Перейти к содержимому


Фотография

İmtahan və əməl dəftəri..


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 25 сентября 2009 - 09:09

"(Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!”" (İsra sur.17)

"(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman) günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)" (Kəhf sur.49)


Həyat başdan-başa imtahan,sınaq meydanıdır. Bu imtahanlar zamanı hər bir baxış, hər bir söz, hər bir davranış insanın əməl dəftərində qeyd edilir.

İlahi imtahanlar nədir? Nə üçün bəziləri imtahan meydanları axtardıqları halda, bəziləri imtahan meydanından qaçmaq haqqında düşünür?
(sanki, təhsil illərində oldugu kimi)

P.S, dogrudur çox zaman olur ki, insan imtahanlaradan üzü qara çıxır. .Hərdəndə də adama elə gəlir ki,( özümü nəzərdə tuturam) imtahanlar ancaq ailə mühitində deyil, evdən kənar bir yerdə apaılır. .ona görə də ev adamalrı ilə münasibətlərə bir o qədər də önəm verilmir...halbuki, insan tək olanda belə, şeytanın vəsvəsəlrindən amanda qalmır..
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 25 сентября 2009 - 16:10

Bu dünya bir sınaq,imtahandır...amma bu məktəbi bitirərkən,ali məktəbə daxil olmaq istərkən verdiyimiz imtahanlardan deyil,bu əbədi sevinc,sakitlik,xoşbəxtlik həyatına qədəm qoymaq üçün tutulan imtahandır.
Ali məktəbə verdiyimiz imtahanlardan kəsilib,onu növbəti illərdə də verə bilərik,mətləbimizə çatana kimi.
Amma bu imtahandan 1 dəfə keçirik. Özü də ömrümüzün hər saniyəsi boyu.
Bu imtahan 2 saat deyil,ömür boyu çəkdiyi üçün,talehindəki baş verənlər insanı fiziki ən əsası isə mənən yorur, daha mübarizəyə taqəti qalmır,xüsusən də imanı zəif olanlar,onlar artıq ümüdlərini də gözəl sonluqdan kəsirlər.
Və beynimizdəki hər bir fikrin əməl dəftərlərinə yazılmaları onlar üçün artıq məna kəsb etmir.
Görəsən onlar necə unuda bilirlər o günü,hansında ki, artıq hər şey üçün gec olacaq,
əməl dəftərləri sol əllərinə verilən gün...
Görəsən niyə belə çətindir bu imtahanı vermək? heç olmasa mübarizə aparmaq,sınmamaq,qırılmamaq?
Axı bu dünyada onun hansı isə bir nemətini çoox arzuladıqda,biz onu əldə etmək üçün hər bir çətinliyə qatlaşmağa hazırırq,təki onu əldə edə bilim.Onu da gözəl bilirik ki,o nemətin arzulanma ömrü,onu əldə edənə kimidir,artıq ona sahib olandan sonra öz istəyimizə təəccüb edirik,yəni mən bunu bu qədər arzuladım amma indi anladım ki,
səadətim heç bundan ibarət deyilmiş.
Həqiqi səadətə qovuşmaq isə bizə uzaq və əlçatmaz bir zirvə kimi görsənir, halbuki bu səadətin yolları bizə məlumdur. Artıq fikirləşmək lazım deyil ki,nəyi necə edim.
Sadəcə olaraq göstərişlərlə hərəkət et,yəni "imtahanları vermək üçün,dərslərini öyrən,onlara hazırlaş".
İlk dərsin isə Allahı tanımaq olsun,çünki onu tanısan,onun qüdrətinə valeh olub,
hər an onun qarşısında səcdəyə çökərsən.Ona təzim edib ibadət edərsən.
Onun buyuruqlarına ürəklə əməl edərsən,çünki sevimlisi olmaq istərsən.
Bununla da əməl dəftərini gözəl əməllərlə doldurarsan,o sənin üçün gözəl sayılan gündə,
əməl dəftərini sağ əlinə alıb,imtahandan qalib çıxarsan,və həmən vəd olunmuş səadətə çatarsan.

Məad kitabında Əməl dəftəri haqqındakı hissədə İmam Əli (ə.)-dən
gözəl bir hədisə rast gəldim.
Və İmamın (ə) o dəyərli sözlərindən,əməl kitabımın nə qədər qiymətli olduğuna
bir daha əmin oldum.

"Şeyx Səduqun “Əqidələr” kitabında nəql olunub ki, bir gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, gülən bir dəstə cavan gördü.
Həzrət buyurdu:-Niyə əməl namənizi bu işlərlə qaraldırsınız?
Dedilər:-Ya Əmirəl-mö᾽minin, bunlar da yazılırmı?
Buyurdu:-Bəli, hətta aldığınız nəfəs də yazılır..."

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru