Bu günlərdə nəsibilər tərəfindən Əhli-beyt (a) məzhəbinə yeni böhtanların atılmasının şahidi oldum. Düzdür, bu böhtanların kökü helə nəsibilərn ulu babalarına söykənir, lakin indi nəsibi nəvələr əl-ayağa düşüb sadə və elmsiz kütləni çaşdırmaqnan məşquldular. Bu mövzu Məhdəviyyat mövzularına aiddir, çünki mövzu İmam Mehdinin (a) harada qeybə çəkilməsi və harada zühür edəcəyi barədədir.
Onlar deyirlər:
"Şiələr inanır ki, Mehdi dünyaya gəldikdən sonra sərdabədə qeybə çəkilmişdir, indi də oradadır və sərdabədən zühur edəcək. (Guya), şiələr hər gün sübhdən qüruba qədər sərdabənin qarşısında göz yaşı axıdıb onun zühurunu gözləyirlər.”
"Tarixe ibn Xəldun", 1/199
Nəsibilərin muasir ustadlarından olan Muhəmməd Saleh əl-Münəccid böhtan ataraq qeyd edir:
"...Onlara İsna Aşari (On ikilər) deyilməsinin səbəbi budur ki, onlar Peyğəmbərin sallallahu aleyhi və səlləm ailəsindən (əhli beyt) on iki nəfərin imamətinə iman edirlər.
Onlara görə bunlardan birincisi Əli (Allah ondan razı olsun) və sonuncusu isə Muhəmməd ibn əl-Həsən əl-Əskəri, iddia edikləri “qeybə çəkilmiş imam”. Onların söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə “sərdaba” daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır."
Düzdür, əl-Münəccidin həysizcasına şiələrə böhtan atıb - "Hətta onlar deyirlər ki, Quranın təhrif olunmasına iman etmək imanın əsas ehkamlarındandır" deməsindən sonra day "sərdabə" məsələsinə böhtan atmağı heç də təəcüblü deyil.
Allahın lənəti olsun yalançı, böhtançı nəsibilərə və özlərini "tövhidçi" adlandıran müşriklərə! Amin! Keçək mətləbə...