Перейти к содержимому

Фотография

Mirzə Fətəli Axundov

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 29

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 14 декабря 2009 - 20:37

Fidan

Amma her ikisinin eserleri ve fikirleri chox deyerlidir. Axundovun eserleri ise dine deyil, movhumata qarshidir.

Zəhmət olmasa Axundov barəsində olan fikirlərinizi konkret faktlarla əsaslandırasınız?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 15 декабря 2009 - 17:12

Zehmet niye olur? Meselen ele Dervish Parisi partladir filmi. Bunu ona gore misal chekirem ki, Hekayeti Musyo Jordan ve Dervish Mesteli shah-i oxumayanlar olsa da, bu filme hami baxib. Orda Dervishin emelleri, xanimlarin da bu caduya inanmalari.

Bu saytda da maraqli melumatlar var
http://www.anl.az/el/k/k001/mfa001.htm

Сообщение отредактировал fidan: 15 декабря 2009 - 17:15

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#3 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 15 декабря 2009 - 21:35

Axundovun eserleri ise dine deyil, movhumata qarshidir.

Əski əlifbanın latın əlifbası ilə əvəz edilməsi mövhumata qarşı bir əməl olub, yoxsa İslam dininə qarşı?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 15 декабря 2009 - 22:03

palchiq məzh mən də o sualı vermək istəyirdim. C.Məmmədquluzadə və Axundovu müdafiə edənlərə. Məgər ərəb qrafikası qalsa idi, biz geridəqalmış xalq olacaqdıq? Belə çıxır ki biz 13 əsr geridə qalmışdıq ki...
Onların siyasəti, dünyaya kim ağalıq edir onlarla yaxın olaq, yəni əgər indi ÇİN olsa idi dünya lideri və həmin "şəxsiyyət"lər də yaşasa idilər, onların yəqin ki fikri olardı ki, çin qrafikasına keçək

#5 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 15 декабря 2009 - 23:54

Bilirsiniz,onların tərəfini saxlamıram,amma qismən də olsa onları başa düşürəm.Çünki o vaxtki zəmanədə din-islam çox təhrif olunmuş şəkildə idi,onun vasitəsi ilə bütün çirkinliklərə din donu geyindirib,xalqı din adı ilə qul etmişdilər.O vaxtkı "mollalar,ruhanilər" haqda danışmaq belə istəmirsən.Dini nə günə qoyub,camaatı dinə dəvət etməkdən uzaqlaşdırırdılar,hamısı da öz əməlləri ilə. Axundov kimi imanı zəif olan bir insan da bu mühitdə böyüyüb,Vazehin köməkliyi ilə, onlara öz etirazını bu dindən dönməklə göstərib.

...Axundov məşhur Azərbaycan şairi M.Ş.Vazehdən xəttatlığı öyrənir. Tezliklə Mirzə Şəfi ilə şagirdi arasında yaxın dostluq əlaqəsi yaranır. Öz tələbəsinin nadir istedada və ağıla mənsub bir gənc olduğunu görüb,
M.Ş.Vazeh onunla açıq söhbət aparır, Fətəliyə dini-sxolastik təhsilin “puçluğunu”
və gərəksizliyini açıb göstərir, ruhanilərin “riyakar və şarlatan” adamlardan ibarət olduğunu söyləyir. Mirzə Fətəli “Tərcümeyi-hal”ında yazır ki, M. Şəfi ilə aparılan söhbətlərin təsiri altında onun “gözlərindən qəflət pərdəsi götürülür” və o, ruhani olmaq fikrindən birdəfəlik əl çəkib, ömrünü dünyəvi elmləri öyrənməyə həsr etmək qərarına gəlir.

Düzdür sonucda onlara bir şey edə bilməyib,nə edibsə özünə edib.Həyatı da acınacaqlı keçib,13 övladından 2-sini böyüdə bilib...
Onun haqqında bir kitabda oxumuşdum ki,axırda,ölüm yatağında ikən o, peşmançılığını bildirir.
Birdə maraqlısı odur ki,bu iki insan dindən dönsələr də,son mənzillərinin iqamətgahını müsəlman qəbirstanlığını seçirlər:)

Öz vəsiyyətinə görə o, Tiflisdə müsəlman qəbiristanlığında, sabiq müəllimi və dostu M.Ş.Vazehin qəbri yaxınlığında dəfn olunmuşdur.

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#6 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 16 декабря 2009 - 16:10

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

P.S: Müsəlman qəbristanlığında qeyri-müsəlman yatmaqdansa, qeyri-müsəlman qəbrstanlığında müsəlman yatmaq daha yaxşıdır məncə :gizildish:

#7 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 16 декабря 2009 - 23:34

Möminə xanım, indi də həmin dövrdəki kimi cahilliklər var. Məsələn, İndi kimsə gedib Quranla fala baxırsa, kiminsə haqqı varmı məni və bütün müsəlmanları təhqir etsin?!

P.S: Müsəlman qəbristanlığında qeyri-müsəlman yatmaqdansa, qeyri-müsəlman qəbrstanlığında müsəlman yatmaq daha yaxşıdır məncə :)

:)

O dövrki dini maarifliklə bu dövrki dini maarifliyin arasında böyük fərq var axıı :flowers1:
Həm də dövlət adamları dindən,ruhanilərdən sui-istifadə etmirlər,o dövrdəki kimi :goodL:
Yenə də deyirəm,bunlara heç bir vəchlə bəraət qazandırmıram,amma faktları,səbəbləri də qeyd eləməyə bilmirəm,çünki şəxsən mənə də bu təsir göstərə bilərdi,amma şükr ki, göstərməyib :)
Həm də dediyim kimi,bu insanların imanı göründüyü kimi naqis olub :shades:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#8 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 17 декабря 2009 - 14:07

Bilirsiniz,onların tərəfini saxlamıram,amma qismən də olsa onları başa düşürəm.Çünki o vaxtki zəmanədə din-islam çox təhrif olunmuş şəkildə idi,onun vasitəsi ilə bütün çirkinliklərə din donu geyindirib,xalqı din adı ilə qul etmişdilər.O vaxtkı "mollalar,ruhanilər" haqda danışmaq belə istəmirsən.Dini nə günə qoyub,camaatı dinə dəvət etməkdən uzaqlaşdırırdılar,hamısı da öz əməlləri ilə. Axundov kimi imanı zəif olan bir insan da bu mühitdə böyüyüb,Vazehin köməkliyi ilə, onlara öz etirazını bu dindən dönməklə göstərib.

Siz bu adamarı zəif imanlı şəxs kimi qələmə verirsiniz..
Halbuki, bu şəxslərin hədəfində böyük İslam dini olub..
İmani zəif olan adamda bilirlər ki, Allah-teala Quran-kerimdə münafiqler ve cehaletde olan insanları keskin şəkildə pisləyir və onları cəhənnəm alovu ilə təhdid edir.

və Quran-kərimdə da "Münafiqun" surəsinin nazil olması..buna əyani sübut ola bilər
Əgər bu şəxslər mövhumata qarşı mübarizə aparırdılarsa ..bu başqa məsələ...
amma, biz görürük ki, onlar mövhumata qarşı deyil..bütövlükdə islam dininə qarşı mübarizə aparırdılar.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 17 декабря 2009 - 14:49

Ümumiyyətlə, ziddiyyətli şəxsiyyət olub. Azərbaycan ədəbiyyatında çox yeniliklər edib.
Axundovun dini görüşləri əsasən "Kəmalüddövlə məktubları" əsərində daha aydın olur. Məşhur 6 dramında islama qarşı yox, xurafata qarşı çıxır. Fəlsəfi məktublarında isə konkret ateizm düşüncəsi yoxdur.

Mirzə Şəfinin yaradıcılığını və şəxsiyyətini araşdırmaq isə daha çətindir. Ömrü boyu məscid hücrələrində yaşayan bir insandır. O da ateist olmayıb, əsərləri də dilimizdə gəlib çatmayıb. 3 dəfə tərcümədən sonra qayıdıb gəlib Azərbaycan dilinə.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#10 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 декабря 2009 - 18:02

6 əsərinin heç birində oxuyub dinsizlik görməmişəm. Kəmalüddövlə məktublarını bəzi yerlərində nələrsə var.

Ümumiyyətlə isə maariflənmədə böyük rolu olub. Dramaturgiyanın banisidir. Onu neçə-necə qəlbində özu boyda qara möhür olan şeyx nəsrullahlara dəyişmərəm. Özündən sonra da təsiri böyük olub, amma dinsizlikdə deyil, ədəbiyyatımızın inkişafında

Сообщение отредактировал fidan: 17 декабря 2009 - 18:02

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 19 декабря 2009 - 20:58

Bu mövzuda xanım uzerlərin bir-birlərini sətiraltı müdafiə etmələri təqdirə layiq haldır.
amma ne etmek ...

heqiqet naminə demək lazidir ki, bu şəxslər İslam dininə qarşı mübarizə aparılar.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#12 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 19 декабря 2009 - 21:04

Sabir də xürafata qarşı mübarizə aparıb. Amma onunla bunlar arasında böyük fərq var.

Bəlkə də artıq əsərlərinə keçmək vaxtıdır, əqidələrini müzakirədən... Kimsə əqidəsindən çox, əsəri ilə maraqlana bilər. Bir insanın dinsiz olması həmin insanın heç vaxt doğru söz deməyəcəyi anlamına gəlməz. Sadəcə o sözləri puç eliyər...

#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 декабря 2009 - 23:27

Bu mövzuda xanım uzerlərin bir-birlərini sətiraltı müdafiə etmələri təqdirə layiq haldır.
amma ne etmek ...

heqiqet naminə demək lazidir ki, bu şəxslər İslam dininə qarşı mübarizə aparılar.

palçıq qardaş fikirlərinizə hörmətim var. Amma əgər burda xanımların hansisa fikirləri üst-üstə düşürsə, bu o demək deyil biz-birimiziə fikir bildiririk. Bu mövzuya münasibətdir. bizim fikirlər başqa bir mövzuda fərqli də ola bilər. Və ümümiyyətlə dostluq başqa forumda mövzuya münasibət başqa.)))) biz malı mala qatmırıq)))) Uruslar demişkən дружба-дружбой, а служба - службой.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 декабря 2009 - 18:19

Kiməsə kafir, dinsiz damğası vurmazdan əvvəl səbr edib düşünmək lazımdır. Çox ağır ittihamdı, hamımız səbəbni bilirik. Hələ hələ bu insanlar bizim zamanımızda yaşamırsa, onlarla canlı ünsiyyət mümkün deyilsə, əlimizdə olan materiallar onu ittiham etmək üçün kifayət deyildə 100 dəfə artıq diqqətli olmalıyıq.

Mirzə Fətəli Axundov əlifba məsələsi üzərində 10 ildən artıq işləyib. Kiçik yaşlarından ərəb fars dillərində təhsilini alıb, 20 yaşından sonra rus dilini öyrənməyə başlayıb. Yəni ən azı 20 illik ərəb fars təhsili var. Bu adam şəxsi təcrübəsindən bilir ki, ərəbi farsı mükəmməl bilən şəxs belə tanış olmayan mətni oxumaq üçün nə qədər əmək və diqqət qoymalıdır.

Avropa üslublu əlifbanı isə öyrənmək üçün zehinli uşağa 2 ay vaxt lazımdı, hətta bəlkə daha az. Həm də 1 dəfə öyrənməklə, istənilən mətni oxumaq olar. Şəxsi fikrim olaraq deyirəm ki, əlifba dəyişikliyi milləti xalqı çox böyük zərbə qarşısına qoyur və onun çox əsrlik mədəni-elmi-ədəbi irsindən uzaqlaşdırır, məhrum edir, ayırır. Ən vacibi də Quran əlifbası olduğundan ərəb əlifbasını bilməyimiz bizə vacibdir. Lakin həmin dövr üçün islam dünyasının geridə qalmasının səbəblərindən biri kimi, Axundov əlifbanı görürdü və həyatının çox hissəsini yeni əlifba yaratmağa və onu dəyişmə uğrunda mübarizəyə sərf etdi.

Lakin hələ Tiflisdə işlədiyi zamanlarda İranın Tiflisdə vəziri muxtarı (səfiri) olan Mirzə Hüseyn Xan Mirzə Fətəli Axundovun əsərlərində əsas tənqid hədəfinin məkan olaraq İran ərazisi və obraz olaraq isə İran padşahları və dini xurafat olduğunu bildiyi ona düşmən kəsilir ("Aldanmış Kəvakib"). Bir şeyi də qeyd edim ki, "Hekayəti vəziri xani Lənkəran"ın əvvəlki adı "Hekayəti vəziri xani Sərab" idi. Axundov bunları ədəbi əsər kimi yazırdı, bu cür xırdaçı hisslərdən uzaq. Sonrakı dövrlərdə Mirzə Hüseyn Xan İstanbula İranın konsulu keçir və nəticədə elə alınır ki, Axundov Rumelinə Osmanlı padşahının qəbuluna gedir, hazırladığı əlifbanı ona təqdim edir və ondan çox dəyərli mükafatlar alır. Bu zamanlar Mirzə Hüseyn Xanın evində də qonaq olar qalır və burda onun Mirzə Fətəliyə qarşı olan nifrəti üzə çıxır.

M. Hüseyn Xan Osmaniyyə vəzirlərinin nəzərində Axundovu islam dininin və müsəlman dövlətlərinin bədxanı kimi qələmə verir. Artıq İran da Axundovu belə tanımağa başlayır. Bu haqda Axundov öz dili ilə məqalələrində yazıb. Farsca yazdığı öz vəfsi halına dair mənzuməsinin sətri tərcüməsindən bir parçanı nəzərinizə çatdırıram:

Onun (Mirzə Hüseyn Xanın) vəzirlərin yanına yolu vardı
Məni dinin və dövlətin düşməni qələmə verdi
Məni töhmətlə yad edirdi
O türkləri qorxuya saldı
Şura və dövlət başçılarını qorxutdu
10 illik zəhmətim onun sayəsində heç oldu
Yerdən naləmi göy eşitdi

Pak Allah mənim fəryadıma çatsın
Qiyamətdə mənim qisasımı ondan alsın

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.

İnşallah Kəmalüddövlə məktubları haqqında da yazacam.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#15 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 декабря 2009 - 18:22

Çox yazıların oxunmama ehtimalı olduğunu nəzərə alıb qısa yazmağa çalışmışam həmişə. Bu dəfə çox geniş alındı )
Oxuyacağınıza inanıram.
Bu haqda məni bilgiləndirən, mənbə göstərən şəxsdən də Allah razı olsun.
Mənbə: Firudin bəy Köçərlinin Axundov haqqında yazdığı mətnlərdən çıxardığım xülasə

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#16 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 декабря 2009 - 00:50

Kiməsə kafir, dinsiz damğası vurmazdan əvvəl səbr edib düşünmək lazımdır. Çox ağır ittihamdı, hamımız səbəbni bilirik. Hələ hələ bu insanlar bizim zamanımızda yaşamırsa, onlarla canlı ünsiyyət mümkün deyilsə, əlimizdə olan materiallar onu ittiham etmək üçün kifayət deyildə 100 dəfə artıq diqqətli olmalıyıq.

Səd -Vəqqaın təklif ilə islam dinini qəbul etdik..Axiret alemindən helə ki, xəbərimiz yoxdur; bir sözdür ki, Səd-Vəqqas və sairələri deyirlər.

Səd-Vəqqasin xəbər verdiyi muştulugun nəticəsi nə oldu?
Təkcə İranlilar deyi, bəs Ərəblər özləri hansı ag günə çıxdılar? İndi dünyada Ərəblərdən geridə qalmış və bəxti qara başqa bir tayfa yoxdur.
Bəs niyə islam dini onların səadətinə bais olmadı?
İndi onlar ac-susuz. elmsiz və hünərsiz bir tərəfə tullanib qalıblar.
Əgər keçmiş dinləri olan bütpərəstlikdə qalsaydilar, bəlkə də bir günə çıxardılar. Çox güman ki, İslam əqidəsinin əfsanələri o biçarələri sivilizasiyon tapmış tayfalardan geridə qoydu.

( Kəmalüddövlənin birinci məktubu)
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#17 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 декабря 2009 - 10:44

Özündən sonra da təsiri böyük olub, amma dinsizlikdə deyil,

Bu şəxlər sizlərin yazdiqlarınız kimi .. mövhumata qarşı deyil, bilavasitə İslam dininə qarşı mübarizə aparıblar
M.F. Axundov “ Yek Kəlmə” haqqında

Sonra..
Siz ədalətli idarə üsulundan söhbət açaraq şəriət ehkamına istinad etmişsiniz..çox yaxşı! baxaq görək şəriət ehkamı özü ədalət çeşməsidir, ya yox?

1)Şəriətin nə haqqı var ki, qadın tayfasını Hicab ayəsi vasitəsi ilə daim həbsə atıb, onu ömrü boyunca bədbəxt edir və yaşamaq nemətindən məhrum edir?

2)"Zina etmiş kişi və qadına 100 taziyanə vurun"..nə dem'kdir?
Bir azad kişi və qadın evlənmək arzusu olmadan bir-biri ilə yaxınlıq edirlər. Şəriətin nə haqqı var ki, onlardan hər birinə 100 taziyane vurur?
Bu qanun azad kişi və qadın haqqında icra etmək zülmdür.

3) Həzrəti Rəsul (as) haqqında yazılmışdır:
" Əgər onun gözü kimə düşsə, əri o arvadı boşamalıdır ki, peygəmbər nigah etsin"

4) Mən alnımın təri ilə 5 min tümən pul qazanmışam. nə üçün şəriət onun beşdən birini müftəxorlara verməyimi hökm edir?
Nə üçün şəriət hökm edir ki, bu pulu özümlə götürüb HƏCCƏ gedim və onu qəlbi qara və yol kəsən ərəblərin ehtiyaclarına xərcləyim?

5) " Ogruluq edən arvad və kişinin əllərini kəsin" qanunu icra edilir.
məlumdur ki, ogru özünü dolandırmaqda acizlik çəkdiyi üçün ogruluga əl atır.. Əgər onun əli kəsilsə aydındır ki, ehtiyacını təmin etməkdə daha aciz qalacaq.Buna görə də insan əli kəsmək həqiqətdə bir insanın həyatını təhlükəyə salmaq deməkdir.

6) Mən oruc tutmuram, namaz qılmiram mənə cəza vermək Allahın işidir..şəriət nə üçün mənə hədd vursun..mənim haqqımda cəzanı rəva görsün?

Xülasə, adam öldürmək, bədən üzvüləri kəsmək vəhşi tayfaların sifətidir, Allahın şəninə layiq deyil.

Avropada müqəssirləri çəzalandırmaq və insanların asayişini təmin etmək üçün başqa tədbirlər görürlər. çünki, İngilis filosoflarının təhqiqinə görə isbat edilmişdir ki, adam öldürməyin cəzası olaraq qatili edam etmək başqalarının asayişi üçün bu növ cinayətləri nəinki aradan qaldırmır, hətta qətiyyən azaltmır.

( "Yek kəlmə" haqqında )
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#18 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 декабря 2009 - 13:28

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.

M F Axundov. Kəmalüddövlənin məktubunda setirler

"Allah məni yaratmışdır..tutaq ki, bu dünyada mənə 100 il ömür vermişdir..bu 100 il ömür müddətində hər gün adam öldürməklə məşgul olmuşam, hər gün Allaha şərik tapmışam..Ədalət bunu tələb edir ki, adil Allah məni işlədiyim cinayətlərin müqabilində cəzalanmaga layiq görsün..Mən razıyam ki, bu 100 illik günahımın müqabilində ədalət sahibi olan llah məni 100 il, bəlkə də 200 il, 300 il, bələ də 1000 il cəzlandırsın..
Ancaq bundan ziyadə əzab verməyə ədalət mövcibincə Allahın heç bir haqqı yoxdur...

Allah bu dünyada yaşadıgım zaman mənə hansı böyük nemətləri bəxş etmişdir ki, axirətdə məni bu qədər əzab və işgəncəyə düçar edir?
O mənim bədənimi cəhənnəmdə çürüdüb, ətimi əridir, sümüklərimi qırararaq sürmə kimi əzir və yenə də yaxamadan əl çəkmir.
Əgər Allah mənimlə belə rəftar edecəydisə, məni nə üçün yaradırdı?
"

P/S. Allahi ittiham eden shexsden ne gozlemek olar?

Сообщение отредактировал palchiq: 21 декабря 2009 - 13:29

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#19 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 25 декабря 2009 - 00:09

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.
İnşallah Kəmalüddövlə məktubları haqqında da yazacam.
Mənbə: Firudin bəy Köçərlinin Axundov haqqında yazdığı mətnlərdən çıxardığım xülasə

Şəmsi xanim Kemalüddğvlə mektublari haqqinda cavablarinizi səbirsizliklə gözləyirəm...
menim üçün çox maraqlidir
görəsən Firudin bey Köşərli M Axundovu hansi arqumentlərlə müdafiə edir?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#20 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 25 декабря 2009 - 16:02

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.
İnşallah Kəmalüddövlə məktubları haqqında da yazacam.
Mənbə: Firudin bəy Köçərlinin Axundov haqqında yazdığı mətnlərdən çıxardığım xülasə

Şəmsi xanim Kemalüddğvlə mektublari haqqinda cavablarinizi səbirsizliklə gözləyirəm...
menim üçün çox maraqlidir
görəsən Firudin bey Köşərli M Axundovu hansi arqumentlərlə müdafiə edir?

qardaş bir az səbrli olun, inşallah yazacam.
indi əsaslı cavab yazmağa vaxt yoxdur.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#21 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 16 марта 2010 - 11:16

http://www.azadliq.o...edInfoContainer

http://www.boxca.com...hundzade_II.pdf
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!

#22 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 28 марта 2010 - 18:18

Mirzə Fətəli Axundovu ateist kimi qəbul edənlərə V.Lenderin aşağıdakı fikrini çatdırmaq istəyirəm : Настоящие атеисты - не те, которые отрицают Бога, а те, которые присваивают себе Его атрибуты.
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#23 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 29 марта 2010 - 19:43

Mirzə Fətəli Axundovun xüsusilə "Aldanmış kəvakib" əsərini çox yüksək qiymətləndirirəm...
Sovetlər dövründə hətta səhnələşdirilmiş bu əsəri indi inanmıram ki kimsə oxumağa həvəs göstərsin, çünki indi bizim yaşadığımız cəmiyyətdə insanları ciddi məsələlər demək olar ki heç düşündürmür...

Сообщение отредактировал Nizami63: 29 марта 2010 - 19:44

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#24 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 04 апреля 2010 - 13:34

Özünüz oxuyun və onun dinsiz olması barəsində düşünün.

M F Axundov. Kəmalüddövlənin məktubunda setirler

"Allah məni yaratmışdır..tutaq ki, bu dünyada mənə 100 il ömür vermişdir..bu 100 il ömür müddətində hər gün adam öldürməklə məşgul olmuşam, hər gün Allaha şərik tapmışam..Ədalət bunu tələb edir ki, adil Allah məni işlədiyim cinayətlərin müqabilində cəzalanmaga layiq görsün..Mən razıyam ki, bu 100 illik günahımın müqabilində ədalət sahibi olan llah məni 100 il, bəlkə də 200 il, 300 il, bələ də 1000 il cəzlandırsın..
Ancaq bundan ziyadə əzab verməyə ədalət mövcibincə Allahın heç bir haqqı yoxdur...

Allah bu dünyada yaşadıgım zaman mənə hansı böyük nemətləri bəxş etmişdir ki, axirətdə məni bu qədər əzab və işgəncəyə düçar edir?
O mənim bədənimi cəhənnəmdə çürüdüb, ətimi əridir, sümüklərimi qırararaq sürmə kimi əzir və yenə də yaxamadan əl çəkmir.
Əgər Allah mənimlə belə rəftar edecəydisə, məni nə üçün yaradırdı?
"

P/S. Allahi ittiham eden shexsden ne gozlemek olar?

göründüyü kimi siz əsl ALLAH - la bəzi nadan insanların insanlara sırımağa çalışdıı yalançı allah obrazını dəyişik salmısınız...

Сообщение отредактировал Nizami63: 04 апреля 2010 - 13:39

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#25 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 05 апреля 2010 - 21:51

Əsrin fərqi yoxdur mənim üçün əqidə məsələsində. Siz Axundovu tərif etməkdən ötrü (səbəbi hər kəsə gün kimi aydındır), peyğəmbərdə nöqsan axtarırsız? O zaman İslam bölməsinə keçin və müzakirə edək görək, nə sizə qaranlıqdır. Deyəsən sizin Axundova olan eşqiniz, Peyğəmbərə olan eşqinizdən (heç bilirəm varınızdır ya yox, müsəlmansız dediz, hüsni zənn edib deyirəm var) çoxdur...

insanlığa xidmət edən hər bir əqidə hörmətə layiqdir...
Sizin əqidəniz hörmətə layiq olduğu kimi Mirzə Fətəli Axundovun da əqidəsi hörmətə layiqdir, çünki o da bizim insanların daha yaxşı yaşaması üçün mübarizə aparırdı, ancaq taktikası fərqli idi.
İndi siz bu taktika fərqini düşmənçilik kimi qəbul edirsinizsə səhv edirsiniz. Ona qalanda siz özünüz kimi fikirləşməyən bütün canlıları özünüzə düşmən bilməlisiniz. Bu isə sizə məxsus keyfiyyət deyildir : bu sionistlərə və vəhabilərə, erməni daşnaklarına aiddir.

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#26 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 апреля 2010 - 22:00

Buna deyərlər mövzunu "fırlatmaq". Bu sizə aid taktika deyil, vahabilərə aiddir!
Mən o mövzuda Axundovu müzakirə etmək istəməmişəm, sizin əqidənizi müəyyən etmək istəmişəm ki, görüm siz Peyğəmbərin sünnəsi ilə gedirsiz, Axundovun məktubları, yoxsa şəxsi əqlinizlə? Əvvəlcədən də dedim ki, şəxsi məlumatlardır istəsəniz cavab verməyə bilərsiz. Bir də ismarışımın bu hissəsini nə üçün cavablandırmadığınız mənə qaranlıq qaldı:

Siz dediz ki, şiəyəm, o zaman peyğəmbərin (s) məsumluğunu qəbul edirsiz? Çünki şiələr hətta dünya məsələlərində belə peyğəmbərin məsum olduğunu qəbul edirlər. O zaman məsum şəxsi tənqid etmək, sadəcə axmaqlıqdır.

Məhz bu hissə, sizin bütün iradlarınıza cavabdır. Xahiş edirəm, mütləq münasibətinizi aşkar bildirin! tapmaca oynamaqdan yoruldum.

Yenə deyirəm, hələ ki, burada əsas məsələ Axundov deyil. Xahiş edirəm mən necə açıq danışıram, siz də eynən edin!

#27 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 05 апреля 2010 - 22:19

hörmətli Şair, mən də sizin şəxsinizə olan böyük hörmətimə görə tələb kimi qarşıma qoymadığınız suallara səmimi surətdə cavab verdim.

o ki qaldı kimin yolu ilə getməyimə mən əxz etdiyim bütün mütərəqqi ideyaları əsas götürərək hərəkət edirəm və hesab edirəm ki, bu bir müsəlman kimi mənim İslam düşmənlərinə, xüsusilə də vəhabilərə qarşı mübarizə aparmağımıma yardım edir.
Bir az tərif kimi çıxmasın digər forumlarda vəhabilərə qarşı tətbiq etdiyim bu taktika məni heç vaxt darda qoymayıb...
O ki qaldı İslam peyğəmbərinə münasibət bildirməməyə bunun bir səbəbi var : bizi ayıran məsələlərdən danışmaq istəmirəm. Bu gün biz azərbaycanlılar bizi birləşdirən dəyərlərdən bəhs etməliyik, çünki düşmənlərimiz çox güclüdür...

Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#28 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 05 апреля 2010 - 22:24

O ki qaldı İslam peyğəmbərinə münasibət bildirməməyə bunun bir səbəbi var : bizi ayıran məsələlərdən danışmaq istəmirəm. Bu gün biz azərbaycanlılar bizi birləşdirən dəyərlərdən bəhs etməliyik, çünki düşmənlərimiz çox güclüdür...

Heç vəhhabilər sizin iddia etdiklərinizi iddia etmirlər. Xeyr, müsəlmanları birləşdirən şeylərdən ən əsas biri də Muhammad (s)-dir!

#29 Nizami63

Nizami63

    Raqib – Seargeant

  • Murid
  • 195 сообщений

Отправлено 05 апреля 2010 - 22:46

O ki qaldı İslam peyğəmbərinə münasibət bildirməməyə bunun bir səbəbi var : bizi ayıran məsələlərdən danışmaq istəmirəm. Bu gün biz azərbaycanlılar bizi birləşdirən dəyərlərdən bəhs etməliyik, çünki düşmənlərimiz çox güclüdür...

Heç vəhhabilər sizin iddia etdiklərinizi iddia etmirlər. Xeyr, müsəlmanları birləşdirən şeylərdən ən əsas biri də Muhammad (s)-dir!

vəhabilər mən dediyimi heç vaxt söyləməz, ona görə ki bu onların özü - özünü ifşa etməsilə nəticələnə bilər. Mən bu barədəki mübahisəmizi uzatmaq istəmirəm və sizin aşağıdakı sualıma cavab verməyinizə qədər diskusu dayandırıram : şiyəliyin Persiyada daha güclü srətdə özünə dayaqlar tapmasının sirləri nələrdən ibarət idi?
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.

#30 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 06 апреля 2010 - 13:14

O ki qaldı İslam peyğəmbərinə münasibət bildirməməyə bunun bir səbəbi var : bizi ayıran məsələlərdən danışmaq istəmirəm. Bu gün biz azərbaycanlılar bizi birləşdirən dəyərlərdən bəhs etməliyik, çünki düşmənlərimiz çox güclüdür...

Heç vəhhabilər sizin iddia etdiklərinizi iddia etmirlər. Xeyr, müsəlmanları birləşdirən şeylərdən ən əsas biri də Muhammad (s)-dir!

vəhabilər mən dediyimi heç vaxt söyləməz, ona görə ki bu onların özü - özünü ifşa etməsilə nəticələnə bilər. Mən bu barədəki mübahisəmizi uzatmaq istəmirəm və sizin aşağıdakı sualıma cavab verməyinizə qədər diskusu dayandırıram : şiyəliyin Persiyada daha güclü srətdə özünə dayaqlar tapmasının sirləri nələrdən ibarət idi?

Bəli, vəhabilər siz dediyinizi deməz. Yəqin hansı məsələni söylədiyimi bildiz. Görürəm 10 günlük bandasınız, ona görə, qoy qalsın o mövzu qayıdana.
O ki qaldı son cümləyə
1. Persiya dövləti çooxdan süquta uğrayıb və o zaman Peyğəmbərlərin Əfəndisi (s) dünyaya göz açmamışdı heç.
2. Əgər söhbət İranın vilayətlərindən gedirsə, onu deyim ki, Şiəlik Ərəb ölkələrində (istər asiya, istər afrika) də geniş yayılıb. Elə Azərbaycan əhalisinin də (müsəlmanların) azı 80 %-i şiədir. Azərbaycanda və Ərəb ölkələrində nə üçün bu cür dayağı varsa, İranda da o cümlədən. Burada üstünülüyü mənəvi səbəblərə verirəm.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru