Bu qanunun əsas mahiyyəti nədir?
Əvvəlcə bu qanunun bəzi maddələri nəzərdən keçirək.
http://www.aile.az/i...-02-17-13-01-07Maddə 1. Qanunun məqsədi
Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
.0.4. cinsi mənsubiyyətə görə ayrı-seçkilik—seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük;
2.0.5. seksual qısnama—əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.
Maddə 3. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi
3.1. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.
Maddə 4. Seksual qısnamaya yol verilməməsi
Seksual qısnama qadağandır
Maddə 7. Əmək fəaliyyətində işəgötürənin vəzifələri
7.2.2. cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq;
Maddə 10. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan
10.1. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir
Maddə 13. Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar
13.1. Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir.
13.2. İşəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır
13.4. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır.
Maddə 14. Tədris müəssisələrinin fəaliyyətində cinsi mənsubiyyətə görə ayrı-seçkilik
Maddə 21. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 10 oktyabr 2006-cı il
Сообщение отредактировал palchiq: 23 ноября 2009 - 12:02