Перейти к содержимому


Фотография

Əhli-sünnət nəzdindəki ziddiyyətli hədislər 1.


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 Əbu-Turab

Əbu-Turab

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 13 октября 2009 - 16:50

Buyurub ziddiyyətli hədislərə bir nəzər yetirə bilərsiniz.
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

#2 Əbu-Turab

Əbu-Turab

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 13 октября 2009 - 17:22

BIR-BIRINƏ ZIDD OLAN HƏDISLƏRIN YARANMASI
Bəlkə də Müaviyənin dövründə düzəldilərək yayılan, həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sünnəsi sırasında qeyd olunan hədislərdən bir qismi aşağıdakılardır: "Səhihi-Müslüm", "Sünəni Darəmi", "Müsnədi Əhməd"də qeyd olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: "Mənim sözlərimi yazmayın; hər kəs mənim sözümü – Qur`¬andan başqa – yazsa, o yazı məhv edilməlidir!"
Digər bir rəvayətdə isə belə deyilir: "Onlar Peyğəmbərdən icazə istədilər ki, onun sözlərini yazsınlar, lakin o, icazə vermədi."
"Müsnədi Əhməd" və "Sünəni Əbu Davud" kitablarında Zeyd ibni Sabitdən belə nəql olunur: "Peyğəmbər onun sözlərindən bir şey yazmağımızı nəhy etdi və onları (yazılanları) məhv etdi."
"Müsnədi Əhməd" kitabında Əbu Hüreyrədən belə nəql olunur: Biz oturmuşduq və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nə eşitsəydik, yazırdıq. O həzrət bizim yanımıza gəlib buyurdu: "Bu nədir yazırsınız?" Dedik ki, sizdən hər nəyi eşidiriksə, yazırıq." Buyurdu: "Allahın Kitabı ilə yanaşı digər bir kitab da vardırmı?!" Dedik: "Hər nə eşidiriksə..." Buyurdu: "Allahın Kitabını yazın, yalnız Allahın Kitabını! Allahın Kitabından başqa bir kitab da vardırmı?! Yalnız Allahın Kitabını yazın!" "Səhihi-Müslüm", zöhd babı, 4-cü cild, səh.97; "Sünəni Darəmi", kitabın müqəddiməsi, 1-ci cild, səh.119; "Müsnədi Əhməd", 3-cü cild, səh.12, 39, 56.
O deyir: "Biz də yazdıqlarımızın hamısını bir yerə yığıb, sonra yandırdıq!"
Doğrusu, əgər bu rəvayətlər səhih olsa onda müsəlman bir şəxsin vəzifəsi nədir?! Belə olan təqdirdə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hədislərini əhatə edən bütün mənbələri, kitabları, bütün səhihləri, müsnədləri, sirə və təfsir kitablarını bir yerə toplayıb yandırmaq, yaxud dəryaya tökməkdən başqa bir yol qalırmı?! Əgər belə edərək Peyğəmbər sünnəsinin bütün mənbələrini dəryaya töksək, Islam şəriətində nə qalar?! Xeyr! Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) heç vaxt belə sözlər deməmişdir, bunun əksini bəyan etmişdir və Həccətül-vidada buyurmuşdur:
نَضَرَ اللّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي هذِهِ فَبَلَّغَهَا، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلَى مَنْ هُوَ اَفْقَهُ مِنْهُ.
"Allah o bəndəni sevindirsin ki, mənim sözlərimi eşidib hifz eləsin və onu eşitməyənlərə çatdırsın. Çox hallarda fiqhi daşıyan elə bir şəxs var ki, fiqhi özündən daha artıq fəqih olan bir şəxsə çatdırar..."
Digər bir hədisdə buyurdu:
فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلىَ مَنْ هُوَ اَفْقَهُ مِنْهُ
"Nə çox fiqh daşıyanlar var ki, fəqih deyildir, nə çox fiqhi daşıyanlar var ki, fiqhi özündən daha artıq fəqih olan şəxsə çatdırar."
Digər bir rəvayətdə isə buyurdu:
نَضَرَ اللّهُ امْرَءً سَمِعَ مِنَّا حَدِيثًا فَاَدَّاهُ كَمَا يَسْمَعُ، فَرُبَّ مُبَلِّغٍ اَوْعَى مِنْ سَامِعٍ
"Allah o kəsi sevindirsin ki, mənim sözlərimi eşitsin, eşitdiyi kimi də onu başqalarına çatdırsın. Çünki çox hallarda sözü əxz edən eşidəndən daha çox qoruyub saxlayır."
Digər bir hədisdə isə belə buyurdu:
لِيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ، فَاِنَّ الشَّاهِدَ عَسَى اَنْ يُبَلِّغَ مَنْ هُوَ اَوْعَى لَهُ مِنْهُ
"Burada iştirak edənlər qaiblərə çatdırsınlar: şahid olan şəxs elə bir kəsə çatdıra bilər ki, onun özündən daha yaxşı qoruyub-saxlamış olsun."
Yenə buyurdu:
اَللَّهُمَّ ارْحَمْ خُلَفَائِي... قَالَ K اَلَّذِينَ يَاْتُونَ بَعْدِي يَرْوُونَ حَدِيثِي وَسُنَّتِي
"Pərvərdigara, mənim canişinlərimi bağışla!" Bu duanı üç dəfə etdikdə, soruşdular ki, "ya Rəsuləllah, sizin canişinləriniz kimdir?" Buyurdu: "O kəslərdir ki, məndən sonra gəlib mənim sözlərimi və sünnəmi rəvayət edərlər."
"Səhihi-Buxari"də deyilir: Yəmən əhalisindən bir kişi Peyğəmbərin sözlərini eşidib dedi: "Ya Rəsuləllah, mənim üçün yaz!" Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Əbu filan üçün yazın!"
Rəvayət olunmuşdur ki, ənsardan bir nəfər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanında oturmuşdu. O həzrətin sözlərinin bə`zilərini eşidib heyrətlənir, amma onu hifz edə bilmirdi. Özünün bu bacarıqsızlığından Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə şikayət etdikdə həzrət buyurdu: "Əllərindən kömək al!" Bu zaman onun əllərinə işarə etdi, yə`ni "bu sözləri yaz!"
Əmr ibni Şüeyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbərə dedim: "Ya Rəsuləllah! Sizdən eşitdiyim hər bir şeyi yazımmı?" Buyurdu: "Bəli." Dedim: "Həm qəzəb, həm də sevinc halında (buyurduqlarını da yazımmı)?" Buyurdu: "Bəli, çünki bütün bu hallarda haqdan başqa bir şey demirəm."
Digər rəvayətə görə belə dedi: "Mən sizdən eşitdiklərimi yazımı?" Buyurdu: "Bəli."
Əbdüllah ibni Əmr deyir: Mən Peyğəmbərdən eşitdiyim hər bir şeyi yazır və onu qoruyub-saxlayırdım. Nəhayət Qüreyş məni bu işdən çəkindirib dedilər: "Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazırsan! Halbuki, Peyğəmbər də bəşərdir: həm qəzəb, həm də razılıq halında danışır!" Mən yazmağı saxladım və məsələni Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün dedim. O həzrət barmağı ilə mübarək ağzına işarə edərək buyurdu:
اُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا خَرَجَ مِنْهُ اِلاَّ حَقٌّ
"Yaz, çünki canım əlində olan Allaha and olsun ki, buradan haqqdan başqa bir söz çıxmır!"
Digər rəvayətdə yuxarıda qeyd olunanlardan sonra belə deyilir: Peyğəmbərin yanına gəlib dedim: "Ya Rəsuləllah! Mən sizin sözlərinizdən sirab olmuram; əgər icazə versəniz, onları yazmaq üçün əlimdə qələm tutum." Buyurdu: "Əgər mənim sözlərimdirsə, əlini qələmlə yanaşı et!"
Əmr ibni Şüeyb atasından, o da babasından nəql edir ki, mən dedim: "Ya Rəsuləllah! Biz sizdən bə`zi özləri eşidirik, amma onları əzbərləyə bilmirik. Onları yazaqmı?!" Həzrət buyurdu: "Əlbəttə ki, onları yazın!"
***
Bəli, sonuncu səhih hədislərdən gördüyünüz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri öz sözlərini yazıb yaymağa təşviq edir və bu işə fərman verirdi. Indi görək, yuxarıda qeyd olunan "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz sözünün yazılmasını qada¬ğan etdi" - kimi hədislər necə və haradan rəvayət olunmuşdur?!
Сavab: Gördüyümüz kimi, Qüreyş, yə`ni müacir səhabələr Peyğəmbərin öz həyatında onun sözlərinin yazılmasının qarşısını alırdılar, həm də o həzrətin vəfatından əvvəl vəsiyyətinin yazılmasına maneçilik törətdilər, Peyğəmbərin vəfatından sonra da Qüreyş xəlifəsi Ömər var-gücü ilə Peyğəmbərin sözlərinin yazılmasını qadağan etdi, yazılı halda gördüyü hər bir şeyi tutub yandırdı və onların yayılmasının qabağını aldı, öz müxaliflərini isə Mədinədə nəzarət altında saxladı. Üçüncü xəlifə Osman da onun yolunu davam etdirdi. Təbii haldır ki, səhabələrdən bir qrupu da hakim dairələrin yollarını getdilər!
Digər tərəfdən, bu üslubla müxalifət edən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in sözlərinin yayılmasına sə`y göstərən Əbuzər kimi səhabələrdən bə`ziləri ağır müsibətlərə və çətinliklərə düçar oldular. Gələcəkdə qeyd edəcəyimiz kimi, Imam Əli (əleyhis-salam) onlara təskinlik verirdi. Təbii haldır ki, Imam Əli (əleyhis-salam) öz xilafəti dövründə bu təskinlik verməni davam etdirmişdi. Buna görə də o həzrət ibadət mehrabında şəhadətə çatdıqdan, hökumət Müaviyənin əlinə düşdükdən sonra Müaviyə çox sadəliklə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədisinin yayılmasının qarşısını ala bilməzdi. O bu işi görmək üçün özünə bir əsas tap¬malı idi. Buna görə də "Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədis yazmağı qadağan etmişdir" - kimi saxta hədislər onun dövründə düzəldilib yayılmağa başladı. Nəticəsi də bu oldu ki, indi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hədislərində aşağıda qeyd edəcəyimiz ziddiyyətləri görürük: Peyğəmbərdən bə`zi rəvayətlərdə: "Mənim sözlərimi yazın.", bə`zi hədislərdə isə: "Mənim sözlərimi yazmayın!" - deyə rəvayət olunur. Buna görə də Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan rəvayətlər arasında bir-birinə zidd olan hədislər tapılır.
Deməli, biz hər vaxt ziddiyyətli hədislərlə qarşılaşsaq, yaxşı olar ki, əsrlər boyu hakim dairələrin nəzəriyyələrinə müvafiq olan hədisləri boşlayaq və onları bir tərəfə ataq!
Bəhsin sonunda bunu da unutmayaq ki, hədis yazılmasının qadağan edilməsində əsas hədəf Imam Əli (əleyhis-salam)-ın müsəlmanlar arasında olan fəzilətlərinin yayılmasının qarşısını almaq idi. Xüsusilə, bu mübarizə Müaviyənin hakimiyyəti dövründə özünün son həddinə çatmışdı: o fərman vermişdi ki, hər bir cümə namazının xütbələrində minbərdə müsəlmanları Imam Əlini lə`n etməyə vadar etsinlər. Belə ki, bunun nümunəsi birinci cilddə "Imam Əli (əleyhis-salam) fəzilətlərinin gizlədilməsi" fəslində qeyd olundu.
Yuxarıda Müaviyənin siyasətlərinin bir qisminə işarə etmişdik. O siyasət camaatı Əhli-beyt (əleyhimus-salam) məktəbindən uzaqlaşdırmağa və xüləfa məktəbinə doğru cəlb etməyə ciddi sə`y göstərirdi. Bundan əlavə, Müaviyə müsəlmanların öz imamlarına qarşı olan nəzərlərini dəyişdirməyə ciddi şəkildə ehtiyac duyurdu. Çünki müsəlmanların ilk Islam hakimi, yə`ni Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) barəsində malik olduqları nəzəriyyə kamil bir insanın aydın nümunəsi idi. O, nə günah edir, nə də həvayi-nəfsinə tabe olurdu.
Bu nəzər, şübhəsiz, pak fitrətli və Islam ümmətinin hələ yolunu azmamış fərdlərini Müaviyənin yoluna getməkdən, daim şərab içən və fasiq Yəzid kimi vəli-əhdi qəbul etməkdən saxlayırdı. Buna görə də Müaviyə qərara aldı ki, saxta hədislər düzəltməklə müsəlmanların, islamiyyət və insaniyyətin ən yüksək nümunəsi olan Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki nəzərini dəyişdirsin və o həzrəti, Yəzid və Müaviyə həddə olan, özünün nəfsani istəklərinin ardınca düşən bir adam kimi təqdim etsin. O, elə hədislər düzəltmişdi ki, bə`ziləri Peyğəmbərin zövcələri olan Ümmül-mö`mininlərin tərəfindən, bə`ziləri isə o həzrətin səhabələrinin adından rəvayət olunurdu.
Həmçinin, əvvəlki peyğəmbərlərə mənsub edilən Israil hədisləri (kitab əhlinin alimləri onları müsəlmanların ara¬sında yayırdılar) əslində nalayiq və yalan nisbətlərdən ibarət idi ki, Müaviyənin bu siyasi istəklərini dəstəkləyirdi. Bu sahəyə daha artıq zərbələr vuran şey isə Peyğəmbərin hədislərinin yazılmasının qadağan edilməsi, ravilərin öz hafizəsinə, yazılmayan hədislərə və sənədsiz mənbələrə e`timad etmələri idi ki, bu da yaxşı ilə pisi bir-birinə qatmış, kitab əhlinin nəql etdiyi israiliyyatları müsəlmanların mənbələrində nəql olunanlara qoşmuşdu!
Bütün bunlar Müaviyənin dövründə xüləfa məktəbinin islami təfəkkürünü onun istədiyi şəkildə tənzim etdi, bu xüsusi və qeyri-adi təfəkkür tərzi də Müaviyənin dövründən sonra "rəsmi Islam" hesab olundu, onunla müxalif olan hər bir şey tərk edildi. Müaviyənin formalaşmasında irəli sürdüyü təfəkkür və onun istəyi əsasında olan bu "rəsmi Islam" bu günkü günə kimi qalmaqdadır. Yalnız Imam Hüseyn (əleyhis-salam) və onun Əhli-beyt və köməkçilərinin şəhadəti ilə Müaviyədən sonra inhirafın sərhədləri tə`yin edildi, Yəzid kimi xəlifənin həqiqi və mənfur siması aydınlaşdı, xilafət məqamı onun ətrafına çəkilən müqqədəs sərhəddən ayrıldı və bundan sonra hakim dairələr bir tərəfdə, dini mərcəiyyət isə digər bir tərəfdə qərarlaşdı.
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

#3 Əbu-Turab

Əbu-Turab

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 13 октября 2009 - 17:29

Bu yazı "Məalimul mədrasətəyn 3-cü cild" kitabından idi. Bu kitabı burdan yükləyə bilərsiniz.
2-ci cildini isə burdan yükləyə bilərsiniz.
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru