Перейти к содержимому


Фотография

SƏHABƏLƏR VƏ YA PEYĞƏMBƏR NƏSLİ?


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 19 декабря 2013 - 11:26

ஜ════════════════════ஜ۩۞۩ஜ════════════════════ஜ

SƏHABƏLƏR VƏ YA PEYĞƏMBƏR NƏSLİ?

(MÜQƏDDƏS QURAN AYƏLƏRİ İLƏ ŞİƏ İDEOLOGİYASININ SÜBUTU)


ஜ════════════════════ஜ۩۞۩ஜ════════════════════ஜ


Bu vacib məqaləni mütləq oxuyun! Biz həmçinin bütün şiyə opponentlərini bu məqalədə deyilənləri təkzib etməyə dəvət edirik.
Əgər siz bunu təkzib edə bilmərsinizsə, MÜTLƏQ şiyəliyi qəbul etməlisiniz, çünki əks təqdirdə siz Quranın düşmənlərinə çevriləcəksiniz.
Biz yalnız dəqiq dəlilləri ortaya çıxarır və Sizi Həqiqətdən başqa heç bir şeyə yönəltmirik!



Beləliklə:

Şiyələrə çox zaman belə bir sual verilir: öz ideologiyanızı birbaşa olaraq Quranın ayələri ilə sübut edin: təfsirsiz, hədissiz və sünnəsiz - yalnız Qurana əsasən sübut edin ki, şiyəlik həqiqətdir. Axı əgər şiyələrin dedikləri həqiqətdirsə, Quranda bu barədə bilavasitə dəlillər olmalıdır. Bizə deyirlər ki: lazımi dəlillər gətirin – və biz də şiyə olarıq!

Biz indi elə dəqiq dəlillər ortaya qoyacağıq ki, bundan sonra bütün dərrakəsi olanlar üçün şiyənin həqiqiliyi günəş kimi aydın olacaq.

Şiyələr ilə sünnilər arasında olan bütün fərqlər ondan ibarətdir ki, şiyələr Peyğəmbərin (s) vəfatından sonra hökmranlıqda üstünlüyü onun nəslinə (Əhl ul–Beyt-“Ev adamları”), sünnilər isə üstünlüyü səhabələrinə verir.

Şiyəlik müqəddəs nəslin dini, sünnilik isə səhabələrin dinidir. Şiyələr öz dinini Peyğəmbərin nəslindən (onun evindən olan imamlardan), sünnilər isə onu əhatə edənlərdən, onu görən, lakin onun nəslindən olmayan insanlardan götürür.

Şiyələr deyir ki, Peyğəmbərin xəlifələri (davamçıları) onun nəslindən, yəni Fatimə (ə.s) və Əlinin (ə.s) nəslindən olan insanlar olmalıdır. Sünnilər isə iddia edirlər ki onlar Peyğəmbəri (s) görən və onunla söhbət edən adi insanlardır.

Beləliklə demək olar ki 1400 il davam edən ziddiyyətin mahiyyəti aşağıdakı dilemmada göstərilib: NƏSİL VƏ YA SƏHABƏLƏR?

Gəlin baxaq, bu məsələ ilə bağlı Quranda hansı fikirlər qeyd olunub. Əhzab surəsinin 62-ci ayəsində deyilir: “Allahın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!” Yəni Allahın qayda – qanunu və əvvəlki peyğəmbərlər və onların ümməti üçün onun qanunu necə idisə, Son Peyğəmbər (s) və onun ümməti üçün də onun qayda – qanunu eyni olacaq. “(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər.” (42: 13).

Gəlin baxaq, “Allahın qaydasına” görə necə həll olunmalıdır bu sual : nəsil yoxsa səhabələr?

“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!” (3:33-34)

“Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı” (6: 83-88)

“Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır”. (19:58)

“Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir” (3: 38-39).

Lut ona iman gətirdi. İbrahim dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”. Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır! (29: 26-27).

Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir. (57: 26).

Beləliklə, Quranın mühakiməsi tamamilə aydındır: “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi”, “Onlar biri digərindən törəmiş bir nəsil idilər” “peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik“, “Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də” və s.

Bütün Peyğəmbərlərə aid “Allahın qayda-qanunu” ondan ibarət idi ki, o peyğəmbərliyi, kitabı, dərrakəni və hökmranlığı onların nəsillərində qüvvətləndirmişdi. O bunu onların səhabələri arasında deyil, onların nəslində etmişdi! Qurana uyğun olaraq Peyğəmbərin heç olmazsa bir xəlifə olmuş səhabənin adını çəkin!

Musa (ə.s) qardaşı Haruna (ə.s) dedi: “Uxlufni fi qoumi” – “Sən tayfam içində mənim xəlifəm ol”
(7: 142). “Biz öz mərhəmətimizdən onun qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik»
(19: 53). “Həqiqətən, Biz Musaya kitab bəxş etdik və onun qardaşı Harunu da ona yardımçı göndərdik. (25: 35).

“Səhabəni” yox, qardaşını! Yəni onu əhatə edənlərdən deyil, əhl ul-beytdən, Musanın (ə.s) nəslindən, onun qan qohumlarından olan insan!

Musa (ə.s) aid olan “Allahın qaydası” belə idi. İndi isə İbrahimə aid olan Allahtaalanın qaydalarına baxaq.

İbrahim (ə.s) Kəəbəni tikən zaman, üzünü Allahtaalaya tutub, bu müraciəti edir:

“Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kə’bənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər. (İbrahim və İsmail dedilər:) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (Onlar yenə dedilər:) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Qur’anı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”. (2: 127-129).

Beləliklə, İbrahim (ə.s) Allahtaaladan öz nəslindən saleh ümmət yaratmağı və bu ümmətin arasından elə elçini göndərməsini xahiş edir ki, o bəşəriyyəti kamiliyyə çatdırsın. Bu peyğəmbərlərin möhürü (s) barəsində olan müraciət idi. Bu müraciətə cavab digər bir yerdə, “Cumuə” sürəsindədir:

Göylərdə və yerdə olanların hamısı Hökmran, Müqəddəs, Qüdrətli, Müdrik Allahın şəninə təriflər deyir. Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. (62: 1-2).

Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (3: 164).

Beləliklə, İbrahim (ə.s) ilk öncə bəşəriyyəti kamilliyə çatdırmaq üçün öz nəslindən gələcək peyğəmbərlərin möhürü (s) üçün müraciət etdi. Və cavab aldı.

Bu ilk duadır – bu dua İbrahimin (ə.s) nəsilindən peyğəmbərin göndərilməsi ilə əlaqədardır.

İkinci dua imamlıq ilə əlaqədardır. Kəəbənin tikintisi barəsində danışılan “Bəqərə” surəsinin həmin hissəsində deyilir:

“Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi. İbrahim: “Nəslimdən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”– dedi.” (2: 124).

İmamət, çətin sınaqdan sonra İbrahimin (ə.s) nail olduğu mərhələdədir,- hansı ki, öz həyat yoldaşını və oğlunu bitki və qidanın olmadığı səhralıqda tək buraxıb, İsmayılı (ə.s) qurban kimi gətirib və peyğəmbərlik (nübuvvət), elçi (risalət) və “Allahın dostu” (xullat) pillələri veriləndən sonra Allahtaala dedi: “Mən səni insanlar üçün imam edəcəm”. İbrahim (ə.s) bu vəzifənin nə qədər böyük olduğunu görür və bu vəzifəni öz nəsili üçün arzu edir. Allahtaalada dedi: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”

Bu sonuncu cümlədə Rəbbim bildirir ki, yalnız qüsursuz (məsum), bütün günahlardan pak olan biri imam ola bilər.

Beləliklə, İbrahimin (ə.s) birinci duasına cavab onun nəslindən elçinin təyin olunmasından danışır, ikinci duasına cavab isə onun nəslindən yalnız günahlardan pak olmuş imamların gəlişindən xəbər verir.

Heç şəksiz ki, İbrahimin (ə.s) dualarından və onun bu dualara olan cavablarından bizə məlumat verməklə, Allahtaala bizə son dərəcə vacib, mühüm əhəmiyyətə malik bir mövzudan xəbər vermək istəyir. İbrahim (ə.s) burada gələcəyin möhtəşəm binasının fundamentini qoyan bir bənnaçı kimi çıxış edir. Onun Allahtaalaya müraciətində etdiyi dualar – tikinti kərpicləridir.

Bütün bu deyilənlərdən sonra qarşıya qoyulan suala bizim cavabımız necə olacaq: Nəsil və ya səhabələr?

Quranın mülahizəsi aydındır. Dini əhəmiyyətli missiya daşıyıcıları, varislik və bütün hökmranlıq peyğəmbərlərdə yalnız nəsil ola bilər. Məgər sonuncu peyğəmbər (s) buna istisna ola bilərmi? Məgər Allahtaala bütün əvvəlki peyğəmbərlərin nəsili və ya qardaşları arasından (yəni əhl ul-beyt, nəslindən olan insanları) varis və xəlifləri təyin edərək, Peyğəmbərlərin möhürünün (s) xəliflərini və varislərini öz səhabələri təyin etməsi mümkündürmü?! Bu qəti mümkün deyil, çünki bununla o demək olar ki bütün quranı ləğv edir və digər peyğəmbərlər arasından son Peyğəmbər (s) istisna olur (bidaat). Bir daha qeyd edək ki : “Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən” (33: 62). “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər.” (42: 13).

Və Allah Peyğəmbərə (s) buyurur: “Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik” (13:38). Yəni: sən də əvvəlki Peyğəmbərlər ilə eynisən. Biz onlara zövcələr və övladlar verdik və onlar arasında (bu varislər arasında) dərrakə, xəlifə və hökmranlıq yaratdıq. Sənə də zövcələr və övladlar bəxş etdik və onların arasında da (bu varislər arasından imamlar) dərrakə, xəlifə və hökmranlıq yaradacağıq. Kitabın mülahizəsi son dərəcə aydındır.

Həqiqətən də, gərək bütün Quranı rədd edəsən ki, Şiyəliyin doğruluğuna şübhə ilə yanaşasan!

Dəlillərin daha aydın olması üçün, sual veririk: Peyğəmbərlərin səhabələri ilə bağlı Quranın “qaydası” necədir? Quran onlar barəsində nə deyir?

Burada kifayət qədər sadəlöv bir sualı xatırladırıq hansı ki şiyəliyə zidd olan saytların birindən digərinə ötürülür və həmin insanlar üçün çox ağıllı sual kimi görünür. Bu sual belə səslənir: “Yəhudilərdən soruşurlar: insanlar arasında ən yaxşıları hansılardr? Onlar cavab verir: Musanın səhabələri. Xristianlara bu sualı verirlər: insanlar arasında ən yaxşıları hansılardr? Onlar cavab verir: İsanın səhabələri. Şiyələrdən soruşurlar: insanlar arasında ən pisi hansılardır? Onlar deyir: Məhəmmədin (s) səhabələri”.

Sualın müəllifləri dərk etmirlər ki, bu “sünnilər” üçün özünü ifşaedici sualdır, belə ki səhabələrə nisbətdə bu sual “Quranın qaydalarına” deyil, yəhudilərin və xristianların “qaydalarına” təqibi göstərir.

Beləliklə, yəhudilər dedi: “ən yaxşı insanlar – Musanın səhabələridir”. Lakin Quran dedi ki, Musanın (ə.s) səhabələri üzlərini ondan çevirib, onun dinini təhrif etdilər.

Xristianlar deyir: “ən yaxşı insanlar İsanın səhabələridir”. Lakin Quran deyir ki, İsanın (ə.s) səhabələri ondan üz döndərib, onun dinini təhrif etdilər.

Sünnilər deyir: “Ən yaxşı insanlar – Məhəmmədin (s) səhabələridir”. Lakin Quran deyir ki, yol Musanın (ə.s) və İsanın (ə.s) səhabələrinin yolu olacaq.

Beləliklə, buradan belə alınır ki, səhabələr barəsində olan fikirlərdə, yalnız şiyələr “Quranın qanunları” üzərində dayanır, halbuki “sünnilər” dini təhrif olunan əvvəlki ümmətlərin qaydası üzərində dayanır.

Biz əvvəlki Peyğəmbərlərin (ə.s) səhabələri haqqında Quranda nə oxuyuruq?

Musa (ə.s) Allahtaala ilə danışığa getməyə imkan tapmamış, onun tayfasından olan səhabələr buzovu tanrı kimi qəbul edərək, çox allahlılara çevrildilər. “ O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz” (2:51) O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. (2: 55).


İsanın (ə.s) səhabələri barəsində nələr deyilir?

“Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir” (57: 27).
Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! (5: 116).

Beləliklə aydın olur ki, dini götürməli olduğumuz Peyğəmbərin (s) varisləri kimi səhabələrin ideologiyası heç bir quran əsasına malik deyil, bundan başqa: ayrılıqda Son peyğəmbər (s) üçün və ümumilikdə bütün Peyğəmbərlər üçün düz yol üzrə xəlifənin, varisliyin və hökmranlığın daşıyıcısı kimi müqəddəs nəslin ideologiyası olan Quranın qaydasıdır. “Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən”.

İndi isə bir daha “Bəqərə” surəsinə qayıdaq:

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə,İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir! (2: 136-137).

Bu ayələri oxuyaraq, bir-biri ilə tutuşduraraq, Məhəmməddən (s) İbrahimin nəslindən olan imamları necə danmaq olar?!

Təkallahlılıq dinində məsələ ondan ibarətdir ki, burada hökmranlıq bütün insanlar arasından seçilən və göyü və yeri vahid olaraq birləşdirən müəyyən bir nəsilə həvalə olunur:

Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik (4: 54).

Bu ayə, bu qədər apardığımız danışıqların yekun bir nəticəsidir. “Səhabə” yox, “nəsil”! Şiyələr ilə sünnilər arasındakı fərq ondan ibarətdir ki, sonuncular Məhəmməd peyğəmbərdən (s) sonrakı nəslin “böyük səltənətin” danırlar; lakin şiyələr isə onun qiyamət gününə qədər davam edəcəyini deyirlər. Sünnilərin versiyalarından belə başa düşülür ki, peyğəmbərlik və imamlıq Məhəmməd peyğəmbərə (s) kimi İbrahim soyu ilə nəsildən nəsilə ötürülüb – onlar bunu danmır, lakin Məhəmməd (s) peyğəmbərdən sonra isə bu varislik nədənsə kəsilir və Allahtaalanın özünün heç bir vəchlə buyurmadığı fərqli və təsadüfi insanlar bu müqəddəs nəsili əvəz edirlər. Yəni belə alınır ki, bu parlaq silsilə minilliklər boyunca fasiləsiz olaraq nəsildən nəsilə, millətdən millətə və dövrdən dövrə ötürülmüş və özü ilə birbaşa hökmranlığı və nur yolunu aparmışdır, lakin Məhəmmməd (s) peyğəmbərin dövründən sonra qəfil hansısa uçurum, fəlakət və bütün dini mahiyyətə malik varisliyin kökü kəsilir. Sonuncu peyğəmbər (s) heç kimi canişin təyin etmədən vəfat edir və hökmranlığın seçimi insanların öz öhdəsinə düşür: insanlar qiyamət gününə qədər hakimiyyət üstündə çəkişməyə və müharibələr aparmağa məhkum olunur. Məlum məsələdir ki, sünnilər sonuncu peyğəmbəri (s) o dərəcədə sevirlər ki digər peyğəmbərlərə qarşı imtina etmədiklərindən ona qarşı imtina edirlər – ondan (s) sonra soy (nəsil) varisliyindən imtina edirlər. Yalnız Quranın, sünnənin və dərrakənin mövcudluğuna göz yumaraq, bu versiyaya əməl etmək olar.

Bir daha “Bəqərə” surəsinə qayıdaq:

Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir! (2: 137).

“Onlar” yəni bu ümmətin insanları, “Siz” yəni duaları ilə Allah tərəfindən bəxş olunan İbrahimin nəsli, bunlar arasında – Əli, Fatimə, Həsən və Hüseyn (ə.s) vardır, bu barədə İmam Bəkirdən hədisdə danışılır (Təfsir “Burhan”, cild 1, s. 339).

Yəni: əgər onlar İbrahimin (ə.s) tutduğu və Peyğəmbərin (s) və onun nəslindən olan imamların kamiliyyinə kimi apardığı yola inanırlarsa – Allahın İbrahimə verdiyi tövsiyyələrə görə göndərdiyi imamlar – bu halda “doğru yola yönəlmiş olarlar”, lakin əgər onlar bu yoldan üz döndərərlərsə, “mütləq ixtilafa düşmüş olarlar”.

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. (2: 130).

Bizə sual verə bilərlər: əgər on iki İmam və onun adı barəsində heç bir şey yazılmayıbsa, burada şiyə ideologiyasını hansı yolla sübut edə bilərsiniz? Məgər burada şiyə ideologiyası vardırmı? Bunlar hamısı Quranda harada göstərilib? Bu suallara belə cavab vermək lazımdır: biz tam aydınlığı ilə şiyə ideologiyasının kökünü sübut etmişik, hansı ki Peyğəmbərlərdən sonra onların xəlifələri, varisləri və ümmətin hökmranları onların nəslindən olan insanlardır və son Peyğəmbər (s) zamanı bu başqa cür ola bilməzdi. Əksinə: biz tam aydınlığı ilə belə bir fikiri təkzib edirik ki, Peyğəmbərin (s) xəlifləri onun səhabələri ola bilər.

Bununla yanaşı biz şiyəliyin kökünü əsaslandırdıq və sünniliyin kökünü təkzib etdik. Əgər ağacın kökü təsdiqlənibsə, deməli bütün ağac çiçək açacaq; əgər ağacın kökü çıxarılıbsa, çürüyür və gövdəsi, budaqları və yarpaqları məhv olur.

Təfsilatlara gəlincə, yəni bu kökün gövdəsi – Ev adamlarından olan bu varislərin konkret sayına və onların şəxsi adlarına gəlincə - bu sual öz izahını real qaydalarda tapır, məsələn, “12 xəlifə barəsində hədis” “sakaleyn hədisi”, “Qədir Xum xütbəsi” və s. Lakin bu hazırki məqalənin mövzusundan kənara çıxır.

Bu məqalədə göstərilən quran dəlillərini daha yaxşı anlamaq üçün, qısa məntiqi müqəddimələrə bölək:

İlk müqəddimə: Son Peyğəmbər (s) üçün əvvəlki Peyğəmbərlərin (ə.s) qaydaları etibarlıdır.

İkinci müqəddimə: Əvvəlki Peyğəmbərlərin (ə.s) sünnəsi onların nəslindən olan insanlar arasından varislərinin (xəlifələr) və hökmranlarının seçilməsidir.

Nəticə: Son Peyğəmbər (s) nəslindən olan varislər (xəlifələr) və hökmranlar onun soyundan olan insanlardır.

-------------------------------------------------------------------------------------------------------------------------------

Müəllif – Amin Ramin (Амин Рамин – Rusiya)

!!! ixtisarla tərcümə olunub !!!

Mənbə : 1. http://im-werden.livejournal.com/

Mənbə : 2. http://arsh313.ru/in...-12-08-07-45-33

http://vk.com/arsh313

http://www.arsh313.ru/

http://www.youtube.c...ser/SHIAarsh313


  • Elmeddin это нравится
Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru