Перейти к содержимому


Фотография

Əliyə vəhj nazil olub?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 17

#1 Abu Ali Efendi

Abu Ali Efendi

    Mulazzim – lieutenant

  • Murid
  • 367 сообщений

Отправлено 17 августа 2009 - 01:26


Kitab: Cəmiə Kəbirə ziyarətin şərhi.
Müəlif: Seyyid Abdullah Şubbar.

Изображение
Изображение

Umumən imamlara vəhj nazil olub? Necə? Nə şəkildə?


سبحانك اللهم وبحمدك، نشهد أن لا إله إلا أنت، نستغفرك ونتوب إليك
أبوعلي عبد الله الحنبلى العجاراي التركي


#2 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 17 августа 2009 - 01:35

Her halda Subhani guranda Allah buyurub biz ariya vehy etdik.
Burada goresen Allah ariya ne gonderib?
:dancep6:

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#3 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 17 августа 2009 - 01:59



Umumən imamlara vəhj nazil olub? Necə? Nə şəkildə?

Vehy neye deyirsen?
Baxiram yollara.....

#4 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 17 августа 2009 - 02:12

Salam Aleykum.
Bu сür iradlara bir-başa cavab verməli olacam.

Birinci məsələ. Vəhy nədir?

Firuzabadi yazımışdır:

"Vəhy" sözü işarə, yazmaq, yazılmış (kitab və ya məktub), peyğəmbərlik, ilham, gizli kəlam və başqasına yetirdiyin gizli söz ... mənalarına malikdir. "Vəhəy" sözü isə sürət və tələsmək mənasını daşıyır.


"Əl-Qamusul-muhit", Firuzabadi, 4/579


Məhəmməd Əbdül-Əzim Zərgani deyir:

"Vəhyin" terminoloji mənası Allah-Təalanın adi yolla deyil, əksinə sirili və gizli yolla Öz bəndələrindən seçilmiş şəxslərə hidayət və elm barədə məlumat çatdırdırmasından ibarətdir.


"Mənahulul-irfan fi ulumil-Quran", Zərgani, 1/64


İkinci məsələ. İlahi vəhy kimə yetişə bilər?

1. Peyğəmbərlərə vəhyin gəlməsi.

(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. (Nisa:163)

(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək. (21:25)

Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır! (10:109)


2. Mələklərə vəhyin gəlməsi.

(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın! (8:12)


3. Bəndələrə vəhyin gəlməsi.

İlahi vəhyin növ və mənalarından biri də Allah-Təalanın Öz seçilmiş bəndələrinə ilham və ya əmr etməsindən ibarətdir.

Biz Musanın anasına: “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə bildirdik. (28:7)

Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər. (5:111)


4. Digər varlıqlara vəhyin gəlmısi.

Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). (16:68)


Üçüncü məsələ. Efendi, sənin tutduğun yersiz iradlara cavab. Bir söznən, Seyyid Abdullah Şübbərə (ra) tutulan irada cavab.

1. Nəyə görə "mənhəbitəl-vəhy"?

Abdullah Şübbər (ra) yazır:

"Vəhy" Allah tərəfindən olunan ilhamın və peyğəmbərliyin nişanəsi, "məhbit" isə vəhyin çatacağı mənzilgaha deyilir."



Sonra sözünə davam edərək buyurur:

"Məsumları "mənhəbitəl-vəhy adlandırmaq ona görədir ki, Peyğəmbərə nazil olan ilahi vəhy Əhli-Beytin mənzilində baş vermişdir."



"Cəmieyi-kəbirə ziyarətnaməsinin şərhi", Şübbər, səh. 59 (2006, "Latın dilli tərcümə")


2. İmamlara (a) hansı növ ilham gəlib?

Abdullah Şübbər (ra) yazır:

"Məsum imamların "mənhəbitəl-vəhy" adlandırması, vəhyin nazil olmasından əlavə buna işarədir ki, din və şəriət hökmlərindən başqa, mələklər "Qədr gecələrində" və sair vaxtlarda qeyb xəbərlərini və digər məsələləri Əhli-Beytin hüzuruna çatdırırlar.
Bu məna, Allahın İslam dinini həzrət Rəsuli Əkrəm (s) üçün kamil edib sonra yetirməsi, o həzrətin dini bütün dəqiqlikləri ilə həzrət Əli (a)-a öyrətməsi və həzrət Əlinin də onu öz övladlarına təlim verməsi ilə heç də zid deyildir. Ona görə ki, əgər mələklərin imamlarla rabitəsi və onlara ilham etməsi şəriət və əhkam məsələləri ilə bağlı olarsa, bunu dini hökmlərin aydınlığı və təkidi kimi qəbul etmək lazımdır"



"Cəmieyi-kəbirə ziyarətnaməsinin şərhi", Şübbər, səh. 59


3. İmamlara (a) dinə aid yeni bir məsələ nazil olurmu?

İmamlara (a) heç bir yeni məsələ barədə ilham gəlmir, çünki İslam dini kamil bir din olaraq nüzül tapıb. İmamlara (a) gələn isə İslami hökmlərə aid olan məsələlərin təkididir. Ayətullah Şübbər də məhz bu məsələni qeyd etmişdir.

Hərs ibni Müğeyrə deyir ki, həzrət İmam Sadiq (a)-a ərz etdim: "Məni malik olduğunuz elmdən agah edin." Həzrət buyurdu: "Bizim elmimiz irsidir. Bu elm bizə Allahın Rəsulu (s) və həzrət Əli (a)-dan yetişibdir." Ərz etdim: "Biz eşitmişik ki, ilahi elm imamların qəlbində qərar verilir və qulaqlarında səslənir." Buyurdu: "Bu söz də düzgündür".

Üsüli-kafi", 1-ci cild, "Məsum imamların elmlərinin mənbəyi" fəsli, hədis - 2


Aydın məsələdir ki, imamlara (a) gələn vəhyin (ilhamın) Peyğəmbərə (s) gələn risalət vəhyi arasında yerlə-göy gədər fərq var. İmama hansısa bir məsələ barəsində ilhamın gəlməsi nə dərəcədə təəcüblü ola bilər? Halbuki, Qurani Kərim baxımından mələklər, Allahın adi bəndələri, hətta digər varlığlar da Onun istəyi ilə vəhy və ilham aliblar.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#5 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 17 августа 2009 - 03:26

Fussilət


30 Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

31 Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.


Сообщение отредактировал Zerger: 17 августа 2009 - 03:29

Baxiram yollara.....

#6 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 21 августа 2009 - 04:20

Davam edirəm...

Ayətullah Ustad Misbah Yəzdi qeyd edir:

Sual yaranır ki, son peyğəmbər dünyasını dəyişdikdən sonra mələklərlə rabitə birdəfəlik kəsildimi? Görəsən, Əli ibn Əbutalib, xanım Fatimə Cəbrəili görmüş, onu dinləmişmi? Rəvayətlərə əsasən bu sual müsbət cavablandırılır. Amma bu o demək deyil ki, həmin şəxslər peyğəmbər olmuşlar. Belə ki, mələklərin və ya Cəbrəilin gətirdiyi xəbər peyğəmbərə çatdırılan vəhy növündən olmaya da bilər. Ümumiyyətlə, vəhyi iki qismə bölmək olar: risalət vəhyi və qeyri-risalət vəhyi. Əgər vəhy peyğəmbərə ünvanlanmışsa, bu vəhy risalət vəhyidir. Peyğəmbərlərə qeyri-risalət vəhyi də gələ bilər. Bəzən bu qəbil vəhy ilham adlandırılır. Rəvayətlərdə uyğun məfhum “təhdis” təbiri ilə ifadə olunur. “Üsuli-kafi” kitabında “ənnəl-əimmətə muhəddəsunə mufəhhəmun” adlı bir bab var. Mərhum Kuleyni tərəfindən nəql olunmuş rəvayət təsdiqləyir ki, Əhli-beyt (ə) mələklərlə danışmışdır. Xanım Fatimənin (ə) ləqəblərindən biri də “Muhəddəsə”dir. “Muhəddəsə” dedikdə mələklə danışan xanım nəzərdə tutulur. “Muhəddəs” sözünün mənasını düzgün anlamayanlar elə düşünmüşlər ki, imamlar “muhəddəsdir”. Yəni imamlar da başqaları kimi hədis nəql etmək məqamına malik olmuşlar.
Quran nazil olan vaxt “vəhy” termininin müxtəlif anlamları yox idi. Məsələn, ilham sözü vəhy sözü kimi geniş işlədilmirdi. Vəhyin lüğət mənası iti və gizli xəbərdir. Belə bir təbir risalət vəhyi, ilham, hətta fitri yolla hidayət mənalarını əhatə edirdi. Məsələn, bal arısına vəhy dedikdə fitri bir hidayət, qəlb yolu ilə göstəriş mənası anlaşılır. Ayədə buyurulur ki, sənin Rəbbin bal arısına vəhy etdi...
Bəzi ayələrdə insana vəhydən danışılır. Məsələn, həzrət Zəkəriyya vəhy ünvanı kimi tanıtdırılır. Uyğun məqamda vəhy dedikdə işarələrlə anlatmaq nəzərdə tutulmuşdur. Ayədə bildirilir ki, o (Zəkəriyya) mehrabdan qövmünün arasına gəlib onlara gündüz və gecə dua oxumalarını işarə etdi.
Qurani-kərimdə iki ləyaqətli və saleh qadına, həzrət Məryəm və Musanın anasına vəhy nazil olduğu bildirilir. Şübhəsiz ki, nəzərdə tutulan risalət vəhyi deyil. Allahın yaxın mələyi həzrət Məryəmin yanına xüsusi bir tapşırıqla gəlmişdi. Həzrət Musanın anasına vəhy isə qeybi bir ilham sayılır.
Həzrət Məryəmin əhvalatında nəql olunur ki, o, Beytül-Müqəddəsin bir guşəsində ibadət və dua üçün yer seçmişdi. Həmin xəlvət yerdə raz-niyaza məşğul idi. Qəfildən bir şəxs təcəssüm etdi. Uyğun mövzudan danışan ayədə bildirilir ki, biz öz ruhumuzu onun yanına göndərdik və ruhumuz ona bəşər surətində göründü...
Təfsirçilər arasında həzrət Məryəmə görünən ruhla bağlı müxtəlif fikirlər var. Kimlərsə onun Cəbrəil, kimlərsə başqa bir mələk olduğunu bildirirlər. Hər halda xanım Məryəmin gözünə görünən qeybi bir varlıq olmuşdur. Bu varlıq insan surətində görünmüş, gətirdiyi xəbəri ona ilham etmişdir.
Musanın anasına vəhyin göndərilməsi ilə bağlı bildirilir ki, Firon kahinlərin yuxu yozumu əsasında Bəni-İsraildən olacaq bütün oğlan uşaqlarının öldürülməsi əmrini verdi. Onun göstərişi əsasında məmurlar yeni doğulan bütün uşaqları məhv edirdilər. Həmin vaxt həzrət Musa (ə) dünyaya göz açdı. Anası Musaya görə narahat idi. Allah-taala çıxış yolu göstərərək Musanın anasına vəhy etdi. Ona tapşırıq verildi ki, körpəni Nil çayına atsın və bu körpə ona qaytarılacaq.
Ayədə Musanın anasına onun övladının peyğəmbərliyi müjdə verilir. Demək, Musanın anası qeybi xəbər əsasında hərəkət etmişdir. Əks təqdirdə o öz övladının peyğəmbərliyindən xəbər tuta bilməzdi. Deyilənlərdən belə bir nəticə əldə olunur ki, Quran buyuruqlarına əsasən, ilahi vəhy təkcə peyğəmbərlərə aid deyil. Risalət vəhyindən əlavə vəhylər də var. Peyğəmbərlərə aid olan isə risalət vəhyidir. Amma məsum imamlara da vəhy olunmuşdur. Cəbrəil onlara görünmüş, onlarla danışmış, Allahın göstərişlərini çatdırmışdır. Onlara vəhy nazil olması peyğəmbərlik dəlili sayılmır. Cəbrəil təkcə peyğəmbərə yox, həzrət Məryəmə, məsum imamlara da görünmüşdür. Bəli, İslam peyğəmbəri dünyasını dəyişdikdən sonra risalət vəhyi tamamlanmışdır. Ayə və rəvayətlərdən məlum olan budur ki, peyğəmbər olmayan bəzi şəxslər də Cəbrəili görmüş, onunla danışmış, onu dinləmişlər. Nəql olunan rəvayətlərə əsasən, məsum imamların Cəbrəil və sair mələklərlə əlaqəsi olmuşdur. Onlar bəzən mələkləri görmüş, bəzən onların səsini eşitmişlər.


"İnsan həyatında təqlidin rolu", Misbah Yəzdi, səh. 14-16


İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 21 августа 2009 - 17:47

Xanı MƏryəmə(s.a), arıya vəhy nazil olur amma Əliyə(ə) yox? Məqsəd hər birində ilhamdır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#8 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 августа 2009 - 17:55

İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#9 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 21 августа 2009 - 18:03

İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.


o baxır vəhy dedikdə nə nəzərdə tutulur?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#10 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 21 августа 2009 - 19:51

Эфендинин кохне адетидир созу атыр гачыр. Дайан бир джаваба бахдаа

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#11 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 21 августа 2009 - 23:47

İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.

Vəhyin bir çox növü var. Bu barədə yuxarıda geniş izahat verilib. Əsasən Ustad Misbah Yəzdinin sözlərinə diqqət yetir.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#12 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 августа 2009 - 02:39

Umumən imamlara vəhj nazil olub? Necə? Nə şəkildə?


Yox Əfəndi, vəhy Vəhhabilərə nazil olur. Özüdəki ancaq yuxuda. Bir az da çalışsan az qalıb sənə də yuxuda vəhy nazil olacaq. Onda "necə və nə şəkildə"ni sən bizə izah edərsən! Bəlkə də bu artıq baş verib. Düzünü de bizdən gizlətmirsən ki,?

Ola bilsin ki, o "belə və belə və yaxud bu cür və bu cür et"-deyə yuxuda səs eşitsin. Hər hansı bir məxluqa bənzəməyən bir surət görə bilər. Çünki Allah yaratdıqlarından heç birinə bənzəmir.............

Lakin peyğəmbərlər və saleh insanlardan bə`ziləri(Əfəndiyə qismət) Onu yuxuda yaratdıqlarından heç kəsə bənzəməyən, oxşamayan şəkildə görə bilərlər. Necə ki, bu Muaz radiyallahu anhu hədisində bildirilmişdir.

http://dinifetvalar....fetva.pl?id=148


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#13 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 августа 2009 - 16:49

Əfəndi, zəhmət olmasa Vəhhabi alim Muhəmməd Saleh Əl-Munəccidin bu sözlərini bir az açıqla:




Yaş fərqinə baxmayaraq Allahın Elçisinin (s.ə.s) Aişə (r.a) ilə evlənməsində hikmət

.........................................................................
Bu evliliyin üstün cəhətləri (fəzilətləri) arasında həqiqətlərdən biri budur ki,
ondan başqa hər hansı bir zövcəsi ilə bir yataqda olarkən vəhy nazil olmamışdır. O, Peyğəmbərə (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) bütün insanlar içərisində ən sevimlisi, əziz olanı idi və onun günahsız olduğu xəbəri göyün yeddi qatının üstündən nazil olmuşdu.

http://dinifetvalar....etva.pl?id=1231


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#14 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 29 августа 2009 - 02:40

Yox, o "ujas" filmlərini çox xoşlayır, ona görə çətin öz "Antonio Banderas"-larını yuxuda görə bilsin. Sevimli məbudları heyif ki, "ujas" filmlərinə çəkilmir, yoxsa qismət olardı.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#15 AykuT-555

AykuT-555

    Raqib – Seargeant

  • Murid
  • 137 сообщений

Отправлено 29 августа 2009 - 15:59

İmamlara (hamısına salam olsun!) vəhy nazil ola bilməz. Bu Əhli-beyt məzhəbinin əqidəsinə ziddir.

Vəhyin bir çox növü var. Bu barədə yuxarıda geniş izahat verilib. Əsasən Ustad Misbah Yəzdinin sözlərinə diqqət yetir.

Ezizim sen burada ince bir meseleni unudursan dogrudur sen vehynin ne mena dasidigini yazdin ama bir ince mesele varki vehynin enis sekili,bildiyiniz kimi vehy uc yolla nazil olar indi men bu uc yolu sene gosterecem sen cavab yazki hansi yolla hz eliye vehy nazil olurdu..
1)Allah teala bu ve ya diger fikri peygamberin(sav) ureyine salir,yaxud gizli bir sesle onu telqin edir ve yaa hemin fikri ona cin olan yuxuda bildirir;
2)Peygamber Allah-tealai gormeden ondan gelen nidani aciq aydin esidir,yeni arada hec bir vasite olmadan Allahla danisir;
3)Allah-teala oz hokumlerini melek vasitesiyle gonderir;
Indi de gorum hz Eliye bu uc yolla hansi yolla enirdi?

NOT:Sadece subhani cavab yazsin!!!

#16 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 29 августа 2009 - 16:15

AYKUT san turksen ya azeri?
Sizde vehy neca basha dushuluyoruz?

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#17 nureddin mustecebud-devee

nureddin mustecebud-devee

    Jundi – Soldier

  • Ibtidai
  • 9 сообщений

Отправлено 29 сентября 2009 - 10:08

Aykut555, deyəsən sən oxumağı bacarmırsan hə? subhani qardaş yuxarıda sənin verdiyin suala çox gözəl cavab verib, zəhmət çək oxu

#18 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 30 сентября 2009 - 20:48

Sozsuz ki burda sohbet eger moteberliyini ferz etsek hedisin risalet vehyinden gede bilmez.Chunki o menada vehy ancaq Peygemberlere gelir ve Hz. Muhemmed(savavs) axrincsidir bele insanlarin.Lakin mushterek sozdr vehy burda ola biler beli ilham menasinda olsun.Neceki Musa(as)-nin anasina ilham olunmushdur.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru