Перейти к содержимому


Фотография

Bəxtiyar Vahabzadə


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 14

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 30 июня 2009 - 12:35

B__xtiyar_Vahabzad__.jpg

Vahabzadə Bəxtiyar Mahmud oğlu (1925 - 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).

HəyatıBəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur. Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir 

#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 30 июня 2009 - 12:39

Müasir ədəbiyyatda ən çox sevdiyim şairdir.

Ömür başdan-başa, beşikdən-qəbrə

Həyatın sevinci, qəmi deyilmi?

Ölüm bir ömürlük iztirabların -

Ağrının, acının cəmi deyilmi?

Mənəvi dünyaya qalxıb ucalmaq

Qanadlı duyğuya qismətdir ancaq.

Beləysə, ömürdən, gündən kam almaq

Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən,

Hansı gizli əldir pozan, düzəldən.

Sənin güvəndiyin dünya əzəldən

Əkilən, biçilən zəmi deyilmi?

Ayaqlar altında yer oldu tapdaq,

Sirrini, məğzini bilmədik ancaq.

Tapdaq etdiyimiz bu qara torpaq

Əbədi mənzilin damı deyilmi?

Damımız üstündə gəzər, hey gəzər,

Hərə ürəyincə bir mənzil bəzər.

Torpağı sormaqdan etmədik həzər,

Bu da ağlımızın kəmi deyilmi?

Ötəri mənzildə qədər hökm edər,

Kimimiz bal içər, kimimiz zəhər:

Əbədi mənzildə hamı - bir nəfər,

Bir nəfər özü də hamı deyilmi?

Сообщение отредактировал Şair: 30 июня 2009 - 12:41


#3 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 30 июня 2009 - 15:06

GÜMAN QALIB ALLAHA

Alçalmağı heç kəsin toxunmur vüqarına
Qol götürüb oynayır bu millət ac qarına.
Bir-birinə uyuşmur sozümüzlə işimiz
Toyda ağı söyləyib, yasda gülüsürük biz.
"Xoşbəxtəm" deyənlərə dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu "xoşbəxtliyi" bəxş eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə irəlimiz bizim
Əlimizin yerinə işləyir səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə məlum bir yerimiz yox
Hara getdiyimizdən vallah, xəbərimiz yox.

Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər günün öz rüzgarı!
Bu günün qıfılına düşə bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda, güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin ucu boyda.
Ümidə də güman yox, ümid gümandan baha
Üzlər göyə tikilmiş, güman qalıb Allaha.

Сообщение отредактировал fidan: 30 июня 2009 - 15:11

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 01 июля 2009 - 13:26

Bir neçə ay öncə, Bəxtiyar Vahabzadənin "Lirika" kitabını oxudum. Seçmə lirik əsərlər toplusu idi. Bir çox şeirləri xoşuma gəldi.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#5 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 06 июля 2009 - 17:37

ALLAHU-ƏKBƏR 
Allaha ucalan ulu bir yolun 
İlkin pilləsidir Allahu-Əkbər. 
Haqqı dananların üzünə dəymiş, 
Haqqın şilləsidir Allahu-Əkbər. 

Göylərin nidası ucalıb yerdən. 
Daim xilas edir xeyiri şərdən. 
Qüdrəti-kamilin minarələrdən 
Gələn nəğməsidir Allahu-Əkbər. 

Məkana, zamana, dövrə o, soltan! 
Odur həqiqətə qapılar açan. 
Mömünlik yolunda qəlbə nur saçan- 
İman şöləsidir Allahu-Əkbər. 

Odundan əriyər sinə dağları, 
İşığa bürüyər qaranlıqları. 
Donmuş ümidləri, batmış haqları 
Bir anda isidər Allahu-Əkbər. 

Dünyanın əzəli borcludur ona, 
O bir pəncərədir əvvəldən sona. 
Görünməz dünyanın var olduğuna 
İman müjdəsidir Allahu-Əkbər. 

Odur əyriliyə düzün həmləsi- 
Rəhmin ilk nidası, axır cümləsi! 
Allahın səsidir vicdanın səsi, 
Vicdanın səsidir Allahu-Əkbər.


#6 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 июля 2009 - 10:44

Əzan səsləri
-Bu dağı, bu daşı min ildən bəri
Vətənə çevirdi əzan səsləri
Nə imiş görəsən, nə deyir o səs?
Göylərə tuşlanan o qaib nəfəs?
Nədir o səsdəki əzəmət, kədər-
Genişlik, sonsuzluq, ənginlik qədər?
- Yerləri göylərə bağlayan dirək,
Göyləri yerlərə endirən dilək!


Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#7 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 08 сентября 2009 - 11:24

Bu yaxinlarda Bextiyar Vahabzadenin Etiraf poemasini oxudum, proloq hissesi o qeder gozel yazilmishdi ki. Net-den axtardim tapa bilmedim. Vaxt olan kimi skanerden kechirib yerleshdirecem foruma. Bir az uzun sherdir. Baxdim ixtisarla da yazmaq istemedim, heyfim geldi, her setiri menalidir.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#8 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 02 декабря 2009 - 15:03

Bextiyar Vabahzade - Nagil
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#9 Sultan

Sultan

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 247 сообщений

Отправлено 02 декабря 2009 - 15:05

Bu yaxinlarda Bextiyar Vahabzadenin Etiraf poemasini oxudum, proloq hissesi o qeder gozel yazilmishdi ki. Net-den axtardim tapa bilmedim. Vaxt olan kimi skanerden kechirib yerleshdirecem foruma. Bir az uzun sherdir. Baxdim ixtisarla da yazmaq istemedim, heyfim geldi, her setiri menalidir.



Mən də oxumuşam bu kitabı. Var məndə..)
Mekkede bunalırsan, Medineye köçərdin...
Biz bu dünyadan hara köçək, yâ Muhammed? Yer üzünde riyâ, inkâr, xəyanət Altın dövrünü yaşayır... Diller, səhifələr, sətirlər "Ebu Leheb öldü" deyirlər. Ebû Leheb ölmedi, yâ Muhammed Ebû Cehil qit'ələr dolaşır!

#10 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 декабря 2009 - 19:38

Bu şeri də xoşuma gəlir

ALLAH

İdrakda yol açmış gecədən gündüzə Allah,

Güldürməsən öz könlünü, gülməz üzə Allah.

Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,

Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?

Ən yüksək olan haqda, həqiqətdir Allah.

Dondunsa təkamül və gözəllik qabağında,

Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,

Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.

İnsanın əzəl borcudur insanlığa hörmət,

İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.

Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.

Gördüklərimiz zahirdir, bətnə nüfuz et!

Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.

Seçmiş, seçəcək daima tükdən tükü fikrim.

Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,

Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,

Nəfsində duyumsuz, fəqət eşqində mələksən.

Zülmün üzünə haqq deyilən şilləni çəksən,

Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,

Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.

Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,

İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

Сообщение отредактировал Şair: 02 декабря 2009 - 19:39


#11 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 16 декабря 2009 - 15:14

Ölüm haqqında düşüncələr

Yox olan yenidən doğula bilməz
Bu arzu – bəşərin ulu niyyəti
Varlıq – Əbədiyyət! Bu ola bilməz!
Ölümsə yoxlüğün əbədiyyəti.
- Qorxursan?
Ölümü düşünmə bir an,
Əgər düşünməsən qorxmayacaqsan.
Ölüm qorxuludur, qorxulu ancaq
Onun dəhşətini düşünən zaman.
- Onu düşünməmək mümkünmü?
Çətin!
Hər gün çarpazlaşır içimdə səslər.
Nə qədər xoşbəxtdir düşüncəsinin
Ölümsüz qatına yüksələn kəsər!

- Ölümdən qorxursan?
- Yoxluqdur ölüm.
- Nəyindən qorxursan yoxun ay gülüm?
- Ölüm yoxuqsa da özü var ancaq,
Bir gün tez, bir gün gec məni çalacaq.
Yaşamaq çətindir ölümün hər an
Yoxluq olduğunu biləndən sonra
- Bir şey bilirdinmi dogulmamışdan,
Nəyi biləcəksən öləndən sonra?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#12 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 сентября 2010 - 09:50

QORXU

Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.

Mənə "cız" dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım
əlimi yandıran oddan başladı...

Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi...

Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat...
1966, Şəki

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 23 сентября 2010 - 10:08

İçimi göstərmədim cahil tutan güzgüyə
Üzdə gülüb,içimdə müşkülümə ağladım;
Millətimin dərdini ünvanlayıb özgəyə
Başqasının yasında öz ölümə ağladım...
  • Şair это нравится
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 15 марта 2011 - 14:26

Yaşamaq yanmaqdır -yanasan gərək
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmırsa, yaşamır demək
Onun da həyatı yanmagındadır


#15 unkn0wn

unkn0wn

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 38 сообщений

Отправлено 22 апреля 2014 - 02:25






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru