![Фотография](http://313news.net/forum/public/style_images/master/profile/default_large.png)
H,O.S.T-adlı təbligatı sistemi
#1
Отправлено 03 декабря 2009 - 10:20
Son vatlar şəhərimizdə ki uşaq və yeniyetmələrin heç də hamısı bir-birinə bənzəmir.
Yaşıdlarından fərqlənmək istəyənlərin, hamı kimi olmaq istəməyənlərin sırası genişlənir. Qəribə geyimli uşaqlar sanki göbələk kimi yerdən çıxır, yağış kimi göydən yağır. Metrolarda, küçələrdə, marşrut avtobuslarında, hətta tədris müəssisələrində də qeyri-adi geyim tərzinə üstünlük verən qız və oğlanlara az rast gəlmirik.(Bakı Xəbər)
Uşaqlar kimdən gizlənir?
Paytaxt Bakının küçələrində sanki əcnəbi filmlərdə görüyümüz yeniyetmələr, uşaqlar peyda olub. Papaqlı (kopyuşonlu) gödəkcə geyinən bu uşaqlar papağını düz gözlərinin üstünə çəkir, belini aşağı əyərək yeriyir, metro vaqonlarında bir güncə sıxılaraq durur, üzünü gizlətməyə çalışır. Onların geydiyi papaqlı gödəkcənin arxasında isə, çox zaman insan skeleti, vampirlər aqressiya aşılayan şəkillər, yazılar diqqəti cəlb edir. Özü də ki, bu uşaqların geyimi daha çox qara rəngdə olur. Papağını düz gözlərinin üstünə çəkən yeniyetmələr çox vaxt qara eynək də taxırlar. Qızlar da oğlanlardan geri qalmayaraq onları təqlid edir. Bir vaxt əcnəbi filmlərdə gördüyümüz uşaqları indi də öz aramızda görürük.
Pedoqoqların fikrincə, uşaq və yeniyetmələrin papaqlı gödəkcə geyib və o gödəkcəyə bitişik papağı gözlərinin üstünə çəkməsi məsələsi cəmiyyətimizdə müəyyən boşluğun olmasından xəbər verir. Bu cür uşaqların məktəblərdə də olduğunu deyən pedaqoqların fikrincə, onların böyük bir qismi şər qüvvələrin təmsilçilərinin təsiri altında olsa da, müəyyən bir qisim bunu dəb xatirinə, yaxud film qəhrəmanlarını təqlid etmək, onlara bənzəmək məqsədilə edir.
Rep və rok qruplar uşaqları "həyatdan qoparır"
Sosioloqlar isə bunu əsl təhlükə hesab edərək bildirir ki, burada satanistlərin rolu az deyil. Şeytan təmsilçilərinin təbliğat maşınının var gücü ilə işlədiyini deyən psixoloqların sözlərinə görə, əsas iş uşaq və yeniyetmələrlə aparılır. Sosioloqların fikrincə, şər qüvvələrin təmsilçiləri məktəbləri və ayrı-ayrı yerləri dolaşaraq uşaqları öz təsirləri altına salmağa cəhd göstərir. Onlar deyir ki, uşaq və yeniyetmələrin əksəriyyəti onların təsiri altında üzünü gizlətməyə çalışır. Bir çox rok və rep qruplarının da uşaqları "həyatdan qoparmağa" xidmət göstərdiyini söyləyən sosioloqlar iddia edir ki, uşaqlar bəzən özlərini reperlərə bənzətmək üçün papaqlı gödəkcələr geyir, onlar kimi hərəkət edirlər.
( Faktxeber.com sayıtı )
#2
Отправлено 07 декабря 2009 - 10:14
Psixoloqlardan birinin sözlərinə görə belə uşaqlarda imkanlı ailələrin övladlarına qarşı bir aqressiya olduğundan, onlar satanist və digər şər qüvvələrin təmsilçilərinin toruna daha tez düşür.
Psixoloq hesab edir ki, üzünü gizlətməyə çalışan uşaqlarda ruh düşkünlüyü olur, onlar işıqlı gələcək haqda fikirləşməyi ağıllarına belə gətirmirlər. Bu uşaq və yeniyetmələrin əsasən gecələr çölə çıxdığını deyən psixoloq hesab edir ki, böyükdən kiçiyə hər kəs bu hala qarşı mübarizə aparmalıdır.
#3
Отправлено 07 декабря 2009 - 12:02
#4
Отправлено 08 декабря 2009 - 12:39
H-hava
O-od
S-su
T-torpaq
Əsas devizləri nədir?
Ya bizimləsən Ya da altımızda!!!
http://pentaqram.aze...i-sozleri-yukle
#5
Отправлено 08 декабря 2009 - 13:27
onların deyəsən başı qoltuğaltı görməyib, eybi yox əsgərlikdə belələrini tez yola gətirirlərYa bizimləsən Ya da altımızda!!!
![:)](http://313news.net/forum/public/style_emoticons/default/smile.gif)
#6
Отправлено 08 декабря 2009 - 15:03
Gəlir çatır məsələ satanizmə, deyirlər ki, emblemləri satanizm işarəsinin əksinədir (satanizm emblemi 5 guşəli olur, yuxarı guşəsində 2 bölmə var, belə desək sovet sistemindəki ulduzu elə bil başayaq qoymusan). Amma HOSTda bu elə sovet sistemindəki ulduz şəklindədir. HOSTçunun özündən eşitmişdim səhv etmirəmsə o işarə də hansısa bir yunan tanrılardan birini əks etdirir (bəlkə də səhv salmışam)
HOST-a bir də ki tərcümədə ALLAHın Ordusu deyirlər. Hansı dildə? Ərəbcədən Hizbullahdır. HizbOllah ilk 2 hərifi məlum oldu, bəs S.T? Onu yəqin ki Sübhanü Təala deyə bilməzlər! Hizbullah (S.T) olmazki!!! Əgər Tanrının Ordusudularsa niyə şeytana xidmət edirlər?
Bir repinə də qulaq asmışam, yəni məntiqsizlik. Cahilləri əla yoldan çıxarmaq olar. Əsas bunlar QARADA QAN yəni qara qırmızı rəngi seçirlər bu da ki pessimizm deyilmi?! FAŞİZM deyilmi? Bəziləri faşistləri satanistlərdən hesab etmişlər!
Aralarında da deyəsən 1 nəfər namaz qılan şəxs var, elə onlar da buna bənd imiş kimi deyirlər namaz qılan var içlərində. O qədər 1000 fırıldaq fırladan "namaz qılanlar" var ki...
Nəysə
#7
Отправлено 08 декабря 2009 - 19:56
HOSTçularla danışanda amma belə demirlər. Yəqin ki, heç onların fanatları da nə istədiklərini bilmirlər. Sadəcə etiraz etmək istəyirlər! Nəyə? Bilmirlər.
Gəlir çatır məsələ satanizmə, deyirlər ki, emblemləri satanizm işarəsinin əksinədir (satanizm emblemi 5 guşəli olur, yuxarı guşəsində 2 bölmə var, belə desək sovet sistemindəki ulduzu elə bil başayaq qoymusan). Amma HOSTda bu elə sovet sistemindəki ulduz şəklindədir. HOSTçunun özündən eşitmişdim səhv etmirəmsə o işarə də hansısa bir yunan tanrılardan birini əks etdirir (bəlkə də səhv salmışam)
Nəysə
Oleq Plotonov "Amerika niyə məhv olacaq" kitabından seçmələr
Keçmiş keşişlərdən biri, satanist Qvidburq belə «messaların» necə keçirildiyini təsvir etmişdir: «Çılpaq qadın çarpayıya uzandı. Başı və ayaqları kənara sallanmışdı. Onun döşünün üstünə xaç və salfet, qarnının üstünə isə xüsusi qab qoydular. Qvidburq bıçaqla uşağın boğazını kəsdi və qabı onun qanı ilə doldurdu. Uşağın bədənini «sehrli» maddə düzəltmək üçün saxladılar».
Əsl «qara messalar» daha peşəkar səciyyə kəsb edib. İblis kultunun bütün detalları cilalanıb. Əvvəllərdəki çarpayı əvəzinə «iblis qurbangahı»‒uzunluğu, təxminən 2 metr, eni 1 metr olan stoldan istifadə edilir. «Qurbangahın» üstünə çılpaq qadın, əksər hallarda fahişə uzadılır. Onun qarnının üstündə pentaqram işarəsi çəkilir. Pentaqramın beş zirvəsi yer, hava, su, alov və ruhun rəmzləridir. Şamlar qara rəngli «qurbangahın» üstündə yerləşdirilir. Onları xaç suyuna çəkilməmiş uşaqların piyindən düzəldirlər. Satanistlərin istifadə etdikləri qab istənilən metaldan (qızıldan başqa) düzəldilə bilər. Qabda çaxırla fahişənin sidiyini qarışdırırlar. Ayin zamanı güc rəmzi, yaxud insanı qurban kəsmək aləti kimi qılınc istifadə edilə bilər. «Qurbangahın» yanında başıaşağı çevrilmiş xaç qoyulur.
http://www.haqqyolu....=20081005051228
#8
Отправлено 08 декабря 2009 - 20:54
#9
Отправлено 09 декабря 2009 - 01:23
![Изображение](http://www.imageup.ru/img40/313-1421722.gif)
#10
Отправлено 15 декабря 2009 - 22:27
![:rolleyes:](http://313news.net/forum/public/style_emoticons/default/smile.gif)
Количество пользователей, читающих эту тему: 2
0 пользователей, 2 гостей, 0 скрытых пользователей