Отправлено 04 сентября 2009 - 11:58
Aleykum Salam bacım, mövzuya görə çox sag ol. Ümumiyyətlə mən də bir-neçə dini xadimlərimizin xütbələrinə qulaq asmağa çalışıram. Hərəsinin fərqli anlatma üsullari var
Bu yay daha chox qulaq asdim. Həm də çox rayonlarda olduğuma görə yollarda da çox vaxt keçirdim. Bəzi vaxtlar günü yarisindan çoxun. Yollarda daha çox dinlədim. Əvvəllər belə yollarda uzanıb gedən sari, agacsiz, boz-bulaniq düzənlər, qayalar mənə çox cansıxıcı görünürdü. Bu dəfə əksinə xütbələrə qulaq asa-asa bunlar hamısı mənə yaşil, gözəl təbiət qədər xoş təsir bağışladı, hər yer Allahı xatırlatdı. Allah razi olsun din xadimlərimizdən.
Həm də qəribəsi odur ki, hər hansi məni narahat edən məsələrər haqqinda fikirləşəndə xütbələrə qulaq asiram, həmişə də suallarima cavab tapiram. Alhamdulillah.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.