Перейти к содержимому


Фотография

Müstəqillik günü


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 октября 2009 - 14:35

Bu gün - oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir

Mənbə

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 18 октября 2009 - 16:47

Allah razi olsun

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 октября 2009 - 16:52

Cümləmizdən inşallah :rolleyes:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 18 октября 2009 - 23:52

Təbriklər hamina! VAR OLSUN AZƏRBAYCAN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#5 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 20 октября 2009 - 15:50

gec də olsa hamınızın mütəqillik günü münasibəti ilə təbrik edirəm..müstəqillik bizə çox yaraşır.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#6 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 20 октября 2009 - 15:57

Amma respublikamızda bu gün bayram günü kimi qeyd olunumur. Ofisial olaraq bu gun iş günüdür.
Хорошо быть черепахой – всю жизнь тащишься.

#7 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 20 октября 2009 - 16:14

Amma respublikamızda bu gün bayram günü kimi qeyd olunumur. Ofisial olaraq bu gun iş günüdür.


yəqin yuxarıda oturanlar fikirləşirlər ki, bu camaat üçün onsuzda həmişə bayramdır.))
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#8 Sultan

Sultan

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 247 сообщений

Отправлено 20 октября 2009 - 16:19

Amma respublikamızda bu gün bayram günü kimi qeyd olunumur. Ofisial olaraq bu gun iş günüdür.


yəqin yuxarıda oturanlar fikirləşirlər ki, bu camaat üçün onsuzda həmişə bayramdır.))



:)
Mekkede bunalırsan, Medineye köçərdin...
Biz bu dünyadan hara köçək, yâ Muhammed? Yer üzünde riyâ, inkâr, xəyanət Altın dövrünü yaşayır... Diller, səhifələr, sətirlər "Ebu Leheb öldü" deyirlər. Ebû Leheb ölmedi, yâ Muhammed Ebû Cehil qit'ələr dolaşır!

#9 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 20 октября 2009 - 16:24

yəqin yuxarıda oturanlar fikirləşirlər ki, bu camaat üçün onsuzda həmişə bayramdır.))

əsasən də prezidentimiz bayram günləri şəhərə gəzintiyə çıxanda camaat çox canfəşanlıq göstərir. yuxarda oturan da elə fikirləşəcək də.
Хорошо быть черепахой – всю жизнь тащишься.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru