Buna iki cür cavab verilmişdir. Alimlərimizdən bəziləri bu hədisin əl-Buxarinin "əs-Səhih" əsərinin əslindən olmadığını deyirlər.
əl-İmam əl-Qurtubi "əl-Cami li Əhkəmil-Quran" kitabında (1/442) deyir:
"
Onun zikr etdiyi Amrın hekayəsinə gəldikdə, əl-Humeydi "Cəmus-Sahiheyn"də deyir: "Əbu Məsud əd-Diməşqi hekayət edir ki, Amr bin Huseynin "əs-Səhiheyn"də Huseynin ondan rəvayət etdiyi bir hekayəsi vardır; dedi: Cahillikdə bir meymun gördüm, meymunlar onun üzərinə toplaşıb onu daşladılar, mən də onlarla daşladım."
İbn Məsud bu şəkildə hekayət etmişdir, bunu əl-Buxarinin kitabın hansı hissəsində rəvayət etdiyini qeyd etmir. Biz bu hekayəni axtardıq və onu bəzi əlyazmalarda tapdıq, əlyazmaların hamısında mövcud deyildi. Bunu "Əyyəmul-Cəhiliyyə" kitabında zikr etmişdir.
ən-Nueymi'nin əl-Fərabri'dən rəvayətində əslən bu rəvayətdən heç bir əsər-əlamət yoxdur. Ola bilsin ki, bu, əl-Buxarinin kitabına daxil edilmişdir.
əl-Buxarinin "ət-Tarix əl-Kəbir"də rəvayət etdiyi şəkli isə belədir: Nueym bin Həmməd mənə Əbi Bəlc və Huseyndən, onlar da Amr bin Məymundən rəvayət edərək dedilər: "Cahillikdə bir meymun gördüm, üzərinə başqa meymunlar toplaşaraq onu daşa tutdular, mən də onlarla daşladım." Bu rəvayətdə "zina etmişdi" sözləri qeyd olunmamışdır.
Bu rəvayət səhih olarsa, bu onu göstərir ki, əl-Buxari bunu sadəcə ona görə kitabında rəvayət etmişdir ki, bu rəvayət Amr bin Məymunun cahillik zamanına yetişdiyinə dəlalət edir və onun cahillik zamanı etdiyi zənnə fikir verilməməlidir.
Əbu Ömər "əl-İstiyab" kitabında Amr bin Məymunu zikr etmiş, onun kunyəsinin Əbu Abdullah olduğunu qeyd etmişdir. "Kufənin tabiin nəslinin böyükləri arasında sayılır, cahillikdə meymunların daş-qalaq hadisəsini görən də o olmuşdur; əgər bu rəvayət səhihdirsə, çünki raviləri məchuldur. Həm də əl-Buxari bunu Nueymdən, o isə Huşeymdən, o da Amr bin Məymun əl-Avdi dən müxtəsər olaraq rəvayət etmişdir: dedi: "Cahillikdə bir meymun gördüm, üzərinə başqa meymunlar toplaşaraq onu daşa tutdular, mən də onlarla daşladım." Eynilə Abbad bin əl-Avvam bunu Huseyndən Huşeymin rəvayət etdiyi kimi müxtəsər şəkildə rəvayət etmişdir.
Hekayə isə tam şəklində Abdulməlik bin Muslim'in İsa bin Hittandan rəvayətinə əsaslanır və onların hər ikisi də dəlil sayılmaz.
Üstəlik bir camaat elm əhlinə görə mükəlləf olmayan birinə zina ismini aid etmək, heyvanlar arasında həddləri tətbiq etmək münkərdir."
İbnul-Əsir əl-Cəzəri "Usd əl-Ğabə" kitabında deyir:
"
Bu rəvayət "Səhih əl-Buxari"yə daxil olunmuş rəvayətlərdən biridir."
http://islamport.com...Web/266/867.htmŞeyx əl-Albani deyir:
"
Bu əsər münkərdir, çünki insan meymunların evləndiyini necə bilə bilər?! Və necə bilə bilər ki, irzlərini qorumaq onların əxlaqlarındandır və kim xəyanət edərsə onu öldürərlər?! Sonra təsəvvür et ki, bu hadisə həqiqətən də baş vermişdir, bəs o zaman Amr bin Meymun haradan bildi ki, o meymun zina etmişdir?!"
"Muxtəsər Sahih əl-Buxari", 2/535, Məktəbə əl-Məarif
Bu rəvayətin əl-Buxarinin "əs-Səhih" kitabının əslindən olmadığını deyənlər, bunun üçün dəlil olaraq həm də rəvayətin bab ilə uyğun olmadığını göstərirlər. Çünki babın adı "əl-qasəmə fil-cahiliyyə"dir, yəni cahillikdə qasəmə və "qasəmə" bir kəsi öldürmə davasında təkrar-təkrar and içməyə deyilir. Bu hədisin "cahillikdə "qasəmə" ilə əlaqə nədir? Məhz bu uyğunsuzluğa görə də bu rəvayətin Buxarinin kitabının əslindən olmadığını söyləyirlər. Bəzi əlyazmalarda bu rəvayət "cahillik günləri" başlığı altında keçməkdədir, ona görə də alimlərdən bəzilərinə görə bu rəvayət əl-Buxarinin tələbələri tərəfindən "əs-Səhih"ə daxil edilmişdir. İbnul-Cəvzi isə bu rəvayəti ümumiyyətlə "əl-Məvduat" kitabına daxil etmişdir.
Lakin o alimlər ki, bu rəvayətin sabit olduğunu deyirlər, onlar buna bir neçə cür cavab verirlər.
1. Onlar qeyd edirlər ki, bu bir rəvayətdir, hədis deyildir, səhabə sözü deyildir. Amr bin Meymun cahiliyyə zamanını görmüş bir tabiindir, çünki peyğəmbər - salləllahu aleyhi va səlləm - zamanında yaşamış, lakin onu görməmişdir.
2. əl-Buxari bunu kitabında onun üçün qeyd etmişdir ki, bununla tabii sayılan Amr bin Məymunun cahillik zamanına şahid olduğunu isbat etsin.
3. Bu rəvayətdə xüsusi bir şey yoxdur. Bu rəvayət meymunların evlənməsini, zina etmələrini və daş-qalaq etmələrini isbat etmir. Bu rəvayət sadəcə ondan xəbər verir ki, Amr bin Məymun cahillik zamanında meymunların bir meymunu daşladığını görüb və onların zinaya görə daşladığını zənn edib və bu, Amrın öz təxəyyülü, öz anlayışıdır.
İbn Quteybə - rahiməhullah - bu barədə deyir:
"
Dedilər ki, siz rəvayət edirsiz ki, meymunlar bir meymunu zinaya görə rəcm ediblər...
Biz bu istehzaya cavab olaraq deyirik: Meymunlar haqqındakı hədis peyğəmbərdən - salləllahu aleyhi va səlləm - rəvayət olunmamışdır. nə də ki, səhabədən gəlməyib, bu, sadəcə Amr bin Məymunun zikr etdiyi bir şeydir...ola bilsin ki, meymunların bir meymunu daşladığını görüb və elə zənn edib ki, onu zinaya görə rəcm ediblər və bunu heç kəs yəqinliklə bilə bilməz, yalnız zənn ilə təxmin edə bilər, çünki meymunlar özləri haqqında xəbər vermirlər, meymunların bir-biri ilə yatdığını görən onların zina edib etmədiyini bilməz, bu sadəcə bir zənndir...." "Təvil Muxtəlif əl-Hədis", səh: 255