Отправлено 11 января 2010 - 22:47
Burda bəzi məqamlara aydınlıq gətirmək istəyirəm! Allahın izni ilə.
Səfəvi-Osmanlı müharibəsinin ən başlıca səbəbi, Osmanlının şərqdə güclü və rəqabətli bir dövlətin olmasını istəməməsi idi. Hətta bu müharibəyə 2 türk dövlətinin müharibəsi deyirdilər. Çaldıran döyüşündə isə 7 minlik Səfəvi qoşununa qarşı, Osmanlılar 200 minlik qoşun çıxartmışdı. Özü də toplarla. İndi əsas məqamı qeyd edək. Bu döyüşdə Xətaiyə onlara yolda hücum etmək təklif olundu. Lakin Xətai: "Mən karvan basan quldur deyiləm" cavabını verdi. Əsl şiəyə yaraşan mərdlik! Hətta tarixçilər indi də deyirlər ki, əgər Xətai bu təklifi qəbul etsəydi, hadisələrin axarı başqa cür olardı. Amma Xətai Peyğəmbərə (s.a.a.s), Əliyə (ə), Həsənə (ə), Hüseynə (ə) xas olan mərdlik göstərdi.
Xətai Bakını ələ keçirəndə, ağsaqqallar və mollalar (özü də əhli sünnə) əllərində Quran aman istəyəndə, Xətai başqa məzhəblərin "gözəl nümayəndələri" kimi onları qılıncdan keçirmədi. Əksinə aman verdi.
İndi keçək digər tarixi hadisəyə. Osmanlı-ingilis-fransız qarşıdurmaları. Burda bir məqam qeyd edilməlidi ki, 18-ci əsrdə vəhhabilər ingilis maliyyəsi ilə güclənəndə və Suud tayfasından dəstək görəndə, Osmanlıya qarşı qiyam qaldırdı. Bir neçə yerə hücum edərək, dinc əhalini qılıncdan keçirtdilər. Osmanlı dövləti içdən parçalanmanın qarşısını almaq üçün, dərhal tədbirlər planı həyata keçirir və vəhhabilər ağır məğlubiyyətə uğradılır. Vəhhabiliyin kökü kəsilməyə az qalmış, o vaxt Osmanlıdan qat-qat güclü, həmçinin qüdrətli dövlətlər olan İngiltərə və Fransa ultimatumlar göndərir və Osmanlılar məcburi hərbi əməliyyatları dayandırırlar. Vəhhabiliyin kökünü kəsmək tam mümkün olmur. Bundan sonra 1-ci dünya müharibəsi (1914-1918-ci illər) illərində, əsas qoşunu Suriya, İraq və Qafqazda olan Osmanlının içdən vəhhabilər tərəfindən vurulmasının 2-ci dalğası başlayır. Belə ki, İlgiltərə kəşfiyyatının diversantı "Laurens" Ərəbistana gələrək, başı digər cəbhələrə qarışan Osmanlını vurmaq üçün qoşun yığır (İngiltərənin maliyyə dayaqları sayəsində). Artıq ağıla gəlməyən vəhhabilər Osmanlıya arxadan zərbə vurur. Tarixçilər bu zərbənin olduqca böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayırlar.
Nəticə isə belə olur: "Osmanlı dağılır, ərazisi müxtəlif dövlətlər tərəfindən işğal edilir, minlərlə insan tələf olur. Bundan sonra Atatürkün başçılığı altında torpaqlar azad edilir və Türkiyə Cumhuriyyəti qurulur. Şəriət hökmləri tamamilə ləğv olunur, ateizm tüğyan edir, dindarlar təhqirlərə uğrayır, Qurana ""Göydən endiyi zənn edilən kitab"" adı verilir, hicaba və hicablı qadınlara qadağalar qoyulur (bu günə kimi), bağlanan qadınları soyunan qadınlar əvəz edir və ............."
Hal-hazırda isə: Amerika-Ərəbistan münasibətləri genişləndirilir, Ərəbistan ərazisində Amerika hərbi bazaları yerləşdirilir, bu bazaların üçündən qalxan qırıcılar İraqı bombardman edir, məzhəbindən və milliyətindən asılı olmayaraq millət sözün həqiqi mənasında qırılır, İraq işğal olunur, "Əl-Qaidənin" "cihadının" qurbanlarının 85%-ni müsəlmanlar təşkil edir və ............
Xarici dövlətlərin istəyi baş tutur: "Şiə-sünnü bir-birini qəbul eləmir, məscidlərə bombalar qoyulur, dinc əhali məhv edilir, qardaş qanı tökülür, müsəlman müsəlmanı kafir adlandırır, İslamın düşmənəri qala-qala biri-birinə cihad elan eləyir və ............"