Сообщение отредактировал Şair: 20 декабря 2009 - 22:36
Məhərrəm ayı ilə əlaqədar olaraq
#2
Отправлено 20 декабря 2009 - 22:37
Ay batdı, sübh açıldı, Zeynəb nəvayə gəldi,
Zəhra dedi-Hüseyn vay! Aləm sədayə gəldi.
Çün, yıxdılar atından Sultani-təşnə kami,
Dünyayə oldu elan Qutləl-Hüseyn pəyami,
Cənnatdən eşitdi Peyğəmbəri-Girami,
Nəleynsiz, əbasız Kərbübəlayə gəldi.
Peymanə amil odi, Cananə verdi canin,
Şövqi-şərafət ilən teyy etdi imtəhanin,
Şümri-dəğa tökəndə xaki-miyanə qanin,
Üz dutdi asimanə, həmdü sənayə gəldi.
Xuni-Xuda töküldi gudali-Kərbəlayə,
Yerlər təzəlzül etdi, rişə düşüb səmayə,
Kərrubiyani-lahut ağlaşdı bu bəlayə,
Yel əsdi, gün dutuldi, zülmət fəzayə gəldi.
Xuni-Hüseyn boğazdan cari olan zəmani,
Cibril apardı ərşə bir şişədə o qani,
Ol şişədən nümudar oldi bəla nişani,
Qovzandı buyi-matəm, əhli-səmayə gəldi.
Nuri-həq odi lame başsız qalan bədəndə,
Rəsi-Hüseyni-məzlum sərnizəyə gedəndə,
Badi-siyah əsəndə, yel zəlzələ edəndə,
Sındı nizami-dünya, həddi-fənayə gəldi.
Nəzdik idi yerindən çıxmun mədari-dünya,
Ali-Üməyyə etsün dəsturi-şəri mülğa,
Sərnizədə edəndə rəsi-Hüseyn təcəlla,
Dini-Muhəmməd üstə nurani-sayə gəldi.
Fərmani-qarət ilən telli aşub ərəblər,
Gördü o hayi-huyi ətfali-zari-müztər,
Qaçdıla xeyməgahə, yerdən ucaldı səslər,
Əmmə, amandu, ləşgər xeyməsərayə gəldi.
Səhranəvərd ərəblər xərgahi yandıranda,
Başi açıq hərəmlər oddan çıxub qaçanda,
Qalxub buxari-atəş, gizləndilər dumanda,
Tüsti ucaldı, qarə pərdə həvayə gəldi.
Bir xırda qız qaçırdı, tutmuş alov əbasın,
Mərdi-yəhudi dutdi, xamuş edüb libasın,
Gətdi ələ Hüseynün dilbəndinün rizasın,
Əhsən o şeyxə, müşgül vəqtə hərayə gəldi.
Gər etməsəydi Zeynəb nəsli-Hüseynə imdad,
Olmuşdu od içində suzan imami-Səccad,
Qıldi rəşadət ilən oddan imami azad,
Bir tazə zinəganluq Zeynəl-ibadə gəldi.
Zəhra gəzərdi gündüz ətrafi macəradə,
Ta Kufəyə Hüseynün getdi başı cidadə,
Nəşi-Hüseyni axşam başsız qoyub aradə,
Gün batcaqun o xatun mətbəxsərayə gəldi.
Hurani-baği-cənnat məhzun giriftə sima,
Həvva, Xədicə xatun, Məryəm, cənabi-Sara,
Aşüftə-mu, siyəhpuş, dillərdə - Va Hüseyn va,
Zəhrayə həmdəm olsun, bəzmi-əzayə gəldi.
Əlli üç il qapunda, var Yəhyəvi, Hüseyn can,
Nohə yazub, ğəmündə olmuş məriz o nalan,
Dəsti-mübarəkünlə dərdinə eylə dərman,
Ümmidi-səhhət eylə, babi-şəfayə gəldi.
#3
Отправлено 21 декабря 2009 - 10:41
Əli qoynunda gəzir həzrəti-Zəhra bu gecə.
Yarü ənsari-Hüseyn razü niyaz üstədilər,
Bu gecə möhlət axirdi namaz üstədilər,
Vəsl vəqti yetişib suzi-güdaz üstədilər,
Bəzmi-yarə hamısı oldu muhəyya bu gecə,
Ucalıb noh fələkə naleyi-tiflan Hüseyn,
Zeynəbi etdi qəmin söhbət-hicran-Hüseyn,
Taqəti can aparıb nəğmeyi-Quran Hüseyn,
Əcəba olmadı viran hamı dünya bu gecə.
Əlləri üstə alıb Əsğəri biçarə Rübab,
Yandıran sözlərilən aləmi eylərdi kəbab,
Xanə səbrimi ahın ilə dedi etmə xərab,
Nə südüm var nə suyum,neyləyim bu gecə.
Nehzətin lazımı olmuş batasan qanə gərək,
Gedəsən həzrəti-Zəhra yanına qanlı ürək,
Baği-cənnətdə gözləyər yolunu huru mələk,
Sənə xatir bəzənib şaxeyi-tuba bu gecə.
Badə nuşan ələstin ürəyi vəslə əsir,
Dərk edə məhzəri-cananı ürəklər tələsir,
Zeynəbin çarəsin əldən səhərin fikri kəsir,
Yanar odlara düşüb Zeynəbi-Kübra bu gecə.
Kim səhər peykəri üryanə əza saxlayacaq,
Kim o üryan bədəni görcək ürək dağlayacaq,
Qoyun asudə yata, Zeynəb ona ağlayacaq,
Yetəcək başa onun izzəti guya bu gecə.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#4
Отправлено 21 декабря 2009 - 23:42
Ah hüseynü va Hüseyn.
Sənin dərdin bağrım dəldi,
Ah Hüseynü va hüseyn.
Kərbəlanın önü yazı,
Ürəyimdən çıxmaz sözü,
Yezidlərmi qırdı sizi,
Ah Hüseynü va Hüseyn.
Bizimlə gələnlər gəlsin,
Sirrini meydana qoysun,
Hüseyn ilə şəhid olsun,
Ah Hüsyenü va Hüseyn.
Kəbəlanın yaziləri,
Şəhid düşdü qaziləri,
Fatma ana quzuları,
Ah Hüseynü va Hüseyn.
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#5
Отправлено 21 декабря 2009 - 23:49
Zəhra dedi Hüseyn vay, aləm sədaya gəldi.
Cənnətdən bərabər idi Peyğəmbəri gərəmi
Neleynsiz, əbasız Kərbübəlayə gəldi
Yel əsdi, gün tutuldu, zülmət fəzaya gəldi
Üzündəqəmi teb o tabın görenmirem ya Rəb
Gözündə jale hubabı görmürem ya Rəb
Gərək zühur edə haqq, secc o vəzn o qafiyədən
Və əgər nə şair o şeir o şueraye ar olsun
Hz.Ayətullah-uzma Seyid Əli Hüseyni Xamaneyi
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#6
Отправлено 22 декабря 2009 - 00:32
Bu gecə Kərbubəlada necə tufan olacaq,
Zeynəbin zülmü-sitəmdən ciyəri qan olacaq.
Bu gecə nalə çəkib Kərbubəla teşnələri,
Bu gecə şahi ərəb ölməyə bağlar kəməri.
Bu gecə Ali Rəsula yetər əfqan xəbəri,
Ki,sabah Ali Əli qanına qəltan olacaq.
Çəkəcək şümri dəqa zülmi sitəm xəncərini,
Keçəcək cövri-cəfa ilə Hüseyn pəncərini.
Qoyacak xaki müsəlləhdə onun peykərini,
Ki,Sabah ərzü səma zülmüylə viran olacaq.
Bu gecə əhli hərəm və əbatə söyləyəcaq,
Biləsən çərxi-fələk zülmü sitəm neynəyəcək.
Əkbəri-əskər ilən təşnə şəhid eyləyəcək.
Cismini Leyla görüb zülmü hərasan olacaq,
Gedəcək qarə bu matəmə yenə piri cavan,
Fələyin zülmü bu gün düşmənlərə oldu əyan,
Qasimə toy tutuban əllərinə yaxdılar qan,
Növrü əfsun bu gecə caki giriban olacaq.
Eşitməyib çərxi-fələk qasimi damədə vəfa,
Almayıb kami cahanda o qədər zövqi-səfa.
Növri ərsun başına qamçı vurar əhli cəfa,
Madari Qasımi mudiri ərğan olacaq.
Bu gecə zülmi sitəmdən geyəcək qarə fələk,
Bu gecə nalə yetər heydəri kərrahə fələk.
Eylədin bəxti qarə Zeynəbi biçarə fələk,
Hümməti xətmi nəbi didəsi kirayə olacaq.
Bu nə matəmdi yenə qara edib qüsseyi qəm,
Kəsdilər abi Fəratın qolunu qamu sitəm.
Əkbərin təşnə ciyər ləbləri ətşan olacaq.
Dustular xubi sitəm kəsasını içdi bu gün,
Geyinib qarəni Kəbə batacaq yasa bu gün.
Ey gözüm ağlaginən Həzrəti Abbasa bu gün,
Gedəcək su gətirə qanına qəltan olacaq.
***
Ey ciyəri qanə dönən Ya Hüseyn!
Əkbəri nakami ölən Ya Hüseyn!
Gül kimi təşnə quruyub ləblərin,
Ey biləyindən kəsilən əlləri.
Yox belə məzlumi ölən Ya Hüseyn!
Hülqi şərifindən olub qan rəvan,
Kül bədənin torpaqlar üstə qalan.
Kimdü verən bir belə zülmü rəvan,
Olmaya bir namə kəfən,Ya Hüseyn!
Vurdular zülmi ilə od xöymələrə,
Xirda uşaqlar dağılıb çöllərə.
Qara buludlar qarışıb bir-birinə,
Yoxdu bir imdadə yetən Ya Hüseyn!
Gördü dodağından olan qan rəvan,
Titrədi güllər təki ol natəvan.
Gəldi fəğanə bir neçə növcavan,
Ver Nəcəfi bircə nişan Ya Hüseyn!
Gəldi fəğanə,dedi,ey binəva,
Orda baban var,adı şiri xuda.
Bizlərə bir eylə sitəm pərişan,
Eyləyin izahı nədir Ya Hüseyn!
Сообщение отредактировал MUMINE: 22 декабря 2009 - 00:35
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#7
Отправлено 22 декабря 2009 - 00:41
P.S Yuxarıda Xamneyi ağanın mərsiyəsinin artıq yazıldığını görmədim,sorry
Сообщение отредактировал MUMINE: 22 декабря 2009 - 00:44
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#8
Отправлено 22 декабря 2009 - 11:20
Allah rəhmət eləsin Şəhriyara. Bu sətirlərdə şiələrin hüznünü, kədərini gözəl ifadə edib...Ey gözüm ağlaginən Həzrəti Abbasa bu gün,
Gedəcək su gətirə qanına qəltan olacaq.
Amma kədərimiz sətirlərə siğmayacaq qədər böyükdür.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#9
Отправлено 22 декабря 2009 - 18:44
Ey derd perveri elemi Kerbela Huseyn
Vey Kerbela belalarina mubtela Huseyn
Qem pare pare bagrini yandirdi dag ile
Ey lalei hadiqayi Ali Eba Huseyn
Tigi cefa bedenin oldu chaki chak
Ey busitani sebze, tigi cefa Huseyn
Yixdi vucudunu qemi zulmet serayi dehr
Ey shemi bezmi bagrehi Kibriya Huseyn
Dovru felek ichirdi sene kase kase qan
Ey teshneyi herareti berqi bela Huseyn
Yad et Fuzuli Ali Eba halin eyle ah
Kim berqi ah ile yakilir xermeni gunah
...şəhidlik istəyirəm...
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#10
Отправлено 23 декабря 2009 - 10:10
Ey qızların gözdən atan Hüseynim,
Tənuri-Xulidə yatan Hüseynim.
Qudalidə başsız qalıb cənazən,
Ey cisminə oxlar batan Hüseynim.
Harda qaldı uşaqlar Hüseynim,
Ağlar sənə qonaqların Hüseynim.
Necə öpüm yaralı ləblərindən,
Yaralıdır dodaqların Hüseynim.
#11
Отправлено 23 декабря 2009 - 10:40
Muhemmed Fuzuli
Ey derd perveri elemi Kerbela Huseyn
Vey Kerbela belalarina mubtela Huseyn
Qem pare pare bagrini yandirdi dag ile
Ey lalei hadiqayi Ali Eba Huseyn
Tigi cefa bedenin oldu chaki chak
Ey busitani sebze, tigi cefa Huseyn
Yixdi vucudunu qemi zulmet serayi dehr
Ey shemi bezmi bagrehi Kibriya Huseyn
Dovru felek ichirdi sene kase kase qan
Ey teshneyi herareti berqi bela Huseyn
Yad et Fuzuli Ali Eba halin eyle ah
Kim berqi ah ile yakilir xermeni gunah
...şəhidlik istəyirəm...
#12
Отправлено 23 декабря 2009 - 22:39
Прикрепленные файлы
#13
Отправлено 23 декабря 2009 - 23:00
Прикрепленные файлы
#14
Отправлено 24 декабря 2009 - 13:20
#15
Отправлено 24 декабря 2009 - 13:24
#16
Отправлено 24 декабря 2009 - 13:39
#17
Отправлено 24 декабря 2009 - 21:39
HEÇ BİRİSİ YÜKLƏNMİR.Burdan yükləyin.
yuklenmir qardash
Eşitmişəm, amma məndə yoxdu mp3 şəklində. Boxca-dan başqa çoxdur upload ediləsi saytlar.
Məsələn: http://www.qovluq.com/
#18
Отправлено 24 декабря 2009 - 21:46
Şair axşamun xeyir,bax bir birdən mənimkilər də yuklənməz haa,biabir ollam!HEÇ BİRİSİ YÜKLƏNMİR.Burdan yükləyin.
yuklenmir qardash
Eşitmişəm, amma məndə yoxdu mp3 şəklində. Boxca-dan başqa çoxdur upload ediləsi saytlar.
Məsələn: http://www.qovluq.com/
#19
Отправлено 24 декабря 2009 - 21:52
Şair axşamun xeyir,bax bir birdən mənimkilər də yuklənməz haa,biabir ollam!HEÇ BİRİSİ YÜKLƏNMİR.Burdan yükləyin.
yuklenmir qardash
Eşitmişəm, amma məndə yoxdu mp3 şəklində. Boxca-dan başqa çoxdur upload ediləsi saytlar.
Məsələn: http://www.qovluq.com/
Hər vaxtın xeyir.
Yox sən yüklədiklərin forumun yaddaşına yükləndiyinə görə, forum mövcud olduqca (Allah ömrünü uzun etsin) həmən fayllar da qalacaq. Qeyri-moderatorlarda belə bir problem var ki, onlar foruma kiçik həcmdə fayllar yükləyə bilərlər. Amma moderlər 8 MB.
Narahat olma hər şey əladır
#20
Отправлено 25 декабря 2009 - 15:24
#21
Отправлено 25 декабря 2009 - 15:31
Xanədani-Əhmədi Muxtara bidad eylədin.
Əhli-Beyti Müstəfaya bin sitəm gördün rəva
Ta Yezidi pürcəfanın könlünü şad eylədin.
Bu nə fikri-batilü əndişeyi bihudədir
Kim yıxıb bin Kəbə bir bütxanə abad eylədin
Ey Yezidü-pürcəfa hər kimsə bir ad eyləmış,
Sən dəxi bu zülm ilə aləmdə bir ad eylədin!
Məhəmməd Füzuli
Allah lənət eləsin Yezidə, gözlərimizi qiyamətə qədər yaşlı qoydu ...
Сообщение отредактировал fidan: 25 декабря 2009 - 15:31
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#22
Отправлено 25 декабря 2009 - 15:59
Aşıq Qəmbər
Tapdınmı səadət Valehi-dövran,
Gözəl yeri, xoş məkanı gördünmü?
Ziyarət etdinmi Nəcəf Əşrəfi,
Kərbəlayı-müəllanı gördünmü?
Museyi Kazimü, Məhəmməd Təqi,
Həsən əl Əskəri, Əliyyən Nəqi,
Sahibəzzamandır əsrin rövnəqi,
Ol zinəti-asimanı gördünmü?
Yenə varmı onda xeyməvü xərgah
Təşnələb Əhli Beyt, tamam bipənah
Qan ağlayıb axıdırmı Zülcinah?
Dolanırmı o meydanı, gördünmü?
Təşnə cigər, hal pərişan, dil kabab
Zeynəb, həm Səkinə çağırırmı ab?
Edən toy hənasın qan ilə xizab
Yadigarı Müctəbanı gördünmü?
Varmı Əhli Beytə yavərü qəmxar?
Yoxsa o çollərdə su deyib ağlar
Yetimlər pənahı, abidi bimar
Ol xəsteyi Natəvanı gördünmü?
Gördünmü Hüseynin məzlum Əsgərin?
Abbas ələmdarın, cavan Əkbərin?
Həm göyün sütunu, yerin ləngərin,
Ol zivəri rizvanı gördünmü?
Alıbdır əlimdən gərdişi dövran
Yaş yerinə gözlərimdən axar qan
Şühəda səfində xak ilə yeksan
O İbrahimxəlil xanı gördünmü?
Bağlandımı ali-Əliyə ixlas
Olan günahına etdin iltimas
Tarix vəfada birun əz qiyas
Bu Qəmbəri binəvanı gördünmü?
....
Сообщение отредактировал Shemsi: 25 декабря 2009 - 16:00
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#23
Отправлено 25 декабря 2009 - 16:52
#24
Отправлено 25 декабря 2009 - 16:54
#25
Отправлено 26 декабря 2009 - 19:30
Aşıq Valehin Aşıq Qənbərə Cavabı
Ey Qəmbər! Qulami şahi vilayət!
Təvafi şiri yəzdanə yetişdim.
Cayi həmə yaranu əzizan xali
Könlümdəki arzumanə yetişdim.
İbtida ki, varid olduq Bağdadə
Tamam əhli zünub oldu azadə,
Museyi Kazimə qıldıq iradə
Dərgahda lütfü ehsanə yetişdim
Üç gün məskənimiz oldu Kazımeyn
Sürtdük xaki payə, ziyalandı eyn,
Vacib oldu tövhi həzrəti Hüseyn,
Arizü əlindən canə yetişdim.
Ol gün ki yetişdik Təlli Səlamə
Xoş söftlə oxundu ziyarətnamə
Tamam zəvvar yetdi mətləbü kanə
Xüsusən ki, mən divanə yetişdim.
Yetişdik Hüseynin barigahinə,
Səhrayi Kərbəla padişahinə,
Həzrəti Rəsulun busəgahinə,
Xəncər vurulan məkanə yetişdim.
Gördük bir yanında Əsğəri nalan,
Qızıl qan içində, həlqində peykan
Əkbəri şahzadə doğranıb şan şan
Zülm olunan o meydanə yetişdim
Ondan sonra getdik Əli Abbasə,
Tamam səhmi rovzə batıbdır yasə,
Yenə şivən düşdü zükur ünasə,
Yenə şəmə mən pərvanə yetişdim.
Övsafi Kərbəla yetdi pəyanə,
Ondan üz çevirdik şahi mərdanə,
İrişdik səhrayi Ərəbistanə,
Təvafi ali İmranə yetişdim.
Onda Kəlbi Əli qoydum namımı,
Şərbəti eşqdən içdim camımı,
Nəcəfi Əşrəfdən aldım kamımı,
Həzrəti Sahibəzzəmanə yetişdim.
Məhəmməd Təqidir dilim əzbəri,
Əliyyən Nəqidir, Həsən Əsgəri
Kərbəla Valehə oldun heydəri,
Qətrə idim bir imanə yetişdim.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#26
Отправлено 26 декабря 2009 - 21:16
Прикрепленные файлы
#27
Отправлено 02 января 2010 - 14:33
Get Əbülfəz bu Hüseynə səni qurban elədim,
Bəslədim sərvi qəddün azimi meydan elədim!
* * * * * * * * * *
BuHüseyn sifdi Nəbidir sən ona rəsmi qulam
Sənə rayət budu şahən şahi dövranı imam
Budur aləmlər içində səbəbi nəzmi-nizam
Bu Hüseynə səni mən xadimi dövran elədim.
* * * * * * * * * *
Mümkün olduqca gətir abi sərin xeymələrə
Ta ola bəlkə təsəlli hərəmi teşnələrə
Xidmət eylə nə qədər vardı canun nəcmlərə
Səni səqqayi Hüseyn höccəti Sübhan elədin.
* * * * * * * * * * * *
Əkbər üstə qənədün sərginən ey sərvi rəvan
Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan
Cən sənin can bu dilarami Hüsen teşnə ləban
Səni bu nəsli Əbul-Qasimə qurban elədim.
* * * * * * * * * * * *
Nadima eylə təvəccöh zübdeyi nasə müdam
Yazginən qisseyi dil sözünü qıl tasə müdam
Müşkül əmründə yapış daməni Əbbasə müdam
Ta şikayət eləmə ömrümü viran elədim.
Mənbə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#28
Отправлено 12 января 2010 - 11:53
Qizmar qumlar,mismar tek tikani
Huseyn gulu,ureynin yarisi
Qachir sehrada,axir ayaginin qani
Aşura - tarixin üz qarası,
Belə tarix ürəyimin yarası
Harda yığılan dərdlərin çarəsi?
Harda qəlblərin Sahibi-Zamanı?
Dilim tutulub, lal olmuşam mən,
Rəsulun dediyi, gün gəlib həmən,
Döyüşdə kafiri atından sərən,
Mövlamın sızlayır ürəyi-canı...
Mələklər ağlayır bu müsibətə,
Məşhərdə insanlar gəlib heyrətə,
Dözmək olardımı, bu məşəqqətə?
Titrədir nalələr ərşi-əlanı...
Məhərrəmdə Hüseynə yas saxlarıq,
Əli Əkbər deyib qara bağlarıq,
Körpə Əli Əsgərçün qan ağlarıq,
Kərbəladır şəhidliyin ünvanı.
Soyleyim size dastani Kerbelani
72 nefer besheriyyet qehremani
Bu sehrada tokuldu onlarin qani
Qanla sulandi Kerbela meydani
Kərbəla səhrası, gün hərarəti,
Ömər alçaqlığı, Hürr cəsarəti,
Zikirdir dilimdə su müsibəti,
Əbəlfəzl ağama saxla əzanı
Kərbəla səhradır.. kimlərdir mehman?
Aşura günüdür.. kimlərdir qurban?
Abbasım qolsuzdur, Rüqəyyəm ətşan
Huseynim tək qalıb, yavərlər hani?
Zülmət bir gecədir, Şami qeriban
Əsirler karavandır Zeynəb sariban
Zəhra balaları tənha sərgərdan
Ruqeyye aglayar qardashim hanı?
Gözlər quruyub, dodaq quruyub
Ərşə haray salır zəncir səsləri..
Nizələr dil açıb növhə deyirlər..
başsız Huseynin bədəni hanı?
Ruqəyyə kirimir ana səsinə
Huseyni istəyir "su" əvəzinə
boylanır sagına, baxır soluna
düşməndən soruşur: bəs atam hanı?
Mənbə: Bizlər
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#29
Отправлено 16 января 2010 - 19:02
Ya Hüseynim, qəlbim sənin yerindir,
Sənin üçün aglamaq da şirindir,
Sənin dərdin dərindən də dərindir,
Dərdinə biz şəfadarıq Hüseynim.
Əsgərini qucaginda uyudan,
Çıxarmisan bizi dərin quyudan,
Hec vaxt olmaz bizi səndən soyudan,
Biz aşiqi-vəfadarıq Hüseynim.
Qəlbimizin icində bir ocaqsan,
Sən İslama umid yeri, dayaqsan,
Bizə nicat gəmisisən, çıraqsan,
Biz də sənə əzadarıq Hüseynim...
#30
Отправлено 21 января 2010 - 13:11
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей