Отправлено 21 сентября 2009 - 14:31
İKİNCİ HİSSƏ
Hərbi geyimi əynimizə alar-alamaz bizi əməlli başli hamamladilar.Təzə paltarda lap gobələyə oxşayirdiq,hami bir-birinə gulurdu.Doğurdan da paltarlar bizi tamam dəyişmişdi,baş qirxiq,paltar təzə,uzunboğaz cəkmədə. Mutləq burada SİYƏZƏNLİNİN səsi eşidilməli idi və eşidildi də:alə lap kolxoz pomidoruna oxşayirsiz,mən olum ne yeriniz konserva zavoduduu. Ozu icə bizdən dala qalmazdi.Erməni balasi yenə tutqun idi.Biraz ana uşağina oxşayirdi,bir şey olan kimi az qalirdi gozunun yaşini toksun ovcuna. İndi də ağlamağa məqam axtarirdi,boynundan asdği xaci cixarmişdilar.Oğurlamamişdilar,amma icazə yox idi,elə bizimkilərin də boynunda olan dualari cixarmişdilar.Ona yaxinlaşaraq :Aşot besdi burnunu salladin,dedilər axi olmaz.O isə cavabinda dedi ki,bunu anam bağişlamişdi.Dedim eybi yox evə gedəndə anan sənə daha yaxşisin alar.Kaş dilim quruyaydi, o icə dahada kovrəlib:atamla anam 1 ildir qaz partlayişindan evdə olublər – dedi.Ayaqlarim yerə yapişdi.Bircə onu bildim ki bizi gətirən zabitə yaxinlaşib bunu dedim və yalvardim ki,qaytarsinlar.O isə : olmaz dedi,yoxlasalar yenə alacaqlar onsuzda,amma calişaram.O xaci gətirdi.Bir o yadimdadir ki Aşot(Samvel) necə xaci alanda honkurdu,lap uşaq kimi.Onu sakitləşdirəndə bir mayor( rusca): bu nə uşaq baxcasidir belə deyə bağirdi,mənsə ona Azəriycə:Mazandaranda caqqal azdi,biri də gəmi ilə gəldi,nə eşşək kimi anqirirsan,xaxol kopeyoğlu –dedim.O ise : Curka dilində bilmirəm rusca daniş deyə yenə bağirdi.Mənsə (rusca):curka sənin atandir -deyə ona bağirdim.Onun gozləri az qaldi pirtlayib cixsin və az qaldi məni vursun ki bir podpolkovnik: ostavit!(bəsdirin) deyə qişqirdi və mənə yaxinlaşdi.O:bilmirsənki zabitlə belə danişmaq olmaz? Axi sən kucədə deyilsən,ordudasan.Hələ ona caqqal da dedin,kopeyoğlu dedin.Gozlərim indi mənim az qaldi pirtlasin təəccubdən,axi mən Azəri dilində soymuşdum.O mənim caşdiğimi gorub gulumsədi va Azərbaycanca biraz siniq ləhcədə: bir də belə etsən kusuşəcəyik və səni həbs edəcəm- dedi.Ondan nə isə soruşmaq istədim o isə rusca:15 il KİROVABADDA xidmət edib yaşamişam dedi və getdi.Mayor isə hələdə məni qanli nəzərlərlə suzurdu.Hardan biləydim ki,bu sonradan mənim ən cox sevdiyim həqiqi insan,həqiqi komandir,həqiqi hərbci,həqiqi doyuş yoldaşi olacaq mayor ŞAPKADİR? O hələdə mənim ağrili xatirələrimin sakinidir,onun səsi,onun guluşu,onun komandalari hələdə məni o anlara aparmaqdadir.Onun Əfqanistan sərhəddində mənə dediyi bir soz oluncə yadimdan cixmayacaq: həyati elə yaşa ki,geriyə boylananda kecdiyin yolda ancaq yanmiş korpulər qaldiğini gorməyəsən,cunki artiq qayitmağa şansin olmayacaq!Ehhhh,hardan biləydim ki bu sozlər ancaq mənim taleyim ucun yazilib.Nə isə o vaxta hələ cox qalmişdi və biz maşinlara doluşub hərbi hissədən 18 km uzaqda olan təlim mərkəzinə yollandiq.Axşam duşurdu,birdən burnuma taniş qoxu dəydi,bilmirəm bu torpağinmi,otlarinmi,cicəklərinmi ətri idi,amma cox doğma bir ətir idi.Bu ətir mənə Fatmayidaki bağimizi xatirlatdi.O bağda mənim ən sevimli duyğularim qalmişdi,o bağda ağaclar altinda ən pak anlarim yatmişdi.Nənəmin mənim ucun saldği palaz və yastiqda uzanaraq başimin ustundəki ağacin yarpaqlari arasindan gunəş sualarina baxdiğim saatlar bir yuxu kimi kecdi gozlərim onundən,elə bil bu anda hələ burnuma sac ustundə bişən yaymanin da ətri gəldi.Maşin dərəyə duşub bərk silkələndi və mən bu yuxudan oyandim.Birdən hiss etdim ki,gozlərim yaşdir və bu olaydan bərk təşvişə duşdum.SİYƏZƏNLİ gorseydi deyecekdi: nə oldu sənə?Aşota əriştə kəsən sən deyildinmi?Amma hami sakitcə murguləyirdi.Dilimin ucunda :Yenə o bağ olaydi,yenə yiğişaraq siz o bağa koceydiniz- demişdim ki,yan tərəfdən : Biz də muradimizca fələkdən kam alaydiq,sizə qonşu olaydiq-eşitdim.İnanin ki dəli olmaq həddinə gəldim,bu butun yol boyu bir kəlmə də danişmayan Sahib idi.O mənim baxdiğimi gorub:Allah Mikayila rəhmət eləsin,mənə belə baxma rayon cuşkasi olsam da muəllim ailəsində boyumuşəm-dedi.Dedim :Sahib niyə elə deyirsən?Sənə cuşka deyənin atasidir cuşka.Gordum Qeybulla mənə tərs-tərs baxdi.Bu təbiətcə cox iyrənc xasiyyətli və yaltaq uşağa oxşayirdi.Zavmaq balasi idi,pulunu voenkomatda alib ,ozunu stroybatla səhv salmişdilar.Kimsə səhvən onun yerinə Moskvaya getmişdi,bu isə bura.Sabuncudan idi.Elə vaqonda da gələndə torbasini bizdən gizləyib tək başina yemək yeyər,papağini qucaqlardi.Sonradan bildik ki,papaqda 120 rubl pulu var.Axmaq adam əsgərliyə getdiyimcun goruşməyə gələn qohumlar cibimə 300 rubl basmişdilar və onun yarisini artiq yolda uşaqlara xərcləmişdim!Nə isə Qeybulanin baxişindan işin nə yerdə olduğunu anlayib tutdum yaxasindan dedim:alə maygulu,bura sənincun atanin qasronomu deyil,burada cuşqa zad yoxdu,hamimiz bir ailəyik,elə eləməki səni boşayim dul qalasan! Uşaqlar guluşdu və Siyəzənli o başdan qişqirdi ki :mənim yerimə bir qapaz da sal o caqqalin başina.Amma mən onu buraxdim.Hər nə olsa oz zibilimiz idi(sonradan doğurdan da zibil olduğu aşkara cixdi).
Gecə təlim mərkəzinə catdiq və bizi doyunca qarabaşaq siyiği ilə yedirib yatirtdilar.Coxunun gozunə yuxu getmirdi,qurcalandiqlarindan bilinirdi.Ona gorə yox ki yatacaq pis idi yox,yatacaqlar təzə,ağlar isə təmiz idi.Amma doğma yatağin yerini verirdimi bunlar?
Səhər “podyooom”(qalxin) ciğirtisina oyandiq,hamimiz bir nəfər kimi yari geyinmiş bayira qacdiq,dedik gorəsən nə olub? Maqomed dedi muharibə başlayib,hindular ustumuzə nizə ilə gəlirlər,mən tərcumə elədim,hami guluşdu.Starşina qisqirdi”ostavit smex(guluşu saxlayin),siradan kimsə qişqirdi:azzaaaaaaaar.Yenə guluşmə duşdu.Zabitin gorunməsi ilə hami səsini icinə saldi və biz qacasi olduq. Bu demə səhər idmani imiş.Yari qaca bildi,yari yolda qaldi,yari kolluğa girib gizləndi əlqərəz yenə meydana tolaşib idmani başa vurduq.Amma biraz urəklənmişdik,Aşot mənə əluzyuyanda dedi ki,biryerdə olsaq lap yaxşi olar,amma deyirlər ucebkadan sonra bizi ayiracaqlar,men də dedim ki daha dayanma indi buna gozunun qorasin six.Amma mənin gozlədiyimin əksinə dişlərin ağartdi.Bizə başqa rotalardan da rus uşaqlar qjşuldu və yeməkxanaya getdik!Birincu dəfə yağ gorəndə gulmək tutdu məni,50 qəpiklikdən biraz boyuk,yumru yağ,qənd 2 ədəd(yarispicka boyda)cay krujkada,dəmir boşqabda siyiq(manni) verdilər.Kimsə qişqirdi ki,soruş bu kərə yağidir? Dedim yox ,balqabaq yağidir,gicləmə corəyini ye.Yenə guluşmə duşdu. Yenə starşina “ostavit smex”qişqirdi.Bayira cixdiq ,cərgəyə duzulub kazarmalara getdik,burada bizə yataği yiğmaği,poqon,boyun aği tikməyi,kazarmada davranmaği,rutbəlilərə muraciəti oyrətdilər.Hissənin nomrəsini deyib hərəmizə bir vərəq,bir paket,bir qələm verdilər ki,evə məktub yazin.
Bu mənim birinci məktubum idi:Canimdan əziz olan atam və anam,SALAM. Salamdan sonra əhvalimi xəbər almaq istəsəniz,mən sağ və salamatam,sizin də salamat olmağinizi ALLAHDAN arzu edirəm.Mama bilirəm ki,ağlayirsan bu məktubu alanda,amma ağlama,şukur allaha yeməyə corəyimiz,geyməyə paltarimiz var.Cox da cətin deyilmiş bu əsgərlik,deyərdim ki,bəlkədə biraz faydalidir.Səhərlər idman edirik,sonra yuyunub yemək yeyirik,sonra dərslər başlayir.Deyim ki,hərbi elmə cox marağim var,deyirlər bu yaxinda avtomatdan atacayiq,və hətta goydən yerə paraşutla tullanacayiq.Biraz cəkinsəm də cox maraqli gəlir mənə.Sən dayimin cani Papani cox fikir eləməyə qoyma,sən qadinsan ağlayib urəyini boşaldarsan ,amma o yaziq hec ağlaya da bilmir.Fikir edib xəstələnər sonra biz neylərik?Bir də fikir edəsi nə var ki,gor nə qədər ailələrdən burada uşaqlar var.Haminin da atasi anasi.Mama artiq uşaq deyiləm mən,o vaxtlar arxada qaldi.İndi istəyirəm ki,məni etdiyim nadincliyə gorə bağişlayasan,papadan da uzr istə yerimə,kişini cox incitmişəm.Yadimdadir qarli boranli bir gundə ağlayib ,kişini məcbur elədim ki,şəhərin butum mağazalarini gəzib mənə”ozuyeriyən tank “alsin.Yəqin indi o oyuncaq durur.Nənəyə də salam de ,deki gəlib aparacam onu yenə hind kinosuna,amma gozunun qorasini sixmasin klubda.Adam utanir. O dəfə Şaka dava eliyəndə kinoda başladi qişqirmağa ki,”milissoner yoxdu bunlari tutub apara”?Camaat başladi gulməyə.HACƏLİ,ŞAGEN(erməni),ƏLİQULU dayiya,NƏSİBƏ,ZARA(erməni),ZEYNƏB XALAYA məndən coxlu salam de.Bu qədər .Sağ və salamat olun,inşəallah qurtarib gələcəm.
Sanki bu məktub məni biraz da boyutdu,yaşlandirdi,ozumu boyuk kişi sandim o gun.Axşama yaxin bizi “poliqona “apardilar.Sialh vermədilər amma butun silah və texnikadan atəş acib bunlarin nə olduğunu başa saldilar.ALLAH ozumuzkilər az imişkimi ozbəklərdə başladi soruşmağa ki,əkə-bu urus nə deyir.Oldum tərcuməci.Calişirdim uşaqlara rus sozlərini oyrədəm. Mukəmməl dili mən bilirdim bir də Aşot. Ikimiz də rus sektorunda oxumuşduq.Aşot biraz dircəlmişdi,hətta Azərbaycan mahnilarinida oxuyurdu hərdən,gitarani 3-cu rotadan serjantdan alirdiq.Ən cox sevdiyi mahni isə”QARAGİLƏ” idi.Bəlkə də oz taleyinə oxşar notlar tapirdi bu mahnida.Yəqin valideynlərini cox sevirdi,axi kim valideynini sevmir ki? Erməni olsada cox dindar idi,bizim dini də bizim uşaqlardan cox bilirdi,bir kərəm Moxamede(cecen MƏHƏMMƏD) dedi ki, bilirsən adinin mənasi nedir? O dedi bu babamin adidir i vsyo.O ise dedi :MOXAMED ALLAXİN RESULUDUR-YENİ SECİLMİŞİ.A na arabskom tak budet:LA İLAXA İLLALLAX,MOXAMEDİN RASULALLAX. İndi də o anlar yadima duşəndə ozumu qinayiram ki niyə onda soruşmadim ki,o bunlari hardan bilir.Amma bir ozbek bu sozleri eşidib ona yaxin gəldi və başladilar dindən diskusiyaya.O vaxtlar bu sahədə anlayişim olmadiği ucun hec nə başa duşmədim.Gorəsən boynunda xac gəzdirən erməni balasi bunu hardan bilirdi?mən bilməyə-bilməyə.
Gunlər oz axari ilə kecməkdə idi,artiq biz avtomatdan atmaği oyrənmişdik,paraşutla tullanmağa hazirlaşirdiq.Arada ruslarla bərk davasi duşdu uşaqlarin ana soyuşunə gorə,hələ bu zir-ziri Aşot birinin başini da remeninin blyaxasi(başliği) ilə partlatdi.Mən olmadim bu səlib muharibəsində( poliqonda naryadda idim).Bizi kluba yiğdilar,mən tərcuməci oldum,istintaqa oxşar bit şey başlandi.Zampolit və Tədris komandiri cox ciddi iddihamlarla bizə başladilar xox gəlməyə,onlara başa salmağa calişdim ki,sizlərdə adi olan ana soyuşu ,bizlərdə ağir təhqirdir və buna gorə hətta oldururlərdə.Uzumə baxib dedilər: vot dikiy narod(Nə vəhşi xalqdir).Dedim xahiş edirəm xalqima qara yaxmayasiniz.Onlarsa biraz da hirsləndilər mənə ki,bu anda podpolkovnik BABİC(KİROVABADDA(GƏNCƏDƏ)xidmət edən)kluba girdi.Zabitlər:vstat,smirno (qalxin,farağat)qişqirdilar. O:volno,sadis(azad,əyləşin )dedi.Demə Aşot kopeyoğlu svyazistə bir packa siqaret verib və svyazist onu polkla,BABİCLƏ calaşdirib.O da əhvalati ona danişib.(Hiyləgərə bax ey). Babic tribunaya qalxib Azırbaycanin mentoliteti və adət ən-ənələri haqda uzun bir leksiya oxudu,axi klubda bizdən cox ruslar,xaxollar,ozbeklər və başqa millətin numayəndələri var idi.Axir sozu bu oldu ki,Azərbaycalilarla valideyndən,qeyrətdən ,namusdan zarafat etmək qəti qadağandir.Bizə də dedi ki,dava eləmək olmaz,c.zalanacaqsiz.Dava eləyənlərin başcilari Aşotu,Siyəzənlini,cuvəllaği Rasimi(cəmbərəkəndli) İsusu (İsani) taliş) və 5 rusu qauptvaxta saldilar 3 gunluyə.Sonra onlar cixandan sonra ruslar uzr istəməyə cəldilər 20 nəfər.Yenə dostlaşdiq.
Hərbi and icdik,bayram oldi,coxlu şirniyyat verdilər bizə,Rozenbaum adli rus muğənnisi gəldi goruşumuzə(həmən məhşur ROZENBAUM),axşam isə klubfa mənim ən cox sevdiyim”zarecye kucəsində bahar”filmi verildi.5 gun sonra isə paraşutlə tullanmaq dərsləri başlandi.....
IKINCİ HİSSƏNİN SONU
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!