1-4. Əhməd b. Muhəmməd b. Xalid əl-Bərqi r.a-ın kitabları: Əhməd b. Muhəmməd b. Xalid əl-Bərqi r.a məşhur şiə hədisçilərindəndir və rical haqqında bir neçə kitab yazmışdır.
müəllif haqqında ümumi məlumat: bu şəxs imam Muhəmməd ət-Təqi və imam Əli ən-Nəqi a.s-ın səhabələrindəndir, Qum şəhərində yaşamış və müxtəlif mövzularda kitablar yazmışdır. Nəcaşi onun haqqında deyir:
أحمد بن محمد بن خالد
Əhməd b. Muhəmməd b. Xalid
بن عبد الرحمن بن محمد بن علي البرقي أبو جعفر أصله كوفي ـ وكان جده محمد بن علي حبسه يوسف بن عمر بعد قتل زيد عليهالسلام ، ثم قتله ، وكان خالد صغير السن ، فهرب مع أبيه عبد الرحمن إلى برق روذ ـ وكان ثقة في نفسه ، يروي عن الضعفاء واعتمد المراسيل.
ibni Əbdürrəhman b. Muhəmməd b. Əli əl-Bərqi, Əbu Cəfər, əslən Kufəlidir. Yusuf b. Ömər Zeyd a.s-ın öldürülməsindən sonra onun cəddi (böyük babası) Muhəmmədi həbs etmiş, sonra isə öldürmüşdü. o zamanlar Xalid az yaşlı idi və atası Əbdürrəhman ilə Bərqə sürgün edilmişdi. və (Əhməd b. Muhəmməd əl-Bərqi) öz-özlüyündə siqa (güvənilir)-dir. (ancaq) zəiflərdən rəvayət etmiş və mürsəllərə də etimad etmişdir.
Nəcaşi r.a, "Fihrist", səhifə 76, 182-ci ravi
Şeyx Tusi r.a da "Fihrist" kitabında onun haqqında eyni məlumatları vermişdir (bax: Şeyx Tusi r.a, "Fihrist", səhifə 62, 65-ci ravi). həmçinin Şeyx Tusi r.a "Rical" kitabında imam Muhəmməd ət-Təqi a.s-ın səhabələri bölməsində deyir:
أصحاب أبي جعفر محمد بن علي الثاني عليهما السلام
Əbu Cəfər Muhəmməd b. Əli əs-Sani (imam Muhəmməd ət-Təqi a.s)-ın səhabələri
أحمد بن محمد بن خالد.
Əhməd b. Muhəmməd b. Xalid
Şeyx Tusi r.a, "Rical", səhifə 371-372, 5521-ci ravi
həmçinin, Şeyx Tusi r.a "Rical" kitabında, imam Əli ən-Nəqi a.s-ın səhabələri bölməsində deyir:
أصحاب أبي الحسن الثالث علي بن محمد عليهما السلام
Əbul Həsən əs-Salis Əli b. Muhəmməd a.s-ın səhabələri
أحمد بن أبي عبد الله البرقي.
Əhməd b. Əbu Abdullah əl-Bərqi
Şeyx Tusi r.a, "Rical", səhifə 382-383, 5645-ci ravi
buraya qədər Nəcaşi və Tusinin verdiyi məlumatlar əsasında məlum oldu ki, Əhməd b. Muhəmməd b. Xalid əl-Bərqi r.a imam Muhəmməd ət-Təqi və imam Əli ən-Nəqi a.s-ın səhabələrindən olan, əslən Kufəli olub Bərqdə (Qumda) yaşamış güvənilir bir alim olub.
Əhməd b. Muhəmməd əl-Bərqi r.a-ın rical kitabları: bu alim rical mövzusunda 1 deyil bir neçə kitab yazmışdır. Nəcaşi onun yazdığı kitabları nəql edərkən deyir:
وصنف كتبا ، منها :
كتاب الطبقات
كتاب الرجال
(O) çoxlu kitablar yazmışdır, onlardan bəziləri: Təbaqat kitabı, Rical kitabı.
أخبرنا بجميع كتبه الحسين بن عبيدالله قال : حدثنا أحمد بن محمد أبو غالب الزراري ، قال : حدثنا مؤدبي علي بن الحسين السعد ابادي أبو الحسن القمي ، قال : حدثنا أحمد بن أبي عبد الله بها.
onun bütün kitablarını mənə Hüseyin b. Ubeydullah xəbər verdi, dedi: mənə Əbu Ğalib Zurari nəql etdi, dedi: mənə Əli b. Hüseyin Sadabadi nəql etdi, dedi: Əhməd b. Əbu Abdullah bu kitabları bizə nəql etdi.
Nəcaşi r.a, "Fihrist", səhifə 76, 182-ci ravi
həmçinin, Şeyx Tusi r.a da "Fihrist" kitabında Bərqi r.a-ın digər kitablarını və bu 2 rical kitabını da qeyd etmişdir (bax: Şeyx Tusi r.a, "Fihrist", səhifə 64, 65-ci ravi). bu 2 kitabdan "Təbaqat kitabı" adlı kitab sağ-salamat əlimizə çatmışdır. kitabda Rəsulullah s.a.a-dən başlayaraq məsumlar a.s-ın əshabı bir-bir qeyd edilmişdir. kitabı oxumaq üçün linkə baxa bilərsiniz: Bərqi r.a, "Təbəqat kitabı"
Сообщение отредактировал Elmeddin: 26 мая 2016 - 10:48