Перейти к содержимому


Фотография

İmam Hüseyn a.s. haqqında


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 33

#31 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 24 ноября 2013 - 21:08

حدثنا علي بن محمد . حدثنا وكيع عن سفيان عن داود بن أبي عوف أبي الجحاف وكان مرضيا عن أبي حازم عن أبي هريرة قال
: - قال رسول الله صلى الله عليه و سلم من أحب الحسن والحسين فقد أحبني ومن أبغضهما فقد أبغضني

في الزوائد إسناده صحيح رجاله ثقات
قال الشيخ الألباني : حسن

Əbu Hüreyrə nəql edir:Rəsulullah (salləllahu aleyhi və alihi və səlləm) dedi:"Həsən və Hüseyni sevən şəxs məni sevmiş,onlara nifrət (düşmənçilik) edən mənə nifrət etmişdir".

AbdulBaqi:əz-Zəvaid də raviləri siqə isnadı səhihdir.
Albani deyib:Hədis həsəndir.


Mənbə:Sünən İbn Macə,Həsən və Hüseynin fəziləti babı.1/51 hədis 143.Təhqiq,Muhəmməd Fuab Abdul-Baqi
http://islamport.com/w/mtn/Web/2995/169.htm

Sünən ibn Macəni,Şuəyb əl-Ərnəut təhqiq edib və bu hədisə deyib ki,isnadı həsəndir. Cild 1 səh 101 hədis 143 haşiyə 1.
http://www.waqfeya.com/book.php?bid=6139

أَخْبَرَنَا أَحْمَدُ بْنُ جَعْفَرٍ الْقَطِيعِيُّ ، وثنا أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ الشَّيْبَانِيُّ بِالْكُوفَةِ ، حَدَّثَنِي أَبُو الْحَسَنِ مُحَمَّدُ بْنُ الْحَسَنِ السَّبِيعِيُّ ، ثنا أَبُو نُعَيْمٍ الْفَضْلُ بْنُ دُكَيْنٍ ، ثنا الأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ أَبِي ظَبْيَانَ ، عَنْ سَلْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ يَقُولُ : " الْحَسَنُ وَالْحُسَيْنُ ابْنَايَ ، مَنْ أَحَبَّهُمَا أَحَبَّنِي ، وَمَنْ أَحَبَّنِي أَحَبَّهُ اللَّهُ ، وَمَنْ أَحَبَّهُ اللَّهُ أَدْخَلَهُ الْجَنَّةَ ، وَمَنْ أَبْغَضَهُمَا أَبْغَضَنِي ، وَمَنْ أَبْغَضَنِي أَبْغَضَهُ اللَّهُ ، وَمَنْ أَبْغَضَهُ اللَّهُ أَدْخَلَهُ النَّارَ " . هَذَا حَدِيثٌ صَحِيحٌ عَلَى شَرْطِ الشَّيْخَيْنِ ، وَلَمْ يُخَرِّجَاهُ

Salman Farsi (r.a) nəql edir:Rəsulullahdan (salləllahu aleyhi və alihi və səlləm) eşitdim ki,deyirdi:"Həsən və Hüseyn mənim oğlanlarımdır.Onları sevən məni sevib,məni sevən Allahı sevib,Allahı sevən də cənnətə daxil olar.Onlara nifrət edən isə mənə nifrət edib,mənə nifrət edən Allaha nifrət edib,Allaha nifrət edən də cəhənnəmə daxil olar".

Hakim deyib:Bu hədis şeyxeynin (Buxari və Müslüm) şərtlərinə əsasən səhihdir,(lakin) nəql etməyiblər.

Mənbə:əl-Mustədrək alə əs-Səhiheyn,Kitab Mərifətis-Səhabə,Həsən və Hüseynin mənaqibi babı,hədis 4719
http://library.islamweb.net/hadith/display_hbook.php?bk_no=594&pid=312813&hid=4719

أخبرنا الحسين بن عبد الله بن يزيد القطان بالرقة قال : حدثنا هشام بن عمار قال : حدثنا أسد بن موسى قال : حدثنا سليم بن حيان عن أبي المتوكل الناجي : عن أبي سعيد الخدري قال : قال رسول الله صلى الله عليه و سلم : والذي نفسي بيده لا يبغضنا أهل البيت رجل إلا أدخله الله النار

قال شعيب الأرنؤوط : إسناده حسن

Əbu Səid əl-Xudri (r.a) nəql edir:Rəsulullah (salləllahu aleyhi və alihi və səlləm) dedi:"Canım əlində olan Allaha and olsun ki,hər kim Əhli-beytə nifrət edərsə,Allah o kişini cəhənnəmə daxil edər".

Şuəyb əl-Ərnəut dedi:İsnadı həsəndir.

Mənbə:Səhih ibn Hibban,Kitab Mənaqib,Əhli-beytin fəziləti babı,hədis 6978, 15/435,təhqiq Şuəyb əl-Ərnəut
http://islamport.com/d/1/mtn/1/71/2650.html

2488 - ( صحيح )
[ والذي نفسي بيده لا يبغضنا أهل البيت أحد إلا أدخله الله النار ( صحيح

Həmçinin,Albani,əs-Silsilətu əs-Səhihə 5/643 hədis 2488-də deyib ki,hədis səhihdir.
http://islamport.com/w/alb/Web/3111/2488.htm

Сообщение отредактировал qulam: 24 ноября 2013 - 21:15


#32 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 25 ноября 2013 - 01:34

حدثنا محمود بن غيلان حدثنا أبو داود الحفري عن سفيان عن يزيد بن أبي زياد عن ابن أبي نعم عن أبي سعيد الخدري رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم الحسن والحسين سيدا شباب أهل الجنة حدثنا سفيان بن وكيع حدثنا جرير ومحمد بن فضيل عن يزيد نحوه قال أبو عيسى هذا حديث حسن صحيح

تحقيق الألباني
صحيح

Əbu Səid əl-Xudri (r.a) nəql edir:Rəsulullah (salləllahu aleyhi və alihi və səlləm) dedi:"Həsən və Hüseyn cənnət cavanlarının ağasıdırlar".

Tirmizi dedi:Bu hədis həsən səhihdir.
Albani deyib:Səhihdir.

Mənbə:Sünən Tirmizi,Kitab Mənaqib,Həsən və Hüseynin mənaqibi babı,hədis 3768, 8/268,təhqiq,Albani.
http://islamport.com/d/1/alb/1/56/561.html

أخبرنا الحسن بن سفيان حدثنا أبو بكر بن أبي شيبة حدثنا زيد بن الحباب عن اسرائيل عن ميسرة النهدي عن المنهال بن عمرو عن زر بن حبيش : عن حذيفة قال : أتيت النبي صلى الله عليه و سلم فصليت معه المغرب ثم قام يصلي حتى صلى العشاء ثم خرج فاتبعته فقال : عرض لي ملك استأذن ربه أن يسلم علي وبشرني أن الحسن والحسين سيدا شباب أهل الجنة

قال شعيب الأرنؤوط : إسناده صحيح

Huzeyfə (r.a) nəql edir:Rəsulullahın (salləllahu aleyhi və alihi və səlləm) yanına getdim və onunla birgə məğrib namazını qıldım.Sonra (Rəsulullah) işa namazını qılana qədər namaz qıldı və sonra da çıxıb getdi.Mən də onun ardınca getdim.(Rəsulullah) dedi:"Mənə,məni salamlamaq üçün Rəbbindən izin istəyən bir mələk göründü və Həsənlə Hüseynin cənnət cavanlarının ağaları olduqlarının müjdəsini verdi".

Şuəyb əl-Ərnəut dedi:İsnadı səhihdir.

Mənbə:Səhih ibn Hibban,Kitab Mənaqib,Həsən və Hüseynin fəziləti babı,15/413 hədis 6960,təhqiq, Şuəyb əl-Ərnəut
http://islamport.com/d/1/mtn/1/71/2650.html

حدثنا محمد بن موسى الواسطي حدثنا المعلى بن عبد الرحمن حدثنا ابن أبي ذئب عن نافع عن ابن عمر قال قال رسول الله صلى الله عليه وسلم الحسن والحسين سيدا شباب أهل الجنة وأبوهما خير منهما

تحقيق الألباني
صحيح ، الصحيحة ( 797

İbn Ömər nəql edir:Rəsulullah (salləllahu aleyhi və alihi və səlləm) dedi:"Həsən və Hüseyn cənnət cavanlarının ağasıdırlar.Ataları isə onların hər ikisindən də xeyirlidir"

Albani dedi:Səhihdir.


Mənbə:Sünən ibn Macə,1/190,hədis 118,təhqiq Albani.
http://islamport.com/w/alb/Web/810/190.htm


#33 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 26 ноября 2013 - 01:26

حدثنا أحمد بن إسرائيل قال : رأيت في كتاب أحمد بن محمد بن حنبل رحمه الله بخط يده : نا أسود بن عامر أبو عبد الرحمن قثنا الربيع بن منذر ، عن أبيه قال : كان حسين بن علي يقول : من دمعتا عيناه فينا دمعة ، أو قطرت عيناه فينا قطرة ، أثواه الله عز وجل الجنة

Əhməd bin İsrail bizə dedi ki, Əhməd bin Muhəmməd ibn Hənbəlin bir kitabda öz xətti ilə belə yazdığını gördüm: Əsvəd bin Amir Əbu Əbd ər-Rəhman deyir ki, Rəbi bin Munzir atasından nəql edir ki, Hüseyn bin Əli buyurur: «Kimin gözləri bizə görə yaşarsa, və ya bir damla göz yaşı axıtsa Uca Allah onu Cənnətdə məskunlaşdırar.»

Əhməd bin Hənbəl, Fəzail əs-səhabə, c.2, s.840-841, h.1154

Geniş izahlı burdan http://az.313news.ne...icle/a-237.html
Allah razı olsun!


#34 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 01 декабря 2013 - 03:37

سمعت رسول الله صلى الله عليه وسلم يقول إن الحسن والحسين هما ريحانتاي من الدنيا قال أبو عيسى هذا حديث صحيح

تحقيق الألباني
صحيح

İbn Ömər nəql edir:Rəsulullahın (salləllahu aleyhi və alihi və səlləm) belə dediyini eşitdim:"Həsən və Hüseyn bu dunyada mənim reyhanlarımdır.(Ətirli bitkilərimdir)

Tirmizi deyib bu hədis səhihdir.
Albani deyib səhihdir.
Mənbə:Sünən Tirmizi,hədis 3770

عن البراء أن النبي صلى الله عليه وسلم أبصر حسنا وحسينا فقال اللهم إني أحبهما فأحبهما قال أبو عيسى هذا حديث حسن صحيح

تحقيق الألباني
صحيح

Bəra (r.a) nəql edir:Rəsulullah (salləllahu aleyhi və alihi və səlləm) Həsən və Hüseynə baxıb belə dedi:"İlahi,mən onların ikisini də sevirəm,Sən də onların sev".

Tirimizi deyib hədis həsən səhihdir.
Albani deyib səhihdir.

Mənbə:Sünən Tirmizi,hədis 3782
http://islamport.com/d/1/alb/1/56/561.html

عن جابر بن عبد الله أنه قال : ( من سره أن ينظر الى رجل من أهل الجنة فلينظر الى الحسين بن علي ) فإني سمعت رسول الله صلى الله عليه و سلم يقوله

Cabir ibn Abdullah (r.a) nəql edir:"Cənnət əhlindən birinə baxmaq istəyən kişi Hüseyn ibn Əliyə baxsın.Çünki,Rəsulullahın (salləllahu aleyhi və alihi və səlləm) belə dediyini eşitmişəm".

Mənbə:Səhih ibn Hibban,hədis 6966.

عن عبد الله قال : كان النبي صلى الله عليه و سلم يصلي و الحسن والحسين يثبان على ظهره فيباعدهما الناس فقال صلى الله عليه و سلم : دعوهما بأبي هما وأمي من أحبني فليحب هذين

قال شعيب الأرنؤوط : إسناده حسن

Abdullah ibn Məsud (r.a) nəql edir:Nəbi (salləllahu aleyhi və alihi və səlləm) namaz qılarkən Həsənlə Hüseyn Onun belinə çıxardılar.Onları uzağlaşdırmaq istəyən insanlara (səhabələrə) Nəbi (salləllahu aleyhi və alihi və səlləm) dedi:"Onları buraxın, anam və atam onlara fəda olsun.Məni sevən bu ikisini də sevsin".

Şuəyb əl-Ərnəut dedi:İsnadı həsəndir.

Mənbə:Səhih ibn Hibban,hədis 6970.
http://islamport.com/d/1/mtn/1/71/2650.html


Сообщение отредактировал qulam: 01 декабря 2013 - 03:42





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru