Перейти к содержимому


Фотография

Şiə təfsirləri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 ноября 2011 - 13:10

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

bu günlərdə qonşu forumlardan birinə göz gəzdirirdim. gördüm ki, hər zaman öz həyasızlıqları ilə məşhur olan nasibilər bu forumda Şiə təfsirləri haqqında mövzu açıblar və mövzuda Şiə müfəssirləri "təfsirdə acizlik" ilə ittiham edirlər. mövzuda nasibilərin hər hansı bir dəlili və ya iddialarını əsaslandıracaq bir şey yox idi, əksinə sadəcə olaraq hər zamanki nasibi həyasızlığı var idi. öncə cavab verməyin lazım olmadığını düşündüm, lakin daha sonra "şübhələrə cavab" olsun deyə bir iki cümlənin deyilməyinin lazım olduğunu düşündüm.

  • shako235 и N_ن_N это нравится

#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 ноября 2011 - 13:14

beləliklə.... nasibi deyir:

nasb.JPG

Hörmətli şiələr !
Mövzunu sizin üçün açmışam.Nə üçün şiə təfsir alimləri ayələri təfsir etmək üçün şiə mənbələrində hədis tapmadıqları zaman ayəni sünni hədis mənbələrinə istinadən təfsir edirlər?

burada nasibi sadəcə iddia edir, ancaq iddiasına dair heç bir dəlil gətirməmişdir. məsələn, Şiə alimləri hansı ayənin təfsirində hədis tapa bilmirlər?

Apardıqım araşdırmadan aşaqıdakı qənatə gəlmişəm.

əgər bu yazdığın cızma-qara "araşdırma" sayılırsa onda gərək bizim formumuzda olan məlumatlar "ensiklopediya" sayılsın. çünkü sizin yazdıqlarınızdan fərqli olaraq bizim yazdıqlarımız hamısı dəlil və mənbələrdəndir. özüdə ki yazdıqlarımızın hamısı ya kitabların şəkilləri ilə, yada online linkləri ilə birlikdədir, nəql etdiyimiz məlumatların hamısının sihhəti də öz yerində.

1)Ayəni şiə mənbəsinə görə təfsir edirlər.

cavab:

1. məgər Şiə alimləri və Şiələr Quranı nə ilə təfsir edəcəklərdilər ki? özləri nəzərində hüccət olmayan mənbələr ilə? o mənbələr ki, içi ancaq nasibi, xarici, əməvi və əhli kitabdan təşkil olunmuşdur. o mənbələr ki, hətta Əməvi kralına tən edilməsin deyə Nəbi s.a.a-yə tən etmişdir. maraqlıdır, görəsən nasibilərin təfsir kitabları Şiə mənbələrində əsaslanır? və yaxud nasibilərin təfsirlərinin ancaq öz mənbələrinə əsaslanmağı nasibi təfsir alimlərinin acizliyidirmi? Şiələr üçün bu acizlik deyil, amma nasibilər üçün həqiqətən acizlikdir. səbəbinə gəldikdə isə....

2. Şiə müfəssirləri hər hansı bir ayəni, xüsusən də aramızdaki ixtilafı olan bəzi məsələlər haqqındaki ayələri təfsir edərkən Şiə mənbələrindən hədislər nəql edirlər. və həmçinin sözümüzün tək tərəfli olmadığını, hətta bizim sözümüzün nasibi mənbələrində belə -möcüzəvi bir şəkildə- səhih olaraq Nəbi s.a.a-dən sadir olduğunu göstəririk. bunu görmək istəyənlər Şeyx ət-Taifə Tusi, Şeyx Təbərsi və Seyyid Təbətəbainin r.a təfsirlərinə və həmçinin bizim formumuzda olan fərdi araşdırmalarımıza baxıla bilər:

Təbliğ ayəsinin təfsiri
İkmal ayələsinin təfsiri
Hidayət ayəsinin təfsiri
Mübahilə ayəsinin təfsiri
Təthir ayəsinin təfsiri
Məvəddət ayəsinin təfsiri və etirazlara cavab
Kitab elminin sahibi ayəsinin təfsiri
Dəstəmaz ayəsinin təfsiri


biz sözümüzü həm öz mənbələrimizdən və həmdə nasibilərin mənbələrindən isbat edirk. ancaq nasibilərə gəldikdə isə, onlar bu məsələdə acizdirlər. mənə bir dənə olsun nasibi müfəssir göstərin ki, hər hansı bir ayəni tək tərəfli deyil, hər iki məzhəbin mənbələrinə əsasən təfsir etsin. varmı belə bir nasibi?

  • master_ier и N_ن_N это нравится

#3 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 ноября 2011 - 13:17

2)Əgər şiə mənbəsində ayənin təfsirinə dair bir şey tapmazlarsa onda ayəni ya ağıllarına görə təfsir edəcəklər ya da sünni mənbələrində gələn hədsilərə uyğun olaraq ayəni təfsri eəcəklər.Və yaxud sünni alimlərindən sitatlat gətirəcəklər.

3)Ayələrin nahv baxımından yozumuna gəldikdə isə tam məsuliyyət ilə deyirəm ki onlar bu məsələdə sünni qramatik alimlərindən asılı vəziyyətdədirlər.Bunu özünüz də görə bilərsiniz.(şiə təfsirlərində).


cavab:

biz hələki belə bir ayəyə rast gəlməmişik. yaxşı olardı ki, nasibi "araşdırmasının" nəticəsində əldə etdiyi -olmayan- dəlillərini ortaya qoysun görək bunlar hansı ayələrdir.

Yeri gəldikcə şiələrin mənbələrində hədis tapmadıqları üçün dəlilsiz olaraq və yaxud sünni mənbələrinə istinad edərək yozum verdikləri ayələri bura yazacam.

[size="3"][font="Palatino Linotype"]buyrun, hər zaman gözləyirik.

p.s: moderdən xahiş edirəm bu 3 mesajı birləşdirsin. hamısını birlikdə yazmışdım ancaq göndərmək mümkün olmayınca hissə-hissə ayırdım.

  • N_ن_N это нравится

#4 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 ноября 2011 - 14:25

nasibi davam edir:

Mən şiələrin təfsir elmində zəif olmasını ancaq sahabələri söyüb təhqir etmək ilə əlaqələndirirəm.Bilirsiniz niyə?Çünki Quranda elə ayələr vardır ki bir başa dövrün hadisələri ilə əlaqədar nazil olmuşdur.İmam Cafərin(ra) məzhəbinə mənsub olduqunu iddia edən şiələr İmam cafərdən həmin hadisələrə dair bir məlumat tapa bilmədikləri üçün ayələr barəsində informasiyasız qalmışlar.Sahəbələr otido nəyi var söyülür ona görə şiə özünə sıqışdırmır ki zındıq adlandırdıqı sahabədən ayənin şərhinə dair hədisə etibar etsin.Ona görə də bəzi təfsirçiləri məcbur qalıb ki sahabədən gələn hədisi nəql edərək ayəni təfsir etsin bəzi təfsirçiləri ayəni təfsir edib amma sahabənin adını və hədisi nəql etmədən bu da tülkülüyün xüsusi formasıdır çünki müqayisə etsən görərsən ki eynən sahabənin dediyi kimi ayəni təfsir edir.

və mən cavab olaraq deyirəm: nasibinin nə qədər dəlilsiz danışdığı göz qabağındadır. məsələn onun "səhabələri söyürlər" sözünə nəzər salaq, görəsən onun "səhabə" sözü ilə nəzərdə tutduğu kimdir? axı şiələr Əbu Səid əl-xudri, Bilal Həbəşi, Əmmar, Salman, Əbu Zərr, Miqdad, Səhl b. Huneyf, Əbu Tufeyl, Abdullah b. Cəfər ət-Təyyar, Osman b. Huneyf, Əbu Əyyub əl-Ənsari, Cabir b. Abdullah əl-Ənsari, ibni Məsud, ibni Abbas, Ubey b. Kab və bu kimi digər səhabələrə hörmət edir, onları sevir və Şiə -yəni müsəlman- olaraq görür. həmçinin onların hədislərinə əhəmmiyyət verirlər, məsələn sadəcə "əl-Kafi"də ibni Abbas, Əbu Tufeyl, Əbu Səid əl-xudri, Abdullah b. Cəfər ət-Təyyar və digər səhabələrdən r.a hədis nəql edilmişdir. biz hələ digər şiə mənbələrini demirik. həqiqət budur ki, bizim təkfir etdiyimiz şəxslər səhabələr r.a deyil, Abdullah b. Ubey kimi zahirən müsəlman olan münafiqlər və Ubeydullah b. Cahş kimi ilk iman edənlərdən olmağına baxmayaraq mürtəd olanlardır və bunlar: Əbu Bəkir, Ömər, Osman, Muaviyə, Təlhə, Zübeyr, Əbu Hureyrə, Aişə, Həfsə, Əmr b. As və bu kimi şəxslərdir. bunların fəsadları hamıya məlumdur, İslam tarixindən azacıq xəbərdar olan hər kəs bunlardan agahdır. onlar Nəbi s.a.a-yə suiqəsd hazırlamış, həzrətə "sayıqlayır" deyə böhtan atmış, Qədiri xum əhdinə xəyanət etmiş, Hz. Zəhra s.a-ın evinə hücum etmiş, Əhli Beytə a.s qarşı zülm etmiş, onlara qarşı üsyan etmiş, onları qətl etmiş, lənətləyərək söymüş şərəfsizlərdir. həmçinin onlar özləri alkolik, məlunəxlaqi pozğunluqları olan şəxslər idilər. Quranın nəssi ilə tərtəmiz olan və Nəbi s.a.a-in sarılmağı əmr etdiyi Əhli Beyt a.s da onlara ancaq düşmən olmuşdurlar: imamlar a.s və sultanlar

sonra onun "İmam Cafərin(ra) məzhəbinə mənsub olduqunu iddia edən şiələr İmam cafərdən həmin hadisələrə dair bir məlumat tapa bilmədikləri üçün..." sözünü nəzərdən keçirək. bu söz onun səfehliyinə, Quran və Sünnəti Nəbəvidən xəbərsiz olduğuna dəlalət edir. çünkü Allah c.c kitabında Əli a.s-ı "kitab elminə sahib olan şəxs" kimi tanıtmış, Nəbi s.a.a "mən elmin şəhəri Əli isə onun qapısıdır"; "sizə iki əmanət qoyuram ki, onlara sarıldıca azmayacaqsınız: Allahın kitabı və İtrətim Əhli Beytim" buyurmuş, Əli a.s özü isə "məni itirmədən soruşun nəyi soruşsanız onu sizə xəbər verərəm" demişdir: imamların a.s elmi


Bəziləri isə öz mənbəsindən hədis tapmadıqına görə ayəni hədissiz filansız təfsir edir və dediklərinə dair nə sunni mənbəsindən nə də ki şiə mənbəsindən dəlil olaraq bir çöp belə gətirə bilmir.

bunu Şiələr edir yoxsa zındıq nasibilər? sən bir dənə Şiə təfsirindən bunu göstərə bilərsən? amma nasibi təfsirlərinə bax, hamısı zibil yeşiyinə oxşayır. hər ayənin təfsiri haqqında ən azı 3-4 görüş ortaya atılıb ki, hamısıda şəxsi görüşlərdir. hansı nasibi təfsirinə baxsan "Mücahid bunu dedi" "ikrimə onu dedi", "Səid b. Cübeyr onu dedi", "Həsən əl-Bəsri belə dedi" və s. kimi ifadələr doludur. hətta bundan daha da dəhşətlisi isə hətta bir şəxsə bir neçə görüşün aid edilməsidir. nasibilər heç vaxt təfsirdə isnada dayana bilməzlər, bunun ən gözəl nümunəsi Təthir ayəsidir. bu ayənin təfsirində hansısa bir nasibi bir dənə səhih isnad gətirə bilər? bu sadəcə bir ayə haqqındadır, hələ digərlərini demirəm.

Bəziləri isə nəinki sünni hədis mənbəsinə baş vurur hətta İbni kəsir (ra) Tabəridən və Bəğavidən və Razidən iqtibaslar edir və adlarını da çəkir.

bunu isə Şiələr aciz olduqları üçün deyil, əksinə siz eşşəkdən daha axmaq olan nasibilərə dəlil olsun deyə edirlər.

Ayələrin lüğəvi baxımından qiraəti məsələsində isə şiə alimləri demək olar ki sünnilərin əsirinə çevrilmişlər.Biz nə demişiksə onlar da məcbur olub razılaşmışlar.

bu da çox səgeh bir sözdür. o bu iddiasına dəlil gətirə bilər? amma mən onlarla dəlil gətirərəm, nümunə üçün birini sadəcə qeyd edim ki, onların kralı Ömər b. xəttab özü ərəb olduğu halda Qurandaki ərəbcə olan bir sözün mənasını bilmirdi: ibni Teymiyyənin: "Əli Əbu Bəkir və Ömərdən elm öyrənib" yalanına cavab

amma Şiələrə gəldikdə isə, sadəcə bunu söyləmək kifayətdir ki, ərəb əlifbasında "hərəkə"ləri icad edən Əli a.s və onun əshabı Əbul Əsvəd əd-Düəli r.a-dır.


Biz nə demişiksə onlar da məcbur olub razılaşmışlar.Qardaşlar bu Allahın bizə olan lütfüdür ki digərlərini bizə möhtac edib.Dininizdən möhkəm yapışın və bidət əhlinə macal verməyin.

bu Şeytanın sizə lütfüdür və bunun nəticəsindədir ki, sizin ulu ustadlarınız olan, dininizi hədisləri üzərinə qurduğunuz ibni Ömər, Əbu Hureyrə, Abdullah b. Əmr kimi ən çox hədis nəql edənləriniz yəhudi və xristian şəxslərdən dərs öyrənmişdir: nasibilər və əhli kitab ravilər

sırf bunun nəticəsindədir ki, sizin dininizdə İslamın əsası olan Tövhid yoxdur, əvəzində yəhudi və xristianların sahib olduğu şirk əqidəsi vardır: nasibilər və Tövhid


Bundan əlavə qeyd etmək istəyirəm ki şiələrin əsas ana təfsir kitablarından sayılan Tabərsi,(الطبرسي) Ət-Tusi,(الطوسي) Tabətabəi,(الطبطبائ) və Əl-Qummi,(القمي) əl-Kaşani,(الكاشاني) Cənabazi ,(الجنابذي)və Əş-Şirazinin(الشيرازي) təfsir kitablarını bir -biri ilə müqayisə etsəniz görərsiniz ki içərsində ən çox küfrə və şirkə yaxın olanı Əl-Qumminin təfsir kitabıdır. Mən ayələrə verilən təfsirləri müqayisə etdikdə konkret olaraq görürəm ki eyni ayədə digər şiə təfsirçilərinin söyıəmədikləri küfrü əl-Qummi söyləyir. Özü də dəlilsiz filansız.Deyir belədir vso qutardı getdi.

vso sənin ulu liderlərin Əmr b. As və Busr b. Ərtada dəysin: soyunan səhabəciklər
  • Kanan_313N и shako235 это нравится

#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 ноября 2011 - 16:10

mövzunu açan nasibidən daha səfeh olan digər nasibi isə özünü əjdaha hiss edərək yazır:

Əbu Həmzədən İmam Cəfər dedi ki: “Sənə fəda olum.Tərəfdarların səndən bu ayənin təfsirini soruşuşur. "Onlar nə barədə bir-birindən soruşurlar?Böyük bir xəbər barəsində" (Nəbə 1-2) İmam Cəfər dedi: Bunu istəyirsən onlara xəbər verim,istəmirsən də xəbər vermiyim.Amma,mən sənə bunun təfsirini deyəcəm. "Bu Möminlərin Əmiri Əli haqqındadır.Əli (r.a) buyurur ki,Allahın məndən daha böyük bir ayəsi və məndən daha əzəmətli xəbəri yoxdur." (əl Kafi c.1,səh 207)

Halbuki,bütün təfsirçilər bu ayəni Qiyamət günü ilə bağlı əlaqələndirmişlər.



محمد بن يحيى، عن أحمد بن محمد، عن محمد بن أبي عمير، أو غيره، عن محمد بن الفضيل، عن أبي حمزة، عن أبي جعفر (عليه السلام) قال: قلت له: جعلت فداك إن الشيعة يسألونك عن تفسير هذه الآية " عم يتساءلون عن النبإ العظيم (3) " قال: ذلك إلي إن شئت أخبرتهم وإن شئت لم اخبرهم، ثم قال: لكني أخبرك بتفسيرها، قلت: " عم يتساءلون "؟ قال: فقال: هي في أمير المؤمنين صلوات الله عليه، كان أمير المؤمنين صلوات الله عليه يقول: ما لله عزوجل آية هي أكبر مني ولا لله من نبإ أعظيم مني
...Əbu Həmzə dedi: Əbu Cəfər (imam Baqir a.s)-a dedim. "sənə qurban olum, Şiələr "Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində?" ayəsinin təfsirini səndən soruşurlar" imam a.s dedi: "bu mənim öhdəmdə olan bir şeydir, istəsəm xəbər verərəm, istməsəm vermərəm." daha sonra dedi: "ancaq bu ayələrin təfsirini sənə xəbər verəcəyəm. bu Əmirəlmöminin a.s haqqındadır, Əmirəlmöminin a.s belə deyərdi: "Allah azzə və cəllənin məndən böyük bir xəbəri (ayəsi) yoxdur."

"əl-Kafi", 1/207, hədis 3


hədis səhihdir və bu təfsir doğrudur. bunun misalı Fatihə surəsindəki "sirat əl-mustəqim" sözünün imam Əli a.s olaraq təfsir edilməsi kimidir. bəzən "sirat əl-mustəqim" İslam, bəzən Quran, bəzən imamlar a.s, bəzən imamət, bəzən isə xüsusi olara Əli a.s kimi təfsir edilir və bunların hamısı dəlalət etdikləri anlam baxımından doğrudur. çünkü imamlar, imamət, Əli a.s, Quran, İsalm... bunlar hamısı doğru yoldur və bir yoldur.

bu hədisdə Nəbə surəsi 1-2-ci ayələrin təfsiri də belədir.


Kafidə Səlimdən nəql olunan hədisdə Əbu Cəfərdən bu ayəni soruşdular. "Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur." (Fatir 32) İmam dedi: "Öndə gedənlər" İmamlardır, "orta yolu tutanlar" İmamı bilənlər, "özünə zülm edənlər" isə İmamı bilməyənlərdir. (əl Kafi c.1,səh 214)

"əl-Kafi" 1/214-də bu hədisi tapa bilmədim: "əl-Kafi", 1/214

məna baxımından isə səhih bir təfsirdir.


Kafidə Əbu Abdulladan "İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır." (Ənam 82) haqqında dedi ki,bu Muhəmməd (s.a.s)-in gətirdiyi İmamların vilayətidir. Filankəsin vilayətinə filankəsinkini qarışdırmazlar. (əl Kafi c.1,səh 413)

hədisin əsli:



محمد بن يحيى، عن أحمد بن أبي زاهر، عن الحسن بن موسى الخشاب، عن علي بن حسان، عن عبدالرحمن بن كثير، عن أبي عبدالله (عليه السلام) في قول الله عز و جل: " [و] الذين آمنوا ولم يلبسوا إيمانهم بظلم (3) " قال: بما جاء به محمد (صلى الله عليه وآله) من الولاية ولم يخلطوها بولاية فلان وفلان، فهو الملبس بالظلم
...Əbdürrəhman b. Kəsir Əbu Abdullah (imam əs-Sadiq a.s)dan Allah azzə və cəllənin "İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar" (Ənam 82) kəlamı haqqında belə nəql etdi: Muhəmməd s.a.a-in vilayət haqqında gətirdiyi əmrə iman edib fılan və fılanın vilayətini ona qarışdırmayanlar nəzərdə tutulmuşdur. çünkü fılan və fılanın vilayətini Əli a.s-ın vilayətinə qarışdıranlar zülm etmiş olar.

"əl-Kafi", 1/413, hədis 3


bu hədisin sənədində işarələdiyim ravilər Əli b. Həssənə və Əbdürrəhman b. Kəsir zəif və gulatdırlar. II Məclisi r.a "əl-Kafi" şərhində hədis haqqında deyir:



ضعيف
zəifdir.

II Məclisi r.a, "Miratul Uqul", 5/3



Yenə Kafidə Əbu Cəfərdən "Allah Peyğəmbərinə vəhy etdi: "Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan." (Zuxruf 43) yəni, "sən Əlinin vilayəti üzərindəsən və Əlinin yolu doğru yolun özüdür." (əl Kafi c.1,səh 417)



محمد بن يحيى، عن محمد بن الحسين، عن النضر بن شعيب، عن خالد بن ماد عن محمد بن الفضل، عن الثمالي، عن أبي جعفر (عليه السلام) قال: أوحى الله إلى نبيه (صلى الله عليه وآله) " فاستمسك بالذي اوحي إليك إنك على صراط مستقيم (1) " قال: إنك على ولاية علي وعلي هو الصراط المستقيم
...əs-Somali Əbu Cəfər (imam Baqir a.s)dan nəql etdi: Allah c.c Nəbi s.a.a-yə belə vəhy etdi: "sən sənə vəhy edilənə sarıl, şübhəsiz sən doğru yoldasan" (Zuxruf 43) (yəni) sən Əlinin vilayəti üzərindəsən və Əli düzgün yolun özüdür.

"əl-Kafi", 1/417, hədis 24


hədisin sənədində işarələdiyim ravi Muhəmməd b. Fudeyl zəif və ğulatdır: Seyyid Əbul Qasim əl-xoi r.a, "Mucəm ricalil hədis", 11591-ci ravi

II Məclisi r.a "əl-Kafi" şərhində deyir:



مجهول
məçhuldur.

II Məclisi r.a, "Miratul Uqul", 5/26



Mufəddəl ibn Ömərdən gələn hədisdə Əbu Abdulladan bu ayəni soruşdum. "Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz." (Əla 16) Dedi ki,siz onların vilayətini (Əbu Bəkr,Ömər,Osman və s.) üstün tutursuz. "Axirət isə daha xeyirli və daha sürəklidir." və ona dedi ki, Möminlərin Əmirinin yəni, Əlinin vilayətidir." Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir,İbrahimin və Musanın səhifələrində. (əl Kafi c.1,səh 418)



الحسين بن محمد، عن معلى بن محمد، عن عبدالله بن إدريس، عن محمد بن سنان، عن المفضل بن عمر قال: قلت لابي عبدالله (عليه السلام): قوله عزوجل: " بل تؤثرون الحياة الدنيا " قال: ولايتهم (1) " والآخرة خير وأبقى " قال: ولاية أمير المؤمنين (عليه السلام) " إن هذا لفي الصحف الاولى * صحف إبراهيم وموسى
......Mufəddal b. Ömə dedi: Əbu Abdullah (imam Sadiq a.s)dan "ancaq siz dünya həyatını seçirsiniz" (Əla 16) ayəsi haqqında soruşdum. dedi: "burada batil əhlinin seçdikləri haqqında danışılır. "axirət daha xeyirli və daha davamlıdır" burada isə Əmirəlmöminin a.s vilayəti haqqında danışılır. Şübhəsiz ki, bu əvvəlki kitablarda, İbrahim və Musanın a.s kitablarında da var idi."

"əl-Kafi", 1/418, hədis 30


hədisin sənədində işarələdiyim ravi Muhəmməd b. Sinan zəif və ğulatdır. II Məclisi r.a hədis haqqında deyir:



ضعيف على المشهور
məşhura görə zəifdir.

II Məclisi r.a, "Miratul Uqul", 5/31


  • Kanan_313N это нравится

#6 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 ноября 2011 - 22:29

Əbu Abdulladan "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan." (Zumər 65) və buna təfsir olaraq dedi ki,yəni vilayətdə əgər başqasını ona şərik qoşarsan əməlin boşa gedər." (əl Kafi c.1,səh 427)



علي بن إبراهيم، عن أبيه، عن الحكم بن بهلول، عن رجل، عن أبي عبدالله (عليه السلام) في قوله تعالى: " ولقد اوحي إليك وإلى الذين من قبلك لئن أشركت ليحبطن عملك (2) " قال: يعني إن أشركت في الولاية غيره " بل الله فاعبد وكن من الشاكرين (3) " يعني بل الله فاعبد بالطاعة وكن من الشاكرين أن عضدتك بأخيك وابن عمك
...Hakim b. Bəhlul bir adamdan, o da Əbu Abdullah (imam Sadiq a.s)dan "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. " ayəsi haqqında belə rəvayət etdi: "yəni əgər vilayətə başqasını şərik etsən əməlin puç olacaq"

"əl-Kafi", 1/427, hədis 76


hədis zəifdir, Hakim b. Bəhlulun hədisi rəvayət etdiyi "bir adam"ın kim olduğu məlum deyil.


Yenə Kafidə olan bir digər hədisdə İdris ibn Abdulla Əbu Abdulladan rəvayyət edir ki,bu ayənin təfsirini soruşdum. "Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik." (Müdəssir 42-43) və dedi ki, yəni biz İmamlara tabe olanlardan deyildik." (əl Kafi c.1,səh 419)


علي بن محمد، عن سهل بن زياد، عن إسماعيل بن مهران، عن الحسن القمي، عن إدريس بن عبدالله، عن أبي عبدالله (عليه السلام) قال: سألته عن تفسير هذه الآية " ما سلككم في سقر * قالوا لم نك من المصلين (6) " قال: عنى بها لم نك من أتباع الائمة الذين قال الله تبارك وتعالى فيهم: " والسابقون السابقون اولئك المقربون (7) " أما ترى الناس يسمون الذي يلي السابق في الحلبة (8) " مصلي، فذلك الذي عنى حيث قال: " لم نك من المصلين ": لم نك من أتباع السابقين
...İdris b. Abdullah dedi: Əbu Abdullah (imam Sadiq a.s)a "Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik." ayəsi haqqında sual verdim. dedi: "yəni biz imamlara tabe olanlardan deyildik"

"əl-Kafi", 1/419, hədis 38


hədisin sənədində işarələdiyim ravi Səhl b. Ziyad zəifdir. haqqında məlumat üçün: http://313news.net/forum/index.php?/topic/4978/page__view__findpost__p__81338

məna baxımından isə bu doğru ola bilər. çünkü sadəcə namaz deyil bütün furuiddin (həc, oruc, zəkat və s.) imamət ilə birlikdə qəbul edilir və imamət yoxdursa əməllər də qəbul edilməz. bu hal sadəcə müstəzəflər üçün müstəsnadır.


Xomeyni Kəşful Əsrar kitabında deyir: "Bunu qeyd etmək lazımdır ki,Quranda yüzlərcə ayə İmamlardan və İmamətdən bəhs etməkdədir. Amma,bu açıq şəkildə Quranda ifadə edilmir." (Kəşful Əsrar səh 151)

bəli, imam r.a-ın sözü doğrudur, belə ayələr çoxdur necə ki, bu ayələrdən bəzilərinin təfsiri haqqında danışmışıq. eyni sözlər səhabə r.a-dan da varid olmuşdur. məsələn "ümmətin alimi" və "Quranın tərcümanı" olaraq bilinən ibni Abbas demişdir:



عن ابن عباس، قال: «نزلت في علي ثلاثمائة آية
ibni Abbas dedi: "Əli haqqında 300 ayə nazil olmuşdur"

xatib əl-Bağdadi, "Tarixi Bağdad", 6/221
ibni Asakir, "Tarixi Diməşq", 2/431


  • Kanan_313N это нравится




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru