Cavab: Alimlər “boşanmaq niyyəti ilə evlənmək” barədə ixtilaf ediblər. Bəziləri bunu caiz saydıqları halda, bəziləri də bunu məkruh biliblər. Digər alimlər isə bunu haram sayıblar.
Bu məsələdə ilk olaraq Şeyxul-İslam İbn Teymiyyənin, rahiməhullah, sözünü nəql edək. Ona səfər etmiş və hər bir şəhərdə bir və ya iki ay qalan biri haqqında soruşurlar. Günahdan qorxduğu üçün orada qaldığı müddət ərzində evlənə bilərmi? Belə bir nikah səhihdirmi? Bunun cavabında buyurur:
أن يتزوج لكن ينكح نكاحا مطلقا لا يشترط فيه توقيتا بحيث يكون إن شاء مسكها وإن شاء طلقها وإن نوى طلاقها حتما عند انقضاء سفره كره في مثل ذلك وفي صحة النكاح نزاع ولو نوى أنه إذا سافر واعجبته أمسكها وإلا طلقها جاز ذلك فأما أن يشترط التوقيت فهذا نكاح المتعة الذي اتفق الأئمة الأربعة وغيرهم على تحريمه وإن كان طائفة يرخصون فيه إما مطلقا وإما للمضطر كما قد كان ذلك في صدر الإسلام فالصواب إن ذلك منسوخ كما ثبت في الصحيح أن النبي بعد أن رخص لهم في المتعة عام الفتح قال ( إن الله قد حرم المتعة إلى يوم القيامة ) والقرآن قد حرم أن يطأ الرجل إلا زوجة أو مملوكة بقوله والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين فمن ابتغى وراء ذلك فأولئك هم العادون وهذه المستمتع بها ليست من الأزواج ولا ما ملكت اليمين فإن الله قد جعل للأزواج أحكاما من الميراث والإعتداد بعد الوفاة بأربعة أشهر وعشر وعدة الطلاق ثلاثة قروء ونحو ذلك من الأحكام التي لا تثبت في حق المستمتع بها فلو كانت زوجة لثبت في حقها هذه الأحكام ولهذا قال من قال من السلف إن هذه الأحكام نسخت المتعة وبسط هذا طويل وليس هذا موضعه
وإذا اشترط الأجل قبل العقد فهو كالشرط المقارن في أصح قولي العلماء وكذلك في نكاح المحلل وأما إذا نوى الزوج الأجل ولم يظهره للمرأة فهذا فيه نزاع يرخص فيه أبو حنيفة والشافعي ويكرهه مالك وأحمد وغيرهما كما أنه لو نوى التحليل كان ذلك مما اتفق الصحابة على النهي عنه وجعلوه من نكاح المحلل
“Evlənsin! Lakin tam bir nikah ilə evlənməlidir və müəyyən bir vaxtı şərt qoşmamalıdır. Beləliklə dilərsə o qadını saxlayar, diləməzsə boşayar. Əgər səfərinin sonunda mütləq boşanmağı niyyət edirsə, belə bir şey məkruh görülmüşdür və bu nikahın səhihliyində ixtilaf vardır. Əgər səfər edib (evləndiyi qadın) onun xoşuna gəldikdə onu saxlamağı, əks təqdirdə boşamağı niyyət edirsə, bu caizdir. Lakin müəyyən bir vaxtı şərt qoşarsa bu, “mutə” nikahı sayılır və - istər bu sərbəst edilsin, istərsə də İslamın ilk dövründə edildiyi kimi ehtiyac üzündən olsun – bir qrup alim buna rüxsət versələr də, dörd imam və digərləri bunun haram olmasında ittifaq ediblər. Doğru olan budur ki, “mutə” nəsx olunmuşdur, beləki, “əs-Səhih”də sabit olmuşdur ki, Fəth ilində peyğəmbər onlara rüxsət verdikdən sonra dedi: “Həqiqətən Allah “mutə”ni Qiyamət gününə qədər haram etdi.” Quran da kişinin öz xanımı və kənizindən başqası ilə münasibət qurmasını haram etmişdir: "O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar, ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.Bundan artığını istəyənlər həddi aşanlardır". (əl-Muminun, 5-7) Mutə edilən qadın isə nə kişinin xanımıdır, nə də kənizidir. Allah kişinin həyat yoldaşlarına mirasda əhkamlar və ərlərinin ölümündən sonra dörd ay on gün gözləmə müddəti və boşandıqdan sonra isə üç aybaşı iddət müddəti və buna bənzər digər hökmlər müəyyən etmişdir. Bu hökmlər isə “muta” edilən qadının haqqında sabit deyildir. Əgər kişinin həyat yoldaşı olsaydı, onun üçün də bu hökmlər keçərli olmalı idi. Sələfdən bəziləri isə dedilər ki, bu hökmlər “mutə” nikahını nəsx etmişdir. Bunu uzun-uzadı açıqlamaq olar, lakin bura bunun yeri deyildir.
Əgər nikah əqdindən əvvəl müəyyən müddəti şərt qoşarsa,alimlərin görüşləri içində səhih görüşə görə bu, nisbi şərt qoşmaq kimidir və eyni şey muhəllil nikahına da aiddir. Lakin əgər bir müddəti niyyət edərsə və bunu qadına bildirməzsə, bu barədə ixtilaf vardır. Əbu Hənifə və əş-Şafi buna rüxsət veriblər, lakin Malik və Əhməd və bu ikisindən başqaları isə bunu məkruh görüblər və (onlara görə) bu, “təhlil” (halallaşdırmaq) üçün niyyət etmək kimidir və bu, səhabələrin icması ilə qadağan olunmuş və muhəllil nikahından sayılmiş bir şeydir.”
“Məcmu əl-Fətava”, 32/107-108
İbn Teymiyyənin sözlərindən anlaşılan budur ki, məsələdə əsas olan niyyətin təbiətidir. Çünki burada həmin kəsin niyyətinin dəyişməsi ehtimalı vardır. İbn Teymiyyə bu fətvasında şərt qoşmadan “boşanmaq niyyəti ilə evlənməyi” caiz görmüşdür. Çünki ona görə həmin kişi qadından xoşu gələ bilər və onu nikahı altında saxlamağa qərar verə bilər. Lakin əgər hətmən boşanmağı qəsd edirsə, məkruh görmüşdür.
Onu da qeyd edək ki, İbn Teymiyyənin bu məsələdə iki görüşü vardır. Onun digər görüşü qarşıda gələcək.
Şeyx Abdulaziz ibn Baz da – rahiməhullah – bunu caiz görür və deyir:
أما الزواج بنية الطلاق ففيه خلاف بين العلماء , منهم من كره ذلك كالأوزاعي رحمه الله وجماعة وقالوا إنه يشبه المتعة فليس له أن يتزوج بنية الطلاق عندهم . وذهب الأكثرون من أهل العلم كما قال الموفق ابن قدامة رحمه الله في المغني إلى جواز ذلك إذا كانت النية بينه وبين ربه فقط وليس بشرط , كأن يسافر للدارسة أو أعمال أخرى وخاف على نفسه فله أن يتزوج ولو نوى طلاقها إذا انتهت مهمته , وهذا هو الأرجح إذا كان ذلك بينه وبين ربه فقط من دون مشارطة ولا إعلام للزوجة ولا وليها بل بينه وبين الله .
فجمهور أهل العلم يقولون لا بأس بذلك كما تقدم وليس من المتعة في شيء ; لأنه بينه وبين الله , ليس في ذلك مشارطة... أما أن يتزوج في بلاد سافر إليها للدراسة أو لكونه سفيرا أو لأسباب أخرى تسوغ له السفر إلى بلاد الكفار فإنه يجوز له النكاح بنية الطلاق إذا أراد أن يرجع كما تقدم إذا احتاج إلى الزواج خوفا على نفسه . ولكن ترك هذه النية أولى احتياطا للدين وخروجا من خلاف العلماء , ولأنه ليس هناك حاجة إلى هذه النية; لأن الزوج ليس ممنوعا من الطلاق إذا رأى المصلحة في ذلك ولو لم ينوه عند النكاح
“Boşanmaq niyyəti ilə evlənməyə gəldikdə isə, bu məsələdə alimlər arasında ixtilaf vardır. Onlardan bəziləri bunu məkruh gördülər, məs. əl-Əvzai – rahiməhullah – və bir qrup alim. Dedilər ki, belə bir nikah “mutə” nikahına bənzəyir və onlara görə boşanmaq niyyətli ilə evlənməsi caiz deyildir. əl-Muvəffaq İbn Qudamənin – rahiməhullah – “əl-Muğni” əsərində dediyi kimi elm əhlinin çoxu isə bunun - əgər niyyət fəqət onunla Rəbbi arasındadırsa və bu şərt qoşulmursa - caiz olması görüşündədirlər. Birinin təhsil və başqa işlər üçün səfər etməsi halında olduğu kimi əgər öz nəfsinin günaha düşməsindən qorxursa, hətta işini bitirdikdən sonra boşanmağı niyyət etsə belə, evlənməsi caizdir. Doğru olan da bu görüşdür, əgər onun niyyəti yalnız özü ilə Rəbbi arasında qalırsa və qadına və onun vəlisinə bildirmirsə və yalnız Allah ilə onun arasında qalırsa.
Əvvəl qeyd etdiyimi kim alimlərin cumhuru bunda bir bəis olmadığını söyləyir və bunun “mutə” nikahı ilə bir bənzərliyi yoxdur, çünki onun niyyəti Allah ilə onun arasındadır və belə bir şey şərt qoşulmur...
Təhsil üçün və ya səfir olduğu üçün və ya kafir ölkəsinə getməyə icazə verən digər səbəblər üçün getdiyi ölkədə evlənməyə gəldikdə, həmin ölkədən geri dönməyi qəsd edirsə və öz nəfsinin günaha düşməsindən qorxduğu üçün evlənməyə ehtiyacı varsa, orada boşanmaq niyyəti ilə evlənməsi caizdir. Lakin dinindən ehtiyat etməsinə görə və alimlərin ixtilafından kənarda qalmasına görə bu niyyətini tərk etməsi daha uyğundur. Eləcədə burada belə bir niyyətə ehtiyac yoxdur; çünki nikah bağladıqda boşanmağı niyyət etməsə belə, əgər boşanmaqda bir məsləhət görürsə, o zaman kişinin boşanması qadağan edilməmişdir.”
“Məcmu Fətava va Məqalət Mutənəvvia liş-Şeyx İbn Bəz”, 5/42
Şeyx İbn Bazın bu görüşündən döndüyü də söylənmişdir, lakin bu, sübut olunmamışdır və buna dəlalət edəcək bir sözü bilinmir.
İmam ən-Nəvəvi – rahiməhullah – deyir:
قال القاضي : و أجمعوا على أن من نكح نكاحاً مطلقاً و نيَّتُه أن لا يمكث معها إلا مدة نواها فنكاحه صحيح حلال ، و ليس نكاح متعة. و إنما نكاح المتعة ما وقع بالشرط المذكور. و لكن قال مالك : ليس هذا من أخلاق الناس . و شذ الأوزاعي ، فقال : هو نكاح متعة و لا خير فيه
“əl-Qadi dedi: Əgər kimsə tam bir nikah ilə evlənərsə və əgər həmin qadını yalnız niyyət etdiyi müddətdə saxlamaq istəyirsə, onun nikahı səhih və halaldır və bu “mutə” nikahı deyildir, çünki “mutə” nikahında zikr etdiyimiz şərt yoxdur. Lakin Malik dedi: “Bu, insana yaraşan bir əxlaq deyildir.” əl-Əvzai isə şaz bir görüş qəbul etdi və dedi: “Bu, “mutə” nikahıdır və bunda xeyir yoxdur.”
“Şərhu Sahihi Muslim”, 9/182
İmam əl-Əvzainin bu görüşünü əl-Hafiz İbn Abdilbərr – rahiməhullah – nəql edir:
.قال الأوزاعي: لو تزوجها بغير شرط ولكنه ينوي أن لا يحبسها إلا شهرا أو نحوه, ويطلقها فهو متعة ولا خير فيه
“əl-Əvzai dedi: Heç bir şərt qoşmadan evlənərsə, lakin onu yalnız bir ay və ya bunun qədər müddətdə saxlamağı və sonra boşamağı niyyət edirsə, bu “mutə” nikahıdır və bunda heç bir xeyir yoxdur.”
“ət-Təmhid”, 10/123
İmam ən-Nəvəvi kimi digər şafi alimləri də belə bir nikahı səhih saysalar da, onun məkruh olduğuna hökm veriblər. Şafi alimi əl-Məvardi – rahiməhullah – deyir:
النكاح صحيح لخلو عقده من شرط يفسده, وهو مكروه لأنه نوى فيه ما لو أظهره أفسده, ولا يفسد بالنية لأنه قد ينوي ما لا يقعل, ويفعل ما لا ينوي.
“Nikah səhihdir, çünki əqd onu fasid edə biləcək şərtlərdən azaddır. Lakin məkruhdur, çünki elə bir niyyət vardır ki, əgər bu dildə söylənsə əqdi pozar, lakin niyyət ilə pozulmur, çünki o etmədiyi bir şeyi niyyət etmişdir və niyyət etmədiyi bir şeyi edir.”
"əl-Havi", 11/457