Перейти к содержимому

Фотография

Represiya qurbanlari

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 15

#1 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 07 декабря 2009 - 16:59

Mikayıl Müşfiq

HƏYAT SEVGİSİ

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?

Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?

Həyat dedikləri bu keçməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim? ardi
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#2 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 07 декабря 2009 - 17:07

Hüseyn Cavid haqqinda

Get

Mana anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm mən səni, get! Hər sözün əfsanə imiş.
Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!..
Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kimi divanə imiş.
Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!
Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim!.. Ah... könül ruhuna biganə imiş.
Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!
Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 марта 2010 - 15:30

Hər iksi sevdiyim şairlərdəndir son dövrlərin. Çox təəssüflər olsun ki, onları repressiyaya göndərənləri dahi adlandıranlar var.

#4 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 23 марта 2010 - 15:49

Hər iksi sevdiyim şairlərdəndir son dövrlərin. Çox təəssüflər olsun ki, onları repressiyaya göndərənləri dahi adlandıranlar var.

Ayrı - ayrı insaların faciəsi 37 - cı illərdən çox - çox qabaqlar da olub bu gün də var. Ayrı - ayrı insanların faciəsindən şou - lar düzəltməyə qalsa bu gün elə repressiya şouları yaratmaq olar ki !
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#5 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 марта 2010 - 16:15

Hər iksi sevdiyim şairlərdəndir son dövrlərin. Çox təəssüflər olsun ki, onları repressiyaya göndərənləri dahi adlandıranlar var.

Ayrı - ayrı insaların faciəsi 37 - cı illərdən çox - çox qabaqlar da olub bu gün də var. Ayrı - ayrı insanların faciəsindən şou - lar düzəltməyə qalsa bu gün elə repressiya şouları yaratmaq olar ki !

Onda uzan asfaltın ustunə"xarakiri elə" .Bura bax,bir də offtop eləsən səndən "repressiya qurbanı " duzəldəcəm! Pafos qaldi "bakılılarda", indi isə movzulara ramən diskussiya apar! Siyasi biliyinin vəAZƏRBAYCANCILIQ ideyalarının Mutəllibovla BAŞLANIB -QURTARMAĞINA nə vaxtsa peşiman ola bilərsən!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 марта 2010 - 16:19

Hər iksi sevdiyim şairlərdəndir son dövrlərin. Çox təəssüflər olsun ki, onları repressiyaya göndərənləri dahi adlandıranlar var.

Ayrı - ayrı insaların faciəsi 37 - cı illərdən çox - çox qabaqlar da olub bu gün də var. Ayrı - ayrı insanların faciəsindən şou - lar düzəltməyə qalsa bu gün elə repressiya şouları yaratmaq olar ki !

Söhbət dahiləri repressiyaya göndərən "dahi"dən gedir. Düzdür faciələr olub. Amma minlərlə ziyalının repressiyası tarixdə nadir hadisələrdəndir.

#7 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 23 марта 2010 - 19:50

o minlərlə ziyalı dedikləriniz yalnız Azərbaycanamı aiddir, yoxsa bütün Sovet İttifaqınamı?
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#8 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 марта 2010 - 23:11

Hər iksi sevdiyim şairlərdəndir son dövrlərin. Çox təəssüflər olsun ki, onları repressiyaya göndərənləri dahi adlandıranlar var.

Ayrı - ayrı insaların faciəsi 37 - cı illərdən çox - çox qabaqlar da olub bu gün də var. Ayrı - ayrı insanların faciəsindən şou - lar düzəltməyə qalsa bu gün elə repressiya şouları yaratmaq olar ki !

Söhbət dahiləri repressiyaya göndərən "dahi"dən gedir. Düzdür faciələr olub. Amma minlərlə ziyalının repressiyası tarixdə nadir hadisələrdəndir.

o minlərlə ziyalı dedikləriniz yalnız Azərbaycanamı aiddir, yoxsa bütün Sovet İttifaqınamı?

II dünya müharibəsində necə ki, Azərbaycan xalqını böyük sürgündən xilas etmişdi, eləcə də repressiya qurbanlarını xilas edə bilməzdimi? Halbuki, bir ziyalı bəlkə də min nəfər sadə əhalidən üstündür. Xalqa yön verən də məhz ziyalılardır

#9 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 23 марта 2010 - 23:59

Ahmad Javad.
Allah rahmat elasin

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#10 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 24 марта 2010 - 09:39

Yusif Vəzir Cəmənzəminli.
ALLAH RƏHMƏT ELƏSİN!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#11 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 26 марта 2010 - 22:29

Ahmad Javad.
Allah rahmat elasin

Əhməd Cavad Müsavat Partiyasının üzvü olub, bu partiya isə Sovet quruluşuna qarşı mübarizə aparıb. Sizcə başqa ölkələrdə bu dövlətin əkeyhinə mübarizə aparan insanların başına tumar çəkirlər ki?!
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#12 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 26 марта 2010 - 22:35

Hər iksi sevdiyim şairlərdəndir son dövrlərin. Çox təəssüflər olsun ki, onları repressiyaya göndərənləri dahi adlandıranlar var.

Ayrı - ayrı insaların faciəsi 37 - cı illərdən çox - çox qabaqlar da olub bu gün də var. Ayrı - ayrı insanların faciəsindən şou - lar düzəltməyə qalsa bu gün elə repressiya şouları yaratmaq olar ki !

Söhbət dahiləri repressiyaya göndərən "dahi"dən gedir. Düzdür faciələr olub. Amma minlərlə ziyalının repressiyası tarixdə nadir hadisələrdəndir.

o minlərlə ziyalı dedikləriniz yalnız Azərbaycanamı aiddir, yoxsa bütün Sovet İttifaqınamı?

II dünya müharibəsində necə ki, Azərbaycan xalqını böyük sürgündən xilas etmişdi, eləcə də repressiya qurbanlarını xilas edə bilməzdimi? Halbuki, bir ziyalı bəlkə də min nəfər sadə əhalidən üstündür. Xalqa yön verən də məhz ziyalılardır

yaxşı olardı ki siz həm də əliheydər qarayevləri, həmid sutanovları, qəzənfər musabəyoları və sairəni də unutmayasınız. Bu insanlar inqilabın ilk illərində Trotskinin saxta ideyalarına əsaslanaraq Azərbaycanda o qədər yaramaz işlər həyata keçirmişdilər ki...

Nəriman Nərimanovu bəyəm bu insanlar Azərbaycandan didərgin salmamışdılar ki? Və yaxud da İ.V.Stalin Məmməd Əmin bəyi kimlərdən qorumağa çalışırdı ki?!

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 09 апреля 2010 - 15:22

Mikayıl Müşfiq

SEVGİLƏR

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Сообщение отредактировал fidan: 09 апреля 2010 - 15:23

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 19 июня 2010 - 15:19

BƏKİR ÇOBANZADƏ
(1893-1937)

Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, şair, dilşünas, 1934-cü ildən ildən AYB-nın üzvü, f.e.d. (1920), professor (1922).

1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olmuşdur. Türkiyə Qalatasaray Liseyi - «Sultaniyyə»də təhsil almışdır (1908-1918). İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini öyrənmişdir. Sonra Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyasını müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan «Şərq» qəzetinin redaktoru, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri (1920-1922), Krım Universitetinin rektoru, Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri, ADU-da Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan (1924-1929), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri (1929) vəzifələrində işləmişdir.

«Türk dili və ədəbiyyatının tədrisi üsulu» (1926), «Türk dili» (1929), «Türk dili və ədəbiyyatının tədrisi üsulu (I, II hissələr) (1926, 1927), «Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə» (1930) və s. kitabların müəllifi olmuşdur.

1937-ci il oktyabrın 3-də cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#15 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 июля 2010 - 12:02

ƏLİ NAZİM
(1906-1941)

Mahmudzadə Ələkbər Mahmud oğlu – tənqidçi, ədəbiyyatşünas, 1934-cü ildən AYB-nın üzvü.

1906-cı ildə Jənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. Bakıda pedaqoji texnikumu bitirib Leninqrad İnstitutuna daxil olmuşdur (1925). Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi olmuşdur (1927-1932). Azərbaycan Elmi-Tədqiqat İnstitutu ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışmışdır. Orta məktəbin yuxarı sinif şagirdləri üçün ədəbiyyat müntəxabatı tərtib etmiş, Hənəfi Zeynallı ilə şərikli dərslik də hazırlamışdır (1936). O, «Ədəbiyyat ensiklopediyası»nın redaktoru, Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və əbədi mətbuat orqanı redaksiya heyətinin üzvü olmuşdur.

«Seçilmiş əsərləri» nəşr olunmuşdur (1979).

1941-ji ildə Bakıda vəfat etmişdir.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#16 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 июля 2010 - 12:04

ÖMƏR FAİQ
(1872-1937)

Nemanzadə Ömər Faiq — publisist.

1872-ci il mayın 24-də Gürcüstanın Tiflis quberniyasının Axalsix uyezdinin Azqur kəndində anadan olmuşdur. Türkiyədə İstanbulun «Fateh» dini məktəbinə daxil olmuş, sonra «Darüşşəfəq»ə dəyişilmiş, oranı bitirmişdir. Nuxa, Şamaxı, Gəncə şəhərlərində müəllimlik etmişdir (1894-1903). Tiflisdə «Şərqi-rus» qəzeti redaksiyasının əməkdaşı, «Molla Nəsrəddin» jurnalının mühərriri olmuşdur.

Bakıda «Zəhmətkeşlərin gözü» jurnalının redaktoru, Gəncə kənd təsərrüfatı texnikumunun direktoru vəzifəsində çalışmışdır.

«Dəvəti-nəşri-asarə» (1905), «Üçüncü il» (1927), «Əsərləri» (1983), «Xatirələrim» (1985), «Seçilmiş əsərləri» (1992) kitablarının müəllifi olmuşdur.

1937-ci il iyulun 16-da cəza tədbirləri dövründə həbs edilmiş, həmin ilin oktyabr ayının 10-da güllələnmişdir.

P.S. Mövzuya aid sadəcə bir kəlmə deyə bilirəm.. Heyif onlardan...

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru