruc tuta, gecələrini sübhə kimi ibadətlə keçirə, hər il bir dəfə piyada Həccə gedə və Ühud dağı qədərində qızılı ola və bu qızılları Allah yolunda paylaya, axırda da Səfa və Mərva arasında məzlumcasına öldürülə amma sənin vilayətinə etiqadı olmaya heç vaxt Behiştin iyini hiss etməyəcək.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#20 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 10 мая 2009 - 08:55

ZEYYINU MACLISAKUM BI ZIKRI ALI
Əli hagginda maclislerinizde sohbet edin,maclisiniz ziynetlener


Uzeyyinu məclisuna bi..............................................................
5sa2is_alnesa2i.jpg 3li_fatima_a7b.jpg
Nəsai "Xəsaisul-İmam Əli" kitabında 89-cu səhifədə yazır:

107-...............Cəmi` b. Umeyr rəvayət edir: Atamla Ayişənin yanına daxil olub(pərdənin arxasından) Əli (Allah ondan razı olsun) barədə sual etdik. O, (Ayişə) dedi: Elə bir şəxs barədə sual edirsiniz ki, peyğəmbər s.a.s. üçün özü və zövcəsindən daha sevimli olan birini tanımıram.

Səhifənin aşağısında isə bu hədisin sənədinin "səhih" olduğunu bildirilir.

Yenə həmin kitabda 75-ci səhifədə 84-cü hədis:
waly_kol_mo2min.jpg
(Peyğəmbər s.a.s.) dedi: Əlidən nə istəyirsiniz? Həqiqətən Əli məndəndir mən də ondan. Əli məndən sonra bütün möminlərin(diqqət edin) vəlisidir.

Səhifənin aşağısında yenə də hədisin sənədinin "səhih" olduğu bildirilir.


Heysəmi özünün "Əs-Savaiqul-Muhriqa" kitabının 120 və 121-ci səhifəsində yazır:
boka2_3.jpg boka2_4.jpg _________.jpg _________2.jpg
(Əli ə.s. fəzilətləri) çoxdur, əzəmətlidir, məşhurdur. Əhməd dedi: Əli üçün rəvayət olunan fəzilətlər başqaları üçün rəvayət olunmayıb.
İsmayıl, Qazi, Nəsai və Əbu Əli Nişaburi dedilər: Səhabələrdən heç biri üçün Əli barədə rəvayət olunan sayda "həsən" hədis rəvayət olunmayıbdır.


Və həmçinin elə oradaca "Harunun Musaya olan nisbəti", "Xeybər günü bayrağın Allahın və peyğəmbərin sevdiyi kişiyə verilməsi", "Ayişənin Əli ə.s. və Fatimə s.ə. barədə e`tirafı" və s. kimi hədisləri müşahidə edirik.


Təbəri "Zəxairul-üqba fi mənaqibi zəvil-qurba" kitabının 88-ci səhifəsində hamımızın bildiyi "Mən elm şəhəriyəm Əli isə onun qapısıdır" hədisinin müxtəlif versiyalarını yazaraq Tirmizinin bu hədisin "həsən" hesab etməsini bildirir. Amma İbn Teymiyyə (nasibiliyi səbəbinə) bu hədisi həzm edə bilməyib onun "zəif olduğunu iddia edir.
th2r.jpg 3li_3lm.jpg


Bu siyahını davam etmək mümkündür. Bunları gorməmək insanda böyuk problemin olduğuna açıq-aydın dəlildir. Bütün bu yazdıqlarımız və yazmadıqlarımız İbn Teymiyyənin nə qədər nankor olduğunu bir daha sübüt edir. Yazıq o, müsəlmanların halına ki, onu "Şeyxul-İslam" hesab edirlər. Yazıq bir daha yazıq!

İbn Əbi Heysəmə, Abdürrəzzaqın belə dediyini rəvayət etmişdir: "Bir dəfə yanımızda heç bir kimsə olmadığı bir halda qarşısında dayandığım Mamer mənə gülümsəyincə, ondan:

- Nəyin var? deyə soruşdum. O da belə cavab verdi:

- Kufəlilərə təəccüblənirəm. Sanki Kufə şəhəri, Əlinin sevgisi üzərinə qurulmuşdur. Onlardan hansıyla danışdımsa ən elimliləri belə Əlini Əbu Bəkir və Ömərdən üstün tutur. Onlardan biri də Süfyan Suridir.

- Sən Süfyanı Surini gördünmü? (Bu sualı soruşarkən onu görməsi böyük bir hadisəymiş kimi sanırdım.)

- O da : Əgər adamın biri mənə: "Əli, mənə görə Əbu Bəkirlə Ömərdən daha üstündür," desə onu ayıblamam. Əbu Bəkirlə Ömərin fəzilətlərini sayıpta Əlinin onlardan üstün olduğunu söyləsə, bunu yadırğamaram. Əgər bir adam mənə: "Ömər, mənə görə Əbu Bəkir ilə Əlidən üstündür." desə, onu da danlamaram."

Abdürrəzzaq dedi ki: ikimiz kimsəsiz bir yerdə oturmaqda ikən bunu Vəki b. Cərraha izah etdim. O, mənim bu sözlərimi heyrətlə qarşıladı. "Süfyan necə olar da belə bir şey deyər" söylədi və güldü. Sonra da belə dedi: "Süfyan, işi bu nöqtəyə qədər aparacaq kimsə deyil, ancaq o bizə açıqlamadığı xüsusları Mamerə açıqlamışdır."

Mən Süfyana belə deyirdim: "Ey Əbu Abdillah! Əlini, Əbu Bəkrlə Ömərdən üstün hesab etsək buna nə deyərsən?" Süfyan, mənim busualım qarşısında bir müddət susur, sonra belə deyirdi: Qorxaram ki bu, Əbu Bəkrlə Ömərə dil uzatmaq olar. Onun üçün biz bu barədə susur, bir şey söyləmirik."(xatırladım ki, türk dilindən tərcümə "dilmanc 2.5" proqramına məxsusdur)

İbn Kəsir "Əl-Bidayə Vən-Nihayə" türk dilində "Şaşılacak Garip Birşey" fəsli
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#21 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 25 июня 2009 - 20:28

Heysəmi özünün "Əs-Savaiqul-Muhriqa" kitabının 120 və 121-ci səhifəsində yazır:

(Əli ə.s. fəzilətləri) çoxdur, əzəmətlidir, məşhurdur. Əhməd dedi: Əli üçün rəvayət olunan fəzilətlər başqaları üçün rəvayət olunmayıb.
İsmayıl, Qazi, Nəsai və Əbu Əli Nişaburi dedilər: Səhabələrdən heç biri üçün Əli barədə rəvayət olunan sayda "həsən" hədis rəvayət olunmayıbdır.


Və həmçinin elə oradaca "Harunun Musaya olan nisbəti", "Xeybər günü bayrağın Allahın və peyğəmbərin sevdiyi kişiyə verilməsi", "Ayişənin Əli ə.s. və Fatimə s.ə. barədə e`tirafı" və s. kimi hədisləri müşahidə edirik.

Bu məsələni Zəhəbi də oz "Tarix"-ində nəql edib.

Muhammed b. Mansur et-Tusî der ki: Ben İmam Ahmed b. Hanbel'i: "Fazilet meselesinde Hz. Ali hakkında bize ulaşan rivayetlerin çokluğu kadar Peygamber (s.a.v.)'in diğer ashabları hakkında bize bilgi ]ulaşmamıştır." der.

Bax: Hakim 3/107; Tarihi Dımışk 42/418
------------------------------------------------------------------------------
Qeyd:
Butun hədislər və rəylər - İmam Zehebi, Tarihu'l-İslam, ( Cantaş Yayınları: 6/ 386-389 ) kitabından nəql edilmişdir. Bunu Zəhəbinin kitabının internet versiyasından goturmuşəm.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#22 Zeyd

Zeyd

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 226 сообщений

Отправлено 02 августа 2009 - 21:15

Büyiccc müşriklerin bayrağı yerde kalmış ve hiç kimse onu yerden kaldırmıyordu. Kâriseoğullanndan olan Alkame'nüı kızı Kuceyş'in bayrağını yerden alıp kaldırdı. Kureyşliler onun etrafında topland:. O bayrağı Suâb aldı ve bayrak elindeyken öldürüldü. Bayrak ta­şıyanları, -Ebû Râfi'e göre- Hz. Ali öldürmüştü. Der ki: Onları öldürün­ce Peygamber (s.a.v.) müşriklerden bir topluluk gördü ve Ali'ye: Haydi bunlara hamle yap, diye emretti. Ali onları dağıttı ve bazı kimseleri Öldür­dü. Daha sonra bir topluluk gürdü. Yine aynı şekilde peygamber emretti, o da onlan dağıttı, aralarından bazı kimseleri öldürdü. Hz. Cebrail şöyle dedi: «Ey Allah'ın Rasûlü, İşte korumak böyle olur.» Bunun üzerine Ra-sûlullah: «O bendendir, ben de ondanım» diye buyurunca Hz. Cebrail: «Ben de sizdenim» diye cevap, verdi. (Râvî der ki:) Etrafta şöyle bir ses işitildi: «Zülfikardan başka kılıç, Ali'den başka genç yoktur.»

İbn Əsir "əl-Kamil fit -Tarih" Uhuh qazvesi

İmam Hüseyn (ə): Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar
.

#23 Zeyd

Zeyd

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 226 сообщений

Отправлено 02 августа 2009 - 21:29

Bagislayın bu Zəhəbini deyil ibn Əsirin kitabıdır
İmam Hüseyn (ə): Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar
.

#24 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 12 сентября 2009 - 14:32

«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»

Keçdi əyyami xəzan, çünki dəyişdi ruzigar,
Aldı şahlıq tacın ondan, nov'ərusi-novbahar,
Gəldi novruz, açdı güllər, oldu aləm laləzar,
Hər gülə, hər qönçəyə qoşdu həzar nəğmə həzar,
İstədim seyrə çıxam könlümdə bir istəkli yar,
Laləni gördüm ki, gülşəndə qızıl qanla yazar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»


Gör ki, gördü bu kəlamı, etdi dil rəğbət ona,
Can bəyəndi, öylə bildim tən qılar xidmət ona,
Söylədim əqlə: de hardan hüsn ona, ziynət ona,
Söylədi: Həqdən, soruşdum kimdi bəs xilqət ona,
Bir cavab oldu: Rəsulüllah Dedim rəhmət ona,
Bəski ki, şahi-Lafəta eylər Rasulüllah şüar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»

Təəssüf, müəllifin kim olduğunu tapa bilmədim.

Gördüm ol dəm gülşənə bir sərvəri-aləm gəlir
Eyləmiş başinə cəm çox huriyi-ə'zəm gəlir,
Bir tərəf gördüm onun pişvazına Adəm gəlir,
Bir tərəf davüdü Musa, İsiyi-Məryəm gəlir,
Söylədim ki: ya Rəsul! Gördüm Peyəmbər həm gəlir,
Anladım kim, kimdir ol şah,göz yaşın etdim nisar.
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»

Həm Həsən və həm Hüseyn həm Zeynalabdin, ey xuda,
Həm Məhəmməd Bağıril, həm Cəfərül Sadiq ağa,
Museyi Kazim imamül həm Qərib ismül Rza
Həm Əliyyən həm Nəği kim, olsun həqq ondan riza
Həm Əliyyən həm Təği kim müşrikə versin cəza,
Etdilər ol dəm iki axır imam ilən güzar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»

Ol əsəd, ol Mürtəza, ol Heydəri-Kərrar Əli,
Şahi-mərdan, Şiri-Yəzdan, taci-din, sərdar Əli,
Dinə sərvər, xəlqə rəhbər, həqqə munis, yar Əli,
Məhrəmi-raz, razi-e'caz, vaqifi-əsrar Əli,
Bəs əzəldən ta Əbəd durduqca dünya var Əli,
Zülfüqarın qorxmaz əldən ol şəhi-Düldülsüvar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»

Biz nəyik? Qətrə! O şahi-Lafəta unuman imiş,
Biz kimik? Bəndə! O şahi-Lafəta sultan imiş,
Bizdə bir can var, o şahə hər zaman qurban imiş,
Bizdə bir tən var, o şahin rahinə yeksan imiş,
Bunca vəsfin Səyyaha, ol şahə ki, sayan imiş,
Var ümidim kim, bizi hifz eyləsin Pərvərdigar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»


Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#25 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 13 сентября 2009 - 12:17

barəkəllah! şer kimindir?

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#26 !!!HIZBULLAH!!!

!!!HIZBULLAH!!!

    Jundi – Soldier

  • Ibtidai
  • 1 сообщений

Отправлено 13 сентября 2009 - 13:25

MashaAllah size baxdigca adamin urey boyuyur .....

#27 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 13 сентября 2009 - 16:09

barəkəllah! şer kimindir?


Şeiri götürdüyüm saytda da müəllifin adı qeyd olunmamışdı. Özümə də maraqlı gəldi müəllifin kimliyi, təəssüf tapa bilmədim.
Sonuncu bənddə Səyyah adı keçir, bilmirəm bu onun həqiqi adıdı, yoxsa təxəllüsü.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#28 coshqun

coshqun

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 27 сообщений

Отправлено 16 сентября 2009 - 20:46

4- Mir Seyyid Ali Hemedani eş- Şafii "Meveddet'ul- Kurba"nın 6. meveddetinin başlarında, ikinci halife Ömer bin Hattap'tan şöyle naklediyor: Hz. Peygamber, ashap arasında kardeşlik akdi okuduğunda şöyle buyurdular:
"Bu Ali, dünya ve ahirette kardeşim, ailem arasında halifem, ümmetimin içinde vasim, ilmimin varisi ve borcumu eda edendir. Onun malı benden, benim malım ise onundur; onun menfaati benim menfaatim, onun zararı ise benim zararımdır. Onu seven beni sevmiştir, ona buğz eden bana buğzetmiştir."


#29 MURTEZA

MURTEZA

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 17 сентября 2009 - 00:34

Butun islam dunyasinin qebul etmeli oldugu bir heqiqet var ki,islam peygamberi buyurub:Aliye mehebbet imandir,onunla edavet kufrdur: Peygamberimiz bele hedisi bawqa hec kes haqda buyurmayib.Ali aleyhissalamin feziletleri barede qeyri muselman alimlerinin dediklerini de qeyd etseniz daha maraqli olardi.Haminiza ugurlar
Sevgili CANAN gelecek,az qalib!

#30 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 сентября 2009 - 10:08

Allah razi olsun Şəmsi, şer çox gözəldir. xüsusən də bu sətirlər

Biz nəyik? Qətrə! O şahi-Lafəta unuman imiş,
Biz kimik? Bəndə! O şahi-Lafəta sultan imiş,
Bizdə bir can var, o şahə hər zaman qurban imiş,
Bizdə bir tən var, o şahin rahinə yeksan imiş,
Bunca vəsfin Səyyaha, ol şahə ki, sayan imiş,
Var ümidim kim, bizi hifz eyləsin Pərvərdigar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru