Перейти к содержимому


Фотография

Nəhcül-Bəlağə, 6-cı məktub


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 22 января 2009 - 02:31

Bismillahir-Rəhmanir-Rəhim
Bə`ziləri özlərinin şura, bey`ət və səhabənin əməlinə iq­tida etmək barəsindəki nəzəriyyələrini doğrultmaq üçün Sey­yid Şərif Rəzinin "Nəhcül-bəlağə"də Imam Əli (əleyhis-salam)-dan nəql etdiyi bir hədisə istinad edir və onu dəlil gətirirlər. O həzrət belə buyurmuşdur:

«Əbu Bəkrə, Ömərə, Osmana bey`ət edənlər, onlara bey`ət etdikləri şərtlərlə mənə də bey`ət etdilər. Orada olanlardan birinin bir başqasını seçməsi, olmayanın bu bey`əti rədd etməsi mümkün deyil. Məşvərət ancaq mühacirlərlə ənsara aiddir. Onlar toplanaraq birisinə uyub, ona imam demişlərsə, bu, Allahın da razı olduğu bir şeydir. Onların tutduğu işə razı olmayıb, imamı qınamaq, yaxud bir bid`ətə uymaq surətiylə verdikləri hökmdən çıxanı öz insafına qoyarlar. Fəqət israr edərsə, inananların yoluna uymadığı üçün onunla savaşa girərlər və üz çevirdiyi şeyin günahını Allah onun boynuna yükləyər.»

«Nəhcül-Bəlağə»- 6-cı məktüb (I - 6)


Onlar deyirlər: "Imam bu məktubda bey`ət, şura və müha­cir­lə ənsarın icmasını əsas tutaraq Müaviyəyə dəlil gəti­rir. Buna əsasən, Imam qeyd etdiyi şeylərin əsasında ima­mə­tin təşkil olunmasını səhih bilir." Bu cür iradların cavabını mərhum Əllamə Seyyid Mürtəza Əskəri özünün "Məalimul-Mədrəsətəyn" adlı kitabının 1-ci cildində cavablandırmışdır.

Birincisi: Cavab budur ki, Seyyid Rəzi bə`zən Imam (əleyhis-salam)-ın mək­tubu­nun bəlağətin son həddində olan bir hissəsini qeyd edir, am­ma onun digər hissələrini qeyd etmir. O, həmin üslubdan bu mək­tubda da istifadə etmişdir. Bu məktubun hamısını Nəsr ibni Müzahim özünün "Siffeyn" adlı kitabında nəql etmiş­dir. Onun hamısını burada qeyd edirik:

Bismillahir-rəhmanir-rəhim.
Amma bə`d: Mənimlə Mədinədə bey`ət edilməsi Şamda olduğun halda, sə­ni də buna (mənə tabe olmağa) iltizamlı edir. Çünki mənimlə bey`ət edən­l­ər elə Əbu Bəkr, Ömər və Osmanla da bey`ət etmişdilər. Həmin qə­rar­la ki, onlara bey`ət etmişdilər. Belə isə, şahidin seçmə haqqı və qai­bin məzəmmət etmə haqqı yoxdur. Çünki yalnız belədir ki, şura – müha­cir və ənsarın haqqıdır. Əgər onlar bir nəfərə ittifaq etsələr və onu imam adlandırsalar, bu, Allahın bəyəndiyi bir işdir. Əgər bir kəs eyb axtarmaqla, yaxud üz çevirməklə onların cərgəsindən çıxsa, onu çıx­dığı şeyə yenidən qaytararlar. Əgər imtina edərsə, mö`minlərin yolun­dan başqasına tabe olduğuna görə onunla müharibə apararlar. Al­lah onu, özünün seçdiyi şeyə qovuşdurar və o, cəhənnəm əhli olar, ora ne­cə də pis yerdir! Həqiqətən, Təlhə və Zübeyr (əvvəlcə) mənimlə bey`ət et­di­lər, sonra bu bey`əti pozdular. Onların bey`ət pozmaları elə mənə qar­şı çıxmalarıdır. Mən də onun əsasında elə onlarla döyüş apardım, nəha­yət haqq və Allahın əmri zahir oldu, halbuki onların bu işdən xo­şu gəlmirdi. Belə isə, sən də müsəlmanların varid olduğu şeylərə varid ol. Çünki mənim yanımda işlərin ən sevimlisi sənin barəndə sağlamlıq və qurtuluşdur. Amma əgər özünü bəlalar qarşısında qoysan... əgər belə etsən səninlə müharibə aparacaq və Allahdan sənə qarşı kömək istə­yəcə­yəm. Sən Osmanın qatilləri barəsində uzun-uzadı söhbətlər etmi­sən, belə isə (əgər düz deyirsənsə, əvvəlcə) müsəlmanların varid olduq­la­rı şeyə varid ol, sonra onların şikayətini mənim yanıma gətir ki, sə­ni və onları Allahın Kitabının hökmünə vadar edəm. Amma sənin iz­lə­diyin məsələyə gəldikdə isə, bu, uşağın süd verilməklə aldadılmasına oxşayır! Öz canıma and olsun, əgər həva-həvəs gözü ilə deyil, əql gözü ilə nəzər etsən, Osmanın qanı barədə mənim Qüreyşin ən pak adamı olduğumu bilərsən. Bil ki, sən "tüləqa"dansan və azad edilmişlərdənsən. O kəslərdənsən ki, xilafət onlara rəva deyildir və şura onların ha­lına şamil olmaz. Indi Cərir ibni Əbdüllahı – mö`minlər və müha­cir­lərdən olan bu şəxsi sənə və sənin ətrafındakılara tərəf göndə­ri­rəm. Belə isə, bey`ət et! Allahın qüvvəsindən başqa heç bir hövl-qüv­və yoxdur."

Nəsr ibn Müzahim - «Siffeyn», seh. 29, Qahirə çapı, 1382

Bu məktubdan aydın olur ki, Imam Əli (əleyhis-salam) elə bir şeyə isti­nad edir ki, Müaviyə və onun kimiləri onu qəbul etmiş­di­lər və (ona əməl etməyə) iltizamlı idilər. Imam (əleyhis-salam) ona de­yir: "Mənimlə Mədinədə bey`ət edilməsi Şamda olduğun bir halda, səni də (mənə tabe olmağa) iltizamlı edir. Necə ki, ondan əvvəl də Şam­da olduğun vaxtlar Osmanın bey`ətinə iltizamlı idin. Həmçinin, mənim­lə edilən bey`ət Mədinədən xaricdə olan sənin kimiləri də ona ilti­zamlı edir. Necə ki, ömərlə Mədinədə edilən bey`ət başqa yerlərdə yaşa­yanları da buna iltizamlı etmişdi."
Beləliklə də, Əli (əleyhis-salam) Müaviyəni də buna iltizamlı edir (o dövrdə Müaviyə və onun kimilər xüləfa məktəbində ona iltizamlı olduğu kimi). Bu da əql sahibləri tərəfindən qəbul olunan bir işdir, çünki müxalif şəxslərlə, onların qəbul edib iltizamlı olduqları şeylə ehticac edirlər (dəlil-sübut gətirirlər).

Ikincisi: O həzrət buyurur ki, "əgər onlar (mühacir və ənsar) bir nəfərin barəsində ittifaqa gəlsələr və onu imam adlan­dırsalar, bu da Allahın razılığı və bəyəndiyidir." Bu cüm­lə bə`zi nüsxələrdə belə qeyd olunur: "Bu, razılıq və bəyə­nilən bir işdir." (Bax: «Nəhcül-bəlağə», Misrin «İstiqamət» çapı. Burada «ləfzi cəlalə» - yəni Allah kəlməsi mötərizədə yazılmışdır. Bu da onun bəzi nüsxələrdə olmadığını göstərir) Yə`ni onların – mühacir və ənsarın razı­lıqda olduğu şeydir. çünki onların öz ixtiyarı və seç­mə­si ilə olmuş, qılıncla, zor gücü ilə bu işə məcbur edil­mə­miş­lər. Hətta əgər imamın "bu, Allahın bəyəndiyi və razı oldu­ğu şeydir" – dediyini fərz etsək belə, cavabda deyirik ki, "Bəli! Əgər bu, bütün mühacir və ənsarın – heç biri istisna olma­dan – razılığı sayılarsa, bu halda Imam Əli, Peyğəm­bə­rin iki nəvəsi Həsən və Hüseyn də onların sırasında oldu­ğun­dan bu icma və ittifaq Allahın razı olduğu şeylərdən olacaq­dır."

Mən bilmirəm, necə olur ki, onlar Imam Əli (əleyhis-salam)-ın "Nəhcül-bəlağə"dəki bu sözünə istinad edirlər, amma Şərif Seyyid Rəzinin həmin "Nəhcül-bəlağə"də rəvayət etdiyi başqa sözünü nəzərə almır, onu unudurlar?! Belə ki, Seyyid Rəzi "Nəh­cül-bəlağə"nin "Hikəm" babında belə qeyd etmişdir: "Pey­ğəm­bərin vəfatından sonra Səqifə xəbərlərini həzrət Əli­yə çatdırdılar, o həzrət buyurdu: "Ənsar nə dedi?" "Dedi­lər ki, bir əmir bizdən olsun, bir əmir də sizdən" - deyə, cavab verdilər. Imam buyurdu: "Nə üçün onlara "Allahın Pey­ğəm­bəri vəsiyyət etmişdir ki, onların yaxşı adamlarına eh­san olunsun, pis adamlarından güzəştə gedilsin" - deyə də­lil gətirmədiniz?" Dedilər: "Bu sözdə onlara qarşı necə bir höccət ola bilər?" Imam buyurdu: "Əgər əmirlik onlara məx­sus olsay­dı, onların barəsində heç bir vəsiyyət etməzdi!" Son­ra buyur­du: "Bəs Qüreyş nə dedi?" Cavab verdilər: "Onlar özlə­rinin Peyğəmbər şəcərəsindən olmalarını dəlil gətir­dilər." Əli (əleyhis-salam) buyurdu:

اِحْتَجُّوا بِالشَّجَرَةِ وَاَضَاعُوا الثَّمَرَةَ

"Peyğəmbər şəcərəsinə istinad edib onun meyvəsini zay etdilər!"

Qeydlər:
İstifadə olunmuş mənbələr:
1. Sey­yid Şərif Rəzi - "Nəhcül-bəlağə"
2. Seyyid Mürtəza Əskəri - "Məalimul-Mədrəsətəyn" -1-ci cild / səh. 192-194)

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#2 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 22 января 2009 - 12:27

Əlavə edim

1.Hz.Əli(ə) burada ümumi bir qanundan söhbət etmir! Bəlkə öz düşməni (Müavıyə) ilə ihticac edir. Müaviyənin dili ilə danışır. Onun qəbul etdiyi əqidə ilə onunla danışır. Necə ki, mən səninlə söhbət edəndə sənin qəbul etdiyin kitablardan sənə dəlil gətirirəm. Bir halda ki, mən çox zaman həmin rəvayəti qəbul etmirəm. Sadəcə səni qəbul etdiyin əqidə ilə mən deyəni qəbul etməyə vadar edirəm. Hz.Əli burada demək istəyir ki, niyə mənə qarşı çıxırsan? Əbu Bəkrə, Ömərə və Osmanın beyətində olan şərtlər mənə beyətdə də oldu. Əgər onları qanunı xəlifə hesab edirsənsə onda gərək mənidə qəbul edəsən. Əgərə mühacır və ənsarın məşvərəti nəticəsində seçilən xəlifəni qəbul edirsənsə onda gərək mənidə qəbul edəsən. Çünki, mənə beyətdə də mühacir və ənsar məşvərət edib.
2.Bundan əlavə hələ həmin nəhcul-bəlağənin özündə bu kəlmələri təkzib edən sözlər var. Mən artıq onları bir neçəsini sənə yazmışdım.
3.Bu xütbə nəhcül bəlağədə tam deyil. Xütbənin tam forması başqa kitablarda qeyd edilib. Əgər onları oxusan mən deyənlərin həqiqət olduğuna şahid olarsan. Xütbənin tam formasında Lap əvvəldə belə bir cümlə var. فإنّ بيعتي بالمدينة لزمتك و أنت بالشام "Necə ki, Əbu Bəkr və Ömr xəlifə seçiləndə sən Şamda ola ola onlara təzim etdin. İndi gərək mənidə qəbul edəsən" Fikir versən görərsən ki, yuxarda qeyd etdiyim həqiqəti Hz.Əli (ə)söyləyir.
Bax:وقعة صفين- ابن مزاحم المنقري - ص 29 - با تحقيق عبدالسلام محمد هارون- چاپ مؤسسة العربيّة الحديثة و الامامة والسياسة - ابن قتيبة الدينوري - با تحقيق شيري - ج 1- ص 113 و با تحقيق زيني - ج 1 - ص 84 و المناقب - موفق الخوارزمي - متوفاى 568 - ص 202 - با تحقيق شيخ مالك محمودى - چاپ جامعه مدرسين قم و جواهر المطالب - ابن دمشقي شافعى - ج 1 - ص 367- با تحقيق شيخ محمودى - چاپ مجمع احياء الثقافة الاسلاميّة و تاريخ مدينة دمشق - ابن عساكر - ج 59 - ص 128 - با تحقيق على شيرى - چاپ دارالفكر و شرح نهج البلاغة - ابن أبي الحديد - ج 3 - ص 75 و ج 14- ص 35 و 43

Yenə deyi: وأما قولك أنّ بيعتي لم تصحّ لأنّ أهل الشام لم يدخلوا فيها كيف وإنّما هي بيعة واحدة ، تلزم الحاضر والغائب ، لا يثنى فيها النظر ، ولا يستانف فيها
"Sənin deməyin ki: Şam əhlinin beyət etmək istəməsi . Mənim xilafətimi sual altına alir. Əsassız və çirkin sözdür. Çünki, xəlifə ilə beyət mərkəzdə ancam tapır. Və orda olanlara olmayanlara buna riayət etmək lazımdr. Və heç kəsin haqqı yoxdur ki, özündən tezə bir (xəlifə) beyət ortaya ata."
Bax: شرح نهج البلاغة - ابن أبي الحديد - ج 14- ص 43 و بحار الأنوار – علامه مجلسي - ج 33 - ص82 و الغدير – علامۀ اميني - ج 10- ص 320 و نهج السعادة – محمودي - ج 4 - ص 263

4.Əgər Hz.Əli(ə) Əbu Bəkr və Ömərin xilafətini şəri bilirdisə onda niyə onlara beyət etmirdi?
Buxari yazır:
وعاشت بعد النبي صلى الله عليه وسلم، ستة أشهر فلما توفيت دفنها زوجها على ليلا ولم يوءذن بها أبا بكر وصلى عليها وكان لعلى من الناس وجه حياة فاطمة فلما توفيت استنكر على وجوه الناس فالتمس مصالحة أبى بكر ومبايعته ولم يكن يبايع تلك الأشهر

HAMSINI TƏCÜMƏ ETMİRƏM.Sadəcə yuxarda ki, rəvayətdə deyilir ki, Hz.Əli(ə) Əbu Bəkrə 6-ay(Xanım Fatimə vəfat edənə kimi) beyət etmədi.

«لبيــــــــك خــــــــامنئي »





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru