Перейти к содержимому


Фотография

Boşanmaq niyyətilə evlənmək


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 5

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 июля 2008 - 18:50

Sual: Eşidmişəm ki, əqər qərib ölkədəsən və zinaya düşməyə ehtimalı varsa, bəzi alimlər içazə verib ki, ismətli bir qadınla orda olan müddət evlənəsən. (Sual əhli-sünnət əqidəsinə görədir və cavabı əhli-sünnət alimlərinindir)

Cavab: Alimlər “boşanmaq niyyəti ilə evlənmək” barədə ixtilaf ediblər. Bəziləri bunu caiz saydıqları halda, bəziləri də bunu məkruh biliblər. Digər alimlər isə bunu haram sayıblar.

Bu məsələdə ilk olaraq Şeyxul-İslam İbn Teymiyyənin, rahiməhullah, sözünü nəql edək. Ona səfər etmiş və hər bir şəhərdə bir və ya iki ay qalan biri haqqında soruşurlar. Günahdan qorxduğu üçün orada qaldığı müddət ərzində evlənə bilərmi? Belə bir nikah səhihdirmi? Bunun cavabında buyurur:

أن يتزوج لكن ينكح نكاحا مطلقا لا يشترط فيه توقيتا بحيث يكون إن شاء مسكها وإن شاء طلقها وإن نوى طلاقها حتما عند انقضاء سفره كره في مثل ذلك وفي صحة النكاح نزاع ولو نوى أنه إذا سافر واعجبته أمسكها وإلا طلقها جاز ذلك فأما أن يشترط التوقيت فهذا نكاح المتعة الذي اتفق الأئمة الأربعة وغيرهم على تحريمه وإن كان طائفة يرخصون فيه إما مطلقا وإما للمضطر كما قد كان ذلك في صدر الإسلام فالصواب إن ذلك منسوخ كما ثبت في الصحيح أن النبي بعد أن رخص لهم في المتعة عام الفتح قال ( إن الله قد حرم المتعة إلى يوم القيامة ) والقرآن قد حرم أن يطأ الرجل إلا زوجة أو مملوكة بقوله والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين فمن ابتغى وراء ذلك فأولئك هم العادون وهذه المستمتع بها ليست من الأزواج ولا ما ملكت اليمين فإن الله قد جعل للأزواج أحكاما من الميراث والإعتداد بعد الوفاة بأربعة أشهر وعشر وعدة الطلاق ثلاثة قروء ونحو ذلك من الأحكام التي لا تثبت في حق المستمتع بها فلو كانت زوجة لثبت في حقها هذه الأحكام ولهذا قال من قال من السلف إن هذه الأحكام نسخت المتعة وبسط هذا طويل وليس هذا موضعه
وإذا اشترط الأجل قبل العقد فهو كالشرط المقارن في أصح قولي العلماء وكذلك في نكاح المحلل وأما إذا نوى الزوج الأجل ولم يظهره للمرأة فهذا فيه نزاع يرخص فيه أبو حنيفة والشافعي ويكرهه مالك وأحمد وغيرهما كما أنه لو نوى التحليل كان ذلك مما اتفق الصحابة على النهي عنه وجعلوه من نكاح المحلل


“Evlənsin! Lakin tam bir nikah ilə evlənməlidir və müəyyən bir vaxtı şərt qoşmamalıdır. Beləliklə dilərsə o qadını saxlayar, diləməzsə boşayar. Əgər səfərinin sonunda mütləq boşanmağı niyyət edirsə, belə bir şey məkruh görülmüşdür və bu nikahın səhihliyində ixtilaf vardır. Əgər səfər edib (evləndiyi qadın) onun xoşuna gəldikdə onu saxlamağı, əks təqdirdə boşamağı niyyət edirsə, bu caizdir. Lakin müəyyən bir vaxtı şərt qoşarsa bu, “mutə” nikahı sayılır və - istər bu sərbəst edilsin, istərsə də İslamın ilk dövründə edildiyi kimi ehtiyac üzündən olsun – bir qrup alim buna rüxsət versələr də, dörd imam və digərləri bunun haram olmasında ittifaq ediblər. Doğru olan budur ki, “mutə” nəsx olunmuşdur, beləki, “əs-Səhih”də sabit olmuşdur ki, Fəth ilində peyğəmbər onlara rüxsət verdikdən sonra dedi: “Həqiqətən Allah “mutə”ni Qiyamət gününə qədər haram etdi.” Quran da kişinin öz xanımı və kənizindən başqası ilə münasibət qurmasını haram etmişdir: "O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar, ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.Bundan artığını istəyənlər həddi aşanlardır". (əl-Muminun, 5-7) Mutə edilən qadın isə nə kişinin xanımıdır, nə də kənizidir. Allah kişinin həyat yoldaşlarına mirasda əhkamlar və ərlərinin ölümündən sonra dörd ay on gün gözləmə müddəti və boşandıqdan sonra isə üç aybaşı iddət müddəti və buna bənzər digər hökmlər müəyyən etmişdir. Bu hökmlər isə “muta” edilən qadının haqqında sabit deyildir. Əgər kişinin həyat yoldaşı olsaydı, onun üçün də bu hökmlər keçərli olmalı idi. Sələfdən bəziləri isə dedilər ki, bu hökmlər “mutə” nikahını nəsx etmişdir. Bunu uzun-uzadı açıqlamaq olar, lakin bura bunun yeri deyildir.
Əgər nikah əqdindən əvvəl müəyyən müddəti şərt qoşarsa,alimlərin görüşləri içində səhih görüşə görə bu, nisbi şərt qoşmaq kimidir və eyni şey muhəllil nikahına da aiddir. Lakin əgər bir müddəti niyyət edərsə və bunu qadına bildirməzsə, bu barədə ixtilaf vardır. Əbu Hənifə və əş-Şafi buna rüxsət veriblər, lakin Malik və Əhməd və bu ikisindən başqaları isə bunu məkruh görüblər və (onlara görə) bu, “təhlil” (halallaşdırmaq) üçün niyyət etmək kimidir və bu, səhabələrin icması ilə qadağan olunmuş və muhəllil nikahından sayılmiş bir şeydir.”

“Məcmu əl-Fətava”, 32/107-108

İbn Teymiyyənin sözlərindən anlaşılan budur ki, məsələdə əsas olan niyyətin təbiətidir. Çünki burada həmin kəsin niyyətinin dəyişməsi ehtimalı vardır. İbn Teymiyyə bu fətvasında şərt qoşmadan “boşanmaq niyyəti ilə evlənməyi” caiz görmüşdür. Çünki ona görə həmin kişi qadından xoşu gələ bilər və onu nikahı altında saxlamağa qərar verə bilər. Lakin əgər hətmən boşanmağı qəsd edirsə, məkruh görmüşdür.
Onu da qeyd edək ki, İbn Teymiyyənin bu məsələdə iki görüşü vardır. Onun digər görüşü qarşıda gələcək.
Şeyx Abdulaziz ibn Baz da – rahiməhullah – bunu caiz görür və deyir:

أما الزواج بنية الطلاق ففيه خلاف بين العلماء , منهم من كره ذلك كالأوزاعي رحمه الله وجماعة وقالوا إنه يشبه المتعة فليس له أن يتزوج بنية الطلاق عندهم . وذهب الأكثرون من أهل العلم كما قال الموفق ابن قدامة رحمه الله في المغني إلى جواز ذلك إذا كانت النية بينه وبين ربه فقط وليس بشرط , كأن يسافر للدارسة أو أعمال أخرى وخاف على نفسه فله أن يتزوج ولو نوى طلاقها إذا انتهت مهمته , وهذا هو الأرجح إذا كان ذلك بينه وبين ربه فقط من دون مشارطة ولا إعلام للزوجة ولا وليها بل بينه وبين الله .
فجمهور أهل العلم يقولون لا بأس بذلك كما تقدم وليس من المتعة في شيء ; لأنه بينه وبين الله , ليس في ذلك مشارطة... أما أن يتزوج في بلاد سافر إليها للدراسة أو لكونه سفيرا أو لأسباب أخرى تسوغ له السفر إلى بلاد الكفار فإنه يجوز له النكاح بنية الطلاق إذا أراد أن يرجع كما تقدم إذا احتاج إلى الزواج خوفا على نفسه . ولكن ترك هذه النية أولى احتياطا للدين وخروجا من خلاف العلماء , ولأنه ليس هناك حاجة إلى هذه النية; لأن الزوج ليس ممنوعا من الطلاق إذا رأى المصلحة في ذلك ولو لم ينوه عند النكاح


“Boşanmaq niyyəti ilə evlənməyə gəldikdə isə, bu məsələdə alimlər arasında ixtilaf vardır. Onlardan bəziləri bunu məkruh gördülər, məs. əl-Əvzai – rahiməhullah – və bir qrup alim. Dedilər ki, belə bir nikah “mutə” nikahına bənzəyir və onlara görə boşanmaq niyyətli ilə evlənməsi caiz deyildir. əl-Muvəffaq İbn Qudamənin – rahiməhullah – “əl-Muğni” əsərində dediyi kimi elm əhlinin çoxu isə bunun - əgər niyyət fəqət onunla Rəbbi arasındadırsa və bu şərt qoşulmursa - caiz olması görüşündədirlər. Birinin təhsil və başqa işlər üçün səfər etməsi halında olduğu kimi əgər öz nəfsinin günaha düşməsindən qorxursa, hətta işini bitirdikdən sonra boşanmağı niyyət etsə belə, evlənməsi caizdir. Doğru olan da bu görüşdür, əgər onun niyyəti yalnız özü ilə Rəbbi arasında qalırsa və qadına və onun vəlisinə bildirmirsə və yalnız Allah ilə onun arasında qalırsa.
Əvvəl qeyd etdiyimi kim alimlərin cumhuru bunda bir bəis olmadığını söyləyir və bunun “mutə” nikahı ilə bir bənzərliyi yoxdur, çünki onun niyyəti Allah ilə onun arasındadır və belə bir şey şərt qoşulmur...
Təhsil üçün və ya səfir olduğu üçün və ya kafir ölkəsinə getməyə icazə verən digər səbəblər üçün getdiyi ölkədə evlənməyə gəldikdə, həmin ölkədən geri dönməyi qəsd edirsə və öz nəfsinin günaha düşməsindən qorxduğu üçün evlənməyə ehtiyacı varsa, orada boşanmaq niyyəti ilə evlənməsi caizdir. Lakin dinindən ehtiyat etməsinə görə və alimlərin ixtilafından kənarda qalmasına görə bu niyyətini tərk etməsi daha uyğundur. Eləcədə burada belə bir niyyətə ehtiyac yoxdur; çünki nikah bağladıqda boşanmağı niyyət etməsə belə, əgər boşanmaqda bir məsləhət görürsə, o zaman kişinin boşanması qadağan edilməmişdir.”

“Məcmu Fətava va Məqalət Mutənəvvia liş-Şeyx İbn Bəz”, 5/42

Şeyx İbn Bazın bu görüşündən döndüyü də söylənmişdir, lakin bu, sübut olunmamışdır və buna dəlalət edəcək bir sözü bilinmir.

İmam ən-Nəvəvi – rahiməhullah – deyir:

قال القاضي : و أجمعوا على أن من نكح نكاحاً مطلقاً و نيَّتُه أن لا يمكث معها إلا مدة نواها فنكاحه صحيح حلال ، و ليس نكاح متعة. و إنما نكاح المتعة ما وقع بالشرط المذكور. و لكن قال مالك : ليس هذا من أخلاق الناس . و شذ الأوزاعي ، فقال : هو نكاح متعة و لا خير فيه


“əl-Qadi dedi: Əgər kimsə tam bir nikah ilə evlənərsə və əgər həmin qadını yalnız niyyət etdiyi müddətdə saxlamaq istəyirsə, onun nikahı səhih və halaldır və bu “mutə” nikahı deyildir, çünki “mutə” nikahında zikr etdiyimiz şərt yoxdur. Lakin Malik dedi: “Bu, insana yaraşan bir əxlaq deyildir.” əl-Əvzai isə şaz bir görüş qəbul etdi və dedi: “Bu, “mutə” nikahıdır və bunda xeyir yoxdur.”

“Şərhu Sahihi Muslim”, 9/182

İmam əl-Əvzainin bu görüşünü əl-Hafiz İbn Abdilbərr – rahiməhullah – nəql edir:

.قال الأوزاعي: لو تزوجها بغير شرط ولكنه ينوي أن لا يحبسها إلا شهرا أو نحوه, ويطلقها فهو متعة ولا خير فيه


“əl-Əvzai dedi: Heç bir şərt qoşmadan evlənərsə, lakin onu yalnız bir ay və ya bunun qədər müddətdə saxlamağı və sonra boşamağı niyyət edirsə, bu “mutə” nikahıdır və bunda heç bir xeyir yoxdur.”

“ət-Təmhid”, 10/123

İmam ən-Nəvəvi kimi digər şafi alimləri də belə bir nikahı səhih saysalar da, onun məkruh olduğuna hökm veriblər. Şafi alimi əl-Məvardi – rahiməhullah – deyir:

النكاح صحيح لخلو عقده من شرط يفسده, وهو مكروه لأنه نوى فيه ما لو أظهره أفسده, ولا يفسد بالنية لأنه قد ينوي ما لا يقعل, ويفعل ما لا ينوي.


“Nikah səhihdir, çünki əqd onu fasid edə biləcək şərtlərdən azaddır. Lakin məkruhdur, çünki elə bir niyyət vardır ki, əgər bu dildə söylənsə əqdi pozar, lakin niyyət ilə pozulmur, çünki o etmədiyi bir şeyi niyyət etmişdir və niyyət etmədiyi bir şeyi edir.”

"əl-Havi", 11/457

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 июля 2008 - 18:59

Hənbəli məzhəbinin məşhur imamlarından olan İmam İbn Qudamə - rahiməhullah – deyir:

و إن تزوجها بغير شرط، إلا أن في نيته طلاقها بعد شهر، أو إذا انقضت حاجته في هذا البلد فالنكاح صحيح في قول عامة أهل العلم ، إلا الأوزاعي قال : هو نكاح متعة . و الصحيح : أنه لا بأس به ، و لا تضر نيته ، و ليس على الرجل أن ينوي حبس امرأته ، و حسبه إن وافقته و إلا طلقها


“Heç bir şərt qoşmadan onunla evlənərsə, lakin o qadını bir aydan sonra və ya həmin ölkədəki işini bitirdikdən sonra boşanmağı niyyət edibsə, alimlərin çoxunun görüşünə görə nikah səhihdir. Yalnız əl-Əvzai dedi: “Bu, “mutə” nikahıdır.” Doğru olan isə budur ki, bunda bir bəiz yoxdur və onun niyyəti nikaha zərər etməz. Kişiyə isə qadını ilə daim yaşamağı niyyət etməsi vacib deyildir və əgər qadın onunla könlünə görədirsə onunla yaşayar, əks təqdirdə boşayar.”

“əl-Muğni məa Şərh əl-Kəbir”, 7/573

İmam İbn Qudamənin sözündən anlaşılan budur ki, qəsd olunan nikah əqdinin səhihliyidir. Çünki onun “niyyəti zərər verməz” sözünün zahiri buna işarə edir.
Heç şübhəsiz ki, İmam İbn Qudamə hənbəli məzhəbindəki muhaqqiqlərdən biridir və heç şübhəsiz ki, onun fətvaları hənbəli məzhəbində alimlərin etimad etdikləri fətvalardır. Lakin digər hənbəli alimləri məzhəbin məsələ barədəki görüşündə İbn Qudamədən fərqlənirlər. Məzhəbin imamı Əhməd bin Hənbəldən rəvayət olunan görüş isə əl-Əvzainin görüşünə yaxındır:

فقد روى عبد الله عن أبيه إذا تزوجها وفي نيته أن يطلقها, قال إمام أحمد أكرهها هذه متعة


“Abdullah atasından (İmam Əhməddən) qadını boşamaq niyyəti ilə evlənmək barədə rəvayət edir. İmam Əhməd dedi: “Bunu xoş görmürəm, bu, “mutə” nikahıdır.”


əz-Zərkaşi - rahiməhullah - bunun şərhində dedi:

وفي هذا النص إشعار بتعليل آخر, وهو أن وضع النكاح الدوام, وهذا الشرط ينافيه, وأن النية كافية في المنع, وعلى هذا جمهور الأصحاب,القاضي في خلافه, والشريف وأبو الخطاب في خلافيهما, والشيرازي لما علل به أحمد أن هذا في معنى المتعة


“Bu görüşdə başqa bir izah vardır və bu isə nikahın daimi qurulmasıdır. Bu şərt isə bunu ləğv edir və niyyət qadağa üçün kifayətdir. Əshabımızın çoxu bu görüşdədir. əl-Qadi “əl-Xilaf” əsərində, əş-Şərif (Əbu Cafər) və Əbul-Xattab da “əl-Xilaf” əsərlərində və əş-Şirazi, Əhmədin bunun “mutə” anlamında işlətməsi səbəbilə bu görüşü mənimsəyiblər.”

“Məsəil Abdullah”, 5/229

Digər böyük hənbəli alimi əl-Bəhuti – rahiməhullah – deyir:

وَإِنْ نَوَى الزَّوْجُ بِقَلْبِهِ أَنَّهُ نِكَاحُ مُتْعَةٍ مِنْ غَيْرِ تَلَفُّظٍ بِشَرْطٍ فَكَالشَّرْطِ نَصًّا خِلَافًا لِلْمُوَفَّقِ نَقَلَ أَبُو دَاوُد فِيهَا : هُوَ شَبِيهٌ بِالْمُتْعَةِ ؟ لَا حَتَّى يَتَزَوَّجَهَا عَلَى أَنَّهَا امْرَأَتُهُ مَا حَيِيتُ



“Əgər kişi qəlbində bunun “mutə” olduğunu niyyət edərsə və bir şərt kimi ifadə etmədən evlənərsə, bu, - əl-Muvaffəq (İbn Qudamənin)görüşündən fərqli olaraq - əqddə şərt qoymaq kimidir. Bu barədə Əbu Davud nəql etmişdir: Bu, “mutə” nikahına bənzəyirmi? Qadın ilə həyat sürmək surəti ilə evlənərsə, xeyr!”

Kəşşəf əl-Qina an Mətnil-İqna”, 4/88,
Dar Aləm əl-Kutub, birinci nəşr/1417 (1997) Beyrut

Bu səbəbdən hənbəli alimləri bu nikahın batil olduğunu söyləyiblər, çünki onun niyyəti nikahın əsaslı hədəflərindən olan bir hədəfi aradan qaldırır. Bu isə nikahda davamlılıq hədəfidir. Bax: “əl-İnsaf”, 8/160-161; “Ravdul-Murbi”, səh: 406; “Hidayətur-Rağib”, səh: 461

İbn Teymiyyə isə İmam İbn Qudamənin sözlərinə etiraz edərək deyir:

لم أر أحدا من أصحابنا ذكر أنه لا بأس به تصريحا إلا أبا محمد


“Əbu Muhamməddən (yəni, İbn Qudamədən) başqa əshabımızdan heç kəsin açıq şəkildə “bunda bir bəis yoxdur” dediyini bilmirəm.”


Daha sonra deyir:

وأما القاضي في التعليق فسوى بين نيته على طلاقها في وقت بعينه وبين التحليل, وكذلك الجد وأصحاب الخلاف


“əl-Qadi isə bunun izahında müəyyən bir vaxt üçün boşanmaq niyyəti ilə “təhlil” (hullə nikahı) niyyətini eyni tutmuşdur. Babam və “əl-Xilaf” sahibləri də eynilə bu görüşdədir.”

“əl-Fətava əl-Kubra”, 4/542;
“əl-İxtiyarat əl-Fiqhiyyə”, səh: 220

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#3 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 27 июля 2008 - 19:03

Eləcədə Şeyx Muhamməd Əmin bin Muxtar əş-Şinqitidən – rahiməhullah – qürbətdə yaşayan və orada evlənən biri haqqında soruşurlar və əgər o, həmin ölkədən qayıdacağı halda həmin qadını boşayacağını niyyət edərsə, bu nikah “mutə nikahı” sayılırmı. Şeyx əş-Şinqiti bunun cavabında deyir:

إنَّه نكاح صحيح ، و لايكون متعةً إلا بالتصريح بشرط الأجل عند عامة العلماء إلا الأوزاعي فأبطله ، و نقل كلامه هذا الحافظ ابن حجر في فتح الباري و لم يتعقبه بشئ ، و عن مالك رحمه الله أنه قال : ليس هذا من الجميل و لا من أخلاق الناس


“Bu, səhih bir nikahdır və alimlərin hamısına görə müəyyən bir müddəti şərt qoşmazsa “mutə” nikahı sayılmaz. Yalnız “əl-Əvzai” bunu batil saymışdır. Onun bu sözünü əl-Hafiz ibn Hacər “Fəth əl-Bari”əsərində nəql etmişdir və heç bir etiraz etməmişdir. Malikdin isə - rahiməhullah – belə dediyi rəvayət olunur: “Bu gözəl bir şey deyildir, nə də insanların əxlaqından deyildir.”

“Rihlətul-Həcc ilə Beytilləhil-Haram”, səh: 100

İmam əş-Şinqitidən fərqli olaraq son dövr alimlərin çoxu bu növ nikahın haram olması görüşündədirlər. Bunların içində Şeyx İbn Useymin, Şeyx Nasir əl-Albani, Şeyx Saleh əl-Favzan və Səudiyyə Ərəbistanda qazilərin ali məclisinin rəisi Şeyx Saleh bin Muhamməd əl-Luheydan kimi alimlər vardır. Şeyx əl-Luheydan “əz-Zəvəc bi Niyyətit-Taləq: Həqiqətuhu, Hukmuhu va Əsəruhu” kitabının müqəddiməsində deyir:

وهي فتوى لا تستند إلى دليل وليس لهل ما يخرجها عن صفة التحريم ...وكنت أشرت في بعض مرات إلى ما دار بيني وبين سماحة شيخنا الشيخ عبد العزيز بن عبد الله بن باز وسماحة الشيخ عبد الرزاق عفيفي رحمهما الله في هذه المسألة, ...ولم يوفق في رده ولا في تعليله سامحه الله ورحمه...


“Bu, dəlilə əsaslanmayan fətvalardır və bunu haramlılıq hökmündən kənara çıxara biləcək əsasları yoxdur...Mən, hörmətli şeyximiz Abdulaziz bin Abdullah bin Baz və hörmətli şeyx Abdurrazzaq Afifi ilə – rahiməhumə Allah – bu məsələ barədə mübahisələrimizdə bu məqama dəfələrlə toxunmuşam...və o, bu fikrimi rədd edərkən və öz görüşünü əsaslandırarkən uğurlu olmamışdır, Allah onu bağışlasın və rəhm etsin!”


Eləcədə “əl-Ləcnə əd-Daimə lil-İftə” son fətvalarında bu nikahın haram olduğunu söyləyir.
Yenə son dövr elm əhlindən sayılan Şeyx Muhamməd Raşid Rida – rahiməhullah - deyir:

هذا وإن تشديد علماء السلف والخلف في منع "المتعة" يقتضي منع النكاح بنية الطلاق، وإن كان الفقهاء يقولون إن عقد النكاح يكون صحيحاً إذا نوى الزوج التوقيت ولم يشترطه في صيغة العقد. ولكن كتمانه إياه يعد خداعاً وغشاً. وهو أجدر بالبطلان من العقد الذي يشترط فيه التوقيت الذي يكون بالتراضي بين الزوج والمرأة ووليها. ولا يكون فيه من المفسدة إلا العبث بهذه الرابطة العظيمة التي هي أعظم الروابط البشرية، وإيثار التنقل في مراتع الشهوات بين الذواقين والذواقات، وما يترتب على ذلك من المنكرات. وما لا يشترط فيه ذلك يكون على اشتماله على ذلك غشاً وخداعاً تترتب عليه مفاسدَ أخرى من العداوة والبغضاء وذهاب الثقة حتى بالصادقين الذين يريدون بالزواج حقيقته وهو إحصان كل من الزوجين للآخر وإخلاصه له، وتعاونهما على تأسيس بيت صالح من بيوت الأمة


“Çünki sələf və xələf alimlərinin “mutə” nikahını şiddətlə qadağan etməkləri “boşanmaq niyyəti ilə evlənməyin” də qadağan olmasını tələb edir, buna baxmayaraq fiqh alimləri kişinin müəyyən vaxtı niyyət etdiyi, lakin bunu əqd əsnasında bildirmədiyi təqdirdə nikahın səhih olduğunu söyləyirlər. Lakin onun bu niyyətini gizlətməsi xainlik və aldatmaq sayılır və bu əqd, kişi ilə qadın və onun vəlisi arasında razılaşması surətilə müəyyən bir vaxtın şərt qoşulduğu əqddən batil olmağa daha layiqdir. Bunda çoxlu fəsad vardır, çünki bu, bəşəri əlaqələr içində ən əzəmətli əlaqə ilə oynamaq deməkdir və şəhvətlər bataqlığında zövqlər arasında dönüb dolaşmağa və bundan doğan münkərlərə yönəlməkdir. Bunlar əqd zamanı şərt qoşulmadıqda, bir xainlik və aldatmaq kimi sayılır və bu, öz növbəsində düşmənçilik, nifrət və etibarı itirmək kimi fitnə-fəsada gətirib çıxarır, hətta iki səmimi insan həqiqi evliliyi arzu etsə belə, bu isə hər iki tərəfin bir-birinin təmizliyini və bir-birinə qarşı səmimiliklərini qoruması və ümmətin ailələri içində saleh bir ailə qurmaqda köməkləşməkdir.”

“Təfsir əl-Mənar”, 2/428-429
Seyyid Sabiq, “Fiqhus-Sunna”, 2/39

Şeyx Muhamməd Ridanın sözündən anlaşılan budur ki, belə bir nikah əslində “mutə” nikahından da batildir. Bəli, məsələyə bir yöndən baxdıqda “mutə” nikahında olmayan bir çox fəsadlar bunda vardır. Aldatma, müsəlman qadınlara qarşı zülm, Allah qulunun haqqına girmək və nəticə etibarı ilə isə ədavət və nifrət kimi fəsadlar vardır.
Digər tərəfdən isə “mutə” nikahı bundan daha iyrəncdir, çünki “mutə” nikahında hər iki tərəfdə haram olan bir işə razılaşırlar. Burada aldatma olmasa da, cəmiyyətdəki fəsadları daha böyükdür, çünki belə bir işin adi hala düşməsi cəmiyyətdə “fuhuş” işlərin çoxalmasına, xəstəliklərə və əxlaqsızlıqlara gətirib çıxarır. Heç şübhəsiz ki, bunun fəsadı daha böyükdür.

Bu barədə Şeyx İbn Useyminin, rahiməhullah, çox gözəl izahı vardır. O, deyir:

هذا النكاح بنية الطلاق لا يخلو من حالين : إما أن يشترط في العقد بأنه يتزوجها لمدة شهر أو سنة أو حتى تنتهي دراسته فهذا نكاح متعة وهو حرام ، وإما أن ينوي ذلك بدون أن يشترطه ، فالمشهور من مذهب الحنابلة أنه حرام وأن العقد فاسد ، لأنهم يقولون : إن المنوي كالمشروط ، لقول النبي عليه الصلاة والسلام : (إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى) ولأن الرجل لو تزوج امرأة من شخص طلقها ثلاثاً من أجل أن يحلها له ثم يطلقها فإن النكاح فاسد ، وإن كان ذلك بغير شرط لأن المنوي كالمشروط فإذا كانت نية التحليل تفسد العقد فكذلك نية المتعة تفسد العقد . هذا هو قول الحنابلة . والقول الثاني لأهل العلم في هذه المسألة : أنه يصح أن يتزوج المرأة وفي نيته أن يطلقها إذا فارق البلد كهؤلاء الغرباء الذين يذهبون إلى الدراسة ونحو ذلك ، قالوا : لأن هذا لم يشترط والفرق بينه وبين المتعة ، أن المتعة إذا تم الأجل حصل الفراق شاء الزوج أم أبى بخلاف هذا فإنه يمكن لأن يرغب في الزوجة وتبقى عنده . وهذا أحد القولين لشيخ الإسلام ابن تيمية .
وعندي أن هذا صحيح ليس بمتعة لأنه لا ينطبق عليه تعريف المتعة ، لكنه محرم من جهة أنه غش للزوجة وأهلها ، وقد حرم النبي صلى الله عليه وسلم الغش والخداع ، فإن الزوجة لو علمت بأن هذا الرجل لا يريد أن يتزوجها إلا لهذه المدة ما تزوجته وكذلك أهلها . كما أنه هو لا يرضى أن يتزوج ابنته شخص في نيته أن يطلقها إذا انتهت حاجته منها ، فكيف يرضى لنفسه أن يعامل غيره بمثل ما لا يرضاه لنفسه . هذا خلاف الإيمان لقول النبي عليه الصلاة والسلام : (لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ)


“Bu “boşanmaq niyyəti ilə evlənmək” bu iki haldan kənara çıxmır: Ya bu evlilik əqdində qadınla bir ay və ya bir il və ya dərsləri bitənə qədər bir müddət şərt qoşulacaqdır və bu, “mutə” nikahıdır və bu, haramdır. Ya da bu şərt qoşmadan niyyət edəcəkdir və hənbəlilərin məzhəbinə görə bu, haramdır və əqd fasiddir. Çünki onlar deyirlər: Niyyət də şərt kimidir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – söyləmişdir: “Həqiqətən əməllər niyyətə görədir və hər kəsə niyyət etdiyi düşəcəkdir...” Həm də əgər kişi bir başqa kişinin üç dəfə boşadığı qadınla onu həmin kişiyə halal etmək üçün evlənirsə və daha sonra boşanmağı niyət edirsə, belə bir nikah fasiddir. Hətta əgər bu şərt qoşulmadan edilsə belə, çünki edilən niyyət də qoşulan şərt kimidir. Əgər “təhlil” niyyəti əqdi pozursa, eynilə “mutə” niyyəti də əqdi pozmalıdır. Bu, hənbəlilərin görüşüdür. Elm əhlinin bu məsələdə ikinci görüşü: kişinin qadınla evlənməsi və bu zaman ölkəni tərk etdikdə onu boşamağı niyyət etməsi səhihdir. Eynilə dərs almaqdan ötrü və bənzəri məqsədlər üçün səfər edən qürbət əhli kimi. Dedilər: Çünki əqddə belə bir şərt qoşulmamışdır və bununla “mutə” nikahı arasındakı fərq budur ki, “mutə” nikahında vaxt bitdikdə əri istəsə də və ya etiraz etsə də, tərəflər ayrılmalıdırlar. Bu isə fərqlidir, əgər qadını istəsə öz yanında saxlaya bilər. Bu, Şeyxul-İslam İbn Teymiyyənin iki görüşündən biridir.
Mənə görə bunun “mutə” nikahı olmadığı səhihdir, çünki “mutə”nin tərifi buna uyğun gəlmir. Lakin bu, öz həyatını yoldaşını və onun ailəsini aldatmaq olduğu üçün haramdır. Peyğəmbər – salləllahu aleyhi va səlləm – aldatma və xainliyi haram etmişdir. Və əgər qadın həmin kişinin onunla yalnız bu müddət üçün evlənmək istədiyini bilsə, nə qadın, nə də qadının ailəsi bu evliliyə razı olmaz. Beləki o özü, ehtiyacı bitdikdən sonra onu boşamaq niyyəti ilə evlənmək istəyən şəxsə qızını verməyə razı olmaz. Bəs o zaman özünə razı olmadığı bir şeyi başqasına qarşı etməyə necə razı ola bilər? Bu, peyğəmbərin – salləllahu aleyhi va səlləm – dediyi kimi imana ziddir: “Sizdən heç biriniz özü üçün sevdiyini qardaşı üçün sevmədikcə iman gətirmiş sayılmaz.”

“Fətava əl-Məra əl-Muslimə”, 2/757

Bu məsələnin həqiqəti əslində sağlam düşüncələrdən gizli deyildir. Alimlərin belə bir evliliyi caiz saymaqlarına təəccüblənmək normal bir haldır. Elə əndəlüslü alim İbn Həzm – rahiməhullah – işin bu qəribəliyinə və bu işin həqiqətinə işarə edərək deyir:

والعجب أن المخالفين لنا يقولون فيمن تزوج امرأة وفي نيته أن لا يمسكها إلا شهرا ثم يطلقها, إلا أنه لم يذكر ذلك في عقد النكاح فإنه نكاح صحيح, لا دخلة فيه, وهو مخير إن شاء طلقها وإن شاء أمسكها, وإنه لو ذكر في نفس العقد لكان عقدا فاسدا مفسوخا, فأي فرق بين ما أجازوا وبين ما منعوا؟


“Çox təəccüblüdür ki, qadını nikahı altında yalnız bir ay saxlamağı və sonra boşamağı niyyət edən biri haqqında bizim müxaliflərimiz deyirlər: o, bunu nikah əqdində ifadə etmədiyi üçün nikah səhihdir, bunda bir zərər yoxdur və o, sərbəstdir, dilərsə qadını boşayar, dilərsə saxlayar və əgər əqdin özündə bunu bildirsəydi, əqd pozulmuş fasid bir əqd olardı. Bəs onların caiz bildikləri ilə qadağan etdikləri arasında nə fərq qaldı ki?!”

“əl-Muhallə”, 10/183

Yekun olaraq bu nikahın haram olduğunu söyləyirik və bunun səbəblərini aşağıdakı kimi sıralaya bilərik:

1. Bu, Şəriətin məqsədlərinə uyğun deyildir. Çünki Şəriətdə vəsf olunan evliliyin və ailə həyatının hədəfləri davamlılıq və qarşılıqlı sevgi üzərində qurulmuşdur. “Məqasid əş-Şəriə” kitabında deyilir:

الدخول في عقد النكاح على التوقيت والتأجيل يقربه من عقود الإجارات والأكرية, ويخلع عنه ذلك المعنى المقدس الذي ينبعث في نفس الزوجين من نية كليهما أن قرينا للآخر ما صلح الحال بينهما.


“Müəyyən vaxt üçün və ertələmə üzərinə nikah əqdinə daxil olmaq icarə və kirayə əqlərinə bənzəyir. Belə bir evlilik ər və arvadın hər ikisinin niyyətindən onların hər ikisində həyata doğan müqəddəs bir mənanın yox olması deməkdir. Bu məna isə budur ki, onların arasını islah edə bilən onların bir-birinə olan yoldaşlığıdır. ”

“Məqasid əş-Şəriə”, səh: 435-439

2. Xüsusilə Şəriətin qoyduğu bəzi qaydalar belə bir nikahın haram olduğunu ortaya çıxarır. Bu qaydalardan biri budur:

إذا اجتمع الحلال والحرام غلب الحرام


“Əgər halal və haram bir araya gələrsə, haram qalib gələr.”


Buradan anlaşılan budur ki, əgər dəlillər ziddiyət təşkil edərsə və onlardan bəziləri halallığa dəlalət etdiyi halda, digərləri isə haramlığa dəlalət edərsə, haramlılıq üstün gələr. Osmandan – radiyallahu anhu – iki bacının kəniz olaraq bir arada olması barədə soruşurlar və cavabında buyurur:

أحلتهما آية وحرمتهما آية والتحريم أحب إلي


“Qurandan bir ayə bunu halal qılır, bir başqa ayə isə haram edir və haramlılıq mənə daha sevimlidir.”

əs-Suyuti, “əl-Əşbəh van-Nəzair”, səh: 74

3. Haramın qarşısını almaq üçün harama aparan yolu kəsmək barədə Qurandan və Sünnətdən dəlillər boldur. Məhz bu halda hətta bu nikahın haram olmadığını qəbul etməsək belə, bunun harama apardığını heç kəs şübhə altına qoya bilməz.

4. Bu, bir müsəlmana zərər vurmaqdır. Şəriət isə zərər vurmağı qadağan etmişdir.

5. Belə bir nikah aldatma və xainlik üzərində qurulmuşdur. Bizim dinimiz isə belə xislətləri hər bir halda haram saymışdır.

Bu məsələ və digər mübahisəli nikah məsələləri ilə əlaqədar olan bir ədəbiyyatı məsləhət görürəm:

Müəllif:....أحمد بن موسى السهلي /Əhməd bin Musa əs-Sihli
Kitab:.......عقود الزواج المستحدثة وحكمها في الشريعة/"Uqud əz-Zəvac əl-Mustəhdəsə va Hukmuhə fiş-Şəria"
Format:....PDF

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 26 ноября 2009 - 17:55

Alləmə İbn Abdil Bərr (368-463 h/978-1071 m) “Əl İstizkar” adlı əsərində məsələylə bağlı dedi:

وقالوا كلهم، إلا الأوزاعي: إذا نكح المرأة نكاحا صحيحا، ولكنه نوى في حين عقده عليها ألا يمكث معها إلا شهرا، أو مدة معلومة، فإنه لا بأس به، ولا تضره في ذلك نيته إذا لم يكن شرط ذلك في نكاحه


“24568 - Əvzaidən başqa bütün alimlər dedilər: Qadını səhih bir şəkildə nigahladığı, lakin nigah zamanı onunla ancaq bir ay və ya bəlli bir zaman qalacağına niyyət edərsə bu nigahda bir bəis yoxdur. Nigahında bunu şərt qoşmadıqca, bu məsələdəki niyyəti ona zərər verməz.”

Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 16/301
Qahirə: 1414/1993


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 21 сентября 2010 - 17:29

Muta nikahına rahmet okutan fetva! (25 Ağustos 1999)

Suudi Arabistanlı dinadamı Abdülaziz Bin Baz, oldukça ilginç bir fetva verdi: 'Yabancı kadınla seks yapıp yalan söylenebilir'

Daha çok politik konularda verdiği fetvalarla tanınan Suudi Arabistanlı din adamı Abdülaziz Bin Baz'ın, yurtdışına giden Suudi öğrencilerin yabancı kadınlarla seks yapmak için yalan söylemesinde bir sakınca olmadığı yönünde fetva verdiği ileri sürüldü. Baz'ın fetvasında, yurtdışına okumaya giden Suudi gençlerin gayrimüslim kadınlarla seks yapmak amacıyla evlenmesinde ve bunu yaparken yalan söylemesinde beis olmadığını vurgulaması dikkat çekiyor. Ancak fetvaya göre, bu gençler eğitimlerini tamamlayıp ülkelerine dönmeden önce kadına yalan söylediğini belirtip boşanmak zorunda. Baz'ın fetvası, İran'da anlaşmalı evlilik olarak bilinen geçici nikâhı (muta nikâhı) çağrıştırıyor. Muta nikâhında, erkek rızası olan bir kadınla ücret karşılığında anlaşarak bir süreliğine evleniyor. Şiilik'te uygulanan ve Acem nikâhı da denilen muta nikâhı, Sünnilik'te uygulanmıyor.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#6 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 23 сентября 2010 - 23:35

Mütənin nə qədər savab olduğunu , hiylənin və təlaqın nə qədər məkruh və haram olduğunu nəzərə alsaq görərikki hansı daha yaxşıdır.
الزَّانِي لَا يَنْكِحُ إِلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنْكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ ۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى الْمُؤْمِنِينَ
Nur3
Əlixan Musayev Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.
Z.Bünyadov-V.Məmmədəliyev Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə- zinakar qadınla- ), möminlərə haram edilmişdir.
Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. Nisa 24
Эльмир Кулиев Прелюбодей женится только на прелюбодейке или многобожнице, а на прелюбодейке женится только прелюбодей или многобожник. Верующим же это запрещено.
وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
Nisa 24
Əlixan Musayev Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da (sizə haram edildi). Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. (Evləndiyiniz)qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müd-rikdir.
Z.Bünyadov-V.Məmmədəliyev (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Эльмир Кулиев И замужние женщины запретны для вас, если только ими не овладели ваши десницы (если только они не стали вашими невольницами). Таково предписание Аллаха для вас. Вам дозволены все остальные женщины , если вы добиваетесь их посредством своего имущества, соблюдая целомудрие и не распутничая. А за то удовольствие, которое вы получаете от них, давайте им установленное вознаграждение (брачный дар). На вас не будет греха, если вы придете к обоюдному согласию после того, как определите обязательное вознаграждение (брачный дар). Воистину, Аллах — Знающий, Мудрый.

Сообщение отредактировал Mumin: 23 сентября 2010 - 23:39





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru