Kitab: Cəmiə Kəbirə ziyarətin şərhi.
Müəlif: Seyyid Abdullah Şubbar.


Umumən imamlara vəhj nazil olub? Necə? Nə şəkildə?
Отправлено 17 августа 2009 - 01:26
سبحانك اللهم وبحمدك، نشهد أن لا إله إلا أنت، نستغفرك ونتوب إليك
أبوعلي عبد الله الحنبلى العجاراي التركي
Отправлено 17 августа 2009 - 01:35
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
Отправлено 17 августа 2009 - 01:59
Vehy neye deyirsen?
Umumən imamlara vəhj nazil olub? Necə? Nə şəkildə?
Отправлено 17 августа 2009 - 02:12
"Vəhy" sözü işarə, yazmaq, yazılmış (kitab və ya məktub), peyğəmbərlik, ilham, gizli kəlam və başqasına yetirdiyin gizli söz ... mənalarına malikdir. "Vəhəy" sözü isə sürət və tələsmək mənasını daşıyır.
"Əl-Qamusul-muhit", Firuzabadi, 4/579
"Vəhyin" terminoloji mənası Allah-Təalanın adi yolla deyil, əksinə sirili və gizli yolla Öz bəndələrindən seçilmiş şəxslərə hidayət və elm barədə məlumat çatdırdırmasından ibarətdir.
"Mənahulul-irfan fi ulumil-Quran", Zərgani, 1/64
(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. (Nisa:163)
(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək. (21:25)
Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır! (10:109)
(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın! (8:12)
Biz Musanın anasına: “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik. (28:7)
Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər. (5:111)
Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). (16:68)
"Vəhy" Allah tərəfindən olunan ilhamın və peyğəmbərliyin nişanəsi, "məhbit" isə vəhyin çatacağı mənzilgaha deyilir."
"Məsumları "mənhəbitəl-vəhy adlandırmaq ona görədir ki, Peyğəmbərə nazil olan ilahi vəhy Əhli-Beytin mənzilində baş vermişdir."
"Cəmieyi-kəbirə ziyarətnaməsinin şərhi", Şübbər, səh. 59 (2006, "Latın dilli tərcümə")
"Məsum imamların "mənhəbitəl-vəhy" adlandırması, vəhyin nazil olmasından əlavə buna işarədir ki, din və şəriət hökmlərindən başqa, mələklər "Qədr gecələrində" və sair vaxtlarda qeyb xəbərlərini və digər məsələləri Əhli-Beytin hüzuruna çatdırırlar.
Bu məna, Allahın İslam dinini həzrət Rəsuli Əkrəm (s) üçün kamil edib sonra yetirməsi, o həzrətin dini bütün dəqiqlikləri ilə həzrət Əli (a)-a öyrətməsi və həzrət Əlinin də onu öz övladlarına təlim verməsi ilə heç də zid deyildir. Ona görə ki, əgər mələklərin imamlarla rabitəsi və onlara ilham etməsi şəriət və əhkam məsələləri ilə bağlı olarsa, bunu dini hökmlərin aydınlığı və təkidi kimi qəbul etmək lazımdır"
"Cəmieyi-kəbirə ziyarətnaməsinin şərhi", Şübbər, səh. 59
Hərs ibni Müğeyrə deyir ki, həzrət İmam Sadiq (a)-a ərz etdim: "Məni malik olduğunuz elmdən agah edin." Həzrət buyurdu: "Bizim elmimiz irsidir. Bu elm bizə Allahın Rəsulu (s) və həzrət Əli (a)-dan yetişibdir." Ərz etdim: "Biz eşitmişik ki, ilahi elm imamların qəlbində qərar verilir və qulaqlarında səslənir." Buyurdu: "Bu söz də düzgündür".
Üsüli-kafi", 1-ci cild, "Məsum imamların elmlərinin mənbəyi" fəsli, hədis - 2
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
Отправлено 17 августа 2009 - 03:26
Fussilət
30 Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!
31 Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.
Сообщение отредактировал Zerger: 17 августа 2009 - 03:29
Отправлено 21 августа 2009 - 04:20
Sual yaranır ki, son peyğəmbər dünyasını dəyişdikdən sonra mələklərlə rabitə birdəfəlik kəsildimi? Görəsən, Əli ibn Əbutalib, xanım Fatimə Cəbrəili görmüş, onu dinləmişmi? Rəvayətlərə əsasən bu sual müsbət cavablandırılır. Amma bu o demək deyil ki, həmin şəxslər peyğəmbər olmuşlar. Belə ki, mələklərin və ya Cəbrəilin gətirdiyi xəbər peyğəmbərə çatdırılan vəhy növündən olmaya da bilər. Ümumiyyətlə, vəhyi iki qismə bölmək olar: risalət vəhyi və qeyri-risalət vəhyi. Əgər vəhy peyğəmbərə ünvanlanmışsa, bu vəhy risalət vəhyidir. Peyğəmbərlərə qeyri-risalət vəhyi də gələ bilər. Bəzən bu qəbil vəhy ilham adlandırılır. Rəvayətlərdə uyğun məfhum “təhdis” təbiri ilə ifadə olunur. “Üsuli-kafi” kitabında “ənnəl-əimmətə muhəddəsunə mufəhhəmun” adlı bir bab var. Mərhum Kuleyni tərəfindən nəql olunmuş rəvayət təsdiqləyir ki, Əhli-beyt (ə) mələklərlə danışmışdır. Xanım Fatimənin (ə) ləqəblərindən biri də “Muhəddəsə”dir. “Muhəddəsə” dedikdə mələklə danışan xanım nəzərdə tutulur. “Muhəddəs” sözünün mənasını düzgün anlamayanlar elə düşünmüşlər ki, imamlar “muhəddəsdir”. Yəni imamlar da başqaları kimi hədis nəql etmək məqamına malik olmuşlar.
Quran nazil olan vaxt “vəhy” termininin müxtəlif anlamları yox idi. Məsələn, ilham sözü vəhy sözü kimi geniş işlədilmirdi. Vəhyin lüğət mənası iti və gizli xəbərdir. Belə bir təbir risalət vəhyi, ilham, hətta fitri yolla hidayət mənalarını əhatə edirdi. Məsələn, bal arısına vəhy dedikdə fitri bir hidayət, qəlb yolu ilə göstəriş mənası anlaşılır. Ayədə buyurulur ki, sənin Rəbbin bal arısına vəhy etdi...
Bəzi ayələrdə insana vəhydən danışılır. Məsələn, həzrət Zəkəriyya vəhy ünvanı kimi tanıtdırılır. Uyğun məqamda vəhy dedikdə işarələrlə anlatmaq nəzərdə tutulmuşdur. Ayədə bildirilir ki, o (Zəkəriyya) mehrabdan qövmünün arasına gəlib onlara gündüz və gecə dua oxumalarını işarə etdi.
Qurani-kərimdə iki ləyaqətli və saleh qadına, həzrət Məryəm və Musanın anasına vəhy nazil olduğu bildirilir. Şübhəsiz ki, nəzərdə tutulan risalət vəhyi deyil. Allahın yaxın mələyi həzrət Məryəmin yanına xüsusi bir tapşırıqla gəlmişdi. Həzrət Musanın anasına vəhy isə qeybi bir ilham sayılır.
Həzrət Məryəmin əhvalatında nəql olunur ki, o, Beytül-Müqəddəsin bir guşəsində ibadət və dua üçün yer seçmişdi. Həmin xəlvət yerdə raz-niyaza məşğul idi. Qəfildən bir şəxs təcəssüm etdi. Uyğun mövzudan danışan ayədə bildirilir ki, biz öz ruhumuzu onun yanına göndərdik və ruhumuz ona bəşər surətində göründü...
Təfsirçilər arasında həzrət Məryəmə görünən ruhla bağlı müxtəlif fikirlər var. Kimlərsə onun Cəbrəil, kimlərsə başqa bir mələk olduğunu bildirirlər. Hər halda xanım Məryəmin gözünə görünən qeybi bir varlıq olmuşdur. Bu varlıq insan surətində görünmüş, gətirdiyi xəbəri ona ilham etmişdir.
Musanın anasına vəhyin göndərilməsi ilə bağlı bildirilir ki, Firon kahinlərin yuxu yozumu əsasında Bəni-İsraildən olacaq bütün oğlan uşaqlarının öldürülməsi əmrini verdi. Onun göstərişi əsasında məmurlar yeni doğulan bütün uşaqları məhv edirdilər. Həmin vaxt həzrət Musa (ə) dünyaya göz açdı. Anası Musaya görə narahat idi. Allah-taala çıxış yolu göstərərək Musanın anasına vəhy etdi. Ona tapşırıq verildi ki, körpəni Nil çayına atsın və bu körpə ona qaytarılacaq.
Ayədə Musanın anasına onun övladının peyğəmbərliyi müjdə verilir. Demək, Musanın anası qeybi xəbər əsasında hərəkət etmişdir. Əks təqdirdə o öz övladının peyğəmbərliyindən xəbər tuta bilməzdi. Deyilənlərdən belə bir nəticə əldə olunur ki, Quran buyuruqlarına əsasən, ilahi vəhy təkcə peyğəmbərlərə aid deyil. Risalət vəhyindən əlavə vəhylər də var. Peyğəmbərlərə aid olan isə risalət vəhyidir. Amma məsum imamlara da vəhy olunmuşdur. Cəbrəil onlara görünmüş, onlarla danışmış, Allahın göstərişlərini çatdırmışdır. Onlara vəhy nazil olması peyğəmbərlik dəlili sayılmır. Cəbrəil təkcə peyğəmbərə yox, həzrət Məryəmə, məsum imamlara da görünmüşdür. Bəli, İslam peyğəmbəri dünyasını dəyişdikdən sonra risalət vəhyi tamamlanmışdır. Ayə və rəvayətlərdən məlum olan budur ki, peyğəmbər olmayan bəzi şəxslər də Cəbrəili görmüş, onunla danışmış, onu dinləmişlər. Nəql olunan rəvayətlərə əsasən, məsum imamların Cəbrəil və sair mələklərlə əlaqəsi olmuşdur. Onlar bəzən mələkləri görmüş, bəzən onların səsini eşitmişlər.
"İnsan həyatında təqlidin rolu", Misbah Yəzdi, səh. 14-16
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
Отправлено 21 августа 2009 - 17:47
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
Отправлено 21 августа 2009 - 17:55
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)Отправлено 21 августа 2009 - 18:03
İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
Отправлено 21 августа 2009 - 19:51
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
Отправлено 21 августа 2009 - 23:47
Vəhyin bir çox növü var. Bu barədə yuxarıda geniş izahat verilib. Əsasən Ustad Misbah Yəzdinin sözlərinə diqqət yetir.İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
Отправлено 26 августа 2009 - 02:39
Umumən imamlara vəhj nazil olub? Necə? Nə şəkildə?
Ola bilsin ki, o "belə və belə və yaxud bu cür və bu cür et"-deyə yuxuda səs eşitsin. Hər hansı bir məxluqa bənzəməyən bir surət görə bilər. Çünki Allah yaratdıqlarından heç birinə bənzəmir.............
Lakin peyğəmbərlər və saleh insanlardan bə`ziləri(Əfəndiyə qismət) Onu yuxuda yaratdıqlarından heç kəsə bənzəməyən, oxşamayan şəkildə görə bilərlər. Necə ki, bu Muaz radiyallahu anhu hədisində bildirilmişdir.
http://dinifetvalar....fetva.pl?id=148
Отправлено 26 августа 2009 - 16:49
Yaş fərqinə baxmayaraq Allahın Elçisinin (s.ə.s) Aişə (r.a) ilə evlənməsində hikmət
.........................................................................
Bu evliliyin üstün cəhətləri (fəzilətləri) arasında həqiqətlərdən biri budur ki, ondan başqa hər hansı bir zövcəsi ilə bir yataqda olarkən vəhy nazil olmamışdır. O, Peyğəmbərə (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) bütün insanlar içərisində ən sevimlisi, əziz olanı idi və onun günahsız olduğu xəbəri göyün yeddi qatının üstündən nazil olmuşdu.
http://dinifetvalar....etva.pl?id=1231
Отправлено 29 августа 2009 - 02:40
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
Отправлено 29 августа 2009 - 15:59
Ezizim sen burada ince bir meseleni unudursan dogrudur sen vehynin ne mena dasidigini yazdin ama bir ince mesele varki vehynin enis sekili,bildiyiniz kimi vehy uc yolla nazil olar indi men bu uc yolu sene gosterecem sen cavab yazki hansi yolla hz eliye vehy nazil olurdu..
Vəhyin bir çox növü var. Bu barədə yuxarıda geniş izahat verilib. Əsasən Ustad Misbah Yəzdinin sözlərinə diqqət yetir.İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.
Отправлено 29 августа 2009 - 16:15
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
Отправлено 29 сентября 2009 - 10:08
Отправлено 30 сентября 2009 - 20:48
0 пользователей, 1 гостей, 0 скрытых пользователей