Перейти к содержимому


Фотография

Fatimə Fatimədir...


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 225

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 04 декабря 2009 - 19:42

MUMİNE

Bütün Xanımlar kimdən nümunə götürməlidir? 2 Dünya və Xanımlar Xanımı,Möminlərin anasından deyil mi?
Mən sadəcə olaraq onu qeyd etdim ki,Allah dərgahında ən üstün Xanım belə hərəkət edirsə,demək ki,o hərəkətlə bizə də bildirir ki,bu daha gözəldir


al-İslam

Nəzərə almaq lazımdır ki, Zəhra xanımın (ə) dövrü, yaşadığı yer, iqlimlə bizimki çox fərqlidir, ən əsası isə cəmiyyətimiz fərqlidir. Biz 14 əsr əvvəlki geyimlərə necə riayət edə bilərik? Əsas olan şəriətdə göstərilən zəruri qaydalara (örtülməsi vacib olan yerlərin örtülməsi) riayət etməkdir


doktor Əli Şəriəti..

QADININ ÜÇ FORMASI

Müsəlman cəmiyyətində üç növ qadınla rastlaşırıq: müqəddəsnüma dindar qadın; son dövr artmaqda olan Avropa görünüşlü dindar qadın; bir də Fatimə görünüşlü, Fatimə xislətli qadınlar! Nə birinci, nə də ikinci qrup qadınlarla Fatimə arasında heç bir oxşarlıq yoxdur.
Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz.


Sabit, dəyişməz ictimai zamanın dayandığı bir mühitdə həm kişi, həm qadın sabit bir tip olur. Belə mühitdə sözsüz ki, qız ananın surəti olmalıdır. Belə mühitdə ana və qız çox əhəmiyyətsiz məsələlər barəsində mübahisə edə bilərlər. Dəyişməz cəmiyyətlərdə dəyərlərə qarşı yekdil münasibət olur. İki insan qrupu arasında yalnız məişət zəminində mübahisə yaranır.
Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır

Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir


http://www.haqqyolu....=20081203041857
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 04 декабря 2009 - 20:50

Fikrimcə Doktor Şəriəti ilə mənim dediklərimlə tam olaraq üst-üstə düşür.

Сообщение отредактировал al-İslam: 04 декабря 2009 - 21:00

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#3 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 05 декабря 2009 - 10:02

doktor Əli Şəriəti

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz




Mən bu kitabın dəqiq yazılma tarixini haqqında bir söz deyə bilmərəm..
lakin..bir şey məlumdur ki,
doktor Əli Şəriətinin İran cəmiyyəti üçün öncədən dediyi xəbərdarlıqlar son dövrlər özünü aşkar şəkildə biruzə verməkdədir.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#4 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 05 декабря 2009 - 19:29

doktor Əli Şəriəti

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır
Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır.


"Gör menim qızım ne deyir..Deyir ki, indi sənin ucun 19-cu əsr deyil..Men oxumaga gedirem..Üzüzyü isə qaytar "
( "Əhməd hardadır" filimindən sitat)

Dogurdan da zaman keçdikcə.. keçmiş dövrlə müasir dövr arasında idealoji aspektlərdə müəyyən ucurumlar yaranıb. Bu da öz növbəsində düçüncələrdə qarşıdurmalara səbəb olub.
Yəni, yeni nəsil özündən əvvəlki nəsli bəyənmir. onlara köhnəliyin qalıgı kimi baxır..
maraqlı sula meydana çıxır..

Bu cür hallarda İslam dinini cəmiyyətə aşılamaq üçün hansı metodlardan istifadə etmək lazım gəlir?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#5 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 05 декабря 2009 - 20:01

QADININ ÜÇ FORMASI

Müsəlman cəmiyyətində üç növ qadınla rastlaşırıq: müqəddəsnüma dindar qadın; son dövr artmaqda olan Avropa görünüşlü dindar qadın; bir də Fatimə görünüşlü, Fatimə xislətli qadınlar! Nə birinci, nə də ikinci qrup qadınlarla Fatimə arasında heç bir oxşarlıq yoxdur.


Burada Əli müəllim elə mən dediyimə işarə edir. :)
Avropa görünüşlü dindar qadın,yəni müasir dindar qadın deməkdir,amma o,Fatimə görünüşlü qadın deyil,çünki Fatimə görünüşü bir başqa aləmdir.Həm də,hər kəs Xanımlar Xanımından (s.ə) nümunə götürüb o çadranı geyinə bilər,amma hər kəs də O Xanım (s.ə)ola bilməz.Çadra, Xanıma (s.ə) bağlılığın zahiri göstəricisidir.O qədər bacılar var ki,çadradan söhbət düşəndə deyir ona hələ hazır deyiləm,bu sözlər bir növ cahillərin hicaba,namaza gəlməsində etiraz nitqləridir,çünki belə düşünürəm ki,əgər hicab sənin gündəlik işlərini görməkdə maneəçilik törətmirsə,və sən möminə olmağa çalışırsansa,o zaman niyə ona hazır deyilsən?!
Sözlərim,fikirlərim müsəlman qadının xarici görkəminə aiddir,xahiş edirəm dediklərimi əxlaqa və s. aid etməyəsiniz,çünki burada sırf görkəmə aid fikir bildirdim.
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 декабря 2009 - 21:12

Möminə bağışlayın deyəsən palçıq-ın yazısını sona kimi oxumamısınız

Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir


yalnız qaraladığım hissə Dr. Əli Şəriətinin nə dediyini göstərir, sonrası isə daha müasir.

P.S: mən mövzuya fikrimi bildirmədim, sadəcə sizin yazınızla yuxarıdakı yazını oxudum. Çadraya qarşı hicabdan daha çox hörmətim var. Daha doğrusu, hicabın yuxarı mərtəbəsi saymaq olar. - fikrimcə

#7 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 05 декабря 2009 - 22:54

doktor Əli Şəriəti

Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından “uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır
Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır.


"Gör menim qızım ne deyir..Deyir ki, indi sənin ucun 19-cu əsr deyil..Men oxumaga gedirem..Üzüzyü isə qaytar "
( "Əhməd hardadır" filimindən sitat)

Dogurdan da zaman keçdikcə.. keçmiş dövrlə müasir dövr arasında idealoji aspektlərdə müəyyən ucurumlar yaranıb. Bu da öz növbəsində düçüncələrdə qarşıdurmalara səbəb olub.
Yəni, yeni nəsil özündən əvvəlki nəsli bəyənmir. onlara köhnəliyin qalıgı kimi baxır..
maraqlı sula meydana çıxır..

Bu cür hallarda İslam dinini cəmiyyətə aşılamaq üçün hansı metodlardan istifadə etmək lazım gəlir?


Dr Əli Şəriəti..

Çoxları anlayırdılar ki, bu “gerçəklik” (“qərb havası”) tezliklə bütün dini və əxlaqi dəyərləri aradan qaldırıb, beyinlərdə öz imzasını atacaq. Bəs bunun qarşısını almaq üçün nə etdilər? Əmr edildi: “Haramdır! Radio almayın! Filmlərə baxmayın! İnstitut, universitetlərə ayaq basmayın! Qəzet oxumayın! Cəmiyyət qurmayın! Bir sözlə, bildiklərimiz bizə yetər, yenisinə ehtiyac yoxdur! “Qadının adını çəkməyin!”.
Bizim mənəviyyat keşikçilərimiz “eskimosa soyuducu satan” kapitalizm qarşısında, sadəcə “olmaz” deməklə kifayətləndilər. Daha doğrusu, xalqın qulağına iki söz sırğa edildi: “haram” və “olmaz”!

Nəticə nə oldu? Nəticə gördüyümüz kimi oldu. Avropa gerçəklikləri, qərb kapitalizmi, hiyləgər tülkülər və yırtıcı goreşənlər bir növ müdafiəsiz qalmış sadəlövh ümmətlərin mənəviyyatını və təbii xəzinələrini viran qoydular. Gəldilər, qırdılar, apardılar, amma bir buxaralı kişinin Çingiz qoşunu haqqında dediyi kimi - “çıxıb getmədilər”!
Nə üçün? Çünki onları görən olmamışdı. Çünki, bu gəlmələrə nifrət edən keşikçilərimiz üzlərini “yana tutmuşdular”. Gətirilmiş yenilikləri xalqın “boyuna” islah etmək belə kimsənin yadına düşməmişdi.
Kiçik bir misal. Qadınımız örtüklüdür. Bu örtüklü xanım hamilədirsə, doğuşu kim qəbul etməlidir? Əlbəttə ki, qadın oxuyub təhsil ala bilməzsə, uşağı kişi həkim tutmalıdır. Bəs nə üçün qadın həkim olmamalıdır? Hicablı qadına kişinin mamalıq etməsi hansı çərçivəyə sığışır?
Demək, istəsək də, istəməsək də, texniki tərəqqinin ağuşuna düşdük. Xaricdən gəlmiş, mənəvi kodekslərlə nizamlanmamış gerçəkliklər özünə lazımi yer aldı. Biz dedik «radio-televiziya haramdır». Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: “Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?!” Bəs necə olmalı idi?! Vaxtında “haramdır” deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini “rəngini” vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#8 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 05 декабря 2009 - 23:47

Biz dedik «radio-televiziya haramdır». Amma alıb evimizə qoyduq. Biz institut-universitetə qarşı çıxdıq, amma gənc nəsli həmin ocaqlara yönəltdik. İndi fəryad çəkirik: “Bu necə institutdur ki, allahsızlığı təbliğ edir, bu necə radio-televiziyadır ki, əxlaqsızlıq yayır?!” Bəs necə olmalı idi?! Vaxtında “haramdır” deyib kənara çəkilməsəydin, istənilən yeniliyə öz milli-dini “rəngini” vursaydın, bu gün özünü bir vaxt iyrəndiyin qərbli simasında görməzdin


Dr Əli Şəriəti haqlı olaraq önəmli bir məsələni diqqətə çəkir..
təkcə alimlər "o haramdır bu haramdır"
və yaxud "o olmaz, bu olmaz "deməklə hara qədər getmək olar?
bəs o alimlər bir çox qadagaların qarşılıgında sənə nələri təklif edirlər?
bir misal çəkim..
Bu gün bizim milli toylarımızı "dərviş toyu" halaına gətirib çıxaranlar nə düşünürlər?

həmçinin, səhv etmirəmsə forumda hansısa xanımların birindən sual etdilər ki, sən nə üçün aga Sistaniyə təqlid edirsən?
cavabı bu oldu ki, o daha çox muhafizəkardır. ( yadımda qalanı dedim, əgər xəta olsa üzürlü hesab olunsun)
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#9 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 06 декабря 2009 - 08:58

"

Gör menim qızım ne deyir..Deyir ki, indi sənin ucun 19-cu əsr deyil..Men oxumaga gedirem..Üzüzyü isə qaytar "
( "Əhməd hardadır" filimindən sitat)
Bu cür hallarda İslam dinini cəmiyyətə aşılamaq üçün hansı metodlardan istifadə etmək lazım gəlir?


Dr Əli Şəriəti..

Hicabın məfhumu aydınlaşdırılmalıdır.
Qadın anlamalıdır ki, hicabda onun cismi və ruhu üçün misilsiz faydalar vardır. Əgər bu məfhumları açıqlaya bilsək, “-Hicab ört” demək lazim deyil. Qadını başqaları yox, öz düşüncəsi hicaba dəvət etməlidir. Axı modernizmə vurğun qıza Zeynəbi (s.ə) ideal göstərməyin faydası nədir? Artıq onun üçün televiziyada gördüyü manikenlər, aktrisalar bütə çevrilmişdir. Bu bütü sındırmadan qadının diqqətini dini dəyərlərə yönəltmək qeyri-mümkündür. O, artıq qurbandır!
Bütü necə sındırmaq? Qadın üçün müqayisə imkanı yaradılmalıdır. Onun təsəvvüründə həqiqi Fatimə (s.ə) çöhrəsi canlandırılarsa, bütlər onun üçün cılız və iyrənc görünər.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#10 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 06 декабря 2009 - 14:38

Möminə bağışlayın deyəsən palçıq-ın yazısını sona kimi oxumamısınız


Sonuna kimi oxumuşam,heç oxumasam da olardı,çün Əli Şəriətinin oxuduğum ilk əsəri,elə "Qadın-Fatimə-Fatimədir" olub. Sadəcə olaraq mənə lazım olan, sitat olaraq gətirdiyim əsərin o hissəsi idi :D Və özüdə vurğuladım ki,"Burada Əli müəllim elə mən dediyimə işarə edir".Yənii,demirəm ki,o mən fikirlidir,deyirəm ki,o mən demək istədiyimi poetik dildə gözəl qeyd eləyib :rolleyes:
Əli Şəriətiyə gəldikdə isə,onun əsərləri gözəl poetik dilə məxsus olsa da,İslami fikirləri Möhtərəm Alimlərimizin dediyi kimi,"İslamla təzadlar yaradır".Yəni,dində inqilab etmək,yeni fikirlər gətirmək istəyi,heç de alimlər tərəfindən alqışla qarşılanmır :) Hər-halda Şəhid Mutəhhəri hara,Əli Şəriəti hara.
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#11 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 06 декабря 2009 - 15:03

Bağışlayın, onda mənim poeziyamda problemlər var :)

Palçıq, Dr.Şəriətidən yazırsız, bir öz fikrinizi də yazsanız yaxşı olar. Şəriətiylə razısınız ya yox? Postlarda görürəm, suallarınızı yazmısız altında da doktorun cavabları. Cavabları sizi qane edir?

#12 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 06 декабря 2009 - 16:26

Bağışlayın, onda mənim poeziyamda problemlər var :)

Palçıq, Dr.Şəriətidən yazırsız, bir öz fikrinizi də yazsanız yaxşı olar. Şəriətiylə razısınız ya yox? Postlarda görürəm, suallarınızı yazmısız altında da doktorun cavabları. Cavabları sizi qane edir?

əgər razı olmasaydım onun fikirlərini burra qeyd etməzdim...
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#13 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 06 декабря 2009 - 16:51

'MUMINE'

Hər-halda Şəhid Mutəhhəri hara,Əli Şəriəti hara

.
bu mövuzda şəxsiyyətlərin özlərini deyil..onların fikirlərini müzakirə edirik.
forumçulardan xahiş edirəm ki, şəxsiyyət məsələsini ön plana çəkib əsas fikri mövzudan yayındırmasınlar.

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir.

Hz Ali (as) buyurub:" Danışana deyil, onun nə dediyinə bax"
Dr. Əli Şəriəti öz dövrünün sosioluqu olub...
Bəyəm onun öncədən etdiyi xəbərdarlıqlar bu günkü İslam cəmiyyəti üçün aktual deyil ?

Сообщение отредактировал palchiq: 06 декабря 2009 - 16:52

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#14 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 06 декабря 2009 - 20:34

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#15 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 06 декабря 2009 - 22:07

al-İslam, qabağa getmək qərbin əxlaqsızlığıdırsa, onda mən dünyanın ən geridə qalmış insanı olmaq istəyirəm :flowers1:
Bu mövzuda elmdən, texnologiyadan söhbət getmir. Xahiş edirəm, o yönə aparmayın söhbəti

#16 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 06 декабря 2009 - 23:22

'MUMINE'

Hər-halda Şəhid Mutəhhəri hara,Əli Şəriəti hara

.
bu mövuzda şəxsiyyətlərin özlərini deyil..onların fikirlərini müzakirə edirik.
forumçulardan xahiş edirəm ki, şəxsiyyət məsələsini ön plana çəkib əsas fikri mövzudan yayındırmasınlar.

Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış “ziyalı-müasir” və “mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir.

Hz Ali (as) buyurub:" Danışana deyil, onun nə dediyinə bax"
Dr. Əli Şəriəti öz dövrünün sosioluqu olub...
Bəyəm onun öncədən etdiyi xəbərdarlıqlar bu günkü İslam cəmiyyəti üçün aktual deyil ?


Şəxsiyyəti elə onun fikirləri "şəxsiyyət" olaraq formalaşdırır daa :flowers1:
Doktorun xəbərdarlığına gəldikdə isə,o xəbərdarlıq yox,təzə fikir aşılama metodudur :)
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#17 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 06 декабря 2009 - 23:27

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...


Hmmm, sizin sözlər bu mövzuya aid idi hə? yəni belə başa düşdüm ki,çarşab sizin üçün geriləmək deməkdir,və hicablı xanımların "moda"sı heç də qərbli xanımın modasından geri qalmamalıdır,yəni bu gün əlvan hicab,kişi geyimi olan,müasir hicablı xanımların üstünlük verdiyi şalvar,və get-gedə qısalan koftalar,axırda da topik olsa,bu yeniliyi normal qəbul etmək lazımdır, heyləmiii? :flowers1:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#18 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 07 декабря 2009 - 09:25

MUMINE

Şəxsiyyəti elə onun fikirləri "şəxsiyyət" olaraq formalaşdırır daa

Muminə xanım elə isə deyilən fikirlərə öz münasibətinizi bildirin..
Kimin kimdən üstün olması müakirə mövzusu deyil..

Doktorun xəbərdarlığına gəldikdə isə,o xəbərdarlıq yox,təzə fikir aşılama metodudur


Dr. Əli Şəriətinin dedikləri İran cəmiyyəti üçün xəbərdarlıqlar idi.
"Təzə fikir aşlama" metodu dedikdə nəyi nəzərdə tutdugunuzu anlamadım?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#19 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 07 декабря 2009 - 11:27

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...


Dr. Əli Şəriəti

İslamın təbliğ metodu məntiqi və tədricidir. Bəli, müsəlmanlarda elə bir hazırlıq olub ki, Allah-təala əmr edib: “Şərabı, qumarı... tərk edin!”. Bu əmrin nəticəsi nə oldu? Mədinənin bütün küçələrində insanlar şərab küplərini dağıdırdılar! Polissiz, ordusuz! Yalnız Allahın əmri ilə!

Bəs biz necə təbliğ edirik? Dərindən düşünmədən, niyəsini bilmədən “Haram, kafir” -deyə bağırırıq. Bu metodla yalnız geriləmək olar, necə ki, geriləyirik! Bizim məntiqsiz təbliğimizə qəzəblə cavab verilir, hətta “Əl çək, bəli, mən kafirəm!” deyənlər tapılır. Demək, həqiqəti çatdıra bilməyən kəs yerində oturmalı, vəziyyəti gərginləşdirməməlidir!
Mən öz müəllimlik təcrübəmdə daim bu məsələyə diqqətli olmağa çalışmışam. Bir dəfə də olsun “Hicab örtün, namaz qılın!” -deyə əmr etməmişəm. Çünki təcrübədə belə metodların səmərəsizliyinə əmin olmuşam.
Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bəzi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Məlum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.
Hicabın məfhumu aydınlaşdırılmalıdır

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#20 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 07 декабря 2009 - 12:15

İran Polisi

İran polisi get-gedə daha gödək paltarlar geyinən, saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb
ANS PRESS İranın "Etimad" qəzetinə istinadən bildirir ki, İranın paytaxtı Tehranda geyim haqqında qanunu pozan qadınlar 5 illiyinə sürgün edilmə ehtimalı qarşısında qalıblar. Qəzetin xəbərinə görə, Tehranın prokuroru Səid Murtəzavi “İctimai yerlərdə əxlaq səviyyəsi aşağı, mankenlər kimi görünən belə qadınlar, yeniyetmələrin şərəfini və məsumluğunu təhlükə ilə qarşı-qarşıya qoyurlar” deyib. Polis isə get-gedə daha gödək paltarlar geyinən və saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb. Qanunu pozanlara qarşı qamçı, pul və həbs cərimələri tətbiq edilir. Prokuror Murtəzavi “Bu cərimələrin təsiri olmayanlar və qanunu pozmaqda inad edənlər 5 il müddətinə Tehrandan uzaqlaşdırılma cəzası ilə qarşılaşacaq” deyib. Tehran polis rəsmiləri şənbə günündən etibarən keçirilən əməliyyatlarda 3 242 nəfərə geyim qanunu pozduğu üçün xəbərdarlıq edildiyini bildirib. Xatırladaq ki Rəsmi İran vaxtaşırı belə qərarlarla ölkədəki insanların Qərb geyim tərzinə olan meyl etməsinin qarşısını alır.

http://muselmanlar.u...s/2008-06-12-17

Dr. Əli Şəriəti

Bir vaxtlar təbliğ mərkəzi olan bir hüseyniyyədə çalışdığımız zaman hicaba riayət etməyən bəzi xanımlarla aparılan söhbətlər çox şeyləri aydınlaşdırdı. Məlum oldu ki, insanı hicaba zorla bürümək mümkün olduğu hallarda da onlar daxilən “hicabsız” qalırlar.
Hicabın məfhumu aydınlaşdırılmalıdır


Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#21 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 07 декабря 2009 - 15:41

al-İslam qardaşın fikirlərilə şərikəm.
Palçıq qardaşa da çox təşəkkür edirəm bu mövzunu açdığı üçün.

Əli Şəriəti şəxsiyyəti ilə, əsərləri ilə çox sevdiyim alimdir. Podpismnen de görünür yəqin)

Müzakirələrdən daha yaxşı başa düşürəm Şəriətini, çünki oxuyanda səthi keçdiyim məsələlər forumda qabardılıb. Başa düşürəm ki, Şəriəti hər şeydə ikiüzlülyün əleyhinə çıxıb, onun mübarizəsi ateistlərlə yox, münafiqlərlə olub-- Zahiri namaz, zahiri hicab, zahiri dindarlıq və s.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#22 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 07 декабря 2009 - 15:58

al-İslam qardaşın fikirlərilə şərikəm.
Palçıq qardaşa da çox təşəkkür edirəm bu mövzunu açdığı üçün.

Əli Şəriəti şəxsiyyəti ilə, əsərləri ilə çox sevdiyim alimdir. Podpismnen de görünür yəqin)

Müzakirələrdən daha yaxşı başa düşürəm Şəriətini, çünki oxuyanda səthi keçdiyim məsələlər forumda qabardılıb. Başa düşürəm ki, Şəriəti hər şeydə ikiüzlülyün əleyhinə çıxıb, onun mübarizəsi ateistlərlə yox, münafiqlərlə olub-- Zahiri namaz, zahiri hicab, zahiri dindarlıq və s.

Men de Eli Sherietini chox xoshlayiram oxumagi, Qadina verdiyi qiymet chox yuksekdir. Hecc kitabini oxuyanda Hezreti Hecer haqqinda yazdiqlari o qeder xoshuma geldi ki... Umumiyyetle bu eserinde Heccde olan hissleri ele gozel anladib ki, bundan gozel yeqin ancaq insanin ozunun bunu Heccde hiss etmesi ola biler. Chunki o qeder insandan hecc haqqinda teessuratlarin eshitmishdim, amma onu oxuyanda ferqi hiss etdim
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#23 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 08 декабря 2009 - 11:07

Müzakirələrdən daha yaxşı başa düşürəm Şəriətini, çünki oxuyanda səthi keçdiyim məsələlər forumda qabardılıb. Başa düşürəm ki, Şəriəti hər şeydə ikiüzlülyün əleyhinə çıxıb, onun mübarizəsi ateistlərlə yox, münafiqlərlə olub-- Zahiri namaz, zahiri hicab, zahiri dindarlıq və s.

tsk edirəm Şəms xanım

Dr. Əli Şəriəti..
Bir şəxs məndən hicab əleyhinə söz qoparıb, hay-küy salmaq məqsədi ilə sual verdi. Cavabını yubandırmayıb dedim: «Hicab sənin dediyindir. Vallah, mən nə fəqihəm, nə də bəzzaz (parçasatan). Mən sosioloqam». Dedi: «Elə mən də sosiologiya nəzərincə soruşuram». Dedim: «Sosioloqun işi parça yox, parçadan olan insanlardır». Dedi: Elə onu deyirəm.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#24 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 08 декабря 2009 - 11:50

Təəssüf ki, müsəlmanlar geri getməkdə davam edirlər. Onda İslama geriləmə dini kimi baxanları qınamayaq, müəyyən mənada düz düşünürlər...


Hmmm, sizin sözlər bu mövzuya aid idi hə? yəni belə başa düşdüm ki,çarşab sizin üçün geriləmək deməkdir,və hicablı xanımların "moda"sı heç də qərbli xanımın modasından geri qalmamalıdır,yəni bu gün əlvan hicab,kişi geyimi olan,müasir hicablı xanımların üstünlük verdiyi şalvar,və get-gedə qısalan koftalar,axırda da topik olsa,bu yeniliyi normal qəbul etmək lazımdır, heyləmiii? :big_boss:


Dr. Əli Şəriəti

..Axır ki, məni danışdırdı. Dedim ki, İran cəmiyyətini üç hissəyə bölmək olar. Onların əksəriyyəti avam adamlardır və hicabları da var. Onların hicabları gerilik, köhnəliklə bağlıdır. Onlar dərin dini düşüncədən məhrum, köhnə adət-ənənəyə bağlı insanlardır.
İkinci qrup isə azlıq təşkil etsə də təhsillidir, dünyadan xəbərdardır. Onlar xaricdə olublar, müxtəlif ictimai fəaliyyətləri var ve eləcə də hicabsızdırlar. Üçüncü qrup tamam başqadır. Onlar yeni nəslin nümayəndələridir. Onlar əsl ziyalılardır və onların ziyalılığı təkcə təhsillə bağlı deyil. Bu insanlar müasir mədəniyyətdən yuxarıda durub, hər işin mahiyyətinə varırlar. Onlar öz insanlıq məsuliyyətini dərk edən imanlı insanlardır. Bu agahlıq təhsildən, diplomdan çox ucada dayanır. Onlar üçün elm və bilik maddi ehtiyacların təmini üçün yox, öz şəxsiyyətlərini dərk etmək üçündür. Onlar hər şeyi, eləcə də hicabı özləri, öz düşüncələri ilə seçənlərdir.

Сообщение отредактировал palchiq: 08 декабря 2009 - 11:52

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#25 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 08 декабря 2009 - 14:39

Dr.White
Зaкройте эту тему.
Автор сам не знает , что он вообще хочет обсудить .Cказано - сделано

Cказано - сделано


yəqin ki,
əl-ələ verib bu temanı yaxın günlərdə baglamaycaqsınız.)
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#26 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 08 декабря 2009 - 14:52

al-İslam, qabağa getmək qərbin əxlaqsızlığıdırsa, onda mən dünyanın ən geridə qalmış insanı olmaq istəyirəm :)
Bu mövzuda elmdən, texnologiyadan söhbət getmir. Xahiş edirəm, o yönə aparmayın söhbəti


Burada heç kim qərbin əxlaqsızlığından danışmadı. Söhbəti başqa yönə aparan sizsiniz. Geridə qalmaq sizin öz işinizdi. Buyurun, 21-ci əsrdə Bakıda 7-ci əsrin geyimi ilə gəzin. Buna bir şey deyə bilmərəm :)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#27 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 декабря 2009 - 15:31

al-İslam, qabağa getmək qərbin əxlaqsızlığıdırsa, onda mən dünyanın ən geridə qalmış insanı olmaq istəyirəm :)
Bu mövzuda elmdən, texnologiyadan söhbət getmir. Xahiş edirəm, o yönə aparmayın söhbəti


Burada heç kim qərbin əxlaqsızlığından danışmadı. Söhbəti başqa yönə aparan sizsiniz. Geridə qalmaq sizin öz işinizdi. Buyurun, 21-ci əsrdə Bakıda 7-ci əsrin geyimi ilə gəzin. Buna bir şey deyə bilmərəm :shades:

 21-ci əsrin dəbini istəyirsizsə geyinin problem yoxdur. Amma mənim kimi geridə qalmışlar anlamayacaq ki, bu libas altındakı şəxs zənən xeylağıdır ya kişi  :)

#28 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 08 декабря 2009 - 15:36

21-ci əsrin dəbini istəyirsizsə geyinin problem yoxdur. Amma mənim kimi geridə qalmışlar anlamayacaq ki, bu libas altındakı şəxs zənən xeylağıdır ya kişi  :)


Mən bilmirəm hansı gerilikdə qalmısınız, çünki 7-ci əsrdə çılpaq gəzən də vardı, çadra örtən də, onda dəb hansı idi? :) 21-ci əsrin dəbi dedikdə hansı dəbi nəzərdə tutduğunuzu bilmədim, amma kişi ilə qadını ayırd edə bilməmək artıq başqa problemdir :shades:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#29 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 декабря 2009 - 15:45

21-ci əsrin dəbini istəyirsizsə geyinin problem yoxdur. Amma mənim kimi geridə qalmışlar anlamayacaq ki, bu libas altındakı şəxs zənən xeylağıdır ya kişi  :)


Mən bilmirəm hansı gerilikdə qalmısınız, çünki 7-ci əsrdə çılpaq gəzən də vardı, çadra örtən də, onda dəb hansı idi? :) 21-ci əsrin dəbi dedikdə hansı dəbi nəzərdə tutduğunuzu bilmədim, amma kişi ilə qadını ayırd edə bilməmək artıq başqa problemdir :shades:

7-ci əsrdə "dəb" hicab idi, libassızlığa pis baxılırdı, 21-ci əsrdə isə dəb çılpaqlıq sayılır və çadraya pis baxırlar. (çox təəssüf)

#30 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 08 декабря 2009 - 15:53

7-ci əsrdə "dəb" hicab idi, libassızlığa pis baxılırdı, 21-ci əsrdə isə dəb çılpaqlıq sayılır və çadraya pis baxırlar. (çox təəssüf)


Problem aydındır...əxlaqsız qruplaşmaların həyata baxış tərzi dəb deyil. Dəb tamam başqa anlayışdır. Maraqlıdır ki, çadranın 7-ci əsr dəbi olduğunu etiraf edir, həmçinin də onu 21-ci əsrdə dünyəvi qanunlarla idarə olunan cəmiyyətə tətbiq etmək istəyirsiniz. Niyə özünüz 14 əsr əvvəlki dəbi geyinmir, amma qadınlara uyğun görürsünüz?!

Сообщение отредактировал al-İslam: 08 декабря 2009 - 15:54

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru