Allah (a.c) haqqında:
1) "Allah qullarına görünəcək. On dördüncü gecəsində ayı gördükləri kimi onu görəcəklər" (Səhih-I Buxari, c. 8, s. 147: Səhih-I Müslüm, c. 1, s. 167, hədis 183) – Bu əhli sünnətin iftirasıdır. Halbuki Allah Quranda "gözlər onu görməz" (Ənam surəsi 103) və "heç vaxt məni görə bilməzsən" (Əraf surəsi 143) deyə buyurur. Əgər qiyamətdə görünəcəksə nə üçün öz rəsuluna heç vaxt məni görə bilməzsən deyir. Mən anlamıram əhli sünnət özlərini Hz.Musadan (ə) üstünmü bilir? Onların fikrincə Allah qiyamətdə görünəcəkdir. Ancaq anlamırlar kiç görünən şey görünmək üçün ya surət olmalıdır yada cisim. Bizim inancımıza görə isə Allahın cism və ya surət olduğunu demək küfürdür.
2) "Allah hər gecə dünyanın səmasına yenər" (Səhih-i Buxari, c. 2, s. 66; Səhih-i Müslüm, c. 1, s. 521, hədis 758) – Əhli sünnət Allaha məkan və hərəkət nisbət verir. Və yenədə anlamır ki, heç bir məkan məkanı yoxdan yaradanı əhatəlyə bilməz və O, hərəkət etmir və hərəkət etməyə ehtiyacı yoxdur. Çünkü hərəkət edib məkanını dəyişən yeni bir məkanda olduğu üçün əvvəlki məkanada və həmçinin başqa məkanlarda olandan xəbərsiz olacaqdır. Allah isə bundan münəzzəhdir.
3) "Möminlər tanısın deyə (Allah) ayağını onlara göstərəcək. Allah gülər, kırıxar. Allahin iki əli, iki ayağı və beş barmağı vardır; birinci barmağına göyləri, ikinci barmağına yerləri və üçüncü barmağına ağacları, dördüncü barmağına su ilə torpağı və beşinci barmağına isə digər varlıqları qoymuşdur" (Səhih-I Buxari, c. 6, s. 157-158 və c. 9, s. 181) – Allaha əl və ayaq kimi bədən üzvləri nisbət veriri sonra isə Onun əli var amma biz necə olduğunu bilmirik deyirlər. Və yenədə dərk etmirlər Ona əl, ayaq və b. bədən üzvlərinin verilməsi elə Onu yaradılmışlara bənzətməkdir. Halbuki Allah "heç bir şey Ona bənzəməz" (Şura 11) deyə buyurur
4) "Allahin içində yaşadığı bir evi var və Hz.Məhəmməd (s.ə.a) onun evinə girmək üçün üç dəfə icazə alıb" (Səhih-i Buxari, c. 9, s. 161; Səhih-i Müslüm, c. 1, s. 181, hədis 322) – bu elə əsl küfürdü.
İndi isə özlərini əhli sünnət adladıran sizlərə deyirəm siz iddia edirsiniz ki, Allahın əli, ayağı və b. bədən üzvləri var ancaq biz onun necə olduğunu bilmirik. Yaxşı onda bu ayəyə cavab verin görüm nə deyirsiniz? "O gün Allahın üzündən başqa hər şey məhv olacaq" (Qəsəs surəsi, 88). Yəni Allahın bədəni, ayaqlarıda? Desəniz yox bəs bu necə olu axı ayədə açıq şəkildə "Allahın üzündən başqa hər şey" ifadəsi var. Hə desəniz deyirəm; "yəni Allahın bir hissəsi məhv olacaq, O, parçalanacaq?"
Peyğəmbərlər (ə) haqqında:
5) "Rəsulullah (s.ə.a) bir gecə və gündüzdə bir saatda on bir xanımınin yanına gedib onlarla yaxınlıq edirdi. "Ravi deyir ki; Mən Ənəsə "buna gücü çatırdımı?" deyə sual verdikdə, Ənəs dedi ki; "Biz də onun otuz kişinin gücünə sahib olduğunu deyirdirk" (Səhih-i Buxari, c. 1, s. 75-76) – buyrun bu da peyğəmbərə iftira. Məgər peyğəmbər qadən düşkünümüydü. Başqa bir şey daha bu ravi peyğəmbərimi izləyirdi, nə bilirdi ki, peyğəmbər neçə qadınıyla yaxınlıq edib.
6) "Rəsulullah (s.ə.a) peştamal bağladığı halda Kəbəni təmir etmək üçün daş daşıyırdı. Əmisi Abbas ona dedi ki; "Ey qardaşım oğlu əgər peştamalını çıxararaq kürəyinə atsan daşları daşımaq sənin üçün asan olar. Budan sonra Rəsulullah (s.ə.a) peştaraq kürəyinə atdı. Elə o an ürəyi getdi və yıxıldı və ondan sonra Rəsulullah əsla çılpaq görünmədi." (Səhih-i Buxari, c. 1, s. 12; Səhih-i Müslüm, Heyz kitabı, Övrət yerinin qorunmasına etina etmək babı) – bu da Allahın "Sən böyük bir əxlaq sahibsən" dediyi peyğəmbərə atılan digər isftira.
7) Aişə deyir; " Bayram günü Sudanlılar kalkan və xəncərlərlə oynayırdılar. Ya mən, Rəsulullah (s.ə.a); "Onlara baxa bilərəmmi?" dedim, ya da Rəsulullahın özü mənə; "baxmaq istəyirsənmi?" dedi. Mən də; "h" dedim. Bundan sonar Rəsulullah məni çiyninə çıxartdı. O anda yanağı yanağıma deydir və "ey Ərfədənin övladları! Biraz yavaş!" deyirdi. Mənim yorulduğumu hiss edəndə; "bəsdi mi?" dedi. Mən də; "hə" dedim. Bundan sonar "get!" dedi." (Səhih-I Buxari, c. 4, s. 47; Səhih-I Müslüm, Bayram namazı kitabı, oynamağa icazə babı) – bunlar açıq aşkar peyğəmbəri ləkələmək üçün uydurulmuş şeylərdir. Nə var ki, sünnülər bu hədisləri səhih qəbul edirlər.
8) "Rəsulullah bizimlə birlikdə zöhr namazını iki rükət olaraq qıldı. Salamdan sonar məscidin ön hissəsindəki bir ağacın yaxınına gələrək əlini onun üstünə qoydu. Əbu Bəkir ilə Ömər də orada idi lakin, onunla danışmağa cürət etmədilər. Halk məsciddən çıxarkən namazın bundan sonar yarım qılınacağını fikirləşdilər. Zülyədəyn adlı birisi Rəsulullaha (s.ə.a) dedi ki; "yaddanmı çıxardın yoxsa namaz iki rükət oldu?" Rəsulullah dedi ki; "nə yadımdan çıxdı nə də namaz iki rükət olub?" Dedilər ki; "Xeyir ya Rəsulullah! Sən səhv etdin." Peyğəmbər Zülyədəyn doğru söylədi." Buyurdu. Sonar qalxaraq iki rükət əlavə qıldı və salam verdi. Daha sonar təkbir gətirərək səcdəyə getti və normal səcdəsində olduğu kimi ya da biraz daha uzun səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirərək təkrar səcdəyə getdi və normal səcdəsində olduğu kimi ya da biraz daha artıq səcdədə qaldı. Sonra başını səcdədən qaldırıb təkbir gətirdi." (səhih-i Buxari, c. 7, s. 85; Səhih-i Müslüm, Məscidlər kitabı, namazda karıxma və buna görə səcdə babı) – Bütün bu hədislər alçaq, zalim Əməvi və Abbasi xəlifələrinin günahlarını ört – basdır etmək üçün uydurulmuş hədislər idi. Bu hədislər sayəsində camaat namazında səhv edən "xəlifə" nə olub ki, peyğəmbərdə (s.ə.a) səhv edib deyirdi. Əslində bu sünnü hədiscilər üçün çətin deyil çünkü onlar bu işi çox görüblər necə ki, Osman ibn Əffanın haqqında nazil olan ayələri peyğəmbərin (s.ə.a) adına çıxırlar bud a elə bir şeydi.
9) "Rəsulullah (s.ə.a) xəstələndiyi vaxt onun ağzına dərman tökdük. İşarəylə bizdən dərmanı ağzına tökməməyimizi dedi. Biz, hərhalda xəstə olduğu üçün dərmanı sevmir dedik. Rəsulullah özünə gələndə; "Mən sizə dərmanı ağzıma tökməyin demədimmi?" buyurdu. Biz; "xəstə adam dərmanı elədə sevməzş" dedik. Bundan sonar belə dedi; "Elə isə, yalnız hadisəyə şahid olamayan Abbas çıxılmaqla indi evdə olan hərkəsin ağzına dərman tökün buyurdu!" (Sahih-i Buhari, Meğazi Kitabı, Peygamber'in Hastalığı ve Vefatı Babı; Səhih-I Müslüm, Salam kitabı, xəstnin ağzına dərman tökməyin məkruh olması babı) – görəsən peyğəmbər belə uşaq hərəkətlər edərdimi?
10) "Rəsulullah (s.ə.a) bir nəfərin gecə Quranın bir surəsini oxuduğunu eşidərək ; "Allah ona mərhəmət etsin. Mən filan surənin filan ayəsini unutmuşdum, o mənə xatırlatdı." (Səhih-i Buxari, c. 6, s. 239 – 240; Səhih-i Müslüm, Yolçuların namazı kitabı, Quranı yadda tutmağa ehtimam babı) – özlərini əhli sünnət adı altında gizlədən bunlar Peyğəmbərin (s.ə.a) Qurani unuttuğunu deyirlər və utanmadan bunu səhih adlandırırlar.
11) Əbu Hureyrə Rəsulullahdan (s.ə.a) belə nəql edir; "İbrahim (ə) 3 dəfədən artıq yalan danışmadı" (Səhih-i Buxari, hədis 3392 və 3393) – görəsən Rəsulullahın (s.ə.a) sünnəsi Allahın Xəlili yalançı olub deməkdirmi?
12) "Bəniisrail arasında belə bir adət var idi. Hərkəs bir yerdə övrət yerlərini açıb suya girərək yuyunurdular və eyni vaxtda birbirlərinin övrət yerlərinə baxırdılar. Belə hərəkətlər onların arasında ayıb sayılmırdı. Ancaq Hz.Musa (ə), kimsə onun övrət yerini görməsin deyə tək yuyunurdu. Buna görə Bəniisrail deyirdi; Musanın (ə) tək yuyunmasının səbəbi bədənində bir nöqsanlıq və xədim olduğuna görədir. Elə buna görədə bizim onu görməyimizi istəmir. Bir gün Hz.Musa (ə) yuyunmaq üçün bir suyun kənarına getdi, paltarını çıxarıb bir daşın üstünə qoydu və suya girdi. Daş Hz. Musanın (ə) paltalarıyla birlikdə qaçdı. Musa da onun dalınca qaçır və; "ey daş paltarım, ey daş paltarım!" deyirdi. Nəhayət Bəniisrail Hz.Musanın (ə) övrət yerini gördü və Allaha and olsun Musanın (ə) bir nöqsanı yoxdur (yəni xədim deyil) dedilər. Bu əsnada daş yerinde dayandı. Hz. Musa (ə) paltarını götürdü. Daha sonar Hz.Musa (ə) daşı döyməyə başladı o qədər ki daş 6 və ya 7 dəfə inlədi." (Səhih-i Buxari, Peygəmbərlər kitabı, Hz.Musa (ə) babı; Səhih-i Müslüm, Fəzilətlər kitabı, Hz. Musanın fəziləti kitabı) – bu saxtakarlar necə Rəsulullahın adına yalan nisbət veirlər və necə bunu səhih adlandırırlar?
13) "Ölüm mələyi Hz.Musanin (ə) yanına gələrək; "Rəbbinin dəvətini qəbul et" dedi. Hz.Musa (ə) ölüm mələyinin gözünə bir şillə vurdu və onun gözünü çıxardı. Mələl Rəbbinə qayıdıb dedei; "Məni ölmək istəməyən bir adamın yanına göndərdin, o da vurub gözümü çıxartdı dedi." Allah mələyin gözünü özünə qaytarıb (yəni sağaldı dedi; "Qulumun yanına get və de; "Dünya həyatınımı istəyirsən? Elədirsə əlinin öküzün belinə qoy, əlinə nə qədər qıl çıxarsa onun sayi qədər yaşayacaqsan" (Səhih-i Buxari, Peygəmbərlər kitabı, Hz.Musa (ə) babı; Səhih-i Müslüm, Fəzilətlər kitabı, Hz. Musanın fəziləti kitabı) – görəsən bunu küfürdən başqa adı var. sünnülərə görə bəli var o da "səhih"
14) "Hz.Musa (ə) zamanında Əzrail (ə) qulların ruhunu almaq üçün açıq şəkildə gəlirdi. Amma Hz.Musa (ə) gözünü şilləylə vurub kor etdiyi andan etibarən məxluqatın ruhunu almaq üçün gizli bir şəkildə gəlir." (Müsnnədi Əhməd c. 2; Məhəmməd bin Cərir-i Təbəri c. 1) – yəni Əzrail (ə) qorxur ki, o biri gözünü də digər insanlar çıxarar.
15) "Adəm ilə Musa bir birnə dəlil gətirib mübahisə etdilər. Musa, Adəmə: Sən günahının səni cənnətdən çıxamış olduğu Adəmsən dedi. Adəm də Musaya: Sən Allahın risaləti və kəlamı ilə seçib üstün qıldığı Musasan. Sonra sən, mən yaradılmamışdan əvvəl üzərimə təqdir edilmiş bir isdən ötrü məni qınayırsan dedi" Bunun ardınca Rəsulullah (s.ə.a) 2 dəfə: "Beləcə Adəm Musaya dəlil və bürhanla qalib gəldi" dedi. (Səhih-i Buxari, Peygəmbərlər kitabı, Hz.Musa (ə) babı)
16) Əbu Hureyrə Rəsulullahdan (s.ə.a) nəql edir ki; "Süleyman (ə) dedi: Mən hər gecə 100 və ya 99 qadınla yaxınlıq edəcəm və onların hər birindən Allah yolunda cihad edən bir övlad sahibi olacağam. Dostu ona dedi: De ki, inşallah. Ancaq Süleyman inşallah demədiyi üçün onlardan övlad sahibi olmadı. (Səhih-i Buxari, Cihad kitabı, babu mən tələbəl-vələdə lil-cihad, hədis 28-29)
Qurani Kərim haqqında:
17) Zirr Hibaiş deyir: Mən Ubai bin Ka'bdan soruşdum: Ey Əbu əl-Münzir! Sənin qardaşın ibn Məsud deyir ki, Quranın axırıncı iki cüzü Quran surələri deyil. Ubai dedi: Mən rəsuləllahdan bu haqda soruşmuşdum və mən demişdi ki, Allah-təala onları Quranın bir hissəsi kimi mənə nazil etmişdir. Ubai əlavə edərək dedi: Buna görə biz rəsuləllahın dediyini deyirik. (Səhih-i Buxari, Təfsir kitabı, Leyl surəsi babı,hədis 501)
18) Əlqəmə deyir: Biz (Abdullah bin Məsudun tərəftarları) Şama gəldik. Əbu Darda bizin gəlişimizi eşidib yanımıza gəldi. O soruşdu: Aranızda ən yaxşı kim Quranı bilir? Əlqəmə - dedilər. O məndən əl-Leyl surəsini necə oxuduğumu soruşdu. Mən: And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; And olsun işıqlanmaqda olan gündüzə; kişini və qadını (92:1-3). Əbu Dərda dedi: Siz bunu dostunuz Abdullah bin Məsuddan eşitmisiz? Mən dedim: Hə. O dedi: Məndə həmin şeyi peyğəmbərdən eşitmişdim, amma bu insanlar bunu düzgün saymırlar (Səhih-i Buxari, Təfsir kitabı, Leyl surəsi babı, hədis 466)
19) İbrahim deyir: Abdullan bin Məsudun tərəftarları Şama, Əbu Dardanın yanına gəldilər. O onlardan soruşdu: Sizlərdən kim Abdullah bin Məsud kimi Quranı əzbərdən oxuya bilir? Onlar dedilər: Biz hamımız. O dedi: Aranızda ən yaxşınız kimdir? Dedilər Əlqəmə. O Əlqəmədən soruşdu: Abdullah bin Məsud əl-Leyl surəsini necə oxuyur? Əlqəmə dedi: "Kişini və qadını". Əbu əd-Darda dedi: Şahidlik edirəm ki, mən də peyğəmbərdən bunu sizin oxuduğunuz kimi eşitmişəm, amma bu insanlar məni məcbur edirlər ki, mən bunu "And olsun O Allaha ki, kişini və qadını yaradıb" oxuyum. And olsun Allaha ki, mən belə etməyəcəyəm. (Səhih-i Buxari, Təfsir kitabı, Leyl surəsi babı, hədis 467)
20) "Quranda 2 surə daha var idi. Onlardan biri belə idi:
"Bismilləhirrahmənirrahim.
Həqiqətən biz səndən kömək istəyitik.
Sənən istiğfar edirik
. Bütün xeyirlərdə sənə həmd edirik.
Səni inkar etmirik. Sənə üsyan edənlərdən ayrılırıq"
İkinci surə isə belə idi:
Bismilləhirrahmənirrahim
Ey Allahımız, sadəcə sənə ibadət edirik.
Sənə namaz qılırıq
. Sənə səcdə edirik
Sənə çatmaq üçün çalışır, sənə itaət edir, Sənin rəhmətinə ümid edir, Səniniin həqiqi əzabından qorxuruq.
Həqiqətən sənin əzabın kafirlərə çatacaqdır" (Suyutinin "Əl İtqan" və "Əd-durrul mənsur")
18) Həşim bin Ürvə deyir: Mən Həzrəti Aişədən Quranda olan səhvlər haqda soruşdum, misal üçün Allah-təala Quranda deyir əl Muqamin, amma oxunmalıdır ə'al Muqimin, digərləri deyirlər: əl Manan, amma oxunmalıdır əl Munin, üçüncüsü də ki, biz oxuyuruq əl Sabun, amma oxunmalıdır əl Sabin. Həzrəti Aişə dedi: Bu o Quranın üzünü köçürənlərin səhvidir. (Süyuti "əl-İtqan" cild 1 səh 183-184)
21) "Übeyy ibni Kab, "Siz Əhzab surəsini nə qədər oxuyursunuz?" deyə soruşdu. Həmin şəxs yetmiş ayə qədər dedi. Übeyy ibni Kab dedi ki: "Mən onu Rəsulullahla (s.ə.a) Bəqərə surəsi qədər və ya daha çox oxuyurdum." Rəcm ayəsi də onda var idi." (Müsnədi Əhməd ibni Hənbəl, c. 5, s. 132)
22) "Əbu Dərda Şam xalqından ibarət bir qurupla birlikdə Mədinəyə gedərək Ömərin hüzurunda bu ayəni oxudular: "Kafirlər qəlblərindən cahiliyyət təəssübünü yerləşdirdiklərində siz də əgər onlar kimi təəssübkeş olsanız Məscidül Həram fesada düçar olar." Ömər; "sizə kim bu ayəni belə oxudu?" dedi. Onlar "Übey ibni Kab" dedilər. Ömər Übey ibni Kabı çağırtdı və onlar o ayəni oxuyun dedi. Onlar da yenə "siz də əgər onlar kimi təəssübkeş olsanız Məscidül Həram fesada düçar olar." Şəklində oxudular. Bu vaxt Übeyy ibni Kab Ömərər; "bəli mən belə oxumuşam" dedi. Bundan sonar Ömər Zeyd ibni Sabitə sən oxu dedi. Zeyd eyniylə xalqın oxuduğu kimi (yəni Şamlıların oxuduqlarının Quranda olmadığını açıqladı) oxudu. Bu vaxt Ömər ; "Allahım mən bu qiraətdən (yəni Zeydin qiraətindən) qeyrisini tanımıram dedi" Übeyy ibni Kab isə belə cavab Verdi;" And olsun Allaha ki, ey Ömər sən bilirsən ki, mən Rəsulullahın (s.ə.a) hüzurunda olurdum ancaq, onlar olmurdular. Mən Rəsulullahı görərkən onlar görmürdülər. Andolsun erdi. And olsun Allaha əgəgr sən istəsn mən öz evimə gizlənərəm və ölənədək bunu heç kimi deməz və oxutmaram." Bundan sonar Ömər; "Allahım bizi bağışla" Daha sonar Übeyy ibni Kaba dedi; "Allah sənə elm verib. O halda bildiyini xalqa öyrət" dedi. (İbni Aşakir "Tarix")
23) Aişə recm ayesi ve riza kebir haqda deyir: Rəcm və Riza Kəbir ayələri nazil olduqda biz onları bir kağıza yazdıq və o kağız mənim yastığımın altında saxlayırdım. Peyğəmbərin vəfatından sonra, biz yas saxlayanda keçi gəlib o kağızı yedi. (Sünnən ibni Macə cild 2, səh 39; Əhmədin Müsnədi cild 6, səh 269; Təvil Müxtəlif əl Hədis səh 310)ı
24) "Allah haqq olaraq Məhəmmədi (s.ə.a) peyğəmbər olaraq göndərmiş və Ona kitap nazil edibş Nazil olan ayələr içərisində rəcm ayəsi də var idi. Biz onu oxuduq dərk edib hifzettik və bu ayəni əsas tutaraq Rəsulullah da rəcmi tətbiq etdi. Biz də ondan sonar rəcm ettik. Ancaq mən uzun bir vaxt keçdikdən sonar xalqın; "Biz rəcm ayəsini Allahın kitabında görmürük" deyərək Allahın nazil etdiyi bir əməli tərk edib dəlalətə düşəcəklərindən qorxuruq. Hansı ki, rəcm Allahın kitabında bəyyinə və ya etirf ilə zina etdiyi sübut olan evil qadın və ya kişi üçün fərz qıldığı bir hökmdür. Bir də bir Allahın kitabında bu ayəni oxuyurduq; "Atalarınızı, analarınızı atmayın, zira atanızı atmağınız sizing üçün küfür sayılır." (Səhih-i Müslüm, Hədlər (Hüdud) kitabı, evil qadının zina etdiyi təqdirdə rəcmedilməsinin gərəkliliyi babı; Səhih-i Buxari, hədis, 6327, 6328 və 6778; Sünəni Tirmizi, hədis 1352; Sünəni Əbu Davud, hədis 3835; Sünəni ibni Macə hədis 2543; Müsnədi Əhməd hədis 368; Müvəttə Malik hədis 1295)
25) "Əbu Musa Əşəri Bəsrə qarilərini dəvət etdi. Onun yanında 100 Quran qarisi toplandı. Əbu Musa onlara xitab edərək dedi; "Siz Bəsrə xalqının öndə gələnləri və qarilərisiniz. Quranı tilavət edin ancaq, dünya həyatı sizə çox gəlməsin ki, sizdən əvvəlkilərin qəlni kimi sizing də qəlbləriniz qatılaşar. Biz əvvəllər uzunluq və şiddət baxımından Bəraət surəsini bənzətdiyimiz bir surə oxuyurduq anacq, mən ondan bir miqdarını xatırlayıram ki, o belə idi; "Əgər insane oğlunun iki ova dolu malı olsada üçüncüsünü istəyər. İnasan oğlunun qarnını torpaqdan başqa bir şey doyurmaz." Və yenə Müsəbbihət surə əlimizdəki oxatdığımız bir surə də oxuyurduq ki, indi unutmuşam. Amma ondan bu qədərini xatırlayıram; "Ey iman edənlər, nə üçün etmədiyiniz şeyləri deyirsiniz ki, əleyhinizə şəhadət edər və qiyamət günü ondan ötürü sorğuya çəkilərsiniz." (Səhih-i Müslüm, Zəkat kitabı, insanın iki ova dolusu malı olsa üçünsünü istəyəy babı)
26) Aişə: "bilinən on dəf əmizirmə ayəsi nazil olan Quran mushafında vardı. Sonra bu adət beş dəfə əmmə ilə nəsx edildi. Hətta Rəsulullah (s.ə.a) bu on dəf əmizdirmə Quarn mushafında oxuyarkən vəfat etmişdi." (Səhih-i Müslüm, Süd əmmə kitabı, təhrimin beş dəfə əmməklə sübuta yetməsi babı) – bu hədisə gətirilən bəhanə hədisdə nəx sözünün olmasıdır. Yəni ayə nəsx edilib. Ancaq hədisdə deyilir ki, hətta Rəsulullah bu ayəni oxuyarkən vəfat edib. Yəni ayə mushafda nəsx edilsədə var idi yaxşı bəs indi hanı?
27) Əbu Yunusun qızı Həmidə nəql edir ki; "Atamın səksən yaşı var idi və O, bu ayəni aişənin Quranından belə oxudu: "innəllahə və məlaikətəhu yusəllunə ələn nəbiyy, ya eyyuhəlləzinə amənu səllu ələyhi və səllimu təslimən və əlləzinə yusəllunə sufugəl əvvəl." Həmidə deyir; "Bu hadisə o vaxt baş verdi ki, Osman hələ Quranları dəyişməmişdi. (Cəlaləddin Suyuti "Əl itiqan fi ulumil Quran, c. 2, s. 53)
28) Aişə nəql edir ki; "Rəsulullahın (s.ə.a) dövründə Əhzab surəsi iki yüz ayə oxunardı. Lakin Osman Quranı yazanda ondan yalnız indi mövcud olan miqdarı əldə edə bildik. (Cəlaləddin Suyuti "Əl itiqan fi ulumil Quran, c. 2, s. 53) – görəsən qalan ayələrə nə oldu?
29) İbni Ömər dedi: sizlərdən bəziləri mütləq "mən Quranın hamısını öyrənmişəm" deyəcək. Lakin o axı haradan bilir ki, Quranının hamısı nədir? Çünkü Quranın böyük bir hissəsi aradan gedib. Buna görədə O; "mən Quranın zahirdə olanını öyrənmişəm" deməlidir. (Cəlaləddin Suyuti "Əl itiqan fi ulumil Quran, c. 2, s. 53) – baş üsdə bu gündən sonar belə deyərik.
30) Ömər ibni Xəttab nəql edir; "Quarn hərflərinin sayı bir milyon iyirmi yeddi min hərf idi." (Cəlaləddin Suyuti "Əl itiqan fi ulumil Quran, c. 2, s. 53) – görəsən bu adam milyonla mini qarısdırmayıb?
Bu hədislərə bəhanə olaraq deyəcəksiniz ki, Şiədə də belə hədislər var? biz sizin cavabınızı elə indidən verək ola bilər ki, Şiədə belə hədislər olsun amma, unutmayın nə şiə o hədisləri səhih qəbul etmir, nə də hansısa bir kitaba sizin kimi səhih demir.
Əbu Bəkir, Ömər və Osman haqqında:
31) Əbu Hüreyrə nəql edir; "Rəsulullah (s.ə.a) dünyadan köçüb Əbu Bəkir "xəlifə seçildikdən" sonar və ərəb tayfaları üsyan ettikləri zaman Ömər ibni Xəttab Əbu Bəkirə dedi; "Rəsulullah (s.ə.a); "İnsanlar Allahdan başqa ilah yoxdur deyənədək onlarla vuruşun. Her kim Allahdan başqa ilah yoxdur deyərsə malını və canını qorumuş olar. Ancaq dildə deyib ürəkdə inanmasa (Əbu süfyan, Müaviyə və b. kimi) onun işi Allaha qalıb." Buyurduğu halda sən necə insanlarla hərb edirsən?" Əbu Bəkir dedi; "Vallahi namazla zəkatın arasını ayıranlarala mütləq hərb edəcəyəm. Çünkü zəkat malın haqqıdır. Vallahi Rəsulullaha (s.ə.a) verdikləri zəkatı mənə verməsələr bundan ötrü onlarla hərb edəcəyəm." Bundan sonar Ömər ibni Xəttab dedi; "Vallahi yaxşı anladım ki Allah Əbu Bəkirin qəlbinə döyüş istəyi verib və O, haqlıdı" (Səhih-i Müslüm, iman kitabı, Allahdan başqa ilah yoxdur, Məhəmməd (s.ə.a) Allahın rəsuludur deyənədək insanlarla vuruşmağın əmri babı) – göründüyü kimi "Sıddıq" ərəb tayfalarını zəkat vermədiklərinə görə qətl edirdi. Müsəlmanı öldürmək isə haramdır. Bu haqda Miqdad ibni Əsvəd nəql edir ki;Mən Rəsulullaha (s.ə.a) dedim; "Ya Rəsulullah (s.ə.a) nə buyurursan? Mən küfr edən bir adama rast gəlsəm və həmin şəxs mənimlə vuruşsa və əllərimdən birini qılıncla vuraraq kəssə sonar qaçıb bir ağaca sığınsa və; "mən Allaha təslim oldum" desə bu sözdən sonar onu öldürə bilərəm? Rəsulullah (s.ə.a); "Onu öldürmə" dedi. Mən; " Axı o mənim əlimi kəsdi ondan sonar bu sözü dedi." dedim. Rəsulullah (s.ə.a); "Onu öldürmə çünkü öldürsən o sənin onu öldürməzdən əvvəlki vəziyyətinə keçər. Sən də onu dediyi sözdən əvvəlki vəziyətdə (yəni kafir) olarsan" dedi. (Səhih-i Müslüm, İman kitabı, Allahdan bbaşqa ilah yoxdur dedikdən sonar kafiri öldürməyin haram olması babı)32) Aişə nəql edir ki; "Fatimə binti Rəsulullah (s.ə.a) Əbu Bəkirə xəbər göndərərək Rəsulullahdan (s.ə.a) özünə Allahın Mədinəylə Fədəkdə təhsisi etdiyi malları və Xeybərin beşdə birindən qalan malları istədi. Əbu Bəkir də belə cavab verdi; "Şüpəsiz ki, Rəsulullah (s.ə.a); "Bizə mirascı olunmaz! Qoyduğumuz sədəqədir. Ancaq Məhəmmədin (s.ə.a) ailəsi bu maldan yeyər" buyurmuşdur. Vallahi mən, Rəsulullahın (s.ə.a) sədəqəsindən heç bir şeyi Rəsulullahın (s.ə.a) dövründəki halından dəyisdirmərəm. Onun haqqında mütləq Rəsulullah (s.ə.a) nə etdisə onunla əməl edərəm. Qısası Əbu Bəkir Fatiməyə (ə) bir şey verməkdən çəkindi. Fatimə (ə) bu xüsusda Əbu Bəkirdən incidi və onu tərk etdi. Ölənədək onunla danışmadı. Fatimə (ə) Rəsulullahdan (s.ə.a) sonar altı ay yaşadı. Vəfat etdiyi vaxt onu əri Əli ibni Əbu talib (ə) gecə dəfn etdi. Onun vəfatını Əbu Bəkirə xəbər vermədi. Namazıni Əli (ə) qıldı. Fatimənin həyatı müddətində Əli insanlardan etibar görürdü. O vəfat etdiyində Əli xalqın etibarını itidi və Əbu Bəkirlə barışaraq beyət etmək istədi. O aylarda hələ beyət etməmişdi. Və əbu Bəkirə; "Bizə gəl amma səninlə birlikdə heç kim gəlməsin" deyə xəbər göndərdi. (bunu Ömər ibni Xəttab gəlməsin deyə edirdi) Buna görə Ömər Əbu Bəkirə; "Vallahi onların yanına yalnız getmı" dedi. əbu Bəkir isə; "mənə nə edəbilər ki? Vallahi mən onlara gedəcəm" dedi. Bundan sonar Əbu Bəkir onlara getdi. Əli ibni Əbu talib şəhadət gətirdi sonar bunları dedi; "Ya Əbu Bəkir biz sənin fəzilətini və allahın sənə olan ehsanını bilirik! Lakin sən bu işdə (xilafətdə) bizə qarşı istibdad (zülm) göstərdin. Bizözümüz üçün bu işdə bir haqq görürdük." Əli (ə), Əbu Bəkirlə danışmağa davam etdi. Nəhayət Əbu Bəkirin gözləri doldu. Əbu Bəkir sözə başlayıb bunları dedi; "Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, Rəsulullahın (s.ə.a) yaxınları mənim üçün öz yaxınlarımdan daha önəmlidir. Mənimlə sizing aranızda olan ixtilafa gəlincə; "Heç şüpə yoxdur ki, mən bunlar haqqında haqda qüsur etmədim! Rəulullahın (s.ə.a) etdiyini gördüyüm bir işi etdim!" Bundan sora Əli ibni Əbu Talib (ə); "beyət üçün vaxtım zöhrdən sonradır" dedi. Əbu Bəkir zöhr namazı qildiqda Əli (ə) minbərə çıxaraq şəhadət gətirdi və öz halını, beyəti nə üçün gecikdirdiyini, Əbu Bəkirə etiraz etdiyini anlatdı. Sonra dedi; "biz bu işdə özümüz üçün bir nəsib görürdük. Ancaq bizə qarşı istibdad göstərildi, biz də incidik!" dedi. Müslümanlar buna sevindi və; "düz dedin" dedilər. Əmr-i marufaqayıtdığı vaxt müsəlmanlar əliyə (ə) yaxın oldular. (Səhih-i Müslüm, Cihad kitabı, Rəsulullahın (s.ə.a); "Bizə mirascı olmaz, ne qalsa o sədəqədir" hədisi babı) – Əbu Bəkirin burada sübut gətirdiyi hədis həm uydurmadır, həm də mövzuya sübut ola bilməz. Hədisin uydurma olduğu onu Quranla tutuşdurduqda açıq-aşkar bilinir. Zira allahu Teala buyurur ki; "Süleyman Davuda mirascı oldu" (Nəml surəsi, ayə 16). Sünnülər isə iddia edirlər ki, ayədəki mirasdan məqsəd mal deyil, peyğəmbərlik, elm və hikmətdir. Bu iddiaya 2 tənqidimiz var. birincisi; peyğəmbərlik Allahın seçimiylə olur və peyğəmbər özündən sonrakı peyəbərin vəsfini verir onu seçmir. Ikincisi; Süleyman (ə) mülkdə və hökümətdə də davuda (ə) varies olmuşdu. Hədisin mövzuya sübut ola bilməyəcəyinə gəldikdə isə; hədisin mətnindədə olduğu kimi xanım Fatimə (ə) mirası yox "Rəsulullahdan (s.ə.a) özünə Allahın Mədinəylə Fədəkdə təhsisi etdiyi malları və Xeybərin beşdə birindən qalan malları istədi".
33) "Rəsulullah (s.ə.a) Əbu Bəkiri Xeybərin bir qalasını almağa göndərdi, amma o, qələbəsiz qayıtdı. Bunu görən Rəsulullah (s.ə.a) dedi; "Sabah mən bayrağı elə bir kəsə verəcəyəm ki, O, Allahı və rəsulunu (s.ə.a) sevir, Allah və rəsuluda (s.ə.a) onu sevir. Allah Ona qələbə bəxş edəcək və O, qaçmayacaq" (İbni Hişam "Sirə", 7-ci hicri ilində Xeybərəyürüş bölməsi) – deməli "Sıddıq" döyüşdəndə qaçırmış.
34) Əbu Nədr nəql edir; "Rəsulullah (s.ə.a) Uhud Səhidləri üçün; "Bunların imanla əməl etdiklərinə mən şahidəm" dedikdə Əbu Bəkir; "biz onların dostları deyilmiyik ya Rəsulullah(s.ə.a)?" dedi. Onlar kimi biz də müsəlman olduq, onların cihad etdiyi kimi biz də etdik" dedi. Bundan sonra Rəsulullah; "Bəli etdiniz amma, məndən sonra nə edəcəyinizi bilmirəm" dedi. Bu sözü eşidəndə Əbu Bəkir ağladı. Sonra dedi; "Səndən sonra biz beləmi olacağıq?" dedi. (Malik bin Ənəs "Müvəttə, cihad kitabı, Allah yolunda şəhid olmağın fəziləti babı)
35) Səid ibni Əbdürrəhman ibni Əbza atasından nəql edir; "Bir adam Ömərin yanına gələrək; "Mən cünub oldum və su tapa bilmədim necə namaz qılım" dedi. Ömər; "Namaz qılma, cavabını verdi. Bundan sonra Əmmar; "xatırlayırsanmı ya Ömər mən səninlə bir səfərdə idim. İkimizdə cünub olduq ancaq, su tapa bilmədik. Sən namaz qılmadın amma, mən torpaqda sürtünərək namaz qılmışdımş Rəsulullaha (s.ə.a) dedikdə dedi ki; "sənə sadəcə əllərini yerə vurmaq, sonra üfürərək onlarla üzünə və qollarına məsh etməyin bəs edərdiş" Bundan sonra Ömər; "Allahdan qox ey Əmmar" dedi. Əmmar isə "istəyirsən bunu heç kimə deməyim" cavabını vermişdi." (Səhih-i Müslüm, Heyz kitabı, Təyəmüm babı) – göründüyü kimi "raşidi xəlifə" Allahın kitabının əksinə hökm verir. Görəsən O, "Allahın ayələri ilə hökm etməyənlər kafirlərdir" ayəsini eşitməyib. Sünnülər deyəcəklər; "Ömər ictihad edib". Biz isə deyirik; "allahın hökmü qarşısında?"
36) İbni Abbas ® nəql edir ki; "Rəsulullah (s.ə.a) və Əbu Bəkir və Ömərin xilafətinin iki ilində 3 təlaq bir sayılırdı (yəni kişi əsəbiləşib bir dəfəyə 3 dəfə təlaq desədə bir sayılırdı). Ancaq Ömər ibni Xəttab; "İnsanlar özlərinə möhlət verilmiş olan bir işdə tələsirlər. Kaşki bunu onlara infaz etsəydik dedi" və onu infaz etti (yəni kim bir dəfəyə 3 dəf təlaq desə qadın ona haram olar)" (Səhih-i Müslüm, Təlaq kitabı, 3 təlaq babı) – yenədə eyni şey Allahın kitabıyla müxalifət və "raşidi xəlifə"
37) Ənəs ibn ən Nədr nəql edir; "Ənəs ibn Malikin əmisi Ömər ibn Xəttabı və Təlhə ibn Übeydullahı bir neçə ənsar və muhacirlə birgə bir yerdə bir qayanın altında oturduqlarını (yəni gizlədiklərini) gördü və burda niyə oturmusunuz soruşdu? Onlar dedilər; "Rəsulullah (s.ə.a) öldürülüb!" Ənəs dedi; "Rəsulullah (s.ə.a) ölübsə bəs siz niyə burada oturmusunuz? Siz də onun vuruşub öldüyü şeyə (İslama) görə vuruşub ölməli idiniz" sonra müşriklərin üstünə hücum etdi və şəhid oldu. (İbni Hişam "Sirə", Uhud döyüşü bölməsi)
38) Rəsulullah (s.ə.a) Ömər ibni Xəttabı çağırıb onu Məkkəyə Qureyşlilərə onu səfərinin məqsədini açıqlaması üçün göndərmək istəyəndə Ömər; "Ya Rəsulullah (s.ə.a) məni göndərmə. Mən qorxuram ki, onlar məni öldürərlər, axı orada məni qoruyan heç kəs yoxdur. Mən sənə məsləhət görərdim Məkkəyə mənim yerimə Qureyşlilərin məndən daha çox hörmət etdiyi Osmanı göndərəsən. (İbni Hişam "Sirə", Hüdeybiyyəyə yürüş bölməsi)
39) Salim ibni Abdullah atasından nəql edir ki; "Rəsulullah (s.ə.a) Minada ve daha başqa yerlərdə yolçu olanda namazı iki rükət olaraq qılıb. Əbu Bəkir, Ömər və xilafətinin ilk dövürlərində Osmanda her zaman iki rükət qılıblar. Sonralar Osman Minada dörd rükət qılıb" (Səhih-i Müslüm, Yolçuların namzı kitabı, Minada namaz babı) – sünnülər deyir; "Osman ictihad edib", biz deyirik; "xeyir Osman sünnətin xilafına hərəkət edib. Məgər O, Rəsulullahdan (s.ə.a) daha imanlı idi ki, dörd rükət qılırdı?"
40) Səid ibni Müseyyib nəql edir ki; "Əli (ə) ilə Osman bir yerə gəldilər, Osman mütəni və ümrəni nəhy edirdi. Əli (ə) dedi; "Rəsulullahın (s.ə.a) etdiyi bir işə qarşı nə demək istəyirsən, onu niyə qadağan edirsən?" Osman dedi; "bizdən bunu soruşmaqdan əl çək". Əli (ə) isə cavabında; "mən səni qoymaram" dedi. Bunadan sonra Əli (ə) caiz bildiyi üçün mütə ilə ümrənin ikisinə birdən niyət edtdi." (Səhih-i Müslüm, Həcc kitabı, Təməttu babı) – görünür Ömər və Osman özlərini Rəsulullah (s.ə.a) və Elm şəhərinin qapısı olan Əli ibni Əbu Talibdən elmli bilirmişlər.
41) Döyüşdən sonra Rəsulullah (s.ə.a) Osmanı görən olmayıbmı deyə soruşdu. Onu ölülərin arasında axtarmağa başladılar amma, sonra məlum oldu ki, o bütün döyüş boyu dağların arasında gizlənib. O döyüşdən bir müddət sonra qayıdıb gəldi. (Təbəri "Tarix ər-rəsul vəl müluk", c. 3, s. 185)
Sünnülər bu üç nəfəri Əmirəlmöminin Əli ibni Əbu Talibdən (ə) üstün bilirlər. Biz isə sual edirik nə üçün, əsas nədir? Əli (ə) Əbu Bəkir kimi zəkat verməyən müsəlmanları qətl etməyib deyəmi? Rəsulullahın (s.ə.a) qızının haqqını qəsb etmiyib deyəmi? Yoxsa Əbu Bəkir kimi qaçmayıb deyəmi? Nə üçün Ömər Əlidən (ə) üstündür? Allahın kitabının əksinə hökm verdiyi üçünmü? Rəsulullahın (s.ə.a) sünnəsinin xilafına hərəkət etdiyi üçünmü? Yoxsa qorxduğu üçünmü? Niyə Osman Əlidən (ə) üstündür? Sünnənin ziddinə olduğu üçün? Yoxsa qaçdığı üçün? Şiənin inancı budur ki; "Əli (ə) elmin qapısı, Allahın qılıncı və şiri, Mərdlərin şahıdır, nə səhabə, nə də ümmət içərisində onun tayı bərabəri yoxdur, ola bilməz"
Xurafələr:
42) Əmr ibni Meymun rəvayət edir ki; "Cahiliyyət dövründə zina etmiş bir meymunun başına çoxlu meymunların toplaşdığını gördüm. Meymunlar onu (zina etmiş meymunu) daşlayırdılar. Mən də meymunlara qoşulub onu daşladım. (Səhih-i Buxari, Ənsarın fəzilətləri kitabı, Cahiliyyə günləri babı) – elə bu hadisədən sonar ya meymunlar zinanı yığışdırıb, ya da ki zina meymunlara halal edilib ki, daha heç bir meymun rəcm edilmir.
43) Ənəs nəql edir ki; "Bir nəfər Rəsulullahdan (s.ə.a) qiyamət günün vaxtını soruşdu. Onun yanında Ənsardan olan bir cavan oğlan var idi. Rəsulullah (s.ə.a) buyurdu; "Əgər bu cavan oğlan yaşayıb qocalmasa qiyaməti görəcəkdir." (Səhih-i Müslüm, Fitnə kitabı, Qiyamətin yaxınlaşması babı) – deməli bu oğlan ya hələdə yaşayır, ya da qiyamət olu bizim xəbərimiz yoxdur.
44) Aişə nəql edir ki; "Səhlə binti Süheyl Rəsulullahın (s.ə.a) yanına gələrək; "Ya Rəsulullah (s.ə.a)! Mən Əbu Hüzeyfənin köləsi Salimin yanıma gəlməsindən Əbu Hüzeyfənin üzündə nigarançılıq hiss edirəm" dedi. Rəsulullah (s.ə.a); "Onu əmizdir" dedi. Səhlə; "böyük adam olduğu halda onu necə əmizdirim?" dedi. Bundan sonra Rəsulullah (s.ə.a) gülümsədi və; "onun böyük bir adam olduğunu bilirəm" dedi. (Səhih-i Müslüm, süd əmmə kitabı, böyük insanın süd əmməsi abı) – yəni böyük insan qadının döşünü əmə bilər başa düşdüm elə isə hərəmiz bir qadın tapıb döşünü əmməyə başlayaq.