Перейти к содержимому


Фотография

Şiələr və Quran


  • Закрытая тема Тема закрыта
Сообщений в теме: 6

#1 Омар

Омар

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 27 октября 2009 - 15:41

بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِيمِ

II-ci fəsil

ŞİƏLƏR VƏ QURAN

Sünnilərlə şiələr arasındakı ixtilaflardan ən mühümü ondan ibarətdir ki, Sünnə əhli bütün digər müsəlmanlar kimi inanır ki, Allahın Peyğəmbərimiz Məhəmməd səlləllahü əleyhi və səlləmə nazil etdiyi Qurani-məcid bütün insanlara Allah tərəfindən nazil edilmiş sonuncu kitabdır və o, nəinki dəyişilməmiş və təbdil olunmamışdır, habelə Qiyamət gününədək dəyişilməyəcək və təhrif olunmayacaq. O, müshəflərin (Quranın əlyazma variantı, yaxud ümumiyyətlə Quran kitabı — tərc.) cildi içərisində qorunur. Çünki Allah Özü rəsulların vəfatından sonra artırılma və əskildilmədən qoruna bilməmiş Ibrahimin və Musanın sühüfləri, Zəbur, Incil və digər əvvəllər nazil olmuş qədim kitablardan fərqli olaraq, Quranın hər hansı təhrifdən, əskildilməkdən və artırılmaqdan qorunmasına və saxlanmasına zəmanət vermişdir. Həmin kitablardan fərqli olaraq, Sübhanəhü-təala Quranı nazil edərkən demişdir: "Zikri həqiqətən Biz nazil etmişik, Biz də onu qoruyuruq" (əl-Həcər surəsi, 9-cu ayə).
Həmçinin demişdir: "Onu toplamaq və oxutdurmaq Bizim borcumuzdur, Biz onu oxuyanda sən qiraəti izlə. Onun izahı da Bizim borcumuzdur" (əl-Qiyamə surəsi, 17, 18, 19-cu ayələr).
Daha sonra demişdir: "Nə keçmişdə batil edilmiş, nə də gələcəkdə batil ediləcəkdir; Hikmətli və Bəyənilmiş Allahın nazil etdiyidir" (əs-Səcdə surəsi, 42-ci ayə).
Quranın Allah tərəfindən qorunmasına və saxlan-masına inanmamaq adamı Quranı inkar etməyə və Rəsulullah səlləllahü əleyhi və səlləmin gətirdiyi şə-riəti batil etməyə sövq edir, çünki o belə olduqda Hikmətli Kitabın ayələrindən hər birinin təbdil və təhrif olunduğunu ehtimal edir. Ehtimallar başlanan yerdə isə etiqadlar, imanlar batil olur. Çünki iman yalnız inamla mümkündür, zənlər və ehtimallarla yox!
Şiələr isə insanların əlindəki Böyük Allahın hifz etdiyi bu Qurani-kərimə inanmır, bütün müsəlman birliklərinə, islam məzhəblərinə müxalif çıxır, Qurandakı və Sünnədəki bütün düzgün mətnləri inkar edir, ağlın və müşahidənin sübut etdiyi hər bir şeyin əksinə çıxır, haqqı danır və doğruya məhəl qoymurlar.
Sünnə əhli ilə şiələr arasında, başqa sözlə desək, müsəlmanlarla şiələr arasında (Şeyx Seyid Mühibbəddin Xətib özünün "Əl-xütut əl-ərizə" risaləsində belə deyərkən haqlı idi: "Onlar bizim üçün və onlar üçün yaxınlaşmaq və birləşməkdən ötrü birləşdirici bir mənbə olmalı Qurana belə etiqad etmirlər". O, sonra 9-cu səhifədən 16-cı səhifəyədək şiələrin bizim və ümumiyyətlə, insanların əlində olan Qurana inanmadıqlarına, onu təhrif olunmuş, dəyişilmiş və naqis hesab etdiklərinə dair bəzi misallar gətir-mişdir.
Lütfulla Safi özünün "Məə əl-Xətib fi xütutihi əl-ərizə" kitabında 48-ci səhifədən 82-ci səhifəyədək ona (Xətibə) hay-küy və qətiyyətlə rədd cavabı verir və şiələrin Quranın təhrif olunması və dəyişdirilməsi etiqadında olduqlarını heç bir dəlilə və sübuta əsaslanmadan inkar edir.
Lakin birincisi, şiə şeyxi Lütfulla Safi Quranın təhrif olunmasını və dəyişdirilməsini söyləyən şiə mətnlərindən Xətibin qeyd etdiyi mətnləri inkar edə bilmir. O həmçinin nəin-ki Hacc Mirzə Hüseyn ibn Məhəmməd Təqi Nuri Təbərsinin kitabını, onun şiələr arasında məqamını və şan-şöhrətini inkar edə bilir, əksinə, onun hədis elmində məharətini və şiələr arasında yüksək məqamını etiraf edir.
Ikincisi, Safinin özü Quranda təhriflərin olmasına dair şiə etiqadının etirafından ibarət kitabında bəzi bu qəbildən olan ibarələr işlədir.
Üçüncüsü, şiə şeyxi, nəhayət, belə bir qərara gəlir ki, bu kimi mövzuları qurdalamaq olmaz, çünki bu şərqşünasların əlinə müsəlmanlara qarşı elə bir silah verər ki, müsəlmanların hifz olunduğunu və qorunduğunu iddia etdikləri Quran da Tövrat və Incil kimi ixtilafa səbəb olar. Onun bu sözü isə öz cinayətini başa düşmək və etiraf etməkdən başqa bir şey deyil.
Dördüncüsü, Safi Xətibdən fərqli olaraq Quran haqqında öz bəhsində onların məsum saydıqları on iki imam haqqında heç bir rəvayət misal gətirmir ki, bu da onların Quranda təhriflərin olmamasına inandıqlarına sübut və bunun təsdiqidir. Xətib isə öz bəhsində imamların ikisi haqqında Quranda dəyi-şiklik və təhriflər oluduğunu bəyan edən rəvayətləri misal gətirir. Budur, ey Safi! Biz sizin öz kitablarınızdan buna dair çoxlu hədislər və ravayətlər misal gətiririk. Elə hədislər və rəvayətlər ki, şiələrin Quran haqqında etiqadlarının rəhmətlik Xətibin qeyd etdiyi kimi olduğuna şübhə yeri qoymur. Siz onu yalnız öz məzhəbinizi gizli saxlamaq və müsəlmanları aldatmaqla inkar edə bilərsiniz) əsas həqiqi ixtilaf bundan ibarətdir. Çünki insan Quranın Rəsulullah səlləllahü əleyhi və səlləmin Qüdrət və Cəlal sahibi Allahın əmri ilə təbliğ etdiyindən ibarət olduğuna inanmadan müsəlman ola bilməz. Quranın inkarı isə Rəsulu təkzib etməkdən başqa bir şey deyil.
Indi də şiələrin Qurana dair fikirlərini əks etdirən mətnləri nəzərdən keçirək. Müsəlmanlar ara-sında imam Buxarinin böyük nüfuza malik olduğu kimi, şiələr arasında imam kimi tanınmış böyük şiə mühəddisi Küleyni özünün "əl-Kafi fi əl-üsul" kitabında Hişam ibn Səlimdən Əbu Abdulla əleyhis-səlamın belə dediyini rəvayət edir: "Cəbrayıl əleyhis-səlamın Məhəmməd səlləllahü əleyhi və alihiyə gətirdiyi Quran on yeddi min ayədir" ("əl-Kafi fi əl-üsul", "Quranın üstünlükləri" kitabı, "Nadir hədislər" fəsli, səh.634, 2-ci cild, Tehran çapı, 1381 h).
Məlumdur ki, Quranın ayələrinin sayı altı mindən bir az çoxdur. Şiə təfsirçisi Əbu Əli Təbərsi öz təfsirində əd-Dəhr surəsindən bir ayənin altında belə bir qeyd etmişdir: "Quranın bütün ayələrinin sayı altı min iki yüz otuz altıdır" (Təbərsinin "Məcmə əl-Bəyan" təfsiri, 2-ci cild, səh.406, Tehran çapı, 1374 h).
Buradan belə çıxır ki, şiələr Quranın üçdə ikisini itiriblər. “əl-Kafi”dəki bir rəvayətdə də belə deyilir: "Əbu Bəsir demişdir: "Əbu Abdulla əleyhis-səlamın yanına girdim və dedim: — Sənə fəda olum, mən səndən bir şey soruşmaq istəyirəm. — Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki? — Əbu Abdulla özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora baxdı, sonra dedi: — Soruşmaq istədiyini soruş. Mən dedim: — Sənin şiələrin danışırlar ki, Rəsulullah səlləllahü əleyhi və alihi Əliyə bir qapı tanıdıb — ondan min qapı açılır. O dedi: — Rəsulullah səlləllahü əleyhi və alihi Əliyə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən dedim: — Allaha and olsun ki, bu elmdir. O bir qədər susdu, sonra dedi: — Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: — Ey Əbu Məhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: — Sənə fəda olum, Camiə nə olan şeydir? — O dedi: — Camiə uzunluğu Rəsulullah səlləllahü əleyhi və alihinin dirsəyi ilə yetmiş dirsək olan bir lövhədir. Orada yazılanlar Peyğəmbərin dilindən çıxan sözlərdir. Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: — Ey Əbu Məhəmməd, izn verirsən? Dedim: — Sənə fəda olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari toxunub dedi: — Elə götürək bu ərəşi. O bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: — Allaha and olsun ki, bu elmdir. O dedi: — Bu, doğrudan da, elmdir, amma o elmdən deyil. Sonra bir qədər sakit oturduqdan sonra dedi: — Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir? Mən soruşdum: — Yaxşı, Cifr nədir? O dedi: — Bu elə bir dəri lövhədir ki, onda peyğəmbərlərin və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var. Mən dedim: — Elm buna deyərlər. O dedi: — Düzdür, bu elmdir, lakin o elmdən deyil. Sonra yenə bir az susduqdan sonra dedi: — Bizdə Fatimə əleyhəs-səlamın Müshəfi var, onlar isə bilmirlər ki, Fatimə Müshəfi nə olan şeydir? Mən soruşdum: — Yaxşı, Fatimə Müshəfi nə olan şeydir? O dedi: — Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də yoxdur" və s. və i.a. (bax; "əl-Kafi fi əl-üsul"dan "Kitab əl-hüccə"nin "Lövhə, Cifr, Camiə və Fatimə Müshəfi haqqında" fəsli, səh.239, 240, 241. 1-ci cild, Tehran çapı).
Bu rəvayətdə, adətən, şiələrin əqidələrinin özülü olan axmaq fikirlər, xürafat və boş sözlər bir yana dursun, açıq-aşkar bildirilir ki, şiələrdən başqa bütün müsəlmanların əsaslandıqları mövcud müshəfdə Quranın dörddən üç hissəsi buraxılıb və itib-batıb.
Bəs özlərini — məzhəblərini gizlədərək və müsəlmanları aldadaraq — Quranın təhrif olunduğunu deyənləri inkar edən kimi qələmə verən şiələr "ixtiyar sahibi", məşhur Mehdinin "elçi”ləri ilə "görüşən", bu "elçi”lərin vasitəçiliyi ilə özünün “əl-Kafi” kitabını "ixtiyar sahibi”nə göstərib onun razılığını alan, "azmüddətli qeybolma vəziyyəti keçirən" Məhəmməd ibn Yəqub Küleyninin nəql etdiyi bu iki rəvayət haqqında nə deyirlər?
Bəs insaflı adamlar bu hərəkətə və onun özünə necə baxırlar?
Ey alimlər, ey fəzilət sahibləri, günahkar kimdir? Cinayət işlədib rüsvay olan, yoxsa cinayətin baş verdiyini, bunun biabırçılıq olduğunu deyən? Belə rəvayətlər bir, iki deyil. Şiələrin Quranın dəyişikliklərdən və təbdillərdən hifz olunmadığını, mövcud Quranın şiə Quranı olmadığını, bir hissəsinin uydurma, bir hissəsinin də təhrif edilmiş olduğunu iddia etdikləri saysız-hesabsız rəvayətlər və əhvalatlar var. Görün bu şiələr Əbu Cəfər haqqında nə rəvayət edirlər. "Bəsair əd-dərəcat"ın müəllifi deyir: "Bizə Əli ibn Məhəmməd Qasim ibn Məhəmməddən, o da Süleyman ibn Davuddan, o da Yəhya ibn Ədimdən, o da Şərikdən, o da Cabirdən bir dəfə Əbu Cəfərin belə dediyini söyləmişdir: — Rəsulullah Minada öz əshabələrini yanına çağırdı və onlara dedi: — Mən sizə Allahın müqəddəs şeylərini: Allah Kitabını, öz ailə üzvlərimi və Müqəddəs Kəbəni qoyub gedirəm. Guya sonra Əbu Cəfər demişdir: — Indi baxıram: Peyğəmbərdən sonra Allahın Kitabını təhrif etmişlər, Kəbəni dağıtmışlar, Peyğəmbərin ailə üzvlərini isə öldürmüşlər. Beləliklə, Allahın bütün əmanətlərinin axırına çıxmışlar" ("Bəsair əd-dəracat", 2-ci hissə 17-ci fəsil, Iran çapı, 1285 h).
Bundan da böyük yalan olar? Bəli, olarmış, özü də bundan da böyük və bundan da açıq-aşkar. Bu, Küleyninin “əl-Kafi”dəki rəvayətidir: "Əbülhəsən Musa əleyhissəlam həbsdə olan Əli ibn Süveydə yazmışdır: “Öz şiələrindən olmayanların dinini qəbul etmə və sevmə, onlar Allaha, Onun Rəsuluna və onların əmanətlərinə xəyanət etmişlər" — dedikdə nəyi nəzərdə tuturam? Allahın Kitabı onlara əmanət qoyulmuşdur, onlar isə onu təhrif və təbdil etmişlər" (“əl-Kafi”, "Kitab ər-rövzə" fəsli, səh.125, 8-ci cild, Tehran çapı və səh.61, Hindistan çapı).
Küleyni buna bənzər bir rəvayət də Əbu Bəsirdən edir: Əbu Bəsir Əbu Abdulla əleyhissəlamdan rəvayət edib deyir ki, mən bir dəfə ona dedim: — Qüdrət və Cəlal sahibi Allah demişdir: "Bu Bizim sizə həqiqəti danışan Kitabımızdır”. O dedi: — Kitab heç vaxt danışmayıb, danışmayacaq da, lakin bu kitabın dili ilə danışan Rəsulullahdır. Adı təsvirə gəlməyən Allah elə yox, belə demişdir: “Bu Bizim sizə həqiqət danışılan Kitabımızdır". Mən dedim: — Sənə fəda olum, biz bu ayəni belə oxuyuruq. O dedi: — Allaha and olsun ki, onu Cəbrayıl dediyim kimi gətirib, sonralar Allahın Kitabı təhrif olunub" (“əl-Kafi”, "Kitab ər-rövzə" fəsli, səh.50, 8-ci cild, Tehran çapı və səh.21, Hindistan çapı).
Şiələrin doğrucul hesab etdikləri Ibn Babveyh Qümmi öz kitabında belə rəvayət edir: "Bağdad hafizi Məhəmməd ibn Ömər Hafiz Bağdadi bizə Abdulla ibn Bişrdən, onun Əcləhdən, onun Əbu Zübeyrdən, onun da Cabirdən eşitdiyi bir hədis danışmışdır. Cabir belə demişdir: "Mən Rəsulullah səlləllahü əleyhi və alihinin bu sözləri dediyini eşitmişəm: "Qiyamət günü gələndə üç şey şikayət edəcək: Müshəf, məscid, mənim nəslim. Müshəf deyəcək: — Ya Rəbb, məni yan-dırıblar və parça-parça ediblər" və i.a. (Bax: Ibn Babveyh Qümminin "əl-Xisal" kitabı, səh.83, Tehran çapı, 1302 h).
Tanınmış şiə təfsirçisi Şeyx Mühsin Kaşi şiələrin bu böyük təfsirçisi haqqında belə nəql edir: "O öz təfsirində Əbu Cəfər əleyhissəlamın belə dediyini qeyd etmişdir: — Allahın Kitabını artırıb-əksiltməsəydilər, bizim haqqımız ağıllı adamlardan gizli qalmazdı və bizim qaimimiz (müdafiəçimiz: sonuncu imama işarədir — tərc.) üzə çıxanda Quran onu təsdiq edərdi" (Mühsin Kaşinin "əs-Safi" adlı təfsiri, altıncı nəşrə müqəddimə, səh.10, Tehran çapı).

#2 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 27 октября 2009 - 15:50

Estagfirullah, Qardaw ayib olsun sene, ki wiyeye bele yalan yaxirsan,hansisa bir iki alimin sozu haqq deme deyil,bu barede butun SHie alimlerinin fikri eynidir,butun muselman ailemi bilir ki,Quran tehrif olunmayib ve hec vaxtda olunada bilmez bunu Quran ayeleride deyirve bizimde Quranin tam kamil olmasina hec zerre qederde olsa wekki wubhemiz yoxdur.senki bele bir ittiham atirsan wie mezhebine inwallah bir iki gune men sene oz mezhebunden olan bir iki materiali getirim oxuyarsan,eger qeyretin olsa gele onda oz mezhebinden cixmiw olasan.birdaha Allahdan qorx ve ittiaham yaxma SHie alimlerine bu movzuda.her kim onu deyirse Allah ona lenet elesin.sende oxumusansa yaxwi bilirsen ki,SHie aileminde bele bir sohbet yoxdur.sen ittiham yaxmaqdansa oxu kitablarinizda nece Allaha el ayaq nisbet verirsiz,onda sizin dediklerinizle ,eqidenizle seni ve mezheb yoldawlarini cox rahatliqnan kafir adlandirmaq olar.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#3 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 27 октября 2009 - 15:58

bu movzu artiq asagidaki linkde muzakire olunub

http://313news.net/f...p?showtopic=849
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#4 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 27 октября 2009 - 16:00

birinji novbede her kitabda yazilan hedis sehih sayilmaz,hedisi arawdirma ve deqiq oxumaq lazimdir,her weyide zahiri menada da tefsir elemek duzgun deyil,sen elediyin behs cox kohnelmiw ve lazimsiz behsdir,cunki hec bir she bunu demir ay muselman,eger muselman demek olarsa sene.bir weyi anlamaya bilmirsiz ki,siz bedbaxtlar Ehli beytden uzaq duwmusuz ona gorede bele ibnelik var canivizda ve qanivizda.senin sevdiyin ozune ne eleye bilib ki,hele sizede nese komeklik eleye bilsin.Allah seni ve senin timsalinda senin kimileri hidayet elesin Ehli Beyte xatir.Yaziq,dogurdanda Qurani Kerimin bir ayesini oxuyub digerlerini oxumursunuz,oda sizin nadanliqinizdan ireli gelir.Sene bir wey deyim get oxu kitabinizdan inwallah men senin ucun tapib getirerem, adini qoyduqunun atasinin ve babasinin kim olduqunu arawdir bilejen ne var ne yox:)eger tapanmasan mene dene sizin oz kitabinizdan tapib getirib bax,onda bilejen kimin dalinja gedib kimi sevirsen:)
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#5 Омар

Омар

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 27 октября 2009 - 16:26

Şeyhləri Mufid, Quran haqqında deyib. http://answer2islamn...u/40586003.html

#6 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 27 октября 2009 - 17:02

Şeyhləri Mufid, Quran haqqında deyib. http://answer2islamn...u/40586003.html


:whistling:) yaman icin goyneyir e senin,seninde yezidden muaviyyeden fergin yoxdur,seni qinamiram Ehli Beyte mehebbet anjaq momininqelbinde olar munafigin yox.sen getirdiyin hedislerde coxdur ehli sunnenin kitabinda,sehih buxaride de ,muslimdede baxir hansi capindan sen yazirsan,sadece olaraq indi ehli sunne caliwir bir cox hedisler cixartsin kitablardan,sene mende yazib gosterecem ,gedib baxarsan:))vay olsun sene vaykibele qelbinde kin kuduret var Imamete qarwi,sende bezi munafiq eshabeler kimi Imamete ,Ehli Beyte qarwi yaman kinlisen,seni qinamiram senin fitretinde gele ola mehebbet,oda anjaq halal yolla emele gelen insanda olar.otur oz daxiline bax ve arawdir gor,sen hansi sinife daxilsen,Peyqemberi (s.e.v.s) nece sevirsenki,onun Ehli Beytini,Imameti qebul elemirsen he??inandirim seni seninle yezid lenete gelmiwin ordusunda vuruwub Imam Huseyn eleyhisalama qarwi qilinj qaldiran munafiq muselmannan fergin yoxdur eger bu duwunjede qalacansa omrunun axirina kimi,ve Allahda seni onlarnan mewhur elesin qiyametde sevdiklerinle,bizide oz sevdiklerimizle gorek onda kim nicat tapib ,kim cehenneme girejek.Allah seni hidayet elesin birdaha Ilahi Amin.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#7 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 октября 2009 - 17:22

Omap Sizə xəbərdarlıq edirəm, mövzunu açmazdan əvvəl bu haqda mövzunun olub-olmamasını yoxlayın. Təkrar mövzular açmayın.
Bu haqda 2 mövzumuz atrıq var:
Quran Təhrİf Olunmayıb
Quranın təhrif olunduğuna inanan, belə birinin hökmü nədir?

Əhli-sünnənin Quranın təhrif olması haqda hədisləri

Bir də Sizə xəbərdarlıq edirəm ki, Efendinin yazılarını foruma yazmayasız. O özü bu forumdadır və artıq hər şeyi yazıb!

Bu mövzu bağlıdır.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru