İstərdim ki,bu şəxsiyyət barədə də danışaq.
Ömər ibni Əbdüləziz,hamımız mı onu tanıyırıq?
İslam tarixini oxuyarkən,imamların (ə)keçdiyi keçməkeşli həyatına nəzər salanda,qəddar,zülmkar xəlifələr,hökmdarların törətdikləri cinayətlər,vəhşiliklərə biganə qalmayıb,ağlından belə bir fikir keçirdirsən: kaş o zamanda yaşayardım,onlardan imamların (ə) qisasını alardım.Peyğəmbərin (s) vəfatından sonra qəsb olunan xilafət, Əsrin İmamının (ə.f) qeybə çəkilməsinə qədər məsumlarımızın (ə) başı üzərinə qara buludları gətirdi.
Biri-birindən çirkin,rəzil,əxlaqsız xəlifələr,haqsızlıq,həqiqi islamın yox olması təhlükəsi və onlarla üz-üzə qalan İmamlar (ə). Həqiqi İslamı yaşatmaq üçün Allah yolçularının çəkdikləri əziyyətlər bizlər üçün böyük bir məktəb,nümunədir.Bu dəyərlərə özgə don geyindirən,onlara qiymət verməyən insanları gördükdə isə haqq yolunun aşiqləri üçün bu böyük bir dərd olur.Allah onlara haqqı görməyi nəsib etsin,hidayət olsunlar.Vay o kəslərin halına ki,Əhli-beytin eşqini dadmadan bu fani dünyadan köç edə.
Bu mövzu,zülmkar,ədalətsiz xəlifələrin içində doğan bir günəş,haqq bayrağının daşıyıcısı, h.q 99-101-ci illərdə Əməvi xəlifəsi olmuş ÖMƏR İBNİ ƏBDÜLƏZİZ haqqındadır.
Onun İslam tarixində cəmi 2 il 5 ay ərzində qoyduğu iz barəsində oxuduqda çox təəccübləndim.
Haqqı tapdalanmışların (əhli-beyt (ə)) haqqını özlərinə qaytarması barədə oxuduqlarım isə onu kinolarda gördüyümüz mərd sərkərdə,qəhrəmanlara bənzətməmə səbəb oldu.
Onun haqqında bildiklərinizi bölüşsəniz çox sevinərəm.
