Müsahibədən əvvəl gəlin bəyimizlə gəlinimizi tanyaq:
Vüqar Cəfərov
Vüqar Cəfərov 1976-cı ildə Azərbaycanda anadan olub. Orta təhsilini Türkiyənin imam-hatib liseylərindən birində alıb. Məzun olandan sonra Ankara Universitetinin hüquq fakültəsinə qəbul olub. Fakültəni əla dərəcəylə bitirəndən sonra təhsilini magistraturaya daxil olmaqla davam etdirib. Hazırda həmin Universitetin eyniadlı fakültəsinin doktorantı olsa da, təhsilini ABŞ-da davam etdirir. Yaşadığı ölkədə özəl bir hüquq firmasında çalışır.
Lorena Cəfərov
Lorena 1976-cı ildə Kolumbiyada dünyaya gəlib. Orta təhsilini katolik rahibə məktəbində alıb. Daha sonra ölkənin ən tanınmış Universitetlərindən birinin dizaynerlik fakultəsinə qəbul olub. Lakin ABŞ-a köçmək istəkləri təhsilinin yarımçıq qalmasına səbəb olub. ABŞ-a yerləşəndən sonra təhsilini davam etdirən Lorena axırıncı kursda oxuyur. Bununla birlikdə özəl sığorta şirkətlərindən birində çalışır. Ailə həyatı qurandan sonra həyat yoldaşının soyadını götürüb. Qeyd edək ki, soyadların sonluğu ilə bağlı ABŞ-da bir qayda olmadığı üçün Lorenanın soyadı da sadəcə Cəfərov olub.

resurs