Mene maraglidir. farslar shiyeliyi gabul edanda Shah Ismayilin ordusu ile muhariba apariblar. Eger varsa xahish edirem melumatlandirasiniz.
Qardaşım məndə bu barədə tarixi faktlar və nəzəriyyə yoxdur. Amma, sual ilə əlaqədar fikrimi bildirmək istərdim.
Mənə elə gəlir ki, sualın qoyuluşu bir qədər dəqiq səslənmir.
Ümumiyyətlə fars xalqı, fars mədəniyyəti və sivilizasiyası olduqca qədimdir. Məsələn, hədislərdən bəlli olur ki, müsəlmanların Xəndək döyüşündə xəndəyin qazılmasının zəruri olması fikrini (ideyasını) bir fars müsəlman vermişdir. Və orda bildirilir ki, belə bir taktika ərəblər deyil yalnız çoxbilən farslar təkllif edə bilərdi.
İmam Əlinin (Ə) ən yaxın səhabələrindən və dostlarından biri Salman Farsi olmuşdur. Mənim fikrimcə farslar ilk şiyələrdən olublar. Şah İsmayıl 15-16-cı əsrlərdə yaşamışdır. Amma, 8-ci İmam Rza (Ə) hələ 8-9-cu əsrlərdə Məşhəddə yaşayıb və orada dəfn olunub. Bu o, deməkdir ki, Əhlı-beyt (Ə) və İmam (Ə) aşiqləri orada az olmayıblar.
O, ki qaldı Şah İsmayılın özünə, Şah zorla islamı və şiyəliyi yaymaqla məşğul olmayıb. Əlbətdə şahın özü və ən yaxın uzaq ətrafı sırf şiyələr idi. Biz bildiyimiz kimi, şiyəlik həqiqi İslamın özüdür. Buna görə də Şahın idarəetmçiliyi daha çox İmam Əlinin (Ə) Xilafətinə bənzəyirdi, nəinki Ömərin.
Burdan da nəticə çıxarmaq olar ki, həm Azərbaycanda , həm İranda, həm Türkiyədə, həm də Avropada Şah İsmayılın duşmənləri (və onların farslardan ibarət havadarları da var idi) çox idi. Farslar kütləvi şəkildə əslən Azərbaycandan olan Şaha qarşı vuruşmayıblar. Və farslara zorla heç kim şiyəliyi qəbul etdirməyibdir.
Əslində Qardaşım dili bir olan Türk sünni qardaşlarımız Fransızların top-tufənginin hesabına Naxçıvanda bizi məglub etdilər. Onda Şah İsmayılın ordusunda farslar az olmayıb.