Əbu Bəkr Peyğəmbərin vəfatından sonra camaat üçün xütbə oxyaraq belə dedi: “Həqiqətən, siz Rəsuləllahdan hədislər nəql edirsiniz və onlarda ixtilafınız var. Sizdən sonra gələnlərin isə daha çox ixtilafları olacaq. Heç vaxt Rəsuləllahın hədislərini nəql etməyin və hər kəs sizdən soruşsa ona deyin: Sizinlə bizim aramızda Allahın kitabı var. Bəs, halalını halal, haramını isə haram bilin” (Zəhəbi “Təzkirətül-hifaz” 1 cild, səh 3)
Aişə deyir: “Atam Rəsuləllahın hədislərindən beş yüzə qədər toplamışdı. Sonra axşam onun öz yatağında qurdalanaraq yuxuya getmədiyini gördüm. Öz-özümə dedim. Deyəsən narahatşılığı var, ya narahat edici bir xəbər eşitmişdir! Səhər aşıldıqda məni səsləyərək dedi: Qızım! Sənə əmanət tapşırdığım hədisləri gətir. Mən hədisləri gətirdim. Conra onların hamısını yandırdı” (“Kənzül-Ümmal” cild 10 səh 285, hədis 29460; “Təzkirətül-hifaz” Zəhəbi 1 cild, səh 5)
Ibn Macə öz sünnəninin birinci hissəsində “Ət-Təvəqqi filhədis” fəslində Qorzət ibni Kə’bdən nəql edir ki, o demişdir: Ömər ibni Xəttab bizi Küfəyə göndərdi. Onun özü də Sərar adlı məntəqəyə qədər bizimlə gəldi. Ora çatdıqda bizı dedi: Bilirsiniz niyə sizinlə yol gəlirəm? Dedik: Hər halda ənsardan və Rəsuli-Əkrəmin əshabından olduğumuza görə. Dedi: Yox, bəlkə bir məsələ var ki, sizinlə o barədə söhbət etmək istəyirəm. Istəyirəm ki, onu unutmayasınız (ona əhəmiyyət verin). Elə buna görə də sizinlə bu qədər yol gəlmişəm.siz helə bir tayfaya tərəf gedirsiniz ki, Qur’an avazı onların sinəlırində, qazanda qaynar suyun səsinə bənzəyir. Onlar sizi gördükdə boyunlarını sizə tərəf uzadacaqlar (yəni sizinlə görüşdüklərinə görə sevinəcəklər) və deyəcəklər: Mühəmmədin ədhabı gəldi. Elə isə diqqətli olun, Rəsuləllahdanaz rəvayət nəql edin və bilin ki, mən sizinləyəm.
Helə ki, Qorzət ibn Kə’b o diyara daxil oldu camaat ona dedi: Rəsuləllahdan söhbət et və bizə onun hədislərindən söylə. Qorzət dedi: Ömər bizi bu işdən çəkindirişdir. (“Təzkirətül-hifaz” Zəhəbi 1 cild, səh 7; “Sünən” ibni Mace 1 cild səh 12; “Sünən” Darəmi 1 cild səh 85).
Müslim öz səhihinin “Əl-Adab” kitabında, “Əl-istizan” fəslində gətirmişdir: “Ömər Əbu Musa Əş’ərini Peyğəmbərdən hədis nəql etdiyinə görə kötək vuracağı ilə hədələdi”. (“Səhih” Müslim cild 6 səh 178, cild 3 səh 38).
Əbu Sə’id Xidri deyir: Übey ibn Kə’bin məclisində oturmuşduq. Birdən Əbu Musa Əş’əri hirsli halda otağa daxil oldu. Sonra dedi: Sizi and verirəm Allaha, məgər sizlərdən biri Rəsuləllahdan eşitməyib ki, həzrət buyurur: (Evə daxil olmaq üçün) üç dəfə icazə almaq lazımdır?! Əgər sənə icazə verilməsə qayıt. Ubey dedi: Nə hadisə baş verib?
Əbu Musa dedi: Dünən Ömər ibn Xəttabın yanına daxil olmaq üçün üç dəfə icazə istədim. Icazə vermədiyinə görə geri qayıtdım. Bu gün onun yanına daxil olduqda bildirdim ki, dünən üç dəfə salam verdim və cavab almadığıma görə geri qayıtdım. Ömər dedi: Salamını eşitdim, ancaq işim var idi. Niyə görə yenə də icazə almamısan? Dedim: Mən Rəsuləllah buyurduğu kimi icazə almışam. O, tez əsəbləşərək dedi: And olsun Allaha, belinə və qarnına o qədər qamçı vuracağam ki, səsin aləmi bürüsün. Ya da elə bir adam gətir ki, sənin bu sözünə şahidlik etsin.
Übey ibn Kə’b dedi: And olsun Allaha, yaşı hamımızdan az olandan savayı heç kəs səninlə getməyəcək (biz hamımız bunu eşitmişik, hətta o kəs ki, yaşı hamımızdan azdır). Ey Əbu Sə’d! Qalx və get şahid ol. Əbu Sə’d deyir: Mən qalxdım və Ömərin yanına gedib dedim: And olsun Allaha, mən özüm Rəsuli-Əkrəmdən bu sözü byurduğunu eşitmişəm.
Buxari də bu əhvalatı nəql etmişdir, amma həmişəki kimi onu xülasə nəql etmişdir və Ömərin abrını qorumaq üçün onun hədələdiyi qisməti mətndən atmışdır. (Səhih Buhari “Əl-İstizan” kitabı “Ət-Təslim” fəsli cild 7 səh 130).
Lakin Müslim öz səhihində Übey ibn Kə’bin Ömərə dediyi sözünü də artırmışdır. O demişdir: Ey Xəttabın oğlu! Rəsuləllahın əshabına işkəncə vermə, onlarla sərt rəftar etmə!
Bir gün Ömər minbərdə camaat üçün xitab edərək dedi: “Ey camaat! Həqiqətən, mənə xəbər yetişib ki, sizin əlinizdə bəzi kitablar vardır. Bilin ki, Allahın yanında onların ən yaxşısı o kitabdır ki, onda doğru və düzgün mətləblər yazılmışdır. Heç kəs öz yanında bir kitab belə saxlamasın. Bütün kitabları mənim yanıma gətirin ki, onlara qarşı öz nəzərimi bildirim. Camaat elə fikirləşdilər ki, o, kitabları araşdıraraq ixtilafları aradan aparmaq istəyir. Buna görə də bütün kitablarını Ömərin yanına gətirdilər. Nəticədə isə Ömər onların hamısını yandırdı”. ( İbn Sə’ id “Təbəqatul-Kubra” cild 5 səh 188; Xətib Bağdadi “Təğyidil-Elm” səh 52) .
Ibn Əbdül Bər “Came Bəyan elm və fəzluh” kitabında yazır: Ömər ibn Xəttab Peyğəmbərin hədislərini yazmaq istəyirdi. Sonra fikirləşdi ki, bu işi görməsə yaxşıdır. Buna görə də bütün şəhərlərə məktub yazaraq əmr etdi ki, hər kəs hədis yazıbsa onu pozub aradan aparsın. (“Came Bəyan Elm” cild 1 səh 65).
Ömər dünyadan getməzdən qabaq Rəsulallahın əshabına məktub yazaraq onları bütün şəhərlərdən yanına çağırtdırdı. Məsələn: Abdullah ibn Hüzeyfə, Əbuddərda, Əbuzər Qəffari və Əqəbət ibn Amir. Sonra dedi: B nə hədislərdie ki, şəhərlərdə Rəsuləllahdan nəql etmisiniz? Dedilər: Bizi bu işdən çəkindirirsən? Dedi: Yox! Təkcə burada, mənim yanımda qalın. And olsun Allaha, nə qədər ki, sağam qoymaram məndən uzaqlaşasınız. (Yəni qoymaram şəhərlərə gedəsiniz və rəvayətləri yayasınız). (Kənzül-Ümmal cild 1 səh 292).
Osman xəlifəlik dövründə minbərdən açıq-aşkar elan etdi ki: “Rəsuləllahın (Ömər və Əbu Bəkrin vaxtında) eşitmədiyim bir hədisi nəql etmək rəva deyil”. (Təbəqatul-Kubra cild 2 səh 336; Kənzül-Ümmal cild 10 səh 295).
Xəlifələrin Peyğəmbərin hədislərini qadağan etmələri
Автор Əbu-Turab, 24 дек 2009 14:07
Сообщений в теме: 2
#1
Отправлено 24 декабря 2009 - 14:07
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
#2
Отправлено 22 января 2010 - 12:57
Gelde bunu bezi qardashlara basha sal.
مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
#3
Отправлено 13 января 2016 - 23:23
buda bir nov ictihad idi )
Huseyni,Kerbelani ve Ashurani derk etmek ucun,en azi,gerek doqulduqun etek Peygember balasinin qatillerinin doqulduqlari etekden ferqlensin.
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей