Перейти к содержимому


Фотография

Dini hekayələr


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 51

#1 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 09 февраля 2010 - 23:31

İnşaAllah bu mövzuda dini hekayələri paylaşacağıq.

Namaz qılmayan şəxsə şeytanın cavabı

Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir:
- Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir.
Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:
- Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:
- Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!

Сообщение отредактировал Hasan_AGA: 10 февраля 2010 - 14:25

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#2 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 09 февраля 2010 - 23:33

Çoban ve Alma ağacı

Qoca çoban sürüsünü otarmaq ücün yaylaga cixanda təpənin yanindaki alma agacinin altinda dincələrdi.Hər gün agacdan alma payini istəyər,bir az kecmis agacdan gözəl bir alma düsərdi.Coban sədəf dəstəkli bicagi ilə almani dilimleyib yeyər,sonra da babasindan qalan Quranini oxumaga baslayardi.Coban bu agaci 20 il əvvəl əkmisdi.O,böyuk guyumdəki su ilə dəstəmaz alar,sonra da qalan su ilə agacini sulayardi.Agacin kökləri bəlkə də bu sulardan güc almis, qisa bir vaxtda bar verməyə baslamisdi.Coban o vaxtlar gənc idi .Əlini uzadan kimi istədiyi almani dərirdi.Ancaq aradan illər kecmis ,cobanin beli bükülmüsdü.Agac isə boy atib ucalmisdi... Coban onu balasi kimi əzizləyərdi.Hər dəfə agaci oxsayar,”Göndər bugünkü qismətimi”,-deyərdi.Agacdan bir alma duserdi.... Kəndlilər uzaqdan bu mənzərəni görub heyrət edər,qoca cobanin kəramət sahibi oldugunu söyləyərdilər.Bir gun yenə coban namazini qilib bir az dincələndən sonra almasini istədi.Ancaq budaqlar dolu olsa da alma düsmədi .Coban bir də dilləndi.Yenə alma düsmədi.Bir də.... Cobanin gözləri yasardi.Göz yaslari ag saqqalini islada-islada agacin altindan uzaqlasdi.Agac ilk dəfə idi ki,onun sözünü “esitmirdi”.Yasli Cobanin beli həmisəkindən daha cox bukulmusdu.Ayaqlarinda taqət qalmamisdi.Qoyunlarini yigib kəndə tərəf gedəndə məscidin minarələrindən qalxan əzan səsi sanki onu yuxudan oyatdi.Coban elə bil təzədən dogulmusdu.Usaq kimi sevinirdi... Tez agacin yanina qacdi və ona sarilib aglaya-aglaya “Canim-Gözüm, sən bu qoca cobani bagisla .Axi niyə əvvəlcədən demədin ki, bu gun Ramazanin ilk günü oldugunu?”...

Сообщение отредактировал Hasan_AGA: 09 февраля 2010 - 23:36

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#3 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 10 февраля 2010 - 14:29

ŞEYTAN

Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: “Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!” – deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: “Allah yoxdur, Allah yoxdur!” – deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə var gücü ilə, “Allah yoxdur, Allah yoxdur!” – deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına “tələ qurmağı” qərara aldı. Dükana gedib meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlcə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, “Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun!” – deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: “Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!”. Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: “Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətmisən”...

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#4 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 февраля 2010 - 16:03

“Allah” demək..

Kasıb bir oğlan padşahın qızına aşiq olur. Ancaq bu arzusunun əlçatmaz olduğunu anladığı üçün pərişan halda gəzib-dolaşır. O, bir dəfə ağsaqqal bir dərvişlə rastlaşır və dərdini ona açır. dərviş də, öz növbəsində, ona: “Övladım, şəhərin girişində otur, kim sənə nə desə sən ona: “Allah”,- deyə cavab ver”,- məsləhətini verir.
Kasıb gənc dərvişin məsləhətinə əməl edir. Günlərlə, aylarla şəhərin girişində oturur. Kimin nə deməsindən, nə soruşmasından asılı olmayaraq, ancaq Allah deyir. Bir müddət sonra həmin oğlan bu davranışına görə bütün şəhərdə məşhurlaşır, hamı ondan danışır. Məsələ padşahın da qulağına gedib çatır.
Bir gün padşah bu məşhur gənci görmək istəyir. Əvvəlcə, dərvişdən həmin oğlan haqqında məlumat istəyir. Dərviş də ona bildirir ki, bu gənc dövrün ən mübarək, Allaha bağlı insanlarından biridir. Bunu eşidən padşah dərhal gəncin yanına gəlir. Ondan: “Kimsən? Problemin nədir? Nə istəyirsən?”- soruşur. Gəncin cavabı isə yalnız bir olur: “Allah”. Padşah gəncin dilindən başqa söz çıxmadığını görüb geri qayıdır.
Səhərisi gün dərviş gəncin yanına gəlir və deyir ki, padşah öz qızını ona verməyə razı olanadək, o, padşahdan başqa bir şey istəməsin.
Bir gün yenə padşah oğlanın yanına gəlir və deyir: “Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?” Gənc oğlan isə bu təklifi rədd edir və deyir: “Qızınızla evlənmək istəmirəm. Mən başqa bir niyyətlə “Allah” dedim. Allah isə padşahı mənim kimi kasıb bir gəncin ayağına gətirdi. Mən sırf Allah rizası üçün “Allah” desəydim, kim bilir nələr olardı? Bundan sonra mən Ondan başqasını tanımıram, Ondan başqasını istəmirəm”.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#5 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 13 февраля 2010 - 13:57

Çox çirkin səs..

Mövlana Həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:
- Allah (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?
Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər.
Mövlana:
- Hər heyvanın özünəməxsus zikri, təsbihi var. Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir. İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var. Halbuki, biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acıyanda və cinsi yaxınlıq istədikdə. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha (c.c.) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah (c.c.) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#6 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 15 февраля 2010 - 21:18

Lağ Eləməyin Cəzası

Gavs-ül-Memduh həzrətləri, bir gün dərgahın qarşısında oturarkən Abdürrahim Əfəndini hüzur şəriflərinə çağırdı. Şama gedib getmədiyini soruşdu.
"Getmədim əfəndim" deyincə;
"Bu tərəfə bax baxaq nə görəcəksən?" buyurdu.
İşarə etdiyi istiqamətə baxdığında, yamyaşıl bağçalarıyla, Şamın qarşısında dayandığını heyrətlə gördü. Şamı maraqla seyr etdiyini görən Gavs-ül-Memduh;
"Abdürrahim! Boşu kəndi buradan uzaqdadırmı görülə bilərmi?" buyurunca, yuxudan oyanar kimi Şam gözlərindən silindi və müəlliminə;
"O kənd bura uzaqdır, görünməz əfəndim." deyə cavab verdi.
Bunun üzərinə;
"Şərq tərəfinə bax!" buyurdu.
O anda kiçik bir təpənin yamacında qurulmuş olan Boşu kəndi gözünün önünə gəldi. O anda kəndin bir kənarında, Gavs-ül-Memduhun tələbələrindən bir neçə dənəsi oturmuş söhbət edirdilər. Kənd gözətçisi də yanlarında kürək üstü uzanmış yatır, tələbələrlə lağ edirdi.
Gavs-ül-Memduh;
"Abdürrahim! Gözətçinin yoldaşlarınla lağ etdiyini görürsənmü?" deyə soruşdu.
"Görürəm əfəndim. Əgər icazə buyursanız dərhal haqqından gəlim." deyə soruşdu.
Müəlliminin heç cavab verməməsindən cəsarətlənərək ayağını sürətlə gözətçiyə doğru yellədi. Allahu təalanın icazəsiylə, ayağı gözətçinin tam qarınına isabət etmiş ki, birdən qarınını tutmağa və fəryad etməyə başladı. Bir daha vuracaqdı, lakin Gavs-ül-Memduh;
"Yetər ya Abdürrahim!" buyurunca, dayandı.
Boşu kəndi də gözündən itdi. Müəlliminin bu kəramətlərinə heyran qalmışdı.
Aradan on gün keçmiş idi. Boşu kəndinin gözətçisi,üzü sarılı bir halda Gavs-ül-Memduhun hüzurna çıxarıldı. Ağızı sol qulağına qədər əyilmişdi. Əyilən tərəf kırış kırış olmuş, digər tərəfi də baraban pərdəsi qədər gərginləşmişdi. Bu səbəblə nə ağladığı nə güldüyü, nə də danışdığı aydın olurdu. Çətin danışa bilən gözətçi;
"Aman ya Müəllimim! Allahu təalanı zikr edən tələbələrinlə lağ edərkən, biri şiddətlə qarınıma vurdu. O anda bütün bədənim hərəkətsiz qaldı. Ağızım da bu hala gəldi. Bundan belə səhvmi anladım və tövbə etdim. Nə olar məni bağışlayın və ağızımın köhnə hala gəlməsi üçün dua edin." deyərək ağladı.
Gavs-ül-Memduh onun bu vəziyyətinə çox kədərləndi. Mərhəmət edib əllərini qaldıraraq dua etməyə başladı. Sonra mübarək əlini gözətçinin üzünə sürdü. O anda gözətçinin ağızı, Allahu təalanın icazəsiylə köhnə halına gəldi

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#7 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 15 февраля 2010 - 21:20

Maraqli dini hekaye

Bir adam hemiseki kimi sacini-uzunu qaydaya salaq ucun berebere gedir. Onunla mesgul olan bereberle maraqli sohbete bashlayir. Muxtelif movzular barede danishdiqdan sonra Sohbet dine gelir.
Berber: Bilirsen men senin dediyin kimi Allahin varligina inanmiram.
Adam: Bes ne ucun bele dusunursen?
Berber: Bunu açıklamaqlamaq cox cetindir. Bunu gormek ucun kuceye cixmalisan. Xaish edirem mene deye bilersen eger Allah varsa bu qeder problemli, xeste insanlar, terk edilmish usaqlar olardi?
Allah olsaydi hec kim ezab cekmezdi ve biri-birilerini incitmezdi. Allah olsaydi bunlara icaze vermezdi.
Adam bir an dyrdy ve fikirlesdi, amma mubahise etmemek ucun cavab vermedi. Berber isini bitirdikden sonra adam kuceye cixdi. Ele o anda uzun sacli ve saqqallari biri-birine qarishmish baximsiz bir adam gordu. Adam eger bu qeder baximsiz gorunurse demek uzun muddetdir berbere muraciet etmeyib. Adam derhal berberin yanina qayitdi.
Adam: Bilirsen? mence bereber eslinde yoxdur.
Berber: Bu nece ola biler men burdayam ve gorduyun kimi de bereberem.
Adam: Xeyr deyilsen. Cunki olsaydin kucede uzun saqqali baximsiz insanlar olmazdi.
Berber: Hımm... berber var amma insanlar menim yanima gelmirse, men ne ede bilerem?
Adam: Cox duzdur! Esas da ele budur! Allah var ve insanlar ona inanim inam gosterib onun rehminden faydalamaq istemirlerse bu o insanlarin problemidir.
Bax dunyada bu qeder keder ve pisliklerin olmaginin sebebi budur!
Insanlar Allah inanib yaxsi dunyaya faydali insan olmaga calishsalar ve sehv etmekden cekinseler dunyada pislik qalmaz...Emellerine gore de heyatdan arzuladiqlarini ala bilirsen.
İşte dünyada bu kadar çok acı ve kederin olmasının nedeni..


"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#8 Farisi

Farisi

    Arif – Corporal

  • Murid
  • 55 сообщений

Отправлено 18 февраля 2010 - 23:03

Allah razı olsun qardaşım

مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ


#9 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 19 февраля 2010 - 00:36

Allah razı olsun qardaşım

Cümləmizdən, inşaAllah. Bəyəndiyinizə sevindim :)
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#10 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 19 февраля 2010 - 00:48

Duaların qəbul olmamasının 10 səbəbi

Bir zamanlar Basra vilayətinin xalqı ibrahim Edhem həzrətlərinə müraciət edərək dualarını qəbul olmadığından şikayət etmişlər.
Halbuki Cənabı Haqq duaların qəbul olunacağına dair vədi vardır, deyincə Ibrahim Edhem həzrətləri cavab olaraq buyurmuşdur:
-Sizin on şeydən ətrafı ürəkləriniz ölmüşdür. Təbiətiylə dualarınız qəbul olunmaz.
Birincisi: Siz Allahı bilirik deyirsiniz də onun haqqlarını heç əda etmirsiniz.
İkincisi: Sizlər Quran oxuyursunuz və lakin Quran ilə əməl etmirsiniz.
Üçüncüsü: Sizlər, biz Rəsulullahı sevirik, deyərsiniz də sünnəs(n)i rəsulullah ilə heç əməl etməzsiniz.
Dördüncüsü: şeytan düşmanımızdır. Bunu bildiyiniz halda ona uyğun gəlməkdən imtina etmirsiniz.
Beşincisi: Cənnəti sevirik deyərsiniz də, cənnətə girməyə layiq olmağa işləməyirsiniz.
Altınçısı: Siz Cəhənnəmdən qoruyuruq deyirsiniz, lakin onun atəşindən heç də qaçtığınız yoxdur.
Yeddincisi: Hamınız Ölüm haqqdır deyib də ölüm üçün heç bir hazırlıq Etməmisiniz.
Səkkizincisi: Insanın eyibləriylə məşğul olursunuz da, öz eyiblərinizi tərk edib onları aradan qaldırmağa çalışmazsınız.
Doqquzuncusu: Allahın nemətlərini yeyərsiniz, lakin o nemətlərə qarşılıq Allaha şükür etməzsiniz.
Onuncusu: Ölülərinizi dəfn edirsiniz də, heç ibrət götürmürsünüz
.

Сообщение отредактировал Hasan_AGA: 19 февраля 2010 - 00:49

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#11 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 22 февраля 2010 - 01:05

Oxu cixartdinmi ?

Həzrəti Əlinin(r.a)ayağına döyüş zamanı bir ox batmışdı.Ox sümüyə girdiyi üçün onu heç cür çıxarda bilmirdilər.Gətirilən həkim yaranın dərinliyini görüncə deyir:
-Ancaq sizi bihuş edərək bu oxu çıxara bilərik.Yoxsa ağrısına dözə bilməzsiniz.
Həzrəti Əli(r.a)belə cavab verir:
-Bihuşedici dərmana ehtiyac yoxdur.Bir az gözləyin,namaz vaxtı gəlsin.Mən namaz qılmağa başlayanda oxu çıxardarsınız.
Bir az göxlədikdən sonra namaz vaxtı girir.Həzrəti Əli(r.a) dəstəmaz alıb ALLAH-a böyük bir sevgi və ehtiramla namaz qılmağa başlayır.Uca Rəbbi ilə ünsiyyətdə olmağın verdiyi həzz sanki onu bihuş etmişdi.Bu arada həkim oxu çıxartmışdı,yaranı sarımışdı.Həzrəti Əli(r.a) namazı bitirən kimi həkimdən soruşur:
- Oxu çıxartdınmı?...
Demək,ALLAH sevgisi ilə coşub-daşan bu iman örnəyi,bu nurlu köks sümüyə dirənmiş oxun çıxarılmasını hiss etməmişdi...


"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#12 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 28 февраля 2010 - 02:20

Offtop da olsa,bir xahişim var, eşitdiyimə gorə fionun yoldaşi ASİYƏ cənnət sakini qərar verilmişdir,və birinci səhid qadındır! Bu haqda kimdə informasiya var? Yaxud link.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#13 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 февраля 2010 - 11:54

Düzdür Komandir elədir, peyğəmbərimizdən (s) gələn hədisə görə 4 cənnət qadınlarından 1i də ASİYƏdir.
Komandir, "Peyğəmbərlərin həyatı" kitabında "Keçid" bölməsində "Hz Musanın əhvalatı"nı oxumağı məsləhət bilirəm. "Fironun sarayı" hissəsindən sonranı...

#14 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 01 марта 2010 - 18:44

Düzdür Komandir elədir, peyğəmbərimizdən (s) gələn hədisə görə 4 cənnət qadınlarından 1i də ASİYƏdir.
Komandir, "Peyğəmbərlərin həyatı" kitabında "Keçid" bölməsində "Hz Musanın əhvalatı"nı oxumağı məsləhət bilirəm. "Fironun sarayı" hissəsindən sonranı...


Asiyə xanım Cənnətdə Hz.Peyğəmbərin(s) zövcəsi olacaqdır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#15 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 01 марта 2010 - 23:46

Üç göyərçin hekayəsi.

Tanrı bir gün Peyğəmbərə bir sandıq hədiyyə edir və deyir ki:
- Bu sandığı sənə əmanət edirəm amma, nəbadə ki, içini açıb baxasan...
Yaxşı deyir Peyğəmbər. Üstündən xeyli zaman keçir və peyğəmbər bir marağa düşür görəsən sandıqda nə var? İçi-içini yeyir. Sonunda dayana bilmir və sandığı bir az aralayıb içine baxır, amma sandığı açan kimi içindən bir sarı göyərçin və bir mavi göyərçin uçur. Peyğəmbər son hücumla sandığı bağlayır və içində tək bir ağ göyərçin qalır.
Və Tanrı yanına gəlir, Peyğəmbər etdiyi günahın fərqindədir, xəcalətlidir.
Tanrı deyir:
Uçurtduğun o sarı göyərçin insan üçün sonsuza qədər qalıcılıq idi yəni "ÖLÜMSÜZLÜK"dü.
Uçurtduğun o mavi göyərçin sonsuza qədər xoşbəxtlik yəni "BARIŞ" idi.
Yaxşı deyir Peyğəmbər içində qalan ağ göyərçin nədir? Tanrı cavab verir.
- O da sonsuza qədər "ÜMİD"dir.


"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#16 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 02 марта 2010 - 21:50

Dərdsiz dua soyuqdur.

Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: “Ey Allahı çox anan insan! Bütün gecə “Allah” deyib çağırırsan. Heç sənə: “Buyur” deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: “Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?”
O: “Buyur” deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram”, -deyir
Səs: “Sənin “Allah” deməyin, Onun “Buyur” deməsidir. Sənin yalvarışın Allahın sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər “Ya Rəbbim!” deyişinin altında Allahın “Buyur” deməsi var.
Qafilin, cahilin canı, ruhu bu duadan uzaqdır. Çünki ona “Ya Rəbbim!” deməyə icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulub. Müşkülə düşəndə ağlayıb sızlamasın deyə Allah ona dərd, ağrı, qəm, kədər verməyib.
Bunu başa düş ki, Allaha dua etməyə, Onu çağırmağa səbəb olan dərd dünya səltənətindən daha yaxşıdır.
Dərdsiz dua soyuqdur...

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#17 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 марта 2010 - 22:42

Üç göyərçin hekayəsi.

Tanrı bir gün Peyğəmbərə bir sandıq hədiyyə edir və deyir ki:
- Bu sandığı sənə əmanət edirəm amma, nəbadə ki, içini açıb baxasan...
Yaxşı deyir Peyğəmbər. Üstündən xeyli zaman keçir və peyğəmbər bir marağa düşür görəsən sandıqda nə var? İçi-içini yeyir. Sonunda dayana bilmir və sandığı bir az aralayıb içine baxır, amma sandığı açan kimi içindən bir sarı göyərçin və bir mavi göyərçin uçur. Peyğəmbər son hücumla sandığı bağlayır və içində tək bir ağ göyərçin qalır.
Və Tanrı yanına gəlir, Peyğəmbər etdiyi günahın fərqindədir, xəcalətlidir.
Tanrı deyir:
Uçurtduğun o sarı göyərçin insan üçün sonsuza qədər qalıcılıq idi yəni "ÖLÜMSÜZLÜK"dü.
Uçurtduğun o mavi göyərçin sonsuza qədər xoşbəxtlik yəni "BARIŞ" idi.
Yaxşı deyir Peyğəmbər içində qalan ağ göyərçin nədir? Tanrı cavab verir.
- O da sonsuza qədər "ÜMİD"dir.

Bu məncə real olan şey deyil. Bu cümlə isə ümumiyyətlə:

Və Tanrı yanına gəlir

#18 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 02 марта 2010 - 23:12

Şeytan ilə odunçunun döyüşü

Odunçuluqla həyatını qazanan bir şəxs vardı. Allaha qarşı qulluq" vəzifəsini edər, kimsənin turşuna şirininə qarışmazdı. Bu zahit adamın oldugu kəndin yaxınında bir kənd daha vardı, onlar da dağda müqəddəs deyə qəbul etdikləri bir ağaca tapınarlar, ondan murad gözləyərdilər.
Odunçu, bir gün: «Bunların Allah deyə tapındıqları ağacı kəsib odun edim, bazarda sataraq çörək pulu qazanaram; həm də, bir qövmü Allaha üsyandan qurtarmış olaram» deyə düşünərək Allah rizası üçün ağacı kəsməyə qərar verdi.
Dağa doğru gedərkən qarşısına əcaib sifətli murdar bir adam çıxaraq hara getdiyini soruşdu. Odunçu:
- Xalqın Allah deyə tapınaraq Allaha üsyan etdikləri ağacı kəsməyə gedirəm, dedi. Adam, odunçuya:
- Mən şeytanım... O ağacı kəsməyinə icazə vermirəm, dəyincə zahit odunçu, şeytana çox hirsli idi.
Öldürmək üçün hücum edərək yerə yatırtdı və üzərinə oturub xəncərini boğazına söykədi.
Şeytan zahidə:
- Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər icazə vermişdir. Lakin gəl o ağacı kəsmə, səninlə razılaşaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən imtina et. Həm əl ağaca tapınırmış, günah işləyirmiş sənin neyinə gərək, qızılını al işinə bax, dedi.
Adam şeytanı buraxmışdı. Şeytan adama, axşam yatıb səhər yastığının altına baxmasını söylədi və razılaşaraq ayrıldılar.
Adam ağacı kəsməkdən imtina edib, evinə dönmüşdü.. Axşam yatıb səhər yastığının altına baxdığında, qızılı gördü. Məmnun olmuşdu, ikinci gün oldu. Lakin bu səfər şeytan qızılı qoymamışdı. Adam hirslenib baltasını götürdü dağa ağacı kəsməyə getdi. Lakin yolda yenə şeytanla qarşılaşdılar. Adam şeytana yaxşıca hirsli idi. Onu gorcek:
- Səni saxtakar səni, aldatdın deyilmi məni?., deyərək üzərinə hücum etdi.
Lakin əvvəlkinin tam tərsinə bu səfər şeytan adamı tutduğu kimi altına aldı. Adam çaşmışdı. Bu necə hal deyər kimi şeytanın yüzünə baxırdı. Şeytan:
- Teecublendin ? Nə üçün mənə məğlub olduğunun səbəbini deyim: Dünən sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni deyil mən, dünyadakı bütün şeytanlar bir araya gəlsək yenə məğlub ede bilməzdik. Lakin indi Allah rizası üçün deyil də, sənə qızılı vermədiyim üçün hirslendiyinden gedirsən, buna görə mənə məğlub oldun və sənə ağacı kəsməyinə icazə verməyəcəyəm, dedi.


Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#19 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 06 марта 2010 - 15:34

ZEHERLİ KULEK VE ALLAHİN HİKMETİ
Texminen 60 il evvel qis feslinde şiddetli zeherli kulek esdi ocurneki butun meyve agaclari zeherlendi , ve neticede hetda bir meyxe agaci qalmadi.Bir nefer oz heyetinde erik agaci ekmisdi ve onu cox sevirdi. O, kulek esmeye basladigi vaxt qalin bir parca ile agacin etrafini bukduku kulek ona zerer yetirmesin o il meyve veren yegane agac erik agaci oldu, ve bu meyve cox bahali oldugundan agacin sahibi ondan bir miqdarini dostlarina ve yaxinlarina hediyye etdi. O, il bu meyveden yeyen her bir sexs "VEBA" xesteliyi tutdu ve oldu. Amma meyve nesib olmayan caamatin canlari salamat qaldi . Melum olduki, ALLAH ZEHERLİ KULEK ile "Veba" xesteliyine mubtala olmagin xeterini aradan qaldirdi ve kicik bele ile daha boyuk belanin qarsisini aldi.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#20 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 07 марта 2010 - 01:25

Gəncin duası

Bir gənc Kəbədə həmişə belə dua edirdi: «Ey doğru olanların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!». Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: «Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?». «7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: «Bu qızıllara sənin çox ehtiyacın var» deyirdi. Sonra düşündüm ki: «Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır». Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl hədiyyə etdi. Ürəyimdə Allaha dua edə-edə bazara yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla satılırdı. O gənci alıb evimə gətirdim. Çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi. Bir gün gənc dedi: «Mən Fas əmirinin oğluyam. Atamın adamları məni sizdən almağa gələcəklər. Siz çox yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla satarsınız». Həqiqətən də, bir neçə gün sonra əmirin adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın cehizlərini gətirərkən əşyaların içində bir torba gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi: «Bu torbanın içində 970 qızıl var. Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu tapan gənc haramdan çəkinərək torbanı atama qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq mənə verdi». Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək: «Deməli, tapdığım bu qızıllar mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal yolla vermək istəmişdi». O vaxtdan hər zaman Allaha həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı edirəm».

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#21 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 марта 2010 - 23:23

YASEMEN, Ehli beyt ashigi, hekayələrinizə görə təşəkkür! ;)

Сообщение отредактировал Hasan_AGA: 11 марта 2010 - 23:24

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#22 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 11 марта 2010 - 23:26

Allahin hekayesi

Qədim zamanlarda bir balıqçı öz ailəsi ilə dəniz sahilində yaşayırdı. Günlərin bir günü balıqçı dostları ilə həmişəki kimi dənizə balıq ovuna çıxır. Bir neçə gün keçir, onlar açıq dənizdə azırlar. Günlər keçir, balıqçıların yemək ehtiyatı qurtarır, ac-susuz, taqətsiz nə edəcəklərini bilmirlər. Hansı yönə istiqamət alırdılarsa, yenə də sahilə yol tapa bilmirdilər. Nəhayət, balıqçılar son ümidlərini də itirib yalnız ölümlərini gözləyirdilər.
Elə bu vaxt balıqçının ailəsinə bədbəxtlik üz verir. Dəniz sahilindəki evlərində gözlənilmədən yanğın baş verir. Balıqçının biçarə arvadı uşaqlarını da sinəsinə sıxıb haray salır. Heç kim onu sakitləşdirə bilmir. Qadın qışqıra-qışqıra bu sözləri təkrar edir:
«Ay Allah! Axı mən ailəmin, evimin-eşiyimin salamat olmasını hər gün Səndən istəyirdim, dua edirdim! Mən artıq necə Sənə ümid, arxayın ola bilərəm!».
Qadın tamamilə ruhdan düşüb Allahından inciyir, artıq dua etməməyi qərara alır. Bu vaxt möcüzə baş verir! Balıqçının evi yananda yanğının alovu çox yüksəkliklərə ucalır. Gəmidəki balıqçılar alovu görüb yanğın olan tərəfə üzürlər. Bir azdan onlar doğma sahillərinə yetişirlər. Balıqçılar doğmaları ilə qucaqlaşıb, sevincdən nə edəcəklərini bilmirdilər. Ölümlə üz-üzə gəldiyi halda bu yanğın onların həyatlarını xilas etdi! Bircə balıqçı öz ailəsini qəm içində görür. Arvadı hər şeyi ona danışır. Balıqçı gülümsəyərək qadına deyir:
«Ay arvad! Allaha şükür et! Mənim sənin yanına sağ-salamat gəlməyimin səbəbi evimizin yanması oldu! Biz bundan da yaxşı ev tikə bilərik, ancaq məni heç kim dirildə bilməz! Allahım! Sənə şükürlər olsun! Nəyin xeyrimizə, nəyin ziyanımıza olmasını yalnız Sən bilirsən!..».
Qadın ərini qucaqlayıb Allah qarşısında tövbə etdi və əvvəlkindən də çox Allaha şükür və dua etməyə başladı…

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#23 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 12 марта 2010 - 15:12

Cənnətdə qurulan “Şükür köşkü”

Ailədə gözəl tərbiyə almış Məmməd əxlaqlı, dürüst, dindar bir gənc idi. Ən çox sevdiyi insan ata nənəsi idi. Ondan xeyli dini məlumatlar almışdı. Ən çox da nənəsindən aldığı şükür tövsiyəsi onu çox həyəcanlandırmışdı. Nənəsi ona tez-tez: “Övladım, biz çox zəif insanlarıq, ehtiyacımız da çoxdur, Rəbbimizin lütfü isə çox genişdir. Bizə saysız nemətlər vermişdir. Ona nə qədər şükür etsək də, yenə azdır. Ona görə də ömrün boyu, son nəfəsinə qədər şükür içində yaşa. Allahın lütfü də, qəzəbi də xoşdur. Ondan nə gəlirsə-gəlsin, hər zaman şükür et”, - deyirdi. Məmməd də bu sözləri qulağında sırğa etmişdi, həmişə Rəbbinə şükür edirdi. Artıq Məmmədin evlənmək vaxtı çatmışdı, valideynlərinin tövsiyəsi ilə halal süd əmmiş, özü kimi dindar bir qızla evləndi. Ona görə də Rəbbinə çox şükür etdi. İki rükət şükür namazı da qıldı. Məmməd xanımı ilə xoşbəxt bir həyat yaşayırdı, bir-birinə qarşı çox səmimi idilər. Bu xoşbəxtliyi dəfələrlə artıra biləcək bir müjdə lazım idi, o da çox gecikmədi, Məmməd ata olacaqdı. O qədər çox sevindi ki, dərhal dəstəmaz aldı, şükür səcdəsi etdi və Rəbbinə belə bir dua etdi: “Allahım, heç layiq olmadığım halda mənə çox lütf edirsən. Sənə kainatdakı zərrələrin sayı qədər həmd-səna olsun. Dünyaya gələcək yavrumuzu tərbiyəli, Sənin rizandan bir an da olsun, ayrılmayan bir övlad elə”.
Doqquz ay sonra Məmmədin bir oğlu dünyaya gəldi. Xanımı ilə məsləhətləşərək adını Abdullah qoydu. Abdullah doğulduqdan sonra bu evdə hər şey dəyişmişdi, hər şey gözəlləşmişdi. Valideynlər həyatlarını Abdullaha görə qurmuşdular. Onunla oturub, onunla dururdular. Üç il sonra artıq Abdullah danışa bilirdi, evdə müxtəlif dəcəlliklər edir, şirin dili ilə ata-anasını güldürürdü. Atası namaz qılarkən o da gəlib yanında dayanıb, onunla bərabər namaz qılırdı, axşamlar Məmməd evdə ucadan kitab oxuyar, Abdalluhla anası da ona qulaq asardılar. Məmməd və ailəsi, beləcə, xoşbəxt bir həyat sürərkən bir gecə gözlənilmədən Abdullahın temperaturu qalxdı. Anası ana qayğıkeşliyi ilə bir qədər də təşvişə düşdü. Məmməd: “Bir şey olmaz, əvvəllər də belə şeylər olmuşdu. Bir az parça və su gətir, temperaturunu düşürək”, - dedi. Bütün gecə, beləcə, çalışdılar, amma Abdullahın temperaturunu salmaq mümkün olmadı, gözlərinin altı da qaralmışdı. Məmməd həkim çağırmaq üçün evdən çıxdı, həkim isə qəsəbədə yaşayırdı. Qəsəbə ilə kənd arasında 3 saatlıq yol var idi. 6 saat sonra Məmməd həkimlə birlikdə evə qayıtdı. Həkim Abdullahı müayinə etdi, uşağın vəziyyəti yaxşı deyildi. Anası həkimin üzündəki ifadədən oğlunun vəziyyətinin ciddi olduğunu anlamışdı. “Doktor bəy, nə olar, söyləyin ki, oğlum sağalacaq”, - dedi. Həkim cavab vermədən Məmmədi də çağırıb otaqdan çıxdı. Artıq gec olduğunu, uşağın bir neçə saatlıq ömrü qaldığını atasına dedi. Məmməd də otağa qayıtdı. Xanımının ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Məmməd uşağının yatağının başında diz çökərək, onun saçlarını oxşayırdı. Çox kövrəlmişdi, artıq göz yaşlarını da saxlaya bilmirdi. Bir yandan ağlayır, bir yandan da belə deyirdi: “Canım oğlum, inşallah, cənnətdə görüşəcəyik, səndən doymadım, amma olsun, səni bizə bir hədiyyə olaraq Rəbbimiz vermişdi, verən də O, alan da O. Onun əmrinə qarşı çıxa bilmərik, Ona minlərcə şükür olsun”. Artıq Abdullah son nəfəsini vermişdi. Bu arada Cənabi-Haqq ilə ölüm mələyi Əzrayıl arasında belə bir söhbət oldu:
- Bəndənin ciyərparasını əlindən aldınız, o, bu vəziyyəti necə qarşıladı, nə söylədi?
- Yarəbb, səbir etdi, Sənə şükürlər etdi.
- Bu bəndən üçün cənnətdə bir köşk qurun, adını da “Şükür köşkü” qoyun.
Bəli, hər bir vəziyyətdə Allaha şükür etmək və səbirli olmaq sonda cənnəti qazanmağa səbəb olur. Başımıza bir bəla gəldiyi zaman bir anlıq əsəblə Allaha qarşı üsyan etmək doğru deyildir. Bu əsəblə insanın özünü rahatlaşdırmağa çalışması özünü aldanışdır. Bu cür üsyanla rahatlığa qovuşmaq mümkün olmadığı kimi, cənnəti itirmək təhlükəsi də vardır.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#24 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 17 марта 2010 - 19:18

YASEMEN, Ehli beyt ashigi, hekayələrinizə görə təşəkkür! :gizildish:

COX SAGOLUN.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#25 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 17 марта 2010 - 20:22

BƏLA ALLAHİ YADDA SALİR
Rza xanin evvel bir dinsiz veziri var idi ki, ozu kimi megrur idi. O, demisdirki ; " Men Allahin yoxluguna 100 delil getirerem " . O , o qeder heyasiz idiki oz yaradilisini unutmusdur. O unutmusdurki 100 il once yox idi, 100 il sorada olmayacaq bununcunde bu omrun bir nece gunu onu megrur etmemelidir . Bir muddetden sora o, kullu miqdarda ruşvet alib bugdani məmləkətden xaric etdi ve hemcini bir sira basqa sef islerde gordu. Axirda onun rusvayciligi ele bir hedde catdiki, mall dovletini elinden alarag onu zindana atdilar. Bu vezrin Allahin yoxluguna dair 100 delil getireceyini esiden alimlerden biri Vezrin bu hadisesini esidib onu " Qİzil Qala" zindaninda
gormey ucun getdi. Alim neqil edirdiki : Gozum zindanda o bicareye satasdi.Gordum ki, cox sinmisdir halini sorusub dedim: Əvvel zamanlarda sen deyirdin ki, Allahin yoxlugunu subut etmek ucun 100 delil getire bilersen.İndi o delilerden bir necesini menimcun tekrar et. Vezir bir qeder fikre getdi sonra ise dedi: " Bir delil varki tamam o, 100 delili batil etdi .O delil men bedbextdin alin yazisidir ki, dunene kimi qudret ve iftixarin zirvesinde idim amma bugun ziletin ən asagi movqeyindeyem. İndi anlamisam ki, insani alt -ust eden ALLAH VAR."
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#26 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 26 марта 2010 - 00:30

YASEMEN, gözəl hekayəyə görə dərin təşəkkürümü bildirirəm, Allah sizdən və siz kimi bacılardan razı olsun, amin.
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#27 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 27 марта 2010 - 22:35

Allah məni bağışlayar.

Adamın biri Suayb peyğəmbərə:
- "Allah mənim bir çox günahımı və səhvmi gördügü halda məni lütf və kərəmiylə cəzalandırmır."
Allah-ü Təala Suayb´a söylə vəhy etdi:
- "O qulum, mən bu qədər günah etdim də, Allah məni kərəmiylə cəzalandırmır, deyir.
Ona söylə ki:
Ey dogru yolu birakarak, yanlısa yönelmis adam!
Sən tərsini söyləyirsən.
Allah səni elə sınayır və cəzalandırır ki,
sənin günahdan kararmis qapqara ürəyin və günahların təsiriylə zəncirlər içindəki bədənin
bunu fərqinə vara bilmir. Lakin yenə də Məndən ümidini kəsməsin. Mənə siginsin, Mənə dönsün."
Suayb əleyhissalam Allah´in özünə bildirdigi sözləri
"Allah məni cəzalandırmır"
deyən kimsəyə söyləyincə, o günahkar kimsə də gözəl təsir oyandı.
Suayb əleyhissalama soruşdu:
- "Eger məni cəzalandırırsa hanı əlaməti?"
Suayb peyğəmbər:
- "Ya Rəbbi! O adam bu sözə qarsı müdafiə etmədə var və Sənin verdigin cəzanı bilmək istəyir.
Cənab-i Haqq buyurdu:
- "Mən settarim, örtüçüyəm. Lakin isaret söyləyə bilərəm. Onu begenmedigimin isareti:
O itaət ettigini sanır, oruc tutur, namaz kiliyor lakin namazdan, zəkatdan və baska
ibadətlərin heç birindən zərrə qədər zövq almır.
Yüksək ibadətlərdə və əməllərdə var, lakin zərrə qədər xoşbəxtlik duy/eşitmir.
Itaatlerin məhsul verməsi üçün ürəkdə mənəvi bir zövq lazimdir."
* "Allah bağışlayar" deyib günahda israr edənlər ən böyük yanlis içindədirlər.
* Dəmir paslandigi kimi ürəklər də qararar.
Qul bir günah islediginde ürəkdə qara bir ləkə olusur. Tövbə etsə bu ləkə silinər.
Günahına davam edər və tövbə etməzsə nəhayət o qara nöqtələr ürəyi qapqara edər.
* Ibadetin ruhu, özü, ibadətdən zövq almaqdır.
Eger alinmiyor isə Allah´in begenmedigini anlayıb dərhal tövbə etməlidir.

"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"

#28 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 02 апреля 2010 - 16:42

YASEMEN, gözəl hekayəyə görə dərin təşəkkürümü bildirirəm, Allah sizdən və siz kimi bacılardan razı olsun, amin.

СOX SAĞOLUN CUMLEMİZDEN İNSALLAH.
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#29 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 02 апреля 2010 - 17:10

KAFİR TACİR.
30-40 İL əvvel Şirazda zahiren momin, ve muqeddes bir tacir yasiyirdi. O, mecid caamat namazinin əhli idi.Lakin soradan melum olduki,quru ve heqiqetden uzaq olmusdur.Dovranin qezasindan tacir muflus oldu ve evde oturdu. Heyat onu o qeder sixdiki yasayisini temin etmek ucun evin esyalarini satmaga mecbur oldu.Bir gun o,ozune hesab apardi.Əger bu yolla evin əsyalarini satmaga davam etse uc ilden sora evin əsyallari qurtaracaq ve onun daha pulu olmayacaq. Belelikle o, fikire gederek düsündü üc ilden sora gerek kücənin başina getsin əlini dilencilik ücun uzadsin. Bu fikir onun üçün o qeder əziyyet verici olduki,özünü öldürmek fikrinə düşdü belelikle bir miqdar zeher icib özunu oldurdu.O, tacir zahirde müqeddes olsada,İLAHİ qəza ve qedere nankor qaldi. VE sonunda dunyadan kafir getdi.
ALLAH QURANDA buyurur:" ALLAHİN rehmetinden meyus olmayin ". Bu ayeye əsasen alimler deyirlerki, gunahlarin ən boyuyu Allahin rehmetinden meyus olmaqdi. Her kes ki,Allahin rehmetinden meyus ve ümüdsüz olarsa dunyadan kafir geder.
  • sanu это нравится
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#30 Hasan_AGA

Hasan_AGA

    in the jail of Kaspersky

  • Murid
  • 1 336 сообщений

Отправлено 03 апреля 2010 - 16:57

YASEMEN bacı, hekayəyə görə təşəkkür. Allah razı olsun sizdən :rolleyes:
"Do not say what you do not understand, because most of the right is in what you deny.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru