Перейти к содержимому


Фотография

Aişənin Əliyə (ə.s) qarşı kini !!!


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 181

#61 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 12 октября 2009 - 19:32

Bizə görə hz Aişə(ra) heç vaxt hz Əli(ra) qarşı düşmən olmayıb! Hər ikisi insan olub və həyatda xətaları olub.Əgər Hz Aişə(ra) Hz Əli(ra) qarşı düşmən olsaydı ilk növbədə onun ölüm hökmünü Hz Əli(ra) verərdi,amma nəticədə Hz Əli(ra) Aişə(ra) təmtəraqla Mədinəyə yola salır və onu tənqid edib,söyənlərə acıqlanır!


qardaşın Əli (ə) imamdır. nə Muaviyə nədə sayılmağa layiq olmayan başqaları kimi deyil o (ə) düşməninədə mərhəmət edib. sübutu bütün tarix və hədis kitablarıdır. indi soruşuram görəsən Aişə bu sözləri heç eşitməyib "Allahım ona düşmən olana düşmən dost olana dost ol, ona kömək edənə kömək et, onu tək qoyanı tək qoy". və bir sual daha şükür səcdəsi də səhv idimi?

#62 aburza

aburza

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 227 сообщений

Отправлено 13 октября 2009 - 11:23

Aykut və Ömər sizə bir sual verim cavab verin.
Cəməldə olsaydınız hansı tərəfdən vuruşardınız Həzrət Əli yoxsa Aişə tərəfdən və niyə görə?
Özünü yuxuya qoymuş insanı oyatmaq,yatmış insanı oyatmaqdan çox-çox çətindir.

#63 Əbu-Turab

Əbu-Turab

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 13 октября 2009 - 14:39

Aykut və Ömər sizə bir sual verim cavab verin.
Cəməldə olsaydınız hansı tərəfdən vuruşardınız Həzrət Əli yoxsa Aişə tərəfdən və niyə görə?

Qardaş, onlara belə ÇƏTİN seçim qoyma də. Yuxarı tüpürəcəklər bığ, aşağı tüpürəcəklər saqqal. :rolleyes: goodL: goodL:
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

#64 Desperado

Desperado

    Arif – Corporal

  • Murid
  • 87 сообщений

Отправлено 15 октября 2009 - 13:14

Necə yəni qısqanclıq? Aişə niyə Həzrət Əlini (ə) qısqanmalıdır? Desək ki, atasına görə- bu ola bilməz, atası onsuzda xəlifə olmuşdu birinci. Desək ki, hakimiyyətə görə- onsuz da Aişə hakimiyyətə gələ bilməzdi. Bəs nəyə görə? Deməli ürəyində kin var idi! Elə bir kin ki, çoxlarının həyatını və axirətini məhv etdi! Hətta Peyğəmbər (s) ona xəbərdarlıq etmişdi.
Peyğəmbər (s) buyurdu: «Mən görürəm ki, sizlərdən biri Hovəb məntəqəsindən keçir və oranın itləri onun üstünə hürür.» Sonra üzünü Aişəyə tutub dedi:–«Hümeyra, məbada sən elə o arvad olasan!» (İbn Qüteybə, Təbəri).

1 ci Hz Aişə(r.a) qısqanclığın səbəbi Allah Rəsulu (səv) Hz Əli(ra) çox istəməsi olub.
2.Yenə deyirəm dərsini bilməyən uşaqlar kimi sual ətrafında fırlanma sənə açıq aşkar sual verdim cavab verməyə niyə qorxursan?

Hz Aişə (r.a) sizin əqidəyə görə kim olub?
1.Müsəlman
2.Kafir
3.Münafiq


Sizin sehih (Buxari,Muslim) hedislerinizde deyilir ki...
Emr el-As Peygemberden(s)soroshur:Senin ucun en sevimli adam kimdir?
-Aishe
-Bes kishilerden?
-Onun Atasi
-Sora kim?
-Omer ve s....
Abu Bekr,Omer haqqinda bir soz deyende bu hedisi "sehih" deye gozumuze soxursuz,indi ise deyirsiz Hz.Aishe Peygember(s) Elini(e) chox sevdiyine gore qisqanirdi.Bes bu dedikleriniz sizi "sehih" hesab etdiyiniz hedisinize tam ziddir?!Bunu nece adlandiraq?Ikiuzluluk edirsiz?

Сообщение отредактировал Desperado: 15 октября 2009 - 13:15

La fata illa Ali ve la seyfe illa Zulfigar!

#65 Muslim_ALLAHU-Akber

Muslim_ALLAHU-Akber

    Jundi – Soldier

  • Ibtidai
  • 2 сообщений

Отправлено 19 октября 2009 - 16:58

ALLAHIM gozelim insanlar Hz.Abu Bekir(r.a),Ha.Omar(r.a),Hz.Osman(r.a),Hz.Aishe(r.a) ucun neler deyirler ALLAH islah etsin Inshallah...................

Mövzuya aid yazın!

#66 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 19 октября 2009 - 17:07

ALLAHIM gozelim insanlar Hz.Abu Bekir(r.a),Ha.Omar(r.a),Hz.Osman(r.a),Hz.Aishe(r.a) ucun neler deyirler ALLAH islah etsin Inshallah...................


Bir kəlmə düz danışmaq min kitab yalan uydurmaqdan daha yaxşıdır. ALLAH düz danışanların əcrini versin! Amin!
P.S. "Doğru olanlarla birgə olun!"
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#67 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 октября 2009 - 09:06

ALLAHIM gozelim insanlar Hz.Abu Bekir(r.a),Ha.Omar(r.a),Hz.Osman(r.a),Hz.Aishe(r.a) ucun neler deyirler ALLAH islah etsin Inshallah...................

Mövzuya aid yazın!


əgər sən təəssüblə yaşamağı islah adlandırırsansa Allah bizi təəssübdən uzaq etsin

#68 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 октября 2009 - 09:06

ALLAHIM gozelim insanlar Hz.Abu Bekir(r.a),Ha.Omar(r.a),Hz.Osman(r.a),Hz.Aishe(r.a) ucun neler deyirler ALLAH islah etsin Inshallah...................

Mövzuya aid yazın!


əgər sən təəssüblə yaşamağı islah adlandırırsansa Allah bizi təəssübdən uzaq etsin

#69 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 26 октября 2009 - 11:34

ALLAHIM gozelim insanlar Hz.Abu Bekir(r.a),Ha.Omar(r.a),Hz.Osman(r.a),Hz.Aishe(r.a) ucun neler deyirler ALLAH islah etsin Inshallah...................


Bir kəlmə düz danışmaq min kitab yalan uydurmaqdan daha yaxşıdır. ALLAH düz danışanların əcrini versin! Amin!
P.S. "Doğru olanlarla birgə olun!"

Bilirsiz en qeribesi budur ki, peygemberimizin (s.a.a.s.) heyatin oxuyuruq, ve en chox da ailedaxili problemlerde Aishenin rolu oldugunu goruruk. Qisqancliq, kin, qiybet, hetta yalan da var. Sonraki donem de goz qabagindadir. Eyni sheyler bir az da qabariq shekilde.
Burda da hech kim ozunden hech ne demir, hedislerde ve tarixde olanlar deyilir. Olacagin yaziblar
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#70 AbdulWahhab

AbdulWahhab

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 40 сообщений

Отправлено 01 ноября 2009 - 00:55

Ola bilsin səbəb İfk hadisəsində Əli-ra-nın Rasulullaha Aişəni boşamasını tövsiyə etməsi olub.

#71 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 01 ноября 2009 - 03:41

Ola bilsin səbəb İfk hadisəsində Əli-ra-nın Rasulullaha Aişəni boşamasını tövsiyə etməsi olub.


Xaiş edirəm, özdə kefin gələn artıx dərəcədə , özünən hokka cıxartma bizim əqidəyə əsasən ele şey olmuyuf ...
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#72 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 03 ноября 2009 - 03:16

Ola bilsin səbəb İfk hadisəsində Əli-ra-nın Rasulullaha Aişəni boşamasını tövsiyə etməsi olub.

İslam "ola bilsin" üzərində qurulmayıb. Dəlil.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#73 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 15:03

Aişənin münafiq olmasında nə probləm var ki? Yenədə deyirəm əgər sübüt olunsa ki, Aişə Hz.Aliyə(ə) kin bəsləyib və onu sevməyib. Mötəbər hədisə görə Aişə münafiq ola bilrə. Ve yaxud münafiq olmasa da ən azından böyük günah sahibi sayılacaq. Sən helə təsəvvür yaradırsan ki, güyam Aişə məsum olub?

Nardarani sözü uzatma.Mustafa!



İstəyi olan sənsən bir sualdan tutmusan, əl çəkmək istəmirsən! Bizə görə kim Əliyə (ə) nifaq bəsləsə münafiqdir!

Maraqlıdır ki, Həzrət Aişə nəinki İmam Əliyə (ə), həmçinin onun ailəsinə də kin bəsləyib. Hətta İmam Həsənin (ə) dəfninə belə mane olmaq istəyib.

Sözü niyə uzadırsan?Kişi kimi de ki Aişə bizim əqidəyə görə müsəlman sayılmır.Niyə qorxursan?

Salam aleykum, qardaşlar, görürəm ki, mənsiz başlamısınız.Mən də bu məhlənin uşağıyam icazə verin, öz ürək sözlərimi deyim.
Möminlə münafiqin tanınmasının meyarı
Peyğəmbərin səhabələri arasında müəyyən şəxslər müna¬fiq ol¬duğuna və Allahdan başqa bir kəs onları tanımadığına görə Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)) elə bir meyar qərar ver¬miş¬dir ki, onunla bu iki dəstəni bir-birindən seçib ayırd et¬mək olar. O həzrət buyurur: «Əlini yalnız möminlər sevər, onunla yal¬nız münafiqlər düşmənçilik edər!» Bu hədisi Imam Əli, Üm¬mül-möminin Ümmü Sələmə, Əbdüllah İbni Abbas, Əbuzər Qəf¬fari, Ənəs İbni Malik və Imran İbni Həsin rəvayət et¬¬miş¬¬lər və bu, Peyğəmbəri Əkrəmin dövründə məşhur bir ha¬di¬sə idi.
Əbuzər deyir: «Biz əvvəllər münafiqləri tanımırdıq, yal¬nız o zaman tanıdıq ki, Allahı və Peyğəmbəri təkzib etdi¬lər, vacib namazlardan imtina etdilər, Əli İbni Əbi Talib¬lə düşmən oldular.»
«Müstədrəküs-Səhiheyn», 3-cü cild, səh.129; «Kənzül-ümmal», 15-ci cild, səh.91.
Əbu Səid Xidri deyir: «Biz ənsar qrupu Peyğəmbərin döv¬rün¬də olan münafiqləri, Əli İbni Əbi Talib (əleyhis-salam)-a qarşı ma¬lik olduqları kin-küdurət və düşmənçiliklə tanıyırdıq.»
Əbdüllah İbni Abbas deyir: «Biz Peyğəmbərin dövründə mü¬¬na¬¬fiqləri, Əli İbni Əbi Taliblə düşmənçilikləri ilə ta¬niyır¬dıq.»
«Tarixi Bağdad», 3-cü cild, səh.153 Cabir İbni Əbdüllah Ənsari deyir: «Biz münafiqləri Əli İbni Əbi Talibə qarşı düşmənçilik etdiklərindən başqa bir yolla tanımırdıq.»
Bütün bu rəvayətlərin tələbinə, eləcə də Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm))-in Əli (əleyhis-salam)-ın barəsində buyurduğu: «Pərvərdigara! Əli¬ni sevənləri sev, onunla düşmən olanlarla düşmən ol» – hədisinə görə Əhli-beyt məktəbi özlərinin dini əsas və nişanə¬lə¬ri¬ni Əli ilə düşmən olan və onu sevməyən səhabələrdən əxz et¬mək¬də ehtiyat edirdilər. Çünki o səhabənin Allahdan baş¬qa bir kəsin tanımadığı münafiqlərdən olması ehtimal veri¬lirdi.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#74 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 15:23

Zirr bin Hübeyşi Əlidən ® belə eşitdiyini rəvayət edir: “Toxumu çatladan və canlıları yaradana and olsun ki, ummi peyğəmbər (s) mənə möminin məni sevəcəyinə, münafiqin məndən üz çevirəcəyini əhd etdi” (Müslim, Iman 131, (78); ət-Tirmizi, Mənaqib, 3737; Nəsai, Iman, 20, (8, 117).
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#75 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 15:27

Həmçinin, Həzrəmi qəbiləsindən (Həzrəmi – Yəməndə yerləşən Həzrə-Movta mənsub edilən deməkdir.) olan iki nəfər barəsində Müaviyəyə belə yazdılar: “Bu iki nəfər Əlinin dinində və rəyindədirlər.” Müaviyə cavabında yazdı: “Hər kəs Əlinin dinində və rəyində olsa, onu öldür, müslə et (burun, qulaq və s. bədən üzvlərini kəs). Bu iki nəfəri də Kufədə öz evlərinin qabağındaca çarmıxa çək!”
“Əl-məhbər”, səh.479.
Məsudi və Ibni Əsakir Ziyadın həyatının axırını belə rəvayət edirlər: “Ziyad Kufə əhalisini çağırıb bir yerə yığdı: məscid, meydan və qəsri onlarla doldurdu ki, Əliyə bezarlığı və ona qarşı nifrət hissini onlara təqdim etsin, hər kəs də qəbul etməsə, qılıncdan keçirsin. Elə bu halda taun xəstəliyinə tutuldu və camaat onun şərindən xilas oldular.
“Murucuz-zəhəb”, 7-ci cild, səh.səh.30; “Tarixi ibni Əsakir”, 5-ci cild, səh.421.
Ziyadın bu cinayətlərində qətlə yetirilən kəslərdən biri də Əmr ibni Həməq Xüzai idi. O, çöllərə qaçdı. Onu axtarıb tapdıqdan sonra başını bədənindən ayırdılar və Müaviyəyə göndərdilər. O göstəriş verdi ki, kəsik başı bazar qapısından assınlar. Bir neçə gündən sonra da onu həyat yoldaşına göndərdilər (onu da ərinə görə həbs etmişdilər). Onu aparan şəxs kəsik başı Əmrin arvadının ətəyinə tulladı...
“Əl-məarif” Ibni Qüteybə, 7-ci cild, səh.12; “Əl-istiyab”, 2-ci cild, səh.517; “Əl-isabə”, 2-ci cild, səh.526; “Tarixi ibni Kəsir”, 8-ci cild, səh.48: “Əl-məhbər”, səh.490.
Bu siyasət bütün Islam ölkələrinə hakim kəsilmişdi. Müaviyənin sair valiləri, o cümlədən Bəsrənin valisi Busr ibni Ərtat, Reyin valisi Ibni Şəhab ona tabe olaraq bu göstərişi yerinə yetirirdilər. Tarix kitablarında onların da çoxlu faciələr törətmələri qeyd olunur.
“Tarixi Təbəri”, 6-cı cild, səh.96; “Tarixi ibni Əsir”, 3-cü cild, səh.165; “Tarixi ibni Kəsir”, 3-cü cild, səh.179, 41-ci hicri ilinin hadisələri.
Bu üslub sonralar Bəni-Üməyyənin əqidə, mədəniyyət və siyasətinə çevrildi: Islam ölkələrinin şərq-qərbində Əliyyibni Əbi Talib minbərlərdə lən edilməyə, ona qarşı nalayiq sözlər deyilməyə başladı. Yalnız Sistan əyalətində bir dəfə minbərdə lən edildi və camaat bu işi Bəni-Üməyyədən qəbul etmədilər, öz beyətlərində şərt etdilər ki, heç kəs minbərdə o həzrətə nalayiq söz deməsin. Halbuki həmin dövrlərdə Məkkə-Mədinə minbərlərində Imama nalayiq sözlər deyilirdi. “Möcəmül-büldan”, 5-ci cild, səh.38.
Imam Əli (Ə)-ın o həzrətin Əhli-beytinin hüzurunda lən edilməsi barədə çoxlu hadisələr nəql olunmuşdur ki, onlardan yalnız birini qeyd etməklə kifayətlənirik. Ibni Həcər “Təthirul-lisan” kitabında yazır: Əmr ibni As minbərə çıxaraq Əlini lən etdi, sonra Müğeyrə ibni Şöbə həmin işi təkrarladı. Bundan sonra Imam Həsənə dedilər: “Minbərə çıxıb onların cavabını ver!” O həzrət əvvəlcə qəbul etmədi; sonra bu şərtlə qəbul etdi ki, haqq deyərsə, onu təsdiqləsinlər, əgər batil bir söz deyərsə, onu təkzib etsinlər. Onlar bu şərti qəbul etdilər, Imam Həsən minbərə çıxıb Allaha həmd-səna etdikdən sonra dedi: “Ey Əmr! Səni and verirəm Allaha! Ey Müğeyrə! Sən bilirsənmi ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) o (minikdə) gedəni və o (miniyin yüyənini) çəkəni, onlardan biri filankəs olduğu halda lənətlədi?” Dedilər: “Bəli.” Sonra buyurdu: “Ey Müaviyə! Ey Müğeyrə! Məgər bilmədiniz ki, Peyğəmbər Əmr Ası hansı dillə danışıbsa, bir dəfə lənətləyibdir?” Dedilər: “Pərvərdigara (şahid ol ki), düzdür...”
“Təthirul-lisan”, səh.55.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#76 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 15:32

Ibni Səd Aişədən rəvayət edir ki, Peyğəmbərin xəstəliyi barəsində belə demişdir: “Peyğəmbərin ayaqları yerlə sürünən halda iki kişinin arasında – Ibni Abbas (yəni Fəzl) və başqa bir kişi ilə çölə çıxdı.” Übeydullah deyir: Onun sözlərini Ibni Abbasa dedikdə, mənə dedi: “Aişənin adını çəkmədiyi o biri kişinin kim olduğunu bilirsənmi?” Dedim: “Xeyr.” Ibni Abbas dedi: “O, Əli idi ki, Aişə onun hər növ fəzilətini dilə gətirməyə ikrah hissi ilə yanaşırdı.” “Təbəqat” (ibni Səd), Beyrut çapı, 2-ci cild, səh.332 Buxari də öz “Səhih”ində, 3-cü cild, səh.63-də deyir: Ibni Abbas dedi: “Aişənin adını çəkmədiyi o biri kişinin kim olduğunu bilirsənmi?” Dedim: “Yox!” Ibni Abbas dedi: “O, Əliyyibni Əbi Talib idi.” Buxari Ibni Abbasın dediyi “Aişənin Əlinin hər növ fəzilətini deməkdən acığı gəlirdi” – sözünü bu hədisdə ixtisara salmışdır.
Qeyd olunan bu hədis Buxaridə”Səhih”də 198-ci, “Müxtəsər”də isə 146-cıdır.
Həmişə olduğu kimi, hörmətli Buxari cənabları özünəməxsus üslubdan istifadə edərək, “Əqidəsi” ilə uzlaşmayan mənaların üstündən elə məharətlə keçmişdir ki, ondan sonra gələn nəsillər üçün həqiqətlərin yarısını aşkar edib, yarısını isə gizlətməyə çalışıb. Çünki, bu həqiqətlərdən xəbərdar olanlar olsalar, sonra Aişə xanımın özünü bu cür aparmasına necə bəhanə gətirib bəraət qazandıracaqlar? Axı Peyğəmbərin (S) Həzrəti Əli (Ə)-ı kimlərin sevdikləri barədə dedikləri və Əli (Ə)-a qarşı kin bəsləyənlərin aqibətinin bəlli olduğu təkcə əhli sünnə kitablarından kifayət edər. İndi isə, tarixin acı səhifələri və acı həqiqətləri ilə üzbəüz qalaraq, Peyğəmbərin (S) Haqq Canişini olan Möminlərin Əmiri Həzrəti Əli (Ə)-a qarşı Aişənin tutduğu mövqeyə baxaq.
“Müsnədi Əhməd”də nəql olunan digər bir hədisdə belə deyilir: Bir nəfər Aişənin yanına gəlib Əli və Əmmara qarşı nalayiq sözlər dedi. Aişə dedi: “Amma Əliyə gəldikdə, mən onun barəsində səninlə bir söz danışmayacağam. Amma Əmmara gəldikdə isə, deyir ki, Peyğəmbərin belə buyurduğunu eşitdim: “O hər vaxt iki işin arasında hansı birini seçməkdə ixtiyar sahibi olsa, onun ən yaxşısını seçər.”
“Müsnədi Əhməd”, 6-cı cild, səh.113.
Bəli, Ümmül-möminin Aişə Əmmara qarşı nalayiq sözlər deyilməsinin qarşısını alır, lakin Əli (Ə)-a bu cür sözlərin deyilməsi qarşısında sükut edir!
“Səhihi Buxari”, “Səhihi Müslüm” və digər rəvayət kitablarında Aişənin belə dediyi nəql olunur: “Peyğəmbəri-Əkrəm bir səriyyədə bir nəfəri orduya sərkərdə təyin etdi və o, camaat namazında öz köməkçiləri ilə birlikdə “Qul huvəllahu əhəd” surəsini qiraət etdi. Qayıtdıqdan sonra bunu Peyğəmbərə xəbər verdilər, o həzrət dedi: “Ondan soruşun, görün bu işi nə üçün etmişdir.” Soruşduqda dedi: “Buna görə oxudum ki, bu surə rəhman Allahın sifətlərindən ibarətdir. Mən onu oxumağı sevirəm.” Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Ona xəbər verin ki, Allah da onu sevir.”
“Səhihi Müslüm”, səlatul-müsafirin kitabı, 263-cü hədis; “Səhihi Buxari”, tovhid kitabı, 4-cü cild, səh.182.
Sizin nəzərinizcə, Allahın sevdiyi, amma Aişənin adını zikr etməkdən çəkindiyi adam kimdir? Aydındır ki, əgər atası Əbu Bəkr, yaxud Ömər, yaxud qohumlarından başqa bir şəxs, o cümlədən əmi oğlusu Təlhə olsaydı, onun adını mütləq deyərdi. Qəribədir ki, biz xüləfa məktəbinin mənbələrində nə qədər axtarış apardıqsa, o kişinin adını tapa bilmədik. Sonra məcbur qalıb Əhli-beyt məktəbinin mənbələrini araşdırdıq və o rəvayəti “Məcməül-bəyan” və “Burhan” adlı təfsir kitablarında “Ixlas” surəsinin təfsirində, “Qul-huvəllahu əhəd” cümləsinin tərcüməsi babında və Şeyx Səduqun “Tovhid” kitabında (381-ci ildə vəfat edib) tapdıq. Orada deyilir ki, Peyğəmbər səhabəsi Imran ibni Həsin belə demişdir: “Peyğəmbər Əlinin sərkərdəliyi ilə bir qoşunu səriyyəyə göndərdi. Qayıtdıqları zaman onlardan vəziyyəti soruşdu, dedilər: “Hər bir şey yaxşı idi, lakin bütün namazlarda “Qul huvəllah” surəsini qiraət edirdi.” Həzrət Peyğəmbər Əlidən “Nə üçün belə edirdin?” - deyə soruşduqda, dedi: “Çünki “Qul huvəllah surəsini çox sevirəm.” Peyğəmbər buyurdu: “Sən onu sevdiyin üçün Allah da səni sevir.” “Tovhidi Səduq”, Tehran çapı, 1387-ci hicri qəməri, səh.94, 11-ci hədis; “Məcməül-bəyan” (Təbərsi, 568-ci ildə vəfat edib), Seyda çapı, 1333-1356-cı ilər, 10-cu cild, səh.576; “Təfsiri Burhan” (Bəhrani, 1107, yaxud 1109-cu ildə vəfat edib), 3-cü çap, 1394-cü hicri ili, 4-cü cild, səh.521.
Bu hədisin düzgünlüyünü isbat etmək üçün iki güclü dəlil mövcuddur:
1-”Səhihi Buxari”də və başqa kitablarda qeyd olunur ki, Ümmül-möminin Aişə öz hədisində Əlini “rəcül” (bir kişi) təbiri ilə qeyd edir.
2-Həmçinin “Səhihi Buxari”də və başqa kitablarda qeyd olunur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Əliyə buyurdu: “Allah səni sevir.” Elə bu hədisdə də “Allah səni sevir” – ifadəsi vardır.
Глава 1600: О том, что сообщается относительно призыва пророка, да благословит его Аллах и да приветствует, к единобожию, обращённого им к (членам) его общины.
2125 (7375). Сообщается, что жена пророка, да благословит его Аллах и приветствует, ‘Аиша, да будет доволен ею Аллах, сказала:
(Как-то раз) пророк, да благословит его Аллах и приветствует, отправил (в поход) боевой отряд под командованием одного человека, который во время молитв был имамом для своих товарищей и всегда завершал чтение (словами): «Скажи: “Он, Аллах, Один…”»1. Когда они вернулись, об этом рассказали пророку, да благословит его Аллах и приветствует, который велел: «Спросите его, почему он делает это?» Ему задали этот вопрос, и он сказал: «В ней (упоминается о) качествах Милостивого, и (поэтому) я люблю читать её». (Узнав о том, что он сказал,) пророк, да благословит его Аллах и приветствует, велел (им): «Скажите ему, что Аллах любит его».
________________________________________
1 Имеется в виду, что последним, что он читал во время каждого раката молитвы, была 112-я сура Корана “Искренность”, до которой им читалась “Аль-Фатиха” и какая-нибудь другая сура или отдельные айаты.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#77 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 03 ноября 2009 - 15:41

İbni Əbil-Hədid yazır: «Ömər İbni Şəbbəh, Səid İbni Cübeyrdən rəvayət edir ki, İbni Zübeyr bir xütbə oxuyaraq Əliyə hörmətsizlik göstərdi. Onun sözləri Məhəmməd Hənəfiyyəyə çatdı (o, 81-ci ildə vəfat edib). İbni Zübeyr xütbə oxuyan bir halda Məhəmməd ona doğru gəldi, kürsünün üstünə çıxdı və onun sözünü kəsib dedi: «Ey ərəblər! Bu üzlər qara olsun! Sizin hüzurunuzda Əliyə hörmətsizlik olunur?! Əli ki, Allah düşmənlərinə qarşı Allah əli, Allah fərmanının ildırımıdır! Allah onu kafirlərə və onun öz haqqını inkar edənlərə doğru göndərdi, o da həmin şəxsləri küfrlərinə görə qətlə yetirdi, onlar da məhz buna görə qəlblərində ona qarşı kin-küdurət bəslədilər. Halbuki hələ Peyğəmbərin əmi oğlusu ola-ola onun əleyhinə həsəd və kin-küdurət qılınclarını qəlblərində gizlətmişdilər?! Allah onu Özünün rəhmət dərgahına aparanda və Öz yanında olanları onun üçün bəyənəndə bəziləri öz kin-küdurətlərini onun əleyhinə aşkar etdilər, öz düşmənçiliklərini sona çatdırdılar. Onlardan bəziləri onu özünün məxsus haqqından uzaqlaşdırdılar, bəziləri ona qarşı sui-qəsd hazırladılar, başqaları da ona qarşı yaramaz sözlər deməyə, töhmət vurub söyüş söyməyə başladılar. Əgər bu gün onun övladlarının və köməkçilərinin dövlət və qüdrəti olsaydı, onların sümükləri pərakəndə, qəbirləri dağınıq, bədənləri çürümüş, diriləri qətlə yetirilmiş, boyunları xar və zəlil olardı. Allah-taala onları bizim əlimizlə əzaba düçar və xar etdi, bizi onlara qalib etdi və bizim qəlblərimizə şəfa bağışladı. Allaha and olsun ki, Əliyə yalnız o kafirlər nalayiq sözlər deyər ki, Peyğəmbəri-Əkrəmə gizlində nalayiq sözlər deyir və onu aşkar etməkdən qorxurdular. Onlar Əliyə nalayiq sözlər deməklə əslində Peyğəmbərə nalayiq sözlər deyirlər! Agah olun, ölüm sizin yaşlılarınızı hədəf tutmuşdur! O kəslər ki, Əlinin barəsində Peyğəmbərin belə buyurduğunu eşitmişlər: «Ya Əli! Səni mömindən başqası sevməz, münafiqdən başqası düşmən tutmaz!»
﴿وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ ﴾
«Zülm edənlər tezliklə anlayacaqlar ki, onlar hara qaytarılacaqlar.»
(«Nəhcül-bəlağə»nin şərhi (İbni Əbil-Hədid), 57-ci xütbənin şərhi, 1-ci çap, 1-ci cild, səh.358. Məhəmməd Əbül-fəzl Ibrahimin təhqiqi ilə, 4-cü cild, səh.61-63. Bu rəvayəti Yəqubi öz tarix kitabında (2-ci cild, səh.262) daha artıq izahla qeyd etmişdir. Əbdüllah İbni Zübeyr Yezidin ölümündən sonra 64-cü hicri ilində Hicazda və Iraqda xilafət iddiasına qalxdı. Onun hökuməti 67-ci hicri ilində Hicazda öldürüldüyü vaxta qədər davam etdi.)



Salam eleykum mehle uwaqi:) Allah senden razi olsun ki,bu delilleri behslerde DALIL DALIL deyen ve bezende bize qardaw deyib cagiranlar ucun yazib qoyursan,belkem inwallah kimse oxuyub hidayet olar Allah izni ile.
bu qeder sual verenler,bow bow daniwanlar birdene ozlerine sual versinler ki,axi bizim niye qelbimizde EHli Beyte qarwi bele kin kuduretleri var, Imameti niye daxilen qebul elemek istemirler??axi hansi hissdir,hansi fikirlerdir ki,bunlara mane olur Ehli Beyti olduqu kimi qebul elemeye??Peyqember salavatullahin pak olan ailesini kenara qoyub niye axi men gedib hansisa bawqa birinden hec Peyqemberle qohumluq elaqeleri bele olmayan insanlardan yapiwmali ve onlari mudafie elemeliyem heee??? eger bele haqqi mudafie edendilerse onda niye yezid ,muaviyye kimi melunlari qebul edib onlari xelife bilirler? meger Peyqember nevesini wehid eleyen wexsi Allah bagiwlayar? Peyqembere qarwi xeyanet eden wexsi Allah bagiwlayar???Eger aisha bele mominlerin anasi idise ozunu ana kimi aparardi ve oturardi evde ,Imam ALi leyehisalama qarwi muharibeye getmezdi,meger Aisha evden cixanda Peyqember eleyhisalamdan ijaze alib cixmiwdir ki??axiri ay ozlerini muselman baci qardawlar,birinci novbede qelbinizde olan kini,qesaveti temizlemeye caliwin,qelbinizi paklamasaz cetin pakliq mefhumunu anlayasiz,o qeder qelbiniz qezeb,kinle doludur ki,inandirim zahirinizden bunu bele gormek olar eger diqqet elesen.size ne mane olur axi????bunun ucun birinji novbede ozunuze nezer eleyin ve inwallah Allahdan da komek dileyin ki,ozu size yardimci olsun ki,Haqqi anlayasiniz.

Essalamu eleykum ve rehmetullahi ve bereketuh.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#78 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 15:54

Əgər bu hədisi deyirsinizsə, baxın görün onun ardınca nələr gəlir!!!!
Cəmi bin ət-Təymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin ® yanına getmişdim. Soruşdum ki, peyğəmbər hansı qadını daha çox sevirdi. “Fatiməni” – deyə cavab verdi. “Bəs kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır” – dedi. (ət-Tirmizi, “Mənaqib”, 3873).
صحيح ترمذى ج 2 ص 319- روى بسنده عن ابن بريدة عن ابيه قال: كان احبّ النساء الى رسول الله (ص) فاطمة (ع) و من الرجال على (ع).
Termizi “Səhih” 2 cild, səh 319-da Büreydədən, o da atasından nəql edir: “Peyğəmbər üçün qadınlardan ən sevimli və ən əziz Xanım Fatimə, kişilərdən isə ən sevimli və ən əziz Əli (Ə) idi.”
مستدرك الصحيحين، ج 3 ص 154- روى بسنده عن جميع بن عمير قال: دخلت مع امى على
عائشة فسمعتها من وراء الحجاب و هى تسألها عن على (ع) فقالت: تسألنى عن رجل والله ما اعلم رجلاً كان احبّ الى رسول الله (ص) من على و لا فى الارض امرأة كانت احبّ الى رسول الله (ص) من إمرأته- يعنى امرأة علىّ (ع)- قال هذا حديث صحيح الاسناد.
Hakim Nişapuri “Müstədrəküs Səhiheyn” 3 cild, səh 154-də Cami ibni Əmirdən nəql edir ki, o dedi: “Bir dəfə mən anamla Aişənin yanına gəldik. Sonra mən eşitdim ki, anam pərdə arxasında Aişədən Əli (Ə) barəsində soruşdu. Aişə dedi: “Sən məndən elə bir kişi barəsində soruşursan ki, ALLAHA and olsun, mən elə bir kişi tanımıram ki, Peyğəmbərə (S) Əli (Ə) qədər yaxın və əziz olsun. Dünyada Peyğəmbərə (S) Xanım Fatimə qədər (S.Ə) sevimli qadın da tapılmazdı.”
Nisai “Xəsais” səh 29. Əhməd ibni Hənbəl 4 cild, səh 257. İbni Əsir Cəzri “Üsdul Ğabə” 5 cild, səh 314, 547. İbni Həcər “Əl İsabə” 8 cild, səh 183. Müttəqi Hindi “Kənzul Ummal” 6 cild, səh 84. “Riyazun Nəzirə” 2 cild, səh 161.
İbni Əsakir rəvayət edir ki, iki qadın Aişəyə dedi: «Ey Ümmül-möminin! Əlidən bizim üçün danış.» Aişə dedi: «Nə soruşursunuz? Elə bir kişi barəsində (soruşursunuz) ki, öz əlini Peyğəmbər üçün söykənəcək qərar verdi, o həzrətin ruhu onun əlində cərəyan etməyə başladı və onu öz üzünə çəkdi?!» Dedilər: «Bəs nə üçün onun əleyhinə qiyam etdiniz?» Dedi: «Bu olub keçən bir işdir. Onun əvəzini çıxmaq üçün yer üzündə olan hər bir şeyi vermək istərdim.»
Imam Əli (əleyhis-salam)-ın tərcümeyi-halı, «Tarixi İbni Əsakir», 3-cü cild, səh.15.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#79 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:01

Qaldı qısqanclıq məsələsi.....Ona nəzər salsaq görəcəyik ki, hər bir yerdə problrm yaradırmış bu aişə.....
Aişə dеyir: “Peyğəmbərin xanımlarından hеç birinə Хədicəyə еtdiyim qədər həsəd еtmirdim. Səbəbi də Peyğəmbərin onu tеz-tеz xatırlaması, mədh etməsi, xüsusilə də vəhy yolu ilə Хədicənin cənnətdə əzəmətli bir saray sahibi olması хəbərinin Peyğəmbərə yеtişməsi idi.”
“Səhihi Buxari”, cild 2 səh.277
Bu cümləyə diqqət edərkən görürük ki, Aişə xanım o biri Xanımlara da həsəd edirmiş, lakin, Xanım Xədicəyə (S.Ə) olan qısqanclığı daha da şiddətli imiş.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#80 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:01

Aişə ® rəvayət edir ki, “Mən Peyğəmbəri (S) arvadlarından heç birinə Xədicə qədər çox qısqanmadım. Halbuki mən Xədicəni dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (S) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin dostlarına göndərirdi. Bəzən mən: “Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur” – deyərdim. Rəsulullah (S) da: “Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu” – deyərdi”. (Buxari, Kitabul-mənaqibul-ənsar”, 19/43; Müslim, “Fadailus-səhabə”, 73, 74, 77, 78 (2434, 2435, 2437); ət-Tirmizi, “Mənaqib”, 3885, 3886).
Əhməd bin Hənbəlin rəvayətində Peyğəmbərin (S) belə dediyi rəvayət olunur: “İnsanlar mənim risaləmi inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. ALLAH onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı”.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#81 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:04

“Bunlardan əlavə, hətta lş o yerə çatmışdı ki, Peyğəmbərə (S) qarşı qəzəbli və kinli etirazlar da özünü biruzə verməyə başlamışdı.” Əbu Yəla “Müsnəd,” Əbu Şeyx “Əmsal” kitabinda Aişədən nəqlən yazır:
“ Peyğəmbər(S) məndən atam Əbu Bəkrə şikayət etdi. Mən dedim: “Ya Rəsuluallah! Ədalətə riayət et!” Atam mənə elə bir şillə vurdu ki burnumdan qan açıldi. Sonra mənə dedi: “Peyğəmbərəmi deyirsən ədalətə riayət et?”
Mövla Əli Müttəqi Hindi “Kənzul Ummal” 7 c səh 116 hədis 1020
Ğəzzali “Ehyaul – Ulum” .2 c səh 135.

Bir gün Aişə Peyğəmbərin gözündən təmamilə düşdü. Peyğəmbərə dedi: “Səninmi Peyğəmbər olduğunu güman edirlər? “
Ğəzzali “Ehyaul –Ulum “ 2 c səh 135 “Adabun – Nigah” bölməsi.
“Mükaşəfətül Qülub” səh 238.
Mövla Əli Müttəqi Hindi “ Kənzul Ummal “ 7 c səh 116.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#82 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:05

“Məğafir hadisəsi” - Məşhur məsələlərdəndir.
Buxari “Təhrim” surəsinin təfsirində, öz Səhihinin 4912 ; 5216 ; 5267; 5431 ; 5599 ; 5614 ; 5682 ; 6691 ; 6972 nömrəli hədislərində nəql edir: (İxtisarla nəql edirik) “Aişə deyir: “Peyğəmbər (S) Cəhşin qızı Zeynəbin yanında bal yeyir və onun yanında qalırdı (o Peyğəmbərin (S) bibisinin qızı və Onun (S) həyat yoldaşlarından biri idi). Mən və Həfsə (Ömərin qızı) hiylə qurduq ki, bizlərdən hər kəs Zeynəbin yanına getsə, (istehza üzündən) Peyğəmbərə (S) deyək: “Məğafir yedinmi?” Peyğəmbər (S) buyurdu: “Mən Məğafir yox, bal yeyirəm.”
“Məğafir” - bəzi ağaclardan axıb quruyan şirəyə deyilir.

“Aişə və Həfsənin Peyğəmbərin (S) əleyhinə əlbir olmaları və bu barədə nazil Quran ayəsi də məşhurdur.”
ALLAH –TƏALA buyurur: “Əgər siz iki qadın (Aişə və Həfsə) Onun (Peyğəmbərin (S)) əleyhinə əlbir olsanız (hiylə işlətsəniz), ALLAH, Cəbrail və layiqli möminlər Onun kömkçisidir.Və Ondan sonra mələklər Ona kömək edəcəklər. Əgər Peyğəmbər (S) sizə təlaq versə, ümid var ki, ALLAH sizdən daha yaxşı müsəlman və imanlı həyat yoldaşını əvəz versin.” “Təhrim” surəsi ayə 4-5.
Übeyd ibni Hüneyindən, o da ibni Abbasdan rəvayət edir: “Bir il idi ki, Ömər ibni Xəttabdan bir ayə barəsində soruşmaq istəyirdim. Amma onun vəhşətli simasından soruşa bilmirdim. Nəhayət bir dəfə o, Həcc məqsədi ilə Mədinədən çıxdı. Mən də onunla birlikdə idim.Həccdən qayıdarkən yolda ondan soruşdum: “ Peyğəmbərin (S) o iki qadını kimlər idi ki, Allah –Təala buyurur:--”Onlar Peyğəmbərin əleyhinə hiylə qurmuşdular?”
Ömər dedi: “Həfsə və Aişə idi.”
Səhihi Buxari 3 c. səh 136-137. hədis 4913; 4914
Peyğəmbərin (S) bu qadınları həmişə Ona (S) əziyyət verirdilər.Onlar həmişə Peyğəmbəri müdafiə etmələri olduqları halda, həm Peyğəmbərin (S) sağlığında, həm də vəfatından sonra O Həzrətlə (S) çox pis rəftar edirdilər.
ALLAH-TƏALA “Təhrim” surəsində (yuxarıda qeyd olunan ayənin əvvəlində) buyurur: “Gərək siz (iki qadın) ALLAH dərgahına tövbə edəsiniz, çünki qəlbləriniz münhərif olmuşdur (haqqdan dönmüşdür).”
Bu ayə Aişə və Həfsəyə Peyğəmbərə (S) qarşı gördükləri nalayiq əməldən tövbələtmə verir. Bilirik ki, günahkar insanlar ALLAHIN Əmr və Nəhylərinin xilafına əməl etmələrinə baxmayaraq, onların tövbə etməsi bəyənilir. ALLAH – TƏALANIN buyurduğu “Tövbə edin” cümləsi təklikdə onların günah iş gördüklərinə dəlalət edir. Bundan əlavə, ALLAH – TƏALA “qəlbləriniz münhərif olmuşdur (haqdan dönmüşdür)”-deməklə açıq-aşkar buyurur ki, Aişə və Həfsə ALLAHIN Əmri ilə müxalifət etmişdilər, tabe olmaları vacib olduğu halda, o haqdan dönmüşdülər.
Qısaca olaraq Aişə və Həfsə barəsində bu məlumatı qeyd edirik: “Peyğəmbər (S) Əbu Bəkr və Ömərin qızlarına elçi getməmişdi. Peyğəmbərin (S) əksər qadınları müəyyən səbəblər üzündən Onun (S) əqdinə keçirilmişdi. Aişənin atası və anası çox israrla Peyğəmbərə (S) onu almağı təkid etmişdilər. Həzrət (S) – da qəbul etmişdi. Məkkədə əqdi oxunmuş, Mədinədə Peyğəmbərin (S) evinə köçmüşdü. Həfsə də Bədr müharibəsində ərini itirmiş, atası Ömərin evinə qayıtmışdı. O həddindən artıq bəd əxlaq və kobud xasiyyətli bir qadın olduğundan, heç kəs onu almırdı. Ömər əvvəlcə Əbu Bəkr və Osmana təklif etdi ki, onu alsınlar. Amma hər ikisi kobud xasiyyətinə görə Həfsə ilə evlənmək istəmədilər. Sonra Ömər bu məsələni Peyğəmbər (S) ilə müzakirə etdi. Həfsənin əri Peyğəmbərin (S) önündə öldürüldüyünə görə Həzrət onunla evləndi.”
Peyğəmbərin (S) əleyhinə qurulan hiylə bu idi:
(Xülasəsini qeyd edirik) : “Bir gün Peyğəmbər (S) arvadlarından olan Misirli Mariyə (onun növbəsi olduğuna görə) ilə, Aişənin, yaxud Həfsənin evində xəlvət etmişdi. Bu zaman Həfsə otağa daxil olub işdən xəbərdar oldu. Peyğəmbər (S) bilirdi ki, Aişə və Həfsənin Mariyə ilə çox da yaxşı münasibəti yoxdur. Onların bu işə mənfi əməllərinin qarşısını aldı ki, hadisəni Aişəyə deməsin. Əvəzində isə buyurdu: “Mariyəni özümə haram etdim və bir daha onunla yaxınlıq etməyəcəyəm.” Lakin Həfsə Peyğəmbərin (S) Mariyəni nə üçün haram etməsini dərhal Aişəyə xəbər verdi.”
ALLAH-TƏALA “Təhrim” surəsində buyurur: “Ey Peyğəmbər (S) nə üçün ALLAHIN Sənə hala etdiyi həyat yoldaşını başqa qadınlarının xoşuna gəlmək üçün Özünə haram etmisən? O Sənə halaldır.And içdiyin üçün kəffarə ver və başqa qadınların şərrindən qorxma.ALLAH Sənin köməkçindir.”
4-cü ayə isə buyurur: “Əgər o iki qadın (Həfsə və Aişə) öz atalarının nüfuzundan istifadə edərək, Sənin leyhinə hiylə qurmaq-(yəni Sənə ziyan çatdırmaq) istəsələr ALLAH, Cəbrail və Layiqli möminlər (yəni Əli (Ə)) , həmçinin mələklər Sənin dostun və köməkçin olacaqlar.”
Buna görə də “Təhrim” surəsi, məhz həmin səbəbə görə “haram edilmə” adlandırılmışdır və bu surənin əvvəlki ayələri bu barədə nazil olmuşdur.ALLAH sonrakı ayədə Aişə və Həfsəni təhdid edib buyurur ki, əgər Peyğəmbərə (S) əziyyət etsələr başqa müsəlman və imanlı qadınları onların yerinə Peyğəmbərə (S) ərə verəcəkdir.
ALLAH “Təhrim” surəsinin axırında buyurur: “ALLAH kafir olanlar üçün Nuhun və Lutun arvadını misal vurur: “Onlar Bizim layiqli bəndələrimizdən ikisinin arvadları idi və öz ərlərinə xəyanət etmişdilər. Onlar üçün ALLAH tərəfindən heç bir bəhrə yoxdur və (qiyamətdə) onlara deyilər: “Cəhənnəm əhli ilə birlikdə Cəhənnəmə daxil olun!”İmanlı şəxslər üçün də ALLAH – TƏALA Fironun arvadını misal vurur.O dedi: “Pərvərdigara mənim üçün Öz yanında bir ev qərar ver.”
Nuhun arvadının ona etdiyi xəyanət bundan ibarət idi ki, o camaata deyirdi: “Ərim dəli olmuşdur, onun sözlərinə qulaq asmayın!”
Lutun arvadının da xəyanəti bu idi ki, o, əyri yola gedən əxlaqsız qadınları Lutun evinə aparırdı. Halbuki, bu evdə pak və iffətli qadınlar var idi.
Bu qadınların hər ikisi (Nuhun və Lutun arvadı) kafir, səadətdən məhrum və ərlərinin yüksək İlahi hədəflərindən uzaq idilər.
Bu iki hadisəni ALLAH-TƏALA “Təhrim” surəsində Aişə və Həfsə üçün misal çəkmişdir ki, onları qorxudub başa salsın ki, sadəcə Peyğəmbərin arvadı olmaq onlar üçün nə faydalı, nə də ziyanlı deyildir.İnsanın faydası və ya zərəri onun elm və imanından asılıdır.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#83 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:06

Aişə hicrətin 57-ci (yaxud 59-cu) ili, şəvval ayı¬nın 10-u çərşənbə aхşamı Mədinə şəhərində dünyadan gеtdi. Onun cənazəsinə Mərvan ibni Həkəmin Mədinədəki nümayəndəsi Əbu Hüreyrə namaz qıldı. Aişənin öz vəsiyyətinə əsasən, onu «Bəqi» qəbiristanlığında Peyğəmbərin (S) başqa xanımlarının kənarında tоrpağa tapşırdılar.
Aişə ölməmişdən qabaq deyirdi: “Mən Peyğəmbərdən (S) sonra yaramaz və nalayiq işlər gördüyüm üçün məni Onun zövcələrinin yanında dəfn edin. (Peyğəmbərin qəbri yanında dəfn etməyin.)”
Məhəmməd ibni Səd “Təqabatul Kubra” 8 cild, səh 51.
( Ümmül-Möminin Aişənin tərcümеyi-halını ətraflı şəkildə mütaliə еtmək üçün «Əl-isabə», «Əl-istiyab» «Usdul-ğabə», İbni Sədin «Təbəqat» kitabı və «Müstədrək» kitablarina müraciət еtmək оlar.)
Aişə əsəbi və üsyankar bir qadın, həm də fərasətli, еyni zamanda həsədçi, paхıl idi. О ərinə çох paxıllıq еdirdi. Bu paxıllıq və həsəd о həddə çatmışdı ki, оndan başqasının ərinin qəlbində yеr tutmasına, onun məhəbbətini başqası ilə bölüşməsinə zərrə qədər razı dеyildi.
Aişə öz qohumlarını çох sеvir və оnlara qarşı xüsusi təəssübkеşlik еdirdi. Əgər оnların mənafеyi хətərə düşsəydi, əl-ayağa düşər və mövqeyini unudardı. О, qohumları üçün əlindən gələn hеç bir şеyi əsirgəməzdi.
Bunlar Aişənin əxlaqi xüsusiyyətləri idi ki, onun bütün həyatında, xüsusilə Peyğəmbər (S)lə yaşadığı dövrlərdə bariz şəkildə hiss olunurdu.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#84 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:17

Aişə о vaхt camaatı Osmanın əleyhinə qaldırmaq üçün misilsiz tədbirlər görürdü. Aişə camaatın Peyğəmbər (S)in хatirə və yadigarlarına qəlbən aşiq olduqlarını bildiyi üçün, Peyğəmbər (S)in çarıqlarını qəti sənəd ünvanında əldə tutaraq (yəni «Peyğəmbər (S)in sünnəsi və şivəsi ayaq altına qoyulubdur»-adı ilə) camaatı Osmanın əleyhinə qaldırdı. Aişə camaatın hislərini хəlifənin əleyhinə təkcə bu yоlla təhrik еdirdi. О bu hərəkəti ilə camaatın böyük bir hissəsini Osmana qarşı bədbin еtdi və özü Istədiyi kimi оnları хəlifənin ətrafından dağıtdı. Bu tədbir о qədər dəqiq işlənmişdi ki, onun tərəfdarları ilə müxaliflərinin vuruşmaları ilə nəticələndi.
Peyğəmbər (S)dən sonra müsəlmanlar arasında ilk dəfə məsciddə dava-dalaş baş vеrdi, nəhayət Aişə qüdrətli və zülmkar хəlifəni öz qüdrəti qarşısında məğlub və onu məcbur еtdi ki, camaatın Istəklərinə diqqət yеtirsin və şərabхоr və fasiq qardaşının istеfa hökmünü vеrib mühakimə olunmaq üçün onu Mədinəyə çağirsın.
Əgər Aişə camaatı хəlifənin əleyhinə təhrik və müxaliflərə rəhbərlik еtməsəydi, bu hadisələr baş vеrməzdi.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#85 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:18

Еyni halda Aişə təcrübəli bir sərkərdə kimi camaatı və Osmandan inciyənləri onun əleyhinə üsyana təhrik еdirdi. О, ilk dəfə Peyğəmbər (S)in çarıqlarını camaata göstərməklə оnların хəlifəyə qarşı mənfi hislərini оyatdı. О, bu təhriklə öz istədiklərini ələ gətirdi və о, ikinci təhrikin daha çох çох təsir qoyacağını da yaхşı bilirdi. Amma bu dəfə Peyğəmbər (S)in saçını və köynəyini оna əlavə еtdi. Aişə¬nin bu hərəkəti Osmanın məqam və şəxsiyyətini təmamilə məhv еtdi.
Onun məqam və şəxsiyyətinin aşağı düşməsi xilafətinə də təsir göstərdi. Bu hadisələrdən sonra onun ümmət arasındakı оlan kеçmiş еhtiramları da aradan gеtdi. Buna görə də Osmandan sonra camaat хəlifələrə açıq-aşkar surətdə təcavüz еtdilər.
Aişə ilə Osman arasında оlan əlaqələr gеt-gеdə gərginləşirdi. Bir gün Osmanı dəstəkləyən Aişə, indi onun qatı düşməninə çеvrilmişdi.
Bəlkə də dеmək оlar ki, оnların arasında оlan ədavət хəlifəni onun aylıq maaşını azaltmasından sonra baş vеrmişdi. Оndan sonrakı hadisələr – Aişənin еtirazları və хəlifənin оna vеrdiyi kəskin cavabları – Aişənin onun qatı düşmənlərindən birinə çеvrilməsinə səbəb oldu.
Bu dəfə Aişənin Osmanla ziddiyyəti fəqət başqalarının istəklərini yеrinə yеtirmək üçün yох, əksinə daha çох öz şəxsiyyət və mövqeyini müdafiə еtmək məqsədi daşıyırdı.
Aişə öz fərasəti ilə camaatı qiyama hazırladığından, öz хеyrinə çох istifadə еtdi. Çünki о görürdü ki, camaat Osmanın hökumətindəki özbaşınaçılıqdan və onun tərəfdarlarının zülmkarlığından cana yеtişiblər. Aişə bu məsələlər qarşısında öz mövqeyini hifz еtdi və Osmanın əleyhinə оlan qiyamın rəhbərliyini öz üzərinə götürdü, habеlə həmin qiyamı istədiyi kimi sona çatdırdı.
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#86 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:33

ALLAH razı olsun Peyğəmbərin xanımı Ümmü Sələmədən. Bu fitnələrin qarşısını almaq üçün əlindən gələni etdi.Lakin nə faydası........
Tarixçilər, sirə yazanlar, habelə ibni Əbil Hədid yazır ki, Aişə Ümmü Sələmənin yanına gəldi ki, Osmanın intiqamını almaq bəhanəsi ilə onu da müharibəyə təhrik etsin. Ona dedi: “Ey ibni Üməyyənin qızı! Sən Peyğəmbərin ilk hicrət edən arvadısan. Sən Ümmül-mömininlər arasında ən böyük şəxsiyyətsən. Peyğəmbər bizim növbələrimizi sənin evində bölüşdürürdü. Cəbrail də əksər vaxtlarda sənin evində nazil olurdu.
Ümmü Sələmə dedi: “Bu sözlərlə nə demək istəyirsən?”
Aişə dedi: “Camaat Osmanı tövbələtdilər. O tövbə etdikdən sonra orucağız olan halda və haram ayda qanını axıtdılar. Mən istəyirəm ki, onun intiqamını almaq üçün Təlhə və Zübeyr ilə birlikdə Bəsrəyə gedəm. Sən də bizimlə gəl, bəlkə ALLAH bu işi bizim əlimizlə həll etsin.
Ümmü Sələmə dedi: “Sən dünən camaatı Osmanın əleyhinə qiyama qaldırır, onun barəsində ən pis və nəlayiq sözlər deyirdin, ona “Nəsəl” deyə xitab edirdin. Sən həm də Əlinin (Ə) Peyğəmbərin (S) yanında olan yüksək məqamını yaxşı bilirsən. Onu sənin yadına salımmı?
Aişə dedi: “Bəli.”
Ümmü Sələmə dedi: “Yadındadırmı, bir gün Əli (Ə) Peyğəmbərin (S) yanına gəldi, biz də onun yanında idik. Peyğəmbər (S) Əli (Ə) ilə söhbəti çox uzandı sən onlara etiraz etmək istədikdə mən sənə mane oldum, lakin sən etina etmədin. Gedib hər ikisinə etiraz etdin. Bir azdan ağlar gözlə qayıtdın. Mən səndən soruşdum ki, nə olub? Sən dedin: “Mən gedəndə gördüm ki, omlar bir-biri ilə raz-niyaz edirlər. Mən Əliyə (Ə) dedim: “ Doqquz gündən biri mənimdir. Ey Əbu Talibin oğlu, nə üçün qoymursan ki, bu gün mənə çatsın?!”
Peyğəmbərin (S) üzü qəzəbdən qızarmış halda mənə buyurdu: “Qayıt! ALLAH and olsun, hər kəs Əlini (Ə) düşmən tutsa, imandan xaric olmuşdur.” Yadındadırmı, sən də peşman və qəzəbi halda qayıtdın?!
Aişə dedi: “Bəli, yadımdadır.”
Ümmü Sələmə dedi: “Yenə də sənin yadına salım: “Mən və sən Peyğəmbərin (S) yanında idik, O bizə buyurdu: “Görəsən sizlərdən hansınız çox tüklü dəvəyə minəcək və Hovəd itləri onlara hürəcək və o, həqiqi yoldan azacaq?! Biz dedik: “ Belə bir şeydən ALLAH və Onun Peyğəmbərinə pənah aparırıq!”
Peyğəmbər (S) əlini sənin kürəyinə vurub buyurdu: “Hümeyra, olmaya sən olasan?! Yadındadırmı, mən də səni qorxutdum?”
Aişə dedi: “Bu da yadımdadır.”
Ümmü Sələmə dedi: “Bunu da yadına sal ki, mən və sən Peyğəmbərlə (S) bir səfərdə idik. Əli (Ə)-da bir ağacın altında oturub Peyğəmbərin (S) ayaqqabısını yamayırdı. Atan (Əbu Bəkr) Ömərlə birlikdə gəldi. Biz pərdənin arxasına keçdik. Onların arasında bir qədər söhbət oldu, axırda dedilər: “Ya Rəsuləllah! Biz bilmirik ki, neçə ildən sonra bizim aramızdan gedəcəksən. Yaxşı olar ki, səndən sonra xəlifə və canişinin kim olacağını bizə xəbər verəsən, o, bizim üçün bir sığınacaq olsun.”
Peyğəmbər (S) buyurdu: “ Mən kimin canişin olacağını yaxşı bilirəm, lakin əgər desəm, Bəni-İsrailin Harunun ətrafından dağıldığı kimi siz də dağılacaqsınız.”
Onlar susdular və sonra çölə çıxdılar. Sonra biz Peyğəmbərin (S) yanına getdik. Sən bizim aramızda Peyğəmbərə qarşı cəsur olduğundan dedin: “Ya Rəsuləllah, onlar üçün kimi əmir və xəlifə təyin edəcəksən?”
Peyğəmbər (S) buyurdu: “O kəsi təyin edəcəyəm ki, mənim ayaqqabılarımı yamayır.”
Biz gəlib gördük ki, O, Əlidir.
Sən dedin: “Ya Rəsuləllah, mən Əlidən (Ə) başqa bir kəsi görmədim.”
Peyğəmbər (S) buyurdu: “O, elə dediyim şəxsdir.”
Aişə dedi: “Bəli, bunu da xatırlayıram.”
Ümmü Sələmə dedi: “Ey Aişə, onda bu nə qiyamdır ki, başlayırsan?”
Aişə dedi: “İstəyirəm ki, cəmiyyətdə islahat aparmaq üçün qiyam edəm!
Bu sösbətdən sonra İbin Qütüybənin “Ğəribul-hədis” kitabında nəql etdiyinə
əsasən Ümmü Sələmə Ayişənin evdən çıxıb Əli (Ə)-ın əleyhinə qiyam etməsinin qarşısını almaq istədi və dedi: Əgər İslamın sütunu əyilsə, bil ki, qadınların vasitəsilə düzəlməcək; əgər İslamın sütunu sınsa, qadınların vasitəsilə təmir olunmayacaq. Əgər Peyğəmbər səni bu çöllərdə dəvəyə minib o tərəfə -bu tərəfə getdiyini görsə, nə deyəcəksən ? Allaha and olsun, əgər sən bu yolla getsən, qiyamətin günü mənə desələr ki, Bərrin cənnətlərə daxil ol, sənin Əliyə qarşı etdiyin bu işə görə mən ora daxil olmağa həya edərəm. “
İbni Əbil Hədid Ümmü Sələmənin bu məktubunu (Nəhcul-bəlağa)-yə yazdığı şərhin 2-ci cildinin 79-cu səhifəsində qeyd etmişdir. Ümmü Sələmə yox gözəl imtahan verdi. O, Allah xatirinə, İslam ümməti və şəxsən Ayişənin öz üçün müəyyən sözlər deyib bəzi tədbirlər gördü, ən gözəl cihadı (əmr be məruf və nəhy əz münkəri) yerinə yetirdi. Onun etdiyi cihadla Ayişənin cihadı arasında nə qədər fərq vardır!
Sonra Ümmü Sələmə Məkkədən Əli (Ə) – a belə bir məktub yazdı:
“Amma bəd. Təlhə, Zübeyr və onların azğın ardıcılları Aişə və Əbdullah Amir ilə birlikdə qiyam etmək fikrindədirlər. Onlar iddia edib deyirlər ki, Osman məzlumcasına öldürülmüşdür. ALLAH onları öz cəzalarına çatdıracaqdır. ALLAHA and olsun, əgər ALLAH bizim evdən çıxmağımızı qadağan etməsəydi və sən də razı olsaydın, sənə kömək etmək üçün heç nəyi əsirgəməzdim. Amma indi ki, belə maneələr var, əvəzində oğlumu öz yerimə (Ömər ibni Əbi Sələmə) göndərirəm ki, hər yerdə sənin önündə olsun. Ya Əmirəl-möminin, onun barəsində yaxşılıq et.”
Ümmü Sələmənin oğlu Əmirəl-möminin Əli (Əleyhissalam)-ın yanına çatdıqda Həzrət ona çox ehtiram etdi. O, bütün hadisələrdə Həzrətin yanında idi.
Zeyd ibni Suhan da “Cəməl” müharibəsində Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın qoşununda idi. O, döyüş meydanında ağır yara aldıqdan sonra torpağa düşüb, öz qanına qəltan olduğu zaman Əli (əleyhissalam) onun başı üstünə gəldi. Zeyd ömrünün son anlarında gözünü açıb o həzrətə baxdı, dodaqaltı dedi: “Ey Möminlərin əmiri! Mən sənin köməyinə heç də gözübağlı gəlməmişəm. Mən Peyğəmbərin zövcəsi Ümmü Sələmənin dediyi sözlərdən inandım ki, müsəlmanların rəhbərliyinə yalnız sən layiqsən. Ümmü Sələmə deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurub:
مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ اَلّلهُمَّ واَلِ مَنْ واَلاَهُ وَ عاَدِ مَنْ عاَداَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه ُ
“Mən hər kəsin mövlasıyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. Ilahi, onu sevən hər kəsi Sən də sev onunla düşmənçilik edən hər kəslə Sən də düşmən ol ona kömək edən hər kəsə Sən də kömək et onu xar etmək istəyən hər kəsi Sən də xar et!” Buna görə də çox narahat olub qorxurdum ki, sənə kömək etməsəm, Allah Qiyamət günündə mənim dadıma çatmayıb məni yalqız qoyar.”
“Qamusur-rical”, 4-cü cild, səh.256
Bu məktubun digər variantını da nəzərinizə çatdırırıq.
Ümmü Sələmənin Quranı gözəl bilməsini, elm və fəzilət əhli olmasını göstərən ən yaxşı dəlil onun “Cəməl” hadisəsində Aişəyə yazdığı məktubudur. Bu məktub həm də onun gözəl söz ustası və bəlağətli olmasını sübut edir və göstərir ki, o çox savadlı, işbacaran, təcrübəli, Allaha və Onun Rəsuluna itaət edən, insaflı, haqqı axtaran və müdafiə edən, əmr be məruf və nəhy əz münkər edən, qərəzsiz, təmənnasız Islam dinini və Əliyyibni Əbitalib (əleyhissalam)-ı sədaqətlə müdafiə edən, haqqa arxa duran, müsəlmanlara ürəyi yanan bir qadındır. O, həmin məktubda Aişəyə yazır:
اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص)وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَحُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ
“Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Aişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni tə`yin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qur`ani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, “vəqərnə fi büyutikunnə” ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpaolunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!”
“Nəhcül bəlağə”nin şərhi, (Ibni Əbil Hədid), 6-cı cild səh.219
Tarixçilər yazırlar: Aişə daha sonra Həfsə və Peyğəmbərin sair qadınlarının yanına adam göndərdi. (Onların hamısı bu zaman həcc mərasimini yerinə yetirirdilər.)
Aişə onları dəvət etdi ki, onunla birlikdə Bəsrəyə getsinlər. Həfsədən başqa heç biri ona müsbət cavab vermədi. Həfsəni də qardaşı Əbdullah ibni Ömər gəlib qaytardı.
İbni Əbil Hədid “Şərhu Nəhcül Bəlağə” 2 cild, səh 80
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#87 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 16:42

MALIKI ƏŞTƏRIN MƏKTUBU.
Maliki Əştər Mədinədən Aişəyə belə bir məktub yazdı:
“Amma bəd. Sən Peyğəmbərin zövcəsisən. Peyğəmbər sənə əmr etmişdi ki, öz evində qalasan. Əgər evdə otursan, sənin üçün başqa işlərindən daha yaxşı olar. Yox əgər qiyam edib camaatın arasında zahir olsan, öz ehtiramını aradan aparacaqsan, belə olarsa səninlə müharibə edib o evə qaytaracağam ki, Allah səni o evdə qərar verib.”
İkincisi, Zeyd ibni Suhanın Aişəyə yazdığı cavab məktubudur.
Səsəənin qardaşı və “tabeinin” (Tabein o şəxslərə deyilir ki, Peyğəmbəri görəməyiblər, lakin onun əshablarını görüblər.) tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -i görüb ziyarət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) “Cəməl” müharibəsində Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etmiş və nakisin (Əhd-peyman sındırıb Aişə, Təlhə və Zübeyrin rəhbərliyi ilə Əli (ə)-ın əleyhinə qiyam edənlər.) tərəfindən öldürülmüşdür.
Aişə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə Ibni Əsirin “Kamil” kitabında, 4-cü cild, səh.216-da görmək olar. (Bu məktub “Qamusür-rical” və sair rical kitablarında da cüzi məzmun fərqi ilə nəql olunub). Həmin məktubu “Kamil”dən nəql edirik:
مِنْ عاَيِشَةَ اُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةِ رَسُولِ اللهِ(ص) اِليَ اْبنِهَا الْخاَلِصِ زَيدِ بْنِ صُوهاَنَ اَمّاَ بَعْدُ فَاِذاَ اَتاَكَ كِتابِي هذَاَ فَاَقْدِمْ فَانْصُرْناَ فَاِنْ لَمْ تَفْعَلْ فَحَذِّلِ النّاَسَ عَنْ عَلِيٍّ
“Allah Rəsulunun sevimlisi Aişə Ümmül-möminindən onun sədaqətli övladı Zeyd ibni Suhana.
Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizə kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa camaatı Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etmsinə qoyma.” (Zeyd bu vaxt Kufədə idi.)
ZEYDIN CAVABI
اَمّاَ بَعْدُ فَاَنَا ابْنُكِ الْخالِصُ لَئِنِ اعْتَزَلْتِ وَرَجَعْتِ اِليَ بَيْتِكِ وَاِ˙َ فَاَنَا اَوَّلُ مَنْ نابَذَك
“Ey Aişə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqətli oğlun olaram (və sən də möminlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam.”
Zeydin Aişəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan məlumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Aişə o vaxt “möminlərin anası” ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, “möminləri anası” iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.
Zeyd Quranda Peyğəmbərin zövcələri üçün təyin olunan vəzifəni Aişəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və möminlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.
Təbəri yazır: Zeyd bu məktubdan sonra deyirdi:
رَحِمَ اللهُ اُمَّ الْمُؤْمِنِينَ اُمِرَتْ اَنْ تَلْزَمَ بَيْتَهاَ وَ اُمِرْناَ اَنْ نُقاَتِلَ فَتَرَكَتْ ماَ اُمِرَتْ بِهِ وَ اَمَرَتْناَ بِهِ وَ صَنَعَتْ ماَ اُمِرناَ بِهِِ وَ نَهَتْنا عَنْهُ
“Allah Ümmül-mömininə rəhmət eləsin! Onun işindən doğrudan da təəccüb edirəm. Aişənin vəzifəsi evində oturub ev işləri ilə məşğul olmaq, bizim işimiz isə cihada getmək idi. Amma iş əksinə oldu: Aişə müharibəyə gedir, ev işlərini görməyi isə bizə əmr edir. Bizim görməli olduğumuz işləri o görür və bizi həmin işlərdən çəkindirir.”
Zeyd ibni Suhan bilir ki, “vəqərnə fi buyutikunnə” ayəsi Aişənin vəzifəsini təyin edir. Lakin o, öz vəzifəsinin əksinə əməl edir və elə güman edir ki, müsəlmanların rəhbəri olmalı, Osamanın intiqamını almaq bəhanəsi ilə Cəmələ (erkək dəvəyə) minməlidir.
Zeyd ibni Suhan yaxşı-yaxşı dərk edir ki, Allah “Təthir” ayəsində müsəlmanlara rəhbərlik etməyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in Əhli-beytindən olan Həzrət Əli (əleyhissalam)-ın öhdəsinə qoymuşdur. Məhz buna görə də onu himayə edib cihad meydanında iştirak etməyə, öz rəhbərini və İmamını müdafiə etmək kimi islami vəzifəsini yerinə yetirməyə həmişə hazır olur.
Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınların əli ilə həll olunmadığını, eləcə də “Təthir” ayəsinin Aişəni təthir etmədiyini (paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər “Təthir” ayəsi Aişənin haqqında nazil olsaydı, Zeyd onun dəvətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən “Aişənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir”-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (əleyhissalam)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.
Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mötəbər sənəd kimi qəbul edir və Aişənin gördüyü işi Islam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, “Təthir” ayəsinin Aişənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu bilirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (əleyhissalam)-ın yolunda fəda edir.
Cəməl qiyamın rəhbəri şəxsən Aişə idi. O əmr verir, ordunu sahmana salır, sərkərdələri işdən çıxarır və ya işə təyin edirdi. İbni Əbil Hədid öz şərhinin 2-ci cildinin 80-cı səhifəsində Şəbidən, o da Müslüm ibni Əbi Bəkrədən, o da atasından belə rəvayət edir: “Təlhə və Zübeyr Bəsrəyə gəldikdə qılıncımı onlara kömək etmək məqsədi ilə siyirdim. Aişənin yanına getdikdə, gördüm ki, əmr verir, o nə deyirsə, həmin şey hökm kimi qəbul olunur. Peyğəmbərdən (S) eşitdiyim bu hədis yadıma düşdü. “Nicat tapmaz o hökm ki, onların rəhbəri qadın olsun.” Bu hədisi yadıma saldıqdan sonra onlardan üz döndərib bir guşəyə &#231%

#88 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 17:07

Yəqin ki, haqq və insafla hökm edən, fitrətində zinazədəlik olmayan şəxsə bu qədər sübut yetər.
ALLAH geniş qəlb və zehin açıqlığı versin! Amin,ALLAH!!!!!!!
HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#89 coni

coni

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 16 сообщений

Отправлено 03 ноября 2009 - 22:01

Yəqin ki, haqq və insafla hökm edən, fitrətində zinazədəlik olmayan şəxsə bu qədər sübut yetər.
ALLAH geniş qəlb və zehin açıqlığı versin! Amin,ALLAH!!!!!!!





Allah komeyin olsun! Eziyyet cekib yazdigin ucun teshekkurler!
Həzrəti Əli (ə): Hər kəs “Bilmirəm” sözünü tərk etsə rüsvay və həlak olar.

#90 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 03 ноября 2009 - 22:48

Yəqin ki, haqq və insafla hцkm edən, fitrətində zinazədəlik olmayan şəxsə bu qədər sьbut yetər.
ALLAH geniş qəlb və zehin aзıqlığı versin! Amin,ALLAH!!!!!!!





Allah komeyin olsun! Eziyyet cekib yazdigin ucun teshekkurler!


ALLAH sənində kцməyin olsun, Coni, qardaşım, ALLAH bizləri Əhli Beytdən ayrı salmasın!!!!!

Сообщение отредактировал Saqi_73: 03 ноября 2009 - 22:49

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru