Allahın Peyğəmbəri (s):«Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»
İmam Əli (ə):«Az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır.»
Allahın Peyğəmbəri (s):«Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itaətində tənbəlləşdirər və himmətləri öyüd-nəsihət eşitməkdə kar edər.»
İmam Əli (ə):«Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər.»
İmam Əli (ə):«Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kor olar.»
Allahın Peyğəmbəri (s):«Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür.»
İmam Rza (ə):«Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə axşam yeməyini azaltsın.»[
İmam Əli (ə):«Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükr etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz.»
İmam Əli (ə):«Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı.»
İmam Əli (ə):«İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda o Həzrət buyurdu: Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.»
İmam Həsən (ə):«Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."
İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində:«Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.»
İmam Sadiq (ə):«Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür.» (şeytandan məqsəd mikrobdur)
İmam Kazimdən (ə) alçaq adam barəsində sual soruşduqda o Həzrət buyurdu:«Küçədə-bazarda (bir şey) yeyən adam.»
əl-İxtisas:«Nəql edilib ki: Süfrədə oturmağı uzadın. Çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.»
Ah gozel İslam, gozel din
Deyerini bilmirik. Bir gun avropalilar elle yemeye kecende, biz deyeceyik, bizde bu adet onlardan evvel var idi
Alimler subut edibler ki, metal deyen qida mehsullarinda vitaminler parcalanir.
Allah razi olsun, gozel hedislerdi.
Сообщение отредактировал Shemsi: 15 мая 2009 - 17:44