Перейти к содержимому


Фотография

DUALAR


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 50

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 декабря 2009 - 16:11

Buna oxshar mevzularimiz var. Amma burda isterdim dualarimizdan sevdiyiniz hisseleri, hemishe oxudugunuz, sizi dushunduren, yaxshiliga dogru deyishdiren dualardan bezi setirleri yazasiz.

Bismillah men edim. Hemishe SƏHİFEYİ SƏCCADİYYƏ-ni oxuyuram. Butunlukle gozeldir. Amma ele setirler var aglamadan keche bilmirem. Bezilerini yazmaq isteyirem. Olumu, qiyameti yada salan setirler



Ey mənim ixtiyar sahibim, məndən bü dünyada nişanə və iz kəsildikdə, yaratdıqların içrə adım itdikdə, unudulanlar kimi yaddan çıxanda mənə rəhm et.
Ey mənim ixtiyar sahibim, üzüm və halım dəyişilib sümüklərim çürüyən, bədən əzalarım biri-birindən ayrılan zaman mənə rəhm et, qarşımdakı hadisələrdən qafil olduğumdan vay halıma! Ey mənim ixtiyar saibim, qəbrdən çıxıb qaldırıldığım zaman mənə rəhm et, və o günkü gündə yerimi övliyalarınla, hərəkətimi aşiqlərinlə, məskənimi Öz qonşuluğunda qərar ver, ey aləmlərin Rəbbi.
53-cu duadan.

Сообщение отредактировал fidan: 03 декабря 2009 - 16:34

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 03 декабря 2009 - 18:52

Buna oxshar mevzularimiz var. Amma burda isterdim dualarimizdan sevdiyiniz hisseleri, hemishe oxudugunuz, sizi dushunduren, yaxshiliga dogru deyishdiren dualardan bezi setirleri yazasiz.

Bismillah men edim. Hemishe SƏHİFEYİ SƏCCADİYYƏ-ni oxuyuram. Butunlukle gozeldir. Amma ele setirler var aglamadan keche bilmirem. Bezilerini yazmaq isteyirem. Olumu, qiyameti yada salan setirler



Ey mənim ixtiyar sahibim, məndən bü dünyada nişanə və iz kəsildikdə, yaratdıqların içrə adım itdikdə, unudulanlar kimi yaddan çıxanda mənə rəhm et.
Ey mənim ixtiyar sahibim, üzüm və halım dəyişilib sümüklərim çürüyən, bədən əzalarım biri-birindən ayrılan zaman mənə rəhm et, qarşımdakı hadisələrdən qafil olduğumdan vay halıma! Ey mənim ixtiyar saibim, qəbrdən çıxıb qaldırıldığım zaman mənə rəhm et, və o günkü gündə yerimi övliyalarınla, hərəkətimi aşiqlərinlə, məskənimi Öz qonşuluğunda qərar ver, ey aləmlərin Rəbbi.
53-cu duadan.



ALLAH razi olsun baci.

Mene ele gelir ki,biz bezi mezheb sahiblerine neise basa salmagdansa ( onsuzda basa dusmurler ) bu cur movzular acsag daha yaxsi olar.Cunki giyamet gunu here oz halinda olacag, kim kimin arxasiyca gedibse onlarla meshur olacag.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#3 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 04 декабря 2009 - 14:42

Allah sizdən də razı olsun qardaş. Bu dualar o qədər kömək edir insana imanin artmasında, nəfsin təmizlənməsində. Həm də insan ilk öncə özün islah etməsə, özünə nəyisə sübut edə bilməsə, başqasına nə qədər nə sübut edirsən et.

Cümə günü olduğuna gğrə Nüdbə duasından bəzi sətirəri yazmaq istəyirəm. Zühur həsrəti var orda. Həmişə oxuyanda fikirləşirəm Zühur Edənin (a.f.) qarşısına qoymağa bir savabim var ya yox? Amma yenə çox arzulayıram, həm də bilmirəm bu gündən sabaha günahım artacaq ya savabim.

Hərdən baxirsan ayri-ayrılıqda zühurun həsrətində olan insanlar heç nədən bir-birin qırır. Yəqin buna görədir bu qədər şiələrin içində hələ də 313 nəfərimiz yoxdur.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#4 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 04 декабря 2009 - 14:44

Bismillahir–rəhmanir–rəhim
... ...Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim və gizli pıçıltım çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ahü-naləm, şikayətim sənə çatmasın!.Canım sənə fəda olsun, elə bir qaib şəxs ki, bizdən uzaqda deyildir!. Canım fəda olsun sənə ey o uzaqda olan şəxs ki, bizdən uzaqda deyilsən.! Canım fəda olsun sənə, sən müştaq mömin və mö”minələrin arzususan! Onlar səni yad edib nalə ahu-fəğan edirlər. Canım fəda olsun, o kəsə ki, qarşılaşılma mümkün olmayan möhkəm izzətlidir.!Canım sənə fəda olsun, ey o kəs ki, böyük alicənablığa malikdir!Əsla sözlə onunla qarşılaşmaq olmaz. Canım fəda olsun sənə, ey o kəs ki, köhlənməyən ne”mətlər sahibidir ki, həç nə o ne”mətlərə çatmaz.! Canım fəda olsun sənə ey o kəs ki, başında şərafət əmmaməsi var və onun tayı-bərabəri yoxdur! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Və nə vaxta qədər və hansı sözlərlə, münaciatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsinn, mənə çox çətindir ki, mən səni (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr onlara yox, sənə baş versin...
Nüdbə
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#5 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 04 декабря 2009 - 18:55

salam elekuma movzuya gore cox sagol baci .dua cox gozel movzudu İmam Sadiq (e) buyurub ki , dua etmeyi unutmayin cunki dua her derdin dermanidi. baci men en cox ayetil kursunu birde ferec duasini oxuyanda mencun yaxsi olur umumiyyetle bu duallar mene rahatliq verir. :)
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#6 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 04 декабря 2009 - 22:44

ALLAH razi olsun sizden. Her bir muselman bura oz bildiyi dualardan yazsa yaxsi olar.

Mende oz bildiyim dualardan bezilerini elave edeceyem.Eziz baci ve gardaslar men bu dualari gunut ve secdede deyirem.

Rabbena atina fiddunya hasseneten ve fil axireti hasenen ve gina ezabinnar.Begere. 201

Tercumesi:Ey menim ALLAHIM meni bu dunya ve axiret nemetlerinden behremend et.

Innesselati ve nusuki ve mehyaye ve memati lillahi rebbil alemin.Enam.162

Tercumesi:Menim namazimda ibadetim de,heyatim da,olumum de alemlerin Perverdigari olan ALLAH ucundur.

Erebcesin oxusaz daha yaxsi olar,burada herf sefleri ola biler.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#7 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 декабря 2009 - 21:21

Mucir duası ərəbcədən, ən çox xoşladığım dualardandır.
Əsmaül hüsna - Allahın adlarının zikri də insana rahatlıq verir. Telefonda da var, ancaq tv-də (təbii ki, az. tv-ləri deyil!) dinləyəndə (klip şəklində ALLAHın mübarək adları da yazılı) bir başqa ləzzət...

Mucir duası (azəri)
http://al-shia.org/h...alar/mucir1.htm

#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 декабря 2009 - 21:22

ALLAH bütün dualarımızı xeyirlisiylə qəbul eləsin! AMİN!

#9 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 06 декабря 2009 - 00:57

...
Rabbena atina fiddunya hasseneten ve fil axireti hasenen ve gina ezabinnar.Begere. 201
...
Innesselati ve nusuki ve mehyaye ve memati lillahi rebbil alemin.Enam.162


"رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ "


Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənəh. Və qina əzabən-nar.

"إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ"


İnnə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil-aləmin.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#10 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 07 декабря 2009 - 16:32

Allah dualarinizi qebul elesin!

"Pərvərdigara, Səni itirən nəyi tapmişdir və Səni tapan nəyi itirmişdir?" Ərəfə duasindan
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 07 декабря 2009 - 20:30

Allah dualarinizi qebul elesin!

"Pərvərdigara, Səni itirən nəyi tapmişdir və Səni tapan nəyi itirmişdir?" Ərəfə duasindan

:rolleyes: :kacheli: :) çooox sevirəm Ərəfə duasının bu cümləsini.
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#12 MURTEZA

MURTEZA

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 16 декабря 2009 - 23:19

ALLAHUMMERZUQNI SHIFAETEL HUSEYN YOVMAL VURUD!
Sevgili CANAN gelecek,az qalib!

#13 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 17 декабря 2009 - 14:58

Bir momine baci (muellimem) mene bir dua etmişdi:
"Allah səni insanların hidayət olmasında vəsilə qərar versin. "
İndi bu duanı mən özüm edirəm.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#14 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 декабря 2009 - 18:10

Bir momine baci (muellimem) mene bir dua etmişdi:
"Allah səni insanların hidayət olmasında vəsilə qərar versin. "
İndi bu duanı mən özüm edirəm.

AMİN!!! :flowers1:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#15 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 17 декабря 2009 - 19:29

Allah dualarinizi qebul elesin!

"Pərvərdigara, Səni itirən nəyi tapmişdir və Səni tapan nəyi itirmişdir?" Ərəfə duasindan

AMİN!
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#16 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 19 декабря 2009 - 17:03

Belə nəql olunur ki, haqq yolçusu olmaq istəyən bir şəxs.. İlahi övliyalardan birinin yanına gəlib deyir;
--“ Mən haqq dərgahına üz tutmuş bir yolçuyam. Mehriban Allahın hüzuruna hədiyyə olaraq nə aparım?
Axı onun hüzuruna əliboş getmək ədəbsizlik olar.”
Övliya deyir;
--“ Elə bir şey apar ki, orda olmasın,”
Haqq yolçusu təəcüblə soruşur;
--“Orda olmayan şey nədir?”
Övliya deyir;
“Aglar göz”.

Aglaram, var gözümün yaşına əlbətdə səbəb
Aglasam qəlbimin əhvalını gəl sanma əcəb

Xoş o adamın halına ki, özü "öz rövzəsini" oxuya bilir, öz "öz gününə " aglaya bilir.
Həqiqətən də da bu sözlər də nə qədər mənalar var.

İlahi,axı mən də günhakar bəndəyəm.. bəs niyə öz günahlarıma aglaya bilmirəm? Bəs qanım həmişə qara olanda, niyə öz halıma acıya bilmirəm? bəlkə İlahi həqiqətləri görə-görə onlara göz yummuşam, belkə ona görə gözlərim korlaşıb?, bəlkə Haqqın nidasını eşidə-eşidə bu səslərə etinasız olmuşam, ona görə qulaqlarım karlaşıb? Ya Rəbbim, bəs nə üçün mənim qəlbim bu qədər daşlaşıb, gözlərim tutulub,
niyə Səni görüb, səsini eşidə bilmirəm.
Ya Rəbbim! Bəlkə mənim qəlbimə möhür vurubsan?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#17 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 22 декабря 2009 - 00:59

Səhifeyi-Səccadiyyənin hər bir duası hərflə yazılan bir nurdır :goodL:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#18 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 декабря 2009 - 11:02

بِسْــــــمِ اللهِ الَّرحْمنِ الرَّحِيم.
Ey mənim Rəbbim, hüzurumda bir məzluma zülm edilərkən ona yardım etmədiyim üçün Səndən üzr diləyirəm, haqqımda edilən yaxşılığın şükrünü əmələ gətirmədiyim üçün, məndən üzr istəyib üzrlərini qəbul etmədiyim üçün, məndən istəyi olan fəqirdən öz istəyimi üstün bildiyim üçün, mö’minin öhdəmdə qalıb ödəmədiyim haqqına görə, eybi mənə aşkar ikən mö’minin eybini gizlətdiyim üçün, qarşıma çıxıb mənimdə ondan uzaqlaşmadığım hər bir günaha görə Səndən üzr diləyirəm.
İlahi! Bütün bunlardan və bunlara bənzər şeylərdən Səndən peşimanlıqla pərişan könüllə üzr diləyirəm, bir üzr ki, məni gələcəkdə bu kimi işlərdən saxlasın.
Belə isə Muhəmməd və onun soyuna salam yetir və düçar olduğum xətalara olan peşmanlığımı qarşıma çıxan günahları tərk etməyi alacağımı mənim üçün tövbə qərar ver ki, Sənin eşqinə səbəb olsun , ey tövbə edənləri sevən!
Səhifeyi Səccadiyyə 38-ci dua

:goodL:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#19 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 13:12

Dua, enməkdə olan və hələlik enməyən bəlaların da qarşısın alır. İmam Zeynəl-Abidin (ə.s.)

TƏVƏSSÜL duası. mp3
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#20 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 13:14

KUMEYL duası. mp3
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#21 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 13:14

NÜDBƏ duası. mp3
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#22 Coldunya

Coldunya

    Mulazzim – lieutenant

  • Murid
  • 337 сообщений

Отправлено 18 февраля 2010 - 13:47

Rəbbim, könlümdə olanı haqqımda xeyirli eylə, haqqımda xeyirli olanı könlümə razı eyle!
Хорошо быть черепахой – всю жизнь тащишься.

#23 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 26 февраля 2010 - 22:33

NÜDBƏ duası. mp3

En xoshum galan dualardandi. Mashaallah bacim

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#24 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 февраля 2010 - 22:36

Rəbbim, könlümdə olanı haqqımda xeyirli eylə, haqqımda xeyirli olanı könlümə razı eyle!

ƏHSƏN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#25 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 27 февраля 2010 - 00:18

ĞƏRİQ duası ən xoşuma gələn dualardandır.
Abdulla ibn Sənan: «İmam Sadiq (ə) buyurmuşdur: «Tezliklə elə bir şübhəyə düçar olacaqsınız ki, (doğru) yol tapmaq üçün nə bir nişanə görəcəksiniz, nə də bir rəhbər sizi (doğru yola) hidayət edəcək. O şübhədən yalnız qəriğ duası oxuyan kəs nicat tapacaq». Ərz etdim: «Qəriq duası necədir?» Buyurdu:«Belə deyərsən: Ya Allahu, ya rəhmanu, ya rəhim. Ya muqəllibəl qulub. Səbbit qəlbi alə dinəkə». (Yəni, ey Allah, ey bağışlayan, ey mehriban! Ey qəlbləri dəyişdirən! Mənim qəlbimi öz dinində sabit və möhkəm et). (Kəmalud-Din, səh.352, hədis 49)
  • Shemsi это нравится

#26 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 28 марта 2010 - 20:02

Salamlar hamıya! ALLAH olunan dualarınızı qəbul eləsin!

Bu da məndən hədiyyə!

Bu dua borcların qaytarılması niyyətilə sübh namazından sonra gündə 110 dəfə oxunur. Duanın əvvəlində və axırında Salavat şərtdir!
Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Allahummə əğnini bi həlalikə ən həramik və bi fəzlikə əmmən sivak. Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.  


HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#27 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 31 мая 2010 - 21:58

Salamlar hamıya! ALLAH olunan dualarınızı qəbul eləsin!
SALVAT DUASI :
Sübh namazından sonra və gün batmamışdan əvvəl 3 dəfə oxunur. Bu duanı 3 dəfə oxumaq 30.000. salavata bərabərdir.
Bismillahir rəhmanir rəhim.
“Əllahummə səlli əla seyyidina nəbiyyina MUHƏMMƏDIN və alihi məxtulifəl mələvan və təaqubəl əsran və kərrəl cədidan vəstəqbələl fərqədan və bəlliğ ruhəhu və ərvəhə ƏHLI BEYTIHI minnit təhiyyəti vəssələm.”

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#28 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 31 мая 2010 - 22:01

Bu da qarşıdan gələn Rəcəb ayı münasibətilə hədiyyə!
Rəcəb ayının gündəlik duası
Ya mən ərcuhu li kulli xəyrin, və amənu səxatəhu ində kulli şərr.
Ya mən yu`til kəsira bil qalil.
Ya mən yu`ti mən sə-ələhu.
Ya mən yu`ti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rahmətən.
Ə`tini biməs`ələti, iyyakə cəmi`ə xəyriddunyə və cəmi`ə xəyril axirah.
Vəsrif ənni biməs`ələti, iyyakə cəmi`ə şərrid dunyə və şərril axirah.
Fə innəhu ğayru mənqusin mə ə`təytə, və zidni min fəzlikə ya kərim.

Sol əlinlə başını və ya saqqalını tut və sağ əlinin şəhadət barmağını qibləyə tərəf yönəldərək, xuzu və xuşu halında de:
Ya zəl cəlali vəl ikram. Ya zənnə mə`i vəl cud.
Ya zəl mənni vəttə`uli, hərrim şəybəti ələnnər.

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#29 Emil

Emil

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 35 сообщений

Отправлено 31 июля 2010 - 06:49

Salamlar hamıya! ALLAH olunan dualarınızı qəbul eləsin!
SALVAT DUASI :
Sübh namazından sonra və gün batmamışdan əvvəl 3 dəfə oxunur. Bu duanı 3 dəfə oxumaq 30.000. salavata bərabərdir.
Bismillahir rəhmanir rəhim.
“Əllahummə səlli əla seyyidina nəbiyyina MUHƏMMƏDIN və alihi məxtulifəl mələvan və təaqubəl əsran və kərrəl cədidan vəstəqbələl fərqədan və bəlliğ ruhəhu və ərvəhə ƏHLI BEYTIHI minnit təhiyyəti vəssələm.”


As-Salamu Aleykum Va Rahmatullahi Va Barakatuh.

Zəhmət olmasa, bu duanın tərcüməsini qeyd edə bilərsiniz?

Allah sizdən olsun, inşa`Allah.

#30 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 31 августа 2010 - 23:22

Bu da qarşıdan gələn Rəcəb ayı münasibətilə hədiyyə!
Rəcəb ayının gündəlik duası
Ya mən ərcuhu li kulli xəyrin, və amənu səxatəhu ində kulli şərr.
Ya mən yu`til kəsira bil qalil.
Ya mən yu`ti mən sə-ələhu.
Ya mən yu`ti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rahmətən.
Ə`tini biməs`ələti, iyyakə cəmi`ə xəyriddunyə və cəmi`ə xəyril axirah.
Vəsrif ənni biməs`ələti, iyyakə cəmi`ə şərrid dunyə və şərril axirah.
Fə innəhu ğayru mənqusin mə ə`təytə, və zidni min fəzlikə ya kərim.

Sol əlinlə başını və ya saqqalını tut və sağ əlinin şəhadət barmağını qibləyə tərəf yönəldərək, xuzu və xuşu halında de:
Ya zəl cəlali vəl ikram. Ya zənnə mə`i vəl cud.
Ya zəl mənni vəttə`uli, hərrim şəybəti ələnnər.


Salamun aleykum! Salama layiq olanlara Salam olsun!

ALLAHA şükürlər olsun ki, indi hamının Qədr gecəsinin əməllərindən xəbəri var!  Bir vaxt mən bu əməlləri Ocaq Nejat ağanın kitabından tapdım və evdə olub məscidə gedə bilməyən xanımlar yadıma düşdü. Ona görə də belə qərara gəldim ki, belə bir yazını toplayıb düzəldim ki, imkanı olmayanlar ev şəraitində bu əməlləri yerinə yetirə bilsinlər. Bəlkə yadlarına düşsək, bizi də dua edərlər. Buna ümidlə -- Saqi_73.

QƏDR GECƏSININ ƏMƏLLƏRI
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: “Əhya gecəsinin qüslünü edirəm: qürbətən iləllah.” Bu qüslün böyük savabı vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “Ilahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.”
3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.” 
4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və məğrib namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: “Qədr gecəsinin namazını qılıram: qürbətən iləllah.” Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə Ixlas (Qul huvəllahu) surəsi oxunulmalıdır. Namazı qurtaran kimi fasiləsiz alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.
Imam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.”
5) Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. 
Qədr gecəsinin duasını oxumaq:
 “Əllahummə inni əs`əlukə bikitabikəlmunzəli.Və ma fihi və fihis-mukəl-əkbaru və əsmaukəl-husna.Və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minənnar.” Yəni: “Ey ALLAH, səndən xahiş edirəm nazil olan əzəmətli kitabının hörmətinə və onda nazil etdiyin hər bir şeyə, bir halda ki, onda Sənin böyük adın və habelə gözəl adların və hər bir savaba ümid yaradıb günahdan qorxudan ayələrin var, məni Cəhənnəmin odundan azad olunmuşlardan qərar ver.”  
Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğımbər (s) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər. (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)”
Quranı başına qoyub belə desin: 
“Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi mən ərsəltəhu bihi və bihəqqi kulli mu`minin mədəhtəhu fihi və bihəqqikə əleyhim fəla əhədə ə`rəfu bihəqqikə mink.” Yəni: “Ey ALLAH Səni and verirəm bu Quranın haqqına və O, kəsin hörmətinə ki, Sən bu Quranı Ona nazil etmisən və hər bir bəyənilmiş möminlərin ehtiramına ki, sən onları Quranda tərifləmisən. Səni and verirəm onların olan haqqına, yəqin ki, Sənin haqqını özündən yaxşı tanıyan bir kəs yoxdur.”  
Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm.” 
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Məhəmmədin(s) (10 dəfə)
3. Bi Əliyyin(ə) (10 dəfə)
4. Bi Fatimətə(ə) (10 dəfə)
5. Bil Həsəni(ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əliyyibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Məhəmməd ibn Əli (10 dəfə)
9. Bi Cəfər ibn Məhəmməd(ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər(ə) (10 dəfə)
11. Bi Əliyyibn Musa(ə)(10 dəfə)
12. Bi Məhəmməd ibn Əli (10 dəfə)
13. Bi Əliyyibni Məhəmməd(ə)(10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Höccəti(ə) (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
Burada bir hədisi qeyd etməyi lazım bilirəm. Həzrət Ibrahim peyğəmbəri tonqalın içinə atdıqdan sonra Nəmrudun mühasibini xəzinənin hesabı əskik gəldiyinə görə tutdular. Mühasib təqsirkar olmadığını nə qədər dedisə, bütlərə nə qədər and içdisə, xeyri olmadı. Öz canına, balalarının canına və Nəmrudun canına and içdi, yenə xeyri olmadı. Nəmrud ona inanmadı, əmr etdi ki, onu da Ibrahim (ə)-ın yanına, tonqala atsınlar. Mühasib gördü ki, əli hər yerdən üzülüb, çarəsiz qalmışdır. Odur ki, tonqala atılarkən fikrini cəmləyib Allahı bir dəfə ürəkdən səslədi. Allah-təala mələklərə ona nicat verməyi əmr etdi. Mələklər dedilər: “Ilahi! O, kafirdir və səni inkar edir. Niyə ona nicat verirsən?”
Allah-təala buyurdu: “O, kafir də olsa, mənim adımı bir dəfə dilinə gətirdi. Elə buna görə də onun harayına yetişin!”  
6) Imam Əli (ə) və Imam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rükət müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8) Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək. (Allahummə səlli əla Məhəmmədin və ali Məhəmməd.)
Bismillahir rəhmanir rəhim
Əllahummə kulli Vəliyyikəl-Huccətibnil-Həsən (sələvaَtukə ələyhi və əlaَ Aَbaَihi) fi haَzihis-saَəti və fiِ kulli saَəti, vəliyyən və haَfizən və qaidən və naَsirən! Və dəlilən və əynənَ! Həttaَ tuskinəhu ərzəkə tauən və tuməttiəhu fihaَ təvilaَ! 

Yəni: “Ey ALLAH Sənin dostun sayılan bizlərə vilayət sahibi Hüccət İbnil Həsən İmami zaman Salavatullahi və Salamuhu Əleyhi bu saatda və hər bir saatda sahib və hafiz ola və Onun üçün gözəl yol göstərən və yardım edən ol.O vaxta qədər ki, onu yer üzündə məskunlaşdırıb, ədalət hökuməti ilə uzun müddətlərlə nemətləndirəsən.”
9) Cövşən-kəbir duasını oxumaq.
10) Həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə “Allahumməl`ən qətələtə əmirilmu`minin.” (Yəni: “Ilahi, Əli (ə)-ın qatillərinə lənət et.”)
11) Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək.
Bu əməlin mənası belədir: insan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.”
Burada bir incəliyi qeyd etməyi lazım bilirəm. Bu gecə insan təmiz ürəklə Allahdan günahlarının bağışlanmasını istəsə, Allah onu bağışlayar və tövbəsini qəbul edər. Tövbəsi qəbul olan şəxsin də duaları və ya dualara amin deməsi tez qəbul olar. 

Lütfən, dualarınızda  biz günahkar bəndənin də  günahlarının bağışlanması üçün dua edin! ALLAH ibadət və itaətlərinizi qəbul etsin! AMİN!


HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru