Перейти к содержимому

Фотография

İmam Huseynin (ə) hədəfi və məqsədi

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 32

#1 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 19 декабря 2009 - 08:45

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur:
“Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür....

http://www.al-shia.o...r/lib/20/09.htm

islam forumunu əxlaqsizliq yuvasina cevirməyindir! Bayirda məscidlərdən xutbələr oxunur,Kərbəla musibətinə təəziyyələr tutulur,burada isə fahişələrin qazandiği pullara munasibət bildiririk! Biz azyaşlilarimizi bu foruma dartib əqidəsini mohkəmləndirməyə calişiriq,sənsə nə bilim fahişə,gendər zibili və nə bilim nə ilə burani dondərmisən "Love .az" forumuna! Qərar qətidir!

getdikcə məmləkətdə keçirilən Muhərrəmlik matemi adi hal almaga başlayib?

İmam Huseynin hədəfi dini islah etməkdirsə, bizim hədəfimiz nədir? ancaq bu yolda şəhid olan insanlara yas saxlamaq?
xeyr! mən demirəm ki, aglamaq olmaz....əsla!
amma biz gərək birinci növbədə öz günümüzə aglayaq və yas tutaq..
İmam Huseyn (as) buyuranda ki," Zillət bizdən uzaqdır..."
görəsən bu sözü deməyə bizim ixtiyarimiz var?

Bu gün kimlərsə fahişəliyi qanunla ( yəni bac almaq yolu ilə) leqallaşdıran müasir qanuvericiliye qarşı etiraz edirsə ve kimlərsə buna etiraz edəni "LOVE.az" forumun göndərirsə....və adını qoyursa ki, biz İmam Huseyne yas tuturuq...
görəsən kimi qaldadiriq? görəsən aldadan kimdir, aldanan kim?

Istanbul Kafir Olmuş, Men şikayte edirem ya Rebbim
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#2 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 19 декабря 2009 - 16:53

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur:
“Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür....

http://www.al-shia.o...r/lib/20/09.htm

İmam Huseyn (as) buyuranda ki," Zillət bizdən uzaqdır..."
görəsən bu sözü deməyə bizim ixtiyarimiz var?

Bu gün mescidlərdə "lay-lay Huseynim lay-lay" deyənlərin sayı artıb..insanların başları altına yastıq qoyub yatızidlranlar öz missiyalarını çox gözəl icra edirlər..
Heqiqətin gözünə kül üfürən müqəddəs nümalar rövzə məclislərindən laylay deye-deye avam cammati yatizdirib, onlardan pul qazanirlar..

statistikaya nəzər salsaq görərik, hər il HƏCC ziyarətinə gedənlərin sayı artim wzre olub ( bu il istisna olmaqla)
bundan əlavə Məşhəd ziyarətində olanlar , Kerbela ziyaretinde olanlari da hesaba alsaq......cəmiyyətdə kifayət qədər muselmanların olması qənaətinə gələ bilərik.
amma, diqqət edin!
"Fatimeyi-Zəhra" məscidinin müdafiə edənlərin sayı 150 nəfərdən artıq olmadı.
Gəlin özümüzə yas tutaq, özümüzə aglayaq.

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#3 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 19 декабря 2009 - 19:18

İmam Hüseynin (ə) mübarizəsi o idi ki, biz zülmə baş əyən "kölələrə" dönməyək. Amma təəssüf ki, 70 illik əsarət bizdə Aşura qiyamının sadəcə matəmindən əlamət saxladı. Toylar və s. təxirə salındı. Bu onunla nəticələndi ki, İmam Hüseynin (ə) əsl məqsəd və hədəfləri bizdən ayrı salındı. Biz zülmə baş əyməyə öyrəşdik, ədalətsizliyi göz yummağa, məzlumu tərk etməyə adət etdik...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#4 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 19 декабря 2009 - 22:36

Imam Huseyn mektebi wujaet mektebidir,Imam Huseyin mektebi edalet mektebidir,Imam Huseyin mektebi kiwlilik ve merdlik mektebidir.Imam Huseyin mektebi bawa duwenler ucun irfan,kamalat mektebidir.Imam Huseyin mektebini kecen insan Allah istediyi kimi yawayar ve Allahin insanlar ucun qoyduqu hedeflere catmaq ucun caliwar.Amma Imam Huseyinle bagli matemlerinde kecirilmesi mutleq lazimdir ki,bunlarinda insan ruhun tama bawqa bir tesiri var,insan bele meclislerde aglamaqnan ve mersiyeler dinlemeknen imanini artira biler.Hedislerden de aydindir ki,Imam Huseyin eleyhisalama aglamaqin ne derecede boyuk savablari var
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#5 Heyder313

#6 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 19 декабря 2009 - 23:10

İmam Hüseynin (ə) mübarizəsi o idi ki, biz zülmə baş əyən "kölələrə" dönməyək. Amma təəssüf ki, 70 illik əsarət bizdə Aşura qiyamının sadəcə matəmindən əlamət saxladı. Toylar və s. təxirə salındı. Bu onunla nəticələndi ki, İmam Hüseynin (ə) əsl məqsəd və hədəfləri bizdən ayrı salındı. Biz zülmə baş əyməyə öyrəşdik, ədalətsizliyi göz yummağa, məzlumu tərk etməyə adət etdik...

Gözəl izah etmisiz qardaş. Amma yenə də yadımızdan çıxarmayaq ki, heç olmasa bu 70 ildə yaxşı ki, yari gizli yari aşkar da olsa bunu yaşada bildik. Məncə yavaş-yavaş itirdiklərimiz dəyərləri də qaytara bilərik.

İmam Hüseyn əleyhissəlamin hədəfi və məqsədi haqqinda isə mənə elə gəlir yazmqla bitməz. Həm şəxsiyyətin böyüklüyü, məsumluğu, həm də bu məqsədin aliliyi, yüksəkliyi- bu haqda nə qədər yazılsa da yenə azdır və nə qədər oxusam da yenə bilirəm ki, əsl həqiqət mənim oxuduqlarımdan qat-qat yüksəkdir.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#7 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 20 декабря 2009 - 16:46

Bu haqda minlərlə hədsilər, yüzlərlə kitablar və məqalələr var. Yəni uzun-uzadı danışmaq lazım deyil, İmam Hüseyn məktəbi İslam məktəbidir. Kim istəsə ki, İslamla tanış olsun , imamın qiyamı ilə maraqlanmasa, demək ki, İslamla hələ tanış olmayıb tamam. Çünki bu qiyam İslam tarixinin, İslam məktəbinin ayrılmaz hissəsidir.

P.S: Keçən il (islammektebi.org saytından) oxuduğum bir xəbərdə İraq xristian alimlərindən biri deyirdi ki, əgər bizdə İmam Hüseyn kimi şəxsiyyət olsa idi, onun müsibətini dünyaya çatdırıb, beləliklə xristianlığı təbliğ edərdik. Çox heyif ki, bizim çoxumuz heç bu xristian kimi də dərk edə bilmədik Hüseyn qiyamını.

#8 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 20 декабря 2009 - 17:10

İmam Hüseyn (ə.s)-ın qiyamı olmasaydı həqiqi İslam da indi olmazdı.
İmam Hüseyn (ə.s) qəhrəmanlıq,mərdlik,şücaət məktəbidir,həyif ki,o məktəbdən bəhrələnənlər çox azdır.
Bu yaxınlarda İmamın (ə.s) qiyamı barə Şəhid Mütəhhərinin bir əsərini oxudum,çox gözəl yazıb,məsləhətdi elə bu aralarda oxuyasız :gizildish:
İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 20 декабря 2009 - 17:21

İmam Hüseyn (ə) öz qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurmuşdur:
"Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də yer üzündə zülm edib fəsad törətmək üçün. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında islahat aparmaq üçündür....

http://www.al-shia.o...r/lib/20/09.htm

İmam Huseyn (as) buyuranda ki," Zillət bizdən uzaqdır..."
görəsən bu sözü deməyə bizim ixtiyarimiz var?

Bu gün mescidlərdə "lay-lay Huseynim lay-lay" deyənlərin sayı artıb..insanların başları altına yastıq qoyub yatızidlranlar öz missiyalarını çox gözəl icra edirlər..
Heqiqətin gözünə kül üfürən müqəddəs nümalar rövzə məclislərindən laylay deye-deye avam cammati yatizdirib, onlardan pul qazanirlar..

statistikaya nəzər salsaq görərik, hər il HƏCC ziyarətinə gedənlərin sayı artim wzre olub ( bu il istisna olmaqla)
bundan əlavə Məşhəd ziyarətində olanlar , Kerbela ziyaretinde olanlari da hesaba alsaq......cəmiyyətdə kifayət qədər muselmanların olması qənaətinə gələ bilərik.
amma, diqqət edin!
"Fatimeyi-Zəhra" məscidinin müdafiə edənlərin sayı 150 nəfərdən artıq olmadı.
Gəlin özümüzə yas tutaq, özümüzə aglayaq.

Allah razı olsun, çox yerində qeyd etmisiz

Сообщение отредактировал Shemsi: 20 декабря 2009 - 17:22

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#10 MURTEZA

MURTEZA

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 20 декабря 2009 - 23:52

Bizlerden ferqli olaraq IMAM HUSEYN aleyhissalam oz vezifesini en gozel shekilde bilirdi.Bu gun haminin mescidin sokulmesi ile bagli kucelere cixib etiraz etmesinin ne menasi?Halbuki,here oz sahesinde bununla bagli tebligat aparsa effekti daha cox olar.
Sevgili CANAN gelecek,az qalib!

#11 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 декабря 2009 - 14:50

Bu gun haminin mescidin sokulmesi ile bagli kucelere cixib etiraz etmesinin ne menasi?Halbuki,here oz sahesinde bununla bagli tebligat aparsa effekti daha cox olar.

Nə üçün belə fikirləşirsən? təbligat kifayət qədər olunub.
bəs faydası nə oldu?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#12 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 декабря 2009 - 10:27

Bu gun haminin mescidin sokulmesi ile bagli kucelere cixib etiraz etmesinin ne menasi?Halbuki,here oz sahesinde bununla bagli tebligat aparsa effekti daha cox olar.

Nə üçün belə fikirləşirsən? təbligat kifayət qədər olunub.
bəs faydası nə oldu?

Hansı cür təbliğat? Yalnız internetdə?! Azərbaycan hansısa Avropa ölkəsi deyil ki, əhali xəbərləri internetdən oxusun. Camaat hələ də TV laylalarını dinləyir.

Amma 2-ci sualınız gözəldir. TVdə bar-bar bağırılsa da , nə faydası olacaq... ALLAH bilir.

***

Rəsuləllah (s) dini gətirəndir, Hüseyn (ə) dini qoruyan.

***

Hüseyn (ə.s) bir yaşına çatandan sonra müxtəlif surətlərdə və üzləri qırmızı rəngli on iki mələk Allah Rəsulunun (s) hüzuruna çatıb qanadlarını açaraq belə dedi:

Ya Məhəmməd, oğulun Hüseyn (ə.s) də Qabilin Habilə etdiyi zülmə uğrayacaq. Habilə verilən mükafat ona da veriləcək və onu öldürənlər isə Qabilin düşdüyü əzaba düşəcəklər.

Bu vaxt göylərdəki bütün mükərrəb mələklər, Rəsulullahın (s) hüzuruna müşərrəf olub Hüseynin (ə.s) şəhadəti haqqında təsəlli verdilər; Hüseynin (ə.s) ölümünə qarşılıq olaraq Allahın təyin etdiyi mükafat haqqında məlumat verdilər və Hüseynin (ə.s) dəfn ediləcəyi yeri Rəsulullaha (s) göstərdilər.

Allah Elçisi (s), bundan sonra belə bəddua etdi:

Allahım! Oğulum Hüseyni (ə.s) alçaldanı alçalt; onu öldürəni öldür və məqsədinə çatdırma!

Hüseyn (ə.s) iki yaşında idi və Allah Elçisi (s) bir səfərə çıxmışdı. Uca Peyğəmbərimiz (s), birdən yolda dayanıb "İnna lilləhi və inna iləyhi raciun (Şübhəsiz ki biz Allahınıq və şübhəsiz ki ONA tərəf qayıdacağıq)" dedi və gözlərindən yaşlar süzüldü. Ağlamasının səbəbi soruşulanda belə buyurdu:

İndi Cəbrayıl endi və oğulum Hüseynin, Kərbəla deyilən yerdə və Fərat çayının yaxınlığında öldürüləcəyini bildirdi.

"Ey Allah Elçisi (s), onun qatili kimdir?" -sualını belə cavabladı:

Yezid adında biridir. Oğulum Hüseynin öldürülməsini və dəfn edildiyi yeri gözlərimlə görən kimiyəm.

Allah Elçisi (s), bu səfərdən döndükdən sonra məscidə gəldi; minbərə çıxıb bir nitq söylədi və insanlara nəsihət verdi. Sonra sağ əlini Həsənin (ə.s) və sol əlini də Hüseynin (ə.s) başına qoyub üzünü səmaya çevirib belə dua etdi:

Allahım! Məhəmməd sənin qulun və peyğəmbərindir; bunlar da mənim pak Əhlibeytimdən və seçmə soyumdandır. Mən, bunları ümmətimin arasında xəlifə buraxıram. Cəbrayıl, bu oğulumun alçaldılaraq öldürüləcəyi xəbərini verdi mənə. Allahım! Şəhadəti ona mübarək et; onu şəhidlər əfəndisi et və şəhadətini də qatilləri üçün müqəddəs etmə!

Allah Elçisi (s) bunları söyləyən zaman xalqın ağlama səsi yüksəldi. Uca Peyğəmbər, "Ona necə ağlayar və köməyinə qaçmazsınız?" -buyurduqdan sonra məsciddən ayrıldı. Çox keçməmişdi ki yenidən məscidə döndü və üzünün rəngi dəyişmişdi. Yaşlı gözləriylə qısa bir nitq söylədi və belə buyurdu:

Ey insanlar! Sizin aranızda iki böyük əmanət buraxıram; biri Quran və digəri Əhlibeytim. Onlar mənim sevgi bəslədiyim kəslərdir; ürəyimin meyvələri və mənim canımdırlar. Onlar (Quran və Əhli-beytim) Kövsər hovuzunda mənə gələnə qədər bir-birlərindən ayrılmazlar. Bilin ki, mən qiyamət günü bu iki böyük əmanəti gözləyəcəyəm. Uca Allahın sizdən istəməyimi əmr etdiyi Əhlibeytimə sevgidən başqa sizdən bir şey soruşmayacağam. Elə isə yaxşı düşünün! Qiyamət günü, ürəyinizdə Əhlibeytimin düşmənliyini daşıyaraq və onlara zülm edərək mənə tərəf gəlməyin! Bilmiş olun ki, qiyamət günü ümmətim üç bayraq altında mənə tərəf gələcəklər: Bəziləri qara bir bayraq altında mənə çatacaqlar. Bu vəziyyət mələkləri inlədəcək. Bu bayrağın altındakılar mənim qarşımda dayanacaqlar. "Siz kimsiniz?" deyə soruşacağam onlardan. Mənim addımı unudaraq deyəcəklər ki, "Biz tövhid əhliyik və ərəbik." Onlara, "Mən ərəb və əcəmin peyğəmbəri Əhmədəm." deyəcəyəm. "Sənin ümmətindənik." deyəcəklər. "Məndən sonra Quran və Əhlibeytim barəsində necə davrandınız?" deyə soruşacağam. Deyəcəklər ki: "Quranı məhv etdik və əmrlərinə əməl etmədik; sənin Əhlibeytini yox etmək və yer üzündən silmək idi məqsədimiz." Onlardan üz çevirəcəyəm və onlar susuz bir halda və qara üzləriylə məndən uzaqlaşacaqlar.

Sonra qapqara bir bayraq altında ikinci birlik gələcəkdir. Bunlara, "Aranızda buraxdığım biri böyük və digəri kiçik iki əmanət; Quran və Əhlibeyt barədə necə davrandınız?" deyə soruşacağam. Deyəcəklər ki: "Qurana qarşı müxalif çıxdıq və Əhlibeytini də alçaldaraq darmadağın etdik." Onlara, "Məndən uzaq durun!" deyəcəyəm. Onlar da üzü quru və susuz bir halda gedəcəklər.

Üzlərindən nur yağan üçüncü bir birlik də yanıma gələcəkdir və mən onlara, "Siz kimsiniz?" deyə soruşacağam. Onların cavabı belə olacaq: "Tövhid sözünü ucaldanlardan, Allahdan çəkinməyi məqsəd əldə edənlərdən və Məhəmməd (s) ümmətindənik. Biz, dini inanclarında sarsılma və tərəddüdə yer verməyən haqq əhlinin varisləriyik. Biz, əziz Allahımızın kitabı Qurana sarılaraq halalını halal və haramını da haram qəbul edənlərdənik. Peyğəmbərimiz Məhəmmədin (s) Ehlibeytini sevdik, onları özümüz kimi görüb köməkdə və düşmənləriylə də döyüşdə əsla laqeyd yanaşmadıq." Onlara, "Nə xoşbəxt sizlərə!" deyəcəyəm. "Mən sizin peyğəmbəriniz Məhəmmədəm. Siz, dünya həyatında söylədiyiniz kimi yaşadınız." Daha sonra Kövsər hovuzundan onlara su verəcəyəm. Gülər üzlə və xoşbəxt bir halda cənnətə doğru gedəcək və əbədi olaraq orada qalacaqlar.

P.S: Rəvayət özü uzun idi, kəsib-doğramaq istəmədim, tam yazdım. 

Allah bizi Quran və Əhlibeytdən ayırmasın!

#13 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 23 декабря 2009 - 11:12

Hansı cür təbliğat? Yalnız internetdə?! Azərbaycan hansısa Avropa ölkəsi deyil ki, əhali xəbərləri internetdən oxusun. Camaat hələ də TV laylalarını dinləyir

düşünürəm ki, əksər kütləvi informaisya vasitələrdində ...xüsusəndə gündəlik qəzət dərgilərində bu barədə kifayət qədər geniş şəkildə məlumatlar verilib...
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#14 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 24 декабря 2009 - 11:40

Bu yaxşnlrarda bir mərsiyyə diskini alıb qulaq asdım..
Mərsiyyəxan xanım Zeyneb (sa) qarşılaşdıgı çətinlikləri dilə gətirən bir neçə beyt deyəndən sonra belə bir cümlə dedi:
-bilirəm ki, hərəniz bir niyyətləbura gəlmisiniz ve inshallah xanım Zeynəb (sa) sizlərin dərdinə şəfaət edəcək..çünki,agam Huseyin (as) özü buyurub ki, kimin nə dərdi və çətinliyi olsa Zeyneb (sa) ətəyindən yapışsın..

Fikirləşdim ki, əgər, bizim möminlərimizdə öz dərldərini və çətinliklərini həll etmək üçün imam Huseyn (as) əzadarlıglarına toplaşarlarsa...
onda bu hədəf İmam Huseyni (as) Kufəyə 12 məktubla ( bəzi rəvayətlərə görə) çagıran şiələrdən nə ilə fərqlənəcək?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#15 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 24 декабря 2009 - 17:02

Şəhid Mutəza Mütəhhəri "İlahi Ədalət" kitabında çox maraqlı bir məsələyə toxunub ..

"Avam camaatın çoxu, Peyğəmbər və imamların şəfaətlərini də belə təsəvvür edirlər. Onlar elə fikirləşirlər ki, Peyğəmbər (s), Əli (ə), həzrət Zəhra (s) və pak imamlar, xüsusilə imam Hüseyn (ə) ilahi sistemə nüfuz edə bilən qüvvədir və onlar Allahın iradəsini dəyişdirərək qanunu pozurlar.
Onlar elə fikirləşirlər ki, imam Hüseyn (ə), məsələn cavan oğlu Əli Əkbər üçün göz yaşı tökülməsi və ya qəmlənməkdən razı qalır. Necə deyərlər, imam Hüseynlə (ə) Allahın hesabı bir-birindən ayrıdır. Sonra bu bölmədən belə bir nəticəyə gəlirlər ki, Allahın razılığını əldə etmək çətindir və bunun üçün çoxlu işlər görmək lazımdır, amma imam Hüseynin (ə) razılığını əldə etmək asandır. Bunun üçün ancaq ağlamaq və sinə vurmaq lazımdır. Bəs, imam Hüseynin razılığı qazanıldıqdan sonra o, Allahın ümumi quruluşuna nüfuz edərək şəfaət edəcək və işləri düzəldəcək. Yerinə yetirmədiyimiz namaz, oruc, həcc, cihad və Allah yolunda sədəqə məsələlərinin hamısı düzələcək və bütün günahlar bağışlanaraq aradan gedəcəkdir.
Şəfaət barəsində olan bu təsəvvür, nəinki batil və puçdur, hətta rübubiyyətdə şirkdir və ən böyük iftixarı Allah bəndəçiliyi olan imam Hüseynə (ə) hörmətsizlikdir. Necə ki, onun atası həzrət Əli (ə) ifratçı nəzərlərdən çox qəzəblənir, onların sözlərindən Allaha pənah aparırdı. İmam Hüseyn (ə) Allahın ümumi quruluşu və ya babası Peyğəmbərin şəriəti müqabilində yeni bir sistem yaradaraq Allah qanunundan qaçmaq yolu göstərmək üçün şəhid olmayıb!!! Onun şəhadəti İslamın əməli proqramı və Qur’an qanunlarının zəifləməsi üçün olmayıb. Əksinə, o həzrət namaz, zəkat və İslamın digər qanunlarının bərpası üçün həyatından keçərək şəhid olmaqla razılaşıb."
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#16 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 25 декабря 2009 - 16:19

Bu yaxınlarda İmam Hüseynin (ə.s.) Əxlaqi görüşləri kitabin oxumuşdum. Kitabın sonunda İmamımızın kəlamları və Ondan əql edilən rəvayətlər toplanıb. Yaxşı kitabdır. Mövzuya aid bəzi kəlamları yazıram

“Allaha and olsun ki, heç vaxt zəlillər kimi düşmənə beyət əlimi vermərəm və qullar kimi döyüş meydanından qaçmaram.” “Məcalis”, səh.28
“Mən (zamanın iblisi) Yezid ibni Müaviyəyə qarşı qürur, xudpəsəndilik, fəsad törətmək və zülmkarlıq etmək üçün çıxıb qiyam etmədim; əksinə, bu hərəkatda əsas məqsəd yalnız bu idi ki, babamın ümməti arasında və atam Əliyyibni Əbi Talibin ardıcılları içində islahat aparıb onların işini (Bəni Üməyyənin əlaltıları tərəfindən icad olunmuş) puçluqdan və xarablıqdan çıxarıb inkişaf və islah yoluna çəkim.” “Biharul-ənvar”, 44-cü cild, səh.329 (Bu sözləri qardaşı Məhəmməd Hənifiyyəyə etdiyi vəsiyyətində yazmışdı.)

“Həqiqətən sizi Allahın kitabına və Onun Peyğəmbrinin sünnətinə doğru çağırıram; Çünki xalqın arasında İslam sünnəti öldürülmüş və bid`ət dirçəldilmişdir. Əgər mənim sözlərimi eşitsəniz və əmrimə itaət etsəniz, doğru yolu sizə göstərərəm.” “Tarixi-Təbəri”, 6-cı cild, səh.200

“Həqiqətən mənim şəxsiyyətim, himmətim və iradəm ölümün qorxusundan zülmü və sitəmi qəbul etməkdən və zalimin iradəsini boynuna götürməkdən çox-çox uzaqdır.” Ehqaqul-həqq”, 11-ci cild, səh.601

“Siz Kufə əhli, düşmənlərin sizin aranızda ədalətin nə olduğunu aydınlaşdırmadığı və ya sizin tamah saldığınız alçaq həyatdan dünyadan sizə verdikləri haramdan başqa sizin üçün heç bir düzgün şey arzulamadığı halda, siz öz övliyanızın əleyhinə qalxaraq, dostların müqabilində dayanan düşmən qüvvəsinə çevrilərək sabaha çıxdınız.”
(İmam Hüseyn bu sözləri Aşura günü Kufə əhlinə söylədi.) Töhəfül-üqul”, səh.240

İmam Hüseyn (ə.s.)-ın əxlaqı görüşləri

Сообщение отредактировал fidan: 25 декабря 2009 - 16:20

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#17 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 25 декабря 2009 - 16:37

Şəhid Mutəza Mütəhhəri "İlahi Ədalət" kitabında çox maraqlı bir məsələyə toxunub ..

"Avam camaatın çoxu, Peyğəmbər və imamların şəfaətlərini də belə təsəvvür edirlər. Onlar elə fikirləşirlər ki, Peyğəmbər (s), Əli (ə), həzrət Zəhra (s) və pak imamlar, xüsusilə imam Hüseyn (ə) ilahi sistemə nüfuz edə bilən qüvvədir və onlar Allahın iradəsini dəyişdirərək qanunu pozurlar.
Onlar elə fikirləşirlər ki, imam Hüseyn (ə), məsələn cavan oğlu Əli Əkbər üçün göz yaşı tökülməsi və ya qəmlənməkdən razı qalır. Necə deyərlər, imam Hüseynlə (ə) Allahın hesabı bir-birindən ayrıdır. Sonra bu bölmədən belə bir nəticəyə gəlirlər ki, Allahın razılığını əldə etmək çətindir və bunun üçün çoxlu işlər görmək lazımdır, amma imam Hüseynin (ə) razılığını əldə etmək asandır. Bunun üçün ancaq ağlamaq və sinə vurmaq lazımdır. Bəs, imam Hüseynin razılığı qazanıldıqdan sonra o, Allahın ümumi quruluşuna nüfuz edərək şəfaət edəcək və işləri düzəldəcək. Yerinə yetirmədiyimiz namaz, oruc, həcc, cihad və Allah yolunda sədəqə məsələlərinin hamısı düzələcək və bütün günahlar bağışlanaraq aradan gedəcəkdir.
Şəfaət barəsində olan bu təsəvvür, nəinki batil və puçdur, hətta rübubiyyətdə şirkdir və ən böyük iftixarı Allah bəndəçiliyi olan imam Hüseynə (ə) hörmətsizlikdir. Necə ki, onun atası həzrət Əli (ə) ifratçı nəzərlərdən çox qəzəblənir, onların sözlərindən Allaha pənah aparırdı. İmam Hüseyn (ə) Allahın ümumi quruluşu və ya babası Peyğəmbərin şəriəti müqabilində yeni bir sistem yaradaraq Allah qanunundan qaçmaq yolu göstərmək üçün şəhid olmayıb!!! Onun şəhadəti İslamın əməli proqramı və Qur’an qanunlarının zəifləməsi üçün olmayıb. Əksinə, o həzrət namaz, zəkat və İslamın digər qanunlarının bərpası üçün həyatından keçərək şəhid olmaqla razılaşıb."

Allah Murteza Muteherriya rehmet elesin.Qardawim burda ne prablem varki, Aga duz buyurmuwdurda,Tevessul o demekdir ki, onlarin vasitesile Allaha yaxinlawirsan.amma bu o demek deyil ki,Allah eger izn vermirse Imam Huseyn eleyhisalam duzeldejek hemin iwi,sadece olaraq ola biler menim gunahlarima gore duam qebul olmasin,Amma Allah Teala Imam Huseyn eleyhisalama xatir duani qebul ede biler.ALlah sevdiyi bendelerine xatir hacetlerimizi qebul eder inwallah.Birdeki Imam Huseyn eleyhisalamin hedefi namaz olmuwdur ve birinci novbede Ibadet elemek lazimdir ki,duada Imamet vasitesile qebul olunsun,amma men ibadet elemeyim,werab icim,zina edim ve deyim ki,Imam Huseyni sevirem,bu qebul olmaz cunki sevgi dilde yox emelde olmalidir.Imametin attidiqi addimlara qedemlerimizi qoymasaq Allaha cata bilmerik.Tevessulden meqsed budur.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#18 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 28 декабря 2009 - 09:47

Aşura günü bir çox məscidlərdə qanvermə aksiyası təşkil edildi..
Bu nə dədərcədə dogrudur?
Qan vermə aksiyası ortaya atanların məqsədi bu idi ki, zəncirlə öz başlarına döyüb qan çıxartmaqdansa....elə həkim nəzarəti altında qan verib savab iş görsünlər..
lakin Aşura qiyamının hədəfi nə öz bədənindən qan çıxartmaqdır, nə də ki, xəstələrə qan vermək..
bütün bunlar Aşura qiyamının hədəfini başqa istiqamətlərə yönəltmək məqsədi daşıyır.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#19 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 28 декабря 2009 - 12:46

Qanvermə aksiyasında asılı olmayaraq əzadarlıq edənlər yenə də etdilər. Və Kütləvi infərmasiya bunu ətraflı müzakirə etməsə də, məscidlərdə, dini məktəblərdə bu haqda moizələr olur. İnsanlari maarifləndirməyə doğru söhbətlər aparılır. kitablar var gözəl.
Qanverməni düzgün sayıram, nə qədər xəstəyə, köməksizə əl tutulur. Mənə elə gəlir bunun məhz Aşura günü olması da yaxşıdır. Doğrusun desəm inanmıram ki, başqa bir vaxt,yəni Aşura günündən başqa, bu qədər insan kütləvi şəkildə qanvermədə iştirak edər.

Əzadarlıq gözəldir. Sinə vurma, mərsiyə demə, belə məclislər həmişə İnşAllah olacaq. Amma Allahın verdiyi cana ziyan vermə, başından qan çıxarmaqi başa düşmürəm. hər şeyin də bir həddi var yəqin. Başa düşürəm ki, Hüseyn (ə.s.) eşqinədir.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#20 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 28 декабря 2009 - 12:58

məgər başqa günlərdə qan vermək olmaz ki?
nə üçün Aşura günündə qan verilməlidir?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#21 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 28 декабря 2009 - 13:02

Sizcə başqa hansı gün bu qədər insan yığıla bilər? İnsanlarda məhz bu gün belə bir savab iş görmək istəyi çoxdur. Mənə elə gəlir qanvermə heç kimi Aşuranın əsas hədəfindən başqa istiqamətlərə yönəltməz
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#22 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 28 декабря 2009 - 13:27

Sizcə başqa hansı gün bu qədər insan yığıla bilər? İnsanlarda məhz bu gün belə bir savab iş görmək istəyi çoxdur. Mənə elə gəlir qanvermə heç kimi Aşuranın əsas hədəfindən başqa istiqamətlərə yönəltməz

dünən " Qasım bəy" məscidində əzadarlıq mərasimdə iştirak edirəm..
Namazın vaxtı çatanda məclisə əzadarlıq edən şəxsdən (İranlı əzadarlardan idi) xahiş olundu ki, azan versin..
amma..o bu namazın vaxtına məhəl qoymadı..ve irad edib ..dedi ki, namazın vaxtı uzundu, istənilən vaxt qılmaq olar!
sözsüzki, əzadarın bu cür hərəkət etməsi bezi dindarların böyük naraziligina səbəb oldu.
Namazı fərdi şəkildə qılıb məsciddən çıxdım..Məscidin həyətində iş yoldaşımla rastlaşdım. Məndən xəbər aldı ki, bu məsciddə qan verirlərmi?
dedim ki, yox..başqa məscidlərə müraciət edin!

indi Fidan xanım, özünüz deyin..
qan vermək adıyla məscidə gəlmək nə dədrəcə də düzgündür?
axı imam Huseyn (as) hədəfi bu deyil?
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#23 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 28 декабря 2009 - 15:10

Mənə elə gəlir məsciddə əzadarlığa yığışanlar istəsəydilər namazı vaxtinda qılardılar. Namazın vaxtina diqqət etmək haqqında ən gözəl hədis elə Həzrəti Əlinin Siffeyn döyüşündə belə, namazın vaxtını gözləməsi və "Bizim müharibəmiz elə namaz üçün deyilmi" sözləri ola bilər. Həzrəti Hüseyn əleyhissəlamın da elə hədəflərindən biri bu deyil?

indi Fidan xanım, özünüz deyin..
qan vermək adıyla məscidə gəlmək nə dədrəcə də düzgündür?
axı imam Huseyn (as) hədəfi bu deyil?

İnsanın məscidə heç gəlməməsindənsə qan vermək üçün gəlməsində nə səhv var? Hər halda qan vermək üçün məscidlərə gəlib, orda dini söhbətlər eşidə bilər, hərənin bir cür hidayət yolu var, bu yolla da inanıram ki, dinə gələnlər var. Bilirsiz hər bir qan verən insan bilir ki, İmam Hüseyn əleyhissəlamın hədəfi bu deyil. Amma qanvermənin imam Hüseyn (ə.s.) hədəflərini insanlara çatdırmaqda nəsə bir maneəsi var?

Yəni demək istəyirsiz ki, məscidə qan vermək üçün gəlməkdənsə heç gəlməmək yaxşıdır?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#24 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 28 декабря 2009 - 15:24

bu adam qan verməyə gəlib...məqsədi qan verməkdir..
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#25 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 28 декабря 2009 - 15:52

Men eger bilsem ki ,verdiyim gan dogrudanda xestelere pulsuz ve ya temennasiz verilecek mende vererem.Imam Huseyn (a.s.)meger namaza gore Kerbalaya getmemisdir?Meger dusmenden mohleti namaza gore almamisdir? Neye gore bele insanlar var ki,namaz gilmagdansa ezadarliga ustunluk verirler.Ozude mescid Allahin evidir,orada yalniz ibadet etmek lazimdir.Gan yigmag isteyen xestexanalarda da yiga biler.Bezi insanlarda var ki,gan vermeye ,oruc tutmaga saglamlig nezerinden yanasir.

Ozude her mescidde gan yigmirlar.O mescidde gan yigirlar ki,orada dovletin eli var.(yeni Allah sukurun)
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#26 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 28 декабря 2009 - 16:23

İnsanın məscidə heç gəlməməsindənsə qan vermək üçün gəlməsində nə səhv var? Hər halda qan vermək üçün məscidlərə gəlib, orda dini söhbətlər eşidə bilər, hərənin bir cür hidayət yolu var, bu yolla da inanıram ki, dinə gələnlər var. Bilirsiz hər bir qan verən insan bilir ki, İmam Hüseyn əleyhissəlamın hədəfi bu deyil. Amma qanvermənin imam Hüseyn (ə.s.) hədəflərini insanlara çatdırmaqda nəsə bir maneəsi var?

Yəni demək istəyirsiz ki, məscidə qan vermək üçün gəlməkdənsə heç gəlməmək yaxşıdır?

bu adam qan verməyə gəlib...məqsədi qan verməkdir..

Olsun məqsədi qan vermək . Əgər ibadət əhli olmayan insanlar Allah rizası üçün təmənnasız olaraq bu gündə qan verirsə bu özü də çox şey deməkdir. Elə insanlar var onlarçun heç bu məqsəd də yoxdur. Onların arasında fərqi görmək lazımdır. Mən başa düşürəm ki, məscidlər ibadət üçündür, qan vermək üçün deyil. Amma bu ildə bir dəfə olan bir aksiyadır. Fikirləşirəm ki, xəstələrə, ehtiyacı olanlara dövlət bu qanı təmənnasız verəcək. Gəlin sui-zənn etməyək, elə hüsni-zənn edək.

Niyyətə gəldikdə isə həm oruc həm də qanvermədə Allah rizasi öndədir. Amma heç kim yaddan çıxarmır ki, vacib və müstəhəb buyrulan hər bir əməl insana fayda verər. Orucun da, qanvermənin də orqanizmə faydası çoxdur.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#27 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 28 декабря 2009 - 16:53

Olsun məqsədi qan vermək . Əgər ibadət əhli olmayan insanlar Allah rizası üçün təmənnasız olaraq bu gündə qan verirsə bu özü də çox şey deməkdir. Elə insanlar var onlarçun heç bu məqsəd də yoxdur.

yaxşı ..bu adam qan verib getdi.
Aşura qiyamı onun yadında nə ilə qalacaq?
məgər insnanlar savab qazanmaq üşün Aşura mərasiminə qatılırlar?

burda belə bir məqsəd ola bilər ( subyektiv fikir)
əvvəlcə zəncir vurmaq qan vermək adi ilə ortadan qaıldilir...
sonra da qan vermək xestexanalara hevalə ediləcək..
yeni mehele -merhele bu ish ortadan qaldırılacaq.

Сообщение отредактировал palchiq: 28 декабря 2009 - 16:56

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#28 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 28 декабря 2009 - 16:56

Əzadarlığın hikməti
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#29 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 28 декабря 2009 - 17:06

İnsanın məscidə heç gəlməməsindənsə qan vermək üçün gəlməsində nə səhv var? Hər halda qan vermək üçün məscidlərə gəlib, orda dini söhbətlər eşidə bilər, hərənin bir cür hidayət yolu var, bu yolla da inanıram ki, dinə gələnlər var. Bilirsiz hər bir qan verən insan bilir ki, İmam Hüseyn əleyhissəlamın hədəfi bu deyil. Amma qanvermənin imam Hüseyn (ə.s.) hədəflərini insanlara çatdırmaqda nəsə bir maneəsi var?

Yəni demək istəyirsiz ki, məscidə qan vermək üçün gəlməkdənsə heç gəlməmək yaxşıdır?

bu adam qan verməyə gəlib...məqsədi qan verməkdir..

Olsun məqsədi qan vermək . Əgər ibadət əhli olmayan insanlar Allah rizası üçün təmənnasız olaraq bu gündə qan verirsə bu özü də çox şey deməkdir. Elə insanlar var onlarçun heç bu məqsəd də yoxdur. Onların arasında fərqi görmək lazımdır. Mən başa düşürəm ki, məscidlər ibadət üçündür, qan vermək üçün deyil. Amma bu ildə bir dəfə olan bir aksiyadır. Fikirləşirəm ki, xəstələrə, ehtiyacı olanlara dövlət bu qanı təmənnasız verəcək. Gəlin sui-zənn etməyək, elə hüsni-zənn edək.

Niyyətə gəldikdə isə həm oruc həm də qanvermədə Allah rizasi öndədir. Amma heç kim yaddan çıxarmır ki, vacib və müstəhəb buyrulan hər bir əməl insana fayda verər. Orucun da, qanvermənin də orqanizmə faydası çoxdur.

Men bu cur kafir dovlete nece husnu-zenn ede bilerem.Meger Allah teala bize agil ve dusunce vermeyib.

Asura gunu camaatin gan vermesini yada salirlar,amma televiziyada, restoranlarda,kafelerde,kefde damagda olmag hagginda hec bir kelmede demirler.Cun ki,serf etmir onlara,hamisi ozlerinindir bes pulu kim gazansin.Indide tele pragramlarda tebligat gedir ki,Asurani yavas yavas aradan galdirsinlar.Evvelce basladilar ki,zencir olmaz,sonra dediler ki,gelin gan verin,indide deyirler ki 7 gun saxlayin yas besdir.Cun ki,bu sadlig evlerinin, restoran ve barlarin alveri getmir.

Hele mugennileri demirem gorun bir ne el gatiblar ozlerine,haramdir guye ezadarlig.Gorun kimler Allahin halal haramindan danisir.Zarafat deyile 2 ay toylara getmirler vay vay gor ne geder puldan galirlar.Pashik ozu Tebriz kucesinin yarisini az gala alib hele bu men bilendir.Orada binalar tikib satir.Cixib bir gunde desin ki,bu gun Asuradir bir bina tikdim bunu da yetimlere,kimsesizlere verirem Allah gebul etsin.Yoxsa vampir kimi camaatin ganina susayiblar.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#30 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 29 декабря 2009 - 15:16

Mən dövlətin bununla nə siyasət yürütdüyünü deyə bilmərəm. Bunu daha yaxşı siyasətin içində olanlar bilir. Amma onu deyə bilərəm ki, və bundan da əminəm - qanvermə aksiyası keçirməklə Aşuranı aradan qaldıra bilməzlər. Əgər sovet rejimində bu aradan qaldirila bilmədisə, bundan sonra əzadarlıq məclislərini heç aradan qaldıra bilməzlər. Nə qədər məhdudiyyət qoysalar insan axını o qədər güclü olacaq.

Müğənnilər və şou-biznesin "par-par yanan ulduzları" isə dindən danışanda mən ümümiyyətlə qulaq asmıram. Gülünc görünür.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.

Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru