
Düşünmək qadağandırmı?
#1
Отправлено 01 ноября 2009 - 21:49
Çox düşündüm bu hədisi. Mümkündürmü ki, insan Quranı öz dilində oxusun və oxuduğunu düşünməsin? Ola bilərmi ki, Allahım mənə düşünmədən oxumağı əmr edə?
Hədisi olduğu kimi və mənbəsi ilə bilən varsa, xahiş edirəm yerləşdirin.
Fikirlərinizi gözləyirəm.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#2
Отправлено 01 ноября 2009 - 21:58
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)
#3
Отправлено 01 ноября 2009 - 22:11
Peyğəmbərdən (saas) bir hədis oxumuşdum, hədisin nə mənbəsini, nə də olduğu kimi xatırlamıram. təxmini belə idi (səhvimdən Allaha sığınıram) : alimlərdən başqa quranı oxuyub da, ayələr haqqında öz fikrini bildirən kəs məlundur, fikri doğru olsa belə.
Çox düşündüm bu hədisi. Mümkündürmü ki, insan Quranı öz dilində oxusun və oxuduğunu düşünməsin? Ola bilərmi ki, Allahım mənə düşünmədən oxumağı əmr edə?
Hədisi olduğu kimi və mənbəsi ilə bilən varsa, xahiş edirəm yerləşdirin.
Fikirlərinizi gözləyirəm.
Nisa (4) surəsi, 82-ci və Muhəmməd (47) surəsi, 24-cü ayələrdə ALLAH insanları Qur`anda fikirləşməyə çağırır.
Sizin dediyiniz hədis isə başqa mənadadır. Buna şəxsi r`əy-lə təfsir üslubu deyilir ki, bu da haramdır.
#4
Отправлено 02 ноября 2009 - 01:13
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#5
Отправлено 02 ноября 2009 - 01:25
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#6
Отправлено 02 ноября 2009 - 16:04
Allah sizden razı olsun. Məncə də, orda məqsəd şəxsi rəy üzərinə təfsir etməkdir.
Shemsi xanım, zəhmət olmasa hədisin mənbəsini də verin ki, imkanı olanlar araşdırsınlar. buna oxşar hədislər tapdım amma onu tapa bilmədim. mən tapdığım hədislərdə buyrulu: 1.Quranı şəxsi nəzərinə təfsir edən Allaha iman gətirməmişdir. 2.Peyğəmbərin(s) ən çox qorxduğu şey Quranı yanlış təfsir etməkdir. 3.İmam Sadiq(ə) buy: kim Quranı öz nəzərinə təfsir etsə və təfsiri doğru olsa, ona heç bir əcr çatmaz...
Heyif ki, nə hədisin mənbəsi yadımdadı, nə də hardan oxuduğum. Gətirdiyiniz hədislər də beynimdəki sualları aydınlatdı. Allah razı olsun.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#7
Отправлено 20 октября 2010 - 18:55
1- Quraın Quranla təfsiri
2- Quranın ağıl ilə təfsiri
3- Quranın rəvayətlərlə təfsiri
4- Elmi təfsir
5- Şəxsi rəy ilə təsfir
İslamı rəvayətlərdə məzəmmət edilmiş və cəhənnəm vədəsi verilmiş təfsir növlərindən biri Quran ayələrini şəxsi rəy ilə təfsir etməkdir.( ki, digər böləmlərdə şəxsi rəylə təfsir edənlərin düşəncə nasazlığını görürük). Bunöv təfsirdə şəxs öz fikrini Quran ayəsinə uyğunlaşdırmağa deyil, heçbir əqli, nəqli, elmi dəlilə əsaslanmadan Quran ayəsini öz rəyinə müvafiq yozmağa, izah etməyə çalışır. Şəxsi rəy ilətəfsir istənilən halda məzəmmət edilib və bu təfsirdə məzəmmət edilən cəhət təfsirdən alınan nəticə deyil bu təfsir üslubunun özüdür. Bu təfsir nəticəsində hətta düz nəticə alınmış olsa belə yenə də bəyənilməz iş göürüb və Allah -Təala ona bu nəticəyə görə heç bir savab verməyəcək. Bütün bunların səbəbi insanların Quran barəsində ehtiyatlı olmağa sövq etmək və hər bir kəsin Quranı təfsir meydanına atılaraq onu istədiyi kimi yozmamasının qarşısını almaqdır.
Peyğəmbər (s) buyurmuşdur: Allah-Təalanın belə buyurmasını nəql edir ki, "Kəlamımı öz rəyi ilə təfsir edən şəxs Mənə iman gətirməmişdir"
həmçinin Peyğəmbər (s) buyurmuşdur:Kim Quranı öz rəyi ilə təfsir etsə, hətta düz olsa belə Allah dərgahına savab qazanmır və əgər səhv etsə, yeri cəhənnəm olacaqdır."
İmam Əli (ə) buyurmuşdur: "Nə qədər ki, alimlərdən dərindən öyrənməmisən, məbadə Quranı öz rəyinlə təfsir edəsən. Bir çox nazil edilmişlər var ki, insan kəlamına bənzəyir, halbuki o, Allahın kəlamıdır və (buna görə də) onun təvili (yozumu) insan kəlamın(in yozumun)a bənzəmir." Bharul-ənvar c.92, s. 107
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей