Перейти к содержимому


Фотография

Buxarinin şiə raviləri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 58

#1 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 14:56

İmam Buxari şiələr tərəfindən ittiham olunur ki, o, şiələrə qarşı təəssübkeş olmuş. İttiham edirlər ki, o nasibilərdən xaricilərdən rəvayət etmişdir.
Ona qarşı atılmış ittihamlardan da biri bu idi ki, əl-Buxari İmam Cəfərdən hədis rəvayət etməmişdir. Bunun cavabını daha əvvəl verdik ki, onun İmam Cəfərdən rəvayət etməməsi ona qarşı qərəzli olmasını göstərirsə, o zaman belə çıxır ki, əl-Buxari çox adama qarşı qərəzli olub. Məsələn İmam Şafidən də rəvayət etməmişdir. Bu, cavab olaraq kifayət etməlidir.

Gəlin baxaq görək Buxaridə şiə ravilər kimlərdir?
"Abdulməlik bin Ayən əl-Kufi, Zərara bin Ayənin qardaşı, əl-Kəşşi deyir ki, əqidəsi müstəqim olmuşdur (yəni, şiə, imamiyyə olmuşdur). Şiə ricəl kitablarında qeyd olunur ki, əs-Sadiq onun qəbrini ziyarət etmişdir.
Ondan Səhih əl-Buxari, Muslim, ət-Tirmizi və ən-Nəsai də rəvayət vardır.
Əbu Hatim deyir: "Sidq əhlidir, hədisdə salehdir, hədisləri (şahidlik üçün) yazılmalıdır."
İbn Hibban onu siqalardan sayır və deyir: "Şiələrdən idi."
əl-Uqeyli dedi: "Şiə rafizi idi, rəy sahibi idi."
İbn Hacər deyir: "saduqdur (doğru sözlüdür), şiədir". əz-Zəhəbi dedi: "şiədir, saduqdur."
əl-Humeydi Sufyanın belə dediyini nəql edir: "Bizə şiə Abdulmalik bin Əyan rəvayət etdi. Bizə görə rafizi idi, rəy sahibi idi."

davamı var...

Abduləziz bin Səyah əl-Əsdi
http://www.islamweb.net/hadith/display_hbo...&pid=285028

əl-Buxari və Muslim ondan rəvayət ediblər.
Yəhya bin Main və Əbu Davud onun siqa olduğunu deyirlər.
Əbu Zura deyir: "Onda bir bəis yoxdur. Şiələrin böyüklərindəndir." İbn Hacər deyir: "Şiə olmuşdur."

Abdurrazzəq bin Humməm əs-Sənani

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16360


Buxari, Muslim, Əbu Davud və Tirmizi ondan rəvayət ediblər.

əz-Zəhəbi deyir: "Abdurrazzəq bin Humməm bin Nafi, böyük hafiz, Yəmənin alimi, Əbu Bəkr əl-Humeyri, siqadır, şiədir."
əl-İcli deyir: "yəmənlidir, siqadır." yenə deyir: "şiələrdən olmuşdur."
İbn Adiy deyir: "Abdurrazzəqın çox hədisləri var, müsəlmanların siqaları və imamları onun yanına səfər edib ondan hədis yazıblar. Onun hədislərində bir bəis görməyiblər, sadəcə olaraq onu şiəliyə aid edirlər. Fəzilətlər barəsində elə hədislər rəvayət edib ki, siqalardan heç kəs bunda ona müvafiq olmamışdır və onu tənqid edənlərin ondan tutduqları ən böyük eyib bu olmuşdur."

Şeyx ət-Tusi onu İmam əs-Sadiqin əshabı arasında zikr etmişdir. (bax: "Ricəl əş-Şeyx ət-Tusi", 265, rəq: 3805)

قال أبو جعفر العقيلي : حدثنا أحمد بن بكير الحضرمي ، حدثنا محمد بن إسحاق بن يزيد البصري ، سمعت مخلدا الشعيري ، يقول : كنت عند عبد الرزاق ، فذكر رجل معاوية ، فقال : لا تقذر مجلسنا بذكر ولد أبي سفيان !

"Əbu Cafər əl-Uqeyli deyir: "Əhməd bin Bukeyr əl-Hadrami bizə rəvayət etdi: Muhamməd bin İshaq bin Yəzid əl-Basri bizə rəvayət etdi: Mixləd əş-Şueyrini belə deyərkən eşitdim: "Abdurrazzəqın yanında idim, bir nəfər Muaviyyənin adını zikr etdi və o, dedi: "Əbu Sufyanın oğlunun adını çəkib məclisimizi bulandırma!"


قال العقيلي سمعت علي بن عبد الله بن المبارك الصنعاني يقول : كان زيد بن المبارك ، قد لزم عبد الرزاق ، فأكثر عنه ، ثم خرق كتبه ، ولزم محمد بن ثور ، فقيل له في ذلك ، فقال : كنا عند عبد الرزاق ، فحدثنا بحديث معمر ، عن الزهري ، عن مالك بن أوس بن الحدثان . . . الحديث الطويل فلما قرأ قول عمر لعلي والعباس : فجئت أنت تطلب ميراثك من ابن أخيك ، وجاء هذا يطلب ميراث امرأته ، قال عبد الرزاق : انظروا إلى الأنوك ، يقول : تطلب أنت ميراثك من ابن أخيك ، ويطلب هذا ميراث زوجته من أبيها ، لا يقول : رسول الله -صلى الله عليه وسلم- قال زيد بن المبارك : فلم أعد إليه ، ولا أروي عنه .

"əl-Uqeyli deyir: Əli bin Abdilləh bin Mubarək əs-Sənani'ni belə deyərkən eşitdim: Zeyd bin əl-Mübarək həmişə Abdurrazzaqın yanında olurdu, ondan çox rəvayət etmişdir, sonra kitablarını cırdı və Muhamməd bin Səurun yanına qoşuldu. Ondan bunun səbəbi soruşuldu: Dedi: "Abdurrazzaqın yanında idik, Muammərin əz-Zuhridən, onun da Malik bin Əus bin əl-Hədsəndən hədisini rəvayət etdi..uzun hədisi rəvayət edir, Ömərin Əliyə və Abbasa sözlərini oxudu: "Sən öz qardaşın oğlundan olan mirasını, bu isə öz xanımının mirasını tələb etməkdən ötrü gəlibsiz. Abdurrazzaq dedi: "Bu cahilə fikir verin, deyir: "Sən qardaşın oğlundan olan mirası, bu isə zövcəsinin atasından olan mirasını tələb edir və "Allahın Elçisi, salləllahu aleyhi va səlləm" demir: "Zeyd bin əl-Mubarək dedi: "Ondan sonra ona bir də geri qayıtmadım və ondan bir şey rəvayət etmədim."


Həzrəti Ömərə "Ənuk" demişdir, İbnul-Mənzur deyir ki, ənuk anlamaqdan aciz və cahil olan birinə deyilir.

Bütün bununla belə əl-Buxari həmin bu Abdurrazzaqdan çoxlu hədis rəvayət etmişdir.

Abdullah bin Şəddəd

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16439

Kutubi Sittədə rəvayətləri vardır. yəni həm Buxari, həm Muslim, həm də Nəsai, Tirmizi, Əbu Davud və İbn Macə ondan rəvayət edir.
Siqadır.
İbn Sad deyir: "Siqa olmuşdur, az hədis rəvayət etmişdir, şiə olmuşdur."
Ata bin Saib dedi: "Abdullah bin Şəddədi belə deyərkən eşitdim: "Sübhdən zöhrə qədər minbərdən durmağı və Əli bin Əbi Talibin - radiyallahu anhu - fəzilələrini rəvayət edib, ordan düşdükdən sonra boynumun vurulmasını arzu edirəm."

Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir.

Abdullah bin AbdulQuddus ər-Razi

əl-Buxari onu kitabında şahid kimi istifadə etmişdir.

İbn Hacər "Təqrib ət-Təhzib"də onun saduq olduğunu deyir:
Əbu Ubeyd əl-Acuri dedi: "Rafizilikdə ittiham olunub."
əz-Zəhəbi dedi: "Kufəli rafizidir."
İbn Hacər dedi: "rafizilikdə ittiham olunub."
İbn Adiy deyir: "rəvayət etdiklərinin hamısı əhli-beytin fəzilətləri haqqındadır."

Auf bin Əbi Cəmilə əl-Arabi

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16732

əl-Buxari "əs-Səhih"də ondan rəvayət edir. Eləcədə Muslim, Tirmizi, Əbu Davud, Nəsai və İbn Macə də ondan rəvayət etmişdir.

əz-Zəhəbi deyir: "Bidətinə baxmayaraq Basranın alimlərindən olmuşdur...İbnul-Mubarək dedi: "Bir bidət ilə kifayətlənmədi, özündə iki bidəti birləşdirdi, həm qədəri idi, həm də şiə." əl-Ənsari dedi: "Davud bin Əbi Hindi gördüm, Aufu vurub deyərdi: "Vay sənə, ay qədəri!" Bəndər dedi: "Qədəri, rafizi olmuşdur." Deyirəm (yəni əz-Zəhəbi deyir:) "Lakin siqadır, çox rəvayət edənlərdəndir."

Rafizi, şiə olmasına baxmayaraq əl-Buxari ondan rəvayət etmişdir.
Bir də İmam əz-Zəhəbinin sözləri bizə yenə də onu göstərir ki, əz-Zəhəbi rafizi olduğunu söyləməklə bərabər onun siqa olduğunu da demişdir, yəni yalançı olmadığını demişdir. Lakin bəzi cahillər hələ də bunu anlaya bilmirlər, onlar əz-Zəhəbini onunla ittiham edirlər ki, guya əz-Zəhəbi bir kəsi şiə olduğuna görə rəvayətlərini qəbul etməzmiş...


#2 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 16:21

Sənə zəhmət Buxarinin bu raviləri barədə də bizə faydalı mə`lumatlar ver:

1. İsmayıl b. Əbu Uveys
2. İmran b. Hittan
3. Həriz b. Osman
4. Yunis b. Yezid
5. Fuleyh b. Suleyman
6. Əmr b. Əl-As
7. Abdullah b. Salim Əl-Əş`əri
8. Ziyad b. İləqa
9. Muhəmməd b. Ziyad Əl-Əlhani
10. Huseyn b. Numeyr
11. İshaq b. Suveyd
12. Bəhz b. Əsəd
13. Abdullah b. Saleh b. Muhəmməd
14. İshaq b. Muhəmməd b. İsmail b. Abdullah
15. Sabit b. Əclan
16. Mərvan b. Əl-Həkəm
17. Humeyd b. Əbu Humeyd Ət-Təvil Əl-Bəsri
18. Omər b. Əli b. Atə
19. İkrimə .
......................


Hənbəli, bizim rical kitablarından olan "Ricaluş-şiə fi əsanidis-sunnə" (müəllif Şeyx Muhəmməd Cəfər) kitabından nə gözəl kopyalar və tərcümələr edirsən. Şeyx Muhəmmədin kitabın əvvəlində yazdıqlarını necə tərcümə etməyə cür`ətin çatar?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#3 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 17:14

Ubeydullah bin Musa əl-Absi, İbn Əbil-Muxtar, Əbu Muhamməd

http://www.islamweb....m.php?ids=16527

İmam, hafiz, abid.
Əbu Ubeyd əl-Acurri rəvayət edir ki, Əbu Davud onun haqqında demişdir: "entuziast bir şiə idi, hədis rəvayət etmək caizdir."
əz-Zəhəbi dedi: "İbadət əhli olmuşdur, Həmzənin camaatından idi, onun ədəbi ilə əxlaqlanmışdı, lakin onda bədbəxt şiəçilik olmuşdur və onu əhalisi şiəliyin əsasını qurmuş olan vətənindən (yəni Kufədən) götürmüşdür."
İbn Məndə deyir: "Əhməd bin Hənbəl insanları Ubeydullahın yanına yollayardı və o, rafizilikdə tanınardı. Adı Müaviyə olan heç kəs onun evinə daxil ola bilməzdi. Deyirlər ki, bir gün onun yanına Müaviyə bin Salih əl-Əşari daxil oldu. Ondan adını soruşdu: Dedi: "Müaviyə" Dedi: "Vallahi, səninlə danışmaram, səninlə oturub duranlarla da danışmaram."

əl-Buxari "əs-Səhih"də ondan rəvayət etmişdir.

Əbu Said Abbad bin Yaqub əl-Əsdi ər-Ravacini əl-Kufi

http://www.islamweb....m.php?ids=14392

əl-Buxari ondan "əs-Səhih"də rəvayət etmişdir.

Əbu Hatim onun haqqında deyir: "Şeyxdir, siqadır."
İbn Adiy deyir: "Onda şiəlikdə ifratçılıq var idi."
Abdan siqa birindən rəvayət edir ki, Abbad sələfləri (yəni səhabələri) söyərdi.
Əli bin Muhamməd əl-Həbibi deyir: Salehdən rəvayət edir: Abbad həmişə Osmanı - radiyallahu anhu - söyərdi və onu belə deyərkən eşitdim: "Allah Talha və Zubeyri Cənnətə daxil edəcək qədər ədalətsiz deyildir, Əliyə beyət etdikdən sonra onunla vuruşdular."
İbn Cərir deyir: Onu belə deyərkən eşitdim: "Kim hər gün namazında Muhammədin ailəsinin düşmənlərindən bəraət etməzsə, onlarla birlikdə həşr olunacaq."

#4 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 17:18

Hənbəli, bizim rical kitablarından olan "Ricaluş-şiə fi əsanidis-sunnə" (müəllif Şeyx Muhəmməd Cəfər) kitabından nə gözəl kopyalar və tərcümələr edirsən. Şeyx Muhəmmədin kitabın əvvəlində yazdıqlarını necə tərcümə etməyə cür`ətin çatar?


Götür mənim yazdıqlarımı və yoxla gör ordakılarla eynidir yoxsa yox?!

Bir də xahiş edirəm ki, mövzunu bulandırmayasan...
Bu mövzuda isbat edirik ki, əl-Buxari kimlərəsə təəssübkeş olmayıb, hansı firqəyə, hansı məzhəbə aid olmasından asılı olmayaraq, doğru sözlü ravilərdən rəvayət etmişdir. İndi maneə olma...qoy mövzumuzu davam edək!

#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 17:30

hənbəli, Buxari təəssübkeş olmadığı üçün Qədiri Xum hədisini, "Ev günü" hədisini, mübahələ ayəsinin təfsirinə aid hədisi, Maidə 3 və 67-nin Qədiri Xumda nazil olmasına aid olan hədisəri nəql etməyib? yoxsa təəssübkeş olmadığı üçün kitaba "səhih" deyib? :(

#6 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 17:34

Heyif ki, o zaman sənin kimi oğul yox idi ki, Buxariyə isbat etsin ki, həmin o hədislər onun "əs-Səhih" üçün qoyduğu şərtlərə uyğun gəlir. İndi əgər həmin oğulluğu edə bilirsənsə, ayrı bir yerdə mövzu aç və isbat elə. Amma ilk əvvəl əl-Buxarinin şərtlərini qeyd elə və sonra həmin hədislərin onun şərtlərinə uyğun olduğunu da göstər! Sənə uğurlar!

#7 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 17:45

Götür mənim yazdıqlarımı və yoxla gör ordakılarla eynidir yoxsa yox?!

Yoxlamışam yaman uyğun gəlir. İndi sənə də göstərərəm.

Bir də xahiş edirəm ki, mövzunu bulandırmayasan...

Bulandırmaq sən və sənə bu tə`lim-tərbiyəni verənlərin xüsusiyyətidir.

Bu mövzuda isbat edirik ki, əl-Buxari kimlərəsə təəssübkeş olmayıb, hansı firqəyə, hansı məzhəbə aid olmasından asılı olmayaraq, doğru sözlü ravilərdən rəvayət etmişdir.

Çox gözəl, yuxarıda adlarını yazdığım ravilər barədə mə`lumat verdikdə bunu 2 qat isbat etmiş olacaqsan.


İndi maneə olma...qoy mövzumuzu davam edək!

Buyur davam et! Qardaşlarına şiyələrin necə hədis elmində böyük rol oynadıqlarıni göstər ki, ağızlarını yumsunlar. Amma yarımçıq qalmış mövzuları da tamamlamağı unutma. Xüsusən də "İmamə vəs-siyasə" mövzusundakı cəfəngiyatlarının isbatını səbirsizliklə gözləyirəm.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#8 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 17:50

Heyif ki, o zaman sənin kimi oğul yox idi ki, Buxariyə isbat etsin ki, həmin o hədislər onun "əs-Səhih" üçün qoyduğu şərtlərə uyğun gəlir. İndi əgər həmin oğulluğu edə bilirsənsə, ayrı bir yerdə mövzu aç və isbat elə. Amma ilk əvvəl əl-Buxarinin şərtlərini qeyd elə və sonra həmin hədislərin onun şərtlərinə uyğun olduğunu da göstər! Sənə uğurlar!

:( :)

bu fırlatmaq sizlərdə son variantdı hə? nə söz oyunu edirsən? adlarını çəkdiyim hədislərin hamısı "mütəvatirdir". şiə, sünnü fərqi yoxdu hərkəs, hamı tərəfindən nəql olunub. məsələn Qədiri Xum hədisi. bu hədis mütəvatirdir. dəlilidə sizin kitablardır. özüdə "kutubi sittə". Tirmizi nəql edib, Nəsai ® nəql edib, Ebu Davud nəql edib, İbn Macə nəql edib, Müslüm (yarımçıq) nəql edib. necə olu ki, şiə sünnü hərkəsin mütəvatir dediyi, nəql etdiyi hədisi Buxari nəql etmir. Buxarinin şərtlərindən danışdın mən bilmirəm bəlkə onun şərti budur ki, hədisdə mütləq ya Peyğəmbər ya da Əhli beyt təhqir olunmalıdır?

#9 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 17:52

Əbu Hatim deyir: "Sidq əhlidir, hədisdə salehdir, hədisləri (şahidlik üçün) yazılmalıdır."
İbn Hibban onu siqalardan sayır və deyir: "Şiələrdən idi."
əl-Uqeyli dedi: "Şiə rafizi idi, rəy sahibi idi."
İbn Hacər deyir: "saduqdur (doğru sözlüdür), şiədir". əz-Zəhəbi dedi: "şiədir, saduqdur."
əl-Humeydi Sufyanın belə dediyini nəql edir: "Bizə şiə Abdulmalik bin Əyan rəvayət etdi. Bizə görə rafizi idi, rəy sahibi idi."

davamı var...


وقال أبو حاتم : محله الصدق ، صالح الحديث ، يكتب حديثه
وعده ابن حبان في الثقات
قال ابن حبان : كان يتشيّع
وقال العقيلي : كان شيعيا رافضيا صاحب رأي
وقال ابن حجر : صدوق ، شيعي ، له في الصحيحين حديث واحد
وقال الذهبي : شيعي ، صدوق
قال الحميدي ، عن سفيان : حدثنا عبد الملك بن أعين شيعي ، كان عندنا رافضي صاحب رأي


Hənbəli, bəs edir yoxsa yenə tutuşdurum?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#10 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 18:07

Məncə bu qədər kifayət etməlidir...
Biz bu siyahını davam edə bilərik...
Məsələn Malik bin İsmayıl, Əbu Nueym əl-Fadl bin Dukeyn, Əbu Abdurrahmən Muhamməd bin Fudeyl, Adi bin Sabit, Əbu İshaq Amr bin Abdilləh əl-Kufi, Muhamməd bin Cəhadə əl-Kufi və sair və ilə axir...

Gördüyümüz kimi əl-Buxari rafizilərdən rəvayət etmişdir. Ümumiyyətlə başa düşmək lazımdır ki, Buxarinin kimdənsə hədis rəvayət etməsi onu sevməsi və ya bidətini qəbul etməsi anlamına gəlməz. Yəqin ki, yuxarıdakı misallardan sonra bunu anladınız. Ümüd edirəm!

#11 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 18:12

Abdullah bin Şəddəd

http://www.islamweb....m.php?ids=16439

Kutubi Sittədə rəvayətləri vardır. yəni həm Buxari, həm Muslim, həm də Nəsai, Tirmizi, Əbu Davud və İbn Macə ondan rəvayət edir.
Siqadır.
İbn Sad deyir: "Siqa olmuşdur, az hədis rəvayət etmişdir, şiə olmuşdur."
Ata bin Saib dedi: "Abdullah bin Şəddədi belə deyərkən eşitdim: "Sübhdən zöhrə qədər minbərdən durmağı və Əli bin Əbi Talibin - radiyallahu anhu - fəzilələrini rəvayət edib, ordan düşdükdən sonra boynumun vurulmasını arzu edirəm."

Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir.


Verdiyin ssılkada işarələdiyim cümləni yə`ni "Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir." cümləsini mənə göstər. Gözləyirəm.

Hənbəli, Şeyx Tusinin adından necə də utanmadan yalan danışırsan? Heç olmasa öz verdiyin ssılkada oxu gör Abdullah b. Şəddad nə zaman anadan olub? :( Özün demiş harasa tələsirsən? İsbat etmək gözəl şeydir amma cəfəngiyyatla, yalan-palanla yox. Sən axı alim adamsan.

Bax bu cümləni diqqətlə oxu!
فولدت له عبد الله في زمن النبي -صلى الله عليه وسلم.

حدث: عن أبيه ، ومعاذ بن جبل ، وعلي ، وابن مسعود ، وطلحة بن عبيد الله ، وعائشة ، وأم سلمة ، وجماعة .

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#12 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 18:20

Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir.


Hə, səhv gedib...ət-Tusi onu İmam Əlidən rəvayət edənlər arasında qeyd etmişdir, əs-Sadiqin əshabından qeyd etməmişdir.
o cümlə əz-Zəhəbinin "Siyər"ində yoxdur, Zəhəbinin kitabında sünni qaynaqları verilib, ...ət-Tusi haqqında məlumatları şiə saytlarından götürdüm, verdiyim linkləri orada qoymaqla bioqrafiyası haqqında tam məlumat üçün yerləşdirmişəm!

Tutuşdur və gör ki, yazdıqlarımın neçə faizi sizin kitaba uyğun gəlir! )))

#13 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 18:22

Məncə bu qədər kifayət etməlidir... Biz bu siyahını davam edə bilərik... Məsələn Malik bin İsmayıl, Əbu Nueym əl-Fadl bin Dukeyn, Əbu Abdurrahmən Muhamməd bin Fudeyl, Adi bin Sabit, Əbu İshaq Amr bin Abdilləh əl-Kufi, Muhamməd bin Cəhadə əl-Kufi və sair və ilə axir...

Sənə zəhmət davam et. Həmçinin yuxarida adlarını yazdığım 19 şərəfsizlər barədə mə`lumatı bölüşməyi də yaddan çıxartma.

Gördüyümüz kimi əl-Buxari rafizilərdən rəvayət etmişdir.


Zəhmət olmasa Əz-Zəhəbiyə də bunu isbat et!

شيعي جلد ، لكنه صدوق ، فلنا صدقه وعليه بدعته. فلقائل أن يقول : كيف ساغ توثيق مبتدع وحد الثقة العدالة والاتقان ؟ فكيف يكون عدلا من هو صاحب بدعة ؟ وجوابه : إن البدعة على ضربين : فبدعة صغرى كغلو التشيّع ، أو كالتشيع بلا غلو ولا تحرف ، فهذا كثيرا في التابعين وتابعيهم مع الدين والورع والصدق ، فلو رد حديث هؤلاء لذهب جملة من الآثار النبوية ، وهذه مفسدة بينة. ثم بدعة كبرى كالرفض الكامل والغلو فيه ، والحط على أبي بكر وعمر ، والدعاء إلى ذلك ، فهذا النوع لا يحتج بهم


Əsl şiədir, lakin səduqdur. Onun doğruluğu bizə, bid`əti isə özünə. Soruşula bilər: Bid`ətçiyə necə güvənmək olar, bir halda ki, güvənilən biri olmağın həddi ədalət və təqvadır. Bid`ət sahibi necə adil ola bilər?
Cavab budur ki, bid`ət 2 cür olur:
1)Şiəlik ifratı və yaxud ifratsız və inhirafsız şiəlik kimi kiçik bid`ət. Bu cür bid`ət din, allahdan qorxu və sidq ilə birlikdə tabeinlərdə və onların ardınca gələnlərdə çoxdur. Onların hədisləri rədd olunsa nəbəvi əsərlərdən bə`ziləri aradan gedər. Bu isə açıq-aydın fəsaddır.
2) Kamil rəfz və onda ifrat, Əbu Bəkr və Öməri qarşı olmaq, başqalarını da bu əmələ çağırmaq kimi böyük bid`ət. Bu cür olan kəslərin sözü höccət olmaz


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#14 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 18:32

İmam əz-Zəhəbiyə bunu isbat etməyə ehtiyac yoxdur, İmam əz-Zəhəbinin kitablarını oxusaydın, hər iki görüşün nədən irəli gəldiyini görərdin. Sadəcə olaraq əz-Zəhəbi Buxaridə rafiziliklə ittiham olunmuş ravilərdən danışarkən, onlarda rafiziliyin olduğunu inkar etmişdir. Məsələn, Abdurrazzaq əs-Sananinin halında onun Ömərə tənə etməsindən danışarkən qeyd edir ki, bəs sənədində irsəl mövcuddur. Ona görə də əz-Zəhəbi qeyd edir ki, həmin ravilərdə şiəlik olub, lakin rafizilik olmayıb...bu əz-Zəhəbinin gəldiyi nəticədir. Digərləri isə başqa nəticəyə gəliblər..

Sizin öz alimləriniz Buxarinin həmin şiə ravilərini imamların əshabı arasında qeyd edirlər, yəni sizin öz şahidliyiniz ilə Buxari həmin imam səhabələrindən hədisləri rəvayət etmişdir.

Bu da onu göstərir ki, Buxarinin kimdənsə rəvayət etməsi ona rəğbət bəsləməsi anlamına gəlməz.


#15 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 18:35

Heyif ki, o zaman sənin kimi oğul yox idi ki, Buxariyə isbat etsin ki, həmin o hədislər onun "əs-Səhih" üçün qoyduğu şərtlərə uyğun gəlir. İndi əgər həmin oğulluğu edə bilirsənsə, ayrı bir yerdə mövzu aç və isbat elə. Amma ilk əvvəl əl-Buxarinin şərtlərini qeyd elə və sonra həmin hədislərin onun şərtlərinə uyğun olduğunu da göstər! Sənə uğurlar!

:( :)

bu fırlatmaq sizlərdə son variantdı hə? nə söz oyunu edirsən? adlarını çəkdiyim hədislərin hamısı "mütəvatirdir". şiə, sünnü fərqi yoxdu hərkəs, hamı tərəfindən nəql olunub. məsələn Qədiri Xum hədisi. bu hədis mütəvatirdir. dəlilidə sizin kitablardır. özüdə "kutubi sittə". Tirmizi nəql edib, Nəsai ® nəql edib, Ebu Davud nəql edib, İbn Macə nəql edib, Müslüm (yarımçıq) nəql edib. necə olu ki, şiə sünnü hərkəsin mütəvatir dediyi, nəql etdiyi hədisi Buxari nəql etmir. Buxarinin şərtlərindən danışdın mən bilmirəm bəlkə onun şərti budur ki, hədisdə mütləq ya Peyğəmbər ya da Əhli beyt təhqir olunmalıdır?


Elməddin...adına bir daha bax və yuxarıda yazdıqlarına bax...

Əgər bir şey mütəvatirdirsə, onda Buxariyə nə ehtiyac vardır?! Elə deyilmi?
Buxarinin şərtlərini bilmirsənsə, o zaman nə üçün Buxariyə etiraz edirsən?
Sən hələ həmin hədislərdən birinin Buxarinin şərtlərinə uyğun olduğunu ayrı bir mövzuda isbat elə, qaldı ki, hədisin mütəvatir olması...
İstəsən, özün bilərsən...beləki, gülcü bir iddia ortaya atmısansa, o zaman buyur bunun mütəvatirliyini isbat eylə!

#16 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 18:42

mənə Buxarinin şərtləri lazım deyil. mənə lazımdır ki, nə üçün dediyim mütəvatir hədisləri nəql etməyib. səncə nə üçün? bilirdi ki, mütəvatirdir lazım olmayacaq ona görə? sözü fırlatma dəqiq cavab ver sünnü, şiə hərkəsin nəql etdiyi mütəvatir hədislər nə üçün nəql etməyib?

Əgər bir şey mütəvatirdirsə, onda Buxariyə nə ehtiyac vardır?! Elə deyilmi?


bəli ona ehtiyac yoxdur! ama siz ki, "o təəssübkeş deyil, onun kitabı belədi, elədir falan, fılan" deyirsiz məndə sual verirəm bu təəssübsüz kişi niyə hərkəsin nəql etdiyi mütəvatir hədisləri nəql etməyib. şərt-şərt tutmusan şərtdən. bunun bütün ümmət tərəfindən nəql olunması qəbul olunan şərt deyil, ama "meymun rəcm olundu, Musa (a) əzrailə şillə vurdu, İbrahim yalan danışdı" deyən hədislər qəbul olunan şərtdi?

İstəsən, özün bilərsən...beləki, gülcü bir iddia ortaya atmısansa, o zaman buyur bunun mütəvatirliyini isbat eylə!


səncə isbat üçün dəlil lazımdı? əgər lazımdısa sadəcə "kutubi sittədən" dediklərim bəsdi

#17 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 19:07

Elməddin, birincisi sən deyirsən ki, Buxari rəvayət etməyib, sonra da deyirsən ki Kutubi Sittə rəvayət edib...Bəs Buxari Kutubi Sittədən sayılmır?
İkincisi Buxari onları ona görə rəvayət etməyib ki, çünki sənin işarə etdiklərin nəinki mütəvatir, heç səhih belə deyil...Bu da sənin cavabındır!
Hətta o qədər səhih hədis var ki, Buxari onları kitabına almayıb, çünki Buxarinin özünün şərtləri olub kitabı üçün...indi sənin kimi bir oğlan durub Buxariyə etiraz etməsi yersizdir.

#18 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 14 ноября 2009 - 19:23

Elməddin, birincisi sən deyirsən ki, Buxari rəvayət etməyib, sonra da deyirsən ki Kutubi Sittə rəvayət edib...Bəs Buxari Kutubi Sittədən sayılmır?
İkincisi Buxari onları ona görə rəvayət etməyib ki, çünki sənin işarə etdiklərin nəinki mütəvatir, heç səhih belə deyil...Bu da sənin cavabındır!
Hətta o qədər səhih hədis var ki, Buxari onları kitabına almayıb, çünki Buxarinin özünün şərtləri olub kitabı üçün...indi sənin kimi bir oğlan durub Buxariyə etiraz etməsi yersizdir.


Buxari rəvayət etməyib, sonra da deyirsən ki Kutubi Sittə rəvayət edib...Bəs Buxari Kutubi Sittədən sayılmır?


Buxari Sihahi-sittədən biridir. Bir çox rəvayətlər var ki, Səhih Buxaridə yoxdur, amma digər səhih və sünənlərinizdə mövcuddur.
P.S. Kitabların adını düz yaz! Yoxsa təhrif etmiş sayılarsan və bütün təhrifçilər kafirdir! :(


Hətta o qədər səhih hədis var ki, Buxari onları kitabına almayıb, çünki Buxarinin özünün şərtləri olub kitabı üçün...indi sənin kimi bir oğlan durub Buxariyə etiraz etməsi yersizdir.


Buxari göydən düşmüş mələk, filan deyil ki, ona etiraz etmək mümkün olmasın! Buxari də bir insandır. Onun hədis mənbələrini necə tanıması və seçməsi ilə bağlı bir çox iradlar var. Elə onun olduqca çox sayda səhih və mütəvatir hədisi nəql etməməsi buna sübutdur.
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#19 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 19:59

Sənə zəhmət Buxarinin bu raviləri barədə də bizə faydalı mə`lumatlar ver:

1. İsmayıl b. Əbu Uveys
2. İmran b. Hittan
3. Həriz b. Osman
4. Yunis b. Yezid
5. Fuleyh b. Suleyman
6. Əmr b. Əl-As
7. Abdullah b. Salim Əl-Əş`əri
8. Ziyad b. İləqa
9. Muhəmməd b. Ziyad Əl-Əlhani
10. Huseyn b. Numeyr
11. İshaq b. Suveyd
12. Bəhz b. Əsəd
13. Abdullah b. Saleh b. Muhəmməd
14. İshaq b. Muhəmməd b. İsmail b. Abdullah
15. Sabit b. Əclan
16. Mərvan b. Əl-Həkəm
17. Humeyd b. Əbu Humeyd Ət-Təvil Əl-Bəsri
18. Omər b. Əli b. Atə
19. İkrimə .
......................



İradlarını qeyd elə ki, o yöndə cavab verək...yoxsa onların hər biri haqqında uzun bioqrafiya yazmağa ehtiyac yoxdur!

#20 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 20:09

İmam əz-Zəhəbiyə bunu isbat etməyə ehtiyac yoxdur, İmam əz-Zəhəbinin kitablarını oxusaydın, hər iki görüşün nədən irəli gəldiyini görərdin. Sadəcə olaraq əz-Zəhəbi Buxaridə rafiziliklə ittiham olunmuş ravilərdən danışarkən, onlarda rafiziliyin olduğunu inkar etmişdir. Məsələn, Abdurrazzaq əs-Sananinin halında onun Ömərə tənə etməsindən danışarkən qeyd edir ki, bəs sənədində irsəl mövcuddur. Ona görə də əz-Zəhəbi qeyd edir ki, həmin ravilərdə şiəlik olub, lakin rafizilik olmayıb...bu əz-Zəhəbinin gəldiyi nəticədir. Digərləri isə başqa nəticəyə gəliblər..

Sizin öz alimləriniz Buxarinin həmin şiə ravilərini imamların əshabı arasında qeyd edirlər, yəni sizin öz şahidliyiniz ilə Buxari həmin imam səhabələrindən hədisləri rəvayət etmişdir.

Bu da onu göstərir ki, Buxarinin kimdənsə rəvayət etməsi ona rəğbət bəsləməsi anlamına gəlməz.


Nasibi ruhlu Əz-Zəhəbi belə başa düşür və öz dili ilə yuxarıda deyir ki, şiyə ravilərinin hamısının üstündən xətt çəksək hədis aləmi batdı. Çünki tabeinlər və tebe-tabeinlərin əksəriyyəti şiyə olub. Yə`ni naəlaclıqdan onlarında rəvayət etdiyi hədisləri qəbul etməliyik. Amma Əbu Bəkri Öməri və s. lə`nətləyənlərdən və yaxud əhli-beytin fəzilətini çox rəvayət edənlərdən isə əsla hədis qəbul etmək olmaz. Deməli Əz-Zəhəbiyə bir yol qalır. İmkan olduqca da Buxarini və s. pakrıvat etmək üçün bə`zilərindən rafiziliyi uzaqlaşdırmaq ki, həm Buxari deyən olsun həm də Zəhəbi.

Buxari də çarəsiz vəziyyətə düşüb və şiyələrdən hədis rəvayət edibdir. Amma o hədisləri ki, zahirən sünnü əqidəsi bundan zərər görməsin. Necə ki, "Səhih"ində İmam Səccad a.s.-ın adından uydurulmuş hədislər kimi.

Suallar:

1.Buxari özü necə bu raviləri "rafizi" hesab edib yoxsa sadəcə olaraq ümum mə`nada əhli-beyti sevən "bezvredni" şiyələr kimi qəbul edib?

2. Əz-Zəhəbi birmə`nalı şəkildə iddia edir ki, Buxari rafizilərdən hədis rəvayət etməyib?
3. Digərləri dedikdə kimi və hansı nəticələri nəzərdə tutursan?


Sənə zəhmət Buxarinin bu raviləri barədə də bizə faydalı mə`lumatlar ver:

1. İsmayıl b. Əbu Uveys
2. İmran b. Hittan
3. Həriz b. Osman
......................



İradlarını qeyd elə ki, o yöndə cavab verək...yoxsa onların hər biri haqqında uzun bioqrafiya yazmağa ehtiyac yoxdur!


Yetər ki, onların avtobioqrafiyalarını öz xeyrinizə fırlama. Əqidəni yaddan çıxart, təssübü burax və yazki bizdə faydalanaq. Yuxaridakı sullarıma da cavab yazmaq yadından çıxmasın.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#21 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 20:44

...................
Ona görə də əz-Zəhəbi qeyd edir ki, həmin ravilərdə şiəlik olub, lakin rafizilik olmayıb...bu əz-Zəhəbinin gəldiyi nəticədir. ...............


Bir az öncə isə bu postunda yazmısan
http://313news.net/f...&...ost&p=23121

Rafizi, şiə olmasına baxmayaraq əl-Buxari ondan rəvayət etmişdir.
Bir də İmam əz-Zəhəbinin sözləri bizə yenə də onu göstərir ki, əz-Zəhəbi rafizi olduğunu söyləməklə bərabər onun siqa olduğunu da demişdir, yəni yalançı olmadığını demişdir.



Özün nə yazdığını başa düşürsən?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#22 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 20:44

.Buxari özü necə bu raviləri "rafizi" hesab edib yoxsa sadəcə olaraq ümum mə`nada əhli-beyti sevən "bezvredni" şiyələr kimi qəbul edib?


Eyni sualı da nasibilər haqqında vermək olar...

...................
Ona görə də əz-Zəhəbi qeyd edir ki, həmin ravilərdə şiəlik olub, lakin rafizilik olmayıb...bu əz-Zəhəbinin gəldiyi nəticədir. ...............


Bir az öncə isə bu postunda yazmısan
http://313news.net/f...&...ost&p=23121


Sən özün əz-Zəhəbidən gətirdiyin sitatı yaxşı oxusaydın problemi anlayardın,...ilk dövrlərdə rafd deyilərkən Əliyə qarşı vuruşanlara nifrət etmək, onları söymək qəsd olunurdu.
əz-Zəhəbinin zamanında isə rafizilik deyiləndə, səhabələrin çoxunu söymək və daha başqa müsibətlər qəsd olunur. Bu ikisi arasında fərq vardır.

#23 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 14 ноября 2009 - 20:50

فالشيعي الغالي في زمان السلف وعرفهم هو مَن تَكَلَّم في عثمان والزبير وطلحة ومعاوية وطائفة ممن حارب عليا رضى الله عنه ، وتعرض لسبهم .
والغالي في زماننا وعرفنا هو الذي يكفر هؤلاء السادة ، ويتبرأ من الشيخين أيضا ، فهذا ضال معثَّر


Bu, əz-Zəhəbinin sözləridir...

#24 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 20:52

Buxari özü necə bu raviləri "rafizi" hesab edib yoxsa sadəcə olaraq ümum mə`nada əhli-beyti sevən "bezvredni" şiyələr kimi qəbul edib?[/quote]

Eyni sualı da nasibilər haqqında vermək olar...


Cavabın elə bunlardan ibarətdir? Bəlkə bir az açıqlayasan?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#25 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 21:07

فالشيعي الغالي في زمان السلف وعرفهم هو مَن تَكَلَّم في عثمان والزبير وطلحة ومعاوية وطائفة ممن حارب عليا رضى الله عنه ، وتعرض لسبهم .
والغالي في زماننا وعرفنا هو الذي يكفر هؤلاء السادة ، ويتبرأ من الشيخين أيضا ، فهذا ضال معثَّر


Bu, əz-Zəhəbinin sözləridir...


Məncə biz rafizilikdən danışırıq. Bu istilahların hamısının ayrı-ayrılıqda şərhə ehtiyyacı var.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#26 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 14 ноября 2009 - 21:08

hənbəli, Allah ölənlərivə rəhmət eləsin, sağ qalanlarıvı da sən qarışıq hidayət eləsin. əxilərin hər dəfə mənə şiələrin yalançı olduqlarını və onlardan hədis qəbul etmədiklərini bildirəndə mən, deyirdim ki, axı, sizin öz kitablarınızda hədislər var ki, raviləri şiədir. onlar mənimlə razılaşmayıb o şiələrin zeydi mən nə bilim nə olduğunu deyirdilər. indi mən onlara sübut kimi sənin yazdıqlarını göstərərəm.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#27 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 21:08

Elməddin, birincisi sən deyirsən ki, Buxari rəvayət etməyib, sonra da deyirsən ki Kutubi Sittə rəvayət edib...Bəs Buxari Kutubi Sittədən sayılmır?


sənə o qədər yazı yazdım, utanmadan yenə söz oyunu oynayırsan? görünür sən əsil sələfisən. Buxari "kutubi sittədəndir." Ancaq hədisləri nəql etməyib. sən yaxşı bilirsən ki, mən "kutubi sittə" dedikdə oraya daxil olan digər alimləri məsələn imam Nəsainin (r.a) nəzərdə tuttum. özünü tülkülüyə vurma, sənin qarşında uşaq yoxdur.

İkincisi Buxari onları ona görə rəvayət etməyib ki, çünki sənin işarə etdiklərin nəinki mütəvatir, heç səhih belə deyil...Bu da sənin cavabındır!


heç şüpəsiz Allahın lənəti yalançıların üzərinədir ey ibni Teymiyyənin tələbəsi. indi onun variantına əl attın? mən yaxşı bilirəm bu sənin müəlliminin hoqqalarından biridir. necə mütəvatir deyil ki, Müslüm (yarımçıq), imam Nəsai (r.a), Tirmizi, İbni Macə, Ebu Davud nəql edib.

Hətta o qədər səhih hədis var ki, Buxari onları kitabına almayıb, çünki Buxarinin özünün şərtləri olub kitabı üçün...indi sənin kimi bir oğlan durub Buxariyə etiraz etməsi yersizdir.


Haqqı bildiyi halda gizlədən hər kəsə Allah lənət etsin. Buxari kimdir ki, kim? hədis gizlədən? narahat olma vaxtı çatanda onunla birlikdə olacaqsan. O Peyğəmbərlərə (a) iftira olan hədisləri səhih adlandırdığı və haqqı gizlətdiyinə görə, sən və sənin kimilər isə onun tələbəsi olduğunuza görə əsl mükafat alacaqsınız.


Nəzərinizə çatdırıram ki, qırmızı rənglə yalnız administrasiya yaza bilər. Qaydaları pxuyun!

Сообщение отредактировал al-Fath: 16 ноября 2009 - 14:35


#28 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 14 ноября 2009 - 21:12

hənbəli, indi cavab ver: "Buxari mütəvatir hədisləri nə üçün nəql etməyib? səbəbi nədir? hədisin sənədində problem var? yoxsa hədislər Əhli Beyt və ya hər hansı bir peyğəmbərə (ə) iftira etmir ona görə? tələs hənbəli, tələs. cavab yazmağa tələs, çünkü səni gözləyirəm ey ibni Teymiyənin tələbəsi"

hənbəli yenə şərt mərt yazma. çünkü bir hədis mütəvatirdirsə onu nəql etməməyin tək səbəbi var. o da alçaqlıqdır. hələ bu hədis Əhli Beyt (ə) haqqındadırsa. və bu sualada cavab ver: "Nasibi və xəvaric Əhli Beytə düşməndir. bəs nəyə görə Buxari onlardan hədis nəql edib? Əhli Beyti sevdiyi üçün?"

#29 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 21:19

hənbəli, Allah ölənlərivə rəhmət eləsin, sağ qalanlarıvı da sən qarışıq hidayət eləsin. əxilərin hər dəfə mənə şiələrin yalançı olduqlarını və onlardan hədis qəbul etmədiklərini bildirəndə mən, deyirdim ki, axı, sizin öz kitablarınızda hədislər var ki, raviləri şiədir. onlar mənimlə razılaşmayıb o şiələrin zeydi mən nə bilim nə olduğunu deyirdilər. indi mən onlara sübut kimi sənin yazdıqlarını göstərərəm.



Niyə uzağa gedirsən bir müddət əvvəl özü İbn Əbil-hədid mövzusunda gücənərək İbn Əbil-Hədidi bir təhər şiyə çıxartmaq istəyirdi ki, şiyələr onun yazdıqlarından dəlil kimi istifadə etməsin. Bu gün isə hətta nasibi ruhlu əz-Zəhəbi belə nəyinki şiyə hətta Rafizilərin siqə olduğunu deyir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#30 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 14 ноября 2009 - 21:44

Əbu Said Abbad bin Yaqub əl-Əsdi ər-Ravacini əl-Kufi

http://www.islamweb....m.php?ids=14392

əl-Buxari ondan "əs-Səhih"də rəvayət etmişdir.

Əbu Hatim onun haqqında deyir: "Şeyxdir, siqadır."
İbn Adiy deyir: "Onda şiəlikdə ifratçılıq var idi."
Abdan siqa birindən rəvayət edir ki, Abbad sələfləri (yəni səhabələri) söyərdi.
Əli bin Muhamməd əl-Həbibi deyir: Salehdən rəvayət edir: Abbad həmişə Osmanı - radiyallahu anhu - söyərdi və onu belə deyərkən eşitdim: "Allah Talha və Zubeyri Cənnətə daxil edəcək qədər ədalətsiz deyildir, Əliyə beyət etdikdən sonra onunla vuruşdular."
İbn Cərir deyir: Onu belə deyərkən eşitdim: "Kim hər gün namazında Muhammədin ailəsinin düşmənlərindən bəraət etməzsə, onlarla birlikdə həşr olunacaq."


Bu ravinin əz-Zəhəbiyə görə statusu nədir? Şiyə, rafizi, köhnə şiyə, yeni şiyə, köhnə rafizi, yeni rafizi, ifrat şiyə, ifrat rafizi?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru