Məlumdur ki, azərbaycanlı ailəsi ən mürəkəb qurluşa malikdir..Buna səbəb olan amil əksər ailələr vahid əqidə üzərində formalaşmamasıdır.
yəni, bir tərəfdən milli mentalitet, digər tərəfdən dini amillər, yabançı əqidələr və son olaraq insanalrın avropaya inteqrasiya edilmə prosesi ..... müxtəlif dünyagörüşünə sahib olan insanların yetişməsinə gətirib çıxarmışdı..
sözsüz ki,bu cür insanların bir ailədə cəm olsa, ailə mühitinin normala idarə edilməsinə əngəllər yaradır.
İstərdim ki,bu mövzuda ..Ər-Arvad-Qaynana-Qaynata-Baldız və s.problemlərin yaranma səbəblərinə toxunaq..
Mənə görə səbəblər bir-birindən elə fərqli və müxtəlif ola bilər ki,burda 1-2 sini deməklə mətləbə çatmaq çətin mümkün olsun.
Amma bir şeyi deyim ki,burda artıq qeyd edildiyi kimi,bu cür hallarda ailə başçısından çox şey asılıdır.
Elə nümunəni öz ailəmdən deyim,birdə görürsən biz, yəni övladlar nə isə səhv hərəkət edəndə,ya da hansı isə bir məsələdə məsləhətə qulaq asmayıb,öz bildiyimiz kimi hərəkət edəndə,anam atamı danlayır,kii sənin günahındır,onları öz bildiyi kimi hərəkət etməkdə ixtiyar sahibi etmisən
Düzdür ata nə qədər desə də,onlardan arxayınam,çünki necə hərəkət edəcəklərini bilirəm,mama deyir yox ee yox sən vse ravno vinovnusan