Dindar valideyn & dinsiz evlad
#1
Отправлено 09 октября 2009 - 13:01
Əslində başqa şeydən danışmaq istərdim. Şəkillərdən gördüyüm qədərilə qızın anası hicablıdır yəqin ki dindardır (olmaya da bilər türkiyədə bunu elə belə də bağlayırlar) qızın ölümündə bir çoxu valideynləri qınayır. İslami baxımdan necədir? Övladın pis yola düşməsində ümumiyyətlə kafir olmasında valideyn nə qədər gunahkardır və axirətdə pis evlad yetişdirdiyi üçün cəzalanacaqmı?
#2
Отправлено 09 октября 2009 - 13:43
Hec kəs ,hec kəsə gorə Allahi qarşisinda gunahkar deyil! Allah hər kəsə əql və şuur verib ki,getdiyi yolun axirini analiz etsin! Pis evlad ata və ana ucun ağir yukdur!Salam əziz forum üzvləri. Mövzunu açmağa məni Türk xəbər saytlarının birindən oxuduğum bir faciə səbəb oldu. 18 yaşlı qız öz sevgilisi tərəfindəm satanist rituallarının qurbanına çevrilib. Buradaqız və oğlanın şəkillərini burada isə faciə barədə oxuya bilərsiz.

#3
Отправлено 09 октября 2009 - 14:11
Tərbiyəyə gəldikdə isə əksər hallarda uşaqlar aiənin güzgüsü rolundadırlar. Uşağın yaxşi və ya pis olması 90% ailədəki tərbiyədən asilidir. Valideyin uşağının ipin boş buraxırsa, hər ərköyünlüyü ilə oturub-durursa, axırın ağlim kəsmir. Hansısa yaş dövrünə qədər valideyin bilməlidir uşağın dostları kimdir, kontrol etmək lazimdir. Əzizim əzizdir, tərbiyəsi ondan əzizdir. Lazim olsa bir-iki dənə çəkmək də olar - alışqanliq halina gəlməmık şərti ilə.
Namaz qılan xanımlar tanıyıram uşaqlarinin 14-15 yaşları var. Uşaq da namaz qılmaq istəyir, icazə vermir. Biri deyir qıymıram səhər uşaqı durquzmaga yuxudan, biri deyir dərsləri yaman çoxdur, yorulacaq, biri deyir uşaq dəstəmaz alanda soyuq dəyər. Bunu heş başa düşmürəm. Onda bu valideyin namazi vacib əməl kimi qəbul etmir.
Hər halda uşaqlara bütün insai keyfiyyətləri valideyin təlqin etməlidir. Allah sevgisi ve qorxusunu uşaqlara lazımdir başa salmaq. Uşaq bilməlidir ki, onun hər əməlin valideyin görməsə də Allah görür. Bu əlbəttə təkcə uşaqlara aid deyil, amma uşaqlarda bu hissləri yaratmaq daha asandır. Həzrət Əli əleyhissəlamdan gözəl bir söz var: Uşagın ürəyi xam torpaq kimidir, nə əksən bitər.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#4
Отправлено 09 октября 2009 - 14:37
Hec kəs ,hec kəsə gorə Allahi qarşisinda gunahkar deyil! Allah hər kəsə əql və şuur verib ki,getdiyi yolun axirini analiz etsin! Pis evlad ata və ana ucun ağir yukdur!Salam əziz forum üzvləri. Mövzunu açmağa məni Türk xəbər saytlarının birindən oxuduğum bir faciə səbəb oldu. 18 yaşlı qız öz sevgilisi tərəfindəm satanist rituallarının qurbanına çevrilib. Buradaqız və oğlanın şəkillərini burada isə faciə barədə oxuya bilərsiz.
Əslində başqa şeydən danışmaq istərdim. Şəkillərdən gördüyüm qədərilə qızın anası hicablıdır yəqin ki dindardır (olmaya da bilər türkiyədə bunu elə belə də bağlayırlar) qızın ölümündə bir çoxu valideynləri qınayır. İslami baxımdan necədir? Övladın pis yola düşməsində ümumiyyətlə kafir olmasında valideyn nə qədər gunahkardır və axirətdə pis evlad yetişdirdiyi üçün cəzalanacaqmı?
Valideyn birbaşa məsuliyyət daşıyır. Valideyn islam əxlaqı ilə övlad tərbiyə etməyə məsuldur. Əgər doğru- düzgün tərbiyə etmişsə, ölümündən sonra əməl dəftərinin bağlanmayan səhifələrinə savabı yazılacaq. Biri övladın gözəl əməlinə görə atasına rəhmət oxuyursa, övladına gözəl təhsil veribsə, bu təhsilini islam yönündə istifadə edirsə yenə də valideynə savablar yazılır.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#5
Отправлено 09 октября 2009 - 16:03
Salam əziz forum üzvləri. Mövzunu açmağa məni Türk xəbər saytlarının birindən oxuduğum bir faciə səbəb oldu. 18 yaşlı qız öz sevgilisi tərəfindəm satanist rituallarının qurbanına çevrilib. Buradaqız və oğlanın şəkillərini burada isə faciə barədə oxuya bilərsiz.
Salam!
Əşşi ...
Bu qızın söhbəti 7 aydır gedir. Onun qatili 197 gün gizlənə bilmişdi. Sonra isə özü təslim oldu.
Bir də, ekspertiza bu qızın üstündə iki müxtəlif şəxsin spermasının olduğunu bildirmişdi. Nə isə, mənə elə gəlir ki, bu qızı öldürən, rəsmi dildə desək, "qısqanclıq", loru dildə desək "namus" üstündə öldürüb.
Сообщение отредактировал Shie_cavabi: 09 октября 2009 - 16:10
#6
Отправлено 09 октября 2009 - 16:07

#7
Отправлено 09 октября 2009 - 16:14
Əslində başqa şeydən danışmaq istərdim. Şəkillərdən gördüyüm qədərilə qızın anası hicablıdır yəqin ki dindardır (olmaya da bilər türkiyədə bunu elə belə də bağlayırlar) qızın ölümündə bir çoxu valideynləri qınayır. İslami baxımdan necədir? Övladın pis yola düşməsində ümumiyyətlə kafir olmasında valideyn nə qədər gunahkardır və axirətdə pis evlad yetişdirdiyi üçün cəzalanacaqmı?
Nuh (ə) peyğəmbərin oğlu yadımızdan çıxmayıb ki...
Amma bir şey məlumdur ki, valideynin övlad qarşısında müəyyən vəzifə və borcları var ki, bunları yerinə yetirməlidir. Əgər valideyn öz vəzifəsinə əməl etməsə əlbəttə sorğu-sual olunacaq, hətta lazım gələrsə cəzalanırılacaqdır.
#8
Отправлено 09 октября 2009 - 16:29
Hec kəs ,hec kəsə gorə Allahi qarşisinda gunahkar deyil! Allah hər kəsə əql və şuur verib ki,getdiyi yolun axirini analiz etsin! Pis evlad ata və ana ucun ağir yukdur!
ALLAH Qur`anın 6-cı surəsi olan "ət-Təhrim" (Qadağan) surəsində bu məsələləri gözəl şəkildə buyurur.
6-cı ayədə isə daha dolğun şəkildə, bir cümlə ilə valideynin və ailə başçısının vəzifəsini təyin edib:
"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)."
http://quran.az/inde...o...y=&author=1
Deməli kimsə ailə qarşısında belə öz vəzifəsinə əməl etməsə sorğu-sual ediləcək.
P.S. Bir aforizm: Fərsiz övlad əlin altıncı barmağına oxşayır. Kəssən ağrıyar, qalsa əli yaraşıqsız göstərər.
(Bu kəlamı deyən şəxsin adı yadımda deyil).
#9
Отправлено 09 октября 2009 - 16:52
Valideyn birbaşa məsuliyyət daşıyır.
bes Adəm (as) peygəmərin iki oglu..Habil və qabil
#10
Отправлено 09 октября 2009 - 16:59
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)
#11
Отправлено 09 октября 2009 - 18:11
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#12
Отправлено 11 октября 2009 - 14:09
Hec kəs ,hec kəsə gorə Allahi qarşisinda gunahkar deyil! Allah hər kəsə əql və şuur verib ki,getdiyi yolun axirini analiz etsin! Pis evlad ata və ana ucun ağir yukdur
“...Heç bir günahkar başqasının günahını daşımaz...”(«İsra»-15).
“Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular. Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Halbuki onların əksəriyyəti iman gətirmədi.” («Şuəra»-157,158).
“Qurani-Kərim”də bu əzab barədə bir yerdə belə buyurulur:
“Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular.” («Əraf»-78).
Əbdüssəlam ibn Saleh Hərəvi adlı bir nəfər səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə soruşdu:
- İmam Sadiq(ə)-in buyurduğu “Həzrəti-Qaim Mehdi Sahibəzzəman (əccələllahu təala fərcəhuş-şərif) zühur edəndə İmam Hüseyn(ə)-nin qatillərinin övladlarını atalarının bu cinayətinə görə öldürəcəkdir.” - hədisi barədə siz nə deyə bilərsiniz?
Həzrət buyurdu:
- Bu, elə belə də olacaqdır.
Soruşdum:
- Belə isə bəs “Qurani-Kərim”də buyurulduğu «Heç bir günahkar başqasının günahını daşımaz» - ayəsinin mənası nədir?
Buyurdu:
-Allahın buyurduğu kəlamların hamısı düzdür. Amma İmam Hüseyn(ə)-nin qatillərinin övladları öz ata-babalarının cinayətindən razı qalıb onunla fəxr etdiklərinə görə günahda onlarla şərikdirlər, çünki başqasının əməli ilə razı olan şəxs həmin əməli yerinə yetirən insan kimidir. Məğribdə yaşayan biri məşriqdə günahsız yerə öldürülmüş şəxsin qətlinə razılıq verərsə, Allah dərgahında bu cinayətdə qatillə birgə o da şərikdir. Həzrəti-Mehdi Sahibəzzəman(ə.c.f.ş) da İmam Hüseyn(ə)-in qatillərinin övladlarını öz əcdadlarının cinayəti ilə razı olduqlarına görə məhv edəcək.
#13
Отправлено 12 октября 2009 - 22:35
Valideyn birbaşa məsuliyyət daşıyır.
bes Adəm (as) peygəmərin iki oglu..Habil və qabil
Bu başqa mövzudur.
Сообщение отредактировал Shemsi: 12 октября 2009 - 22:36
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#14
Отправлено 12 октября 2009 - 23:04
Hz. Yəqub (a) qardaşlarına düşmən kəsilən oğullarına gözəl tərbiyyə vermişdir. Hz. Nuh (a) öz oğluna gözəl tərbiyyə vermişdir. İmam Hadı (a) öz oğlu Cəfəri İslami təlimlərə yiyələndirmişdir. Nə olsun? Valideynin vəzifəsindən savayı, övladın da öz vəzifələri var. Övlad ilahi göstərişlərə riayət etmirsə valideynin nə günahı? Bu məsələ bir fərdə aid olan məsələ deyil.Salam əziz forum üzvləri. Mövzunu açmağa məni Türk xəbər saytlarının birindən oxuduğum bir faciə səbəb oldu. 18 yaşlı qız öz sevgilisi tərəfindəm satanist rituallarının qurbanına çevrilib. Buradaqız və oğlanın şəkillərini burada isə faciə barədə oxuya bilərsiz.
Əslində başqa şeydən danışmaq istərdim. Şəkillərdən gördüyüm qədərilə qızın anası hicablıdır yəqin ki dindardır (olmaya da bilər türkiyədə bunu elə belə də bağlayırlar) qızın ölümündə bir çoxu valideynləri qınayır. İslami baxımdan necədir? Övladın pis yola düşməsində ümumiyyətlə kafir olmasında valideyn nə qədər gunahkardır və axirətdə pis evlad yetişdirdiyi üçün cəzalanacaqmı?
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#15
Отправлено 21 октября 2009 - 00:18
Elə bizim şou biznes nümayəndələrimizdən götürsək, Faiq Ağayevin anası səhv etmirəmsə hicablıdır, Xatirə "İslam" fəxrnən deyir ki anamı hacca göndərdim.
dinimizə nə olur?
Misal yazmaq istəsək çox çəkər.
Ən yaxşı misalları ALLAH dediyi üçün və ən uca sözlərin ALLAHa məxsus olduğunu nəzərə alaraq sizə bir neçə ayə təqdim edirəm:
"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" - deyildi. [10] Allah iman gətirənlərə isə Fir’onun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - Cənnətdə bir ev tik. Məni Fir’ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" - demişdi. [11] (Allah mö’min qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu. [12]"
66-cı surə "ət-Təhrim" (Qadağan) surəsi, 10-12-ci ayələr.
http://quran.az/inde...o...y=&author=1
"Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: "Ey Rəbbim! Oğlum (Kən’an) mənim ailə üzvlərimdəndir. Sənin və’din, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!" [45] (Allah) buyurdu: "Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)". [46] (Nuh) dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cür’ət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!" [47]"
11-ci surə "Hud" (Hud (ə)) surəsi, 45-47-ci ayələr.
http://quran.az/inde...o...y=&author=1
#16
Отправлено 15 ноября 2009 - 23:32
Eziz YASEMEN Bacim, mumkunse yalniz BOYUK HERFLER ile yazmayin. Bu forumun qaydalarina ziddir
Anlayishiniza gore teshekkur ediremОтожмите Caps Lock так же при писании постов.
Сообщение отредактировал AHMADIYYE: 16 ноября 2009 - 11:50
- Hasan_AGA это нравится
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей