Перейти к содержимому


Фотография

Azərbaycanda "Suroqqat ANA" və ...


  • Авторизуйтесь для ответа в теме
В теме одно сообщение

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 01 декабря 2009 - 23:48

"Ruhlar (bədənlərə) qovuşacağı zaman;
Diri-diri torpağa gömülən körpə qızdan:
“Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman;"
( Təkvir surəsi)

http://www.boxca.com...ekvir_.mp4.html

Milli Məclisin geri qaytardığı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub.Layihənin parlamentdə müzakirəsi zamanı da deputatlar iki cəbhəyə ayrılıb. Belə bir qanunun qəbulunun əleyhinə çıxanlar əsas arqument kimi layihədə əksini tapan süni mayalanma, “surroqat ana” (öz uşaqlığında donor embrionu daşıyan, yaşı 18-dən 35-dək olan qadın) və cinsi toxumalar üzrə donorluq məsələlərinin milli mentalitetimizə zidd olduğunu göstərirlər. Qanunun qəbulunun tərəfdarları isə hesab edirlər ki, bu, boşanmaların, sonsuzluğun qarşısını alacaq.

Qeyd edək ki, "Suroqqat Ana" termini Avropada meydana gəlib.
Ancaq terminin meydana gəlməsinə baxmayaraq Avropanın bir sıra ölkəsində, o cümlədən İngiltərə və Fransada "surroqat ana" məsələsi qanuna salınmayıb. Türkiyə, Malayziya, İran isə ümumiyyətlə belə bir qanun qəbul etməyib.

Bu məsələ barəsində sizin fkirlərinizi də bilmək maraqlı olardı.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 02 декабря 2009 - 10:41

Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə APA-ya bildirib ki, qanun layihəsi ilə bağlı təkliflərin bir hissəsi populist təkliflərdir: "Din, milli-mənəvi dəyərlər, mənəviyyat kimi amilləri əsas gətirmək lağlağı söhbətlərdir. Həmin milli-mənəvi dəyərlərdən danışanlar İrana gedir, orada həmin əməliyyatı edib Bakıya qayıdırlar. İran bəyəm bizdən mühafizəkar ölkə deyil?" H. Rəcəblinin sözlərinə görə, komissiya qanun layihəsi ilə bağlı təklifləri üç il müddətində yığıb və iki dəfə açıq müzakirələr keçirib. O bildirib ki, reproduktiv sağlamlıq məsələsi prezident İlham Əliyevin seçkiqabağı platformasında da öz əksini tapıb: "Milli Məclisdə əsas narazılıq surroqat ana məsələsi ilə bağlıdır. Bizim o maddədə dəyişiklik etmək fikrimiz var. Amma belə baxanda küçədən uşaq götürməkdənsə, genetik genləri olan uşağı götürmək daha düzgündür". H. Rəcəblinin sözlərinə görə, hazırkı Azərbaycan qanunvericiliyi qanun layihəsinin indiki şəkildə qəbuluna imkan verir: "Biz istəyirdik ki, bu sahədə münasibətləri daha da tənzimləyək. "Təhsil haqqında" qanun 11 il Milli Məclisdə süründü. Həmin qanunda elə maddələr var ki, 11 il əvvəl ortalığa qoysaydıq, baş sındırıb, saç yolardılar. Ona görə də ola bilər ki, surroqat ana ilə bağlı maddə bu gün qəbul olunmasın, amma 5 ildən sonra qəbul olunsun. Amma bir məsələ də var ki, Azərbaycanda buna oxşar əməliyyatlar olur, bəs bu əməliyyatların sonu necə olacaq?" H. Rəcəbli bildirib ki, qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirə olunub-olunmayacağı da hələ dəqiqləşməyib.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru