Перейти к содержимому


Фотография

Alman qəzeti Qarabağın "Müstəqilliyi"ni lağa qoyub


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 30 октября 2009 - 22:08

Almaniyada nəşr edilən Berliner Zeitung qəzeti əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın separatçılar tərəfindən “müstəqil” elan edilməsini lağa qoyub. Qəzet yazır: “Heç nəyə baxmayaraq Dağlıq Qarabağ müstəqil olmaq istəyir. Respublikanın prezidenti var, amma heç bir ölkə onu tanımır”.



Qəzetdə daha sonra yazılır: “Bizim qardaşlarımızla Ermənistanda birləşməyimiz müzakirə olunmur”, deyə özünü müstəqil elan etmiş Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan deyir və fasilədən sonra əlavə edir: “Nəhayət Dağlıq Qarabağ artıq bir neçə ildir ki, müstəqil dövlətdir”. Bununla yanaşı Bako Saakyanın üzünün ifadəsi son dərəcə ciddidir- hətta belə bəyanatlar bütün dünyada və "ölkənin" diplomatlarında ya istehza, ya da gülüş doğurur”.

Yazının müəllifi davam edir: “Dağlıq Qarabağ Avropa ilə Asiyanın sərhədində yerləşir. Burda 140 min nəfər yaşayır, ərazisi isə iki Saarland meydanı qədərdir. 1994-cü ildən Dağlıq Qarabağ müstəqilliyə can atır, amma Bako Saakyanın narazılığına baxmayarq, bütün dünya bu addıma etinasız yanaşır. Qəzet yazır ki, respublikanın paytaxtı Stepankertdir (Xankəndi), amma buna baxmayaraq burda bütün ödəmələr Ermənistan valyutası ilə həyata keçirilir, erməni nömrəli avtmobillər sürülür və Ermənistan pasportundan istifadə edilir".

Məqalənin müəllifi daha sonra qeyd edir ki, dünya ictimaiyyəti Saakyanın iddia etdiyi calala barmaqarası baxa bilərdi, əgər bir vəziyyət olmasa idi: “respublika” dünyanın partlamağa hazır regionlarından birində yerləşir- Qafqazda. Burda ABŞ, Avropa İttifaqı və Rusiya enerji ehtiyatları üstündə yarışa çıxıblar, Qafqaz xalqları isə bir-birlərinin həyatını cəhənnəmə çevirirlər.

Müəllif xatırladır ki, Sovet İttifaqının vaxtında Dağlıq Qarabağ Azərbaycanın tərkibinə daxil idi, bununla yanaşı muxtariyyətə malik idi və daha çox erməni tərkibli idi. "1991-ci ildə müstəqillik elan ediləndən sonra regionda qanlı vətəndaş müharibəsi başladı, nəticədə Dağlıq Qarabağın üsyançıları Ermənistan ordusunun köməyi ilə Azərbaycan Silahlı Qüvvələrinin sıxışdırdılar. Bundan sonra Ermənistan Qarabağı özünə birləşdirmədi, Stepanakertdə bəzi insanların beynində belə bir fikir yarandı ki, Dağlıq Qarabağ müstəqil respublika ola bilər – onları dünya ictimaiyyətinin yeni yaradılan şeyə milli qarabasma kimi baxacağı da utandırmadı.

Bəzi müdafiə ekspertlərinin fikrinə görə, Qafqazda növbəti yaranan bomba elə Qarabağ ola bilər. Özünü Dağlıq Qarabağın xarici işlər naziri adlandıran Georgi Petrosyan birdirir ki, onlar Azərbaycanla müharibədən qorxurlar. O əmindir ki, respublikanı mütləq tanıyacaqlar, amma müddət barədə qeyri-müyyən danışmağa üstünlük verir.

Petrosyanın bu günə ən əsas tapşırığı xaricdəki diaspora ilə əlaqələri dəstəkləməsidir". Qəzet yazır ki, diaspora hər il Qafqaza milyonlarla dollar keçirir.

“Biz hər gün məşq edirik- əsgərlər hər an hazır olmalıdır”, deyə Stepanakertdə hərbi hissələrdən birinin zabiti deyir. Onun sözlərinə görə, burda sərhəddə tez-tez atışma baş verir, baxmayaraq ki, “Dağlıq Qarabağ ətrafında münaqişə həll edilib –Qarabağ qələbə çalıb”.

Bununla yanaşı beynəlxaq hüquq baxımından, bu heç də belə deyil. Ekspertlərin fikrincə, Dağlıq Qarabağ ya Ermənistanın tərkib hissəsi olmalıdır, ya da Azərbaycanın tərkibində müxtariyyət əldə etməlidir – amma müstəqil dövlət olmamalıdır”, deyə alman qəzeti yazıb
Mənbə

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 31 октября 2009 - 17:06

Nisbətən sevindirici xəbərdir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru