Перейти к содержимому


Фотография

Harun ər-Rəşid və Əhli-beyt (ə)


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 2

#1 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 09 ноября 2009 - 00:31

5-ci Abbasi xəlifəsi Harun ər-Rəşid Əhli-beytə (ə) ziddiyətli münasibəti ilə tarixdə məşhurdur. Belə ki, o seyyidlərə divan tutmaqla məşğul olardı. Lakin bəzi mənbələrdə o hətta şiə yönümlü kimi göstərilir. Onun tarixə keçən əməllərindən biri də İmam Əlinin (ə) məzarının ziyarətgaha çevirməsidir. Məlum olduğu kimi onun xilafət illərinə qədər İmam Əli ibn Əbu Talibin (ə) məzarı ziyarətçilərə məlum deyildi. Harunun hakimiyyəti illərində möcüzə nəticəsində İmamın (ə) məzarı aşkara çıxdı. Hadisə belə olmuşdu: Bir gün Harun Kufə ətrafında ova çıxır. Ov itləri və şahinlər bir neçə ceyranın arxasınca düşüb qovmağa başlayırlar. Ceyranlar bir təpənin üstünə pənah gətirir. İtlər təpənin ətəyinə çatanda hansısa möcüzəvi qüvvənin təsiri ilə yerlərində dayanırlar. Hətta şahinlər də təpənin üstündə uça bilməyib enir. Ceyranlar təpədən enən kimi ov itləri onları təqib etməyə başlayır. Ceyranlar yenə təpəyə pənah gətirib xilas olurlar. Xəlifə Harun çox təəccüblənir, bu təpədə hansı sirr gizləndiyini yerli əhalidən soruşmaq qərarına gəlir. Onun əmri ilə Bəni-Əsəd qəbiləsindən bir qocanı tutub gətirirlər. Harun təpənin sirrini soruşanda, qoca aman istəyib deyir: "Ata babamdan eşitmişəm ki, bu təpənin altında əmir-əl möminin Əli ibn Əbu Talib (ə) dəfn olunub (digər rəvayətdə qoca bunu atasından, o da İmam Cəfərdən (ə) rəvayət edir). Ona görə də Allah buranı əmin-amanlıq yeri qərar verib”.

Harun bunu eşidəndə dəstəmaz alıb həmin yerdə namaz qılır, çoxlu dua edir. Deyilənlərə görə sonra Xəlifənin bura yola düşəndə İmamın (ə) məzarını ziyarət edər, özünü torpağa sürtüb ağlayarmış. Şeyx Müfidin "İrşad” kitabında qeyd olunur ki, Harun həcc səfərindən qayıdarkən İmam Əlinin (ə) qəbrini ziyarət edib, məzarə xitabən belə demişdir: "Ey əmioğlu, Allaha and olsun ki, mən sənin fəzilətlərini və İslamın yayılması uğrunda xidmətlərini yaxşı bilirəm. Bu gün hakimiyyət taxtında oturmağım da sənin bərəkətindəndir. Sən dediyim kimi olmusan. Amma övladların məni incidirlər və əleyhimə qiyam qaldırırlar (!)” ("İrşad”, bab 1, fəsil 6, hədis 4).

Harun həmin yerdə məqbərə tikilməsinə əmr verir. Beləliklə, İmam Əlinin (ə) qəbri üstündə ilk məqbərə Harun ər-Rəşidin göstərişi 175-ci ildə ilə tikilir.

Maraqlı cəhət ondadır ki, Harun İmam Əlinin (ə) məzarına bu cür ehtiram göstərdiyi halda İmam Hüseynin (ə) mübarək qəbrini uçurmağa fərman vermişdir. Əmrə əsasən şəhidlər sərvərinin (ə) məzarı üstündəki kölgəlik, habelə, ətrafda ziyarətçilərin qalması üçün tikilən evlər dağıdıldı. Xəlifənin əlaltıları müqəddəs qəbrin yerini bildirmək üçün əkilmiş sidr ağacını kəsib bütün ərazini şumladılar. Harun bununla İmam Hüseyn (ə) xatirəsinin yaddaşlardan silmək istəyirdi. Çünki Həzrət Əli (ə) tərəfdarları hər an Hüseyn məktəbindən dərs alıb zalım Abbasi altını üstünə çevirə bilərdilər.

Mənbə

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 10 ноября 2009 - 16:35

Çox maraqlı məqalə idi. Səbəbi mənə də maraqlıdı əhli beytə (əs) zidiiyyətli münasibətin.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#3 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 11 ноября 2009 - 01:47

Səhv etmirəmsə Xəlifə Məmun öz yaxınlarına Əhli Beyti sevməyi və onların haqq olmasının haradan bildiyi sualına belə cavab verir ki, bir gün atamla oturmuşdum ki, bir kişi gəldi və atam durub ona nəvaziş göstərərək öz yerində əyləşdirdi. uzun söhbət etdikdən sonra o kişi getdi. mən atamdan onun kim olduğunu soruşduqda atam mənə həmin şəxsin İmam Museyi Kazim(ə) olduğunu bildirdi və dedi ki, bu xəlifəlik taxtı ki var mən otururam, əslində bu kişiyə məxsusdur. mən atamdan bəs niyə bunu bilə-bilə bu yeri ona təhvil vermirsən soruşduqda mənə cavab verdi ki, əgər bilsəm sənin belə bu taxtda gözün var, boynunu vuraram. uzun sözün qısası onlar haqqın kim olduğunu bilirdilər. sadəcə dünya onların gözlərini tutmuşdu. və bəzən içərilərində boğduqları vicdan baş qaldıra bilirdi. səhv etmirəmsə, Mütəhhəri(r.a) yazır ki, tarixdən məlumdur ki, Əli(ə)ın ölüm xəbərini eşidən Müaviyyənin ağlaması heç də variant deyildi. o həqiqətən buna üzülmüşdü.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru